Ailə üzvlərini necə tapmaq olar
– Arada-sırada qulağıma çatan xəbərlərdən biri də “Röya kiməsə ev alıb” xəbəri olur. Əgər bir qadın bir neçə nəfərə ev alıb verə bilirsə özünə niyə almır?
“10 yaşım olanda o adam əlimdən tutub, baldırıma əl atırdı” – Röya açıq danışdı – MÜSAHİBƏ
– Əslində, bəzən yorucu olur. Hərdən İstanbula gedib küçədə sərbəst gəzəndə, evə gəlib rahat uzananda deyirəm, ay Allah bu nə gözəl həyatdır! Heç kim səni narahat etmir. Qapı iki dəqiqədən bir döyülmür. Heç kim səndən nəsə istəmir. Küçədə ayağına rahat ayaqqabı geyinib gəzə bilirsən. Maşın sürmək məcburiyyətində qalmırsan. Amma birdən düşünəndə ki, mən nə vaxtsa bunu əldə edə bilmək üçün çabalamışam, onda Allahıma şükür edirəm. Mən deyirdim ki, on nəfərdən biri olacam. İndi üç nəfərdən biriyəm. Açığını deyim, bu qədərini gözləməmişdim. Məsələn, ömrüm boyu inanmazdım ki, 37 yaşımda Xalq artisti olaram.
– Hərdən mənə elə gəlir, əsəbləriniz çox sağlamdır. Çünki mütəmadi olaraq polemikaların içindəsiniz. Əsəbləriniz sakitdir, yoxsa bu, vəziyyətə alışmaqdır?
– Əsəblərim sağlam deyil. Sadəcə olaraq, hər şeyin sonunu gözləməyi bacarıram. Kimsə efirdə çıxıb haqqımda bir söz deyər, mən onun cavabını həmin anda vermərəm. Bilirsiniz nə qədər adam mənimlə bağlı olmayan şeylər danışır? Çox şeylər eşidirəm. Amma məqamını gözləyirəm ki, həmin adamın cavabını gözəlliklə verim. Bu, mənə daha çox xoş gəlir.
– Sizcə, insanlar nə vaxtsa Röyadan danışmaqdan əl çəkəcəklər? Söhbət pis mənada danışanlardan gedir.
– Mən insanlara həmişə ələk kimi baxmışam. Ələyə-ələyə gəlirəm. Düşünürəm ki, artıq insanların fikri formalaşmalıdır. Və deyim ki, ümidliyəm. Əgər mənim kimi dəli adam püxtələşə bilibsə, deməli hələ ümid var.
– İllər Röyanı necə dəyişib?
– Çox dəyişib. Məsələn, beş il bundan əvvəl gəlib deyirdilər ki, filankəs sənin haqqında bunu deyib, mən söhbətin axırına çıxmaq üçün vurub televiziyaya getmişəm. O vaxt ATV kanalında mənə qadağa qoyulmuşdu. Qapını döymədən, birbaşa rəhbərliyin otağına girib dedim ki, deyirlər, mənə qadağa qoymusunuz, səbəb nədir? O qədər dirəşdim ki, deməyə söz tapa bilmədi. İndi gəlib mənə desələr ki, filankəs sənin haqqında bu sözü dedi, deyərəm, boş ver. Amma həmin adamı yadımdan da çıxartmaram.
– Kinlisiniz?
– İnsanın yaddaşı olmalıdır. Nə yaxşılığı, nə pisliyi unutmayacaqsan. Kinin olmasa fahişə olarsan.
– “Ana olandan sonra anlayacaqsan” ifadəsi həyatınızda nə qədər keçərli oldu? Oğlunuz həyatınızda nəyi dəyişdi?
– Hüseynin indi on yaşı var. Röya on yaşında ana-bacı idi. O yaşda çöllərdə işləyib evə pul gətirirdim. Evdə, qonşuda qonaqlıq olanda sevinirdim ki, içki içiləcək, butulkalar çox olacaq, mən də o butulkaları satıb, qardaşım üçün konfet alacam. Röya on yaşında dizinin üstündə körpə yatızdıran, məktəbə gedə bilməyən qız idi. Küçələrdə biskvit satırdım. Oxuya bilmirdim, alınmırdı. Anam evə yük gətirirdi, bacımla biz onları yuyub-ütüləyib ünvanlara çatdırırdıq. Bəlkə də bu dediklərim kənardan baxanlara film kimi gələcək, amma mən bunları yaşamışam. On yaşımda artıq analığın nə olduğunu anlamışdım.
– Uşaqlıq yaşamamısınız. Bu, sizdə yəqin, güclü psixoloji iz buraxıb.
– Mən nə vaxt psixoloqla söhbət edirəm, deyir, sənin bu gün düşdüyün vəziyyətin təməli uşaqlıqda yaşadığın o həyatla qoyulub. Qəribədir, o yaşantılar məni incitsə də, ağır travma yaratsa da bu gün ailəmə baxanda yaşadığım heç nəyə görə peşmançılıq keçirmirəm. Bütün ömrüm boyu ailəmi bir arada tutmağa çalışmışam. Bunu hardasa bacardım da! Amma əsəblərim bahasına baş verdi bu. Bu gün mən əsəbləri sıfır dərəcədə olan bir adamam.
– Narkotik istifadəçisi olduğunuzla bağlı söz-söhbətlər də gəzirdi.
– Hə, eşidirəm. Mən ilin iki ayı çox ciddi müalicə alıram. Ağır dərmanlar qəbul edirəm. Mənə elə iynələr vurulur ki, hamı elə bilir narkotik qəbul edirəm. Amma realda elə bir pis vərdişim yoxdur.
– Keçmişdə yaşadıqlarının ailə həyatının uğursuz olmasında rolu varmı?
– Hərdən bu barədə düşünürəm ki, bəlkə ona görə mənim ailə həyatımda axsama oldu. Davam edə bilmədim.Yoruldum. Bir gün ayıldım və dedim, bəsdir. Mən həmişə ana-bacı olmaqdan bezdim. Qadın olmaq istəyirəm artıq. O balaca uşaq bir gün dedi ki, ana, sən də qadınsan, sənin də həyatın var. Oğlum həyatıma gələndən sonra dərk etdim ki, mən hər zaman çalışmağa məcbur olan kişi deyiləm. Hüseyn mənə qadın olmağı öyrətdi.
– Hüseyndən danışanda səs tonunuz dəyişir. Aranızdakı bağı təxmin etmək çətin deyil. Amma istərdim bir də sizdən eşidim.
– Mən, bəlkə də, hiss etmirəm bunu, amma siz hiss edirsiniz. Hüseyn on ildir mənimlə yatan kişidir (gülür). Təsəvvür edirsiniz, yekə oğlandır, hələ də mənimlə yatır. Evə gec saatlarda gəlirəm. Görürəm, divanda uzanıb, deyirəm, nə yaxşı yatıb? Bir az tək uzanıb kinoya baxıram. Qəfil başını divandan qaldırır, yastığı da qucağında. Saat iki-üç olsa da yatmaq üçün məni gözləyir. Bir-birimizə çox bağlıyıq. O bağı təsvir etməyə kəlmələr yetmir.
– Özünüzü düzgün ifadə edə bilmədiyinizi düşündüyünüz zamanlar olurmu?
– Olur. Bəzi insanlar məni həddindən artıq açıq danışan qadın kimi təsəvvür edir. Amma bəzən elə yer olur ki, danışmağa söz tapmıram. Utanıram sözümü deməyə.
– Çox klassik bir sual verəcəm. Amma yenə də soruşmaq istəyirəm. Ulduz Röya ilə Röya Nəcəfova arasında ciddi fərq varmı?
– Heç bir fərq yoxdur. İki Röyanı da eyni səviyyədə yaşayıram. Evdə də nizam-intizamlı insanam. İstəyərəm, qarşıma gətirilən çay təmiz stəkanda olsun. İşimdə də eləyəm. Təmizəm. Özüm üçün necəyəmsə, başqaları üçün də eləyəm. Həmişə hər şeyin yaxşı olmasına diqqət göstərmişəm. Əgər bir adam başqası üçün yaxşı olmağa çalışırsa, o, ulduzluğunu da, sıravi insanlığını da bütöv yaşayır. Məsələn, qonaq gedəndə ucuz konfet alıb aparmaq istəmirəm. Əgər kiməsə ev alacamsa, pis yerdən almaram. Maşın alaramsa, ucuz başa gəlsin deyə gedib “Dizel”, yaxud, işlənmiş maşın almaram. Hərdən mənə elə gəlir, ulduz həyatımı ən çox oğlum yaşayır.
– Qazandığınız şöhrət üçün bədəl ödəmisiniz?
– Haqqımda pis sözlər deyiləndə, atdığım hər addıma görə müzakirə olunanda düşünürəm ki, mən artıq bədəl ödəyirəm.
– Bir neçə il əvvəl səhnədən gedəcəyinizi demişdiniz. Sizi fikrinizdən nə daşındırdı?
– Səhnədən yox, Azərbaycandan gedəcəyimi demişdim. Getdim də. Mən evimi Türkiyədən aldım. Bakıda evim yoxdur. Bu yaxınlarda Nadir Qafarzadə mənə deyir, boş evim var, gəl orda kirayədə yaşa.
– Arada-sırada qulağıma çatan xəbərlərdən biri də “Röya kiməsə ev alıb” xəbəri olur. Əgər bir qadın bir neçə nəfərə ev alıb verə bilirsə özünə niyə almır?
– Alır, amma başqa ölkədə. Dünyada əksər ulduzlar şəhərin ən yaxşı yerlərində kirayədə yaşayırlar. Mən “Meqafun”da kirayələmişəm evimi. Mənə belə rahatdır. Çünki bilirəm ki, mənim oğlum ali təhsilini xaricdə alacaq. O, təhsilinə görə gedəndə mən onun yanında olacam.
– Bir müddət sənətinizə Türkiyədə davam etməyə qərar verdiniz. Hətta oranın şou-biznesinə daxil olmaqda iddialı idiniz. Amma olmadı. Nə baş verdi?
– Türkiyədə işbirliklərim hələ də davam edir. Sadəcə olaraq, orda artıq vəziyyət pisdir. İndi Türkiyədə şou-biznes bərbad haldadır. Düşünürəm ki, indi Azərbaycan daha yaxşı vəziyyətdədir. Orda hər şey dayanıb. Ancaq “maqazin” pul qazanır. Gündə bir kanal bağlanır. Mən niyə orda iş görmək istəyim ki? Artıq əvvəlki həvəsim də yoxdur. Çünki Türkiyədə indi o biznes yoxdur. Həm də orda dil baxımından problem yaşayırdım. Türkcə danışa bilmirdim. Verilişlərə dəvət alırdım, gedirdim. Hamı danışırdı, mən anlamırdım, mən danışırdım, onlar anlamırdı.
– Bir dəfə rəhmətlik Nahid Emiloğlu dedi ki, bizim sənətçilər Türkiyədə heç vaxt uğur qazana bilməyəcək. Çünki onlar eqoistdirlər, kənardan sənətçini Türkiyə şou-biznesinə daxil olmağa qoymurlar
– Onlar özlərinə qarşı da elədir. Hande Yenər və başqa sənətçilər bir-birinin layihəsini bir gecədə məhv etmək üçün nələr etdiyinin canlı şahidi olmuşam. Burda insanlar hələ də elə bilirlər, Aygün Kazımova ilə mənim aramdakı xırda deyişmə böyük problemdir. İnandırım sizi, onlarda elə dəhşətli şeylər baş verir ki, mən onlara baxıb, öz şou-biznesimizə şükür edirəm. Onların sənətçilərinin bir-birinə etdiklərini bizimkilər heç vaxt etməz.
– Cazibədar qadınsınız. Cazibədarlıq hansı hallarda avantaj, hansı halda baş bəlasıdır?
– Mənim üçün hər halda avantajdır. Gözəllik geyimdir, onu daşımaq lazımdır. Mən bu geyimi daşıya bilirəm. Sevilmək, diqqət mərkəzində olmaq xoşuma gəlir. Səhnədə on dəqiqə də olsa kiminsə baxışını, diqqətini üzərimdə hiss edirəmsə, bu mənə çox xoş olur. Həmişə bu fikirdəyəm ki, qadın hər dəqiqə istənməlidir. Ona görə də evdən çıxanda nə olur-olsun özünə fikir verməlidir. Hərdən mən də “ağzıma gələni” geyinib çıxıram. Özümü güzgüdə görəndə dəhşətə gəlirəm ki, nə gündəyəm. Amma nadir hallarda olur.
– Bəzən də olur ki, qadın həddindən artıq diqqətdən yorulur.
– Hə. Küçədə qışqıran adamlar məni yorur. Amma ümumilikdə diqqətdən yorulan adam deyiləm. Çünki mənim də gözlərim beş dəqiqə bir yerdə dayanan deyil.
– Sizə eşq elan edən kişilər çoxdur?
– Yox. Çünki kişilər məndən çəkinirlər. Heç kim açıb mənə sevgisini deyə bilmir. Hərdən düşünürəm ki, nə qədər böyüyürəmsə, o qədər tənhalaşıram. Qadın nə qədər məşhurlaşırsa, əks tərəf ona yaxınlaşmaqdan bir o qədərə ehtiyat edir. Mən də hamıya o qədər “on beş dəqiqəlik” baxıram ki, sonrasına imkan yaratmıram.
– Özünüzə ikinci şans vermək istəmirsiniz. Halbuki gözəl və gəncsiniz.
– Özümə söz vermişəm, Azərbaycanda şəxsi həyat qurmayacam. Azərbaycanda istəmirəm.
– Azərbaycanda buna nə mane olur?
– Çox şey. Mən burdan harasa uçanda başa düşürəm ki, sevgilimlə yeməyə gedirəm. Burda hara gedəcəm mən o sevgili ilə? Mən axı ailə qurmaq istəmirəm, sadəcə sevmək istəyirəm.
– Ailə qurmağa bu qədər soyuq yanaşmanızın əslində Hüseyn dayanır?
– Bəlkə də Hüseyn burda böyük rol oynayır. Mən ailəmdə də bunu görməmişəm axı. Atamla anam ayrılanda on yaşım var idi. Mən gecənin istənilən saatında atamın, anamın evinə girə bilirəm. Təsəvvür edirsiniz, onlar başqa adamlarla ailə qursaydılar nə olardı? Başıma hava gələrdi. Bizim qadınlarda 40 yaşdan sonra başqa hisslər yaranır. Anamın 40 yaşı olanda deyirdim ki, yaşına uyğun geyin.
– Hər bir qadının sevgiyə, nəvazişə ehtiyacı var. Yəqin sizdə də bu hisslər olur.
– Mən göz təmasının, platonik sevginin dəlisiyəm. Bir kişi ilə uzun müddət bir yerdə yaşaya bilmərəm. O adam iki dəfə mənə zəng vurub desə ki, hardasan, neyləyirsən, mən yəqin, dəli olaram. Münasibətdə hardasan sualı məni gic edir.
– Bu, daha çox kişilərə məxsus bir xüsusiyyətdir.
– Bu bəlkə də hər şeylə illərdir tək mübarizə aparmağımdan irəli gəlir. Bir də görürsən, elə zamanda o sualı verirlər ki, məhz o yerdə, gördüyün işdə kişi xeylağının olması vacibidir, amma sən bunun üçün tək çalışırsan. O anda mənə zəng vurub, hardasan, neyləyirsən, deyəndə cin vurur beynimə, deyirəm, sən mənim bu tərəfdə nələr çəkdiyimi bilmirsənsə, qısqanclıq hissin mənim nəyimə lazımdır? Burda artıq mənim üçün münasibət bitir. Ona görə də dostlarım deyir ki, sən qaranquşsan. Həmişə uçursan.
– Bir tərəfiniz qarabağlıdır. Babanız Bəndi kişi Ağdamda hamının tanıdığı və hörmət etdiyi bir adam idi. Onu necə xatırlayırsınız, münasibətiniz var idi?
– Ağdamlıyam, amma Bakıda doğulub, burda böyümüşəm. Babamla münasibətimiz çox yaxşı idi. İndi rəhmətə gedib, amma hələ də onun rəhmətə getdiyini unuduram. Ölənə qədər onu Bakıya gətirə bilmədik. Ağdamın Uçoğlan kəndində yaşayırdı. Orda da dəfn etmişik.
Mən hər ay onu gətirirdim, evimdə 3-4 gün qonaq qalırdı. Bu yaxınlarda getdim məzarını ziyarət etdim, gül qoydum. Qayıdanda atam dedi, Ağdama getmisən, bəs niyə böyük əminə baş çəkməmisən? Dedim, unutmuşam. Çünki elə bilirəm ki, babamdan sonra məni oralara bağlayan heç kim, heç nə qalmayıb.
Babamı sevirdim. Ucaboylu qəşəng bir kişi idi. Əslində, babamgilin nəsli Ağdama İrandan gəlmədir. Sonra babam Ağdamda imkanlı bir adamın qızını alıb. Yəni, nənəmi. Atam 12 yaşında Bakıya Bülbül adına musiqi məktəbinə oxumağa gəlib. Elə ondan sonra da burda qalıb.
– Eşitdiyimə görə, atanızın da gözəl səsi olub, amma davam etdirməyib.
– Hə. Atam Arif Babayevin tələbəsi olub. Könül Xasıyeva, Xeyransa, Aybəniz Haşımova ilə bir sinifdə oxuyublar. Amma davam etdirmədi. Hamı güclü olmur. Atamın gözəl səsi olsa da, güclü ola bilmədi.
– Keçmişi xatırlamaq sizi incidir?
– Mən orda qalan adam deyiləm. Mənim üçün yaşanan hər şey bitir. Yaşadığım pis anları həyatımda saxlamıram, silib atıram. Mən niyə ən çox kişilərlə dostluq edirəm, səncə? Çünki qadınlar bir araya düşəndə, yalnız problemlərdən, bədbin şeylərdən danışırlar. Məni yorur belə şeylər. Keçmişdən danışmağı sevmirəm. Bir də görürsən, kimsə deyir, Röya, yadındadır, filan vaxt filan şey edirdik? Bir dəfə gülürəm, ikinci dəfə artıq o adam mənim ətrafımda olmur. Çünki gələcəkdən çox keçmişdən danışan adamların gələcəkdə heç nəyi yoxdur.
– İnsan keçmişindən qaça bilməz axı. İstər-istəməz yaddaşın bir küncündə insanı dümsükləyir.
– Mənim ən çətin günlərimi yaxşı gün kimi mənə xatırladan insanlar əsəblərimə toxunur. Keçmişdən nəticə çıxaran insanam. Bu gün, səncə, mən niyə hamıya kömək edirəm? Çünki onların hamısını yaşamışam. Və mən o anları, əslində, sevdiyim üçün hamıya kömək edirəm. Neqativ düşünsəm, deyərəm, mənə heç kim heç nə etməyib. Cəhənnəmə olsun. Özüm üçün pul yığaram. Bu da keçmişdən başqasının dərdini anlamaqdır. Bir tələbə oxutdurmaq lazımdır. Deyirəm, edin. Çünki mənim geyinib məktəbə getməyə ayaqqabım olmayıb. Buna edin, qoyun, oxusun. Mən yaşadığım heç bir çətin anda həyatımdan sıxılmamışam. Deməmişəm, ay allah, bu, nə gündür yaşayıram? Ən ağır faizlərin altında qaldığım günlər olub. Qazandığım çox şeyləri bir anda itirdiyim vaxtlar olub. Amma şükür etmişəm ki, övladım sağlamdır. Bunları yenə qazana bilərəm. O qədər inandım ki, doğurdan da hər şeyi yenidən qazandım. Heç kim keçmişdə qalmasın. Bədlik ancaq bədlik gətirir.
– Heç qızınızın olmasını arzu etmisiniz?
– Heç vaxt! Ümumiyyətlə, övlad barəsində danışmaq mənim üçün artıq çox gecdir. Olmaz. Mümkün deyil. Qanı qarışdırmaram mən. Birini böyüdüb ortaya çıxarım hələ. Hüseyn tək deyil. Bacımın balaları var. Hələ qardaşlarım evlənməyib.
– Bu il Azərbaycan üçün dəhşətli xəbərlərlə başladı. Məsələn, Nərminin faciəsi sizə bir insan kimi necə təsir etdi?
– Nərmin hadisəsi mənə ağır təsir etdi. Ən dəhşətlisi odur ki, hamımız artıq bu hadisə hər uşağın başına gələ bilər deyə düşünürük. O uşağın başına gələn faciədə anasının-atasının günahı böyükdür. Mən arada onun atasının şəklinə baxanda az qalıram əlimi ekrandan salıb onu boğum. O qızın həyatda olmamasının günahı içki düşkünü olan atadır. Sən gecə hava qaralanda qız uşağını bu məhəllədən o biri məhəlləyə necə göndərə bilirsən? Bunların hamısını mən görüb keçmişəm deyə daha çox təsir edir mənə. Bəlkə mənim də başıma gələ bilərdi. Danışmadığım şeylər var. Birini danışacam. Evimizə gələn yaxın adamlardan birini valideynlərim yerə-göyə sığdıra bilmirdi. Mənim də onda on yaşım vardı. Anama-atama deyə bilmirdim ki, siz o tərəfə baxanda bu adam mənim əlimdən tutur, baldırıma əl atır. Bu halları çox uşaq yaşaya bilər. Valideyn kor olmamalıdır. Nərminin bu faciəsi bir çox ata-ana üçün dərs olmalıdır. İndi hamı kənardan deyir, faciəni törədəni yandırsınlar, öldürsünlər. O qızın bir ayda yaşadıqlarının əvəzi çıxacaqmı?
– Röya ana olaraq oğlunu necə qoruyur?
– Oğlumu çox qoruyuram. Ona qadağan eləmişəm özündən yaşca böyük, xüsusilə də 13-14 yaşlarında yetkinlik dövrünü yaşayan oğlan uşaqları ilə yoldaşlıq etməyi. Qılığına girib telefonunun kodunu alıram. Hər an nəzarət edirəm ki, uşaqdır, hər şey ola bilər. Amma səbəbini başqa cür izah edirəm. Deyirəm, onlar pis söyüşlər söyürlər, çox “anektod” bilirlər. Bir şeyini görüb gedər başqa yerdə danışar və s. Bir şəkildə başa sala bilirəm.
– Uşaqlıqda ailədə şiddət görmüsünüz?
– Çox döyülmüşəm. Anam məni hər şeyin üstündə döyürdü. Küçədə bir uşaq deyirdi, atanız sizi atıb gedib, kasıbsınız. Məcbur olub uşağı döyürdüm. Uşaq anasını götürüb üstümüzə gəlirdi. Anam məni onların yanında çırpırdı. Amma mən fərqliyəm. Anamı təkrar etmirəm. Valideyn övladını hər dəqiqə sındırmamalıdır. Mən bunu bütün valideynlərdən tələb edirəm. Sən övladına inanacaqsan. Sən onu hər dəqiqə əzsən, o başqasının yanında həmişə əzik olacaq. Oğlumun səhvi olanda deyirəm, yaxşı eləmisən. Sən onu vurmusan, o da səni. Vəssalam, söhbət bağlandı-getdi, ağlayıb üstümə gəlmə.
– Hüseyni necə cəzalandırırsınız?
– Üzünə elə baxıram, ağappaq olur, keçir otağına. Onun ən böyük cəzası kompüteri açmamaqdır. Amma hələ o mərhələyə gəlib çatmamışıq. Çünki onun həyatını elə qurmuşam ki, vaxtı qalmır əlavə işlər görməyə. Mən onu ancaq insanlardan, pis adamlardan qoruya bilərəm.
Milli.Az
Ailə üzvlərini necə tapmaq olar
Ailə üzvlərini izləmək maraqlı bir problem ola bilər və bu, ailə ağacınızın unudulmuş budaqlarına işıq sala bilər. İstər-istəməz ailə üzvlərini tapa bilərsiniz; siz nəsil ağacını araşdırırsınız; və ya bəlkə siz və ya başqa bir ailə üzvü üçün tibbi məlumat axtarırsınız. Səbəbiniz nə olursa olsun, ailə üzvlərini tapmaq prosesini asanlaşdıran, uzun müddətdə vaxtınıza və səyinizə qənaət edən fəndlər var.
addım
Metod 1/3: Axtarışın təşkili
- Övladlığa götürmə vəziyyətləri mürəkkəb axtarışlara səbəb ola bilər. Əgər siz anadan olan valideynlər və ya övladlığa götürməkdən imtina etmiş uşaqlar axtarırsınızsa, əmin olun ki, tabu mövzusu qaldırmayın və ailənizdə iğtişaş yaratmayın.
- Ailəniz axtarışınızı dəstəkləyirsə, daha az vaxta daha çox yer tuta bilmək üçün tapşırıqları bölməyə başlayın. Bir şəxs sosial şəbəkələrdə axtarış aparsın, bir şəxs arxiv üçün yerli arxivlərə baş çəksin və bir şəxs məlumat istəmək üçün ailə üzvünüzün köhnə tanışları ilə əlaqə saxlasın.
- Ailə üzvünüzün getdiyi hər yeri və niyə getdiyini xəritədə qeyd etməyi düşünün. Əgər onların səyahətini təsəvvür edə bilsəniz, onların növbəti addımını təxmin etmək sizin üçün daha asan ola bilər.
- Zəng etsəniz, fərziyyələr aparmayın. “Hey, Tereza oradadır?” və niyə onu tapmağa çalışdığınızı izah edin. Xəttin o biri ucundakı adam heç nə bilmirsə, itələməyin.
Metod 2/3: Ailə üzvlərini tapmaq üçün İnternetdən istifadə
- Səylənmə üçün veb xidmətlərindən istifadə edin. Adları, ünvanları, yaşları və qeydləri tapa biləcəyiniz bir sıra veb xidmətləri var: evlilik, məşğulluq və hüquqi tarix. Bəzi saytlar pulsuzdur, digərləri isə kiçik xidmət haqqı alır. Ucuz və pulsuz axtarış variantlarını müqayisə edin və məqsədlərinizə uyğun olanı tapın. Ailə üzvünüzlə əlaqəli telefon nömrəniz varsa, siz həmçinin əks telefon nömrəsi axtarışını da işlədə bilərsiniz.
- http://www.ussearch.com/others/consumer/services/findFamilyMembers.html və ya http://www.ancestry.com/ kimi kommersiya saytlarından istifadə edin.Bu saytlardan istifadə etmək üçün adətən xidmət haqqı ödəməlisiniz, lakin onlar sizə pulsuz saytlardan daha çox məlumat verirlər.
- İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsi tərəfindən təqdim edilən FamilySearch.org kimi pulsuz insan axtarış saytlarına baxın. Pulsuz resursları http://www.myheritage.com/family-tree-builder?gclid=CMGsrLq-_qcCFYS8KgodpGINqQ ünvanında yoxlayın.
- Sosial media vasitəsilə ailə üzvlərini axtarın. Siz Facebook, Google Plus, Twitter, Instagram və əksər digər şəbəkələrdə insanları axtara bilərsiniz, baxmayaraq ki, ümumi adları olan insanların uzun siyahılarında axtarış aparmalı ola bilərsiniz. Əgər şəxsin e-poçt ünvanını, icmasını və ya məktəblərini bilirsinizsə, axtarışınızı təkmilləşdirə bilərsiniz.
- Müəyyən bir şəxsi axtarırsınızsa, onun tam adını axtarın. Tam hüquqi adlara əlavə olaraq ləqəbləri və variasiyaları axtarmağa çalışın. Məsələn, Bob Buckets-i tapmağa çalışırsınızsa, “Bob” ilə yanaşı “Robert” və “Bobby” də axtarmağa çalışın. Bir insanın istifadə etdiyini bildiyiniz varyasyonları axtarın.
- Tanıdığınız birinin tapmağa çalışdığınız şəxslə Facebook dostu ola biləcəyindən şübhələnirsinizsə, onun dost siyahısına nəzər salmağa çalışın. Profilinizi Facebook axtarış alətindən indeksdən çıxarmaq mümkündür, ona görə də sadəcə əsas axtarış vasitəsilə ailə üzvünüzü tapa bilməməyiniz həmişə onun profilinin olmaması demək deyil.
- Zəng və ya mesajla izləyin. Əgər itmiş ailə üzvünüzü tapdığınıza əsaslı şəkildə əminsinizsə, onunla əlaqə saxlamaq üçün etibarlı vasitə tapmağa çalışın. Küçə adını, e-poçt ünvanını, telefon nömrəsini və ya sosial media profilini axtarın. Kim olduğunuzu izah edən bir mesajla şəxslə əlaqə saxlayın və ya tapdığınız nömrəyə zəng edin və kiminsə adını soruşun.
- Ailə üzvünüzü onlayn tapa bilmirsinizsə, bu, onun internetə getdiyinin əlaməti ola bilər. O, bir növ “qanunsuz” ola bilər və ya polis tərəfindən axtarılır və ya sadəcə tapılmasını istəmir
- Unutmayın ki, Facebook-da heç kimlə “dost” deyilsinizsə, şəxsi mesajlar ayrıca, bir az görünən gələnlər qutusuna gedəcək. Adam sizin mesajınızı görə bilər, lakin dərhal fərqinə varmaya bilər.
Metod 3/3: Ailə ağacınızı izləyin
- Yaşayan qohumlarla başlayın və keçmişə doğru yol alın. Suallar verin və mümkün qədər çox təfərrüat əldə edin: tam adlar, qız adları, doğum tarixi, ölüm tarixi, evlilik tarixi, boşanma tarixi, uşaqların adları və yaşadıqları yerlər. Ailə İncillərində çox vaxt ailə haqqında məlumatlar var və köhnə şəxsi qeydlər və ya məktublar da faydalı ola bilər.
- Əgər sizdə yalnız ailə üzvünüzün fotoşəkili varsa, digər ailə üzvlərindən onu tanıyıb-tanımadığını soruşun. Köhnə ailə foto albomlarına baxın və kimin kim olduğunu öyrənməyə çalışın. Şəklin nə vaxt çəkildiyinə əmin deyilsinizsə, şəklin arxasındakı tarixi yoxlayın.
- Genealogiya saytlarından istifadə edin. Topladığınız bütün məlumatları bir yerə yığmaq üçün İnternetdən istifadə edə bilərsiniz. Ancestry.com və FindAGrave.com kimi vebsaytlar yaxşı başlanğıc nöqtəsidir və bəziləri pulsuz sınaq versiyaları təklif edir. Bu saytların ABŞ siyahıyaalınması qeydlərinə, doğum, nikah, ölüm şəhadətnaməsi və özünüzü kəsə biləcək digər ailə ağaclarına çıxışı var. Axtarmaq üçün bir adınız varsa, ailə üzvlərinin harada dəfn edildiyini öyrənə və keçirilmiş hər hansı xatirələr haqqında məlumat tapa bilərsiniz.
- Unutmayın ki, oxşar adları olan bir çox insan tapa bilərsiniz. Bənzər mənşəli immiqrantlar çox vaxt müəyyən bir məhəllədə və ya bölgədə toplaşır ki, siz çox oxşar adlara malik insanları tapa biləsiniz.
- Köhnə qeydlərdə adlar səhv yazıla və ya təsadüfi dəyişdirilə bilər, beləliklə, siz xüsusi adların və tarixlərin çoxlu müxtəlif təkrarlarını tapa bilərsiniz. Tapdığınız məlumatı təsdiqləmək üçün yerli bələdiyyələrlə əlaqə saxlayın.
- Ata axtarış səhifələri adətən beynəlxalq arxiv və sənədlərdə axtarış aparmağa imkan verir. Əgər ata-baba ailəniz başqa ölkədən gəlirsə, atalarınızın vətənlərindən getdiyi səyahəti bir araya gətirə bilərsiniz.
- Peşəkar bir genealogist işə götürməyi düşünün. İstədiyiniz qədər irəliləyiş əldə etmirsinizsə və ya dil tərcüməçisinə ehtiyacınız olduğunu başa düşsəniz, ata-baba axtarış saytlarında peşəkar genealoqlar tapa bilərsiniz.
- Unutmayın ki, ananızın qız soyadı kimi məlumatlar sizin maliyyə məlumatlarınız üçün təhlükəsizlik problemi kimi istifadə olunur. Şəxsi məlumatlarınızı paylaşarkən diqqətli olun.
- Peşəkar genealoqları hərtərəfli yoxlayın. Məlumatlarınızı kimə etibar edəcəyinizə qərar verməzdən əvvəl rəyləri və istinadları oxuyun.
İcma sualları və cavabları
Doğulanda ayrılan qardaşı necə tapa bilərəm?
Ancestry.com saytından istifadə etməyə cəhd edə bilərsiniz. Qardaşınızı tapmağın bir neçə yolu var. Əcdad bu gün bir çox insana çoxdan itirilmiş bacılarını, valideynlərini, xalalarını, əmilərini və hətta nənə və babalarını tapmağa kömək edir!
Yalnız soyadı ilə qohumu necə tapa bilərəm?
Ögey qardaşlarımı necə tapa bilərəm?
Atamın oğlu olduğunu indicə bildim. Onu necə tapa bilərəm?
Hər gün saat Sizi daha təhlükəsiz, daha sağlam və ya rifahınızı yaxşılaşdıran daha yaxşı həyat yaşamağınıza kömək edəcək təlimat və məlumat əldə etmək üçün çox çalışırıq. Mövcud ictimai sağlamlıq və iqtisadi böhranların ortasında, dünyanın dramatik şəkildə dəyişdiyi və hamımızın öyrəndiyimiz və gündəlik həyatdakı dəyişikliklərə uyğunlaşdığımız bir vaxtda insanların hər zamankindən daha çox ehtiyacı var. Dəstəyiniz daha ətraflı təsvirli məqalələr və videolar yaratmağa və etibarlı brend təlimat məzmunumuzu dünya üzrə milyonlarla insanla paylaşmağa kömək edir. Bu günə töhfə verməyi düşünün.
Adını bilmədiyim adamı necə tapa bilərəm?
Hazırladığımız qalstukların qutusunda Dağlıq Qarabağın işğalı ilə bağlı ingiliscə məlumatlar yerləşdirmişik
-Yavər bəy, həm ipəkçilik sahəsində mütəxəssis, eyni zamanda bu sahədə fəaliyyət göstərən iş adamısınız. İndiyədək bu sahədə hansı uğurları qazanmısınız?
-Ümumiyyətlə deyim ki, qalstuk mənim hobbimdir. Mən uzun illər Təhsil Nazirliyində çalışmışam. Mən biznes fəaliyyətilə 2012-ci ildən məşğul oluram. Bu fəaliyyət mənim qalstuklara olan həvəsim və yaradıcılıq hisslərim üzərində qurulub. Qarabağlı olduğuma görə gözəl tar çalıram və eyni zamanda rəsm çəkmək qabiliyyətim də var. Və bütün bunlar hamısı məndə elə bir yaradıcılıq formalaşdırıb ki, nəsə yaratmaq istəmişəm, ölkə, mədəniyyət üçün . Əslində qalstukları Azərbaycana gətirəndə belə bir fikir yox idi. Sadəcə ailənin təminatı qarşılamaq üçün bir biznes fəaliyyəti idi. Lakin qalstuklar gətirildi, butik açdıq, satışa başlanıldı. Gördüm ki, yalnız alış-veriş mənlik deyil. Qərara gəldim ki, qeyri-adi bir iş görmək lazımdır. Araşdırma apardım və italyanlar da bu işdə mənə dəstək oldular ki, qalstuk elə bir məhsuldu ki, qarşı tərəfə informasiya ötürə bilir. Siz biriylə vizual olaraq qarşı-qarşıya gəlirsiniz, onun qalstuku və ya yaylığı üzərindəki naxışları seyr edirsiniz. Və xahiş etdim ki, biz Azərbaycanın özünün simvollarından, naxışlarından istifadə edək. Dedilər ki biz Azərbaycanla əməkdaşlığa tam açığıq. Çünki Azərbaycan İtaliyanın ən böyük biznes partnyorlarından biridir. Hər iki ölkə 40-cı paraleldə yerləşir və insanlar bir-birlərinə çox oxşayırlar. Adət-ənənələr, mədəniyyətlər oxşardır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilk sifarişini etdi. Buna qədər banklar, şirkətlər üçün xüsusiləşdirilmiş koorporativ stildə qalstuklar, yaylıqlar hazırlamışdıq. Sifariş əsasında mənim layihəm olan XIX əsrə aid Qarabağın bir xalçasını qalstuk üzərinə keçirtdik. Uğurlu alındı. Düşündüm ki, bu gəliri növbəti layihəyə sərf eləmək olar. Qarabağ və Xarıbülbül qalstuklarını yaratdım. Bu iki qalstuk Azərbaycanda böyük rezonansa səbəb oldu. Eyni zamanda onların qutusunun içərisində Qarabağda ermənilərin məskunlaşması, Qarabağın işğalı faktları,Qarabağın ətraf rayonların işğal tarixləri ingilis dilində də təfərrüatı ilə yazılıb. 2015-ci ildə Beynəlxalq kitab sərgisində ilk dəfə Azərbaycanın Baş Nazirinin müavini Elçin Əfəndiyevə təqdim olundu. Növbəti layihəm Qobustan oldu. 2015-ci ildə qızım yüksək balla ali təhsil müəssisəsinə daxil olduğu üçün onun şərəfinə Qarabağın ən məşhur gülü, Şuşanı simvolizə edən üzərində xarıbülbül olan Sənəm yaylıqları hazırlandı. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən Qarabağı düzgün təbliğ etdiyim üçün iki dəfə medalla təltif olunmuşam. Biri “Fədai” digəri isə “Vətən naminə” medalıdır. Keçən il noyabr ayında Göyçayda nar festivalı oldu. Mən də iştirak etdim və gördüm ki, nara böyük sevgi var. Çatışmayan bir şey var idi, o da məhsulların qablaşdırılmasında nar haqqında çox bəsit məlumatlar verilmişdi. Fikirləşdim ki, nar qalstukunu yaratmaq lazımdır. Qalstuk üzərində narın bütün inkişaf mərhələsini əks etdirirdi. Qalstukun yuxarı hissəsində yarpaq açır və sonra tumurcaqlanmasını, gül açmasını, nar qönçələrinin əmələ gəlməsini, sonda isə nar meyvəsini görə bilərsiniz. 2015-ci ildə Avropa oyunlarında narı simvolizə edəndə, müəyyən erməni dairələri buna etiraz etmişdi. Onlar Qafqazda sürgün olunub yerləşdirilmiş bir millətdir. Onlar özünə yer edib, indi özlərinə maddi-mədəni simvollar yaradırlar. Bu işdə erməni lobbisi böyük vəsait xərcləyir. Mən Azərbaycan Milli Elmlər Akademiyasına Genetik Ehtiyyatlar İnstitutuna şəxsən Zeynal müəllimə məktub yazdım. Və ondan narın genetikası haqqında 3-4 səhifəlik rəsmi cavab aldım. Burada narın Azərbaycana məxsus olması, 500 nar sortundan 300-nün Azərbaycanda yetişdirilməsi, narın gözəlliyi, mətbəxdə, təbabətdə işlənməsi haqqında geniş məlumat əldə etdim. Onu ingilis dilinə tərcümə etdirdik. Ən böyük müştərimiz Nar Mobile oldu. Nar yaylığı da olacaq. Düşünürəm ki yeni bir layihəmiz onunla birlikdə mayın əvvəli təqdim olunacaq. Sonuncu işim İrəvan xanlığı ilə bağlıdır. Aprelin axırına kimi yekunlaşdırmaq istəyirəm. Digər böyük layihəm, əlbəttə ki, Qarabağ yaylığıdır. Banu kolleksiyası adlanır.
-Qeyri-neft sektorunun inkişafında önəmli sahələrdən biri də baramaçılıq-ipəkçilikdir. Bu sahədə hazırki vəziyyəti necə qiymətləndirirsiniz?
-İpəkçilik Azərbaycanın tarixi sənaye sahəsi olub. Yəni, əhalinin gəlir mənbəyi ipəkçilikdən olurdu. Kənd təsərrüfatının bir hissəsidir. Və əsas yeri baramaçılıq tutur. Azərbaycanda əgər baramaçılıq varsa, ipək saplar emal olunursa və Azərbaycanda ipək məhsulları hazırlanırsa tək kəlağayıdan ibarət ola bilməz. Kəlağayı bizim milli baş örtüyümüzdür. Bu gün Azərbaycanın geniş potensialı var ki, dünyanın tanınmış brendləri kimi Hermes,Gucci, Christian Door kimi möhtəşəm yaylıqlar istehsal etsin və dünyaya tanıtdırsın. Cənab prezident 2016-cı ilin mart ayında strateji yol xəritələrinin hazırlanması ilə bağlı sərəncam verdi. Burada milli iqtisadiyyat və iqtisadiyyatın strateji sektorları üzrə yol xəritəsinin hazırlanması ilə bağlı göstəriş oldu. Prezident və birinci xanımın iş adamlarıyla görüşlərində “Made in Azerbaijan” brendinin formalaşması, idxalın ixracla əvəz olunması, rəqabət yönümlü ixracat məhsullarının hazırlanması, Azərbaycanın valyuta axınının təmin olunması və Azərbaycan məhsulları vasitəsilə dünyada tanıdılması məsələsi ortaya qoyuldu. Hesab edirəm ki, biz İtaliya istehsalını Azərbaycanda tam rahat qura bilərik. Buna investisiya lazımdır. Mən demirəm bu investisiya 1-2 ilə özünü doğruldacaq. Bu uzunmüddətli bir proses olacaq. Çünki burada Azərbaycan brendinin formalaşması, onun dünyada tanıdılması, Azərbaycan rəssamları, dizaynerlərinin əsərlərinin həmin yaylıqlar üzərinə köçürülməsi və yüksək keyfiyyətli, dünya rəqabətli, dünya bazarlarına çıxa biləcək səviyyədə hazırlanması uzun vaxt aparacaq. Sadə dildə desək Azərbaycan baraması niyə gedib hansısa ölkədə Hermes, Gucci olmalıdır və ya başqa bir brend olmalıdır? Bir brend yaradılsa onun dünyanın məşhur televiziya kanallarında reklamı getsə, dünyadakı ticarət mərkəzlərində butiklərini açmaq və elə şey etmək lazımdır ki, insanlar məcbur qalıb onu alsın. Hər bir məhsulu əlinə alan əcnəbi ilk olaraq “Made in Azerbaijan” adını çəkəcək. Və Azərbaycan haradır deyə araşdıracaq. Buna dövlət qayğı göstərməli, subsidialar ayrılmalıdır. Mən təklif etmişdim ki, Azərbaycanda ipəkçiliyin idarəsi üçün bir ictimai şəxs olsun. Həmin şəxsin işi idarəçiliyi təşkil etməkdir.
-Sizcə ipəkçiliyin inkişafı üçün Azərbaycanın hansı bölgələri daha əlverişlidir və bu ərazilərdə inkişafı tam təmin etmək üçün hansı əksikliklərin qarşısını almağa ehtiyac var?
-İpəkçiliyin bir problemi var. İpək məhsuluna qədər olan prosesdən danışım. Burada əsas baramaçılıqdır. Barama qurddur, tut yarpağıyla qidalanır. Qarabağ zonasında, dəmyə sahələrində daha çox tut yetişir. Ona görə də harada tut ağacları əkmək, inkişaf etdirmək, onların yarpaqlarını tədarük etmək mümkündürsə genişləndirmək lazımdır. Əksər torpaqlar şəxsi mülkiyyətə verilib. Onlar öz gəlir məqsədləri üçün istifadə edirlər. Biz maraqlandırmalıyıq ki, baramaçılığın inkişafı üçün xammal olan yarpaqlar əldə olunsun. Tut ağacları əkilsin. Barama Azərbaycana valyuta gətirən, strateji bir həşəratdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, ipəkçilik əhalinin gəlir mənbəyi kimi formalaşsın. Məsələn, hər bir ailə öz həyətində barama saxlaya bilər. Onlar həmin qurdları təhvil verir müəyyən yerlərə və qarşılığında pul alırlar. Baramanın 1 kiloqramı 8 manatdır. Və bu gəlir mənbəyi kimi tək əhalini yox, eyni zamanda müəyyən sexləri, istehsal sahələrini formalaşdıra bilər. Bu əslində biznes sahəsidir. Biznesmenlər buna maraq göstərməlidirlər. İnsanlar elə hesab edir ki, biznesi qurdum 1 ildə qoyduğum pulu götürüm, gəlir əldə edim və bütün risklərimi qarşılayım. İtaliya mütəxəssislərini Azərbaycana gətirmək, bunu orta biznes səviyyəsində formalaşdırmaq, istehsal prosesini qurmaq, mütəxəssisləri yetişdirmək və sonda Azərbaycana peşə təhsili vasitəsiylə mütəxəssis hazırlayıb, xarici mütəxəssislərdən asılılığı götürmək uzunmüddətli proseslərdir. Bilməliyik ki, biz ildə nə qədər barama əldə edə bilirik. Sonra İtaliyada olan istehsal prosesini Azərbaycanda qurmaq və Azərbaycan brendini formalaşdırıb dünya bazarına çıxarmaq. Sonda ən böyük gəlir Azərbaycan məhsulunun formalaşdırılması və dünyaya çıxarılmasıdır.
-İpəkçilik sahəsində hansı ölkələrin təcrübəsindən faydalanmaq daha səmərəli olar?
-İtaliya. Çox yerlərdə var. Amma geyim, moda İtaliyadadır. Mən şəxsən İtaliyanı bu sahənin ən hegemon dövləti hesab edirəm. Çünki yaylıqlar, şarflar İtaliyada gözəl olur. Hətta belə bir misal var ki, İtaliyada uşaq anadan olanda atasının ona ilk öyrətdiyi şey şarf, qalstuk bağlamaqdır. Biz xaricdən məhsulu avroyla alırıq, avronu ödəmək üçün avro əldə etməliyik. Bununçun valyuta bazarına müraciət edirik. Avroya tələbat olduğundan qiyməti qalxır. Valyutanın dəyəri yüksəldiyinə görə insanlar əziyyət çəkir. Bu ölkədə istehsal olunsa qiymətlər belə olmaz.
-İpəkçiliklə bağlı hansı yeni tipli istehsal müəssisəsi yaradıla bilər və bu müəssisə hansı məhsulları dünya bazarına çıxara bilər?
-Azərbaycanda Şəki İpək Kombinatı var. Bu kombinatı müasirləşdirə bilərik. Orada italyan texnologiyasını tətbiq edə və dünyada olan ipək yaylıqlarının çeşidində yaylıqlar istehsal edə, həmin yaylıqların üzərində sırf Azərbaycanla bağlı naxışlar işləyib dünyaya çıxara bilərik. Bu çox böyük marağa səbəb olacaq. Çünki Azərbaycan şərq ölkəsidir. Şərq mədəniyyətin beşiyidir. Əgər bir şərq ölkəsindən bu çıxırsa, düzgün təbliğ edilirsə, bu məhsulları dünyaya çıxartmaq olar.
-Şirkətin məhsulunu istehsal edərkən bazarda hansı tələbləri nəzərə alırsınız?
-Bizim məhsullar İtaliyada hazırlanır. Bu məhsulların çeşidlərini, materiallarını, kompozisiyalarını mən müəyyən edirəm. Bu bizim insanların mənlə təmaslarında danışıqlarından, istəklərindən irəli gəlir. Azərbaycanda kişilər əsasən göy, mavi, zoğalı, tünd boz, qara rəngli qalstuklara üstünlük verir. Qırmızı, yaşıl, sarı, qəhvəyi-bunlar nadir rənglərdir. Bunlara kişilər çox üstünlük vermir. Qadınlar son illər çəhrayı, qırmızı rənglərə üstünlük verirlər. İnsanlar sanki o rənglərlə hisslərini ifadə edirlər. Kişilər ümumi trendə uyğun geyinirlər. Çox yaxşı haldır ki, Azərbaycan kişisi get-gedə rəngarəng qalstuklara üstünlük verməyə başlayır. Əvvəllər belə deyildi. Hətta mağazaya daxil olub soruşurdular ki, “Sizdə dövlət qulluğuna qalstuk var?” Mən də başa düşürdüm ki, orada deyiblər qalstuk lazımdır, ciddi, yəni qara, tünd göy. Əslində bu zövqdən irəli gəlir. Yaxşı olardı ki, valideynlər uşaqlarının erkən yaş dövründə rənglərə, ornamentlərə və zövqü formalaşdıran rəsm dərslərinə çox diqqət yetirsinlər. Uşaqları rəsm dərslərinə, dərnəklərə qoysunlar.
-Bu qalstuklara daha çox xarici, yoxsa yerli istehlakçılar üstünlük verir və bu nə ilə bağlıdır?
-Fərqi yoxdur. Bakıya qonaq gələn əcnəbilər, ölkəmizə uzun vaxtdır ki təşrif buyuran turistlər və vətəndaşlarımız gəlib sevə-sevə alırlar. Qalstuk elə bir şeydir ki, istər əcnəbi, istərsə də yerli istehlakçı olsun əgər onu cəlb edirsə alır. Azərbaycan son illər beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizə kifayət qədər turist axını var. Nəzərə alsaq ki bunların əksəriyyəti ərəblərdir, şərq ölkələrindən gəlirlər. Onların bir çoxunda qalstuk taxılmır. Onlar mənim üçün potensial müştəri deyil. Mənim əsas müştərilərim əsasən Avropa, Amerika, bəzi Asiya dövlətlərindən insanlardır. Xüsusilə milli üslubda olan qalstuklara maraq göstərirlər. Azərbaycan vətəndaşları həm ölkədən çıxarkən hədiyyə aparmaq, həm ad günlərinə, eyni zamanda gündəlik məqsədlər üçün də milli, həm də gündəlik istifadə olunan qalstukları və yaylıqları alırlar.
-Milli ornamentli məhsullara tələbat necədir, sifarişlər olurmu?
-Əlbəttə. Çox sifarişlər olur. Paşa Holdinq və onun tərkibində olan şirkətlər bizim milli üslubda hazırladığımız qalstukları və yaylıqları önəmli tədbirlərində, yeni ildə, yeni biznes partnyorlarına və qonaqlarına hədiyyə ediblər. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, digər böyük şirkətlər alırlar. Çox sevinirəm ki, yaratdığım hər bir yaylıq, qalstuk böyük tələbata səbəb olur. Bunun arxasında bir dəyər var. Əgər ölkəni sevirsənsə, məhsulu ölkə üçün yaradırsansa, bir işə ürək qoyursansa əlbəttə, gözəl nəticəsi olacaq.
-Sizcə uğurlu iş adamı olmaq üçün sahibkar hansı göstəricilərə sahib olmalıdır?
-Ümumiyyətlə hər bir iş adamı yeni işə başlayanda hansı işi görəcəyini əvvəldən doğru-dürüst düşünməlidir. Bilməlidi ki əlimdə olan vəsaiti, sərmayəni hansı biznes sahəsinə qoyuram. Yüz ölçüb, bir biçmək lazımdır. Ən başlıcası o işə ürəyini qoymalıdır. Əgər işi sevə-sevə etməsə o işdən yaxşı nəticə gözləmək olmaz. Azərbaycanda olan iş adamlarına tövsiyəm odur ki, işi görəndə Azərbaycanı da düşünsünlər. Onların yaratdığı məhsul Azərbaycanı nə qədər təbliğ edəcək, Azərbaycan adını necə yüksəklərə qaldıracaq. Belə olanda biznes də uğurlu olar, qazanılan pul da şirin olar.
-Xaraktercə hansı adamlarla işləməyi üstün tutursunuz?
-Ən sevmədiyim bürc əqrəb bürcüdür. Sancırlar insanı.
-Sizcə indiyədək uğurlarınızın qızıl qaydaları nələr olub?
-Ümumiyyətlə uğurun qızıl qaydası insanların nəyə ehtiyacı olmasının və ürəklərinin nə istəməsini hiss etməkdir. Mən heç vaxt inanmazdım ki, bu cür düşünməyim mənə uğur gətirər. Həmişə fikirləşirdim, nəyə görə qalstukların üzərində xristianlara, digər mədəniyyətlərə məxsus ornamentlər olan əşyaları bizim insanlar boynunda gəzdirir, olmazmı ki bunların yerinə bir xarıbülbül olsun. Elədim və əvəzində əhsən sözünü qazandım. Və ölkədən gedəndə həmişə düşünürdüm ki nə aparım ki, qarşımdakına Azərbaycanı göstərim. Bilsinlər ki, mən Azərbaycandan gəlmişəm, Azərbaycan vətəndaşıyam. Amma dəyərli bir şey tapa bilmirdim. Bahalı xalça alıb aparmağa imkanım çatmırdı.Həmçinin yaxın zamanda məhsullarımız Heydər Əliyev adına Hava limanında da olacaq. Hədiyyə almağa vaxt tapa bilməyən insanlar təyyarəyə minməmişdən qabaq bu fürsəti əldə edəcəklər.
Əsmər Qabil
Foto: Seymur Kərimli
Comments are closed, but trackbacks and pingbacks are open.