Açıq ofisdə yükləmələrin sayını necə yoxlaya bilərəm
burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;
Ali məktəblərə qəbul üzrə ballar necə hesablanacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə imtahan fənləri, tapşırıqların sayı və balların hesablanma qaydasını açıqlayıb.
Mərkəzdən “Report”a verilən məlumata görə, qəbul qaydalarına əsasən, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı iki mərhələdən ibarətdir.
Abituriyentlər qəbul imtahanının birinci (maksimal toplanıla bilən bal – 300) və ikinci (maksimal toplanıla bilən bal – 400) mərhələlərindən topladıqları ümumi balların cəminə (maksimal toplanıla bilən bal – 700) əsasən ali təhsil müəssisələrinin ixtisasları üzrə müsabiqədə iştirak edirlər. Cari ilin məzunları üçün qəbul imtahanının birinci mərhələsinin nəticəsi kimi onların buraxılış imtahanında əldə etdikləri nəticələr götürülür.
Qəbul imtahanının birinci mərhələsində şagird və abituriyentlərin bilik və bacarıqlarını yoxlamaq məqsədi ilə onlara ümumilikdə 85 tapşırıq təqdim edilir. İmtahanın müddəti 3 saatdır.
- Dinləyib-anlamaya dair mətn (publisistik və ya dialoq formalı) və mətnə aid 6 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq;
- Qapalı tipli 16 tapşırıq;
- Oxuyub-anlamaya dair mətn və mətnə aid 8 tapşırıq: qapalı tipli 5 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 3 tapşırıq.
- Dil qaydalarına dair 10 qapalı tipli tapşırıq;
- Oxuyub-anlamaya dair 2 mətn (bədii, publisistik formalı) və hər mətnə aid 10 tapşırıq: qapalı tipli 8 və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 2 tapşırıq (cəmi 20 tapşırıq).
- Qapalı tipli 13 tapşırıq;
- Cavabların kodlaşdırılması tələb olunan açıq tipli 8 tapşırıq;
- Həllinin ətraflı şəkildə yazılması tələb olunan açıq tipli 4 tapşırıq.
Birinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 300
Qeyd. 1. nd(açıq, kod) – cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi;
nd(qapalı) – qapalı tipli tapşırıqlar üzrə balların cəmi;
nd(açıq, yazılı) – yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar üzrə balların cəmi.
2. Qapalı tipli və cavabların kodlaşdırılması tələb olunan açıq tipli tapşırıqların hər birinə verilən düzgün cavab 1 balla qiymətləndirilir.
3. Yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında
0, və ya 1 balla qiymətləndirilə bilərlər.
Abituriyentin qəbul imtahanının birinci mərhələsi (cari ilin məzunları üçün tam (11-illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cəmlənir. Fənlər üzrə nisbi ballar yuxarıdakı cədvəldə göstərilən qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır. Tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
Qəbul imtahanının ikinci mərhələsi üzrə imtahan fənləri, ixtisas qrupları üzrə fənlərin çəki əmsalları, tapşırıqların sayı və balların hesablanma qaydası
Abituriyentlərə hər fənn üzrə 30 tapşırıq (ümumilikdə 90 tapşırıq) təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidır. Açıq tipli tapşırıqlardan 5-i cavabların kodlaşdırılması tələb olunan hesablama, seçim və ya uyğunluğu müəyyən etmək tipli tapşırıqlardır. Digər açıq tipli 3 tapşırıq isə yazılı şəkildə cavablandırılması tələb olunan, meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilən situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Bu tapşırıqlar riyaziyyat, fizika, kimya, biologiya və coğrafiya fənləri üzrə situasiya, Azərbaycan (rus) dili və ədəbiyyat fənləri üzrə mətn, tarix fənni üzrə isə mənbə əsasında hazırlanır.
İmtahanın müddəti 3 saatdır.
Abituriyentin qəbul imtahanının ikinci mərhələsi üzrə ümumi balı hesablanarkən hər bir fənn üzrə topladığı nisbi ballar cədvəldə verilmiş müvafiq çəki əmsallarına vurulmaqla cəmlənir.
Hər bir fənn üzrə nisbi bal aşağıdakı qaydada hesablanır və 0.1-ə qədər yuvarlaqlaşdırılır:
İmtahan fənni üzrə nisbi bal: ,
burada NB – fənn üzrə nisbi bal;
NBq – qapalı tipli tapşırıqlar üzrə nisbi bal;
NBa – açıq tipli tapşırıqlar üzrə nisbi baldır.
Qapalı tipli tapşırıqlar üzrə nisbi bal:
(hesablamanın nəticəsi mənfi alınarsa, NBq=0 götürülür),
burada Dq – qapalı tipli tapşırıqlar üzrə düzgün cavabların sayı;
Yq – qapalı tipli tapşırıqlar üzrə yanlış cavabların sayıdır.
burada Dkod– cavabların kodlaşdırılması tələb olunan açıq tipli (hesablama, seçim, uyğunluğu müəyyən etmək) tapşırıqlar üzrə düzgün cavabların sayı;
Dyazılı– yazılı şəkildə cavablandırılması tələb olunan, situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan açıq tipli tapşırıqlar üzrə balların cəmidir. Bu tapşırıqlar markerlər tərəfindən meyarlar əsasında 0, və ya 1 balla qiymətləndirilir.
Açıq tipli tapşırıqlar üzrə səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahan fənlərinin ixtisas qrupları üzrə çəki əmsalları və üstünlük dərəcələri
I qrup | II qrup | III qrup | IV qrup |
Riyaziyyat – 1,5 (1) | Riyaziyyat – 1,5 (1) | Azərbaycan (rus) dili – 1,5 (1) | Biologiya – 1,5 (1) |
Fizika – 1,5 (2) | Coğrafiya – 1,5 (2) | Tarix – 1,5 (2) | Kimya – 1,5 (2) |
Kimya – 1 (3) | Tarix – 1 (3) | Ədəbiyyat – 1 (3) | Fizika – 1 (3) |
Qeyd: Cədvəldə mötərizədə göstərilmiş rəqəm fənnin üstünlük dərəcəsini göstərir.
İkinci mərhələ üzrə toplanıla bilən maksimal ümumi bal: 400
V ixtisas qrupu üzrə
V ixtisas qrupu (ali təhsil müəssisələrinin XQTİ-ləri) və orta ixtisas təhsili müəssisələri üzrə müsabiqə yalnız qəbul imtahanlarının birinci mərhələsinin (cari ilin məzunları üçün buraxılış imtahanının) və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılacaq.
Azərbaycan dilinin fonetikası
Fonetika danışıq səslərindən bəhs edir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə həyata keçirilir. Onlar aşağıdakılardır:
1-ağciyərlər, 2-nəfəs borusu, 3-qırtlaq və səs telləri, 4-ağız boşluğu, 5-dil, 6-dodaqlar, 7-dişlər, 8-burun boşluğu.
Danışıq səsləri iki cür olur: 1) sait səslər, 2) samit səslər.
Saitlərin tələffüzündə hava axını ağızdan sərbəst çıxır, yəni heç bir maneəyə rast gəlmir və saitlər çox aydın səslənir.
Tələffüz zamanı hava axınının ağızda müxtəlif maneələri dəf etməsindən yaranan səslər samit səslər adlanır.
Fonetika iki yerə ayrılır:
- orfoqrafiya — düzgün yazı qaydaları
- orfoepiya — düzgün tələffüz qaydaları
ƏLİFBA
Hərflərin müəyyən sıra ilə düzülüşü ƏLİFBA adlanır. Dilimizin əlifbasında 32 hərf var.
Hərflərdən 9-u sait, 23-ü isə samit səsi bildirir. Biz hərfləri yazır və görürük, səsləri tələffüz edir və eşidirik.
Ensiklopediyalarda, lüğətlərdə, mobil telefonlarda, məlumat kitabçalarında sözlər əlifba sırası ilə verilir.
«K» hərfi iki əsas səsi ifadə edir: k (iki) və k’ (k’yöok’) Bəzən tələffüzdə [q] səsi [k’] səsinə çevrilir: [dok’quz]. Bəzən isə [k] səsi [x’] səsini yaradır: (ələx’)
SAİT SƏSLƏRİN NÖVLƏRİ
Sait səslər aşağıdakı kimi təsnif olunur:
1. Dilin arxa və ön hissəsində deyilməsinə görə:
1) qalın saitlər ([a], [ı], [o], [u]);
2) incə saitlər ([ə], [e], [ö], [i], [ü]).
2. Dodaqların vəziyyətinə görə:
1) dodaqlanan saitlər ([o], [ö], [u], [ü]);
2) dodaqlanmayan saitlər ([a], [ə], [e], [i], [ı]).
Dodaqlanan saitlər bununla fərqlənir ki, onların tələffüzündə dodaqlar bir qədər irəli gələrək dairəvi şəkil alır.
3. Dilin üst damağa doğru qalxması və nisbətən aşağı enməsi vəziyyətinə görə:
1) qapalı saitlər ([ı], [i], [u], [ü]);
2) açıq saitlər ([a], [ə], [o], [ö], [e]).
SAMİT SƏSLƏRİN NÖVLƏRİ
Samit səslər cingiltili və kar olur.
Cingiltili samitlərin əmələ gəlməsində səs telləri iştirak edir, buna görə onlar səsdən və küydən ibarət olur. Cingiltili samitlər: [b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z]
Kar samitlər yalnız küydən əmələ gəlir.
Kar samitlər: [p] [ç] [t] [k] [x] [ş] [k’] [f] [x’] [s] [h]
Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir, bununla yanaşı [l], [m], [n], [r] samitlərinin kar qarşılığı, [h] samitinin isə cingiltili qarşılığı yoxdur:
[b] [c] [d] [g] [ğ] [j] [q] [l] [m] [n] [r] [v] [y] [z] –
[p] [ç] [t] [k] [x] [ş] [k’] — – — – [f] [x’] [s] [h]
SAİT SƏSLƏRİN TƏLƏFFÜZÜ
1. Eynicinsli qoşa saitlər bir uzun sait kimi tələffüz olunur:
saat [sa:t], təəssüf [tə:ssüf], bədii [bədi:].
2. Müxtəlifcinsli qoşa saitlərin arasına [y] səsi daxil olur:
radio [radiyo], ailə [ayilə], zəif [zəyif]
3. Sözdə əa, üə, üa saitləri yanaşı gəldikdə birinci düşür, ikinci uzanır:
fəaliyyət [fa:liyət], müəllim [mə:llim], müavin [ma:vin]
4. Sözdə yanaşı gələn ea saitləri [iya] kimi tləffüz olunur:
teatr [tiyatr], okean [okiyan], ideal [idiyal]
5. Sözdə o və ö saitlərindən sonra [v] səsi gələrsə, v düşür o və ö saitləri uzanır: dovşan [do:şan]
6. Sonu a, ə saitləri ilə bitən çoxhecalı sözlərə əvvəlində bitişdirici y samiti olan müəyyən şəkilçilər qoşulduqda, tələffüz zamanı həmin saitlər ahəng qanununa uyğun olaraq qapalı saitlərə ([ı], [i], [u], [ü]) səslərindən birinə çevrilir:
saxlayın [saxlıyın], nənəyə [nəniyə], babaya [babıya]
7. Dilimizdə uzanan saitlər də vardır:
dahi [da:hi], Füzuli [füzuli], vəsiqə [vəsiqə]
Yaxud: Çempion Adil [mədəni] oğlandır.
Uzaqdan neft [mə:dəni] görünürdü.
QEYD: ı və ü saitləri uzanmır.
SAMİT SƏSLƏRİN TƏLƏFFÜZÜ
1. Söz ortasında qq, pp, tt, kk samitləri yanaşı gələrsə, tələffüz zamanı onlardan biri dəyişir:
doqquz [dok’quz], tappıltı [tapbıltı], hətta[hətda], səkkiz [səkgiz]
2. Şəkilçinin tərkibində gələn qoşa yy samitlərindən biri tələffüz zamanı düşür:
ədəbiyyat — [ədəbiyat], fəxriyyə — [fəxriyə], cəmiyyət -[cəmiyət]
3. Söz sonunda qoşa samit işlənərsə, ona samitlə başlayan şəkilçi artırıldıqda qoşa samitin biri yazılır, biri isə düşür:
xətt [xətdən], sirr [sirlər], hiss [hislər]
4. Söz ortasında iki kar samit yanaşı gələrsə, tələffüzdə ikincisi öz cingiltili qarşılığına çevrilir:
Avesta [avesda], istiqamət [isdiqa:mət]
5. Söz ortasında k səsindən sonra istənilən samit gələrsə, tələffüzdə k= x’ olur:
Məktəb [məx’təb], məktəbli [məx’təbli]
6. Söz sonunda b, d, g, c+q, k, z səsləri gələrsə, tələffüz zamanı onlar dəyişilir:
Palıd, tüfəng, ağac, qonaq, çiyələk, almaz
[Palıt, tüfənk, ağaç, qonax, çiyələx’, almas]
QEYD: Belə sözlərdə son samitin düzgün yazılışı üçün ona saitlə başlayan şəkilçi artırmaq lazımdır: palıd-a, tüfəng-ə, ağac-a.
7. Sonu q ilə qurtaran sözə saitlə başlayan şəkilçi artırdıqda
q = ğ olur: qonağ-a.
8. Söz ortasında q səsindən sonra kar samit gələrsə, q səsi dəyişir, cingiltili samit gələrsə, dəyişmir:
iqtisadiyyat [ik’tisadiyat] istiqlaliyyət [istiqla:liyət]
9. Sonu k samiti ilə bitən sözlərə saitlə başlayan şəkilçi artırıldıqda
k = y olur: çiçək; çiçəy-in, çiçəy-ə, çiçə-yi (bu, adətən, ismin yiyəlik, yönlük, təsirlik hallarında baş verir.)
10. Sözün birinci hecasında işlənən c səsindən sonra sammit işlənsə,c = j və yaxud c = ş olur:
əcdad [əjdat], ictimaiyət [iştimaiyət]
11. Üzv, üzr, hökm, rəhm, sədr kimi sonu iki samitlə bitən təkhecalı sözlərdən üzrlü, üzrsüz, rəhmli, rəhmsiz, sədrlik kimi sözlər düzəltdikdə üç samit yanaşı gəlir. Buna görə həmin sözlərdə iki samit arasına bir sait əlavə edilir və [üzürrü], [üzürsüz], [rəhimli], [rəhimsiz], [sədirrik’] kimi tələffüz olunur.
12. Sonu iki kar samitlə bitən sözlərə samitlə başlanan hər cür şəkilçi artırdıqda isə həmin samitlərdən ikincisi tələffüz olunmur: dostluq — [doslux], neftçi — [nefçi], turistlər -[turislər], sərbəstlik — [sərbəslix’], süstlük — [süslüx’], poçtdan -[poşdan], üstdə — [üsdə]
AHƏNG QANUNU
Sözdə qalın və ya incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa tabe olanlar: «qalın», «incə», «qanun»
Ahəng qanununa tabe olmayanlar: «ahəng»
Ahəng qanunu morfouoloji hadisədir, yəni həm fonetikaya, həm də morfologiyaya aiddir.
HECA
Tələffüz zamanı sözlərin asanlıqla bölünə bilən hissələrinə heca deyilir:
A-zər-bay-can, sə-ya-hət-çi-lər, qəh-rə-man-lıq, i-yir-mi Sözdəki hecaların sayı onda işlənən saitlərin sayı qədər olur. Heca yalnız bir saitdən də ibarət ola bilər:
A-i-lə, a-ta, u-şaq-lar
Sözlər sətirdən sətrə hecalarla keçirilir. Lakin bir hərfdən ibarət hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz: i-nək, sün-i.
Qoşasamitli sözlər sətirdən sətrə keçirilərkən samitlərdən biri sətirdə saxlanılır, digəri isə yeni sətrə keçirilir
VURĞU
Sözdəki hecalardan birinin o birinə (və ya o birilərinə) nisbətən qüvvətli tələffüzünə vurğu deyilir. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır.
Bizim dilimizdə vurğu çox zaman sözün axırıncı hecasına düşür. Lakin əvvəlinci hecalarında vurğusu olan sözlər də az deyil: traktor, kombaynçı, kosmos və s.
Vurğu qəbul etməyən şəkilçilər:
1) İsmin xəbərlik (şəxs) şəkilçiləri:
-am 2 , -san 2 , -dır 4 , -ıq 4 ,- sınız 4 , -dırlar 4 .
2) Soyad əmələ gətirən şəkilçilər: -ov, -yev, -ova, -yeva.
3) İsim düzəldən -gil şəkilçisi.
4) Felin inkar şəkilçisi: -ma 2
5) Felin nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zaman şəkilçilərindən sonra gələn şəxs şəkilçiləri:
6) idi, imiş, isə hissəciklərinin ixtisar forması.
7) Feli bağlama şəkilçiləri: -madan 2 və -arkan 2 şəkilçisinin 2-ci hecası.
8) Felin əmr şəkli II şəxs cəmin şəxs şəkilçisi: -ın 4
9) Şəxs-kəmiyyət şəkilçisi: -lar 2 .
İSTİSNA: Şühudi keçmiş zamanda və əmr, şərt şəkillərində -lar 2 vurğu qəbul edir.
FONETİK TƏHLİL
Təhlil zamanı aşağıdakılar müəyyənləşdirilir:
- Sözün səs və hərf tərkibi.
- Sözün hecaları və vurğusu.
- Sait səslər (qalın, incə; dodaqlanan, dodaqlanmayan; açıq, qapalı).
- Samit səslər (kar, cingiltili).
QEYD: Təhlil zamanı; hərf, ahəng, heca, vurğu yazılışa, səs, sait, samit isə oxunuşa əsasən müəyyən olunur.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
- Teqlər:
- fonetika
- , Azərbaycan dilinin fonetikası
Comments are closed, but trackbacks and pingbacks are open.