Şahmat dərsliyi
Hazırda 491 ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində 120 min şagird əhatə olunmaqla “Şahmat” fənni tədris olunur. Bununla əlaqədar həmin fənnin tədris planı və proqramı, “Şahmat-2”, “Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün “Şahmat” dərsliyi, “Zirvəyə doğru” adlı metodik vəsait hazırlanaraq pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə verilib, “Şahmat” fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib. Təhsil Nazirliyi tərəfindən “Şahmat” fənni tədris olunan bütün ümumtəhsil məktəblərində monitorinq keçirilib, ehtiyaclar müəyyən edilərək təhsil müəssisələri müvafiq şahmat avadanlıqları və ləvazimatları ilə təmin olunub.
Şahmat dərsliyi
Məhsul kodu: 9766
14.9 AZN
11.9 AZN
Qısa məzmun
Məlum olduğu kimi, Azərbaycan şahmatçıları öz taktiki bacarıqları ilə daima dünya şahmatında fərqləniblər. Bu, şahmat ənənələrimizdən gələn bir xüsusiyyətdir. Kitabın ölkəmizin şahmat ənənələrimizi özündə daşıyan şahmat mütəxəssisi tərəfindən hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Kitabda toplanan materialların seçilmə formatı unikaldır. Hər bir şahmatçının rəqib şahı ətrafındakı həyata keçirdiyi taktiki zərbələr onun özünə xüsusi zövq verir və unudulmaz oyunları sırasında yerini tutur. Nəzərə alsaq ki, kitab tamamilə şahın ətrafında həyata keçirilən həlledici taktiki zərbələri əhatə edir, bu zaman onun əhəmiyyətini təsəvvür etmək çox da çətin deyil. Taktiki bacarıqları yeni formalaşan şahmatçılar üçün bu kitabın lazımlı olacağını, eyni zamanda, gənc şahmatçılarda şahın üzərinə hücumun məntiqi sonluqla başa çatdırılması bacarıqlarına müsbət təsir edəcəyini düşünürəm. Şahın ətrafında tətbiq olunan 1300 sayda həlledici taktiki zərbəni işləmiş şahmatçının tipik vəziyyətlərdə daha dəqiq və soyuqqanlı olacağından əminəm.
Şahmatçılarımız uzun illər ərzində fərqli ölkələrdən olan müəlliflərin fərqli dillərdə olan şahmat materiallarından istifadə edirlər. Ümid edirəm ki, müəllifin bu təşəbbüsü davamlı olacaq və digər mütəxəssislərimiz tərəfindən də davam etdiriləcək.
Çatdırılma şərtləri
Metrodaxili 2 AZN Şəhərdaxili 3 AZN Sumqayıt və ətraf ərazilər 5 AZN Bölgələr Bir kitab : 3.5 AZN İki kitab : Hər kitaba görə 2.5 AZN Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN Beş – yeddi kitab : Hər kitaba 1.5 AZN Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN
Şahmat dərsliyi
TN rəsmisi: “Şahmatın tədrisi uşaqların intellektual qabiliyyətlərinin inkişafına səbəb olacaq”
“Ümumtəhsil məktəblərində şahmat fənni ölkənin hər rayon və şəhərində bir neçə orta məktəbdə, eyni zamanda keçən il pilot kimi seçilmiş məktəblər də daxil olmaqla, ikinci və üçüncü sinif şagirdlərinə tədris olunacaq”. Bu sözləri Modern.az saytına açıqlamasında Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib. O, artıq şahmat dərsliklərinin hazır olduğunu bildirib.
“2011-ci ilin dekabrında təhsil nazirinin əmri ilə 2012-ci ilin yanvarından etibarən hər rayondan bir seçmə məktəb olmaqla pilot layihə kimi şahmatın fənn kimi tədrisinə başlanılıb. Buna maraq üçün ayrılan kurslardan bir saat ayrıldı. Ölkənin 75 ümumtəhsil məktəbində şahmat fənn kimi tədris olundu. Həmin fənni keçən müəllimlər üçün təlim seminarları təşkil edildi, şagirdlər üçün dərs vəsaiti hazırlandı. Toplanmış təcrübə əsasında, nəticələr də ümumiləşdirilərək, şagirdlərin şahmata böyük maraq göstərdiyi qeydə alınıb. Ümumiyyətlə, şahmatın intellektual oyun olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi belə bir qərara gəldi ki, həmin fənnin tədrisi daha da genişləndirilsin. Artıq cari tədris ilindən şahmat hər rayon və şəhərdən təxminən 3, yaxud 5 məktəb olmaqla və keçən ilki seçilmiş məktəblər də qalmaq şərti ilə təxminən 25 min məktəblini əhatə edən fənn kimi tədris olunacaq”, – deyə şöbə müdiri bildirib.
A. İbrahimov bildirib ki, şahmat fənni seçilmiş məktəblərin ikinci və üçüncü siniflərində tədris olunacaq. “Bununla əlaqədar artıq təhsil nazirinin əmri var, müvafiq qurumlara tapşırıqlar verilmiş və hazırda 3-cü sinif üçün şahmat dərsliyi hazırdır, 2-ci sinif şahmat dərsliyi üzərində isə iş davam etdirilir. Eyni zamanda Təhsil Nazirliyinin əmri “Azərbaycan müəllimi” qəzetində artıq dərc olunub və bu əmrə əsasən avqust-sentyabr aylarında həmin fənni tədris edən müəllimlər üçün tədris seminarları da təşkil olunacaq”.
Şöbə müdiri hazırda həmin məktəblərdə dərs deyiləcək müəllimlərin seçildiyini vurğulayıb. A. İbrahimovun sözlərinə görə, şagirdlər üçün ayrılan vəsait də onların hazırlıq səviyyələrinə uyğun hazırlanıb. “Ümumiyyətlə, Azərbaycanda şahmatın təbliği ilə bağlı böyük işlər görülür. Artıq bir neçə ildir ki, Həmkarlar Konfederasiyası müəllimlər arasında şahmat üzrə yarışları keçirir. Şəhər və rayonlarında müxtəlif dərəcəli şahmat müəllimləri var. Gələcəkdə isə böyük ehtimalla, müvafiq təlim modullarından keçmiş ibtidai sinif müəllimlərinin özləri bu fənləri tədris edəcəklər. Artıq bu istiqamətdə artıq hazırlıq işləri gedir”.
Təhsil Nazirliyi rəsmisi qeyd edib ki, şahmat dərsi həftədə bir saat tədris olunacaq və ümumtəhsil məktəblərində fənn şahmatın 2 və 3-cü səviyyələrinə uyğun olaraq tədris olunur.
“Gələcəkdə çox böyük marağı olan, yəni tədris prosesində istedadı olan şagirdlər müəllimlər tərəfindən şahmat məktəblərinə yönləndiriləcək. Şahmatın tədrisi uşaqların intellektual qabiliyyətlərinin inkişafına səbəb olacaq. Yəni tədrisdə əsas məqsəd odur ki, uşaqların beyinləri, yaradıcılıqları inkişaf etsin”.
A. İbrahimov ümumtəhsil məktəblərinin şahmat avadanlıqları ilə təchizatının təhsil şöbələri tərəfindən aparıldığını deyir. “Rayon şahmat məktəbləri kifayət qədər texniki avadanlıqlarla təmin olunub və təhsil şöbələri hər məktəbdə bir otağı şahmatın tədrisini ayırıb. Məcburi tədris olunan bu fənn üçün şərait və kadr potensialını nəzərə alaraq təhsil şöbələri məktəbləri seçiliblər.
Təhsil nazirinin indi verdiyi əmrə əsasən il boyu o tədrisin vəziyyəti öyrəniləcək və rəhbərliyə məruzə olunacaq. Onun əsasında artıq növbəti il üçün müvafiq qərarlar qəbul oluncaq”, – deyə şöbə müdiri vurğulayıb.
Təhsil Nazirliyindən “Şahmat” fənninin tədrisi ilə bağlı AÇIQLAMA
Təhsil Nazirliyi orta məktəblərdə “Şahmat” fənninin tədrisi ilə bağlı açıqlama verib.
Day.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, şagirdlər arasında şahmatın geniş təbliğ edilməsi, bu idman növünə meyl və marağın gücləndirilməsi məqsədilə Beynəlxalq Şahmat Federasiyası, Azərbaycan Şahmat Federasiyası və Təhsil Nazirliyi arasında imzalanmış birgə memoranduma əsasən “Şahmat” fənni ümumtəhsil məktəblərinin tədris fənləri sırasına daxil edilib. Bu qərar qəbul edilərkən şahmatın zehni fəaliyyəti, yaddaş və intellekti inkişaf etdirməsi, şagirdlərdə qətiyyətlilik, mübarizlik, soyuqqanlılıq, sağlam rəqabət kimi keyfiyyətləri formalaşdırması, sağlam həyat tərzinə zəmin yaratması və digər arqumentlərə istinad edilib.
2012-ci ildən başlayaraq pilot layihə kimi hər rayon və şəhərdən seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində “Şahmat” fənninin tədrisinə başlanılıb, sonradan layihənin əhatə dairəsi genişləndirilib.
2016-2017-ci tədris ilində respublikanın 493 məktəbinin 4733 II-IV siniflərində 105502 şagirdə “Şahmat” fənni tədris olunub.
Hazırda 491 ümumtəhsil məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində 120 min şagird əhatə olunmaqla “Şahmat” fənni tədris olunur. Bununla əlaqədar həmin fənnin tədris planı və proqramı, “Şahmat-2”, “Şahmat-3” elektron dərs vəsaitləri, 2-ci, 3-cü və 4-cü siniflər üçün “Şahmat” dərsliyi, “Zirvəyə doğru” adlı metodik vəsait hazırlanaraq pilot ümumtəhsil məktəblərinə və şahmat məktəblərinə verilib, “Şahmat” fənnini tədris edən müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib. Təhsil Nazirliyi tərəfindən “Şahmat” fənni tədris olunan bütün ümumtəhsil məktəblərində monitorinq keçirilib, ehtiyaclar müəyyən edilərək təhsil müəssisələri müvafiq şahmat avadanlıqları və ləvazimatları ilə təmin olunub.
Hazırda Təhsil Nazirliyi sistemində 70-dən çox idman məktəbində şahmat bölməsi fəaliyyət göstərir. Bu məktəblərdə 19 minə yaxın məktəbli bu qədim oyunun sirlərinə yiyələnir.
Nazirlikdən əlavə edilib ki, “Şahmat” fənninin tədrisinin gələcək dərs illərində də davam etdirilməsi nəzərdə tutulub.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Comments are closed, but trackbacks and pingbacks are open.