Press "Enter" to skip to content

Agatha hestya qəbul üçün necə xal ala bilərəm

– İnşallah, mümkünsüz heç nə yoxdu. Yenə yaxşı oynaya, bu dəfə xal qazana bilərik.

“Belə oynasaq, Xorvatiyadan xal ala bilərik” – Səlahət Ağayev

Milli.Az xəbər verir ki, millimizin qapıçısı Səlahət Ağayev Sport24.az-ın Kardiffə ezam olunmuş əməkdaşına müsahibəsində həm buraxdığı qollardan, həm də ümumiyyətlə, matçdan danışıb.

– 1 xala yenə yaxın idik. Ancaq bu dəfə də sonluq çatmadı. Problem nə oldu? Təzyiqəmi dözə bilmədik?

– Yox. Belə deyərdim ki, oyuna yaxşı başlamışdıq. Ancaq hem nədən 2 qol buraxdıq. 1 xala çox yaxın idik. Futbolçular buna nail olmaq əlllərindən gələni etdilər, sonadək mübarizə apardılar.

– Rəqibin səviyyəsi imkan vermədi ki, burdan xalla dönək?

– Belə komandaya qarşı çox yaxşı mübarizə apardıq. Bəlkə bəxtimiz gətirmədi ki, 1 xalı qazanaq.

– Sonadək inamımız vardımı ki, burdan xalla gedəcəyik? Yoxsa rəqibin ardıcıl hücumları bir az inamsızlıq yaratmışdı?

– Yox. Oyundan əvvəl də demişdim ki, burdan yaxşı nəticəylə qayıdacağımıza inamım vardı. Son anda bəxtimiz gətirmədi.

– İlk qol top Pavel Paşayevin başına dəyərək tora qovuşdu. Ona qışqırmışdın ki, irəli çıxıram?

– Bəli. O, məni eşitmədi. Top mənə tərəf gəlirdi. Pavel heç topu görmədi, başına dəydi, avtoqol oldu.

– Bəs, buraxdığın 2-ci qol haqda nə düşünürsən? Bəlkə çıxmasan, daha yaxşı olardımı?

– Çıxmasan deyəndə ki, top qapıya çox yaxın idi. Çıxmasam da, yenə təhlükə vardı. Buna görə də komandaya kömək etmək üşün irəli çıxdım. Orda da bəlkə qayda pozuntusu vardı

– Rəqibdən hər hansı toxunuş hiss etdimi?

– Təkrara da baxdım, toxunuş vardı. Ancaq belə oyunlarda məncə, cərimə zərbəsi vermirlər.

– Artıq sentyabrın 9-da Xorvatiya ilə oynayırıq. Komanda necə konsentrasiya olunacaq? Sənc, yorğunçuluq olacaqmı? Evdə Xorvatiyadan ən azı xal ala bilərikmi?

– İnşallah, mümkünsüz heç nə yoxdu. Yenə yaxşı oynaya, bu dəfə xal qazana bilərik.

– Nəticəni qoyaq bir qırağa, niyə millimiz stabil oynaya bilmir?

– Bu, futboldu, belə şeylər olur. Bəlkə də Macarıstana məğlubiyyətdən sonra toparlana bilmədik, nəticədə Slovakiyaya daha böyük fərqlə uduzduq.

– Bəs, indi necə, toparlana biləcəksinizmi?

– İnşallah. Yaxşı oynadıq bu matçda, sonadək mübarizə apardıq. Belə oynasaq, Xorvatiyadan xal ala bilərik.

Milli.Az

Ukrayna

AzVision.az maraqlı peşə sahibləri ilə silsilə müsahibələri davam etdirir. Növbəti həmsöhbətimiz Namin Bunyatovdur. Əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin hazırda neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyətini davam etdirir.

– 1983-cü ildə Şəmkirdə andan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə uşaqlıqdan böyük həvəs göstərdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum. Orada 3 il oxuduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Orda 4 il kəşfiyyat ixstiası üzrə təhsil almışam.

Kəşfiyyatçıları bildiyiniz kimi orduya qəbul etməzdən əvvəl seçirlər, kimliyini təyin edirlər. Haradasa 100-200 nəfərin içindən bir neçə nəfər kəşfiyyata seçilir.

Azərbaycan Ali Hərbi Məktəbi bitirdikdən sonra ixtisasım üzrə təlim-tədris mərkəzində ixtisaslaşma kursu keçməyə başladım. Artıq leytenant hərbi rütbəsini aldıqdan sonra xidmətə hazır idim.

-Kəşfiyyatçı olmaqda məqsədiniz nə idi? Niyə məhz kəşfiyyatçı?

– Bu sahəyə böyük marağım var idi. Hər adam kəşfiyyatçı ola bilməz. Xüsusi Təyinatlı Qüvvələr elə bir yerdir ki, orada bilik, bacarıq, istedad, fərasət tələb olunur. Xüsusi seçimlərdən keçdikdən sonra ora qəbul olmaq mümkündür.

İlk növbədə insanın tərcümeyi- halına baxılır. Yəni, kimdir, haradandır, ailəsi necədir? Bundan sonra fiziki hazırlıq, idman göstəriciləri yoxlanılır. Xüsusi Təyinatlı Qüvvələrə yalnız könüllüləri götürürlər, sonradan onları sorğudan keçirirlər.

Ora kimini boyuna görə, kimini isə başqa bir xüsusiyətinə görə seçirlər. Hamı hündürboy olmalıdır, deyə qayda yoxdur. Təcrübələr göstərir ki, boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir.

– Siz özünüz neçə dil bilirsiniz ?

-Azərbaycan və türk dili ilə yanaşı, ingilis və rus dilində sərbəst danışıram. İngiltərədə ingilis dili ilə bağlı təkmilləşdirmə kursu keçmişəm. Fars dilindən də anlayışım var, müəyyən qədər danışa bilirəm. Alman və ispan dillərini də müəyyən qədər öyrənmişəm. Hazırda bu istiqamətdə üzərimdə çalışıram.

-Xüsusi təyinatlılara seçilmək üçün əsas şərtlərdən biri də idmandır. Siz hansı idman növü ilə məşğul olmusunuz?

– Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olmuşam. Amma profesional şəkildə hansısa bir idmanın dalınca getməmişəm.

Qeyd edim ki, Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursu var. 6 aylıq kursu keçə bilərsənsə, səni qəbul edirlər. Kurs ərzində bizə havada, quruda, suda, səhrada, meşədə döyüş hazırlığı və digər təlimlər keçirilir. Bundan əlavə dənizdə, quruda desantlaşma, vertolyotda desantlaşma, paraşut atlayışları sınaqdan keçirilir. İstənilən hava şəraitində, istənilən ərazidə döyüş qabiliyətini yüksək saxlamaq əsas şərtlərdəndir.

-Orada neçə müddət xidmət etdiniz?

– Demək olar ki xidmətimin hamısı XTQ-də keçdi . Mən başqa yerdə xidmət etmədim. 5 il orada oldum. Sonra sağlamlığımla əlaqədar, zədə aldığımdan xidməti davam etdirməyi münasib bilmədilər. Təlimlər ağır olduğundan zədə və ölüm halları qaçılmaz olur. Zədə almaq normal haldır.

Hazırda da XTQ düşmən təxribatının qarşısını almaq üçün ordumuzun demək olar ki, əsas güc mənbəyidir, kifayət qədər nüfuza və gücə malikdir.

Bildiyimiz kimi ölkəmiz müharibə şəraitindədir. Atəşkəs rejimi müntəzəm olaraq pozulur. Bu, bizim ziyanımıza olsa da, müsbət cəhətləri də var ki, döyüş təcrübəsi toplayırıq. Hər ölkənin xüsusi təyinatlısı belə bir təcrübə keçmək iqtidarında deyil. Bizim təyinatlıların xüsusi döyüş təcrübəsi var. XTQ dünyada seçilən birliklərdən biridir.

-Daha hansı ölkələrdə təcrübə keçmisiniz?

-İsveçrədə olmuşam. Orada qışdağ kursunu keçmişəm. Xizək sürməkdən tutmuş, şiddətli soyuqlarda həyatda qala bilmək kimi təlimlərə qatılmışam. Bəzi ərazilər ola bilər ki, orada xizəkdə daha sürətli hərəkət etmək olar. Dünya təcrübəsində bu artıq öz sübutunu tapıb. Dağ hazırlığı keçən qoşunlarda xizək kursunu keçirlər.
Ümumi götürsək xüsusi təyinatlılar universal əsgərlər olur. Onların da içində döyüş isitiqamətində xüsusi hazırlanmış birliklər olur ki, onlar həmin istiqamətdə daha aktiv fəaliyyət göstərirlər, daha peşəkar olurlar.

– Neçənci ilə qədər XTQ-da xidmət etmisiniz?

– 2006-cı ildən 2011-ci ilə qədər xidmətimi davam etdirdim.

– Bir qədər öncə zədələrinizə görə XTQ-dan ayrıldığınızı qeyd etdiniz. Hazırda hansı zədələriniz var?

-Bir çox zədələrim var. Ayağımdan və belimdən zədə almışam. Belimdən zədəni atlayışlardan, ağır, fiziki hərəkətlərdən, hündür yerlədən atlayıb maneələr zolağını keçərkən almışam. Əsasən belimə görə xidmətimi davam etdirə bilmədim. Çiynim isə dağ hazırlığı zamanı zədələnib.

XTQ-dən tərxis olunandan sonra nə işlə məşğul oldunuz?

– Mən aktiv həyat sürməyi xoşlayıram. XTQ-da xidmətim axıra qədər alınmadı, ancaq yenə də aktiv həyat sürməyi davam etdirirəm.

İndi alpinizmlə məşğul oluram. Eyni zamanda dənizdə, neft platformalarında hündürlük üzrə ip işləri mütəxəssisi kimi çalışıram.

Məsələn, platformanın müəyyən yerləri var ki, orada zədələr, borularda hansısa paslanmış hissələr ola bilər, oranın təmizlənməsi, yenidən rənglənməsi, müəyyən yerlərdə elektrik naqillərinin dəyişdirilməsi işlərini görürəm. Hansı ki, həmin yerlərdə krandan istifadə etmək mümkün deyil.

Dənizdə 5 aydır işə düzəlmişəm. Buna qədər də işimi şəhərdə davam etdirirdim. Şəhərin hündür binlarında, məsələn, `Alov qüllələri`ndə işləmişəm. Oranın şüşələrinin təmizliyində, ən üst qatında çalışırdıq.

O yerlərə ki, hündür kranlar girmir və yaxud girməsi qadağandır, biz iplə qalxıb, həmin yeri bərpa edirik.

– Alpinist kimi fəaliyyətinizdən danışaq.

-Alpinizmə yeni başlayıram. Dağa çıxmaq heç də asan iş deyil. Asan dağlar olmur, dağlar təhlükə mənbəydir.
Xarici ölkələrə, İrana, Gürcüstana, Rusiyaya səfərlərimiz tez- tez olur. Yaxın gələcəkdə Avropa ölkələrinə getməyi planlaşdırıram. Gürcüstanda 5033 metrlik zirvəni, Elburus zirvəsini (eyni zamanda bu Avropanın ən hündür zirvəsidir), İranın cənubunda 4500 metrlik Hezar zirvəsini fəth etmişik.

Azərbaycanın bütün yüksək dağlarında olmuşam. İranın ən hündür zirvəsi olan Dəmavənd (5671m) dağına da çıxmışam. Dəmavəndin üzərində passiv vulkan var, yaxınlaşmaq çətindir. Orada küləyin surəti saatda 95 km-dir, tempuratur mənfi 20-30 dərəcə dəyişir.

– Yürüşlər zamanı hansı qeydi-adi hadisələrlə də rastlaşmısınız.

-Əlbəttə qeyri-adi hadisələr çox olub, təhlükələrlə rastlaşmışam. İlandan tutmuş, dağ keçisinə qədər maraqlı heyvanlar görmüşəm.

Biz getdiyimiz ərazilərdə bəzən ayılar olur. Bildiyimiz kimi ayı, canavar normalda toplu halında insana hücüm etmir. İz olan yerdən ehtiyatlı keçirik. Ancaq bir az hündürə qalxdıqdan sonra heyvanlarla qarşılaşma təhlükəsi azalır.

Mən təhlükəni xoşlayan insanam. Bir çox insanların qalxa bilmədiyi dağlara çıxmışam.

Dəmavənd dağında bundan da təhlükəli hadisə ilə qarşılaşdım. Dəmavəndə çıxan zaman hava şəraiti pis idi. Buna görə də zirvəyə yalnız iki nəfər azərbaycanlı çıxdıq. Hətta bizə xəbərdarlıq etdilər ki, hava şəraiti pisdir, çıxmaq olmaz. Biz yürüşü təxirə salmadıq. Çətin də olsa zirvəni fəth etdik. Qayıdan zaman sürətim azaldığından anlaşılmazlıq nəticəsində öndə gedən yoldaşdan aralı düşdüm. Üstümdə olan su və yemək tükənmişdi. Yolumu qısaltmaq üçün digər marşurutu seçdim. Ancaq yolumun səhv istiqamətdə olduğunu gördüm. Məcburən əsas marşuruta qayıtdım. Bu, ölümlə nəticələnə bilərdi. Səhərə qədər yol gəldim, Artıq məni ölmüş bilirdilər. Hətta xəbər Azərbaycana da çatmışdı.Vəziyyət o yerə çatmışdır ki, cibimdə götürdüyüm donmuş almanı dişləyirdim ki, dodaqlarım susuzluqdan çatlamasın. Şükürlər olsun ki, bu dəfə də şanslı oldum. Yeri gəlmişkən, qışda dənizdə çimməyi, paraşutla atlanmağı, işimlə əlaqədar şəhərin yüksək binalarından Bakını seyr etməyi də çox sevirəm. Bir sözlə, yüksəkliklər hər zaman məni xoşbəxt edir.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Beşinci xəstəlik

Beşinci xəstəlik səpgi (səpgi) əmələ gətirən viral xəstəlikdir. Beşinci xəstəlik eritema infeksiyası kimi də tanınır. Və bu, “sillə xəstəliyi” kimi tanınır. Bunun səbəbi, səpgi uşağın yanaqlarının çox qızarmasına səbəb ola bilər. Beşinci xəstəlik bir uşaqdan digərinə burun və boğazdan gələn maye ilə birbaşa təmasda olur. O, həmçinin yoluxmuş qanla təmasda da yayıla bilər. Bir az yoluxucudur.

Bir uşaqda beşinci xəstəliyə səbəb olan nədir

Beşinci xəstəliyə insan parvovirusu B19 səbəb olur. Ən çox qış və yaz aylarında rast gəlinir.

Hansı uşaqlar beşinci xəstəlik riski altındadır?

Ən çox gənc məktəb yaşlı uşaqlarda rast gəlinir. Uşaqlar tez-tez məktəbdə və ya uşaqların toplaşdığı digər yerlərdə alırlar. Yetkinlər də beşinci xəstəliyə tutula bilər, lakin infeksiyaların əksəriyyəti uşaqlarda olur.

Uşaqda beşinci xəstəliyin əlamətləri hansılardır?

Semptomlar adətən uşaq xəstəliyə məruz qaldıqdan 4-14 gün sonra görünür. Yoluxmuş hər 5 uşaqdan 4-də səpgi əmələ gəlməzdən əvvəl təxminən bir həftə ərzində çox yüngül simptomlar olacaq. Təxminən 5-də 1-də səpgi görünməzdən əvvəl heç bir simptom olmayacaqdır. Uşaqlar səpgilər görünməzdən əvvəl, xəstəliyə tutulduqlarını bilmədən ən çox yoluxucu olurlar.

Erkən simptomlar adətən çox yüngül olur. Bunlar ola bilər:

  • Aşağı hərarət
  • Baş ağrısı
  • Burun axması
  • Boğaz ağrısı
  • qaşınma
  • Bulantı və ya qusma
  • ishal

Döküntü adətən beşinci xəstəliyin əsas simptomudur. Döküntü:

  • Yanaqlardan başlayır və parlaq qırmızıdır
  • Gövdəyə, qollara və ayaqlara yayılır və 2-4 gün davam edir. Çox vaxt “sivri” bir görünüşə malikdir.
  • Uşaq günəş işığına, istiyə və ya soyuğa məruz qaldıqda və ya dəri zədələndikdə geri gələ bilər. Bu bir neçə gün çəkə bilər.

Beşinci xəstəliyin simptomları digər sağlamlıq vəziyyətlərində olduğu kimi ola bilər. Uşağınızın diaqnoz üçün həkimə müraciət etməsinə əmin olun.

Uşaqda beşinci xəstəlik necə diaqnoz qoyulur?

Həkim uşağınızın simptomları və tibbi tarixi haqqında soruşacaq. O, uşağınıza fiziki imtahan verəcək. Fiziki müayinə döküntünün müayinəsini əhatə edir. Döküntü beşinci xəstəliyə xasdır və uşağınızın diaqnozu üçün kifayət qədər ola bilər. Bəzi hallarda, uşağınız da qan testləri edə bilər.

Uşaqda beşinci xəstəlik necə müalicə olunur?

Müalicə uşağınızın simptomlarından, yaşından və ümumi sağlamlığından asılı olacaq. Vəziyyətin nə qədər ağır olduğundan da asılıdır. Virus səbəb olduğu üçün antibiotiklər uşağınıza kömək etməyəcək.

Müalicənin məqsədi simptomları aradan qaldırmaqdır. Müalicə aşağıdakıları əhatə edə bilər:

  • Uşağınızın çoxlu maye içdiyinə əmin olun
  • Qızdırma və simptomlara qarşı parasetamol və ya ibuprofen verin
  • Qaşıntı üçün antihistaminik verin

Bütün dərmanların riskləri, faydaları və mümkün yan təsirləri barədə uşağınızın sağlamlıq xidmətinin təminatçısı ilə danışın. Həkiminizin göstərişi olmadan 6 aydan kiçik uşaqlara ibuprofen verməyin. Uşaqlara aspirin verməyin. Aspirin Reye sindromu adlanan ciddi sağlamlıq vəziyyətinə səbəb ola bilər.

Uşaqda beşinci xəstəliyin mümkün fəsadları hansılardır?

Beşinci xəstəlik adətən yüngül xəstəlikdir. Bəzi hallarda, oraq hüceyrə xəstəliyi və ya zəif immunitet sistemi olan bir uşaqda kəskin ağır anemiya inkişaf edə bilər. Beşinci xəstəliyi olan hamilə qadının ana bətnində körpənin ölməsi riski azdır.

Uşağımın beşinci xəstəliyinin qarşısını necə ala bilərəm?

Beşinci xəstəliyin yayılmasının qarşısını almağın ən yaxşı yolları bunlardır:

  • Əlləri sabun və isti su ilə yaxşıca yuyun
  • Öskürərkən və ya asqırarkən ağzınızı və burnunuzu örtün

Uşağımın sağlamlıq xidmətinə nə vaxt zəng etməliyəm?

Əgər uşağınız varsa həkimə müraciət edin:

  • Yaxşılaşmayan və ya pisləşməyən simptomlar
  • Yeni simptomlar

Uşaqlarda beşinci xəstəlik haqqında vacib məqamlar

  • Beşinci xəstəlik yanaqlarda parlaq qırmızı döküntüyə səbəb olan viral bir xəstəlikdir. Döküntü sonra bədənə, qollara və ayaqlara yayıla bilər. Döküntü 2 ilə 4 gün davam edir.
  • Digər simptomlara burun axması, boğaz ağrısı və aşağı hərarət daxildir.
  • Beşinci xəstəlik bir uşaqdan digərinə burun və boğazdan gələn maye ilə birbaşa təmasda olur. O, həmçinin yoluxmuş qanla təmasda da yayıla bilər.
  • Müalicə qızdırma və narahatlığı azaltmaq üçün dərman qəbul edə bilər.

Növbəti addımlar

Uşağınızın sağlamlıq xidmətinə baş çəkməkdən maksimum yararlanmaq üçün məsləhətlər:

  • Səfərin səbəbini və nə etmək istədiyinizi bilin.
  • Ziyarət etməzdən əvvəl cavab vermək istədiyiniz sualları yazın.
  • Ziyarət etdiyiniz zaman yeni diaqnozun və hər hansı yeni dərmanların, müalicələrin və ya testlərin adını yazın. Həmçinin, provayderinizin uşağınız üçün sizə verdiyi yeni təlimatları yazın.
  • Yeni bir dərman və ya müalicənin niyə təyin edildiyini və bunun uşağınıza necə kömək edəcəyini bilin. Həm də yan təsirlərin nə olduğunu bilin.
  • Uşağınızın vəziyyətini müalicə etməyin başqa yollarının olub olmadığını soruşun.
  • Test və ya prosedurun niyə tövsiyə olunduğunu və nəticələrin nə demək olduğunu bilin.
  • Uşağınız dərman qəbul etmədikdə və ya test və ya proseduru etmədikdə nə gözləyəcəyini bilin.
  • Əgər uşağınızın növbəti görüşü varsa, həmin səfərin tarixini, vaxtını və məqsədini yazın.
  • İş saatları xaricində uşağınızın provayderi ilə əlaqə saxlamağı öyrənin. Uşağınız xəstələnirsə və suallarınız varsa və ya məsləhətə ehtiyacınız varsa, bu vacibdir.

Comments are closed, but trackbacks and pingbacks are open.