Press "Enter" to skip to content

AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR

Xoşbəxt olmaq istəyirsinizsə, insanlarla və əşyalarla yox, məqsədlərlə bağlı olun. Albert Eynşteyn

Книга Hümbət Həsənoğlunun aforizmləri, автор Hümbət Həsənoğlu

Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki afo­rizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi dillər əzbəri olur, insanlar onlardan çox bəhrələnirlər. Mən dünyada bir çox yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizm və sitatlar dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Bu isə müəllifdən orijinal düşüncə tələb edir. Ona görə də aforizm yazmağa hətta yüksək təfəkkürlü insanlar belə çox vaxt cürət etmirlər. Çünki bu işin məsuliyyətini başa düşürlər. Deməli, aforizmlər müəllifi çox böyük təfəkkürə, dərin ağıla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma, təxəyyülə malik olmalıdır. Bununla yanaşı, çoxlu aforizmlər və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, öz aforizmlərində təsadüfən başqa müəllifləri təkrar etməsin. Qarşımda yaxından tanıdığım, maraqlı yazıçı Hümbət Həsənoğlunun yeni “Aforizmlər” kitabı var. Burada müəl­lifin 1400-ə qədər aforizmi toplanıb. Bu onun ikinci “Aforizmlər” kitabıdır. Mən onun birinci aforizmlər kitabını da oxumuşdum və həmin kitaba da ön söz yazmaq mənə nəsib olmuşdu. Bu kitabı da böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, böyük fəlsəfi düşüncəyə malik olmasına heyran oldum.

Рейтинг и отзывы о товаре

Об этом товаре еще нет ни одного отзыва, будьте первым, кто поделиться своим впечатлением!
0 оценок пользователей
Добавить отзыв
Добавить отзыв

Описание

Aforizmlər ədəbiyyatın ən çətin sahəsidir. Çünki afo­rizmdə yazar bir-iki cümlə ilə bəzən böyük bir əsərin ideyasını ifadə edir. Və maraqlı aforizmlər sonralar atalar sözləri kimi dillər əzbəri olur, insanlar onlardan çox bəhrələnirlər. Mən dünyada bir çox yazıçılar, filosoflar, dövlət xadimləri və başqa peşə sahibləri tanıyıram ki, onların yazdığı aforizm və sitatlar dünya xalqlarının sevə-sevə oxuduğu və öz həyatında tətbiq etdiyi qızıldan qiymətli fikirlərdir. Bu isə müəllifdən orijinal düşüncə tələb edir. Ona görə də aforizm yazmağa hətta yüksək təfəkkürlü insanlar belə çox vaxt cürət etmirlər. Çünki bu işin məsuliyyətini başa düşürlər. Deməli, aforizmlər müəllifi çox böyük təfəkkürə, dərin ağıla, yüksək müşahidəyə və həddindən artıq böyük fəlsəfi duyuma, təxəyyülə malik olmalıdır. Bununla yanaşı, çoxlu aforizmlər və atalar sözləri oxumalı, çoxlu əsərlər mütaliə eləməlidir ki, öz aforizmlərində təsadüfən başqa müəllifləri təkrar etməsin. Qarşımda yaxından tanıdığım, maraqlı yazıçı Hümbət Həsənoğlunun yeni “Aforizmlər” kitabı var. Burada müəl­lifin 1400-ə qədər aforizmi toplanıb. Bu onun ikinci “Aforizmlər” kitabıdır. Mən onun birinci aforizmlər kitabını da oxumuşdum və həmin kitaba da ön söz yazmaq mənə nəsib olmuşdu. Bu kitabı da böyük həvəslə oxudum və bir daha Hümbət Həsənoğlunun ağlına, təfəkkürünə, böyük fəlsəfi düşüncəyə malik olmasına heyran oldum.

AFORİZMLƏR VƏ HİKMƏTLİ SÖZLƏR

Kitaba Şərqin və Qərbin tanınmış mütəfəkkirlərinin dərin fəlsəfi məna kəsb edən aforizm və kəlamları daxil edilmişdir. Aforizmlərin böyük əksəriyyəti oxucuya ilk dəfədir ki, təqdim olunur. Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

Müdriklik hansı isə xüsusi təhsilin, peşə və ya ixtisas fəaliyyətinin nəticəsi olmayıb, hamının yaşadığı həyat həqiqətlərini müşahidə etmək, onların ümumiləşdirilmiş ifadəsini vermək qabiliyyətidir. İxtisaslaşmış bilik bizi gündəlik həyatımıza, insani mahiyyətimizə nəinki yaxınlaşdırmır, əksinə, ondan uzaqlaşdırır. İnsan özgələşir. Ona görə də böyük alimlər, ixtiraçılar və s. adi həyatın, insani mahiyyətin biliciləri olmaqdan daha çox, ancaq müəyyən mütəxəssislər dairəsində anlaşıla bilən fikir fəzasında yeni söz deyə bilirlər. Gündəlik həyatda isə onlar çox vaxt sıradan biri olurlar. Müasir dövrdə sələflər təkrar etmədən məhz müasir həyat üçün spesifik olan və hamımızın yaşadığımız, yəni həyati mahiyyətə daxil olan yeni elementlər, yeni çalarlar daha çox dərəcədə sivilizasiyanın təsiri ilə əlaqədardır. “İkinci təbiətlə” ünsiyyət əsl təbiətin yerini verə bilmir, sosiallaşmış, siyasiləşmiş, intellektuallaşmış bir həyatın özəlliklərindən bəhs edən və bu yeni həyat mənzərəsinin dərin mənəvi qatlarını üzə çıxaran hikmətamiz sözlər, təəssüflər olsun ki, az-az yaranır. Bu baxımdan, Xudu Məmmədovun elm və sənətin həyatımıza gətirdiyi yeniliklər və onların qarşılıqlı əlaqəsindən irəli gələn cəhətlər xüsusilə əlamətdardır. Məsələn, elmi məqalənin publisistik bir əsərdən fərqini göstərmək üçün Xudu Məmmədov yazır ki, istənilən bir elmi məqaləni ilkin hazırlıq olmadan oxumaq təşəbbüsü söhbətə ortasından qoşulmaq kimi bir şeydir. Söhbətin əvvəlini bilmədiyindən o, heç nə başa düşməyəcək. Sonradan söhbətə qatılmaq təşəbbüsü el arasında “bilmir, qazanda nə bişir, deyir, bir çömçə də mənə tök” sözləri ilə də ifadə olunur. Bu hikmətin elmi fəaliyyət sferasına transformasiyası təbii ki, ancaq alimlər üçün anlaşılandır. Əslində onların da belə hikmətlərə ehtiyacı var, çünki elmi fəaliyyət bir çox adamlar üçün artıq həyat tərzinə çevrilmişdir.

Aforizmlər iki cür olur. Bir qisim aforizmlər fikirlərdən nəticə kimi hasil olur. Başqa bir qism isə fikrin hələ açılmamış, şaxələnməmiş ilkin variantıdır. O açıla-açıla gedir, böyük fəlsəfi sistemlər yaranır. Və böyük fəlsəfələr insana qayıtmaq üçün yenidən hansı isə aforizmlərdə konsentrasiya olunur. Kantın fikrinə görə, aforizm, hikmət ancaq o zaman həqiqəti daha yüksək səviyyədə ifadə edə bilir ki, elmi kontekstə salınmış olsun: “Elmsiz müdriklik (hikmət) kamilliyin ancaq kölgəsidir”1 . Belə ki, fikirlər zəncirindən qoparılmış ayrıca bir halqa özlüyündə nə qədər dəyərli olsa da, hara getdiyini bilmir, istiqamətdən, yöndən məhrumdur. Ona görə də müdrik fikirlər bir neçə səmtə yozula bilər. Onları düzgün yoza bilmək və yerində işlədə bilmək üçün adamın özündən müdriklik tələb olunur. Necə deyərlər, gərək xəmirin hikmətlə yoğrulmuş olsun. Bu isə ancaq o zaman mümkündür ki, adamın dil açdığı dilin özü də hikmətli olsun.

Aforizmler və hikmətli sözlər..

Aforizmler nədir? – dərin mənalı fikrləri ifadə edən söz, söz birləşməsi və ya cümlələrdən ibarət olur. Bu mənalı sözlər əsasən tanınmış şəxslərin düşüncələrinin təsviri olur.

“İnsanların əsas iki günahı var, digərləri isə bunlardan yaranar: səbirsizlik və təmbəllik. Səbirsiz olduqları üçün cənnətdən qovuldular, təmbəlliklərindən geri dönə bilmirlər.”

Franz Kafka

”Arxanca danışırlarsa, demək ki, sən qabaqdasan”

Çin ata sözü

Sevməyi deyil, yalnızlığı öyrən. Çünki ən çox ona ehtiyacın olacaq

Charles Bukowski

”Bizi heyatın ağır yükündən və iztirabından qurtaran tək söz sevgidir”

Sofoleks

”İnsanın duyğuları bildikləri ilə tərs mütənasibdir. Nə qədər az bilsən, o qədər çox hirslənərsən”

Bertrand Russell

İnsanın öz qüvvəsini dərk etməsi, bu qüvvəni ikiqat artırır.

Vovenarq

Xoşbəxtlik axtaran insan – evinin olduğunu bilən, amma onu axtarıb tapa bilməyən sərxoşa bənzəyir

Volter

İnsan nə qədər mürəkkəb olursa-olsun, axırda özünü çox sadə şəkildə ifadə edir.

Anar

Xoşbəxt olmaq istəyirsinizsə, insanlarla və əşyalarla yox, məqsədlərlə bağlı olun.

Albert Eynşteyn

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər

(Bencamin Franklin)

Ağlımda maraq,şübhə və hörmət oyandıran iki şey var: Üzərimdə ulduz kimi parıldayan cənnət və içimdəki əxlaq qanunu.

(İmmanuel Kant)

Arvadımı o qədər sevirəm ki köhnəlməsin deyə başqalarının arvadlarını işlədirəm.

(Cem Yılmaz)

Ağıllarımız məhdud, lakin bu məhdudluğun şərtləri içərisində sonsuz ehtimallarla çevrilmişik, həyatın məqsədi bu sonsuzluqdan qavraya bildiyimiz qədər çox şey qavramaq.

(Alfred Norz Vaythed)

Ancaq hansı isə bir ideya işığında nizamlananda, bu həyatdan baş çıxarmaq və azad yaşamaq mümkün olur. Əks təqdirdə insanı qaranlıqda vurnuxmaq aqibəti gözləyir.

(Əbu Turxan)

Adın şərəflidir sənin ey qadın
Dahilər anası çağrılır adın.

(Səməd Vurğun)

Aforizmler hər zaman baxıb və bir deyimlə da çox şey öyrənə biləcəyimiz cümlələrdir. Hansı ki, bu cümlələr məhşurların öz təcrübə və biliklərindən formalaşaraq bizə miras olaraq yazılıb.

Aforizmler bizə kitablardan, filmlərdən, gündəlik məlumat oxuduğumuz hər mənbədən qarılaşa biləcəyimiz məlumatlardır.

Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca sizə deyə bilərlər .

Benjamin Franklin

”İnsanlar ancaq yaşamaqda məqsədin xoşbəxtlik olmadığını düşünməyə başlayınca xoşbəxtliyə çatacaqlar.”

George Orwell

“Sadəcə axmaqların ciddiyə alındığı bir dünyada yaşayırıq. O zaman ‘məni götürmürlər’ deyə niyə üzülürsən?”

Oscar Wilde

Əhəmiyyətli olan sözlər deyil, davranışlardır. Sevdiyini deyən biri yerinə, sevgisini göstərən birinə inanın.

-Erix Fromm

Heç nə bilməyən cahildir, bilib susan isə əxlaqsızdır.

– Bertolt Brext

Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək.

-F.M.Dostoyevski

Canli Allah gormek isteyen onu suurunun bombos fezasinda yox, sade insan sevgisinde tapacaq.

-F.M.Dostoyevski

Həyat bu, bir baxarsan hər şey bir anda sona çatar ..
Həyat bu, son dediyin an hər şey yenidən can tapar ..

Şəms Təbrizi

Aforizmlər və manali sozler şəkillər

Mənalı aforizmlər şəkil formatında aşağıdan baxa bilərsiniz. Ən yaxşılarını sizlər üçün şəkil formatında paylaşırıq. Bu şəkilləri sosial media hesablarınızda da rahatlıqla paylaşa bilərsiniz.

Mark Twain sözleri Aforizmler ve maraqli sozler 16-cı əsrdə yaşamış həkim, kimyaçı, elm adamı – Paracelsus

Sonuncu paylaşımlarımız:

  • Yeni il filmləri
  • Apostil nədir?
  • Who is David Maltas? Where is he from and how old is he?
  • Karpālā kanāla sindroma simptomi un pazīmes
  • Rəsmi Mostbet saytına daxil olun

Comments are closed, but trackbacks and pingbacks are open.