Sayt üçün məqalə necə yazılmalıdır 5 qızıl qayda
Üzdə gənə xəstəliyi, demodekoz mikroskopik ölçülü parazit gənə tərəfindən törədilir. Bu xəstəliyin əsas əlamətlərindən biri dərinin qaşınmasıdır.
Dərinin qaşınması
Qaşınma dəri ilə bağlı ən çox rast gəlinən şikayətlərdəndir. Bu subyektiv hissiyyat fizioloji və patoloji olur. Fizioloji forma adekvat qıcıqlandırıcılara, məsələn, ağcaqanad dişləməsinə cavab olaraq, yaranır. Patoloji qaşınma isə sinir sisteminin reaktivliyinin artması nəticəsində baş verir.
Dərinin patoloji qaşınması adətən qida və ya dərman allergenlərinə qarşı həssaslığın yüksəlməsi ilə bağlıdır. Həmçinin xroniki patoloji qaşınma qaraciyər, mədə-bağırsaq traktı, maddələr mübadiləsinin müxtəlif xəstəlikləri fonunda meydana çıxa bilər. Bir sıra hallarda dərinin qaşınması dermatozların (övrə, atopik dermatit və s.) əlaməti sayılır.
Dərinin qaşınması və onun növləri
Yayılma dərəcəsinə görə qaşınma lokalizəolunmuş (məhdud sahədə yaranan) və diffuz (generalizəolunmuş) formalara bölünür. Axırıncı forma differensiasiya baxımından çətinlik törədir. Onun əsasında dərinin quruluğu kimi sadə səbəblər və ya gizli limfoma, endokrin pozğunluqlar qismində ciddi amillər dayana bilər. Belə hallarda dermatoloqa, yəni dəri həkiminə müraciət etməklə, düzgün müalicə almaq lazımdır.
Dərinin qaşınması nə ilə bağlıdır?
Qaraciyər və öd yolları xəstəlikləri
70-90% hallarda dərinin qaşınması xolestaz (öd durğunluğu), öd daşı xəstəliyində müşahidə edilir. Həmçinin qaraciyər sirrozu, xroniki hepatiti olan xəstələrin 10-40%-i qaşınmadan əziyyət çəkir.
Böyrək problemləri
Böyrək çatışmazlığı diaqnozu qoyulmuş, xüsusilə hemodializə ehtiyac duyan şəxslərin 77%-də dərinin qaşınması qeydə alınır.
Qalxanvari vəzin xəstəlikləri
Diffuz toksiki zobun müalicə prosesində xəstələrin əksəriyyəti dərinin qaşınması ilə qarşılaşdıqlarını bildirirlər.
Şəkərli diabet
Cinsi orqanlardakı qaşınmanın səbəbi qanda qlukozanın səviyyəsinin artması fonunda yaranan kandidoz, yəni göbələk xəstəliyidir. Başda dərinin qaşınması isə diabetik neyropatiyada müşahidə oluna bilər.
Qan xəstəlikləri
Həqiqi polisitemiya diaqnozu qoyulan pasiyentlərin 50%-i dəri qaşınmasından əziyyət çəkir. Limfaqranulomatoz hallarının 30%-i aşağı ətraflarda dərinin qaşınması ilə müşayiət olunur. Həmçinin qaşınma dəmir defisitli anemiya, limfoleykoz, paraproteinemiya, mastositoz zamanı yarana bilər.
Psoriaz
Psoriaz xəstəliyinin sürətli gedişində dərinin qaşınması və pulcuqlanma müəyyən edilir. Xəstəlik dəridə gec sağalan, quru ləkələrlə xarakterizə olunur.
Ekzema
Ekzemanın bir çox formalarında dərinin müxtəlif mənşəli qaşınmaları meydana çıxır. Məsələn, seboreyalı ekzemada göbələk, atopik formada isə allergik mənşəli qaşınma baş verir.
Helmintoz
Helmintoz – parazit qurdlar tərəfindən törədilir. Xəstələr adətən məişət yolu ilə yoluxur. Enterobioz üçün anal nahiyədə dərinin qaşınması xarakterik olduğu halda, askaridozda qurdun ifraz etdiyi toksin nəticəsində ümumi allergik reaksiya şəklində dəri qaşınması yarana bilər.
Qoturluq
Qoturluq gənəsi dərinin qaşınması və səpməsinə səbəb olur. Dəridə ikincili irinciklər də aşkarlana bilər.
Demodekoz
Üzdə gənə xəstəliyi, demodekoz mikroskopik ölçülü parazit gənə tərəfindən törədilir. Bu xəstəliyin əsas əlamətlərindən biri dərinin qaşınmasıdır.
Pedikulyoz
Bit mənşəli xəstəlikdir. Parazitin dişlədiyi yerdə dəri qaşınması və irinciklər əmələ gəlir.
Streptodermiya
Streptokokk impetiqosu – stafilokokk və streptokokk bakteriyaları tərəfindən yaranır. Bakteriya epidermisdəki zədədən dəri örtüyünə daxil olur, iltihab, dərinin qaşınması və səpkilərlə nəticələnir.
Herpes
Virusla yoluxma dəridə və selikli qişada səpki şəklində təzahür edir. Onun adi, genital, kəmərləyici dəmrov, çiçək xəstəliyi kimi növləri vardır. Əksər formalar üçün qaşınma səciyyəvidir.
Allergiya və övrə
Müxtəlif allergenlərə qarşı fərdi reaksiya özünü dəridə qaşınma və səpkilərlə biruzə verir.
Quru dəri
Dərinin kifayət qədər nəmləndirilməməsi pulcuqlar və qaşınma ilə sonlana bilər.
Vitamin və mineral çatışmazlığı
A, B, C, D vitaminləri, həmçinin dəmir və sink defisitinin əlamətləri sırasına dərinin qaşınması və qabıqlanması daxildir. Belə vəziyyətlərdə adətən sızanaqlar formalaşır.
Sadalanan amillərlə yanaşı psixogen mənşəli, həmçinin hamiləlik və klimaks dövründə dəridə qaşınma yarana bilər.
Dərinin qaşınması nə zaman peşəkar yardım tələb edir?
Aşağıdakı hallarda həkimə getmək zəruridir:
- dərinin qaşınması 14 gündən çox sürdükdə;
- yuxusuzluq və diskomfort müşahidə edildikdə;
- qaşınma bütün bədənə yayıldıqda;
- digər simptomlar: kəskin arıqlama, zəiflik, nəcis və sidiyin formasının dəyişməsi izlənildikdə.
Mütəxəssislər profilaktik məqsədlə aşağıdakıları tövsiyə edirlər:
- ildə ən azı 1 dəfə zəruri müayinələrdən keçin;
- dəri, infeksion, göbələk və daxili xəstəliklərinizi vaxtında müalicə edin;
- allergiyanız varsa imkan daxilində qıcıqlandırıcılarla təmasdan çəkinin;
- şəxsi gigiyena qaydalarına riayət edin;
- sağlam və balanslaşdırılmış qida rejiminə əməl edin;
- mütəmadi şəkildə dərini nəmləndirin;
- gün ərzində kifayət miqdarda su için.
Xülasə
Göründüyü kimi dəridə qaşınma müxtəlif səbəblərdən qaynaqlanır. Problemi kökündən həll etmək üçün mütləq həkim qəbuluna yazılın. Yalnız peşəkar mütəxəssis qaşınmanın səbəbini üzə çıxara və müvafiq müalicə təyin edə bilər.
Sayt üçün necə məqalə yazmaq lazımdır ki, sonradan bu məqaləni oxuyub ona sərf edilən zamana və pul sərfiyyatına heyfslənməyəsən.
Müasir günümüzdə internet şəbəkələrində məqalə yazaraq paylaşan insanlar və jurnalistlər müxtəlif məlumatları, əyləncəli yazıları , analitik resursları insanlara çatdırır.
Bu məqalələrin diqqət cəlb eləməsi və daha çox insan tərəfindən oxunması üçün 5 qızıl qaydaya əməl etmək lazımdır.
1 – Məqalənin başlığı
İnternetdə məqalələr Kontakt, Facebook və s. kimi şəbəkələrdə paylaşılır. Məqalə yazan zaman onun sadə olmamasını diqqət mərkəzində saxlamaq lazımdır. Yazılan mətndə intiriqa yarada biləcək sözlərin olması oxucunun diqqətini özünə cəlb edir. Əgər məqalənin başlığı cəlbedici açar sözlərdən ibarət olmasa o zaman məqaləni üç gün internetdə saxladıqdan sonra adını daha cəlbedici və parametrli sözlərlə əvəz etmək lazımdır.
Bu zaman SEO-nun parametrlərini genişləndirmək lazımdır. SEO (Search Engine Optimization) saytın axtarış sistemində müxtəlif vasitələrlə hərəkətlilik, optimizasiya yaradaraq insan axınının məqaləyə yönəltməkdir.
Əksər hallarda paylaşılan məqalə ilk üç gün ərzində çox oxucu toplayır sonra isə oxucu sayı günü-gündən azalmağa başlayır.
Bu zaman isə SEO məqalənin oxunması üçün oxucuların sayınn artırılması istiqamətində hərəkətə başlayır.
2 – Başlıq şəkil
İnternetdə məqalənin çoxlu sayda oxucu cəlb etməsi üçün onun başlıq şəkli cəlbedici olmalıdır. Şablon və istifadə edilmiş şəkillərdən istifadə etmək məqaləni məhv edə bilir. Həddindən çox müdrik görünən şəkil də anlaşımaz olur və məqalənin oxunması üçün gözlənilən effekti vermir. Əgər siz şəxsi biznesin nümayəndəsinizsə o zaman şəxsi şəkillərinizdən ibarət silsilə şəkillər çəkin və məqalənin yanında paylaşın. Məqalənin yanında Google və Yandexdən götürülmüş şəkillərdən istifadə etmək şəkillərin əsil sahibi ilə problemlərin baş verməsinə səbəb ola bilər. Google İmage-dən şəkil götürmək istədikdə xarici saytlardan istifadə etmək daha məqsədə uyğun hesab edilir. Almaniya saytlarından şəkil götürmək müəllif tərəfindən problemlərin meydana çıxmasına səbəb olmur.
3 – Açar sözlərdən istifadə etmək
İnternetdə məqalə paylaşarkən wordstat. Yandex. Ru. və bu kimi brauzerlərdən istifadə etmək məsləhət görülür. Əgər siz axtarış sistemində məqalənizin tapılaraq oxunmasını istəyirsinizsə o zaman onu ən iri axtarış sistemlərində paylaşın. Bəzən məqalənin maraqlı olmasına baxmayaraq onun oxunmaması da ola bilir. Yandex servisində açar sözlərdən istifadə etmək xüsusi biliklər tələb edir. Yüksək effektivli məqalə yazmaq istədikdə bu mövzu haqqında mütləq araşdırmalar aparmaq lazımdır.
4 – İstifadəçilərin suallarını analiz etmək
İşə başlamazdan əvvəl oxucunun hansı mövzuya maraq göstərdiyini araşdırıb öyrənmək lazımdır. Məsələn, Tesla Model X. elektromobili haqqında məqalə yazmaq istəyərkən maşının ölkənizdə təqdimatı barədə geniş məlumat yazmaq, bu maşın barədə başqa ölkələrdə danışılan sözləri də qeyd etmək lazımdır. Bir müddət sonra isə maşın sizin ölkənizin bazarlarına çıxarıldıqda komersiya saytlarının işinə ehtiyac duyulacaq. Bu zaman axtarışa müraciət etmək cətinləşəcək. İkinci bir misalı avokado ağacı barədə söyləmək olar. Düşünək ki, oxucu avokado ağacı barədə məlumat toplamaq istəyir. Əksər hallarda insanlar avokado ağacının ev şəraitində becərilməsi barədə məlumat toplamaq istəyəcək. Buna görə də məqaləni yazarkən bunu nəzərə almaq lazımdır.
5 – Başa düşüləcək dildə və maraqlı yazmaq
Yazı yazmağa başlayarkən kurs və diplom işi yazmadığınızı yadınıza salın. Çünki, insanlar maraqlı hadisələri, etirafları və dəqiq yazıları oxumağı xoşlayır. Əgər oxucu fikirləşsə ki, sizin məqaləıniz onun vaxtını alır, o zaman onu oxumayacaq. Əgər siz maraqlı məqalə yazmaq istəyirsiniz və bu sizdə yaxşı alınmırsa o zaman digər müəlliflərin yazılarına müraciət edin. Müxtəlif birja saytlarında müxtəlif müəlliflərin çoxlu məqalələrinə müraciət etmək mümkündür.
Comments are closed, but trackbacks and pingbacks are open.