Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır VİDEO
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .
Müasir Azərbaycan danışıq dili
Ədəbi dilə aid olmayan ünsiyyət formalarının cəmi danışıq dili adlanır. Danışıq dilinə eyni zamanda qeyri-ədəbi dil də deyilir.
Danışıq dilinin də ictimai həyatda xüsusi rolu vardır. Belə ki, bu dil xalqımızın əsasən ədəbi dili bilməyən və yaxud az bilən təbəqəsinə xidmət etdi. Danışıq dilinin rolu bununla məhdudlaşmır. Şifahi ünsiyyətdə ondan savadlı adamlar da istifadə edirlər.
Danışıq dilinin özünəməxsus bir sıra xüsusiyyətləri vardır ki, həmin xüsusiyyətlər onu ədəbi dildən fərqləndirir:
- danışıq dili xalqın mədəni tələblərini ödəmir, lakin ədəbi dil bütün mədəni tələblərin ödənilməsinə kömək edir;
- danışıq dilinin yazılı forması yoxdur. Ədəbi dil isə yazı ənənələri ilə sıx bağlıdır;
- ədəbi dilin bütün milli dil vasitələri hamı üçün eynidir. Lakin danışıq dilinə aid bəzi dialekt sözləri və formaları isə cəmiyyətin ancaq məhdud bir hissəsinə məxsusdur;
- danışıq dili ədəbi dilə nisbətən çox mühafizəçi olur. Burada dilin arxaikləşmiş ünsürləri mühafizə olunub uzun zaman saxlanıla bilir;
- ədəbi dil müəyyən normalara əsaslandığı halda, danışıq dili qeyri-normativdir. Buna görə də danışıq dili fonetik və orfoepik, leksik və frazeoloji, morfoloji və sintaktik əlamətlərinə əsasən ədəbi dildən fərqlənir. Bunu aşağıdakı müqayisələrdə aydın görmək olur:
Danışıq dilinin qrammatik xüsusiyyətləri öz sərbəstliyi ilə ədəbi dildən az-çox fərqlənir. Bu fərqlər sözlərin sırasında, cümlələrin quruluşunda və s.özünü göstərir.
Ədəbi dilin şifahi forması ilə danışıq dili bir-birinə çox yaxındır. Buna görə də ədəbi dilin şifahi formasına aid normaları təyin etmək, dəqiq müəyyənləşdirmək çox zaman çətin olur. Bu çətinlik şifahi ədəbi dillə danışıq dilinin bir-birinə çox yaxın və həm də hər ikisinin hərəki olmalarından irəli gəlir.
Danışıq dili ilə ədəbi dil arasındakı fərqlər get-gedə aradan qalxır və bunlar bir-birinə qovuşur. Şübhəsiz ki, müəyyən vaxtdan sonra bu fərqlər tamamilə silinəcəkdir.
Azərbaycan danışıq dili öz xarakterinə görə vahid deyildir. Bu cəhətdən danışıq dili tərkibinə görə iki qola ayırmaq olar: a) sadə danışıq, b) dialekt və şivələr olar.
Sadə danışığı hamı başa düşür. Lakin dialekt və şivəyə aid ünsürlər hamı tərəfindən eyni şəkildə anlaşılmır.
Azərbaycan dilinin dialekt və şivələri haqqında qısa məlumat
Ədəbi dildən fərqli olaraq ayrı-ayrı yerlərdə yaşayanların danışığında xüsusi cəhətlər olur.
Bu, yəni müəyyən bir yerin, yaxud rayonun fərqli danışığı başqalarından seçilir.
Ədəbi dildən və bir-birindən fərqlənən bu və ya başqa ərazinin yerli danışığı dialekt adlanır. Hər bir dildə bir neçə dialekt ola bilir. Dialekt fərqləri dilin həm fonetik sistemində, həm lüğət tərkibində, həm də qrammatik quruluşunda özünü göstərir. Dialektlər öz mahiyyətinə görə iki cür olur: a) yerli dialektlər, b) —sinfi— dialektlər və ya jarqonlar.
Yerli dialektlərin öz əsas lüğəti və qrammatik quruluşu olur. Buna görə də hər bir yerli dialekt inkişaf edir, müəyyən şəraitdə müstəqil dilə çevrilə bilir. Lakin sinfi dialektlər — jarqonlar bu xüsusiyyətə malik deyildir. Jarqonlar daha çox kapitalizm dövründə yalançı modalar əmələ gəlir. Bunların əməli əhəmiyyəti yoxdur və buna görə də xalqa xidmət etmir. Yerli dialektlərin yaranması və inkişafı feodalizmdə qüvvətli olur. Dialektlər məhz bu dövrdə müstəqil dillərə çevrilə bilir. Buna əlverişli şərait yaradan amil ayrı-ayrı feodallıqlar arasında ictimai, siyası, iqtisadi münasibətlərin zəif olması, möhkəm sərhəd yaradılmasıdır. Kapitalizmdə isə dialektlər inkişaf etmək əvəzinə, ümumi dil içərisində əriməyə başlayır. Bu və ya digər dialekt müstəqil dil kimi inkişaf edə bilmir; çünki həmin dövrdə milli dillər yaranır, milli dil yarandıqda isə dialektlər bilavasitə ədəbi dildən asılı olur.
Sosializm şəraitində dialektlərin ərimə prosesi daha da sürətlənir. Burada xalqın mədəni və iqtisadi inkişafı ilə əlaqədar olaraq, ədəbi dil yerli dialektlərə güclü təsir göstərir. Nəticədə dialekt xüsusiyyətləri tədricən azalır və sıradan çıxır.
Dilin dialekt və şivələrinin öyrənilməsinin böyük nəzəri və əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zənginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:
- Azərbaycan dilinin şərq qrupu dialekt şivələri. Buraya Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri daxildir.
- Azərbaycan dilinin qərb qrupu dialekt şivələri və şivələri. Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.
- Azərbaycan dilinin şimal qrupu dialekt və şivələri. Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.
- Azərbaycan dilinin cənub qrupu dialekt və şivələri. Buraya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi (indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir. Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik xüsusiyyətlərinə görə az-çox fərqlənir.
Azərbaycan dilində fonetik hadisə və qanunlar
Dilin başqa cəhətlərində olduğu kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcud ola bilir. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətləri əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusən başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, yaxud əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin bir sıra fonetik hadisə qanunları vardır. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və tədricən əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
- assimilyasiya,
- dissimilyasiya,
- səsartımı,
- 4)səsdüşümü,
- yerdəyişmə,
- ahəng qanunu,
- cingiltiləşmə qanunu.
Bunların bəzisi bütövlükdə qanun kimi sabitləşmiş, bəzilərinin tərkibində isə hələ həm qanun, həm də hadisə xüsusiyyəti mövcuddur.
Məsələn, səslərin ahəngi məsələsi tam qanun şəklini aldığı üçün ədəbi dildəki həmin məsələ ahəng qanunu adlanır.Lakin səsartımı məsələsində sözlərə bitişdirici səslərin (n, y, s) əlavə edilməsi ədəbi dildə qanun kimi sabitləşməsinə baxmayaraq, məsələn, —r” səsi ilə başlanan sözlərin əvvəlinə samit artırılması elə hadisədir. Deməli, səsartımında həm qanun, həm də hadisə vardır.
Assimilyasiya
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına deyilir. Məsələn, mən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz məndən əvəzinə, mənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu vardır. Belə ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Ədəbi dilimizin orfoqrafiyasına dair normaların müəyyən-ləşdirilməsində assimilyasiyanın xüsusi rolu vardır. Lakin ədəbi dildəki assimilyasiya hadisəsi ilə danışıq dilinə məxsus assimilyasiyanı qarışdırmaq olmaz.
Azərbaycan dilindəki assimilyasiya hadisəsi istiqamətinə, keyfiyyətinə və digər cəhətlərinə görə müxtəlif və rəngarəngdir.
Assimilyasiyanın istiqaməti
Assimilyasiya istiqamətin görə iki cür olur: irəli assimilyasiya və geri assimiliyasiya.
- İrəli assimilyasiya. Birinci səsin ikinci səsə təsiri nəticəsində yaranan assimilyasiya irəli assimilyasiya adlanır.İrəli assimilyasiyanın istiqaməti kökdən şəkilçiyə doğru olur: məsələn:
Səndən — n — d == nn — sən
Sərinlik — n — l == nn — sərinniy
Bu misalların hamısında birinci yerdə duran səs özündən sonrakı səsə təsir edib onu assimilyasiyaya uğratmışdır. - Geri assimilyasiya. İkinci səsin birinci səsə olan təsiri nəticəsində əmələ gələn assimilyasiyaya geri assimilyasiya deyilir. Geri assimilyasiyanın istiqaməti şəkilçidən kökə və ikinci sözdən birinci sözə tərəf olur. Məsələn:
Dinməz-n-m-mm = dimməz
Yavaşca-ş-c == cc — yavacca
Dilimizdə irəli assimilyasiyaya nisbətən, geri assimilyasiya azlıq təşkil edir.
Assimilyasiyaya uğramış səs, təsirinə düşmüş səslə ya tam həmcinsləşir, ya da məxrəccə ona yaxın səsə çevrilir.
Assimilyasiyanın keyfiyyəti
Bu cəhətdən assimilyasiya hadisəsi tam və natamam olur.
1 ) tam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tamamilə həmcinsləşmə-sinə tam assimilyasiya deyilir.Məsələn:
Onlar—n—l== onnar
Şorlu—r -l == şorru
Bu misallarda n səsi l səsinə, r səsi l səsinə təsir edərək onu tamamilə eyni məxrəcli səsə çevirmişdir.
2 ) Natamam assimilyasiya
Təsirə düşən səsin təsiredən səslə tam həmcinsləşməsinə, ona yaxın səsə çevrilməsinə natamam, yaxud yarımçıq assimilyasiya deyilir. Məsələn:
Atlar -t- l == td – atdar
Gözlük — z-l ==zd gözdük və s.
Bu misalda l səsi m səsini və l səsi z səsinin düşmüş və başqa səsə çevrilmişdir.
Dissimilyasiya
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni.
(S.Vurğun)
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə -raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Lakin sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu l səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqamətinə və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiyaya yaxın dissimilyasiya deyilir. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Buna görə də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s. Bir neçə misal göstərək:
- y səsinə aid: su + (y)u, işlə + (y)ən, gözlə + (y)ən və s.
- S səsinə aid: başçı + (s)ı, əmi +(s)i, nənə +(s)i və s.
- N səsinə aid: Əli +(n)i, Vəli + (n)i və s.
Ədəbi dildə ancaq samitlərin artırılmasına təsadüf edildiyi halda, danışıq dilində sözlərə saitlərin də artırılması geniş yayılmışdır. Ümumiyyətlə, dialekt və şivələrlə sözün əvvəlinə səs artırılmasına alınma sözlərdə daha çox təsadüf edilir.Bu, əsasən 2 halda özünü göstərir.
- R səsi ilə başlanan sözlərdə. Məsələn: Rza əvəzinə İrza, Rayon əvəzinə İrayon və s.
- Qoşa kar samitlə başlanan sözlərdə. Məsələn: Şkaf əvəzinə İşkaf, Rast əvəzinə İrast və s.
Ümumiyyətlə, alınma sözlərin dilimizə uyğunlaşdırılmasında səsartımı hadisəsinin də xüsusi rolu vardır.Belə ki, dilimizdəki bir qrup sözlər, o cümlədən şəhər, fikir, isim kimi söz qrupları mənbə dildə şəhr, fikr, ism formasında olduğu halda, bizimdildə işlənərkən onlara i saiti artırılmış və beləliklə də, həmin sözlər Azərbaycan dilinin fonetik tələblərinə uyğunlaşdırılmışdır.
Səsdüşümü
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həm də samitlərdə müşahidə olunur. Lakin saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə təzahür edir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Sözlə şəkilçilərin birləşməsi zamanı aşağıdakı hallarda səs-düşümü hadisəsi yaranır.
1.İkihecalı sözlərə saitlə başlanan şəkilçi əlavə edildikdə sözün ikinci hecasındakı sait düşür; məsələn:
Fikir — fik(i)r + in – fikrin
Sinif — sin(i)f + in – sinfin
Əmir — əm(i)r + in — əmrin və s.
2.Sonu saitlə bitən miqdar saylarına saitlə başlanan şəkilçi qoşulduqda şəkilçinin əvvəlindəki sait düşür; məsələn:
İki — iki(i)nci – ikinci
Altı — altı(ı)ncı – altıncı
Yeddi — yeddi(i)nci — yeddinci və s.
3. Felin inkar şəkilçisini (ma, mə) qəbul etmiş sözlərə indiki zaman şəkilçisi artırıldıqda sait səslər düşür; məsələn:
Yazma — yazm(a) + (y)ır – yazmır
Bilmə — bilm(ə) + (y)ir – bilmir
Gəlmə — gəlm(ə) + (y)ir — gəlmir və s.
4. Bəzi sifətlərdən -ar şəkilşisi vasitəsi ilə fel düzəldilərkən şəkilçinin saiti düşür; məsələn:
Qara — qara + (a)rmaq — qararmaq
5.Sonu qoşa samitli sözlərə cəm şəkilçisi qoşulduqda qoşa samitlərin biri düşür; məsələn:
Fənn — fən(n) + lər — fənlər
Xətt — xət(t) + lər — xətlər
Sirr — sir® + lər — sirlər və s.
Ayrı-ayrı sözlərin yanaşması əsasında aşağıdakı hallarda səs-düşümü meydana çıxır.
1. İki müxtəlif sözün birləşməsi ilə mürəkkəb söz əmələ gətiriləndə sözlər arasında yanaşı gələn saitlərin biri düşür; məsələn:
- Mirzə Əli — Mirzəli,
- Ağa Əli — Ağəli,
- Əli Əsgər — Ələsgər,
- Əli İsa — Əlisa və s.
2. İdi, imiş, isə sözləri bəzən başqa felə bitişdirildikdə bunların birinci saiti düşür; məsələn:
- Gəlmiş + idi — gəlmişdi,
- Gəlib + imiş — gəlibmiş,
- Görmüş + isə — görmüşsə və s.
Səs yerdəyişməsi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
- Layihə — lahiyə — (yh — hy)
- Torpaq — topraq — (rp — pr)
- Fərhad — Fəhrad — (rh — hr)
- Yanlış — yalnış — (nl — ln)
- Məşhur — məhşur — (şh — hş) və s.
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir. Dilimizdəki kirpik sözü danışıq dilində kirpik və kiprik formalarında işlənir; məsələn:
Çəkilib bağa divar,
Üstümə yağa divar.
Gözün bağ, qaşın bağman,
Kipriyin bağa divar.
(bayatı)
Atıbdı çoxlar məni,
Bircə yar yoxlar məni.
Amandır, elə baxma,
Kirpiyin oxlar məni.
(bayatı)
Ədəbi dil bu formalardan birini (kirpik) götürür.
Metateza bu və ya başqa bir dildəki, yaxud da qohum dillərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola malikdir. Məsələni aydınlaşdırmaq üçün dilimizdəki göstərmək sözünə fikir verək. Bu söz vaxtilə, daha doğrusu, keçmiş dövrlərdə «görsət» formasında işlənmişdir; məsələn:
Çox nəstə sifətdə zahir olmaz,
Görsət üzünü bizə nəhani.
(Xətai)
Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müasir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş olduğunu müəyyən etdikdən sonra, həmin sözün təşkil etdiyini söyləmək olur.
Ahəng qanunu
Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-larxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s.
Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Bu qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin —Azərbaycan ədəbi dilində ahəng qanunudaha çox sözlərə bitişən şəkilçilərdə özünü göstərir”.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
- Saitlərin ahəngi.
- Samitlərin ahəngi.
- Saitlərdə samitlərin ahəngi.
Saitlərin ahəngi
Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini izləməsinə saitlərin ahəngi deyilir.
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə görə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.
- Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
- Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçi-lərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn: məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
- Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı + lıq, armud + dan, ağır + lıq və s.
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; məsələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı, ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.
- Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və damaq ahəngi.
- Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o + dun, uzun + çu + luq, öz + ümüz və s.
- Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdirilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır; məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bölünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə sözlər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziyyətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat + çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı, düşmən + imiz və s.
Samitlərin ahəngi
Azərbaycan dilində saitlərin öz tiplərinə görə bir-birini izləmələri olduğu kimi, samitlərin də bir-birini izləməsi qanunları vardır.
Sözdə kar samitlərin kar, cingiltili samitlərin isə cingiltili samitləri izləməsinə samitlərin ahəngi deyilir.
Samitlərin ahəngi iki şəkildə olur: 1) kar samitlərin ahəngi, 2) cingiltili samitlərin ahəngi.
- Kar samitlərin ahənginə görə sonu kar samitli sözlərə kar samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: seç + ki, səp + ki, kəs + kin və s.
- Cingiltili samitlərin ahənginə görə sonu cingiltili samitlə bitən sözlərə cingiltili samitlə başlanan şəkilçi qoşulmalıdır; məsələn: sər + gi, ver + gi, vur + ğu, dol + ğun, əz + gin və s.
Samitlərin ahəngi dilimizdə az yayılmışdır və bu qanun getdikcə məhdudlaşır. Buna görə də dilimizdəki bütün şəkilçilər bu qanuna uyğun gəlmir.
Saitlərlə samitlərin ahəngi
Müasir Azərbaycan ədəbi dilində təkcə saitlərlə saitlərin, yaxud samitlərlə samitlərin deyil, saitlərlə samitlərin də həmahəng-ləşməsi qanunu vardır.
Azərbaycan dilində əksərən dilarxası saitlərlə dilarxası samitlər həmahəngləşir. Eyni zamanda dilönü saitlərlə də dilin ortasında yaranan samitlər uyğunlaşır. Belə bir qanuna saitlərlə samitlərin ahəngi deyilir.
Dilimizdə demək olar ki, a, ı, o, u dilarxası saitləri ilə q, ğ, x samitləri, ə, i, ö, ü, e dilönü saitləri ilə k, g, y dilortası samitləri həmahəngləşir.
Azərbaycan dilində saitlərlə samitlərin ahəngi qanuna görə əvvəl gələn hecada arxa sıra saitlərdən (a, ı, o, u) biri olarsa, sonra gələn hecada arxa sıra samitlərdən (q, ğ, x) biri; əvvəl gələn hecada ön sıra saitlərdən (ə, e, ö, ü, i) biri olarsa, sonra gələn hecada da ön sıra samitlərdən biri (k, g, y) olmalıdır; məsələn:
Arxa sıra: otaq, buruq, sırıq, bağ, çox, toxunmaq.
Ön sıra: ətək, kötək, çiçək, ürək, köynək, tökülmək və s.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmədir. Başqa fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir; məsələn:
- K -> y -inək — inəy + i
- kəpənək — kəpənəy + i
- qəpik — qəpiy + i və s.
- T -> d — get -ged +im — ged + ək
- yarat — yarad + ım — yarad + aq və s.
Cingiltiləşmə hadisəsində kar səs, düşdüyü şəraitlə əlaqədar cingiltiləşir. Bu və ya başqa samit eyni şəraitdə bəzən cingiltiləşir, bəzən isə cingiltiləşmir; məsələn:
Et — ed + im — ed + ək
Ət — ət + im — ət + in və s.
Göründüyü kimi, burada t səsi d səsinə çevrilmişdir .
Azərbaycan ədəbi dilində heca
Danışıq zamanı tələffüz olunan bu və ya başqa birsöz asanlıqla hissələrə bölünür. Tələffüz edilərkən sözün bu cür parçalanan hissələrinə heca deyilir; məsələn: yol-daş, jur-nal, əs-gər və s.
Bir səsli, iki səsli, üç, dörd səsli hecalar: o, at+ta, a+dam, ü+züm, bu, əl, mən, biz, duz, söz, qəbz, turş, spirt, şmidt.
Sözlərdəki hecalar quruluşlarına görə eyni formada olmur. Bunlardan bəzilərinin sonu sait (ancaq saitdən ibarət olan heca da vardır), bəzilərinki isə samitlə bitir. Bu xüsusiyyətuinə görə hecalar iki yerə bölünür: a) açıq hecalar, b) qapalı hecalar. Sonu saitlə bitən hecalara açıq heca deyilir.
Məsələn: a+na, ba+cı, qo+ca, qa+pı, də+ri, a+cı və s.
Sonu samitlə bitən hecalara qapalı heca deyilir;məsələn: in+san, ic+las, ul+duz, oğ+lan, öv+lad, on+suz, ot+laq, or+du və s.
Sözdəki hecalar onları təşkil edən səslərin sayına, xüsusən samitlərin miqdarına görə və yerlərinə görə bir-birindən fərqlənir. Buna görə də hecaların müxtəlif tipləri vardır.
Azərbaycan ədəbi dilində vurğu
Müasir Azərbaycan ədəbi dilində vurğunun başlıca olaraq üç növü vardır; 1) heca vurğusu; 2) məntiqi vurğu; 3) həyəcanlı vurğu.
Məntiqi vurğuda cümlə daxilindəki bir söz aktuallaşır. Ak-tuallaşan cümlə üzvü informasiyasının bazasını(nüvəsini) təşkil edir. Məntiqi vurğu ilə cümlənin bir üzvünün aktuallaşması əslində, sintaktik aktuallaşmaya aid bir məsələdir. Ancaq cümlədə hər hansı bir üzvün aktuallaşaraq məna yükünü (informasiyanı) öz üzərinə götürməsində intonasiya (tonallıq) əsasdır. Tonallığın səslənmə səsə görə fərqləndirmə keyfiyyəti məntiqi vurğunu fonetik proseslə bağlıdır. Məntiqi vurğuda cümlədəki üzvlər öz yerini dəyişmir. Ancaq məntiqi vurğu ilə mənanın hansı üzvə aid olduğu təyin edilir:
- Mən indi kəndə gedirəm. (Yəni mən gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni indi gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni şəhərə gedirəm)
- Mən indi şəhərə gedirəm. (Yəni getməyi icra edirəm).
Sözdə qonşu olmayan səslərin bir-birinə təsiri əsasında yaranan dissimilyasiyaya uzaq dissimilyasiya deyilir. Məsələn, zərər sözündəki birinci r ilə ikinci r arasında başqa səs vardır. Lakin buna baxmayaraq, birinci səs öz həmcinsi olan ikinci r səsinə təsir edərək onu l səsinə çevirir ki, bunun da nəticəsində zərər əvəzinə, zərəl tələffüz edilir.
Sözdə iki eynicinsli səslərdən birinin öz yerini başqasına güzəştə getməsi hadisəsi danışıq dilində çox yayılmışdır. Bu hadisədən xalq poeziyasında, aşıq ədəbiyyatında da geniş istifadə olunur. Məsələn:
Bir ovçunun ovu getsə yaralı,
Gəzər dağı, olmaz səbri qəralı,
Məhəmmədəm düşdüm eldən aralı,
Çəkdi sinəmə bu dağlar mənim.
(Şair Məhəmməd)
Burada başqa məqsədlə də olsa qərar əvəzinə qəral işlədilməsi dissimilyasiyadır. Dildə dissimilyasiyaya uğrayan hər növ hadisə ədəbi dil üçün məqbul sayılmır. Məsələn, ədəbi dildə qəral yox, qərar yazılır və tələffüz edilir. Lakin qararmaq sözündə baş verən dissimilyasiya hadisəsi ədəbi dil üçün məqbul hesab olunmuşdur: buna görə də qararmaq əvəzinə qaralmaq yazılır və tələffüz edilir.
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə
- Teqlər:
- Azərbaycan dili
- , Azərbaycan dilinin fonetikası
- , fonetika
- , danışıq dili
- , orfoepiya
Azərbaycan dilçiliyində ilk dəfə onomastik vahidlərin tədqiqi Afad Qurbanovun adı ilə bağlıdır VİDEO
Bu gün görkəmli dilçi-alim, professor, türkoloq, ictimai-siyasi xadim Afad Qurbanovun anadan olmasından 94 il ötür. Azərbaycan dilçiliyi ilə yanaşı, dünya və türkoloji dilçiliyinin inkişafına öz töhfəsini verən elm və təhsil təşkilatçısı haqqında Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini professor Sayalı Sadıqova fikirlərini AZƏRTAC ilə bölüşüb.
“Afad Qurbanov geniş yaradıcılıq istiqamətlərinə, zəngin erudisiyaya, dərin biliyə malik alim, xalqa və onun mədəniyyətinə dərin məhəbbət bəsləyən fədakar ictimai xadim, sadə, təvazökar və humanist bir insan idi. O, bütün mənalı həyatını, sonsuz, tükənməz elmi istedadını, yaradıcılıq qüvvəsini Azərbaycan dilçiliyinin inkişafına sərf edən, öz xalqına sədaqətlə və namusla xidmət göstərən, bütün varlığını elmin, təhsilin və mədəniyyətin inkişafına, Azərbaycan dilinin saflığının təmin olunmasına həsr edən əvəzsiz şəxsiyyətlərimizdəndir. Dilçilik elminin elə bir sahəsi yoxdur ki, bu məhsuldar və əməksevər alim oraya nüfuz etməsin. A.Qurbanovun adı dilçilik elminin korifeyi kimi görkəmli dilçilər Kononov, Şerbak, Tenişev, Baskakov, Budaqova, Şirəliyev, Dəmirçizadə və başqaları ilə bir sırada çəkilir”.
Professor A.Qurbanovun elmi məktəb yaratdığını və yazdığı çoxsaylı elmi əsərlərə görə dövlət təltiflərinə layiq görülmüş nadir dilçilərimizdən olduğunu söyləyən professor onun Azərbaycan dilçiliyinin inkişafında mühüm xidmətlərini qeyd edib: “O, “Azərbaycan ədəbi və danışıq dili” (1965), “Müasir Azərbaycan ədəbi dili” (1967), “Ümumi dilçilik” (I, II cildlər -1988, 1993), “Türkoloji dilçilik” (5 cilddə), “Müasir Azərbaycan ədəbi dili” (2 cildlik), “Azərbaycan dilçiliyi problemləri” (3 cildlik), “Azərbaycan onomastikası”, “Antroponim nəzəriyyəsi, “Poetik onomastika” (1988), “Azərbaycan dilinin anomalogiyası” (1988), “Azərbaycan onomastika məsələləri” (1986), “Dünyanın dil ailələri” (1994), “Müasir Azərbaycan ədəbi dili” (2003), “Azərbaycan dilçiliyi problemləri” (Bakı, 2004), “Azərbaycan anomalogiyasının əsasları, (2 cilddə, Bakı, 2004) və bir sıra monoqrafiya və dərsliklərin, 500-dən çox elmi məqalənin müəllifidir. Bu monoqrafiyalar müəllifin uzunmüddətli gərgin elmi araşdırmalarının uğurlu nəticəsidir”.
Bu əsərlərdə dilçilikdə aktual məsələlər, problemlər, elmi anlayışlar dəqiqləşdirilmiş dil və dilçilik tarixi ilə əlaqədar yeni təsniflər verilib.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqat yolu keçən A.Qurbanov 1959-cu ildən ömrünün sonuna qədər – əlli il ADPU-da müəllim, dekan, kafedra müdiri, filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri, 1990-1994-cü illərdə Milli Məclisin üzvü, Əlifba Komissiyasının sədri olub.
S.Sadıqova qeyd edib ki, müasir əlifbanın yaradılması və ona verilən tələblərin Əlifba Komissiyasında geniş şəkildə müzakirə olunmasına Afad Qurbanov rəhbərlik edib. Afad Qurbanov Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla yeni müstəqil əlifba layihəsini latın qrafikası əsasında hazırlayıb, daha sonra Komissiyanın müzakirəsinə təqdim edib. Afad Qurbanov ölkəmizdə hazırda istifadə olunan Azərbaycan əlifbasının tərtibçisidir. Onun hazırladığı əlifba layihəsində müasir əlifbanın yaradılması və ona verilən tələblər nəzərə alınıb. Qəbul edilən əlifbada yazı üçün 32 hərf öz əksini tapır. Afad Qurbanov latın qrafikalı yeni əlifbaya keçilməsi dövründə Azərbaycan Əlifba Komissiyasının sədri vəzifəsində (1990) əlifba islahatçısı kimi xüsusi rolu olub, hazırladığı əlifba layihəsi geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilərək qəbul edilib və istifadəyə verilib.
Azərbaycan dilçiliyində ilk dəfə onomastika məsələlərinin sistemli şəkildə həlli, tədqiqinin də məhz A.Qurbanovun adı ilə bağlı olduğunu söyləyən Sayalı xanım elm xadiminin bu sahəyə ayırdığı xüsusi diqqətdən söz açıb: “Azərbaycan dilindəki şəxs adlarının spesifik xüsusiyyətlərini, onların mahiyyətini, sistemini, əmələ gəlməsini, mənşəyini, məna əsasını, yayılma regionunu, quruluşunu, inkişaf tarixini, təkmilləşməsini, üslubi imkanlarını, bir dildən başqa bir dilə transliterasiyası antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun yaradıcılığında araşdırılıb. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, anomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran A.Qurbanov olub”.
Ona görə də Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfonologiya F.Cəlilovun, ümumi dilçilik, türkoloji dilçilik, anomalogiya və müasir Azərbaycan əlifbası A.Qurbanovun adı ilə bağlıdır.
Alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimin xatirəsi qəlbimizdə həmişə yaşayacaq.
Afad Qurbanov
Afad Qurbanov (azərb. Afad Məhəmməd oğlu Qurbanov ; 10 yanvar 1929 , Cücəkənd – 26 sentyabr 2009 , Bakı ) — Azərbaycanın görkəmli dilçi-alimi, türkoloq, elm və təhsil təşkilatçısı, ictimai-siyasi xadimi, Azərbaycan dilçilik elmində elmi məktəb yaratmış alim, Azərbaycan Əlifba Komissiyasının sədri (1990) və hazırkı Latın qrafikalı Azərbaycan əlifbasısının müəllifi, Azərbaycan SSR-i Natiqlik Cəmiyyətinin sədri (1980), SSRİ Pedaqoji Elmlər Akademiyasının akademiki (1989), Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü (1983), Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor (1970), Əməkdar elm xadimi (1981), Azərbaycan SSR dövlət mükafatı (1991). [1]
- Cücəkənd , Ermənistan
- Bakı , Azərbaycan
- Rəşad Qurbanov [d]
- Ramin Qurbanov
- Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mündəricat
- 1 Həyatı
- 2 Elmi fəaliyyəti
- 3 İstinadlar
- 4 Xarici keçidlər
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.
O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 1950-ci illərdən etibarən isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
XX əsrin 90-cı illərində ölkəmizdə əlifba islahatının aparılmasında Afad Qurbanovun Azərbaycan Əlifba Komissiyasının sədri və latın qrafikası əsasında hazırlanmış və bügün istifadə etdiyimiz Azərbaycanın latın qrafikalı əlifbasının müəllifi kimi böyük xidmətləri olmuşdur. O dövrdə latın qrafikalı yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz Afad Qurbanov olmuşdur.
Görkəmli dilçi-alim, əlifba islahatçısı, Azərbaycan SSR-i Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Onomastika elmi məktəbinin banisi Afad Qurbanovun təşəbbüsü ilə 1990-cı il 1 avqust tarixində Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi olduğu nəzərə alınaraq o həmin komissiyanın sədri təyin edilmişdir.
Afad Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbamızın layihəsini Azərbaycan dilinin səs sistemi və digər xüsusiyyətlərini nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılmış, geniş müzakirə olunaraq 1992-ci ildə qəbul olunmuşdur.
XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundovun ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası Afad Qurbanovun adı ilə bağlıdır. [2]
Ümumxalq sərvətimiz olan bügünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi, məşhur dilçimiz akademik Afad Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir.
Elmi fəaliyyəti
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.
Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [3] .
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.
Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.
Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir.
- ↑ “Qurbanov Afad Məmməd oğlu”. 2018-09-18 tarixində . İstifadə tarixi: 2019-05-09 .
- ↑ ATV. “Alim türkoloq və ictimai xadim Afad Qurbanovun doğum günüdür” (az.) . Youtube.com. 10.01.2021 . İstifadə tarixi: 2021-01-11 .
- ↑ Şöhrətli xalq dilçisi
Xarici keçidlər
- Akademik Afad Qurbanovun rəsmi veb saytı 2011-11-24 at the Wayback Machine
- YENİ BİBLİOQRAFİYA NƏŞR OLUNUB 2008-06-15 at the Wayback Machine
- Azərbaycanın görkəmli dilçi alimi Afat Qurbanov vəfat edib 2009-09-28 at the Wayback Machine
Noyabr 09, 2021
Ən son məqalələr
Michael Dell 2010
Michael Douglas Deauville 2013
Michael Faraday signature
Michael Jackson in 1988
Michael Jackson signature
Michael Psellos
Michael Scheidweiler00
Michael Servetus
Michaela Schaffrath Koeln 20070802 1-2
Michal Kováč
Ən çox oxunan
Panplanasiya
Panplen
Panqolinlər
Pantokrator Monastırı
Pantalas
afad, qurbanov, məqalənin, bəzi, məlumatlarının, mənbəsi, göstərilməmişdir, daha, ətraflı, məlumat, üçün, məqalənin, müzakirə, səhifəsinə, baxa, məqaləyə, uyğun, formada, mənbələr, əlavə, edib, vikipediyanı, zənginləşdirə, bilərsiniz, noyabr, 2021, azərb, afad. Bu meqalenin bezi melumatlarinin menbesi gosterilmemisdir Daha etrafli melumat ucun meqalenin muzakire sehifesine baxa ve meqaleye uygun formada menbeler elave edib Vikipediyani zenginlesdire bilersiniz noyabr 2021 Afad Qurbanov azerb Afad Mehemmed oglu Qurbanov 10 yanvar 1929 Cucekend 26 sentyabr 2009 Baki Azerbaycanin gorkemli dilci alimi turkoloq elm ve tehsil teskilatcisi ictimai siyasi xadimi Azerbaycan dilcilik elminde elmi mekteb yaratmis alim Azerbaycan Elifba Komissiyasinin sedri 1990 ve hazirki Latin qrafikali Azerbaycan elifbasisinin muellifi Azerbaycan SSR i Natiqlik Cemiyyetinin sedri 1980 SSRI Pedaqoji Elmler Akademiyasinin akademiki 1989 Azerbaycan SSR i Elmler Akademiyasinin uzvu 1983 Azerbaycan Yazicilar Birliyinin uzvu filologiya elmleri doktoru professor 1970 Emekdar elm xadimi 1981 Azerbaycan SSR dovlet mukafati 1991 1 Afad QurbanovAfad Mehemmed oglu QurbanovAkademik Afad QurbanovDogum tarixi 10 yanvar 1929 1929 01 10 Dogum yeri Cucekend ErmenistanVefat tarixi 26 sentyabr 2009 2009 09 26 80 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi AzerbaycanMilliyyeti AzerbaycanliUsaqlari Resad Qurbanov d Ramin QurbanovElm sahesi DilcilikElmi dereceleri Professor Filologiya elmleri doktoru AkademikElmi adlari Professor AMEA nin uzvuIs yerleri V I Lenin adina Azerbaycan Pedoqoji Institutunun Rektoru Azerbaycan Elifba Komissiyasinin SedriTehsili Azerbaycan Dovlet Pedaqoji UniversitetiTaninmis yetirmeleri Nizami Ceferov Nizami Xudiyev Ezizxan Tanriverdi Sayali Sadiqova Buludxan XelilovMukafatlari Dovlet Mukafati Laureati Azerbaycan SSR emekdar elm xadimiwww afadgurbanov az Mundericat 1 Heyati 2 Elmi fealiyyeti 3 Istinadlar 4 Xarici kecidlerHeyati RedakteAfad Qurbanov 1929 cu ilde yanvarin 10 da Borcalinin Qizil Sefeq kendinde indi Ermenistan Respublikasinin Kalinino rayonu anadan olmusdur Usaqligi ilk tehsil illeri de sazli sozlu Borcali elinde kecib O ilk iller Borcalida mekteb direktoru vezifesinde calisib 1950 ci illerden etibaren ise Azerbaycan Dovlet Pedaqoji Universitetinde Filologiya fakultesinin dekan muavini dekani Azerbaycan dilciliyi kafedrasinin mudiri vezifesinde calisib 1981 1989 cu illerde API nin rektoru olub 1990 1994 cu illerde ise Milli Meclisin uzvu olmus A Qurbanov elifba islahatinin teskilatcilarindandir XX esrin 90 ci illerinde olkemizde elifba islahatinin aparilmasinda Afad Qurbanovun Azerbaycan Elifba Komissiyasinin sedri ve latin qrafikasi esasinda hazirlanmis ve bugun istifade etdiyimiz Azerbaycanin latin qrafikali elifbasinin muellifi kimi boyuk xidmetleri olmusdur O dovrde latin qrafikali yeni musteqil elifbaya kecmeyin zeruriliyini elmi faktlarla esaslandiran ilk alim mehz Afad Qurbanov olmusdur Gorkemli dilci alim elifba islahatcisi Azerbaycan SSR i Elmler Akademiyasinin uzvu filologiya elmleri doktoru professor emekdar elm xadimi Dovlet mukafati laureati Onomastika elmi mektebinin banisi Afad Qurbanovun tesebbusu ile 1990 ci il 1 avqust tarixinde Azerbaycan Elifba Komissiyasi yaradilmis ve elifba mutexessisi oldugu nezere alinaraq o hemin komissiyanin sedri teyin edilmisdir Afad Qurbanov latin qrafikasi esasinda yeni musteqil elifbamizin layihesini Azerbaycan dilinin ses sistemi ve diger xususiyyetlerini nezere almaqla hazirlamis ve Komissiyanin muzakiresine vermisdir Sonradan televiziya ve metbuat vasitesi ile muasir elifbamizin layihesi ictimaiyyete catdirilmis genis muzakire olunaraq 1992 ci ilde qebul olunmusdur XX esrin 20 ci illerinde Azerbaycanda istifade olunan latin qrafikali elifba boyuk mutefekkir M F Axundovun ideyasi esasinda yaradildigi halda hazirda istifade etdiyimiz latin qrafikali Azerbaycan elifbasi Afad Qurbanovun adi ile baglidir 2 Umumxalq servetimiz olan bugunku elifba bu yorulmaz insanin xalqini derinden seven feal vetendasin dilcilik elmimizin korifeyi meshur dilcimiz akademik Afad Qurbanovun elmi ve ictimai fealiyyetinin behresi kimi Azerbaycan xalqina en boyuk tohfelerinden biridir Elmi fealiyyeti RedakteAspirantliqdan Azerbaycan Milli Elmler Akademiyasinin muxbir uzvulyune qeder serefli bir tedqiqatci yolu kecen A Qurbanov 1962 ci ilde professor Ebdulezel Demircizadenin rehberliyi ile Semed Vurgunun Vaqif pyesinin dili ve uslubu movzusunda namizedlik 1968 ci ilde ise Muasir Azerbaycan edebi dili movzusunda doktorluq dissertasiyasi mudafie etmisdir Azerbaycan dilciliyinde fonetika E Demircizade ve A Axundovun leksikologiya S Ceferovun dialektologiya M Sireliyevin morfologiya M Huseynzadenin sintaksis E Abdullayevin dil tarixi H Mirzezade E Demircizade ve T Haciyevin morfologiya F Celilovun onomalogiya ise A Qurbanovun adi ile baglidir Onun onomalogiyaya dair 100 e qeder meqalesi Azerbaycan onomastikasi 1986 Azerbaycan onomalogiyasi meseleleri 1986 Poetik onomastika 1988 Azerbaycan dilinin onomalogiyasi 1988 kimi sanballi monoqrafiyalari cap olunmusdur Bu eserlerde onomastik vahidlerin tedqiqi tarixi onomastik menbeler onomalogiyanin elmi nezeri meseleleri kompleks ve sistemli sekilde tedqiq edilmisdir Azerbaycan dilciliyi tarixinde ilk defe olaraq antroponimlerin inkisafi dovrlerini mueyyenlesdiren her bir dovrun seciyyevi cehetlerini konkret dil faktlari ile esaslandiran da A Qurbanovdur Elmi yaradiciliga Sagirdlerin yazili ve sifahi nitqlerindeki yerli sive ve qaliqlarina qarsi mubarize 1956 adli meqale ile baslayan yorulmaz tedqiqatci Azerbaycanda ve butun turk dunyasinda Dilciliyin sistemi 1976 Dilciliyin tarixi 1976 Muasir Azerbaycan edebi dili 1967 1985 Bedii metnin linqvistik tehlili 1986 Azerbaycan onomastikasi 1986 Azerbaycan dilinin onomalogiyasi 1988 Umumi dilcilik I II cildler 1989 1993 Dunyanin dil aileleri 1994 ve s kimi sanballi eserleri ile meshurdur 3 Azerbaycan edebi dilinin fonetika qrafika leksikologiya semasiologiya frazeologiya ve diger saheleri A Qurbanovun 1967 ci ilde cap etdirdiyi Muasir Azerbaycan edebi dili kitabinda sistemli sekilde hem de sinxronik prizmadan tedqiq edilmisdir Eser barede akademik A N Kononovun fikri maraqlidir A M Qurbanovun kitabi yalniz Azerbaycan dili materiallarini deyil hem de basqa turk dillerinin materiallarini ehate eden movzulari isiqlandirir A Qurbanovun eserleri Almaniya Rusiya Iran Turkiye Qazaxistan Turkmenistan Ozbekistan ve s olkelerde yayilib Gorkemli dilci son 50 ilde dunyanin bir sira boyuk seherlerinde dilciliye xususile turkologiyaya aid kecirilen konfranslarin ekseriyyetinde aktual ve orijinal meruzelerle cixis edib Gorkemli alim Azerbaycan elmindeki rolu ve nufuzu sayesinde 1981 1983 cu illerde API de ADPU da filologiya ve pedaqogika elmleri uzre mudafie surasinin sedri olmusdur Afad Qurbanov 26 sentyabr 2009 cu ilde vefat edib Istinadlar RedakteBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Qurbanov Afad Memmed oglu 2018 09 18 tarixinde arxivlesdirilib Istifade tarixi 2019 05 09 ATV Alim turkoloq ve ictimai xadim Afad Qurbanovun dogum gunudur az Youtube com 10 01 2021 Istifade tarixi 2021 01 11 Sohretli xalq dilcisiXarici kecidler RedakteAkademik Afad Qurbanovun resmi veb sayti Arxivlesdirilib 2011 11 24 at the Wayback Machine YENI BIBLIOQRAFIYA NESR OLUNUB Arxivlesdirilib 2008 06 15 at the Wayback Machine Azerbaycanin gorkemli dilci alimi Afat Qurbanov vefat edib Arxivlesdirilib 2009 09 28 at the Wayback Machine Menbe https az wikipedia org w index php title Afad Qurbanov amp oldid 6129579, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.