Press "Enter" to skip to content

Afad qurbanov müasir azərbaycan dili kitabi

XX əsrin 70-80-ci illərində ADPU-ya rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulmuş, tədris yüksək səviyyəyə qaldırılmış, yeni kafedralar (fakültələr) yaradılmış, sədr olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənmiş, ölkədə təhsil müəssisələrinin tarixində ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa edilmiş, yataqxanalar əsaslı şəkildə təmir olunmuş, Qafqazda birinci, SSRİ-də dördüncü hərbi fakültə yaradılmışdır. İnstitut Azərbaycan SSR-i Ali Sovet Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş və o dövrdə institutun yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda Ümummilli lider Heydər Əliyev institutun Qırmızı Əmək Bayrağına order sancmışdır.

Afad qurbanov müasir azərbaycan dili kitabi

Yüklənir. Zəhmət olmasa gözləyin.

ADPU-da “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının sabiq müdiri, professor Əzizxan Tanrıverdinin görkəmli dilçi-alim, türkoloq, Onomastika elmi məktəbinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, Əməkdar elm xadimi, Dövlət Mükafatı laureatı, ictimai-siyasi xadim, latın qrafikalı Azərbaycan əlifbasının müəllifi, professor Afad Qurbanovun 90 illik yubileyi münasibətilə hazırladığı “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, ölkəmizin tanınmış, nüfuzlu ziyalıları, fakültə dekanları, kafedra müdirləri, müəllim və tələbələr iştirak ediblər. Kitabın redaktoru professor Fikrət Xalıqov, rəyçiləri filologiya üzrə elmlər doktoru Məhərrəm Hüseynov, filologiya üzrə elmlər doktoru Kamil Bəşirov, filologiya üzrə fəlsəfə doktoru Vaqif İsrafilov və İlham Abbasovdur. Qeyd edək ki, kitabda Afad Qurbanov bənzərsiz insan, nüfuzlu alim, bacarıqlı elm və təhsil təşkilatçısı kimi xatirələr müstəvisində səciyyələndirilir, onun elmi-pedaqoji fəaliyyəti daha çox haqqında yazılmış məqalələrə istinad olunmaqla izah edilir, dilçiliyə dair əsərləri müxtəlif bucaqlar altında təhlil süzgəcindən keçirilir. Eyni zamanda Afad Qurbanova həsr edilmiş şeirlərin hər birinə ədəbi tənqid müstəvisində münasibət bildirilir. Tədbirdən öncə iştirakçılar Afad Qurbanovun əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov universitetin rektoru, professor Cəfər Cəfərovun adından tədbir iştirakçılarını salamlayıb və qeyd edib ki, bu gün universiteimizin həyatında gözəl və əlamətdar bir gündür. Biz bu gün professor Əzizxan Tanrıverdinin müəllifi olduğu “Türkologiyamızın Afad Qurbanovu” kitabının təqdimat mərasimini keçiririk. Tədbirdə böyük dilçi-alim , professor Afad Qurbanovun elmi yaradıcılığı və elmi-təşkilati fəaliyyəti, pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması sahəsindəki xidmətləri haqqında çıxışlar ediləcək. Professor Afad Qurbanov həmişə xalqına, millətinə, Vətəninə vicdanla, şərəflə xidmət edib.
Çıxışında professor Afad Qurbanovun həyat və fəaliyyəti haqqında geniş məlumat verən professor Asəf Zamanov bildirib ki, Afad Qurbanov 1929-cu il yanvar ayının 10-da Qərbi Azərbaycanın Qızıl Şəfəq kəndində anadan olub. Uşaqlığı, ilk təhsil illəri də burada keçib. O, ilk illər məktəb direktoru vəzifəsində çalışıb. 1948-ci ildə ADPU-ya qəbul olunub. Aspirantlıqdan AMEA-nın müxbir üzvlüyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Əbdüləzəl Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Azərbaycan dilçiliyində fonetika Əbdüləzəl Dəmirçizadə və Ağamusa Axundovun, leksikologiya Səlim Cəfərovun, dialektologiya Məmmədağa Şirəliyevin, morfologiya Muxtar Hüseynzadənin, sintaksis Əlövsət Abdullayevin, dil tarixi Hadi Mirzəzadə, Ə.Dəmirçizadə və Tofiq Hacıyevin, morfologiya Firudin Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunub. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilib. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur. Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və sair kimi sanballı əsərləri ilə məşhurdur. Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilib. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.
A.Qurbanov 1950-ci illərdən etibarən ADPU-da Filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifələrində işləyib. 1981-1989-cu illərdə ADPU-nun rektoru vəzifəsində çalışıb. 1981-1983-cü illərdə ADPU-da filologiya və pedaqogika elmləri üzrə Müdafiə Şurasının sədri olub. ADPU-ya rəhbərlik etdiyi dövrdə universitet tamamilə yenidən qurulmuş, tədris yüksək səviyyəyə qaldırılmış, yeni kafedralar yaradılmış, sədri olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənmişdir. 1990-1994-cü illərdə Milli Məclisin deputatı olmuş A.Qurbanov əlifba islahatının təşkilatçılarındandır. A.Qurbanovun XX əsrin 90-cı illərində Azərbaycan Əlifba Komissiyasının sədri kimi ölkəmizdə əlifba islahatının aparılmasında və bu gün istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbasının hazırlanmasında böyük xidmətləri olub. Həmin dövrdə latın qrafikalı Azərbaycan əlifbasına keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim məhz A.Qurbanov olub. Sonradan televiziya və mətbuat vasitəsi ilə müasir əlifbamızın layihəsi ictimaiyyətə çatdırılıb, geniş müzakirə olunub və qəbul edilib. XX əsrin 20-ci illərində Azərbaycanda istifadə olunan latın qrafikalı əlifba böyük mütəfəkkir M.F.Axundzadənin ideyası əsasında yaradıldığı halda, hazırda istifadə etdiyimiz latın qrafikalı Azərbaycan əlifbası A.Qurbanovun adı ilə bağlıdır. Ümumxalq sərvətimiz olan bugünkü əlifba bu yorulmaz insanın, xalqını dərindən sevən fəal vətəndaşın, dilçilik elmimizin korifeyi A.Qurbanovun elmi və ictimai fəaliyyətinin bəhrəsi kimi Azərbaycan xalqına ən böyük töhfələrindən biridir. Professor A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digər ölkələrdə yayılıb. Məşhur dilçi-alim son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.
O, gözəl ailə başçısı, qayğıkeş ata olub. Övladlarını həqiqi vətəndaş, yüksək səviyyəli elmi mütəxəssislər kimi yetişdirib. Professor A.Qurbanov 2009-cu il sentyabr ayının 26-da vəfat edib. A.Qurbanovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Tədbirdə professor A.Qurbanovla bağlı sənədli film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Müasir Azərbaycan dili kafedrasının müdiri, professor Buludxan Xəlilov, Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Nizami Xudiyev, Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri, professor Adil Babayev, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, həmin institutun Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova və başqaları professor A.Qurbanovun yüksək intellekt səviyyəsinə, geniş dünyagörüşünə, zəngin mənəviyyata malik alim, təmkinli və müdrük ziyalı olduğunu vurğulayaraq onunla bağlı xatirələrini bölüşüblər.
Sonda professor A.Qurbanovun oğlu Ramin Qurbanov ailələrinin adından çıxış edərək atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ADPU-nun rəhbərliyinə, həmçinin tədbirin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür edib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi

  • Baxış: 6108
    Xəbərin tarixi: 11.03.2019 / 19:19

Afad qurbanov müasir azərbaycan dili kitabi

(+994 12) 493 30 77

  • Философия
  • История
  • История Азербайджана
  • Социология
  • Этнография
  • Экономика
  • Государство и право
  • Политика. Политические науки
  • Наука и образование
  • Культура
  • Библиотечное дело
  • Психология
  • Языкознание
  • Литературоведение
  • Фольклор
  • Художественная литература
  • Искусство
  • Средства массовой информации
  • Информатика
  • Религия
  • Естественные науки
  • Нефть
  • Связь
  • Технология. Технические науки
  • Архитектура
  • Сельское и лесное хозяйство
  • Туризм
  • Таможенное дело
  • Медицина и здравоохранение
  • Военное дело
  • Спорт
  • Статистика
  • Экология
  • Справочные издания

Müasir Azərbaycan dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfoepiya

Подписка

В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..

В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.

Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.

“Türkologiyamızın Afad Qurbanovu” kitabının geniş təqdimatı keçirilib

5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, 80-cı illərdə həmin universitetinin rektoru və Azərbaycan Əlifba Komissiyasının sədri Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

Tədbir zamanı Azərbaycanın tanınmış dilçi alimi, ADPU-nun “Azərbaycan dili və onun tədrisi metodikası” kafedrasının sabiq müdiri, filologiya elmləri doktoru, professor Əzizxan Tanrıverdinin öz müəlliminə həsr etdiyi və nəfis şəkildə nəşr etdirdiyi “Türkologiyamızın Afad Qurbanovu” monoqrafiyasının təqdimatı keçirilmişdir.

Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.

Təqdimatı ADPU-nun prorektoru professor Asəf Zamanov açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov ömrünün 50 ilini Azərbaycan elminə, təhsilinə həsr etmiş, ana dilimizin və əlifbamızın inkişafına tarixi töhfələr vermiş, fundamental əsərlər hazırlamış, alimliklə insanlığın vəhdətini özündə birləşdirən görkəmli türkoloq alimlərimizdən olmuşdur.

Təqdimat mərasimində ADPU-nun Filologiya fakültəsinin dekanı professor Mahirə Hüseynova çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin inkişaf tarixində də misilsiz xidmətləri olmuşdur. Tələbəliçikdən rektorluğa qədər 60 ilə yaxın yol keçən Afad Qurbanov bu təhsil müəssisəsi üçün tarixi işlər görmüşdür. O, pedaqoji universitetdə tələbə, aspirant, asistent, müəllim, dosent, professor, dekan müavini, on üç il filologiya fakültəsinin dekanı, otuz il “Azərbaycan dilçiliyi” kafedrasının müdiri, doqquz il rektror və Azərbaycan SSR-i Ali Məktəblər Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini, habelə filologiya və pedaqogika elmləri üzrə o zaman üçün yeganə ixtisaslaşdırılmış müdafiə şuralarının sədri vəzifələrində çalışmışdır.

XX əsrin 70-80-ci illərində ADPU-ya rəhbərlik etdiyi dövrdə institut tamamilə yenidən qurulmuş, tədris yüksək səviyyəyə qaldırılmış, yeni kafedralar (fakültələr) yaradılmış, sədr olduğu dissertasiya şuralarının işi keyfiyyətcə yenilənmiş, ölkədə təhsil müəssisələrinin tarixində ilk dəfə olaraq onaltı mərtəbəli tədris binası inşa edilmiş, yataqxanalar əsaslı şəkildə təmir olunmuş, Qafqazda birinci, SSRİ-də dördüncü hərbi fakültə yaradılmışdır. İnstitut Azərbaycan SSR-i Ali Sovet Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuş və o dövrdə institutun yaradılmasının 60 illiyinə həsr olunmuş təntənəli iclasda Ümummilli lider Heydər Əliyev institutun Qırmızı Əmək Bayrağına order sancmışdır.

Kitabın müəllifi professor Əzizxan Tanrıverdi adından Buludxan Xəlilov çıxış edərək qeyd etmişdir ki, müəllif nəşr etdiyi monoqrafiyasında ustadı barədə xatirələrini, onun çoxşaxəli yaradıcılıq irsini, onun yaradıcılığında dilçilik sahələri, əlifba problemləri, onomalogiyanın nəzəri məsələləri, nitq mədəniyyəti, şəxsi adlar ensiklopediyası, türkoloji dilçilik, ümumi dilçilik və müasir dilçiliyin aktual məsələlərinin tədqiqini açıqlamışdır.

Bununla yanaşı, Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Nizami Xudiyev, Müasir Azərbaycan dili kafedrasının müdiri professor Buludxan Xəlilov, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstititunun Tətbiqi dilçilik şöbəsinin müdiri professor İsmayıl Məmmədli, Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova, Azərbaycan Dövlət Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev və başqa alimlər çıxış etmişlər.

Comments are closed, but trackbacks and pingbacks are open.