Açıq drsin icmalı
“Tək” sözünü cümlədə həm əsas nitq hissəsi, həm də köməkçi nitq hissəsi kimi işlədin.
Açıq dərsin icmalı necə yazılır?
1.2.4. Verilmiş sadə mətni bədii ifadə vasitələri ilə zənginləşdirməklə obrazlı və emosional nəql edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və obrazlı şəkildə səciyyələndirir.
3.1.4.. Mühakimə xarakterli kiçikhəcmli rəy-inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların əsas nitq hissələrindən fərqini izah edir.
Məqsəd:
1.Verilmiş şeiri öz düşüncələri ilə zənginləşdirərək nəql edir.
2. Mətndəki əsas fikri müəyyən edir.
3. Sözün leksik və qrammatik mənalarını fərqləndirir.
4. Köməkçi nitq hissələrini tanıyır, onları əsas nitq hissələrindən fərqini izah edir.
İnteqrasiya: həyat bilgisi, informatika, musiqi.
Dərsin tipi: induktiv.
İş forması: böyük və kiçik qruplar.
İş üsulu: əqli hücum, müzakirə.
Resurslar: dərslik, iş vərəqləri, şəkillər, yapışqan, kompyuter, test tapşırıqları və s.
Motivasiya:
Sözün də su kimi lətafət var,
Hər sözü az demək daha
xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış,
az din,
Qoy az sözlərinlə dünya
bəzənsin.
Az sözün incitək mənası
solmaz,
Çox sözün kərpic tək qiyməti olmaz.
Dərsin gedişi:
Müəllim: Siz bu şeirdə nə başa düşürsünüz? Şair nə demək istəyir?
“Söz” deyəndə nə başa düşürsünüz?
Tədqiqat sualı: Hansı sözlərin həm leksik, həm də qrammatik mənası olur?
Hansı sözlərin yalnız qrammatik mənası olur?
Onları necə ayıra bilərik?
Tədqiqatın aparılması: Bu sualı araşdırmaq üçün tapşırıqlar yerinə yetirməliyik.
Qruplarla iş: I qrup “Günəş”, II qrup “Ay”, III qrup “Ulduz”, IV qrup “Səma”.
I qrup:
Tapşırıq 1:
Aşağıdakı cümlələrin hansında “sarı” sözü əsas nitq hissəsi kimi işlənməyib?
1) Sarı köynəyi geyinmə.
2) İpi yumağa sarı.
3) Lalə, itə sarı getmə, səni tutar.
Tapşırıq 2:
“Tək” sözünü cümlədə həm əsas nitq hissəsi, həm də köməkçi nitq hissəsi kimi işlədin.
1. _________________________
2 ._________________________
II qrup:
Tapşırıq 1.
“Bir” sözü hansı cümlədə miqdar bildirən söz kimi işlənib?
Bir buna bax, gör nə deyir?
Məktəbdən çıxanda bir oğlana rast gəldim.
Qoy bir evə gəlsin, mən onun dərsini verərəm.
Tapşırıq 2.
Şeirin hansı misrasında “az” sözü zərf kimi işlənib? İzah et:(Altından xətt çək)
Sözün də su kimi lətafəti var,
Artıq içiləndə dərd verir o da.
Hər sözü az demək daha xoş olar.
İnci tək sözlər seç, az danış, az din,
Bir inci saflığı varsa da suda
Qoy az sözlərinlə dünya bəzənsin.
III qrup:
Tapşırıq 1 . “Az”, “din”, “min” sözlərinin hər birini cümlədə işlədin. Bu sözlərin hansı nitq hissəsinə aid olduğunu müəyyən et.
1._________________________
2._________________________
3._________________________
Tapşırıq 2.
Aşağıdakı cümlələrdə “bax” sözü hansında əsas, hansında köməkçi nitq hissəsi kimi işlənib?
1. Ora bax, düşmən səngərə doğru irəliləyir.
2. Qocaya bax, belə kömək edərlər.
IV qrup
Sözün də su kimi lətafəti,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o da.
İnci tək sözlər seç, az danış,
az din,
Qoy az sözlərinlə dünya
bəzənsin.
Tapşırıq 1 . Şeirdə altından xətt çəkilmiş hansı söz: (xətlərlə birləşdirin)
1.Cümlənin təsir gücünü artırır.
Sözün də su kimi lətafəti var.
2.Özündən əvvəlki sözə
qoşularaq bənzətmə bildirir.
Qoy az sözlərinlə dünya bəzənsin.
Tapşırıq 2 . Hansı cümlədə “yalnız” sözünə sual vermək olur? Nə üçün?( izah et)
1. Günəşdir nur verən aləmə yalnız.
2. Yalnız qalmaq ona pis təsir edir.
3.Bu işi yalnız sən bacararsan.
İnformasiya mübadiləsi:
Qrup nümaynədələri görülən işləri təqdim edirlər. Qruplar bir-birinin işinə münasibət bildirirlər.
İnformasiyanın müzakirəsi:
Söz necə yaranır?
Sözün hansı mənaları var?
Nəticə:
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası var.
Sözün birbaşa ifadə etdiyi məna (ad, əlamət, hərəkət və s.) onun leksik mənası adlanır.
Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, leksik mənası olmur.
Ayrılıqda cümlə üzvü vəzifəsində işlənmir və müstəqil suala cavab vermir.
Şəkilçi qəbul etmir və dəyişmir.
Əsas nitq hissələrinin həm leksik, həm də qrammatik mənası olur.
Əsas nitq hissələri müstəqil leksik məna daşıyaraq, əşyanın adını, əlamətini, miqdarını, hərəkətini və s. bildirir.
Cümlə üzvü vəzifəsində işlənir, müxtəlif suallara cavab verir.
Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.
Krossvord
Söz və söz birləşmələrini mənalarına görə qruplaşdırın.
Kitab, ilə, vətən, gözəl, quşun ayağı, uşağın gözü, daş ürək, gah da, kəndin ayağı, kimi, iyirmi, acı bibər, və, acı söz, bulağın gözü, daş divar.
Ülviyyə Aslanova,
Bakı şəhəri, Sabunçu rayonu,
67 nömrəli orta məktəbin sinif müəllimi
tehsilproblemleri.com
Açıq drsin icmalı
ƏDƏBİYYATDAN AÇIQ DƏRSİN İCMALI
(nümunə)
Fənn: “ƏDƏBİYYAT”, sinif IX
Tədris vahidi: AZƏRBAYCANDA MİLLİ-DEMOKRATİK HƏRƏKAT DÖVRÜNDƏ ƏDƏBİYYAT
Mövzu: Əhməd Cavad “AZƏRBAYCAN BAYRAĞINA” şeiri. Əsərin məzmunu üzrə iş.
DƏRSİN GEDİŞİ:
Ev tapşırıqlarının yerinə yetirilmə səviyyəsi təqdimatların dinlənilməsi və müzakirə edilməsi yolu ilə müəyyən edilir.
MOTİVASİYA,PROBLEMİN QOYULUŞU (7 dəqiqə)
Motivasiyanın yaradılması üçün qabaqcadan hazırlanmış slaydlar və dərslikdəki “Yada salın” və “Düşünün” başlıqlı sualların əsasında yığcam müsahibə aparmaqla motivasiya yaradılır. Müsahibə əsasında tədqiqat sualı formalaşdırılır.
TƏDQİQAT SUALI:
Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə,sizcə, daha çox hansı hiss və düşüncələr əksini tapmalıdır?
Tədqiqat sualı üzrə şagirdlərin fərziyyələri dinlənilir və qeydlər aparılır.
TƏDQİQATIN APARILMASI (12 dəqiqə)
Tədqiqata şeirin səs yazısının dinlənməsi ilə başlamaq olar.Bu məqsədlə aşağıdakı linkdən istifadə olunur:
https://www.youtube.com/watch?v=pdTOTK2zdE8
Sinif 4 kiçik qrupa bölünür:
I qrup- “Turan”
II qrup- “Zəfər”
III qrup-“İnam”
IV qrup- “Ay-ulduz”
Hər qrupa tədqiqat aparmaq üçün iş vərəqləri təqdim olu- nur,buradakı tapşırıqlara uyğun olaraq hər qrup şeirin bir bən- dində işlənmiş tanış olmayan sözlərin mənasını lüğət əsasında aydınlaşdırır, bəndin məzmununu izah edir, bənddə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir.
MƏLUMATIN MÜBADİLƏSİ VƏ MÜZAKİRƏSİ
(15 dəqiqə)
Hər qrup öz tapşırığı üzrə tədqiqat aparır və təqdimat hazırlayır.Təqdimatlar dinlənilir və müzakirə olunur.
ÜMUMİLƏŞDİRMƏ VƏ NƏTİCƏLƏRİN ÇIXARILMASI
( 3 dəqiqə)
Şagirdlərlə birlikdə dərs ümumiləşdirilir və nəticələr çıxarılır:
Azərbaycanın dövlət rəmzi olan bayrağa həsr olunan əsərlərdə daha çox vətənpərvərlik hissi və “Azərbacançılıq” məfkurəsi-düşüncəsi əksini tapmalıdır.
YARADICI TƏTBİQETMƏ(3 dəqiqə)
Azərbaycan bayrağı haqqında şeirlərdən biri ilə bu şeiri müqayisə etmək, oxşar və fərqli cəhətləri göstərmək.
QİYMƏTLƏNDİRMƏ (4 dəqiqə)
Qiymətləndirmə meyarı: aydınlaşdırma, müəyyənləşdirmə
Ev tapşırığı: (1 dəqiqə)
Müxtəlif mənbələrdən(o cümlədən, internet resurslarından), digər fənlərdən topladığınız məlumat əsasında “Azərbaycan Demokratik Cümhuriyyəti dövründə ədəbiyyatımız” mövzusunda şifahi təqdimata hazırlaşın. (Slaydlardan ibarət elektron təqdimat da hazırlamaq olar).
İcmalı hazırladı:
Fənn müəllimi : / /
Yoxladı:
Tədris hissə müdiri : / /
Tarix: ________________
gün,ay,il
Şirvan şəhər 13 №li tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
“Təhsildə inkişaf və innovasiyalar üzrə
III Qrant müsabiqəsinin fərdi layihə
qalibi.
II sinif rus dili fənnindən “Tərəvəzlər” mövzusunda açıq dərsin icmalı
Şagirdlərin fikirləri müzakirə edildikdən sonra artıq bir nəticəyə gəlirik və onları “Tərəvəzlər mövzusuna aid kifayyət qədər anlayışları olduqların görürəm. Tərəvəzlərə uyğun sözlər işlədərək «Кто и быстрее» (kim daha sürətlə) oyunun keçirirəm. Şagirdlərə ağ vərəqlər paylayaraq sevdikləri hər hansı bir tərəvəz rəsmin çəkməyi tapşırıram.Yuxarıda qeyd olunanları nəzərə alaraqbelə bir üsuldan istifada edirem.
1. Tərəvəzlər dirrikdə bitir.
2. Tərəvəzlər çox xeyirlidir, orqanizm üçün əhəmiyyətlidir.
3. Tərəvəzlərdə çoxlu vitaminlər var.
Elə bir tərəvəz varmı ki Azərbaycanda yetişmir?
Azərbaycanda çoxlu tərəvəzlər bitir, çünki bizim yaxşı iqlimimiz, yaxşı məhsuldar torpağımız və zəngin təbiətimiz var.
Просмотр содержимого документа
«II sinif rus dili fənnindən “Tərəvəzlər” mövzusunda açıq dərsin icmalı»
4 N – li tam orta məktəb
Tarix : 25 avqust 2013 cü il
Fənn: Rus dili
Standart: 1.1.2. Adını eşitdiyi əşyaları şəkillərdə seçir və göstərir.
2.1.1. Dinlədiyi səs, səs birləşmələrini və sadə sözləri təkrar edir.
2.2.4. Öyrəndiyi söz və söz birləşmələri və nitq etketlərindən istifadə edərək ünsiyyəy qurur.
Mövzu: TƏRƏVƏZLƏR
Təlim məqsədləri : tərəvəzləri şəkillərdə seçir və göstərir. mövzuya aid eşitdiyi, dinlədiyi səs və söz birləşmələrini, sadə sözləri təkrar edir; tərəvəzlərə aid öyrəndiyi söz və söz birləşmələrindən istifada edərək ünsiyyət qurur; tərəvəzlərin insan orqaniziminə necə faydalı olmaların nümayiş etdir;
İnteqrassiya: H.b. 1.3.1.; Riy. 1.1.1., 1.1.4.; Təsv.inc. 2.2.2.; İş forması; Qruplarla iş., kollektiv, fərdi iş. İş üsulları; Beyin həmləsi, BİBÖ. Resurslar; dərslik, iş vərəqləri, tərəvəz nümunələri, tərəvəzlər təsvir olunmuş plakat.
I Motivasiya- 5 dəq
Şagirdlərdən lövhədən asılmış plakatda nə gördüklərini soruşuram.
Şagirdlər -Tərəvəzlər deyə cavab verirlər. Sonra onlardan daha hansı tərəvəzləri soruşaraq Mövzunun adını onlardan alıram.
Tədqiqat sualı:
– Tərəvəzlərin bizim üçün nə əhəmiyyəti var?
II Tədqiqatın aparılması -10 dəq
II Tədqiqatın aparılması -10 dəq
II Tədqiqatın aparılması -10 dəq
II Tədqiqatın aparılması – 10 dəq
Şagirdləri 2 qrupa bölürəm. Onlara mövzu ilə bağlı iş vərəqləri və məlumat verilir.Qrupların emblemləripartaların üzərinə qoyub, tapşırıqları həll etməyə başlayırlar. I qrup – “Banan”, II qrup isə – “ Limon ” adları ilə fəaliyyətə başlayırlar.
Şagirdləri 2 qrupa bölürəm. Onlara mövzu ilə bağlı iş vərəqləri və məlumat verilir.Qrupların emblemləripartaların üzərinə qoyub, tapşırıqları həll etməyə başlayırlar. I qrup – “Banan”, II qrup isə – “ Limon ” adları ilə fəaliyyətə başlayırlar.
Şagirdləri 2 qrupa bölürəm. Onlara mövzu ilə bağlı iş vərəqləri və məlumat verilir.Qrupların emblemləripartaların üzərinə qoyub, tapşırıqları həll etməyə başlayırlar. I qrup – “Banan”, II qrup isə – “ Limon ” adları ilə fəaliyyətə başlayırlar.
Şagirdləri 2 qrupa bölürəm. Onlara mövzu ilə bağlı iş vərəqləri və məlumat verilir.Qrupların emblemləripartaların üzərinə qoyub, tapşırıqları həll etməyə başlayırlar. I qrup – “Banan”, II qrup isə – “ Limon ” adları ilə fəaliyyətə başlayırlar.
BANAN qrupu
LİMON qrupu
III Məlumat mübadiləsi – 5 dəq
Təqdimat üçün ayrılmış vaxt qurtardıqdan sonra hər bir qrupun lideri işləri təhvil verirlər
IV Məlumat müzakirəsi və təqdimatı – 10 dəq
Fikirlər dinlənilir və müzakirə edilir, şagirdlərə əlavə suallar verilir. Lövhədən asılmış şəkillərin içindən tərəvəzləri seçib adlandırmaları, onların rəngləri , həcmləri səsləndirilir. 1. Şəkillərdə tərəvəzləri seçıb səsləndirin. 2. Tərəvəzlərin rənglərin, həcmlərin sadalayın. 3.Tərəvəzlər harada bitir? 4. Rayonumuzda hansı tərəvəzlər bitir? 5.TƏrəvəzlərin insan orqaniziminə əhəmiyyəti nədir? Partaların üstündəki tərəvəz mulyalarını göstərərək onları bir – bir adlandırırlar.
V Nəticələrin çixarilmasi- 5 dəq
Şagirdlərin fikirləri müzakirə edildikdən sonra artıq bir nəticəyə gəlirik və onları “ Tərəvəzlər mövzusuna aid kifayyət qədər anlayışları olduqların görürəm . Tərəvəzlərə uyğun sözlər işlədərək «Кто и быстрее» (kim daha sürətlə) oyunun keçirirəm. Şagirdlərə ağ vərəqlər paylayaraq sevdikləri hər hansı bir tərəvəz rəsmin çəkməyi tapşırıram.Yuxarıda qeyd olunanları nəzərə alaraqbelə bir üsuldan istifada edirem.
1. Tərəvəzlər dirrikdə bitir.
2. Tərəvəzlər ç ox xeyirlidir, orqanizm üçü n əhəmiyyətlidir.
Elə bir tərəvəz varmı ki Azərbaycanda yetişmir?
3. Tərəvəzlərdə ç oxlu vitaminlər var.
Azərbaycanda ç oxlu tərəvəzlər bitir, çü nki bizim yaxşı iqlimimiz, yaxşı məhsuldar torpağımız və zəngin təbiətimiz var.
VI. Yaradıcı tətbiq etmə- 5 dəq
- Sinifdə iş dəftərində №12 tapşırıqda verilmiş tərəvəzləri rənglərinə uyğun rənglə.
- Evdə sevdiyin tərəvəzlərin şəkilin çək.
VII QİYMƏTLƏNDİRMƏ- ( Diaqnostik qi ymətləndirmə) – 5 dəq
Tərəvəzləri se ç mə və g ö stərmə
Tərəvəzlərin adların d ü zg ü n tələff ü z etmə
Comments are closed, but trackbacks and pingbacks are open.