Press "Enter" to skip to content

Şahmat drsliiyi

2.Piyada geri qayıtmır və geri vurmur.

“Şahmat taxtası” adlı dərslik

Üfüqi xətlər üzərində 1-dən 8-ə qədər rəqəmlər göstərilir.

Şaquli xətlər üzərində hərflər göstərilir.

Yazılışı: a b c d e f g h

Oxunuşu: a be çe de ye ef je haş

Hərf və rəqəmlərin kəsişməsi ilə xananın adı təyin olunur.

Mərkəzi xanalar :e4,e5,d4,d5

Şahmat taxtası üzərində 32 fiqur yerləşir:

16 ağ,16 qara fiqur

Oyunun məqsədi : Rəqib şahını mat etməkdir.

“Mat” sözü ərəb dilindən götürülüb,mənası “öldü” deməkdi

FİQURLARIN GEDİŞİ

Topun gedişi : Top – həm şaquli,həm də üfüqi xətlər üzrə hərəkət edir. Top uzaq vuran fiqurdur,getdiyi kimi vurur. Ağır fiqurdur,gücü 5 xaldır.Top şahmat taxtasının istənilən xanasında yerləşdikdə 14 gedişə malik olur.Başlanğıc vəziyyətdə top

hərəkə edə bilmir.

Filin gedişi :Fil – diaqonal xətlər üzrə hərəkət edir.Fil də top kimi uzaq vuran fiqurdur,getdiyi kimi vurur.

Fil – yüngül fiqurdur,gücü 3 xaldır. Mərkəzdə 13 gedişə malik olur. Taxtanın kənarında gedişlərinin sayı azalır.

Vəzirin gedişi : Vəzir – həm top,həm də fil kimi hərəkət edir.Ən güclü fiqur hesab olunur.Vəzir də uzaq vuran fiqurdur,getdiyi kimi vurur.Ağır fiqurdur,gücü şərti olaraq 10 xal hesablanır.Mərkəzdə 27 gedişə malikdir, taxtanın kənarında gedişlərinin sayı azalır. Başlanğıcda vəzir öz rənginə uyğun xanada yerləşir,hətta belə deyilir ki,”vəzir öz rəngini sevir”.

Şahın gedişi :

Şah – vəzir kimi hərəkət edir,yəni həm top,həm də fil kimi.Lakin vəzirdən fərqli olaraq o,yalnız bir xana hərəkət edir.(qalaqurma istisnadır) Getdiyi kimi vurur.

Şah oyunun sonuna qədər taxta üzərindən götürülmür,yəni udulmur.O rəqib tərəfindən “mat” edilir.

Şah iki xüsusiyyətinə görə digər fiqurlardan fərqlənir :

1.Şah rəqib fiqurunun zərbəsi altına girə bilməz.

2.Şah ilə rəqib şahı arasında ən azı bir xana qalmalıdır,yəni şahlar bir-biri ilə görüşə bilməz.

Atın gedişi :

At – iki xana şaquli bir xana üfüqi və ya iki xana üfüqi bir xana şaquli xətt üzrə hərəkət edir.Əgər at ağ xanada yerləşibsə,növbəti gedişdə qara xanaya düşəcək və ya əksinə. At da getdiyi kimi vurur.At yüngül fiqurdur, gücü 3 xaldır.Mərkəzdə 8 gedişə malikdir,taxtanın kənarında gedişlərinin sayı azalır.

Atın digər fiqurlardan fərqli xüsusiyyəti ondan ibarətdir ki,o istənilən fiqur və ya piyadanın üzərindən keçə bilir.Atla gediş edərkən rəqibin bir neçə fiqurunun və ya piyadasının eyni vaxtda zərbə altına düşməsi “çəngəl” adlanır. Bu atın gedişinin digər fiqurlara nisbətən daha mürəkkəb olduğunu göstərir.

Piyadanın gedişi :

Piyada şaquli xətt üzrə yalniz irəliyə doğru bir xana hərəkət edir. Başlangıcda iki xana da gedə bilər.Gücü 1 xaldır.Piyadanın iki fərqli xüsusiyyəti var:

1.Piyada getdiyi kimi vurmur: şaquli gedir,diaqonal istiqamətdə vurur.

2.Piyada geri qayıtmır və geri vurmur.

Şahmat oyununda piyada və ya fiqurun udulması məcburi deyil,yalnız sərfəli hallarda udulur.

FİQURLARIN GÜCÜ

Fiqurların gücü şərti olaraq

Şahın gücü təyin olunmur,çünki şah udulmur.Sonluqda şahın mübarizə aparmaq qabiliyyəti 3 piyadanın döyüş gücünə bərabər olur.

Ən güclü fiqur vəzir,ən zəif fiqur isə piyadadır.

Oyun zamanı eyni güclü fiqurları dəyişmək olur.Məsələn,topu-top ilə,atı-at yaxud fil ilə,vəziri-vəzirlə,piyadanı-piyada ilə yaxud vəziri-iki topla,və ya üç yüngül fiqurla və s.

Vəzir və top – ağır fiqurlar,fil və at – yüngül fiqurlardır.

Fil,top və vəzir uzaq vuran fiqurlardır.

ŞAHMAT NOTASİYASI

Şahmat notasiyasının aşağıdakı növləri var :

1.Fiqurların adının yazılışı :

Şah – Ş ; Vəzir – V ; Top – T ; Fil – F ; At – A ;piyada –p ;piyadalar – pp

2.Gedişlərin yazılışı

Ff1-c4 Ff8-c5 və s.

3.Taxta üzərində yaranmış mövqeyin yazılışı

ŞƏRTİ İŞARƏLƏR

Yazılış zamanı aşağıdakı şərti işarələrdən istifadə olunur :

1.”: ” _ rəqib fiquru vurulur.

2.”+” _ rəqib şahına “şah” elan edilmişdir.

3.”++” _ ikiqat “şah” elan edilmişdir.

4.” X” _ rəqib şahına “mat” elan edilmişdir.

5.” 0-0” _ qısa qalaqurma

6.” 0-0-0” _ uzun qalaqurma

7.”!” _ yaxşı gediş

8.”!!” _ güclü gediş

10.”??” _ kobud səhv

11.”?!” _ şübhəli gediş

12.”!?” _ diqqəti cəlb edən gediş

13.”=” _ vəziyyət bərabərdir

14.”+ -“ _ vəziyyət ağlar tərəfindən udulub

15.”- +” _ vəziyyət qaralar tərəfindən udulub

16.”1.” _ gediş ağlarındır

17.”1. ” _ gediş qaralarındır

HEÇ-HEÇƏ ANLAYIŞI

Oyun zamanı tərəflərdən heç biri qalib gəlmirsə oyun heç-heçə ilə bitir.

Sadə heç-heçə halları:

1.Şah – şaha qarşı

2.Şah və fil – şaha qarşı

3.Şah və at – şaha qarşı

4.Şah və iki at – şaha qarşı

Mürəkkəb heç-heçə halları:

3.Mövqenin üç qat təkrarı

4.50 və bəzi hallarda 75 gediş qaydası

1.”Pat” – elə bir vəziyyətdir ki,tərəflərdən hər hansı biri öz gedişində heç bir gedişə malik deyil və şah “şah” altına düşməyib.

2.Daima “şah” – zəif tərəf məğlub olmamaq üçün rəqibə daima “şah” elan edərək heç-heçəyə nail ola bilər.

3.Mövqenin üç qat təkrarı – Hər iki tərəfin ardıcıl olaraq üç dəfə təkrar gedişlər etməsi nəticəsində yaranır.Bu vəziyyət daima “şah”dan da yarana bilər.

4.50 və bəzi hallarda 75 gediş qaydası:

a)Şah və top – şaha qarşı; 50 gediş

b)Şah,at və fil – şaha qarşı; 50 gediş

c)Şah,top və fil — şaha və topa qarşı; 75 gediş

Bu qayda ilə üstün tərəf rəqibi “mat” edə bilməzsə,oyun heç-heçə ilə bitir.

Şah və topun yerdəyişməsi ilə tamamlanmış hərəkət qalaqurma adlanır.Bu bir gediş sayılır.

Məqsəd:rəqib şahının təhlükəsizliyini təmin etmək və topu oyuna daxil etməkdir.

İki cür qalaqurma var:

Qısa qalaqurma şah cinahında,uzun qalaqurma vəzir cinahında aparılır.

Qaydaya görə birinci şahı,sonra topu müvafiq xanalara qoymaq lazımdır.Əks halda qala qurmaq olmaz və topla oynamaq məcburidir.Oyun zamanı qalaqurma bir dəfə mümkündür.

Qalaqurmanın şərtləri:

1.Şah ilə topun arasındakı xanalar boş olmalıdır.

2.Şah və top heç bir gediş etməmişdir.

3.Qalaqurma anında şah zərbə altında deyil.

4.Qalaqurmadan sonra şah zərbə altına düşmür.

5.Şah rəqib fiqurunun zərbəsindən keçmədiyi halda.

KEÇİDDƏ GÖTÜRMƏK QAYDASI

Piyada başlanğıc vəziyyətdən iki xana hərəkət edib rəqib piyadasının zərbəsi altında olan xanadan keçərsə və rəqib piyadası ilə eyni üfüqi xətdə yanaşı durarsa,bu zaman rəqib piyadası onu keçib getdiyi xanada vura bilər. Keçiddə götürmək yalnız cavab gedişində mümkündür,əks halda bu hüquq itirilir.

PİYADANIN ÇEVRİLMƏSİ

Piyada sonuncu üfuqi xəttə çatdıqda öz rəngində olan (şah və piyadadan başqa) istənilən fiqura __vəzirə,topa,filə,ata çevrilir.Adətən,ən güclü fiqura – vəzirə çevrilir.Vəzirə çevriləndə “pat” yaranacağı halda digər müvafiq fiqura çevrilir.

MAT ANLAYIŞI

Əgər şah rəqib fiqurunun zərbəsi altına düşərsə,deməli ona “şah” elan olunmuşdur.

Şahı “şah”dan 3 yolla xilas etmək olar :

1.”Şah” elan edən fiquru udmaqla

2.Şah ilə onu zərbə altına salan fiqurun arasına öz fiqurumuzu daxil etməklə

3.Şahı zərbədən çıxmaqla

Əgər şah bu üç yoldan biri ilə xilas ola bilmirsə,bu vəziyyət “mat” adlanır.

DEBÜTÜN ƏSAS PRİNSİPLƏRİ

1.Oyunu e4 və ya d4 piyadaları ilə başlayın.

2.Yüngül fiqurları oyuna tez daxil edin,atı fildən əvvəl oynayın.

3.Çalışın ki, oynadığınız fiqurlar rəqibi hər hansı bir şəkildə təhdid etsin.

4.Fiqurları oyuna elə daxil edin ki,digər fiqurlarınızın oyuna daxil olmasına mane olmasın.

5. Açılışda 1 və ya 2 piyada fəaliyyətindən çox piyada ilə hücum etməyin.Fiqur və ya piyadalarla məqsədsiz gedişlər etməyin. Mərkəzə nəzarət edərək oynayın.

6..Fiqurları oyuna tam daxil etmədən piyada udulması ilə məşğul olmayın,bu fiqurların inkişafdan qalmasına səbəb olur.

7.Vəziri vaxtından əvvəl oyuna daxil etməyin.Lakin oyunun başlanğıcında rəqibin kobud səhvi nəticəsində vəzir oyuna tez daxil ola bilər.

8.Qalaqurmanı mümkün qədər qısa tərəfə edin,çünki bu vaxt baxımında daha əlverişlidir.

9. Rəqibin hər bir gedişindən sonra gedişin nə məqsədlə edildiyini müəyyənləşdirin, sonra cavab gedişi edin.

10.Açıq və kafi bir səbəb görməyincə fiqurlarınızı fəda etməyin.

Şahmat

Əziz valideyinlər! Əgər siz övladınızın gələcəyinin parlaq olmasını istəyirsinizsə o zaman şahmat onun üçün ən doğru seçim olacaqdır. Çünki məhz burada o təcrübəli müəllimin köməyi ilə şahmat dünyasında ilk addımlarını

Dərslər fərdi şəkildə həftədə 3 dəfə,hər dərs 1 saat olmaqla keçiriləcək.Qiymət 150 azn (Fərdi şəkildə olan dərslər həm canlı,həm də online şəkildə mümkündür) Dərslər FM İlyaslı Uğur (18 yaşlı oğlanlar arasında Avropa

Elitar Şahmatçı olmaq istəyirsən? Tez bir zamanda Qrossmeyster olmaq arzusundasan? Elə isə vaxt itirmə və sürətli inkişaf üçün peşəkarla işlə.

1- ci Dərəcəli Təcrübəli Şahmat Müəlliməsi tərəfindən dərslər online və əyani şəkildə keçirilir. Yaş həddi 5-10 . Şahmat Sizə Diqqətinizi Toplamağa ,Doğru Strateji Tapmağa və Bir Çox Önəmli Hərəkətlər Etməkdən Öncə Necə

Salam, dərslər 4-ildəm artıq təcrübəsi olan (Ustalığa Namizəd) müəllim tərəfindən professional şəkildə keçirilir. Dərlər həm Online həm də Ənənəvi şəkildə keçirilir. (Qrup bə Fərdi dərslər) Yaş məhdudiyyəti yoxdur hər

Uşaqlar və böyüklər üçün həftədə 2 dəfə 60 dəq olmaqla peşəkarların təqdimatında şahmat dərsləri. Şahmat – yaddaşı möhkəmlədirir, eyni zamanda həm emosional, həm iradəvi möhkəmlik, əzmlilik və qələbəyə cəhd etmə kimi

1- ci Dərəcəli Təcrübəli Şahmat Müəllimi Tərəfindən Online və Əyani Şəkildə Keçirilir. (Özəl Online və ya Əyani Evə Gələrək Şahmat Dərsləri keçmək mövcuddur ) Sadəcə 8 Dərsə Çox Rahatlıqla Şahmat Oynamağı Öyrənəcəksiniz

Ünvan: nzs qəsəbəsi İnam uşaq bağçası(əvvəlki SERA-nın binası) yaş həddi yoxdur.Hər birinizi kursumuzda gözləyirik.Gimnastikadan əlavə rəqs,rəsm,şahmat,məktəbəqədər hazırlıq,rus dili,inglis dili kurslarımızdanda

Tədris mərkəzinə şaxmat müəllimi tələb olunur.

Şahmat kursunda dərslərimiz başladı. Həftəsonu dərlər keçiriləcək. Müraciət üçün tələsin.

Zinyət Tədris Mərkəzində Şahmat kursları. Zinyət Tədris Mərkəzində Sizi şahmat öyrənməyə dəvət edir. Dərslər professional şəkildə xüsusi sistem üzrə keçirilir. Dərslər təcrübəli müəllim tərəfindən keçirilir.

Mental Aritmetika Komputer Proqramları Sürətli oxu Electro kids Genki English Rus dili İbtidai sinif Erkən inkişaf Məktəbə qədər hazırlıq Riyaziyyat Azərbaycan dili Şahmat Rəsm Məntiq

Kurs 3 yaşından 13 yaşına kimi uşaqlar üçün təşkil olunur, gündə iki dəfə yemək təklif edirik, uzaq məsafəyə gedən, sıx iş qrafikilə çalışan valideynlər uşaqlarını bizə əmanət edə bilərlər. Rus, ingilis dilləri,

Kursa daxildir: 1) Socap ilə qaynaq; 2) Micro socap ilə qaynaq; 3) Muncuq ilə qaynaq ; 4) Micro muncuq ilə qaynaq; 5) Socap qaynağına kraska qoyulma qaydası; 6) Muncuq qaynağına kraska qoyulma qaydası; 7) Saçın

Tədris olunan fənnlərə daxildir: – Azərbaycan dili – Riyaziyyat – Məntiq – Rus dili\ İngilis dili Dərslər həftə içi 5 gün, 2 saat olmaqla tədris olunur. Ev tapşırığı tədrisə daxildir. Dərs arası mütləq

Öyrətmək çox zaman yaxşı əlamət. Öyrənmək çox zaman deyil qəbahət. Bunların ikisi vəhdət olarsa. Dünyada yox olar bütün cəhalət. Yeni açılan MER Education Tədris Mərkəzində şahmat kursu yolunuzu gözləyir. Gəlin

Əziz Valideynlər sizin uşaqlarınızın xoş bir gələcəkdə böyümələri üçün sizi və balaca körpələri düşünərək, həm əyləncəli, həmdə onların gələcəyi üçün möhtəşəm bir Tədris Mərkəzi ilə qarşınızdayıq. ASYA TƏDRİS

Yasamal inşatci metronun yaxini "Meqa park" Bagça və uşaq tədris mərkəzi Məktəbə qədər hazırlıq İbtidai sinif hazırlıgı Şahmat dərsləri İngilis və rus dili kursu Dayə xidməti ilə xidmətinizdədir

Meqa park uşaq tədris mərkəzində yeni fəaliyyətə başladıq: Məktəbə qədər hazırlıq İbtidai sinif hazırlıgı Şahmat dərsləri İngilis və rus dili kursu Dayə xidməti ilə xidmətinizdəyik.Körpənizi saatlıq və ya günlük

Занятия по шахматам 6-20 лет(испытательный урок бесплатный) в течение 3-4 месяца шахматисты получают разряд уроки проводится для начинающихся с нуля ,4,3,2,1 разрядников и кандидатов.

Şahmat və Rəsm kursları Övladlarınızı təşkil etdiyimiz Şahmat və Rəssamlıq kurslarına yazdırmaqla uşaqlarınızın həm intellektual həm məntiq həm də xəyal gücünü daha da inkişaf etdirə bilərsiniz. Qiymətlər çox

Ressamliq və Şahmat dersleri Usaqlar ucun resm və şahmat dersleri kecirilir.dersler heftede 2 defe kecirilir. Ayliq qiymet 50 azn Kurs nərimanov metrosunun çıxışında yerləşir. Ünvanlar: Bakı Nerimanov m/t #rəsm

Şahmat dərsləri Sizi şahmat öyrənməyə dəvət edirik. Dərslər professional şəkildə xüsusi sistem üzrə keçirilir Qiyməti aylıq 50 manat #saxmat dərsi #shahmat kursu #sahmat mektebi, #şahmat məktəbi, #şahmat

Kursa daxildir: 1) Socap ilə qaynaq; 2) Micro socap ilə qaynaq; 3) Muncuq ilə qaynaq ; 4) Micro muncuq ilə qaynaq; 5) Socap qaynağına kraska qoyulma qaydası; 6) Muncuq qaynağına kraska qoyulma qaydası; 7) Saçın

1- ci Dərəcəli Təcrübəli Şahmat Müəllimi Tərəfindən Əyani Şəkildə Keçirilir. Sadəcə 8 Dərsə Çox Rahatlıqla Şahmat Oynamağı Öyrənəcəksiniz . ( İntensiv 8 saat üzərindən’də dərslər keçirilir . Yaş Məhdudiyyəti

Uşaqlar üçün faydaları : Dünya görüşünü artırır Analitik düşünmə qabiliyyəti yaradır İxtiraçı qabiliyyəti yaradır Qanunauyğunluq təfəkkürün inkişaf etdirir Səbirlilik yaradır Dərslər professional şəkildə

Kursa daxildir: 1) Socap ilə qaynaq; 2) Micro socap ilə qaynaq; 3) Muncuq ilə qaynaq ; 4) Micro muncuq ilə qaynaq; 5) Socap qaynağına kraska qoyulma qaydası; 6) Muncuq qaynağına kraska qoyulma qaydası; 7) Saçın

Y. Günəşlidə hazırlıqlar Abituriyent Magistr Xarici dillər Məktəbəqədər İbtidai Şahmat Rəqs Rəsm MİQ

şahmat

şahmat kurslari 2023 , Bakida şahmat kurslar, şahmat dərsləri ucuz qiymete şahmat kurslar keçirilir . şahmat xidmeti. Azerbaycanda ucuz qiymete şahmat . Online hazirliq kurslari.

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Şahmatı necə oynayırlar?: Qaydalar və başlanğıc bilgilər

Dünyada ən məşhur oyun — Şahmat oynamağı öyrənmək heç vaxt gec deyil! Şahmatın qaydalarını öyrənmək asandır:

1-ci Addım. Şahmat taxtasını necə düzməli
Oyunun başlanğıcında şahmat taxtası elə qurulur ki, hər bir oyunçu tərəfdə sağ aşağı küncdəki xana ağ rəngdə olsun. Daha sonra şahmat fiqurları həmişə eyni qaydada düzülür. İkinci sıra tamamilə piyadalardan ibarət olur. Toplar künclərə gedir, onların yanında atlar olur, daha sonra isə fillər gəlir. Mərkəzdə öz rənginə uyğun xanada vəzir (ağ vəzir ağ xanada, qara vəzir qara xanada) və onun yanındakı xanada isə şah olur.

2-ci Addım. Şahmat fiqurları necə hərəkət edir
6 növ daşın hər biri başqa cür gediş edir. Daşlar digər daşların olduğu damalardan keçə bilməz (yalnız atlar başqa daşların üstündən tullana bilir) və öz daşlarının olduğu bir damaya gedə bilməzlər. Həm də daşlarınız rəqibin daşlarından birinin olduğu bir damaya gedərək, rəqibin daşını oyundan çıxara bilər. Daşlar başlıca olaraq, daha sonrakı gedişlərdə rəqibin daşlarını (rəqib daşların olduğu damalara yerləşib, onların yerini tutaraq) oyundan qırağa çıxara biləcəkləri damalara, öz daşlarını rəqibin oyundan qırağa çıxartma istəyinə qarşı qoruna biləcəkləri damalara, ya da oyundakı önəmli damalara hakim ola biləcəkləri damalara yerləşdirilirlər.

Şahmatda Şah necə hərəkət edir?
Şah ən önəmli daşdır, ancaq eyni zamanda ən zəyif daşlardan biridir. Şah istənilən yana — aşağı, yuxarı, yanlara və çapraz — yalnız bir dama irəliləyə bilir. Şah əsla şah deyilmiş olacağı bir damaya (vurulacağı bir damaya) gediş edə bilməz. Başqa bir daşın şaha hücum etməsi “şah demək” kimi adlandırılır.

Şahmatda Vəzir necə hərəkət edir?
Vəzir ən güclü fiqurdur. O istənilən istiqamətdə düzünə — irəli, geri, yanlara və diaqonal — öz fiqurlarının üstündən keçməmək şərtiylə ən uzağa qədər gediş edə bilər. Başqa bütün fiqurlar kimi, əgər vəzir rəqib fiqurunu vurursa, onun gedişi bitmiş olur. Aşağıdakı diaqramda vəzirin necə gediş etdiyini görə bilərsiz. Baxın, ağ vəzir qara vəziri vurduqdan sonra necə qara şah gediş etməli olur.

Şahmatda Top necə hərəkət edir?
Top istədiyi qədər uzağa gedə bilər, lakin yalnız önə, arxaya və yanlara doğru. Toplar xüsusən bir-birini müdafiə edəndə və bir yerdə çalışanda güclü fiqura çevrilirlər!

Şahmatda Fil necə hərəkət edir?
Fil yalnız çapraz xətt boyunca istədiyi qədər irəliləyə bilər. Hər fil bir rəng (açıq, ya da tünd) üzərində başlar və hər zaman bu rəng üzərində qalmalıdır. Fillər bir-birinin gücsüzlüyünün üstünü basdırdığı üçün birlikdə yaxşı çalışırlar.

Şahmatda At necə hərəkət edir?
Atlar digər fiqurlara nəzərən fərqli hərəkət edirlər — bir istiqamətdə iki gediş, daha sonra 90 dərəcə dönərək bir gediş, təxminən «L» hərfinə bənzər formada. Atlar yeganə fiqurlardır ki, digər fiqurların üzərindən keçə bilirlər.

Şahmatda Piyada necə hərəkət edir?
Piyadalar qeyri-adi fiqurlardır, çünki onlar hərəkəti və rəqib fiqurunu vurmağı başqa formada həyata keçirirlər, belə ki onlar irəliyə hərəkət edir, rəqib fiqurunu isə diaqonal götürürlər. Piyadalar eyni vaxtda bir xana hərəkət edə bilər, yalnız başlanğıc gedişlərində onlara iki xana hərəkət etməyə icazə verilir. Piyadalar qarşılarındakı bir xanada diaqonal olaraq rəqib daşını vura bilərlər. Onlar heç vaxt arxaya hərəkət edə bilməz və vura bilməzlər. Əgər piyadanın düz qarşısında başqa bir fiqur varsa, o həmin fiqurun yanından keçə bilməz və həmin fiquru vura bilməz.

3-cü Addım. Şahmatın xüsusi qaydalarını kəşf edin
Şahmatda bir-iki xüsusi qayda var ki, ilk baxışdan məntiqli görünməyə bilər. Onları oyun daha daha əyləncəli və maraqlı etmək üçün yaradıblar.

Şahmatda Piyadanı necə çevirməli?
Piyadaların başqa bir özəl bacarığı da bir piyadanın taxtanın başqa tərəfinə çatması zamanı başqa hər hansı bir şahmat daşına çevrilməsidir (piyadaların çevrilməsi adlanır). Bir piyada hər hansı bir daşa çevrilə bilər. Piyadaların yalnız daha öncə ələ keçirilmiş bir daşa çevrilməsi ilə bağlı yayılmış, ancaq yalnış bir düşüncə yaranmışdır. Bu doğru DEYİL. Piyadalar başlıca olaraq vəzirə çevrilir. Yalnız piyadalar başqa daşlara çevrilə bilir.

Şahmatdakı «keçiddə vurmanı» necə etmək olar?
Piyadalarla bağlı son qanun Fransızca «en passant» deyilən, bizim «keçiddə verma» kimi adlandırdığımız gedişdir. Əgər bir piyada ilk gedişində iki dama irəliləyərsə və bununla rəqib piyadalardan birinin yanına gəlirsə (başqa piyadanın onu ələ keçirmə imkanından qaçarsa), rəqip piyadanın yanına gələn piyadanı keçərkən ələ keçirmə haqqı var. Bu özəl gediş piyada ilk gediş etdikdən sonra edilməlidir, əks halda keçiddə vurma haqqı aradan qalxır. Bu çətin, ancaq önəmli qaydanı daha yaxşı anlamaq üçün aşağıdakı örnəyin üzərinə tıklayın.

Şahmatda necə qala qurmalı?
Daha bir özəl qayda isə qalaqurma adlanır. Bu gediş sizə iki önəmli işi eyni anda etmək imkanı verir: şahınızı güvənli damaya aparmaq (istəyə görə) və topunuzu küncdən götürüb, oyuna çıxartmaq. Oyunçu öz gedişində şahını yana doğru iki dama hərəkət etdirir və topu şahın hərəkət istiqamətinin əksində şahın yanına qoyur. (Aşağıdakı örnəyə baxın.) Ancaq qalaqurmanın yerinə yetirilməsi üçün aşağıdakı şərtlər olmalıdır:
— bu o şahın ən birinci gedişi olmalıdır
— bu o topun ən birinci gedişi olmalıdır
— şah və hərəkət etdiriləcək top arasında heç bir fiqur olmamalıdır
— şah hücum altında ola bilməz və hücum olan xanadan keçə bilməz.

Bir yana qalaqurma etdiyinizdə şahın taxtanın qırağına başqa yana edilən qalaqurmaya görə daha yaxın olduğuna diqqət edin. Buna «qısa qalaqurma» deyilir. Vəzirin oyuna başladığı damaya doğru qalaqurmaya «uzun qalaqurma» adı verilib. Hansı yana qalaqurma edilməsindən asılı olmayaraq qalaqurma zamanı şah hər zaman yalnız iki dama gediş edir.

4-cü Addım. Şahmatda ilk gedişi kimin etdiyini öyrənin
Ağ rəngli fiqurlarla oynayan oyunçu həmişə birinci başlayır. Ona görə də oyunçular hansı rənglə oynayacaqlarını püşklə, qəpik atmaqla, ya da bir oyunçunun digər oyunçunun əlində gizlədilmiş daşın rəngini güman etməsiylə müəyyən edirlər. Beləliklə ağlar, daha sonra isə qaralar gediş edir, daha sonra yenə ağlar və qaralar və bu oyunun sonunadək belə davam edir.

5-ci Addım. Şahmat oyununda qalib gəlməyin qaydalarını təkrarlayın
Şahmat oyununu bitirməyin 2 iki yolu var: mat olma, ya da heç-heçə ilə.

Şahmatda necə mat etməli?
Oyunun tələbi rəqibin şahını mat etməkdir. Bu, rəqibin şahına şah deyildiyi və rəqibin şahının bu basqıdan qaça bilmədiyi durumlarda baş verir. Bir şahın basqıdan qaça bilməsi üçün sadəcə üç yol vardır: Şah deyilməyən bir damaya oynamaq (ancaq qalaqurma edə bilməz!), başqa bir daşı araya qoyaraq basqını əngəlləmək, ya da şaha basqı edən daşı ələ keçirmək. Əgər bir şah, matdan kaça bilməzsə oyun bitər. Şahmatda belə durumda rəqib şah ələ keçirilməz, ya da taxtadan çıxarılmaz, sadəcə oyunun bitdiyi elan edilir.

Şahmatda necə heç-heçə etməli?
Bəzən şahmat oyunlarında qalib olmur və oyun heç-heçə ilə bitir. Şahmat oyununun heç-heçə bitməsi üçün 5 səbəb ola bilər:
1. Pozisiya o zaman pat olur ki, gediş sırası olan oyunçuya şah deyilməyib, ancaq onun edə biləcəyi qanuni gediş də yoxdur.
2. Oyunçular sadəcə heç-heçəyə razılaşa və oyunu dayandıra bilərlər
3. Mat etmək üçün taxtada kifayət qədər fiqur qalmayıb (məsələn: şah və fil şaha qarşı)
4. Eyni pozisiya üç dəfə təkrarlanarsa, oyunçu heç-heçə elan edir (bu pozisiyalar ard-arda olmaya da bilər)
5. Hansısa oyunçunun piyada hərəkət etdirmədiyi və ya fiqur vurmadığı əlli ardıcıl gediş edildi.

6-cı Addım. Əsas şahmat strategiyalarını öyrənin
Hər bir şahmat oyunçusunun bilməli olduğu 4 sadə şey var:

Şahınızı qoruyun
Taxtanın küncləri əsasən daha güvənli olduğu üçün şahınızı taxtanın künclərinə doğru aparın. Qalaqurmanı gecikdirməyin. Başlıca olaraq, bacardığınız qədər tez qalaqurma etməlisiniz. Unutmayın, əgər öncə siz mat olsanız, rəqibinizi mat etməyə nə qədər yaxın olduğunuzun heç bir önəmi qalmaz!

Fiqurları elə belə qurban verməyin
Daşlarınızı diqqətsizlikdən uduzmayın! Hər daş dəyərlidir və rəqibi mat etmək üçün daşlar olmasa heç bir oyunu uda bilməzsiniz. Hər şahmat daşının nisbi dəyərini izləmək üçün bir çox oyunçunun yararlandığı asan bir sistem var.

Şahmat daşlarının dəyəri nə qədərdir?
Piyada 1 xal dəyərindədir
At 3 xal dəyərindədir
Fil 3 xal dəyərindədir
Top 5 xal dəyərindədir
Vəzir 9 xal dəyərindədir
Şah sonsuz dəyərə malikdir

Oyunun sonunda bu xallar heç bir məna kəsb etmir — bu sadəcə olaraq oyun zamanı qərar verməyiniz üçün bir sistemdir, o sizə vurma, dəyişmə vəya başqa gedişləri nə vaxt etməyi bilməyə kömək edir.

Şahmat taxtasının mərkəzinə nəzarət edin
Mərkəzi öz fiqurlarınız və piyadalarınızla idarə etməyə çalışmalısız. Əgər mərkəzi idarə etsəniz, sizin fiqurlarınızı hərəkət etdirmək üçün daha böyük sahəniz olacaq və rəqibin fiqurları üçün yaxşı xanalar tapması çətinləşəcək. Yuxarıdakı nümunədə ağlar mərkəzi idarə etmək üçün yaxşı gedişlər etdiyi halda, qaralar zəif gedişlər edirlər.

Bütün Şahmat fiqurlarınızdan istifadə edin
Yuxarıdakı örnəkdə ağlar bütün daşlarını oyuna çıxartdı! Taxtanın ilk sırasında durarkən daşlarınız sizə heç bir fayda verməz. Daşlarınızın hamısını çıxartmağa çalışın ki, rəqib şaha basqı zamanı yararlanmaq üçün daha çox daşınız olsun. Bir, ya da iki daşla hücum etmək güclü rəqibə qarşı işə yaramaz.

7-ci Addım. Çox sayda oyun oynayaraq təcrübə qazanın
Sahmatda özünüzü gücləndirmək üçün edə biləcəyiniz ən önəmli iş bol şahmat oynamaqdır! Özünüzü gücləndirmək üçün yorulmadan oynamağınız gərəkdiyi üçün evdə yoldaşlarınızla, ailənizlə oynamağınız, ya da internet raqiblərlə oynamağınız arasında doğurdan da çox bir fərq yoxdur. Ancaq artıq internet şahmat oyunları tapmaq çox asandır! Rahatlıqla şahmat oynaya biləcəyiniz bir yer üçün bura tıklayın.

Şahmat variantlarını necə oynamalı?
Çoxlarının standart şahmat qaydaları ilə oynamaq istəməsinə baxmayaraq, dəyişiklikliklərlə oynamaq istəyənlər də var. Bunun üçün “şahmat variantları” var. Hər bir variantın öz qaydası var.

Şahmat 960 necə oynanılır?
Mümkün olan 960 yerdən təsadüfi birinə görə düzülən arxa sıradakı fiqurlardan başqa, standart şahmatın bütün qanunları Şahmat960-a da aiddir. Standart şahmatdakı kimi qala qurulur və Şah və Top yenə qalaqurmadan sonra həmişəki (g1 və f1, və ya c1 və d1) yerlərinə gedirlər. 960 da eyni standart şahmat kimi oynanılır. Fərq yalnız debütdə daha çox müxtəlifliyin olmasıdır.

Şahmat turnir qaydaları ilə necə oynamalı?
Çox turnir ortaq və bənzər qaydaları təqib edir. Bu qaydaların evdə vəya onlayn oynamaq üçün tətbiqi zəruri olmasa da onları təcrübə etmək istəyə bilərsiniz.

• Toxundun-Oyna — Əgər bir oyunçu daşlardan birinə toxunarsa və toxunduğu daşla bir gediş etmək olursa, oyunçu o daşla oynamalıdır. Əgər oyunçu rəqibin bir daşına toxunarsa, o daşı udmalıdır. Taxtadakı bir daşa yalnız düzəltmək üçün toxunmaq istədikdə, öncə «düzəldirəm» deyərək rəkibinə istəyini bildirməlidir.

• Saat və Zaman Sayğacları — Bir çox yarışmalarda hər gedişə deyil, hər oyuna başdan sonadək keçirilən zamanı ölçmək üçün sahmat saatları işlədilir. Bütün oyun üçün hər oyunçuya eyni vaxt verilir və oyunçular bu vaxtı necə keçirəcəklərini özləri düşünür. Bir oyunçu gediş etdikdə rəqibin saatını çalışdırmaq üçün bir düyməyə basır. Bir oyunçunun zamanı bitərsə və onun rəqibi zamanın bitdiyini bildirərsə, vaxtı bitən oyunçu oyunu uduzur (bu durumda rəqibin mat etmək üçün yetərli daşı yoxdursa, oyun heç-heçə ilə bitir).

Ən Çox Soruşulan Şahmat Sualları (FAQ)
Şahmatda daha yaxşı necə ola bilərəm?
— Qaydaları və sadə strategiyaları bilmək hələ başlanğıcdır — şahmatda öyrəniləsi o qədər çox şey var ki, siz onları bütün ömrünüz boyu öyrənə bilməzsiz! İnkişaf etmək üçün üç şey etməlisiz:
1. Çoxlu şahmat oynayın — Sadəcə oynamağa davam edin! Mümkün qədər çox oynayın. Hər oyundan öyrənməlisiniz — udduqlarınızdan da uduzduqlarınızdan da.
2. Study with chess lessons — If you really want to improve quickly then you should do some online chess lessons. You can find online chess lessons here.
3. Əylənin — Bütün oyunlarınızı udmasanız da həvəsdən düşməyin. Hər kəs uduzur — elə dünya çempionları da. Nə qədər ki, uduzduğunuz oyunlarla əylənməyə və öyrənməyə davam edirsiniz, siz hər zaman şahmatdan keyf alacaqsınız!

Şahmatda ən yaxşı ilk gediş hansıdır?
— Hər kəsin başlıca olaraq tək bir dənə ən yaxşı kimi gördüyü gediş olmasa da, bir an öncə taxtanın ortasını ələ keçirmək üçün çalışmaq önəmlidir. Bu da bir çox oyunçunun mərkəzdəki piyadalardan birini (yəni şahın, ya da vəzirin önündəki) iki dama irəliyə, dolayısıyla 1. d4, ya da 1. e4 gedişini oynamalarına gətirib çıxarır. Bəzi oyunçular 1. c4, ya da 1. Af3-ə üstünlük verir. Başqa gedişlərin çoxu bunlar kimi yaxşı deyil. Bobbi Fişer şah piyadasıyla 1. e4 oynamağın ən yaxşı açılış gedişi olduğunu düşünürdü.

Hansı rəng şahmatda birinci başlayır?
— Birinci gedişi həmişə ağ fiqurları olan oyunçu edir.

Piyada geri hərəkət edə bilər?
— Piyada geriyə gedə bilmir. Nə zaman ki, piyada taxtanın sonuna qədər irəlilədi, onda siz onu başqa fiqura (vəzir kimi) çevirməlisiniz. Onda həmin fiqur kimi gedişlər edər, və geriyə də qayıda bilər.

Bir dəfəyə iki fiquru hərəkət etdirmək olar şahmatda?
— Sizin gedişiniz olduqda bir şahmat daşı ilə yalnızca bir gediş edə bilərsiniz — ancaq bir ayrıcalıq var! Siz qalaqurma etdikdə bir gedişdə şah və topun hər ikisi ilə gediş edirsiniz.

Ən vacib şahmat fiquru hansıdır?
— Şah ən vacib şahmat fiqurudur. Əgər şahı itirsəniz bütün oyunu uduzmuş olursunuz. Amma vəzir ən güclü şahmat fiqurudur.

Şahmat nə vaxt kəşf edilib?
— Şahmatın mənbəyi dəqiq bilinməsə də, bir çoxları onun 2000 il əvvəl Hindistanda şahmata bənzər oyunlardan təkamül etdiyini düşünürlər. Bizim bildiyimiz şahmat oyunu 15-ci əsrdə Avropada məşhurlaşdığı dövrdən mövcuddur.

Şahmatın məqsədi nədir?
— Şahmat 64 xanalı, iki rəngin bir-birini əvəz etdiyi taxtanın müxtəlif tərəflərində oturan iki rəqib arasında oynanılan oyundur. Hər bir oyunçu 16 fiqura sahibdir: 1 şah, 1 vəzir, 2 top, 2 fil, 2 at və 8 piyada. Oyunun məqsədi rəqib şahını mat etməkdir. Mat o zaman baş verir ki, şaha hücum edilib (şah verilib) və onun xilas ola biləcəyi xana yoxdur.

Comments are closed, but trackbacks and pingbacks are open.