Pedaqogikanın 6 qolu (və xüsusiyyətləri)
Son iki ayda dünya təhsili növbəti bir sınaqla üz-üzədir və Azərbaycan da bu prosesdən kənarda deyildir. Covid-19 pandemiyası dünya təhsilində sürətli dəyişikliyə səbəb oldu. Dünyanın demək olar ki, bütün ölkələri kimi, Azərbaycanda da elektron təhsilə keçid baş verdi. Bu, gözlənilməz olsa da, bir xeyli çətinliklərlə üz-üzə qalsaq da, nəticə etibarı ilə bu addımı uğurlu hesab etmək olar.
Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir
Hazırda ümumtəhsil məktəblərində kurikulum uğurla tətbiq olunur, bu əsasda hazırlanmış dərsliklər müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Təhsil islahatının əsas vəzifəsi olan təlim prosesinın daha səmərəli qurulması baxımından artıq təlim strategiyası pedaqoji anlayış kimi işlənilir. Təlim strategiyasına müəllim və şagirdlərin fəaliyyət mexanizmlərini vahid məqsəd istiqamətində birləşdirən, bu məqsədə çatmaq yolunda istifadə olunan forma, metod, üsul və vasitələrin məcmusu kimi baxılır. Bu isə, ümumilikdə pedaqoji prosesi “Əməkdaşlıq pedaqogikası” və “yeni pedaqoji təfəkkürün” ən başlıca ideyası və əldə olunacaq nəticəsi olan uşaq şəxsiyyətinin yaradıcılıq potensialını aşkar edib üzə çıxarmağa, onların fərdi yaradıcılıq qabiliyyətlərinin inkişafına yönəltməkdir.
Bu gün müstəqil olaraq düşünən, mühakimə yürütməyi bacaran, kollektiv və qrupda fəaliyyət göstərən, öz hərəkətlərinin nəticəsini götür-qoy edən, anında doğru qərarlar qəbul edən, ağlın çevikliyi, tənqidiliyi və s. kimi təfəkkür keyfiyyətlərinə malik şüurlu vətandaş yetişdirilir ki, pedaqoji fəaliyyətimizdə istifadə edəcəyimiz metodlar bu məqsədlə üzvi şəkildə uzlaşmalıdır. Sadalanan keyfiyyətləri aşkar edəcək, formalaşdıracaq, inkişaf etdirəcək və bacarığa çevirəcək təlim metodları – fəal təlim və ya problemli-dioloji təlim metodları təlim strategiyalarının qurulmasında və təhsilin həyata keçirilməsində əhəmiyyətli yer tutur. Bu metodların tətbiqi ilə keçirilən dərslər şagirdlərin idrak fəaliyyətinə, təhsil prosesində bütün iştirakçıların əməkdaşlığına əsaslanır.
XXI əsr sürət əsri olub, həyatımızın hər bir sahəsinə yeni tələblər qoyduğu kimi, öyrənməyə də yeni tələblər irəli sürür. Milli zəmində qurulan təhsilimizin hazırkı inkişaf mərhələsində tədris prosesində biliklərin “hazır” şəkildə öyrənilməsi öz yerini yaradıcı, fəal öyrənməyə vermişdir. Məlumdur ki, öyrənmə insanın həyatı boyu əsas fəaliyyət növlərindən biridir. İnsan öz inkişafı prosesində, bəşəriyyətin tarix boyu toplamış olduğu təcrübə və biliyə yiyələnir. Öyrənmə biliklər sistemi, bacarıq və vərdişlərin mənimsənilərək sonradan təcrübəyə tətbiq edilməsinə yönəlmiş məqsədəyönlü idraki fəaliyyətdir. Bu baxımdan mənimsəmə müxtəlif fikri əməliyyatlarla əlaqəli olduğundan, o fəal prosesdir. Şagirdlərin öyrənmə fəaliyyəti təlim prosesində həyata keçir. Müasir şəraitdə öyrətmək dedikdə müəllimlə fəal əməkdaşlıq prosesində biliklərin, vərdiş və bacarıqların mənimsənilməsinin sürət və keyfiyyətinin fərdi göstəriciləri nəzərdə tutulur. Bu zaman öyrənmə şagirdlərin təkcə daxili psixoloji imkanlarına deyil, eyni zamanda onun müəllimlə produktiv (faydalı) münasibətə girmə meyilinə də əsaslanır. Hazırda təlim prosesində öyrədən şagirdlə qarşılıqlı əməkdaşlıq şəraitində və onların iştirakı ilə bilik, bacarıq və vərdişləri müstəqil mənimsəmələrinə şərait yaradır və bu prosesi idarə edir. Başqa sözlə, uşaqlara “öyrənməyi öyrədir”. Bu baxımdan təlim, öyrənənlərin bilik, bacarıq və vərdişlərin mənimsənilməsində idraki fəaliyyətlərinin öyrədən tərəfindən idarə edilməsi prosesidir.
Öyrənmədə müvəffəqiyyət və səmərəliliyin yüksəlməsi üçün öyrənmə prosesini bilmək mühüm şərtdir. Bəs, öyrənmə prosesi nədən asılıdır? Öyrənmə prosesi öyrənmənin xarakterindən asılıdır. Öyrənmənin xarakteri isə mənimsəniləcək təlim materialının xüsusiyyətlərindən, öyrədənin – müəllimin pedaqoji ustalığı və təcrübəsindən, şəxsi qabiliyyət və metodikasından, öyrənənin psixi inkişafının fərdi xüsusiyyətlərindən (əqli, emosional, iradi), maraq dairəsi və öyrənməyə münasibətindən asılıdır.
Təlim materialının mənimsənilməsinin əsas şərti şagirdlərdə öyrənməyə müsbət münasibətin formalaşdırılmasıdır. Tədris prosesi şagirdin təbiətən malik olduğu öyrənmək meyilləri, həvəsi ilə əlaqələndirilərsə, bu, təlim materialının daha yaxşı anlaşılmasına kömək edər. Bilmək hələ hər şey demək deyildir. Biliyi təcrübəyə tətbiq etmək indiki şəraitdə əsasdır. Bu zaman şagirdin müstəqil fəaliyyətdə informasiyaların təhlil və tərkibinə, qərarlar qəbul etməsinə, həyata keçirməsinə hazır olması da vacibdir. Bu baxımdan müəllimin mövqeyi-öyrətmək, fənnə həvəs, maraq oyatmaq, informasiya mənbəyi deyil, informasiya almanın təşkilatçısına, idraki fəaliyyətə təhrik edən mənəvi və zehni impulsa çevrilir.
Məşhur pedaqoq və psixoloq L.V.Zankovun fikrincə, insanın daxili və mənəvi zənginliyi, hərtərəfli inkişafı həmin insanın biliyə, elmə, incəsənətə meyili, marağı olmadan qeyri-mümkündür. Bu, yalnız şagirdin öyrəndiyi təlim materialına marağı yarandıqda, o, öyrənməyə tələbat duyduqda baş verir. Uşaqlarda öyrənməyə maraq və tələbatı formalaşdırmaq metod və üsulların təsiri ilə həyata keçir. Bu metod və üsulların psixoloji mexanizminin mahiyyətini görkəmli didaktik alim M.A.Danilov “biliksizlik və bilik arasında daxili əksliklərin həyəcanı” adlandırırdı.
Şagirdlərin idraki fəallığı öyrənmənin hərəkətverici qüvvəsini təşkil edir. Şagirdlərdə öyrənməyə tələbatın formalaşdırılması müəllimin pedaqoji ustalığından, öyrədənin öyrənənlərə hörmət və tələbkarlığa əsaslanan münasibətindən, təlimin metod və üsullarının düzgün seçimindən, şagirdlərdə öz qüvvələrinə inamın aşılanmasından və s. asılıdır. Bəs təlim prosesinə emosional iradi xarakteri necə aşılamaq olar? Təlim prosesinın emosionallığı şəraitində şagirdlərdə idrak fəaliyyətinə maraq və daxili tələbat yaranır. Bunun üçün biz müəllimlər müxtəlif didaktik metod və üsullardan istifadə etməliyik. Müəllim “müqayisə edin”, “ümumiləşdirin”, “təhlil edin”, “fərqləndirin” kimi produktiv fəallığa təhrik edən suallar hazırlayaraq düşündürməyə vadar edən tapşırıqlar verməlidir. Müəllimin əsas məqsədi dərsə maraq formalaşdırmaqdır ki, bunu sadə priyomların növbələşdirilməsi, digər fənlərə inteqrasiya, müəllimin fəallığı, emosionallığı, dərs boyu maraqlı fakt və misalların, nümunələrin çəkilməsi ilə nail olmaq olar. Real ziddiyyətdən yaranan emosiyalar əqli ehtiyatların səfərbərliyinı təmin edir, idrak prosesinı fəallaşdırır, diqqəti uzun müddətə cəmləməyə imkan yaradır, mənimsəmə fəal xarakter daşıyır.
Mən tədris etdiyim pedaqogika və psixologiya fənlərində mövzu və təlim məqsədindən asılı olaraq dərsdə fəal təlim metodlarından, üsul və texnikalarından, digər fənlərə inteqrasiyadan geniş istifadə edirəm. Daim yeniliyi, müasir fəal təlimlə bağlı dövri mətbuatı, qəzet və jurnalları, müəllimlərin iş təcrübələrini izləyir, öz işimdə öyrəndiklərimi tətbiq edirəm. Məsələn, “Xarakter və onun əlamətləri” mövzusunu keçərkən dərsin giriş mərhələsində – “Olduğun kimi görün, göründüyün kimi ol” kəlamını siz necə izah edərdiniz?” – motivasiyanı bu sual üzərində qurmuşdum və tələbələrin dolğun, müxtəlif fikir fərziyyələri heyrətamiz idi. Yaradıcı tətbiqetmə mərhələsində – xarakter əlamətlərinin qruplarına görə şifahi xalq yaradıcılığı nümunələrindən misallar və ya müxtəlif atalar sözləri içərisindən xarakterin iradi əlamətlərinə görə olanları seçib yazın. Dahi Nizaminin “Xosrov və Şirin” poemasından bir bənd yazaraq:
Pedaqogikanın 6 qolu (və xüsusiyyətləri)
Öyrənmə proseslərini inkişaf etdirməyin müxtəlif yolları.
Pedaqogika haqqında çox şey eşidirik, amma . bunun nə olduğunu dəqiq bilirikmi?
Şagirdlərin öyrənməsi üçün tətbiq edilə bilən metodikanı və tədris texnikalarını öyrənən elmdir. Bütün elmlər kimi, bir sıra fərqləndirilmiş qolları da əhatə edir.
Bu yazıda Pedaqogikanın 6 qolu haqqında danışacağıq; Sizə əsas xüsusiyyətləri, məqsədləri və bu iş sahələrinin hər birindən istifadə olunan təhsil strategiyalarının bəzi nümunələri barədə danışacağıq.
- Əlaqədar məqalə: “Niyə Pedaqogikanı öyrənməlisiniz? Dəyər verməli olduğunuz 10 açar”
Pedaqogika nədir?
Pedaqogikanın 6 qolunu araşdırmadan əvvəl əvvəlcə Pedaqogikanın nə olduğunu izah edək. Haqqında metodologiyanı və tədrisdə tətbiq oluna bilən müxtəlif texnikaları öyrənən elm.
Təlim (və öyrənmə) praktik olaraq bir ömür boyu davam etsə də, uşaqlıqda məktəb yolu ilə xüsusi bir aktuallıq qazandığı da doğrudur. Buna görə Pedaqogika xüsusilə uşaqların öyrənməsinə diqqət yetirir, baxmayaraq ki, daha da irəli gedə bilər.
Pedaqogika vasitəsi ilə metodlar şagirdlərə öyrətmək üçün hazırlanmışdır, eyni zamanda öyrənməyə imkan verən müxtəlif təhsil strategiyalarıdır. Bunun üçün hər bir tələbənin profilini (maraqları, motivasiyaları, güclü, zəif tərəfləri, zəkası, qabiliyyəti və s.) Bilmək də vacibdir.
- Sizi maraqlandıra bilər: “Ənənəvi pedaqoji model: tarix və nəzəri-praktik əsaslar”
Pedaqogikanın bölmələri ümumiləşdirilmişdir
İndi Pedaqogikanın 6 qolunun nə olduğunu və onların əsas xüsusiyyətlərini görəcəyik.
1. Təcrübə pedaqogikası
Pedaqogikanın izah edəcəyimiz 6 qolundan birincisi Təcrübə Pedaqogikasıdır. Edir əsas etibarilə, şagirdlərin öyrənmə prosesini zənginləşdirmək üçün öz təcrübələrinə əsaslanır. Yəni bu təcrübələri (ümumiyyətlə məktəb kontekstindən kənarda yaşayır) istifadə edir ki, şagirdlər müxtəliflik və bərabərlik kimi dəyərləri öyrənsinlər və mənimsəsinlər.
Bundan əlavə, bu həyat təcrübələri sinifdə müzakirələr qurmaq, dinləmək və fərqli fikirlər söyləmək üçün çox faydalı ola bilər. Şagirdlər məhz müzakirələr nəticəsində şeylərə baxışlarını genişləndirə, yəni “üfüqləri genişləndirə” bilərlər. Təcrübəli Pedaqogika buna çalışır.
Digər tərəfdən, Pedaqogikanın bu qolu böyümək, öyrənmək və inkişaf etmək üçün öz səhvlərinə güvənir (bir sözlə, həyat təcrübələrində).
Təcrübəçi Pedaqogikanın bir hissəsi olan təhsil təcrübələrinin nümunələri bunlardır: sinifdə fərqli “rolları” şərh etmək üçün rol oyunlarının istifadəsi, müxtəlif mövzularda videoların proyeksiyası və s. Bu mənbələrin çoxu empatiya üzərində işləmək və həyatda bu və ya digər təcrübəni yaşamaq necə olardı.
2. Modelləşdirmə pedaqogikası
Pedaqogikanın 6 qolundan ikincisi modelləşdirmə pedaqogikasıdır. Bu filial vasitəsilə təhsil təcrübələrini inkişaf etdirmək üçün, bir insandan nümunə götürmək tələb olunur (yəni hansısa mövzu, proses, bacarıq və s. sahəsində mütəxəssis olan biri). Göndərmək və ya öyrətmək istədiyiniz şeyin şifahi və ya şəkillərdə çoxaldılması da vacibdir, ancaq açıq olmalıdır.
Modelin vəzifəsi, tələbəyə öyrədilməsi nəzərdə tutulan müəyyən davranışları, hərəkətləri, tapşırıqları və nümunələri çoxaltmaqdan ibarət olacaq ki, bu da onları təkrar etsin, izahatların təqlid edilməsi və daxililəşdirilməsi yolu ilə.
Modelləşdirmə pedaqogikası vasitəsi ilə ötürülən mesaj budur ki, onu bir mövzuda mütəxəssis olan, biliklərini dil, hərəkətləri və s. Vasitəsilə şagirdlərə ötürən bir insana təqlid və sayəsində öyrətmək olar.
Əlavə olaraq bu model (təməl model olan müəllimlərin xaricində) bəzi mövzularda yaxşı bilinirsə və görkəmlidirsə (yəni müəyyən bir statusa sahibdirsə), öyrənmənin baş vermə ehtimalı böyükdür, çünki onun “etibarlılığı” tələbələrin gözündə artır. Məntiqi cəhətdən, öyrənməyə həm də tələbənin motivasiya və imkanları təsir göstərir.
3. Fərqlənmiş pedaqogika
Pedaqogikanın 6 qolundan biri olan Fərqlənmiş Pedaqogika, hər bir tələbənin fərdi şəkildə və səviyyəsinə, yaşına, bacarıqlarına, çətinliklərinə uyğun şəkildə öyrənilməsini artırmağa çalışırvə s.
Yəni bu filialı izləyən mütəxəssislər hər bir tələbənin fərdi fərqlərinə uyğunlaşa bilmək üçün mövcud pedaqoji mənbələrdən istifadə edirlər (və əgər yoxdursa, onlar da yaradırlar); yəni müxtəliflikdə tədris edə bilmək.
Material uyğunlaşmaları, tədris uyğunlaşmaları, fərdi planlar vasitəsilə, məzmun uyğunlaşmaları və daha çox şey, tələbənin öyrənməsini maksimum dərəcədə artırmaqla yanaşı maraqlarına, ehtiyaclarına və qabiliyyətlərinə uyğunlaşmağı hədəfləyir.
Bu gerçəkliyin nəticəsi olaraq, şagirdlərin mövcud olduğu müxtəliflik və sinif daxilində bu qədər öyrənmə və neyro inkişaf inkişafının mövcudluğu səbəbiylə getdikcə artan Diferensial Pedaqogika dünyaya gəldi.
4. Kiber pedaqogika
Kiber Pedaqogika şagirdlərin öyrənməsini inkişaf etdirmək üçün müxtəlif texnologiyalardan istifadə edir. Yəni, bununla əlaqədardır müxtəlif texnoloji mənbələr vasitəsi ilə öyrətmək (və ya ‘normativ’ tədrisi tamamlamaq)məsələn: e-tədris platformaları, tablet və ya mobil tətbiqetmələr, veb səhifələr və s.
Texnologiyanın həyatımızı bəzi cəhətlərdən yaxşılaşdırdığı inkaredilməz bir gerçəklikdir (bunlardan biri, təhsil), baxmayaraq ki bu inkişafın real olması üçün istifadəsinin də nəzarət altına alınması lazımdır. Yəni hər şey lazımi ölçüdə. Öyrənməni tamamlayan bir vasitə kimi (və xüsusən də bütün tələbələrin ona girişini asanlaşdırmaq üçün) çox təsirli ola bilər. Ən əhəmiyyətlisi peşəkar və mövcud fərqli texnoloji seçimlərdən istifadə etməsidir.
Ayrıca texnologiya tələbə motivasiyasını artırmaq üçün də istifadə edilə bilər, videolar, şəkillər, interaktiv fəaliyyətlər, səs və / və ya musiqi daxil olmaqla. Bu, xüsusən də nöro inkişaf inkişafından əziyyət çəkən uşaqlara fayda gətirir.
Bir sözlə, kiber pedaqogika yeniləşən pedaqogikanın bir qoludur və hər zaman təlimatlardan istifadə olunmaqla və davamlı qiymətləndirilməsinə baxmayaraq öyrənmə proseslərində çox təsirli ola bilər.
5. Nəzəriyyə ilə praktika arasındakı əlaqə pedaqogikası
Pedaqogikanın bu qolu, adından da göründüyü kimi nəzəriyyəni praktika ilə əlaqələndirir; yəni fərqli töhfələr və pedaqoji nəzəriyyələr vasitəsilə tədris və təhsil praktikasının necə inkişaf etdirilə biləcəyini təhlil edir. Digər tərəfdən, təcrübələrini əks etdirərək öyrənən tələbənin özü olduğunu öyrənir.
6. Multisensor pedaqogika
Pedaqogikanın 6 qolunun sonuncusu olan Multisensory Pedaqogika (və ya Multisensory Learning Pedaqogikası), bütün duyğuların istifadəsi ilə şagirdlərdə öyrənməyi təşviq etməyə çalışır.
Yəni təməl olaraq hisslərə əsaslanır, çünki şagirdin müəyyən bacarıqlara yiyələnməsinə, müəyyən mənaları anlamasına və s. Bu səbəbdən daha həssas öyrənmənin tərəfdarı olan bir qol.
Biblioqrafik istinadlar:
- Carvajal Alvarado, G. (2002). Fərqli Pedaqogika: Philippe Meirieu-ya görə. Dialoqlar Tarix Elektron Jurnalı, 3 (2-3):
- De Battisti, P. J. (2011) Ümumi Pedaqogika və Xüsusi Pedaqogikanın Təsnifatları: pedaqoji sahə mütəxəssisləri tərəfindən edilən sərhədlərin təhlili. Argentina Milli Universitetlərinin Pedaqoji kafedralarının VIII iclası, La Plata.
- Piaget, J. (2019). Psixologiya və pedaqogika. Siglo Veintiuno Editores Argentina, S.A.
Elektron öyrənmə (e-learning) pedaqogikası
Son iki ayda dünya təhsili növbəti bir sınaqla üz-üzədir və Azərbaycan da bu prosesdən kənarda deyildir. Covid-19 pandemiyası dünya təhsilində sürətli dəyişikliyə səbəb oldu. Dünyanın demək olar ki, bütün ölkələri kimi, Azərbaycanda da elektron təhsilə keçid baş verdi. Bu, gözlənilməz olsa da, bir xeyli çətinliklərlə üz-üzə qalsaq da, nəticə etibarı ilə bu addımı uğurlu hesab etmək olar.
Elektron təhsilə keçid yeni pedaqoji yanaşmalar meydana gətirmiş oldu. Əslində elektron təhsilin pedaqoji tərəfləri uzun illərdi ki. dünyanın müxəlif yerlərində tədqiqatçılar tərəfindən araşıdırlır. Bu barədə çoxlu tədqiqat məqalələrinə rast gəlmək mümkündür. Lakin ölkəmizdə elektron təhsil ilk dəfə bu qədər geniş yayıldığına görə bu pedaqoji yanaşmalar çoxumuza məlum deyil. Bu gün biz elektron təhsildə bəzi pedaqoji yanaşmalardan danışacağıq ki, bunları həm də “Yeni nəsil pedaqogika” da adlandırırlar.
İntellektual pedaqogika (İntellectual pedagogy) tədris təcrübəsini artırmaq üçün texnologiyanın tətbiq olunduğu tədrisə bir yanaşmadır. Bura, tədris planı qərarlarında kurs rəhbərlərini dəstəkləmək, tələbələrin öyrənmələrini idarə etməkdə kömək etmək, həm şagirdlərin/tələbələrin, həm də müəllimlərin rəqəmsal bacarıqları öyrənməsini təmin etmək, institusional tədris idarəetmə sistemi ilə məhdudlaşmayan bir mühit yaratmaq və öyrənmə analitikasından yararlanaraq öyrənmə və tədris üçün virtual və genişlənmiş reallıq kimi texnologiyaların yaradıcı istifadəsi daxildir.
Paylanmış pedaqogika (Distributed pedagogy) dedikdə, bu prosesdə müxtəlif maraqlı tərəflərin öyrənmə səyahətinin müxtəlif elementlərinin paylaşılması və ya paylanmış mülkiyyəti nəzərdə tutulur. Buraya, spektrin bir ucunda, qurumlar arasında əməkdaşlıq ortaqlığı, digər tərəfdən, öyrənənlərə potensial rəqabət edən provayderlər bazarından öyrənmə təcrübələrinin fərqli aspektlərini və seçimlərini təmin etmək üçün xidmətlərin fərqliliyi daxildir. Tək bir qurumun bu spektrin hər iki ucunda təklifləri olması mümkündür.
İştirakçı pedaqogika (Engaging pedagogy) tədris planlarının hazırlanması və tədris prosesində fəal iştirak etmək üçün şagirdlərin/tələbələrin həvəsləndirildiyi bir yanaşmadır. Əlaqəli təcrübələrə təlim prosesində şagirdlərin/tələbələrin sinifdən kənarda özləri üçün əlaqəli portfolio inkişaf etdirməsinə dəstək verilməsi, həm həmyaşıdları, həm də geniş ictimaiyyət üçün məzmun istehsalına cəlb edilməsi, şagirdlərin/tələbələrin özləri üçün biliklər qura biləcəkləri şəraitin yaradılması və uyğunlaşdırma elementi daxildir. Tədris heyətinin tədris təcrübəsini öyrənənlər üçün, bunu cəlbedici etmək üçün və həmçinin onları dəstəkləmək üçün tədrisin artırılması proqramları ilə əlaqəli artım var.
Çevik pedaqogika (Agile pedagogy) tədris planının və tələbə təcrübəsinin çevikliyinə və fərdiliyinə aiddir. Buraya fərdi öyrənmə yolları və öyrənənlər üçün fərdi dəstək, proqram vasitəsilə iştirakçılığın genişləndirilməsi və sürətli izlənmə məqsədi ilə əvvəlcədən, qeyri-rəsmi təlim nailiyyətlərinin tanınması, qurum və sistemlərin şagirdlərin/tələbələrin ehtiyaclarına cavab verməsi və şagirdlərin/tələbələrin virtual hərəkətliliyinə dəstək və tədris planının beynəlmiləlləşdirilməsi daxildir . Bütün bu inkişaflar, həmçinin əvvəllər xaric oluna bilən tələbələr üçün imkanları asanlaşdıraraq ali təhsildə iştirakın genişləndirilməsini dəstəkləyir.
Durumsal pedaqogika (Situated pedagogy) öyrənmənin kontekstualizasiyası ideyasını özündə cəmləşdirir və həqiqi dünya aktuallığı olan tədris planlarına ehtiyac olduğunu vurğulayır. Tələbələr üçün işlə əlaqəli öyrənmə imkanlarını genişləndirir və dəstəkləyir.
Comments are closed, but trackbacks and pingbacks are open.