Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. II cild (2019)
Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Afad Qurbanovu Azərbaycan dilçilik elminin inkişafında öz elmi konsepsiyası olan alim kimi səciyyələndirib.
“Afad Qurbanov və ümumi dilçilik” kitabının təqdimatı baş tutub
Bu gün Nəsimi adına Dilçilik Institutu və Nizami Gəncəvi adına Ədəbiyyat Institutunun birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və Onomastika Elmi Məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlər mükafatı laureatı, beynəlxalq və milli akademiyaların akademiki Afad Qurbanovun anadan olmasının 90 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.
Tədbir zamanı Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, dosent Nəriman Seyidəliyevin Azərbaycanın tanınmış alimi, elm təşkilatçısı Afad Qurbanova həsr etdiyi “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı keçirilmişdir.
Tədbirdə AMEA-nın Dilçilik İnstitutu, Ədəbiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və digər elm və təhsil müəssisələrinin alimləri iştirak etmişlər.
Təqdimatı giriş sözü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Vitse prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibəbyli açıq elan edərək görkəmli dilçi-alim Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışdı, dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd etdi. Bildirdi ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, sovet və ölkəmizin müstəqillik dövründə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən, Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki, Azərbaycan dilçiliyində ononalogiya və ümumi dilçilik sahələrində elmi məktəbin banisi olan Afad Qurbanov Azərbaycan Milli Elmlər Akademiyasının üzvü kimi elmi yaradıcılıq fəaliyyətini Elmlər Akademiyası ilə daim sıx əlaqəli aparmaqla dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməmişdir.
Təqdimat mərasimində Dilçilik İnstitutunun direktoru akademik Mövsüm Nağısoylu çıxış edərək qeyd etmişdir ki, akademik Afad Qurbanovun Azərbaycan Milli Elmlər Akademiyasının inkişaf tarixində saysız xidmətləri olmuşdur. 40 ilə yaxın müddət ərzində Afad Qurbanov bu elm müəssisəsi üçün tarixi işlər görmüş və bir çox komissiya və müdafiə şuralarının üzvü ya sədri olmuşdur. –>
Qurbanov A. M. Ümumi dilçilik. Üç dildə. II cild (2019)
Kitabın bu nəşri də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydınlaşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materiallarından götürülmüş faktlar əsasında təhlil olunur. Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər. Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, ingilis
və fransız dillərində nəşr olunmuşdur. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.
Related posts:
- Гаркавец А. Н. Кыпчакский словарь (2023)
- Тихонов Д. И. Хозяйство и общественный строй уйгурского государства X-XIV вв. (1966)
- Насилов В. М. Язык тюркских памятников уйгурского письма XI-XV вв. (1974)
- Тугушева Л. Ю. Уйгурские деловые документы X-XIV вв. из Восточного Туркестана (2013)
- Насилов В. М. Древнеуйгурский язык (1963)
- Щербак А. М. Грамматический очерк языка тюркских текстов X-XIII вв. из Восточного Туркестана (1961)
- Ming Hanedanı Tercüme Odası. İdikut sözlüğü (2012)
- Turcologica Upsaliensia: an illustrated collection of essays (2020)
- Serkan Şen. Orhon, Uygur ve Karahanlı metinlerindeki meslekler bağlamında eski türk kültürü. Doktora tezi (2007)
- Hanife Gezer. Karahanlı Türkçesi temel söz varlığının eski Türkçeden Karluk grubu lehçelerine anlam incelemesi. Doktora tezi (2019)
“Afad Qurbanov və ümumi dilçilik” kitabının təqdimatı olub
Aprelin 19-da AMEA-nın Nəsimi adına Dilçilik və Nizami Gəncəvi adına Ədəbiyyat institutlarının birgə təşkilatçılığı ilə görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan əlifbasının müəllifi və onomastika elmi məktəbinin banisi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, akademik Afad Qurbanovun anadan olmasının 90 illiyi ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, dosent Nəriman Seyidəliyevin “Afad Qurbanov və ümumi dilçilik” monoqrafiyasının təqdimatı olub.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Afad Qurbanovun həyat və yaradıcılığından, onun zəngin elmi və pedaqoji fəaliyyətindən danışıb, görkəmli alimin dilçiliyin inkişafında mühüm xidmətləri olduğunu qeyd edib. Bildirib ki, adı Azərbaycan dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, bütün dövrlərdə türk və Avropa dilçiləri tərəfindən orijinal elmi konsepsiyalar müəllifi kimi rəğbətlə qəbul edilən Azərbaycan SSR Elmlər Akademiyasının üzvü, SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini, milli və beynəlxalq akademiyaların akademiki Afad Qurbanov dilçilik elminin inkişaf etdirilməsində öz səylərini əsirgəməyib.
Dilçilik İnstitutunun direktoru, akademik Mövsüm Nağısoylu çıxış edərək vurğulayıb ki, Afad Qurbanovun AMEA-nın inkişafı tarixində müstəsna xidmətləri olub. Afad Qurbanov 40 ilə yaxın müddət ərzində bu elm müəssisəsi üçün tarixi işlər görüb, bir çox komissiya və müdafiə şuralarının üzvü və ya sədri olub.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov bildirib ki, Afad Qurbanov elmi fəaliyyəti çox geniş diapazona sahib alimlərimizdəndir. Bildirilib ki, hələ ötən əsrin 70-ci illərində ümumi dilçiliklə bağlı kitablar qəliz dildə yazılırdı. Lakin Afad Qurbanov yazdığı kitab və dərsliklərlə bu sahədə boşluqları aradan qaldırdı. N.Cəfərov deyib ki, dilçi alimin şah əsəri olan “Ümumi dilçilik” dərsliyi Azərbaycanın pedaqoji təhsil müəssisələri üçün milli zəmində yazılmış ilk dərslik kimi çox böyük əhəmiyyətə malikdir.
Qeyd olunub ki, Afad Qurbanov Azərbaycan dilçiliyi ilə yanaşı, dünya dilçiliyinin və türkologiyanın inkişafına öz tarixi töhfəsini verib. Onun yazdığı “Ümumi dilçilik” əsəri bu gün də ali təhsil müəssisələrində yeganə dərs vəsaiti olaraq istifadə edilir.
Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Afad Qurbanovu Azərbaycan dilçilik elminin inkişafında öz elmi konsepsiyası olan alim kimi səciyyələndirib.
Daha sonra Nəriman Seyidəliyev, Bakı Slavyan Universitetinin tərcümə fakültəsinin dekanı, Afad Qurbanovun qızı Fidan Qurbanova və başqa alimlər çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıblar.
Comments are closed, but trackbacks and pingbacks are open.