Press "Enter" to skip to content

Mumi dilçilik 1-ci cild

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [1].

Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. I cild (2019)

Kitabın bu nəşri də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydınlaşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materiallarından götürülmüş faktlar əsasında təhlil olunur. Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər. Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, ingilis
və fransız dillərində nəşr olunmuşdur. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.

Related posts:

  • Гаркавец А. Н. Кыпчакский словарь (2023)
  • Насилов В. М. Язык тюркских памятников уйгурского письма XI-XV вв. (1974)
  • Тугушева Л. Ю. Уйгурские деловые документы X-XIV вв. из Восточного Туркестана (2013)
  • Насилов В. М. Древнеуйгурский язык (1963)
  • Щербак А. М. Грамматический очерк языка тюркских текстов X-XIII вв. из Восточного Туркестана (1961)
  • Ming Hanedanı Tercüme Odası. İdikut sözlüğü (2012)
  • Hanife Gezer. Karahanlı Türkçesi temel söz varlığının eski Türkçeden Karluk grubu lehçelerine anlam incelemesi. Doktora tezi (2019)
  • Burhan Paçacıoğlu. Orta Türkçe (1995)
  • Furkan Akçeşme. Karahanlı Türkçesinin söz varlığı.Yüksek lisans tezi (2019)
  • Jost Gippert. The linguistic background of Caucasian Albanian literacy (2011)

Ümumi dilçilik 1-ci cild

Kitabın bu nəşri də Azərbaycan Respublikası Təhsil
Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazıl-
mışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi
nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydın-
laşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materi-
allarından götürülmüş faktlar əsasında təhlil olunur.
Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərs-
likdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və
eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər.
Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, in-
gilis və fransız dillərində nəşr olunmuşdur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfin-
dən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.

Format Size
PDF 10.6 MB Download

You may also like

Süleyman rüstəm seçilmiş əsərləri üçüncü cild

Füzulının farsca əsərlərinin tərcümələri

Umumi dilcilik / Умуми дилчилик

Цитата:
Afad Qurbanov – Azərbaycanın görkəmli alim, professor, filologiya elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü.
Afad Qurbanov 1929-cu ildə yanvarın 10-da indi erməni tapdağında inildəyən qədim Borçalının Qızıl Şəfəq kəndində (indi Ermənistan Respublikasının Kalinino rayonu) dünyaya gəlib. Uşaqlığı, ilk təhsil illəri də sazlı-sözlü Borçalı elində keçib.

O, ilk illər Borçalıda məktəb direktoru vəzifəsində çalışıb. 50-ci illərdən etibarən isə Azərbaycan Pedaqoji Universitetində filologiya fakültəsinin dekan müavini, dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri vəzifəsində çalışıb. O, 1981-1989-cu illərdə APİ-nin rektoru olub. 1990-1994-cü illərdə isə Milli Məclisin üzvü olmuş A. Qurbanov əlifba islahatının təşkilatçılarındandır.
Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvülyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən A.Qurbanov 1962-ci ildə professor Ə.Dəmirçizadənin rəhbərliyi ilə “Səməd Vurğunun “Vaqif pyesinin dili və üslubu” mövzusunda namizədlik, 1968-ci ildə isə “Müasir Azərbaycan ədəbi dili” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində fonetika Ə.Dəmirçizadə və A.Axundovun, leksikologiya S.Cəfərovun, dialektologiya M.Şirəliyevin, morfologiya M.Hüseynzadənin, sintaksis Ə.Abdullayevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və T.Hacıyevin, morfologiya F.Cəlilovun, onomalogiya isə A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 100-ə qədər məqaləsi “Azərbaycan onomastikası” (1986), “Azərbaycan onomalogiyası məsələləri” (1986), “Poetik onomastika” (1988), “Azərbaycan dilinin onomalogiyası” (1988) kimi sanballı monoqrafiyaları çap olunmuşdur. Bu əsərlərdə onomastik vahidlərin tədqiqi tarixi, onomastik mənbələr, onomalogiyanın elmi-nəzəri məsələləri kompleks və sistemli şəkildə tədqiq edilmişdir. Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq antroponimlərin inkişafı dövrlərini müəyyənləşdirən, hər bir dövrün səciyyəvi cəhətlərini konkret dil faktları ilə əsaslandıran da A.Qurbanovdur.

Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlərindəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) adlı məqalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və bütün türk dünyasında “Dilçiliyin sistemi” (1976), “Dilçiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 1985), “Bədii mətnin linqvistik təhlili” (1986), “Azərbaycan onomastikası” (1986), “Azərbaycan dilinin onomalogiyası” (1988), “Ümumi dilçilik”, I-II cildlər (1989-1993), “Dünyanın dil ailələri” (1994) və s. kimi sanballı əsərləri ilə məşhurdur [1].

Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikologiya, semasiologiya, frazeologiya və digər sahələri A.Qurbanovun 1967-ci ildə çap etdirdiyi “Müasir Azərbaycan ədəbi dili” kitabında sistemli şəkildə, həm də sinxronik prizmadan tədqiq edilmişdir. Əsər barədə akademik A.N.Kononovun fikri maraqlıdır: “A.M.Qurbanovun kitabı yalnız Azərbaycan dili materiallarını deyil, həm də başqa türk dillərinin materiallarını əhatə edən mövzuları işıqlandırır”.

A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. ölkələrdə yayılıb. Görkəmli dilçi son 50 ildə dünyanın bir sıra böyük şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən konfransların əksəriyyətində aktual və orijinal məruzələrlə çıxış edib.

Görkəmli alim Azərbaycan elmindəki rolu və nüfuzu sayəsində 1981-1983-cü illərdə APİ-də (ADPU-da) filologiya və pedaqogika elmləri üzrə müdafiə şurasının sədri olmuşdur.

Afad Qurbanov 26 sentyabr 2009-cu ildə vəfat edib.

Comments are closed, but trackbacks and pingbacks are open.