Press "Enter" to skip to content

Ac həriflər tamaşası 1993

Bala � başa bəla! (Prodüser) – 1995, Tammetrajlı televiziya film-tamaşası

Ac həriflər tamaşası 1993

Mirzəyev Ramiz Həsənağa oğlu (Ramiz Həsənoğlu) � əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru.

Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.

4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Mirzəyev Ramiz Həsənağa oğluna Azərbaycan Respublikasının �Xalq artisti� fəxri adı verilmişdir

Anarın pyesləri əsasında “Mən, sən, o və telefon”, “Dindirir əsr bizi”, “Ötən ilin son gecəsi” teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.

R.Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları “Qatarda” televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı “Topal Teymur”dur. “Günahsız Abdulla” və ilk Azərbaycan telemüzikli “Ordan-burdan” ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz “Ac həriflər” televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa “Humay” mükafatına layiq görülmüşdür.

R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında “Məzəli əhvalat” və Milli Akademik Dram Teatrında “Brüsseldən məktublar” tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi “Ailə” bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında “Cavid ömrü” bədii, tammetrajlı film çəkmişdir.

1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında “Sabah” eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.

Filmoqrafiya

Onuncu planet (Rejissor) – 1968

Gülər (Rejissor) – 1968

Firuzə (Rejissor) – 1969

Tanatos mehmanxanası (Rejissor) – 1969

Bir parça həyat (Rejissor) – 1969

Parlaq tale (Rejissor) – 1972, Sənədli film

Günəşlə görüşənlər (Rejissor) – 1973

Son gecə (Rejissor) – 1974

Gecə müsahibi (Rejissor) – 1975

Oğulla görüş (Rejissor) – 1975

Günəşin bacısı (Rejissor) – 1975

Bizim müasir qadınlar (Rejissor) – 1976, Qısametrajlı sənədli televiziya filmi

Dindirir əsr bizi (Rejissor) – 1976

Səməd Vurğun (Rejissor) – 1976, Sənədli film

Ötən ilin son gecəsi (Rejissor) – 1978, Televiziya tamaşası

Müsabiqə (Rejissor) – 1978

Bir payız axşamı (Rejissor) – 1978

Üç eskiz (Rejissor) – 1978, Sənədli film

Yollar görüşəndə. (Rejissor) – 1979, Qısametrajlı musiqili televiziya tamaşası

Sumqayıt (Rejissor) – 1979, Sənədli film

Qatarda (Rejissor) – 1981 , Tammetrajlı musiqili film

Ömrün yolları (Rejissor) – 1982, Tammetrajlı televiziya tamaşası

Kökdən düşmüş piano (Bədii rəhbər) – 1982, Tammetrajlı televiziya tamaşası

Evləri köndələn yar (Rejissor) – 1982, Tammetrajlı film-tamaşa

Topal Teymur (Rejissor) – 1983

Günahsız Abdulla (Rejissor) – 1984, Tammetrajlı televiziya tamaşası

Ordan-burdan (Rejissor) – 1987

Yaşıl eynəkli adam (Rejissor) – 1987

Qonşu qonşu olsa. (Rejissor) – 1989, Tammetrajlı televiziya film-tamaşası

Kamança (Rejissor) – 1993

Ac həriflər (Ssenari müəllifi) – 1993, Tammetrajlı bədii televiziya filmi

Ağ dünya (Prodüser) – 1995

Bala � başa bəla! (Prodüser) – 1995, Tammetrajlı televiziya film-tamaşası

Qayalarda qalan səs (Prodüser) – 1995Ş, Tammetrajlı film-tamaşa

Ömürdən uzun gecə (Prodüser) – 1996, Tammetrajlı bədii televiziya filmi

Yarımştat (Prodüser) – 1996, Tammetrajlı bədii televiziya film-tamaşası

Fatehlərin divanı (Rejissor) – 1997, Çoxseriyalı bədii televiziya filmi

Min birinci söz (Rejissor) – 1997 , Qısametrajlı sənədli-bədii televiziya filmi

Yurd yeri (Prodüser) – 1997 , Tammetrajlı bədii televiziya filmi

Ailə (Rejissor) – 1998 , tammetrajlı bədii film

Nigarançılıq (Prodüser) – 1998 , Tammetrajlı televiziya film-tamaşası

Xoşbəxt adam (Rejissor) – 1999 , Sənədli film

Yaşıl eynəkli adam-2 (Prodüser) – 1999 , Tammetrajlı bədii televiziya filmi

Dirsə xanın oğlu Buğacın boyu (Rejissor) – 2000 , Tammetrajlı bədii televiziya filmi

Nekroloq (Prodüser) – 2001 , Tammetrajlı bədii televiziya filmi

Salur Qazanın evi talandığı boy (Prodüser) – 2001 , Tammetrajlı bədii televiziya filmi

Ömür ağacı (Rejissor) – 2002 , Sənədli film

Yaşıl eynəkli adam-3 (Prodüser) – 2002 , Tammetrajlı bədii televiziya filmi

Dəvətnamə (Prodüser) – 2003 , Tammetrajlı bədii televiziya filmi

Yumurta (Rejissor) – 2003 , Tammetrajlı televiziya film-tamaşası

Bəylik dərsi (Prodüser) – 2007 , Tammetrajlı bədii televiziya filmi

Cavid ömrü (Rejissor) – 2007 , Tammetrajlı bədii film

Anarın anları (Rejissor) – 2008 , Tammetrajlı sənədli televiziya filmi

Evləri göydələn yar (Prodüser) – 2010 , Tammetrajlı bədii televiziya filmi

Mürafiə vəkillərinin hekayəti (Ssenari müəllifi) – 2011 , Tammetrajlı televiziya tamaşası

Sübhün səfiri (Rejissor) – 2012 , Tammetrajlı bədii film

Yaşadan, yaşayan Yaşar (Filmdə iştirak edən) – 2012 , Tammetrajlı sənədli televiziya filmi

Qlobalinfo

“Ac həriflər” tamaşası Kəngərli rayonunda göstərilib

Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı görkəmli yazıçı və dramaturq Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” birpərdəli vodevili əsasında hazırlanmış tamaşanı Kəngərli rayonunun ictimaiyyətinə təqdim edib.

AZƏRTAC xəbər verir ki, tamaşadan əvvəl Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Əli Qəmbərov çıxış edərək, rayonun xalq teatrının tarixindən söhbət açıb. Bildirilib ki, 1938-ci ildə dram dərnəyi kimi fəaliyyətə başlayan teatr 1981-ci ildə xalq teatrı statusu alıb. Kollektiv müxtəlif illərdə “Solğun çiçəklər”, “Vaqif”, “Ölülər”, “Tamahkar”, “Rəhmə gəl, mələyim”, “Müsyö Jordan və Dərviş Məstəli şah”, “Qısqanc ər”, “Yuxu” və başqa səhnə əsərləri ilə tamaşaçıların görüşünə gəlib. Teatr 2008-ci ildə Bakı şəhərində keçirilən xalq teatrlarının respublika müsabiqəsində “Müsyö Jordan və Dərviş Məstəli şah” tamaşası ilə II yerə layiq görülüb. Xalq teatrı bu gün ilk dəfə olaraq Kəngərli Rayon Mədəniyyət Evinin səhnəsində görkəmli dramaturqumuz Əbdürrəhim bəy Haqverdiyevin “Ac həriflər” tamaşasını teatrsevərlərə təqdim edir. 1911-ci ildə yazılan “Ac həriflər” əsəri yetkin məzhəkədir.

Tamaşada hadisələr qədim Azərbaycan şəhərində, aşpaz Həsənin yeməkxanasında cərəyan edir. Həsən dayı (Neymət İslamoğlu) və onun yeməkpaylayanı Zərbəli (Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Elçin Arzumanlı) bura gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Yeməkxanaya gələn müxtəlif personaj və obrazlar böyük bəstəkarımız Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” komediyasındakı tipləri xatırladırlar. Məşhur komediyadakı qonaqlıq səhnəsindən fərqli olaraq buradakı tiplər yeməkxanada yediklərinin pulunu ödəmək əvəzinə, müxtəlif kələk və fırıldaqlara əl ataraq, aradan çıxmaq istəyirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi gülüş doğurur. Yeməkxanaya gələnlərin, məsələn, mühərrir Mirzə Mahmud (Məhərrəm Əbilsoy), aktyor Həsən (Nəsimi Məmmədzadə) və başqaları hərəsi bir sənətin sahibidirlər. Onlar yeyib aradan çıxmaq istəyirlər, çünki ciblərində pulları yoxdur.

Tamaşaçı müxtəlif tiplərin dialoqlarında o dövrün gülüşdoğuran mənzərələrini öz gözü ilə görür. Tamaşada rol almış aktyorlar Çakər Məmmədov (Süleyman), Salman Şirəliyev (Əhməd), İlham Quliyev (Rza), Əfsər Novruzov (Lətif) bu tiplərin dinamik canlandırılmasına çalışırlar. “Ac həriflər” tamaşasında kütləvi səhnələrdə Aynur Cəfərova, Nilufər Əhmədova, Gülnar Quliyeva və Uğur Cəfərov rol alıblar. Quruluşçu rejissor Nəsimi Məmmədzadə musiqi və səhnə tərtibatını da öhdəsinə götürərək, şən və komik bir tamaşa yaratmağa müvəffəq olub.

Ac həriflər (pyes)

Ac həriflər (komediya) — “Ac həriflər” 1911-ci ildə yazılmış kiçik həcmli səhnə əsəridir, vodevil janrında yazılmışdır. “Ac həriflər”, “Millət dostları” səpkili komediyaları realist aktyor məktəbinin formalaşmasında, teatrların repertuarında dəyərli yer tutmuşdur.

Əsərdə hadisələr ilk baxışda çox sadədir. Ötən əsrin əvvəllərində tipik bir Azərbaycan şəhərindəki yeməkxanaların birində, daha doğrusu, Həsən dayının yeməkxanasında baş verən hadisələr və söhbətlər dövrün koloritini canlandırır. Həsən dayı və onun yeməkpaylayanı Zərbəli buraya gələn “ac həriflər”in kələyinin qurbanı olurlar. Özünü ac-yalavac yeməkxanaya salan həriflər yeməyi yedikdən sonra pul ödəməmək üçün ona kələk gəlirlər. Bəxtsiz Həsən dayı və Zərbəlinin acizliyi də gülüş doğurur. Bu yeməkxanaya gələnlərin hərəsi bir sənətin sahibidirlər. Müştərilər içərisində “quru bəylər” də az deyil. Lakin onların heç biri yediyinin pulunu vermək istəmir. Dövrün “ac hərifləri” öz kələkləri ilə Həsən dayını aldatmaqla gülüş hədəfinə çevrilirlər [1] .

1993-cü ildə Ə.Haqverdiyevin eyni adlı əsəri əsasında “Ac həriflər” tammetrajlı film-tamaşası ekranlaşdırılıb [2] . Tamaşa “Humay” mükafatı”-na layiq görülmüşdür [3] .

Mündəricat

  • 1 Obrazlar
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Obrazlar [ redaktə | mənbəni redaktə et ]

Vəli, Hüseyn > artistlər

Mirzə Mahmud – “ İftira” qəzеtinin mühərriri

Salman, Süleyman > iki yоldaş

Lətif, Səməd, Əhməd, Rza > qоnaqlar

Həmçinin bax [ redaktə | mənbəni redaktə et ]

  • Ac həriflər (film, 1993)
  • Əbdürrəhim bəy Haqverdiyev

İstinadlar [ redaktə | mənbəni redaktə et ]

  1. ↑[https://web.archive.org/web/20210303012544/http://web2.anl.az:81/read/page.php?zoom=0&bibid=6518&pno=6 Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine Seçilmiş əsərləri . 2 cilddə /Əbdürrəhim bəy Haqverdiyev ; tərt. ed. A. Zamanov ; [B. Cəfərov]]
  2. ↑”UNESKO Əbdürrəhim bəy Haqverdiyevin yubileyini qeyd edəcəkdir”. 2021-02-28 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-05-31 .
  3. ↑”Şərif Qurbanəliyev: “Yaşıl işıq yandırılıb ” “. 2021-03-03 tarixində arxivləşdirilib . İstifadə tarixi: 2020-05-31 .

Xarici keçidlər [ redaktə | mənbəni redaktə et ]

Comments are closed, but trackbacks and pingbacks are open.