Dərslik komplekti Müəlliflər: Afət Süleymanova
6) Təsviri-nəqli xarakterli əsərdə obrazlar üzrə iş
“Ümumtəhsil kurikulumunun əsasları” mövzusunda təlim kursuna başlanılmışdır
Naxçıvan, 3 iyul (AZƏRTAC). Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və “Mədəd Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində (NDU) “Ümumtəhsil kurikulumunun əsasları” mövzusuna həsr olunmuş təlim kursuna başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, təlim kursunun açılış mərasimində NDU-nun tədris işləri üzrə prorektoru, dosent Surə Seyid muxtar respublika rəhbərliyinin qayğısı və dəstəyi ilə təşkil olunan təlim kurslarının dövlət idarəçiliyi sahəsində milli kadr potensialının formalaşdırılması, yerli mütəxəssis hazırlığı, beynəlxalq təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, regionun 3 ali təhsil müəssisəsinin – NDU-nun, Naxçıvan Özəl Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun professor-müəllim heyətinin belə təlim kurslarında iştirak etməsi, onların təhsildə müasir məsələlərlə bağlı peşəkarlığının yüksəldilməsində mühüm rol oynayır.
Təlimçi, Azərbaycan Müəllimlər İnstitutunun əlavə təhsilə xidmət edən kabinetinin müdiri Xuraman Nağızadə təlim kursu haqqında iştirakçılara geniş məlumat vermişdir.
Bildirmişdir ki, milli kurikulum ictimai-siyasi, mədəni və sosial həyatın qloballaşdığı və universallaşdığı, informasiya-kommunikasiya texnologiyalarının rolunun artdığı, rəqabətin gücləndiyi müasir dövrdə hər bir şəxsin müstəqil qərarlar qəbul etməsi üçün onun zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan insanın formalaşdırılmasına yönəlmişdir.
Vurğulanmışdır ki, “Ümumi təhsil kurikulumunun əsasları” mövzusuna həsr olunmuş təlimin əsas məqsədi ilkin müəllim hazırlığı üçün mövcud “Kurikulumun əsasları” fənninin tədrisi istiqamətində kadrların hazırlanmasından ibarətdir.
Qeyd edək ki, 24 günlük təlim kursu başa çatdıqdan sonra iştirakçılara sertifikatlar təqdim olunacaqdır.
Dərslik komplekti Müəlliflər: Afət Süleymanova
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
1. Məzmunun işlənməsi baxımından
Dərslik komplekti dərslikdən və müəllim üçün metodik vəsaitdən ibarətdir.
Dərslik giriş, üç hissə, layihə, sinifdənxaric oxu üçün əsərlərin mətnlərindən,
“İnternet ünvanları” , “Əlavələr” və “Lüğət”dən ibarət olmaqla, 240 səhifədir.
Dərsliyə şifahi xalq ədəbiyyatından, eləcə də, klassik və çağdaş yazılı ədəbiyyatdan
nümunələr daxil edilmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına görə,
fənnin tədrisinə həftədə 2 saat olmaqla, 64 saat ayrılmışdır.
Dərslik komplektində 3 məzmun xətti üzrə əsas və alt standartların
reallaşdırılması nəzərdə tutulmuşdur. Sinifdənxaric oxudan başqa, dərslikdə verilən
digər mətnlər “Bədii əsərlərdə təsvir” , “Bədii əsərlərdə nəqletmə”, “Bədii
əsərlərdə təsvir-nəqletmə” hissələri üzrə qruplaşdırılmışdır.
1. “Bədii əsərlərdə təsvir” hissəsi aşağıdakı məsələləri əhatə edir:
1) Bədii əsərlərdə təsvirin müəyyən edilməsi
2) Bədii əsərlərdə insanın təsviri. İctimai varlıq kimi
3) Bədii əsərlərdə insanın təsviri. Xarici görkəmi
4) Bədii əsərlərin ideyasının müəyyən edilməsi
5) Bədii əsərlərdə təsvir və ifadə vasitələri
6) Bədii əsərlərdə təsvir vasitələrinin əlaqələndirilməsi
7) Təsviri xarakterli bədii əsərlərin quruluşu: əsərin hissələrinin müəyyən
2. “Bədii əsərlərdə nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir:
2) Nəqli mətnin oxusunun təşkili: proqnozlaşdırma
3) Nəqli mətnlərdə obrazlar və onların başlıca xüsusiyyətləri
4) Əsərdəki obrazların başlıca xüsusiyyətləri baxımından müqayisəsi
5) Təsviri və nəqli xarakterli əsərlərdə obrazların təqdim edilməsində oxşar və
fərqli cəhətlərin qarşılaşdırılması
6) Nəqletmə xarakterli əsərlərin quruluşu: mətnin hissələri. Nəqletmə xarakterli
əsərlərdə hadisələrin ardıcıllığının müəyyən edilməsi
7) Nəqletmə xarakterli əsərlərdə elementlərinin müəyyən edilməsi
8) Nəqletmə xarakterli əsərlərin nağıl edilməsi, nəticələrin çıxarılması
3. “Bədii əsərlərdə təsvir-nəqletmə” hissəsi aşağıdakı məsələləri əhatə edir:
1) Bədii əsərlərdə təsvir və nəqletmə
2) Təsviri və nəqletmə xarakterli bədii nümunələrin oxşar və fərqli cəhətləri
3) Təsviri-nəqli bədii nümunələrdə təsvirilik və nəqletmə xüsusiyyətləri
4) Təsviri-nəqli xarakterli bədii nümunənin təhlili üzrə iş
5) Təsviri-nəqli xarakterli əsərin ideyasının müəyyən edilməsi
6) Təsviri-nəqli xarakterli əsərdə obrazlar üzrə iş
7) Təsviri-nəqli xarakterli əsərdə bədii təsvir və bədii ifadə vasitələri
8) Təsviri-nəqli xarakterli əsərlərin hissələri: hadisələrin ardıcıllığı və süjet
9) Təsviri-nəqli xarakterli əsərin elementləri və nəqletmənin təşkili
1. Dərsliyin strukturu qüsurludur. Mövzular, rəsmi sənədlərdə qeyd olunduğu
kimi, tədris vahidlərində cəmləşdirilməlidir. Bu bölgü mövzuların məzmun
komponentləri arasında struktur əlaqələri yaradıb, sistemləşdirmə aparmağı, onları
tədris vahidlərində toplamaqla fəndaxili inteqrasiya qurmağı tələb edir.
Dərslikdəki hər 3 hissənin daxilində fəndaxili inteqrasiyadan, əksər hallarda,
istifadə olunmayıb. Bunun nəticəsində də bədii mətnin öyrədilməsi strukturu pozulub.
Məsələn, əsərin ideyasının müəyyənləşdirilməsi üzrə iş obrazın öyrədilməsindən
əvvəl həyata keçirilir. Yaxud əsərin oxusu, təhlili həyata keçirildikdən sonra onun
nağıl edilməsi üzrə işin təşkili reallaşdırılır. Bu, kurikulumun tələblərindən, bədii
əsərlərin öyrədilməsi prinsiplərindən uzaqlaşmaqdır.
Beləliklə, istənilən hissədəki (dərslikdə “fəsil”adlandırılır) materialın yerini
dəyişdirmək mümkündür. Bu, fəndaxili inteqrasiyanın nəzərə alınmaması deməkdir.
2. Vəsait dərslik kimi deyil, dərslik-dəftər prinsipi ilə hazırlanıb. Yəni şagirdlər
bir sıra tapşırıqları yerinə yetirərkən təqdim olunan çoxlu sayda (həm də
təkrar-təkrar) cədvəl və sxemlər üzərində müvafiq işlər görməlidirlər. Məsələn,
aşağıdakı kimi yönləndirmələrlə:
a) “Cədvəldəki məsələlərə cavab tapdıqca qeydlər apar” (səh.14).
b) “Həmin nümunələri verilən cədvəldə müvafiq sütunlara daxil et” (səh.51).
Afaq süleymanova kurikulumun əsasları
2018-07-04 16:57:19
Kurikulumun əsas prinsiplərinin sadə və oynaq dillə izahı – Təlimçidən maraqlı metod
Artıq bir neçə ildir ki, orta məktəblərdə tədris kurikulum standartlarına uyğun həyata keçirilir. Gələn ildən ali məktəblərə qəbul imtahanlarında da kurikulum modelindən istifadə olunacaq. Ancaq ölkədə bu sahə üzrə peşəkar mütəxəssislərin sayı o qədər də çox deyil. Bəs gələn ildən gələcək həyatımızda böyük rol oynayacaq kurikulumun əsas prinsipləri hansılardır? Şəxsiyyətyönümlülük – təhsil alanın idrakı, ünsiyyət və psixomotor fəaliyyəti əsasında həyati bacarıqlarını inkişaf etdirməklə onlarda milli və bəşəri dəyərlərin formalaşdırılmasıdır. Fərd – bioloji varlıqdır. Hər kəs yeni doğulan körpə də, uşaq da, gənc də, qoca da – bütün insanlar fərddir. Şəxsiyyət sosial varlıqdır. Cəmiyyətdə formalaşan hər kəs fərddir, ancaq hamı şəxsiyyət deyil. Şəxsiyyətyönümlülük prinsipinin mahiyyəti hərtərəfli insan yetişdirməkdən ibarətdir. Məsələn, Nahid bu gün ana haqqında şeir deyəcək. O əvvəlcə şeirin mənasını dərk etməlidir – idrak Şeirə münasibəti olmalıdır – (sanki şeirlə danışır)- ünsiyyət Jestika və əl-qol hərkətlərini mimika ilə söyləyərək şeiri ifadəli etməlidir – psixomotor Şagirdyönümlülük – təhsilalanların maraq və tələbatlarının ödənilməsinə, potensial imkanlarının inkişafına xidmət etməsidir. Məsələn, Elmin dərsin yarış üsulu ilə keçirilməsini istəyir. Hətta buna görə əhvalı da pozulur. Müəllim onun arzusunu nəzərə almalıdır. “Mən dediyim kimi olmalıdır” düşüncəsi tamamilə yanlışdır. Nəticəyönümlülük – Əldə olunması nəzərdə tutulan təlim naliyyətlərinin əvvəlcədən müəyyən edilməsidir. Məsələn, kurikulum öyrənməyə başlayanda bilirik ki, biz hansı nəticəni əldə edəcəyik. Nəticəni əvvəlcədən görmək bizi daha da həvəsləndirir. Tələbəyönümlülük – Fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Məsələn, bu gün tələbat kompüter mühəndisliyi sahəsinə daha çoxdur. Deməli, o istiqamətdə atılan addımların sayı çoxalmalıdır. İnteqrativlik – Təhsilin məzmun komponentlərinin bir-biri ilə və həyatla sistemli şəkildə əlaqələndirilməsidir. İnteqrativlik nəticəsində bildiklərimizi təhlil edə, mühakimə yürüdə bilərik. Qeyd edək ki, kurikulum üzrə təlimçi Günel Əliyeva bu mövzuya özünün “Mən bir müəlliməm” kitabında daha ətraflı şəkildə yer verib.
Comments are closed, but trackbacks and pingbacks are open.