Press "Enter" to skip to content

Fəridə ilə Ağ zanbaqlar ölkəsi romanı ətrafında söhbət – Onun romanı rubrikası

Bu cür söhbətlər zamanı həmin məmurların cavabı, adətən belə olurdu ki, xalq cahildir, heyvan sürüsü kimi təkcə qarnını doyurmaq haqda düşünür və s.

Ağ zanbaqlar ölkəsi…

Həyətimizdə, gilənarlığın altında iri bir qum topası vardı. Yarım maşınlıq olardı. Uşaqlığın qumla oynayan çağında o qumluqda yol çəkib şəhər salmaqdan xoşum gəlirdi. Əməlli-başlı şəhər olurdu: girişi, enli küçəsi, dalanları, evləri, milis idarəsi… Saatlar çəkərdi şəhərsalma prosesi.

“Şəhər”imə həmin gün dəyməzdim, bir gecə qalardı. Səhər dağıdıb yenisini başqa cür düzəldərdim.

Bəzən Şuşa yolu kimi dolama yollar çəkir, şəhəri qum təpəsinin başında salırdım. Sonra yol üzüaşağı düz çəpərin dibinə qədər uzanırdı.

Bəzən də Bakı bulvarına oxşayırdı düzəltdiyim. Atam Bakıya gəzməyə aparanda görmüşdüm. Uzun “bulvar”ımın qabağında dəniz də olurdu. Suyu vedrəylə daşıyırdım krandan.

Qış aylarında isə anamın aldığı konstruktor oyuncaqlardan evlər tikərdim. Bir də baxardın mikrorayon salmışam. Ağdamda məscidin yanındakı üçmərtəbə univermaqdan alardı anam onu.

Bir az böyüyəndə daha qumluqda yox, xəyalımda tikərdim tikdiklərimi.

Evimizi azından yüz kərə söküb tikmişəm fikrimdə. Pəncərəsi küçəyə baxırdı. Odur ki, söküb həyətin o başında – milis şöbəsi tərəfdə tikməyi xəyal edirdim. Həm də daha böyüyüb yekə kişi olmuşdum. Ta dizlərimi qucaqlayıb pəncərədə oturan, gəlib-gedənlərə tamaşa edən vaxtım deyildi.

Hər dəfə bir cür alınırdı evim. Yadımdadır, “Baharın 17 anı” filmindən sonra Ştirlisin evinə oxşadırdım onu – Ağdamda bənzəri olmayan bir ev.

İndi İsveçdə evləri görəndə o uşaqlıq xəyallarım yadıma düşür…

Qriqori Petrovun “Ağ zanbaqlar ölkəsi” kitabını təzəcə oxuyub bitirmişəm. Qızım Ayan soruşur nə haqdadır, deyirəm qonşu Finlandiyanın təməldən qurulması, fin xalqının oyanışı, təzədən doğuluşu haqda. Amma kitabdakı ideya elə bizim üçün də keçərlidir deyirəm: bu gün necəyik, sabah necə ola bilərik… Həvəsə gəldi, deyir oxuyacaq.

Kitab ilk dəfə 1925-ci ildə serb dilində “Həyat qurucuları” adıyla nəşr olunub. Atatürk onu bütün məktəblərin, xüsusən hərbi məktəblərin tədris proqramına saldırıb. Maraqlıdır ki, rusca yazılan kitab türkcəyə bolqar dilindən, fin dilinə də türkcədən çevrilib.

Aclığın, səfalətin, xəstəliyin, cahilliyin, mənəvi çöküşün, sərxoşluğun, qabalığın hökm sürdüyü bir ölkə təsəvvür edin. Yox, öz sözümlə yazmayım, yaxşısı budur, elə kitabdan misallar verim.

…Qayalıq yerlərdə yaşayan adamlar kobud yonulmuş və pis hörülmüş daş daxmalarda yaşayırdılar. Qapılar alçaq, pəncərələr kiçikdir. Evlərin damı və pəncərəsi yarıtmaz olduğundan soyuq, yağış, qar evə dolurdu. Şüşə demək olar, tapılmırdı, onun yerinə pəncərəyə əsgi və ya karton parçaları yapışdırırdılar.

…Soba boruları isə, ümumiyyətlə, yoxdu. Daşdan və gildən hörülmüş ocaq yanır, qalxan tüstü bütün evə yayılır, sonra isə yol tapıb damdakı dəlikdən çıxırdı. Evdəkilərin gözləri acışır, tüstüdən boğulurdular.

…Adamlar eyni paltarda işləyir, yeyir, yatırdılar. İllərlə yuyunmurdular. Döşəkağıların yuyulması belə ağıllarına gəlmirdi. Adamları bit-birə basmışdı.

…Quyular və tualetlər yanaşı olduğundan su çirklənir, yatalaq xəstəliyi üçün zəmin yaranırdı. Uşaqlar arasında dizenteriya, difteriya, qızılca və çiçək tüğyan edirdi. Qidalanma pisdir, əvəzində dəhşətli, eybəcər sərxoşluq hökm sürürdü. Lal-karların, qozbellərin, korların, ağıldankəmlərin, əl-ayağı şikəst olanların sayı-hesabı yoxdu.

…Bir daxmaya girirsən – üç uşaq torpaq döşəmədə uzanıb qızılca çıxarır. Onların arasında yenicə doğmuş qadın xəstəlikdən inildəyir. Ata isə bərk sərxoş halda oturub.

…Başqa bir daxmada fərqli mənzərə: ana vərəmin son mərhələsini yaşayır, qanlı öskürək başlayıb. Ata qızdırma içində sayıqlayır. Hər ikisi yerdə, cır-cındırdan ibarət yataqda uzanıb. Onların arasında iki qızcığaz, döşəmədə sürünürlər: birinin bir, o birinin iki yaşı var. Canlı skeletdirlər. Qonşulardan haray yoxdur: belə mənzərəyə öyrəşiblər, üstəlik onların da boğazdan yuxarı çətinlikləri var.

…Milyonlarla insan çürüyür, eybəcərləşir, içkiyə qurşanır, pis yollara düşür. Xalq təməlinədək dağılır.

Bunlar 150 il öncənin Finlandiya mənzərələridir. Məhz o vaxt, xalqın və ölkənin fin bataqlıqlarında məhv olduğu zaman Snelman və dostları meydana atıldılar.

Yohan Vilhelm Snelman yazıçı, filosof, ictimai fəal, dövlət xadimi, fin milli oyanış hərəkatının ideoloqudur. Finlandiyada bugünkü rifah cəmiyyətinin qurulmasına səbəb olan milli ideologiyanın yaradıcısı. Doğum günü – 12 may ölkədə Bayraq Günü kimi qeyd edilir.

O dövrün əsl vətənsevər ziyalıları Snelmanın başına yığılıb ölkənin elit təbəqəsinə – şəhər əhlinə, siyasətçilərə, elm, incəsənət, mətbuat adamlarına çağırış etdilər: “Nə qədər gec deyil, ölkəni və xalqı xilas edin. Xalqın içinə gedin. Onları müalicə edin, savadlandırın, tərbiyələndirin. Onlara ev tikməyi, təsərrüfat qurmağı, …insan kimi yaşamağı öyrədin. Onların dəhşətli həyatı əhalinin yüksək təbəqəsinin biabırçılığı və cinayətidir”.

Snelman ölkə ziyalılarına müraciətində deyirdi ki, ağayana paltar, nişastalı yaxalıq və ya son dəbli şlyapa ziyalı olmaq deyil: “Ziyalılıq – xalqın beynidir. Xalq sizi, təhsil alandan sonra yaxşı maaş alıb gecələr restoranlarda oturasınız və gününüzü kart və donimo oynamaqla keçirəsiniz deyə böyüdüb tərbiyələndirməyib. …Siz xalqın ağlını, iradəsini, enerjisini və vicdanını oyatmağa borclusunuz. …Ziyalı olmanız sizin imtiyazınız deyil. Hakimiyyətə yiyələnmək, şöhrət qazanmaq və tox yaşamaq haqqı da deyil. Ziyalılığınız sizin məsuliyyətiniz və xidmətinizdir.“

Bir neçə onillik keçdi, çağırışlar, görülən işlər bəhrəsini verdi. Kitabın müəllifi, rus ilahiyyatçısı və ictimai xadimi Qriqori Petrov ötən əsrin əvvəllərində Finlandiyaya səfər edəndə mənzərə artıq dəyişmişdi:

…Abo şəhərinin bir milyon yüz əlli min manatlıq qazancının təqribən iki yüz min manatı məktəblərin xərci üçün ayrılıb.

…İngilis zavodlarında poladı döyüb bərkitdikləri kimi biz də öz gənclərimizi məktəblərdə möhkəmlədib həyata hazırlayırıq. Məktəblərimizin köməyi ilə bataqlıqlar və çılpaq daşlıqlar arasında özümüzə yaratdığımız abadlıq və firavanlıqla Rusiyanın başqa yerlərində rastlaşa bilməzsiniz. Məktəblərimizi əlimizdən alın, biz məhv olacağıq. Təhsilin ölkədə belə geniş yayılması nəticəsində əhali oxumağa alımış, qəzet və kitaba bağlanmışdır.

…Ölkədə qəzetlər də məktəblər kimi çox sıx yayılıb. On səkkiz min əhalisi olan Vıborqda ikisi fin, ikisi isveç dilində olmaqla dörd qəzet buraxılır. Kəndlərdə demək olar, hər ailə qəzetlərə abunəçidir.

…Mənə belə bir əhvalat danışdılar. Bir kənddə iki gecəqondu var, ancaq buranın adətincə hər ikisi çox təmizdir. Onların birində hər iki ayağını itirmiş qoca yaşayır. İkinci evdə gözləri görməyən qoca qarıyla on yaşlı nəvəsi qalır. Bu yoxsul və şikəst qocalar şərik olub ikisi bir qəzetə abunə yazılıblar. Nəvə hər gün poçta gedib qəzeti götürür, kor nənəsinin əlindən tutub ayaqsız qocanın evinə gətirir və onlar üçün qəzeti başdan ayağa oxuyur.

Kitabda belə nümunələr çoxdur. Sözümün canı odur ki, Snelman və dostlarının xəyal-ideyaları bu günün Finlandiyasında həqiqət kimi təcəssüm etdi.

İndi Finlandiyanın adı BMT-nin “Xoşbəxtlik haqda məruzə”sində birinci yerdə çəkilir, “Newsweek” jurnalı Finlandiyanı “dünyanın ən yaxşı ölkəsi”, ABŞ-ın “Sülh fondu” “dünyanın ən stabil dövləti” hesab edir. Fin təhsil sistemi dünyanın ən qabaqcıl təhsil modeli sayılır.

İnsan hüquqları, gender bərabərliyi, demokratiya, sosial rifah sahəsində dünya öncüllərindən olan Finlandiyanı bu gün qadınların çoxluq təşkil etdiyi (kabinet üzvünün 12-si qadın, 8-i kişidir), 34 yaşlı xanım Sanna Marinin baş nazir olduğu hökumət idarə edir. Parlament üzvlərinin 47 faizi qadındır.

Soldan sağa: təhsil naziri Li Anderson (32 yaş), maliyə naziri Karti Kulmuni (32 yaş), Baş nazir Sanna Marin (34 yaş) və daxili işlər naziri Maria Ohisal (34 yaş)

İqtisadi göstəricilərini sadalayıb sizi yormayım, tək onu deyim ki, 50 min dollarlıq adambaşına düşən Ümumi Daxili Məhsulla Almaniya, Britaniya, Fransa, Yaponiya kimi dünya nəhənglərindən öndədir.

…Xəyallarım indi də bitib tükənmir. İndi təzə bir ölkə qururam, hər gün yeni-yeni çalarlar qatılır mənim alabəzək xəyallarıma.

Xəyalımdakı ölkədə yeni nəsil uşaq bağçasında yıxılanda özü qalxmağı, orta məktəbdə ləyaqətli şəxsiyyət olmağı, universitetdə vətəndaşlığı, ölkə və xalq qarşısında məsuliyyət daşımağı və xidmət etməyi öyrənirlər.

Bu insanlar özünüidarə mexanizmlərini mənimsəyib ədalət, haqq, hüquq, vicdan təməlləri üzərində bir cəmiyyət qururlar. Dirçəlişə ölkənin ucqarlarından başlayırlar. Ən uzaqları belə yaxın etsinlər deyə yeni paytaxtı Azərbaycanın mərkəzi torpaqlarında tikirlər. Burada kəndlə şəhər rifah baxımdan bir-birindən fərqlənmir. Eynən Skandinaviya ölkələri kimi.

Universitetlər ölkənin əyalətlərinə köçürülür. Dünyanın məşhur universitetləriylə mübadilə-əməkdaşlıq əlaqələri qurulur. Tanınmış brendlər yatırıma tələsir. İri şirkətləri üzünü əyalətlərə tutmağa şirnikləndirən qanunlar qəbul edilir. Sənayeləşmə, təhsil səviyyəsi ölkə boyunca bərabər bölünsün deyə.

Yalamadan Astarayacan Xəzər sahili dünyanın ən gözəl kurort bölgəsinə çevrilir. Məşhur Fransız Rivierası kimi, rusların “Lazurnı bereq” (“Лазурный берег”) dediyi yer kimi. Dörd bir qitədən insanlar bizim Xəzərə axışır.

Dünyaya səpələnən soydaşlarımız qərib ömrə son qoyub geri dönürlər. Deyir tək Almaniyada mindən artıq həkimimiz işləyir, ən bacarıqlı biznesmenlərimiz Rusiya çöllərindədir, dünyanın neçə universitetində alimlərimiz dərs deyir. Hamısı Yurda qayıdır.

Şuşa başdan-başa açıq muzeyə çevrilib, adına Şərqin Mədəniyyət Muzeyi deyirlər. YUNESKO hər yay bir toplantısını burda keçirir.

Xəyalımda doğulan bu yeni nəsil dünya mediasının gündəminə düşən caz müsabiqəsini Bakıda, klassik musiqi yarışmasını Gəncədə, kino festivalını Şəkidə keçirir, dünyanın adlı-sanlı yazarlarına ədəbiyyat ödülünü Qazaxda təqdim edir.

İllər keçir və budur, Qarabağı azad etmiş Azərbaycan dünyanın ən firavan məmləkətləri sırasındadır. Yohan Snelmanın Finlandiyası ilə, o biri Skandinaviya ölkələri ilə ilk beşliyi bölüşür…

Mənə xəyalpərəst deyirsiniz yəqin. Elədir, xəyalpərəstəm. Qoşulun, birlikdə quraq xəyallarımızı! Bütün reallıqlar xəyallardan doğur. Bu günün həqiqətləri dünən xəyal deyildimi?!

Fəridə ilə “Ağ zanbaqlar ölkəsi” romanı ətrafında söhbət – “Onun romanı” rubrikası

– Çox doğru qeyd etdin, Günel. Mən təklif edəcəkdim ki, ilk olaraq müəllifin həyat yolundan bəhs edək. Qriqori Petrov Peterburqda, yoxsul bir ailədə dünyaya göz açıb. Uşaqlığı yoxsulluq və səfalət içində keçən Petrov dünyanın daha aydın, daha xoşbəxt, yaşamaq üçün daha gözəl bir yerə çevrilməsini arzulaya-arzulaya beşinci sinfi bitirib, İlahiyyat məktəbinə gedir. Burda din, Tanrı və insan anlayışları ilə tanış olduqdan sonra Petrov öz-özünə analiz edir ki, insan övladı yaradılmışların ən alisidir və düşünür ki, yer üzünün bütün maddi nemətləri, eyni zamanda bütün mədəniyyətlər insanlığın rifahı naminə istifadə edilməlidir. Petrova görə, yer üzündə insan öz cənnətini qura bilmək üçün elmdən, fəlsəfədən, incəsənət, din və s. kimi hər şeydən düzgün və məqsədyönlü şəkildə istifadə etməlidir.

Bütün həyatı boyu bu ideallarla çalışmış və yaşamış Qriqori Petrov 1900-cü illərdə Rusiyada, həm professor, həm də Rahib kimi hörmət qazanmış, dövrünün sayılıb-seçilən müəlliflərindən birinə çevrilmişdi.

Təsadüfi deyil ki, sıradan bir qəzet olan, çox az tirajla satılan “Russkoye Slovo” qəzeti onun yazılarını yayımlamağa başladıqdan sonra artıq tirajı beş yüz minə çatmışdı.

O, hörmət qazandıqca, öz ideallarından danışdıqca bolşeviklərin diqqət mərkəzində olurdu. 1920-ci ildə onun bütün yaxınları, uşaqları daxil olmaqla qohum-əqrəbası vəhşicəsinə qətlə yetirilir. Petrov son anda Krım-İstanbul gəmisinə yetişərək həyatını qurtara bilir.

Bundan sonra o, İstanbulun “Yeşil köy” adlanan səmtində mühacirlərin arasında səfalət və yoxsulluq içində yaşamağa məcbur olur. Bir qədər sonra mühacirlərin nəql edilməsi zamanı təsadüfən serblər onu tanıyır və Belqrad Universitetində professor kimi iş verirlər.

– Bu arada onu da qeyd edək ki, müəllifin “Ağ Zanbaqlar ölkəsi” romanı bir əsrdir Türkiyədə ən çox oxunan kitablar siyahısından düşmür. Ankarada olarkən “Ağ zanbaqlar ölkəsi” adlı küçə də gördüyümü xatırlayıram.

– Hətta Atatürkün göstərişi ilə türkcə nəşri hərbi məktəblərdə dərs vəsaiti kimi tədris edilir. “Ağ zanbaqlar ölkəsi”nin adı bu gün dünya klassik əsərləri ilə bir cərgədə çəkilir. Günümüzdə Ankarada Finlandiya səfirliyinin yerləşdiyi küçə “Ağ zanbaqlar ölkəsi” adlanır. Əslində, bütün bu faktlar “bir kitab hansı zamana qədər, nə qədər təsirli ola bilər?” sualının cavabıdır.

– Gələk “Ağ zanbaqlar ölkəsi”nə. Romanın ana fikri nədir?

– “Ağ zanbaqlar ölkəsi” Qriqori Petrovun 1923-cü ildə yazdığı romandır. Publisistik üslubda və tarixi roman janrında yazılan bu əsərdə müəllif XX əsrin əvvəllərində Finlandiyada gördüyü cəmiyyət, insanlar və cəmiyyətin mədəni inkişafı naminə mübarizə aparan aydınlardan danışır.

Kitabda uzun illər başqa dövlətlərin və xalqların müstəmləkəsi kimi yaşamış fin cəmiyyətinin varoluş hekayəsindən, öz ayaqları üstündə dayanıb sağlam, təhsilli, əxlaqlı və mədəni bir ölkə – Finlandiyanın inşa etməsindən danışılır.

Daş-qayadan ibarət bərəkətsiz torpaqlar, yoxsul və savadsız insanlar, sürətlə pozulan, dağılan əxlaq, ailə və cəmiyyət dəyərləri, geridə qalmış sənaye və öz ölkəsini, cəmiyyətini, insanlarını xoşbəxt, mədəni və inkişaf etmiş bir gələcəyə daşımaq naminə mübarizə aparan aydınlar-fədailər.

– Əsərin baş qəhrəmanı Snelman necə bir obrazdır və müəllif bu obrazın dilindən cəmiyyətlərə hansı mühüm mesajları ötürür?

– Əsərin əsas obrazı, qəhrəmanı kimi gördüyümüz Snelman “Xalqın müəllimi” tituluna layiq görülür və bu gün dünyanın ən inkişaf etmiş, ən mədəni ölkələrindən biri halına gəlmiş Finlandiya modelinin qurucusu hesab olunur.

Snelman bir neçə ziyalı ilə başladığı işlərə, çıxdığı yola onlarca, yüzlərlə tərəfdaş, aydın-ziyalı yığa-yığa bütün ölkə ərazisində sayı cəmi iki milyon olan fin cəmiyyətində maarifləndirici çıxışlar, tədbirlər, söhbətlər hesabına insanlara təsir etməyə, cəmiyyətin hər təbəqəsindən olan insanların aydınlanmasına can atan bir obrazdır. Təsadüfi deyil ki, o, əvvəlcə işə təhsil sistemindən başlayır. Snelman belə düşünür ki, xalqın və cəmiyyətin rifahı ilk öncə təhsilli və vicdanlı müəllimlərdən asılıdır. Onlara siz bu cəmiyyətin, gəncliyin və gələcəyin qurucularısız deyə müraciət edir və əlavə edir ki, mənə özünü həqiqətən müəllim kimi hiss edən, çıxdığımız bu aydın yolda nəyin bahasına olur-olsun, öz əqidəsindən dönməyəcək olanlar lazımdır. Əgər aranızda kimsə özünü müəllim kimi hiss etmirsə, başqa sənətlərə, peşələrə yönəlsin, harda cəmiyyətə fayda verə biləcəyini düşünürsə, o istiqamətdə çalışsın.

– Əsərdə diqqət çəkən məqamlardan biri də Snelmanın gənclərlə bağlı düşüncələridir. Yanaşması fərqlidir. Bizim bir çox ziyalılar kimi gəncləri ancaq linç etmək yolunu tutmur.

– Bu müqayisə çox yerinə düşdü. Snelman gənclərlə söhbətləri zamanı onları tənbeh edib danlasa da, daim gənclərin yaramazlığından, xeyirsizliyindən bəhs edən qocaların, ağsaqqalların yanında onları müdafiə edirdi. O deyirdi ki, gəncləri günahlandırmayın, günahkar sizsiniz, gəncləri necə tərbiyə etmisinizsə, gənclik də o cürdür. Gənclik sizin əxlaq-təhsil-mədəni durumunuzun aynasıdır: “Hər nəsil özüylə yeni bir nəğmə, yeni bir yaşam şəkli, yeni mədəniyyət gətirir. Qarşımızda duran məqsəd istiqaməti xalqın inkişafı, rifahına doğru dəyişə bilməkdir”.

Keçək sualın əsas cavabına. Snelman cəmiyyətlərə hansı mesajları ötürürdü? Filosof, siyasətçi və elm xadimi Snelman təsis etdiyi qəzetdə daim xalqa bu fikirləri aşılayırdı: – Nə vaxt ki, bizim bu balaca ölkəmiz, cəmiyyətimiz öz mədəni inkişafı ilə qonşularımızdan daha yüksəyə qalxa biləcək, o vaxt təhlükə sovuşmuş olacaq”.

– Əsərdə cəmiyyət, məmur, ziyalı təbəqədə təsvir olunan nöqsanları oxuduqca bizə tanış mənzərələrlə qarşılaşırıq. Snelmanın bəhs etdiyi həqiqi ziyalı modeli necə idi və səncə, bu gün bizdə Snelmanın təsvir etdiyi ziyalı modeli varmı?

– Snelman deyir ki, millətə, xalqa necə inkişaf etməyin, mədəniyyətin yollarını göstərə bilməliyik.

Bu yolda bizə yoxsulluğu, rüşvətxorluğu və ya cahilliyi ələ salıb, lağlağı edən insanlar yox, həqiqətən insanlara ürəyi yanan, kömək etmək istəyənlər lazımdır.

– Bizdə də cahilliyi, rüşvətxorluğu lağlağıya çevirən “ziyalı”lar az deyil. Bizə də bir Snelman lazımdır, deyəsən (gülürük).

– Mütləq. Snelman nə deyir: “Ziyalı olmaq dəblə geyinmək, zolaqlı köynəklərdə gəzmək, rəngli kepka taxmaq deyil. Aydınlar bir millətin beyni deməkdir”.

– Snelmanın məqsədi nə idi və o, məqsədinə nə qədər çata bildi?

– Ölkənin dörd bir yanını gəzib məmurlar, müəllimlər, həkimlər, din xadimləri ilə söhbətlər aparan Snelmanın bircə məqsədi vardı – maariflənmək və inkişaf etmək. Onun və ona qoşulan aydınların sayəsində dumanlı iqlim, yaz aylarında şaxta, qranit daşlarla dolu bərəkətsiz torpaqlarda fin xalqı böyük bir mədəniyyət yaradacaqdı.

Məmurlarla görüşlərdə Snelman onlara belə səslənirdi:

– “Xalqı unutmayın. Siz onların içindən çıxmısınız. Savadsız, yoxsul və cahil xalqdan qaçırsınız? Özünüzü onlardan üstün görürsünüz? Bəs bu xalqın firavanlığı naminə siz özünüz nə etmisiniz?”.

Bu cür söhbətlər zamanı həmin məmurların cavabı, adətən belə olurdu ki, xalq cahildir, heyvan sürüsü kimi təkcə qarnını doyurmaq haqda düşünür və s.

Snelman isə onlara xalqı, cəmiyyəti oyatmağın yolunun hansı mərhələlərdən keçdiyini öyrədir, bütün imperiyaların bir gün yıxılmağa məhkum olduğundan danışırdı. Xalqı işləyən qarışqa sürüsü və ya qarnını doyurmağa çalışan heyvan sürüsü kimi görmək əvəzinə, onların oyanması üçün hansı işlər görülməsini izah edirdi. Və bu cür söhbətlərin, görüşlərin, məktublaşmaların nəticəsində fikrini dəyişən məmurlar, müəllimlər, din adamları bir-bir Snelmanın dəstəsinə qoşulurdu.

Eyni zamanda xalqa da izah edirdi ki, hər xalq layiq olduğu kimi idarə edilir. Məmurlar da sizin aranızdan çıxan insanlardır: “Məmurların rüşvətxor, zalım və ya adil olması elə ilk növbədə xalqın özündən, səviyyəsindən və tələblərindən asılıdır”.

Snelman məqsədinə çatır. Nəticədə, cəmiyyətin bütün təbəqələri arasında dialoqlar yaranır, hərə öz üzərinə düşən işin ağırlığına dözür və beləcə sağlam və mədəni cəmiyyət, xalq, ölkə yaranırdı.

Əsəri oxuya-oxuya bu suallara cavab tapırsan:

Əsl demokratik ölkə necə olur?

Bu prosesdə aydınların rolu nədir?

Həqiqi vətənpərvərlik nədir?

Xalqa xidmət etmək nə deməkdir və necə olur?

Cəmi bir neçə ziyalı və aydından ibarət bir komanda bir millətin, cəmiyyətin təşəkkülü, bir ölkənin gələcəyi naminə nələr edə bilər?

– Hazırda insanlarımızın vəziyyətini o vaxtkı fin xalqının vəziyyətindən nə fərqləndirir?

– Bizim o vaxtkı finlərdən heç bir fərqimiz yoxdur.

Snelman xaricdən maliyyələşən və daim istehza, ələsalma, aşağılamaq mənasında yazılar yazan, ədabaz bir yazarla görüşür və söhbət etmək istəyir. Gənc yazıçı ona yuxarıdan aşağı baxıb, istehza ilə danışır, – daha vacib işləriniz ola bilər, mənimlə vaxt itirməyin – deyir, amma Snelman ona öz üslubu, mədəniyyəti ilə yanaşır, onunla elə cümlələr seçərək danışır ki, bu söhbətdən təsirlənən yazıçı onun əlini öpür. Bu görüşdən bir müddət sonra həmin yazıçının ölüm xəbəri yayılır. Guya təsadüfən silahı ilə özünə atəş açıb.

Bunları oxuyanda bizim cəmiyyətin bəzi yazıçıları, onların tərzi ağlıma gəldi. Əminəm ki, kitabı oxuyanların çoxunun gözünün önünə konkret eyni “yazıçı”ların siması, tərzi, yazıları gəlir. Bizdə yoxdurmu onlardan? Var, əlbəttə.

– Əsərdə başqa diqqət çəkən məqamlardan biri də Snelmanın orduya, əsgərlərə münasibətidir.

– Əsgərlər ağır iş şəraitində çalışdırılır, keyfiyyətsiz qidalanır, səhərdən axşama təhqirlərə, işgəncələrə məruz qalır. Orduda təhqir və söyüşlərin biri bir qəpik.

Bəs Snelman nə etdi? Əsgər və zabitlərlə görüşlərə getdi, məktublar yazdı, söhbət apardı. Orduda mədəni inkişafa çalışdı. Təlim-tərbiyə sistemi quruldu. Söyüş və təhqir, işgəncə yığışdırıldı. Kitab klubları yaradıldı. Pyeslər səhnələşdirildi. Ordu tamamilə nizam-intizamlı, tərtəmiz, mədəni bir yerə çevrildi. Ömrünün bir neçə ilini hərbi xidmətdə keçirən əsgərlər ordudan tam aydın, mədəni insan və əsl vətənpərvər kimi ayrıldı və həyatlarının ondan sonrakı qismini də inkişaf və mədəniyyət ideallarını digər insanlara aşılamaqla yaşadılar.

Snelmanı narahat edən problemlərdən biri də futbol idi.

– Həmçinin bizim də yaralı yerlərimizdən biri (gülürük).

– Bəli, bu məsələ də bizim ölkəmiz üçün aktual problemdir. Bizdə futboldan çox, idmanın güləş növü inkişaf edib, düzdür, amma düşünürəm ki, elə onun üzərindən müzakirə edə bilərik.

Snelmanın ölkəsində gənclər, uşaqlar oxumaq, təhsil almaq, cəmiyyətdə önəmli bir yer tutmaq, hansısa sahədə işləmək əvəzinə futbola meyil salmışdılar. Güclü ayaqları ilə öyünürdülər. Hamı futbolçu olmağa can atırdı. Snelman isə deyirdi ki, bizə sağlam ayaqlar yox, sağlam başlar, beyinlər lazımdır. O bu istiqmətdə apardığı söhbətlər, təlim və tərbiyə işləri sayəsində də uğur qazana bildi.

– Mənim bu əsərdə ən çox xoşuma gələn şey ölkənin ziyalı təbəqəsinin vəzifəsinin nə olduğunun çox aydın şəkildə açıqlanması oldu. Bəs sənin əsərdə ən xoşuna gələn hissə hansıdır?

– Bu elə bir əsərdir ki, burda “ən xoşuma gələn hissə” seçimi etmək çox çətindir. Çünki əsər özlüyündə olduqca möhtəşəmdir. Hər hissəsi qiymətli bir əsərdir. Amma əsərdə “mürəbbə kralı” Jarvinin öz həyat hekayəsini danışdığı hissə də çox maraqlıdır. Küçədə smit satan bir gənc öz ideyaları, çalışqanlığı, iradəsi və əzmi ilə ölkədə və ölkə hüdudlarından kənarda da tanınan böyük bir biznesmenə çevrilir. Bunların hamısı haqda uzun-uzadı danışmaq olar.

Eyni zamanda orda kilsələri qarət edən bir oğrunun hekayəsi var. Fikrimcə, bu da diqqət çəkən məqamdır. Kilsələri qarət edib, rahiblərə hücum çəkən oğru qurtuluş üçün yenə də rahibin evinə sığınır. Rahib onun kim olduğunu bilə-bilə ona qapısını açır və gizlədir, ələ vermir. Orda aralarında keçən söhbət sonrasında adını unutduğum o şəxs tövbə edir. Hətta gedib təslim olmaq istəyir. Təslim olsa yəqin ki, uzun illər həbsdə yatacaqdı və ya öldürüləcəkdi. Amma rahib ona deyir ki, sən uşaqlarına lazımsan, onları tərbiyə etməlisən. O adam ölkədən çıxır. Uşaqlarını da götürüb başqa yerə yerləşir və başqa adla öz zəhməti ilə yaşayıb, dolanmağa və uşaqlarını tərbiyə etməyə başlayır.

Bizim cəmiyyətimizə də bu cür düşünən din adamları lazımdır. İnsanları yanlış yoldan çəkindirmək üçün onları cəhənnəm və Tanrı xofu kimi naməlum məfhumlarla qorxutmaq əvəzinə, onları tərbiyə etmək lazımdır. Qorxu insanı bəzən cinayətdən çəkindirə bilmir, amma içindəki sevgi insanı hər cür pisliklərdən uzaq tutmağa qadirdir.

Əsərdə, həmçinin, ailə modelinə də toxunulur. Atalar səhərdən axşamadək ailəni dolandırmaq üçün işləyir, analar ev işləri, məişət qayğıları ilə o qədər məşğuldur ki, uşaqların mənəvi inkişafı, maraqları və hissləri heç kimin yadına düşmür və ya vecinə deyil. Tərbiyə adına uşaqlara bunlar deyilir – yalan danışma, pislik etmə və s.

Uşaqlara bunu deyib özünüz isə hər gün yalan da danışırsınız, kiməsə pislik də edirsiniz, quyusunu da qazırsınız, rüşvət də alırsınız. Və uşaq üçün sizin dedikləriniz yox, etdikləriniz dərs olur. Sizə baxır, sizdən pis şeylər öyrənirlər.

Bütün bunlar sanki bizim cəmiyyətin hazırkı güzgüsüdür. Mən kitab üzərindən danışıram və artıq bir kəlmə istifadə etmək ehtiyacı duymuram, oxuduğumuz haqqında danışdığımız bu cəmiyyət sanki bizim özümüzük. Kitabı oxuduqca qəhərlənirdim. Çünki nə lazım olduğunu anlayırsan, nəyə və kimlərə ehtiyac var anlayırsan.

– Və sonda, Fəridə, biz bu kitabı niyə oxumalıyıq?

– Az bir büdcə ilə səhiyyə, təhsil, ordu və s. sistemlərdə maarifləndirmə, inkişaf və rifaha necə nail olmaq olur – bunu öyrənmək üçün;

Xoşbəxt ailələr necə olur – bunu anlamaq üçün;

Qadın-kişi, valideyn-övlad, məmur-vətəndaş münasibətləri necə tənzimlənir – bunu dərk etmək üçün;

Özünün və başqalarının hüquqlarını necə qorumalısan – bunu bilmək üçün;

Və ən önəmlisi – bir cəmiyyəti, bir ölkənin gələcəyini qranit daşlar içindən qaldırıb xoşbəxt və mədəni insanlar ölkəsinə çevirmək üçün bir vətəndaş kimi məsuliyyət və öhdəlikləri özündə tərbiyə etmək üçün!

Kitabı iki dəfə oxumuşam. Az qala bütün sətirlərin altını qeyd edə-edə, hər səhifə haqda özümçün ayrıca qeydlər apara-apara, ürək ağrısı ilə oxumuşam. Və nəzərinizə çatdırmaq istərdim ki, bu kitab mənim üçün bizim dilə ən gözəl şəkildə tərcümə edilmiş bir kitab kimi də ayrıca diqqət mərkəzində olub. Nə tərcümə, nə redaktə, nə də korrektə səhvinə rast gələ bilməzsiniz. Bu kitabı bizim dilə çevirən tərcüməçilərdən biri Səbuhi Şahmursoydur, digərinin adını təəssüf ki, unutmuşam, kitab hazırda yanımda deyil. Hər ikisinə bir oxucu kimi dərin minnətdarlığımı bildirirəm.

– Maraqlı söhbətə görə sənə təşəkkür edirəm.

Söhbətləşdi: Günel MUSA

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Ağ zanbaqlar ölkəsi, Grigory Petrov

Qriqoriy Petrov bu əsərində, bir neçə intellektualın bir araya gələrək necə Finlandiyanı “bataqlıqlar ölkəsindən” “Ağ zanbaqlar ölkəsinə” çevirməyi bacardıqlarını izah edib. Xüsusən də günümüzdə xalqımızdan və onun dəyərlərindən şikayətçi olub fəliyyət göstərməyən, “mən nə edə bilərəm ki?”, “heç nə mümkün deyil” deyən intellektuallarımızın, yazarlarımızın, düşünən insanlarımızın bu kitabı oxumasını istərdim. Çünki bu əsər, iradə və fəaliyyət olan yerdə hər şeyin mümkün olduğunu, bir neçə nəfərin kollektiv fəaliyyət göstərərək bir xalqı və dövləti necə inkişaf etdirə bildiyini faktlarla sübuta yetirir.

Əlaqədar şəxs
Kitab Evim
Bakı şəhəri
Bu elanın vaxtı bitib. Oxşar elanlara baxın
Paylaş
Tarix: 23.05.2018

Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Biznes Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12.8×17,8

Xüsusiyyətlər Müəllif: Harvard Biznes Janr: Psixoloji Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Annabel Karmel Janr: Analar üçün kitab Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 19×19

Xüsusiyyətlər Müəllif: Dania Florina Janr: Nağıl Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Elxan Elatlı Janr: Detektiv Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Ryan Holiday Janr: Psixologiya Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Harvard Business Review Janr: Özünü inkişaf etdirmə Nəşr dili: Azərbaycan Cild: Yumşaq Ölçü, sm: 12,8×17,8

Xüsusiyyətlər Janr: Uşaq ədəbiyyatı Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər Müəllif: Corc Sonders Nəşr dili: Azərbaycan Cild: Yumşaq

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Ədalət Tahirzadə Janr: Bioqrafiya, Tarix Nəşr dili: Azərbaycan Cild: Sərt Ölçü, sm: 17×24

Xüsusiyyətlər İstehsal ölkəsi: Türkiya

Xüsusiyyətlər Müəllif: Cəmilə Musayeva Janr: Özünü inkişaf etdirmə Nəşr dili: İngilis Cild: Yumşaq Ölçü, sm: 15,3×20,3

MAQAZIN.AZ saytında özünüzə onlayn maqazin yaradın , məhsullarınızı yerləşdirin və asanlıqla satın. Maqazin.az mağaza və dükan sahibləri, internet biznesi olanlar üçün alış satış platformasıdır. Maqazin.az online saytı ilə siz müxtəlif mağazaların, yeni məhsulların təklifləri ilə tanış ola biləcək, endirimlər, aksiyalar və kampaniyalar haqqında məlumat əldə edən müştərilər əldə edəcəksiniz.
Onlayn maqazin, alis veris sayti, Bakida ucuz qiymete mehsullar, onlayn shop ticarət mərkəzi. © 2016 MAQAZIN.AZ | info [@] maqazin.az | Bizimlə əlaqə

Comments are closed, but trackbacks and pingbacks are open.