Acca f3 azərbaycan
BÖLMƏ D ƏMƏLİYYATLARIN VƏ HADİSƏLƏRİN QEYDİYYATI
Acca f3 azərbaycan
ACCA F3 modulu Azərbaycan dilində sillabus
BÖLMƏ A MALİYYƏ HESABATLARININ HAZIRLANMASININ MƏZMUNU VƏ MƏQSƏDİ
A1 MALİYYƏ HESABATLARININ HAZIRLANMASI, SƏBƏB VƏ MƏQSƏDLƏRİ
A2 İSTİFADƏÇİLƏRİN VƏ MARAQLI TƏRƏFLƏRİN EHTİYACLARI
A3 MALİYYƏ HESABATLARININ ƏSAS ELEMENTLƏRİ
A4 TƏNZİMLƏYİCİ MEXANİZM
A5 İDARƏETMƏDƏ İŞTİRAK EDƏN TƏRƏFLƏRİN MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ.
BÖLMƏ B MALİYYƏ MƏLUMATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ VƏ MÜHASİBAT UÇOTUNUN FUNDAMENTAL ƏSASLARI
B1 MALİYYƏ MƏLUMATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ
BÖLMƏ C İKİLİ YAZILIŞ VƏ MÜHASİBAT UÇOTU SİSTEMLƏRİNİN İSTİFADƏSİ
C1 İKİLİ QEYDİYYATIN PRİNSİPLƏRİ VƏ Y UÇOT SƏNƏDLƏRİ
C2 HESABLAR, İLKİN QEYDİYYAT KİTABLARI VƏ JURNALLAR
BÖLMƏ D ƏMƏLİYYATLARIN VƏ HADİSƏLƏRİN QEYDİYYATI
D1 SATIŞ VƏ SATINALMALAR
D3 MAL-MATERİAL EHTİYATLARI
D4 UZUNMÜDDƏTLİ MADDİ AKTİVLƏR
D6 UZUNMÜDDƏTLİ QEYRİ-MADDİ AKTİVLƏR VƏ ONLARIN AMORTİZASİYASI
D7 HESABLANMIŞ MƏBLƏĞLƏR VƏ AVANS ÖDƏNŞLƏRİ
D8 DEBİTOR VƏ KREDİTOR BORCLARI
D9 QİYMƏTLƏNDİRİLMİŞ ÖHDƏLİKLƏR VƏ ŞƏRTİ ÖHDƏLİK VƏ AKTİVLƏR
D10 KAPİTALIN STRUKTURU VƏ MALİYYƏ XƏRCLƏRİ
BÖLMƏ E İLKİN BALANSIN HAZIRLANMASI
E1 YOXLAMA BALANSI
E2 SƏHVLƏRİN DÜZƏLDİLMƏSİ
E3 NƏZARƏT HESABLARI VƏ ÜZLƏŞDİRMƏLƏR
E4 BANK HESABLARININ ÜZLƏŞDİRİLMƏSİ
E5 KÖMƏKÇİ HESABLAR
BÖLMƏ F ƏSAS MALİYYƏ HESABATLARININ HAZIRLANMASI
F1 MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT
F2 MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT VƏ MƏCMU GƏLİR HAQQINDA HESABAT
F3 İZAHLI QEYDLƏR
F4 HESABAT DÖVRÜNDƏN SONRA BAŞ VERƏN HADİSƏLƏR
F5 PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT (ORTAQLIQLAR İSTİSNA OLMAQLA)
F6 NATAMAM HESABLAR
BÖLMƏ G SADƏ TƏRKİBLİ KONSOLİDƏ EDİLMİŞ MALİYYƏ HESABATLARININ HAZIRLANMASI
G1 TÖRƏMƏ MÜƏSSİSƏLƏR
G2 ASILI MÜƏSSİSƏLƏR
BÖLMƏ H MALİYYƏ HESABATLARININ TƏHLİLİ
H1 MALİYYƏ HESABATLARININ ƏHƏMİYYƏTİ VƏ MƏQSƏDİ
H3 MALİYYƏ HESABATLARININ TƏHLİLİ
ACCA F3 Azərbaycan dilində – təliminin əsas məqsədi maliyyə hesabatları ilə əlaqəli əsas prinsipləri, konsepsiyaları və qaydaları izah etmək, bu sahədə olan bilikləri daha da inkişaf etdirmək və əsas maliyyə hesabatlarının hazırlanmasını öyrətməkdən ibarətdir.
Təlim Mühasibat uçotunu yeni öyrənən mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimin dili: Azərbaycan
Təlimin müddəti: həftədə 1 dəfə (həftəsonu daxil) 4 saat olmaqla 3.5 ay
ACCA
ACCA (the Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası 179 ölkədə 227 min üzvü olan, sertifikat və diplomları beynəlxalq şirkətlər tərəfindən qəbul edilən dünyanın ən böyük mühasibat təşkilatıdır.
ACCA kvalifikasiyası maliyyə, mühasibat uçotu və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyər formalaşdıran peşəkar kvalifikasiya hesab olunur.
Dövlət İmtahan Mərkəzi (DİM) ACCA təşkilatının rəsmi Test Mərkəzi kimi təşkilatın beynəlxalq imtahan mərkəzlərinə dair məlumat sistemində 26501944 kodu ilə qeydiyyata alınmışdır. DİM-in ACCA kvalifikasiyalarını həyata keçirmək üçün əldə etdiyi rəsmi lisenziya keçiddə əksini tapmışdır.
ACCA imtahanlarının namizədlər üçün mövcud üstünlükləri:
- İmtahan nəticələrinin dərhal verilməsi;
- İmtahanlar üzrə keçid balının 50% olması;
- Karyeranızı inkişaf etdirmək və yüksək maaşlı iş imkanı;
- Beynəlxalq şirkətlərdə işləmək imkanı.
İmtahanların qiyməti
ACCA imtahanlarının qiyməti seçilən imtahan səviyyəsindən asılı olaraq dəyişir. Aşağıdakı cədvəldən imtahanların qiymətinə dair məlumat əldə edilə bilər:
Kompüter əsaslı imtahanlar:
Mühasibat Uçotunun əsasları üzrə proqramlar
Funt sterlinq
FA1 Maliyyə əməliyyatlarının qeydiyyatının aparılması
MA1 İdarəetmə məlumatları
FA2 Maliyyə qeydlərinin aparılması
MA2 Xərclərin və maliyyənin idarə edilməsi
FBT Biznes və Texnologiya
FMA İdarəetmə uçotu
FFA Maliyyə uçotu
ACCA kvalifikasiyası
BT Biznes və Texnologiya
MA İdarəetmə uçotu
FA Maliyyə uçotu
LW ENG & GLO Korporativ və biznes hüququ
İmtahan nəticəsi və sertifikat
Namizəd kompüter əsaslı imtahanı bitirdikdən dərhal sonra imtahan nəticəsini və kvalifikasiya üzrə sertifikatını görə bilər.
ACCA-ə tam-hüquqlu üzv olmaq üçün 7 il ərzində bütün ACCA imtahanlarını (11 imtahan) vermək tələb olunur.
İmtahanlara hazırlaşmaq üçün onlayn resurslar
ACCA imtahanlarına dair hazırlıq materiallarını buradan əldə etmək mümkündür, həmçinin FA1 və ya MA1 imtahanlarına hazırlaşmağa yeni başlayanlar üçün pulsuz onlayn kurslar təqdim olunur.
İmtahan günləri
Hər həftənin II günü
Hər həftənin IV günü
Əlaqə məlumatları
DİM tərəfindən keçirilən ACCA imtahanına qeydiyyat, imtahanın keçirilmə qaydalarının öyrənilməsi haqqında əlavə məlumat əldə etmək üçün qeyd olunmuş əlaqə vasitələrinə müraciət etmək mümkündür:
ACCA F3 Azərbaycan dilində
Beynəlxalq Mühasibat Uçotunun Əsasları – (ACCA F3 Azərbaycan dilində) təlimi başlayır. Azərbaycan dilində tədris edilən ACCA F3 təlimi üzrə növbəti qrup 2 Dekabr tarixində başlayır.
ACCA F3 Azərbaycan dilində – təliminin əsas məqsədi maliyyə hesabatları ilə əlaqəli əsas prinsipləri, konsepsiyaları və qaydaları izah etmək, bu sahədə olan bilikləri daha da inkişaf etdirmək və əsas maliyyə hesabatlarının hazırlanmasını öyrətməkdən ibarətdir.
Təlim Mühasibat uçotunu yeni öyrənən mütəxəssislər, yeni mühasiblər və ya ümumiyyətlə bu sahədə heç bir biliyi və təcrübəsi olmayan şəxslər üçün nəzərdə tutulmuşdur.
Təlimlərimizdə nüfuzlu Sertifikatlaşdırılmış Mühasiblər Assossiasiyasının (ACCA) rəsmi tədris materiallarının Headstart International tərəfindən Azərbaycan dilinə rəsmi tərcümə edilmiş versiyasından istifadə olunur.
Təlimin sonunda təşkil olunacaq Sertifikat İmtahanında uğur qazanan tələbələr Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən təsdiq olunmuş Sertifikatla təltif olunacaqlar.
Həsən Həsənov – ACCA member
Həsən müəllim -maliyyə, mühasibatlıq və audit sahəsində 10 ildən artıq peşəkar təcrübəyə malikdir. 2009-cu ildən başlayaraq hər il Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) və Beynəlxalq Mühasibatlıq Uçotu Standartları (IAS) təkrarı ve yenilənməsi üzrə xarici ölkələrdə təlimlər keçmişdir. Maliyyə hesabatları, mühasibat uçotu, maliyyə məlumatlarının analizi, daxili kontrol, risklərin idarə edilməsi və büdcənin hazırlanması üzrə geniş təcrübə və biliklərə sahibdir. Həmçinin idarəetmə, planlama, təşkilati işlərdə və təlimçilik üzrə biliklərə malikdir. Dünyanın aparıcı və öndə gedən audit və konsaltinq şirkəti olan Baker Tilly Azerbaijan şirkətində çalışmış və böyük təcrübə qazanmışdır.
Hal-hazırda Expressbankda Maliyyə direktoru vəzifəsində çalışır.
Təlimin keçiriləcəyi dil: Azərbaycan dili
Təlimin başlama tarixi: 02.12.2018
Müddəti: 50 saat (3 ay)
QEYDİYYAT VƏ ƏLAVƏ MƏLUMAT ÜÇÜN:
Comments are closed, but trackbacks and pingbacks are open.