Ah və Mat
Şahın bir qanunu var, rəqib fiqurun gedə biləcəyi xanalara şah gedə bilməz, ya da orda dura bilməz. Yuxarıda göründüyü kimi şah, x-lanmış xanalara gedə bilməz.
Şahmat terminləri
Qambit — Tərəflərdən birinin (daha çox ağlar) mərkəzdə piyadaların inkişafını sürətləndirmək və ya piyada üstünlüyünə nail olmaq üçün maddi üstünlüyü (adətən piyadalar hesabına) qurban verdikləri debütlərin adı
- Latış qambiti — Şahmatda
1. e2-e4 e7-e5
2. Kg1-f3 f7-f5
gedişləri ilə başlanan debüt. K. Betinşemin başlanğıcı altında bu debütü təhlil edən Riqa şahmatçılarının şərəfinə adlandırılıb - Evans qambiti — şahmatda
1. e2-e4 e7-e5
2. Ag1-f3 Ab8-c6
3. Ff1-c4 Ff8-c5
4. b2-b4. gedişləri ilə başlanan debütdür. 1824-cü ildə ingilis V. Evans kəşf edib - Staunton qambiti — XIX əsrdə bu debütü ixtira edən məşhur ingilis şahmatçısının şərəfinə adlandırılmışdır
- Şah qambiti — Şahmatda
1. e2-e4 e7-e5
2. f2-f4.
gedişləri ilə başlanan debüt.Birinci olaraq Lopesin oyunlarında təsadüf olunur - Vəzir qambiti — Şahmatda
1. d2-d4 d7-d5
2. c2-c4. gedişləri ilə başlanan debüt. Qambitin ilk təhlilləri gettin əlyazmalarında, həmçinin şahmatçılardan Polerianın, Salvionun və Stammın oyunlarında təhlil edilir
Şah və Mat!
Bir fiquru almaq istəyirsinizsə, aldığınız fiqurun yerinə qoyursunuz öz daşınızı, təbii ki, hədəfdədirsə.
Fiquru fiqurun üstündən ataraq ala bilməzsiniz, dama ilə qarışdırmayın.
At başlarına bənzəyən fiqurlar AT ismini alır.
Yenə iki ağ və iki qara at vardır.
Oyuna topun yanında başlarlar.
At “L” hərfinə bənzər şəkildə hərəkət edir. Şəkilə diqqətlə baxın.
At qara xanadadırsa, ağ xanaya, ağ xanadadırsa, qara xanaya gedər həmişə.
Digər fiqurlar kimi, at da rəqib fiqurunu aldığı təqdirdə, yerinə qoyulur.
Digər fiqurladan fərqli olaraq AT adına uyğun olarak digər fiqurların üzərindən atlayır.
Yuxarı şəkildə göründüyü kimi, atın ətrafını 8 fiqur sarsa da, yenə də 8 yerə gedə bilər.
Yuxarıdakı şəkilə baxaraq, atın necə rəqib daşı aldığını görə bilərsiniz.
Sivri uclu atdan biraz uzun fiqurlar FİLLƏRDİR.
İki ağ və iki qara fil var.
Fil diaqonal olaraq istədiyi məsafədə hərəkət edər.
Başlarkən hər iki rəqibdə iki fil olur, ağ və qara xanalı fillər. Ağ xanalı fillər ağ dioqonal xətt üzrə, qara xanalı fillər isə qara diaqonal xətt üzrə hərəkər edər. BUNA DİQQƏT EDİN.
Fil də önündə öz komandasından fiqur olanda üzərindən atlaya bilmir. (Bu şahmatda sadərə ata məxsus keyfiyyətdir!)
Yuxarıdakı şəkildə AĞ XANALI AĞ FİL qaraların piyadasını ala bilər.
Yuxarıda filin rəqib fiqurlarını necə aldığını görürsünüz.
Yuxarıdakı şəkildə hər iki Vəzirin başlarkən durduğu yeri görürsünüz.
Vəzir həm fil kimi həm də top kimi hərəkət edə bilər. Taxtadakı ən güclü fiqurdur və mərkəzdəykən 27 xanaya gedə bilər.
Vəzir də öz komandasının üstündən atlaya bilməz yuxarıda gördüyünüz kimi, qara fiqurları isə digər fiqurlar kimi, Vəziri yerinə qoyaraq götürə bilərsiniz.
Yuxarıda vəzirin qara fiqurları necə aldığını görürsünüz.
Ağ Şah, Filin yanındakı QARA XANADA oyuna başlar.
Qara Şah Filin yanındaki AĞ XANADA oyuna başlar.
Şah ətrafında olan bütün xanalara sadəcə bir addım olaraq hərəkər edə bilər. Aşağı, yuxarı, sağa, sola və çarpaz.
Şah yanındaki bir xanadakı rəkib fiquru ala bilər.
Şahın bir qanunu var, rəqib fiqurun gedə biləcəyi xanalara şah gedə bilməz, ya da orda dura bilməz. Yuxarıda göründüyü kimi şah, x-lanmış xanalara gedə bilməz.
Burda şah filin hərəkət istiqamətində olan xanalara gedə bilməz.
Ağ və qara şahlar arasında həmişə 1 xana məsafə olmalıdır. ŞAH ŞAHLA ÜZ-ÜZƏ DURA BİLMƏZ!
Burda ağ şah, qara şahla üz-üzə gələ bilməz, onun üçün V xanasına gedə bilər sadəcə.
PİYADALAR
8 ağ və 8 qara piyada vardır.
Piyada mövzusu biraz qarışıqdır, ona görə diqqətlə izləyin!
İlk piyada, heç tərpənməmiş olan piyada istəyə görə bir və iki xana İRƏLİ hərəkət edə bilər.
İlk həmlədən sonra piyada sadəcə bir xana irəli gedə bilər.
Bu vəziyyətdə iki rəqib piyada tıxacdadır, hərəkər edə bilmirlər.
Piyada çarpaz olaraq rəqib daşını vurar amma düz hərəkər edər. Yuxarıdakı şəkildə ağ piyadanın 3 həmlə etməsi var, ya sağ çarpaz və sol çarpazdakı rəqib piyadanı vuracaq, ya da düz gedəcək. (PİYADA GERİ HƏRƏKƏT ETMƏZ!)
Piyadanın elə də güclü olmadığını düşünə bilərsiniz, amma piyadaların heç bir fiqura xasolmayan ən böyük özəlliyi var. Belə ki, piyadanı taxtanın sonuna qədər irəlilədə bilsəniz, ŞAHDAN BAŞQA istədiyiniz fiquru-at, fil, top və vəziri seçib həmin xanaya qoya bilərsiniz.
Biraz çətin prossesdən biri də piyadanın KEÇİDDƏ GÖTÜRMƏsidir. Əgər yuxarıdakı kimi, 5-ci xəttdə piyadanız varsa, və rəqibiniz onun yanından iki həmlə irəli gedərsə, bu piyadanı sanki bir xana irəlilətmiş kimi ala bilərsiniz.
Şahmat, nərd, domino və bilyardın hökmü
Bismillahir Rəhmanir Rəhim
Hər bir mükəlləfə (ağıllı və həddi-büluğa çatmış şəxsə) vacibdir ki, Allahın əmrlərinə itaət etsin. İstər bu əmr, “namaz” kimi edilməsi vacib olan bir əmələ olsun, istər “zina” kimi edilməsi haram olan bir əmələ olsun fərq etməz. Çünki hər bir vacib və haram olan əməldə bir əmr və qadağa vardır. Vacibdə (namazda) olan əmr o işi yerinə yetirməyi (qılmağı), qadağa isə o işi tərk etməməyi (qılmamağı) tələb edir. Haramda (zinada) olan əmr isə o işi tərk etməyi (zina etməməyi), qadağa isə o işi etməməyi (zinadan uzaq durmağı) tələb edir. Hər iki halda, itaət edilmədiyi təqdirdə günaha mürtəkib olmuş olar. Qiyamət günündə isə edilən hər bir xeyir və günah əmələ görə bir qarşılıq vardır. Necə ki, Allah təbarəkə və taala Zəlzələ surəsinin 7 və 8-ci ayələrində belə buyurur:
فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ
“Hər kim (dünyada) yaxşı bir iş görmüşdürsə, onu (onun xeyrini, mükafatını) görəcəkdir. Hər kim (dünyada) pis bir iş görmüşdürsə, onu (onun zərərini, cəzasını) görəcəkdir”.
Qurani-Kərimə baxdıqda görürük ki, günahlar iki qismə bölünür:
1: Böyük günahlar
2: Kiçik günahlar
Buna dəlil olaraq Nisa surəsinin 31-ci və Nəcm surəsinin 32-ci ayəsini nəzərinizə çatdırmaq istəyirik:
إِن تَجْتَنِبُواْ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّئَاتِكُمْ
“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz də sizin kiçik günahlarınızın üstünü örtərik”.
الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ
“Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və çirkin əməllərdən çəkinirlər”.
Sual:
Günahların iki qismə bölünməsinin səbəbi bu iki ayədən açıq-aşkar şəkildə aydın olur. Bəs görəsən böyük günahlarla kiçik günahlarındakı fərq nədir? Hansı günahlara böyük günah deyilir?
Cavab:
Alimlər (Allah onlardan razı olsun) buyururlar ki, böyük günah o günaha deyilir ki, Allah təbarəkə və taala Qurani-Kərimdə o günah barəsində əzab vədəsini vermişdir. Həmçinin o günahlar ki, müqəddəs şəriətimizdə onları etməyin müqabilində müəyyən hədlər (cəzalar) təyin olunmuşdur. Məsələn; oğurluq etməyin müqabilində əlin kəsilməsi, zina edən şəxsin qətlə yetirilməsi və s.
Böyük günahlardan biri də qumardır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Bəqərə surəsinin 219-cu ayəsində belə buyurur:
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ
“(Ey Rəsulum!) Səndən xəmr (məstedici içki) və məysir (qumar) haqqında soruşanlara de: “Bunların hər ikisində də böyük günah vardır”.
“القمار”- “Əl-qumar” sözünün lüğətdəki mənası “udub-uduzmaq”-dır. Bu ayədə Allah təbarəkə və taala qumarı “məysir” adlandırmışdır. Məysir sözü “اليسر”-“Əl-yusr” (asanlıq) kəlməsindən tutulmuşdur və qumarın hər bir növünə şamil olur. Bu kəlmədən tutulmasının da səbəbi isə bundan ibarətdir ki, qumar oynanılan zaman heç bir çətinlik və əziyyət olmadan, çox asanlıqla qarşı tərəfin malı əlindən alınmış olur.
Bu barədə imam Rza (ə) buyurur: “Hər o şey ki, onunla udub-uduzmaq üçün oynanılır, o məysirdir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 323”.
Qumarın yaratdığı fəsadlardan biri də insanlar arasında ədavət və düşmənçilik yaratmaq, Allahın zikrindən və namazdan uzaqlaşdırmaqdır. Necə ki, Allah təbarəkə və taala Qurani-Kərimdə Maidə surəsinin 91-ci ayəsində bu barədə belə buyurur: “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”
Ayədəki kin və ədavəti mülahizə edək:
Qumar oynayan şəxs ya qazanır ya da uduzur. Qazandığı təqdirdə onun müsahibi olan, yəni uduzan şəxsin qəlbində ona qarşı kin və ədavət baş qaldırır. Çünki günlərini, aylarını və ya illəri sərf edərək əziyyətlə qazandığı mal, qarşılığında heç bir şey olmadan bir anda əlində çıxır. Bir halda ki, istəsə belə həmin anda əldən çıxan malını geri qaytara bilməz. Bunun nəticəsində də, qəlbində daim ona (onu udan şəxsə) qarşı kin və ədavət bəsləmiş olur. Uduzduğu təqdirdə isə eynilə udduğu şəxsin ona bəslədiklərini o da ona qarşı bəsləmiş olur. Bəzən də elə olur ki, qumar məclislərinin axırı qəzəb, ehtiramsızlıq, söyüş, dava və nəhayətdə ən pisi olan ölümlə nəticələnir.
Qumar oynamağın haram olmasını ayə və hədisdən gördük. Yazmaq istədiyimiz əsas mövzu isə şahmat, nərd, domino və bilyard barəsindədir. Bu mənada ki, bunların qumar olmasını və bunlarla oynamağın hədis və şəriət baxımından halal və ya haram olmasını araşdıracağıq.
Şahmat və nərd barəsində hədislər
Hədis 1:
Əmirul-muminin Əli (ə) buyurur:
“Nərd və şahmat, hər ikisi də məysirdir (qumardır)”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 324”.
Hədis 2:
İmam Sadiq (ə) buyurur:
“Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) nərd və şahmat oynamağı qadağan etmişdir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 325”.
Hədis 3:
İmam Baqir (ə) buyurur:
“Nərd və iki şah oyunu (şahmat) sahibinin şəhadəti (şahidliyi) qəbul olunmaz”.
Mənbə: “Vəsailuş-şiə, cild 27, səh 380”.
Hədis 4:
İmam Sadiq (ə) buyurur:
“Şahmat batil əməllərdəndir”.
Mənbə: “Vəsailuş-şiə, cild 17, səh 318”.
Hədis 5:
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
“Hər kim nərd oynayarsa, Allaha (c.c) və onun Rəsuluna (s) qarşı günah etmişdir”.
Mənbə: “Camiu əhadisuş-şiə, cild 17, səh 213”.
Bu hədislərdən əlavə bir çox hədislər də vardır ki, onlar şahmat və nərdin qumar və haram olmasını bizlərə çatdırır. Lakin domino və bilyard barəsində hədislər olmadığına görə, onların hökmünü fəqihlərin rəyləri əsasında qeyd edəcəyik. Əvvəlcə şahmat, nərd və domino barəsində, daha sonra isə bilyardın hökmünü nəzərinizə çatdırmaq istəyirik:
Şahmat, nərd və domino oynamağın hökmü
Ayətullah Əbul-Qasim Xoyi
Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Həmçinin bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamaq belə haramdır. Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.
Mənbə: “Minhac, cild 2, məsələ 19”.
Ayətullah Seyyid Sistani
Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ən güclü fikrə əsasən şahmat və nərd bu cür oynanılsa haramdır. Hətta bu iki oyundan (şahmat və nərddən) başqasında (domino və bu kimi qumar alətlərində) belə ehtiyat tərk olunmamalıdır. (Yəni, vacib-ehtiyata əsasən domino və bu kimi qumar alətlərilə oynamaq haramdır). Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.
Mənbə: “Minhac, cild 2, məsələ 22”.
Şahmat, domino və nərd kimi qumar alətlərilə, qarşılığında bir şey olduğu və həmçinin olmadığı halda belə oynamaq haramdır.
Mənbə: “Əl-fətaveyil-muyəssərə, həvariyyətut-ticarə”.
Ayətullah Vəhid Xorasani
Qumar oynamaq üçün hesablanmış olan şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə, qarşılığında bir şey olan halda oynamaq haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur. Amma bu dediklərimizlə (şahmat, dumilə (domino), nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə, ehtiyat-vacibə əsasən haramdır. Bu ehtiyat, şahmat, nərd və on dörd oyunu barəsində daha çox təkid olunur. Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə, əgər qarşılığında bir şey olarsa haramdır. Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır. Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa, bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır. Amma qarşılığında bir şey olmasa, bu cür oynamaq icazəlidir.
Mənbə: “Muntəxəbul-minhac, məsələ 19”.
➖➖➖➖➖
Vəssələmu ələykum və rəhmətullah
zəhmət olmazsa paylaşaq
Comments are closed, but trackbacks and pingbacks are open.