Şahin hərbi idman oyunlarının əsasnaməsi
Bakı məktəbliləri Özbəkistanda olub
“Şahin” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıblar
“Şahin” hərbi-idman oyunlarının qalibləri mükafatlandırılıblar Bakı. 11 may. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib.
11 May , 2018 10:21
https://static.report.az/photo/d9987f99-8bf0-4db2-af47-e77aa1a3dc15.jpg
Bakı. 11 may. REPORT.AZ/ Cəmşid Naxçıvanski adına Hərbi Liseydə respublika məktəbliləri arasında “Şahin” hərbi-idman oyunlarının final mərhələsi keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Finalda iştirak edən komandalar sıra meydanında yerlərini tutduqdan sonra yarış açıq elan edilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər. Açılış mərasimində çıxış edən C.Naxçıvanski adına Hərbi Liseyin zabiti polkovnik Qadir Vəlişov, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri polkovnik Rasim Şirinov, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov və başqaları “Şahin”lərə gərgin mübarizədə uğurlar diləyiblər. Rəsmi mərasimdən sonra məktəblilər C.Naxçıvanski adına Hərbi Liseyin hərbi orkestrinin ifa etdiyi hərbi marşların sədaları altında təntənəli marşla tribuna önündən keçiblər. Sonra komandalar sıra hazırlığı, avtomatın sökülüb-yığılması, patron darağının doldurulub-boşaldılması, tüfəngdən hədəfə atəş açılması, kəndir vasitəsilə təhlükəli zolağın dəf edilməsi, kəndirin köməkliyi ilə hündürlüyə dırmanma və enmə, çadırın qurulması, minalanmış sahəyə qumbara atılması, yaralının təxliyə edilməsi və digər tapşırıqları yerinə yetiriblər. Yarışların nəticələrinə əsasən “Şahin” hərbi-idman oyunlarının final mərhələsinin qalibi adını Sumqayıt şəhərinin komandası qazanıb. İkinci yerə Yasamal, üçüncü yerə isə Quba rayonunun komandaları yüksəliblər. Sonda yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Şahin hərbi idman oyunlarının əsasnaməsi
2018-05-03 13:23:00
“Şahin” hərbi-idman oyunları keçirilib – FOTO
Ümumtəhsil məktəblərinin 8-10-cu sinif şagirdləri arasında keçirilən “Şahin” hərbi-idman oyunlarının paytaxt üzrə rayon birinciliyinin qalibləri müəyyənləşib. Belə ki, paytaxtın Yasamal rayonu üzrə 20, Xətai rayonu üzrə 263, Binəqədi rayonu üzrə 100, Xəzər rayonu üzrə 206, Sabunçu rayonu üzrə 142, Qaradağ rayonu üzrə 184, Nizami rayonu üzrə 220, Nəsimi rayonu üzrə 23, Nərimanov rayonu üzrə 258, Suraxanı rayonu üzrə 285 nömrəli tam orta məktəblərin, Səbail rayonu üzrə 160 nömrəli Klassik Gimnaziyanın komandası qalib olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AzEdu.az-a bildiriblər ki, rayon birinciliyinin qalib komandaları diplom və kubokla mükafatlandırılıblar. Qaliblər mayın 5-də Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində keçiriləcək Bakı şəhəri üzrə zona birinciliyində iştirak hüququ qazanıblar. “Şahin” hərbi-idman oyununun keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işini daha da gücləndirmək, məktəblilərin hərbi hazırlıq səviyyəsini yüksəltmək, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisini təkmilləşdirməkdir. Qeyd edək ki, “Şahin” hərbi-idman oyunu Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilir.
Bu bölməyə aid digər xəbərlər
124 saylı məktəbdə Novruz şənliyi – Direktorun uğursuz aktyorluğu – VİDEO
2023-03-24 22:00:00
Bakı məktəbliləri Özbəkistanda olub
2023-03-24 16:22:00
Özbəkistan Prezidenti Füzulidə tikilən məktəbin açılışına gələcək
2023-03-24 10:19:17
Vətən müharibəsi iştirakçıları məktəblərdə rəhbər vəzifəyə TƏYİN OLUNDU
2023-03-23 14:04:22
İtkin düşən 4 yeniyetmə tapıldı – YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident – Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM
2023-03-14 12:40:00
FHN orta məktəbdə təlim keçirib – FOTO
Şahin hərbi idman oyunlarının əsasnaməsi
“Şahin” hərbi-idman oyunlarının Nəsimi rayon birinciliyi keçirilib – FOTOLAR
Aprelin 22-də Azərbaycan Ordusunun Təlim Tədriz Mərkəzində Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 8-ci və 10-cu sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəis müavini polkovnik Vidadi Cahangirov, Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimayi Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak ediblər.
22 məktəbdən eyni sayda komandanın iştirak etdiyi yarış münsiflər heyətinin sədri Şahin komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra açıq elan olunub.
İlk öncə Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinin orkestrinin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Münsiflər heyətinin sədri «Şahin» komandalarının birinciliyə hazır olmaları barədə məruzə etdikdən sonra yarış açıq elan edilib.
Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirib ki, hərbi-vətənpərvərlik tərbiyəsi işinin geniş şəkildə təbliğ edilməsi gənclərlə iş sahəsində qarşımızda duran başlıca vəzifələrdən biridir: “Bu kimi oyunların keçirilməsində başlıca məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdən ibarətdir”.
O, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsində hərbi-idman oyunlarının yeri və rolunun əvəzsiz olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Natiq “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayaraq komandaların hər birinə uğurlar arzulayıb.
Nümunəvi çıxışlardan sonra komandalar 4 növ üzrə mübarizə aparıblar. Sıra hazırlığı, fiziki hazırlıq, maneələrin dəf olunması və mülki müdafiə hazırlığı üzrə məktəblilər öz bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, rayon mərhələsinin qalibi olmuş komanda Bakı şəhər zona birinciliyində rayonu təmsil etmək hüququ qazanıb. Yarışda 300-dən çox yeniyetmə və gənc iştirak edib.
Comments are closed, but trackbacks and pingbacks are open.