Press "Enter" to skip to content

Abs qeyri-formal məşğulluq kitab

Qarşıda duran əsas məqsəd ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, habelə qeyri-formal məşğulluğun törətdiyi fəsadlar barədə əhalinin məlumatlılığını artırmaq, ən başlıcası isə formal məşğulluq sahəsində əldə edilmiş uğurları davam etdirməkdir. Əminik ki, koordinasiyalı şəkildə həyata keçirilən tədbirlər bu sahədə yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

Qeyri-formal məşğulluğun qarşısının alınması aparılan sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir

Prezident İlham Əliyevin 2017-ci il 14 mart tarixli Sərəncamı ilə yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası bu günlərdə növbəti iclasını keçirdi. İclasda müzakirə olunan məsələlər, ümumən komissiyanın ötən dövrdəki fəaliyyəti, qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılan işlər və əldə olunan nəticələr barədə AZƏRTAC-ın suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafik inkişaf məsələləri şöbəsinin müdiri, komissiyanın katibliyinin rəhbəri Rəşad Dayıyev cavablandırıb.

– Rəşad müəllim, qeyri-formal məşğulluq nədir və onun sosial-iqtisadi inkişafa mənfi təsirləri nədən ibarətdir?

-Son illərdə qəbul olunmuş məşğulluq haqqında qanunvericilikdə qeyri-formal məşğulluğun aydın izahı verilib. Belə ki, qeyri-formal məşğulluq əmək müqaviləsi (kontrakt) və ya mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Qeyri-formal məşğulluq kölgə iqtisadiyyatının əsas göstəricisidir. İşçi ilə qeyri-formal əmək münasibətləri işəgötürənin vergi və məcburi sığorta ödəmələrindən yayınmaq məqsədinə xidmət edir. Lakin belə hallar bir tərəfdən işçinin gələcək sosial müdafiə hüquqlarını, pensiya təminatını sual altında qoyur, hətta iş yerində bədbəxt hadisə zamanı xəsarət aldıqda belə onun köməksiz vəziyyətdə qalmasına səbəb olur. Digər tərəfdən, qeyri-formal məşğulluq dövlət büdcəsi daxilolmalarına ciddi ziyan vurur. Eyni zamanda, qeyri-formal məşğulluq əmək ehtiyatlarından səmərəli istifadə olunmasına, layiqli əməyin dəstəklənməsinə, işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur.

Bu gün bu problem inkişaf səviyyəsindən asılı olmayaraq bütün dünya dövlətləri üçün xarakterikdir. Ümumilikdə, qeyri-formal sektor həm əhalinin məşğulluğuna, həm də bütövlükdə ölkələrin iqtisadiyyatına ciddi mənfi təsir göstərməklə əmək bazarının müstəqil seqmentinə çevrilib. Qeyri-formal məşğulluğun dünya iqtisadiyyatında payının getdikcə artması məsələyə hökumətlərin daha ciddi və operativ yanaşmasını, problemin həllində daha səmərəli və yeni innovativ yanaşmalara əsaslanan vasitələrin tətbiqini zəruri edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan sosial dövlət konsepsiyasının başlıca istiqaməti əhalinin rifah səviyyəsinin yüksəldilməsi, hər bir vətəndaşın iqtisadi və sosial hüquqlarının qorunmasıdır. Bu baxımdan, qeyri-formal məşğulluğun aradan qaldırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm tərkib hissəsidir.

Qeyri-formal işləyənlərə formal məşğulluğa keçmələri barədə Prezident tərəfindən də çağırışlar edilib. Bildiyiniz kimi, bu il pandemiya ilə əlaqədar genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir o cümlədən dörd dəfə olmaqla birdəfəlik ödəmə (190 manat) proqramı icra olunub ki, bu proqram işsiz şəxslərlə yanaşı, xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslər də daxil olmaqla 600 min nəfəri əhatə etdi. Bunun üçün 333 milyon manat sərf olundu.

Prezident İlham Əliyev 2020-ci il aprelin 17-də keçirdiyi videobağlantı formatında iclasda “Bu kateqoriyaya aid olan insanlar aztəminatlı təbəqənin nümayəndələridir, eyni zamanda koronavirusla bağlı işini müvəqqəti itirən və qeyri-formal məşğul insanlardır. Onların da problemlərini dövlət öz üzərinə götürür” deyə qeyd etdi. Dövlət başçısı bir daha dedi: “Baxmayaraq, mən dəfələrlə onlara müraciət etmişəm ki, qeyri-formal məşğulluğa son qoyun, çünki bu, sizin üçün problem yaradacaq. Siz işsizlikdən sığorta, işsizlik müavinəti, pensiya, tibbi sığorta ala bilməyəcəksiniz. Son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumların fəaliyyəti nəticəsində on minlərlə yeni əmək müqaviləsi bağlanıldı. Mən ümid edirəm ki, bu ağır vəziyyətdən sonra bunu nəzərə alaraq bu gün hələ də kölgə iqtisadiyyatında çalışan insanlar dərk edəcəklər ki, yeganə çıxış yolu kölgə iqtisadiyyatından çıxmaqdır. Sahibkarlara müraciət edirəm, qeyri-formal məşğulluğa son qoyun. İşçilərə müraciət edirəm bir daha, əmək müqaviləsi olmadan işləməyin, tələb edin. Əgər hansısa sahibkar sizinlə əmək müqaviləsi bağlamaq istəmirsə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Prezident Administrasiyasına dərhal məlumat verin”.

– Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verərdiniz?

– Prezident İlham Əliyevin hələ üç il əvvəl imzaladığı 2017-ci il 14 mart tarixli Sərəncamla Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yaradılması da qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində aparılan sosial-iqtisadi siyasətin daha da gücləndirilməsi və bu sahədə praktik nəticələrə nail olunması məqsədi daşıyıb. Həmin Sərəncamla yaradılmış 7 nəfər aidiyyəti qurumların rəhbər səviyyəsində təmsil olunduqları komissiyaya Baş Nazirin müavini Əli Əhmədov sədrlik edir. Sərəncamda əmək münasibətləri iştirakçılarının iqtisadi və sosial hüquqlarının tənzimlənməsi və sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər planının hazırlanmasını və təsdiq edilməsini, eləcə də bu nəzarət tədbirlərinin əlaqələndirilməsini təmin etmək tapşırılmışdı. Qısa müddət ərzində mütərəqqi təcrübə nəzərə alınmaqla qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində aparılacaq tədbirlər müəyyənləşdirilib. Tədbirlər planı isə Prezidentin 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiqlənib. Onu da qeyd edim ki, Sərəncama əsasən cari fəaliyyətin təşkili məqsədilə komissiyanın katibliyi fəaliyyət göstərir və katibliyin funksiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. Əlavə olaraq bildirim ki, komissiya daxilində 3 işçi qrupu da fəaliyyət göstərir və mütəmadi olaraq verilmiş tapşırıqlar üzrə onların gördükləri işlərə dair hesabatları dinlənilir.

Komissiyanın fəaliyyəti ərzində ölkədə formal məşğulluğun təşviqi məqsədilə bir çox qanunvericilik aktları qəbul edilib, o cümlədən yeni “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib, “İşsizlikdən sığorta haqqında” Qanun qüvvəyə minib, İşsizlikdən Sığorta Fondu yaradılıb, işçilərin və işəgötürənlərin formal məşğulluğa marağını artırmaq məqsədilə vergi və sosial sığorta sahəsində islahatların dəstəklənməsi məqsədilə qanunvericiliyə zəruri dəyişikliklər edilib.

Fürsətdən istifadə edərək digər bir məsələni də qeyd etmək istərdim. Komissiyanın fəaliyyəti çərçivəsində yerlərdə məşğulluq sahəsində tədbirlərin əlaqəli şəkildə həyata keçirilməsi məqsədilə məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələri yaradılıb və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 9 iyul tarixli Qərarı ilə onların Əsasnaməsi təsdiq edilib.

Bu komitələrin dəstəyi ilə qeyri-formal məşğulluğun azaldılması sahəsində mütəmadi işlər aparılır və hər il onların iştirakı ilə xüsusi müşavirələr keçirilir. Burada məqsəd yerlərdə formal məşğulluğun artırılması istiqamətində sistemli və əlaqəli tədbirlərin davamlı aparılmasıdır.

-Komissiyanın fəaliyyəti dövründə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində hansı nailiyyətləri qeyd edərdiniz?

-Komissiyanın fəaliyyəti ərzində nailiyyətləri qeyd edərkən ilk növbədə əmək müqavilələrinin sayındakı davamlı artım dinamikasını göstərmək olar. Komissiyanın yaradıldığı vaxtdan ötən dövrdə əmək müqavilələrinin sayında 387 min və ya 30 faizdən çox artım müşahidə edilib. Cari ilin ilk yarısında əmək müqaviləsi ilə işləyənlərin sayı 1 661 692 nəfərə çatıb. 2020-ci ilin yanvar-iyun aylarında bu artım qeyri-dövlət sektorunda 110 min olub. Bu o deməkdir ki, COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, özəl sektorda nəinki iş yerlərinin qorunub saxlanılmasına nail olunub, hətta əlavə 110 min əmək müqaviləsi bağlanılmaqla, bu qədər sayda insan öz sosial hüquqlarını bərpa edib.

Nəticədə onlar qanunvericiliyə əsasən dövlət tərəfindən təqdim edilən sosial dəstək paketlərindən yararlanmaq imkanı qazanıblar. Yəni onlar əmək qabiliyyətini müvəqqəti itirdikdə kompensasiya, iş yerini itirdikdə işsizlikdən sığorta ödənişi almaq, həmçinin tibbi sığorta, sosial təminat və s. hüquqlar əldə ediblər.

Digər bir nailiyyət kimi fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanlar və sığortaedənlərin sayında müşahidə edilən artımdır. Cari ilin ilk yarısında bu şəxslərin sayı müvafiq olaraq 6 və 6,5 faiz artıb.

Bundan başqa, komissiyanın fəaliyyəti dövründə fiziki şəxs sahibkarların da sayı artaraq 466 min nəfərə, sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz əldə etmiş sabit vergi ödəyicilərinin sayı isə 9,6 min nəfərə çatıb.

Bu artımlara nail olunmasının bilavasitə dövlət başçısının müraciətləri əsasında ölkədə sahibkarların “kölgədən işıqlığa doğru” prinsipini əsas tutaraq öz fəaliyyətlərini rəsmiləşdirməsi ilə əlaqədar olduğunu xüsusi vurğulamaq lazımdır. Sadalanan nailiyyətlərin növbəti fəaliyyət dövründə də davam etdirilməsi komissiyanın əsas hədəflərindəndir.

-Bu günlərdə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının keçirdiyi növbəti iclasda hansı məsələlər müzakirə edildi?

– Ölkədə xüsusi karantin rejiminin davam etməsi ilə əlaqədar komissiyanın videokonfrans formatında keçirilən 2020-ci il 25 avqust tarixli iclası sayca 8-ci idi və tədbirdə qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində əldə edilmiş nəticələr, bu sahədə hazırlanmış qanunvericilik sənədləri layihələrinin mövcud vəziyyəti müzakirə olundu. Həmçinin cari il yanvarın 17-də Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilmiş müşavirədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikinti sahəsində qeyri-formal məşğulluq hallarının azaldılması ilə bağlı verilmiş tapşırığının icra vəziyyəti, eləcə də bu ilin ilk 6 ayında görülmüş işlər barədə dövlət başçısına təqdim olunacaq hesabat müzakirə edildi.

Həmin məsələlərə komissiyanın iclasında baxıldı və nəticəsi olaraq hər bir sənəd layihəsi barədə konkret tapşırıqlar verildi. Bunlara qeyri-formal məşğulluğun aşkar olunması, onun qarşısının alınması və formal məşğulluğun təşviqi məqsədilə müvafiq qanunvericilik aktlarının təsdiq olunması, qeyri-formal məşğulluğun səciyyəvi olduğu iqtisadi fəaliyyət növlərində, xüsusilə tikinti, ictimai iaşə və nəqliyyat sektorunda formal məşğulluğa keçidin sürətləndirilməsi ilə bağlı yeni təkliflərin hazırlanması və s. aiddir.

-Ümumilikdə “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın icrası hansı istiqamətləri nəzərdə tutur və icra vəziyyəti necədir?

– Tədbirlər planında 36 tapşırığın icrası nəzərdə tutulub və bu tədbirlərin icrası üzrə 24 icraçı qurum müəyyənləşib. Tədbirlər planı 5 bölmədən ibarət olmaqla qanunvericiliyin, inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirləri, monitorinq və qiymətləndirmə sisteminin qurulması, eləcə də təbliğat təşviqat kampaniyalarının keçirilməsi istiqamətlərini nəzərdə tutur.

Tədbirlər Planı üzrə ölkədə formal məşğulluğun stimullaşdırılması və qeyri-formal məşğulluq hallarının qarşısının alınması üçün qanunvericiliyin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanması təmin edilib. Bundan başqa, elektron informasiya resurslarının təkmilləşdirilməsi və inteqrasiyası sahəsində aidiyyəti dövlət qurumları tərəfindən işlər davam etdirilir və icrasının yaxın müddətdə təmin olunması hədəflənib. Həmçinin sənədə əsasən 11 istiqamət – qeyri-formal məşğulluqla mübarizə tədbirləri, qeyri-formal məşğulluğun mənfi nəticələri, formal məşğulluğun üstünlükləri barədə məlumatlandırma və təbliğat kampaniyasının həyata keçirilməsi qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində, ictimai təşkilatların və sosial tərəfdaşların birgə fəaliyyətinin dəstəklənməsi və s. işləri də davam edir.

Onu da bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə ardıcıl təbliğat-maarifləndirmə işləri də görülür. Əmək müqaviləsinin üstünlükləri və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə, habelə əmək müqavilələrinin sayının mütəmadi artımı ilə bağlı press-relizlər, qrafik və kreativ reklamlar, qısametrajlı sənədli filmlər, posterlər, bukletlər, müsahibələr və s. hazırlanaraq KİV-lərdə, sosial mediada yayımlanıb. Məlumatlandırma kampaniyasına sosial şəbəkələrdə geniş izləyici auditoriyası olan tanınmış incəsənət xadimlərinin, bloggerlərin də iştirakı təmin edilir. Müxtəlif tele- və radioverilişlərdə əmək müqaviləsinin əhəmiyyəti və qeyri-formal məşğulluğun işçinin gələcək təminatını sual altında qoyması barədə məlumatlar verilir. Onu da bildirim ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa regionunda sosial sahədə qabaqcıl təcrübələrin qiymətləndirilməsi üçün keçirdiyi ən “Yaxşı təcrübə” müsabiqəsində 2019-cu ilin may ayında Azərbaycanda qeyri-formal məşğulluğun qarşısının alınması layihəsi regionun ən “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görülüb.

Məlumatlandırma və təbliğat tədbirləri ilə yanaşı, davamlı icra edilən tədbirlərdən birini də “Məşğulluq haqqında” Qanuna əsasən müəyyən edilmiş aktiv məşğulluq proqramlarının, xüsusilə özünüməşğulluğun genişləndirilməsidir.

Davamlı xarakterli tədbirlərdən biri də qeyri-formal məşğulluğun aşkar edilməsi məqsədilə yoxlamaların həyata keçirilməsi formalarının təkmilləşdirilməsidir. Bununla bağlı, “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatının yaradılması nəzərdə tutulub. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 25 fevral tarixli Fərmanı ilə “Qeyri-formal məşğulluğa nəzarət” vahid elektron informasiya ehtiyatına inteqrasiyası tələb olunan informasiya sisteminin və ehtiyatlarının Siyahısı” təsdiq edilib. Fərmana əsasən 18 dövlət qurumunun 25 elektron informasiya sisteminin inteqrasiyası təmin ediləcək. Hazırda sözügedən vahid elektron informasiya ehtiyatının yaradılması istiqamətində işlər görülür.

Bu sistemin yaradılması məşğulluq sahəsində lazımi məlumatları özündə əks etdirən müxtəlif dövlət qurumlarının elektron informasiya sistemlərinin vahid sistem altında inteqrasiya edilməsinə və bu məlumatların elektron çarpaz yoxlanılması nəticəsində qeyri-formal məşğulluğun aşkar edilməsinə, qeyri-formal məşğulluqla mübarizədə nəzarətin daha da gücləndirilməsinə imkan yaradacaq.

İşəgötürənlər tərəfindən vergi və sosial sığorta ödənişlərindən yayınmaq məqsədilə faktiki əmək münasibətlərində olan işçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının qarşısının alınması, formal məşğulluğa keçidi stimullaşdıran bir sıra tədbirlərin görülməsi, əmək və məşğulluq sahəsində elektron qaydada aşkar edilmiş qanun pozuntularına dair məhz elektron qaydada protokol və qərarların tərtib edilməsi və s. də aparılan işlərin əsas istiqamətlərindəndir.

Qarşıda duran əsas məqsəd ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində vətəndaşların əmək və sosial hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti gücləndirmək, bu sahədə koordinasiyalı fəaliyyəti təmin etmək, habelə qeyri-formal məşğulluğun törətdiyi fəsadlar barədə əhalinin məlumatlılığını artırmaq, ən başlıcası isə formal məşğulluq sahəsində əldə edilmiş uğurları davam etdirməkdir. Əminik ki, koordinasiyalı şəkildə həyata keçirilən tədbirlər bu sahədə yeni nailiyyətlərin əldə edilməsinə öz töhfəsini verəcək.

Abs qeyri-formal məşğulluq kitab

“İşçi işəgötürənlə əmək müqaviləsi bağlamadan, qeyri-formal şəkildə bu və ya digər fəaliyyəti yerinə yetirməklə özünü əmək və sosial təminat hüquqlarından məhrum etmiş olur. Qeyri-formal məşğulluq işəgötürənlərin də iqtisadi mənafelərinə, müəssisədə əmək məhsuldarlığına, keyfiyyətli istehsal və xidmət prosesinə ciddi zərər vurur. Ona görə də qeyri-formal məşğulluq hallarının aradan qaldırılmasında, qeyri-formal məşğulluğun leqallaşdırılmasında işçilər və işəgötürənlər eyni dərəcədə fəal olmalıdırlar”.

Bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şabran rayonunda keçirdiyi əmək qanunvericliyi və onun tətbiqi ilə bağlı məlumatlandırma məqsədi daşıyan tədbirdə diqqətə çatdırılıb.

İşçi və işəgötürənlərin iştirakı ilə keçirilən tədbirdə qeyri-formal məşğulluğun mənfi nəticələri, əməyin leqallaşdırılmasının əhəmiyyəti vurğulanıb, 2019-cu ildə ölkədə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, əldə edilmiş müsbət nəticələr qeyd edilib. Həmçinin istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları, məzuniyyət hüququnun təmin edilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prinsiplər barədə iştirakçılar məlumatlandırılıb, onlara əmək qanunvericiliyində nəzərdə tutulmuş istirahət vaxtı və istirahət günləri, işçilərin məzuniyyət hüquqları, məzuniyyətin növləri barədə məlumatlar verilib. Əmək məzuniyyəti və onun verildiyi iş ili, əmək məzuniyyətlərinin, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə, əmək stajına görə əlavə məzuniyyətlərin müddətlərindən və s. bəhs olunub.

Abs qeyri-formal məşğulluq kitab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.

FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.

Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.

Comments are closed, but trackbacks and pingbacks are open.