TQDK V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib
“Abituriyentlər üçün dərs vaxtı”nın 13 iyul cədvəli
Abituriyentlər üçün vəsait
2020-07-12 16:52:00
“Abituriyentlər üçün dərs vaxtı”nın 13 iyul cədvəli
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın 10 iyul cədvəlini təqdim edirik. AzEdu.az xəbər verir ki, “Dərs vaxtı” abituriyentlərin təhsilini davam etdirmək arzunuzu alqışlayır və bu işdə onlara kömək etməyə hazır olduğunu bildirir. Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların “şifrələri”, kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. Bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. “Abituriyentlər üçün dərs vaxtı”nı izləməyi unutmayın.
Bu bölməyə aid digər xəbərlər
Nazir Göygöldə vətəndaşları qəbul edəcək
2023-03-09 13:21:00
“Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir
2023-03-07 17:51:00
Təhsil institutundan sertifikasiyaya hazırlaşanlara kömək
2023-03-07 15:36:00
Emin Əmrullayev qızlarla bağlı qadağadan danışdı – VİDEO
2023-03-07 10:15:26
10 məktəbin inkişaf planı hazırlanır
2023-03-06 15:48:00
I Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
2023-03-06 15:16:00
Nazir “Yüksəliş”in qalibləri ilə görüşüb
2023-03-04 15:35:00
İki nazir ağacəkmə aksiyasında.
2023-03-04 15:20:00
“Peşəkar ol” layihəsinin sertifikatları təqdim olundu
2023-03-04 14:19:00
Sertifikatlaşdırma ilə bağlı maarifləndirici görüşlər başlayıb
TQDK V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edib
Bakı. 21 sentyabr. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası nda (TQDK) ayrı-ayrı fənlər üzrə yeni təhsil proqramları (kurikulum) əsasında V-VII siniflər üçün qiymətləndirmə vəsaitləri nəşr edilib. TQDK-dan “Report”a verilən xəbərə görə, hər bir vəsait iki hissədən ibarətdir. Belə ki, I hissədə V-VII siniflər üçün qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqları toplusu, II hissədə isə həmin siniflər üzrə yeni dərsliklərə əsaslanan qiymətləndirmə vasitələri dərc edilib. Vəsaitlər həm məzmununa, həm də formasına görə ayrı-ayrı siniflər və fənlər üzrə indiyə qədər nəşr olunan və yalnız test tapşırıqları əsasında hazırlanan qiymətləndirmə vasitələrindən bir çox xüsusiyyətlərinə görə fərqlənir. Təqdim olunan yoxlama vasitələri həm diaqnostik, həm formativ, həm summativ qiymətləndirmə, həm də tədris vahidlərinin əhatə etdiyi bütün alt standartlar üçün nəzərdə tutulmuş və bloklar şəklində təqdim olunmuşdur. Hər bir blokdakı sual və tapşırıqlar ayrı-ayrı məzmun xətləri əsasında öyrənilmiş bilik və bacarıqların yoxlanılmasına və qiymətləndirilməsinə imkan yaradır. Vəsaitin yeni xüsusiyyətlərindən biri də sual və tapşırıqların bloklarda yerləşdirilməsi formasıdır. Hər bir blokda əvvəlcə alt standartın adı, sonra ona uyğun sual və tapşırıqlar təqdim olunur. Hər bloka daxil olan sual və tapşırıqların sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq sadə, orta, çətin səviyyəli olmasına diqqət yetirilib. Sual və tapşırıqlar məzmun və formasından asılı olaraq, hər bir şagirddən problemi həll etmə, mühakimə yürütmə və əsaslandırma, ünsiyyət, tədqiqetmə və tətbiqetmə bacarığı tələb edir. Əzbərçiliyə, hafizəyönümlüyə əsas verməyən bu tapşırıqların bir yox, bir neçə cavabı olur. Ənənəvi test tapşırıqlarından fərqli olaraq, bəzi tapşırıq nümunələrində düzgün cavab təqdim olunmuş cavablar içərisindən seçilmir. Cavabı bilik və bacarığı sayəsində şagirdin özü yazır. Vəsait həm şagirdlər, həm abituriyentlər, həm də fənn müəllimləri üçün faydalı olacaqdır. Şagird və abituriyentlər ondan istifadə etməklə öz hazırlıq səviyyələrini yoxlayacaq, intellektual bacarıqlarını inkişaf etdirəcək, təhlillər, müqayisələr aparmağa həvəslənəcəklər. Müəllimlər isə vəsaitdən yararlanmaqla az vaxt ərzində daha çox şagirdin biliyini aşkara çıxarmağa, təkcə ayrı-ayrı mövzuların deyil, bütövlükdə hər bir bəhsin, bölmənin, yarımillik və illik materialların şagirdlər tərəfindən necə mənimsənildiyini müəyyənləşdirə biləcəklər. Bununla da hər bir şagirdin hazırlığının yoxlanılmasına fərdi yanaşma imkanları xeyli genişlənəcək. “Vəsait buraxılış imtahanlarına hazırlaşan 9-cu və 11-ci sinif şagirdləri, eləcə də qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün də etibarlı mənbədir. Vəsait qüvvədə olan tədris proqramına uyğun tərtib olunub. Gələcəkdə proqramda dəyişikliklər edilərsə, vəsaitdə də müvafiq dəyişikliklər aparılacaq”, – TQDK-dan bildirilib. Vəsaitləri TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.
RİYAZİYYAT – Abituriyentlər üçün Dərslik Vəsait | PDF
Abituriyentlərə kömək olacaq riyaziyyat materialı.
İçərisi zəngin riyazi bilikləri əhatə edib.
Həndəsə və cəbr mövzuları.
Mir.az-a Dəstək üçün ianə edin!
Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?
RİYAZİYYAT – Abituriyentlər üçün Dərslik Vəsait | PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.
riyaziyyat-abituriyenler-ucun-derslik.pdf
Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.
Comments are closed, but trackbacks and pingbacks are open.