Ahəng qanunu
O-O ahəngi Azərbaycan dilində o-u saitlərinin sıralanması şəklində də müşahidə olunur: porsox (Axısqa türk dili) – porsux (Azərbaycan dili); oroc (Axısqa türk dili) – oruc (Azərbaycan dili); xoroz (Axısqa türk dili) – xoruz (Azərbaycan dili).
Fonetik hadisə və qanunlar
Dilin digər cəhətləri kimi, fonetik quruluşunda da bir sıra hadisə və qanunlar mövcuddur. Bunlardan ədəbi dildə sabitləşənləri qanun hesab edilir. Danışıq dilində işlənərək ədəbi dildə qanuniləşməyənləri isə hadisə adlanır.
Dildəki fonetik hadisə və qanunlar hər bir dilin öz milli xüsusiyyətlərinin əsasında yaranır. Bu hadisə və qanunların dildə rolu çox böyükdür. Xüsusi ilə də başqa dillərdən alınan sözlərin ümumxalq dilinə uyğunlaşdırılmasında fonetik hadisə və qanunlar çox mühümdür. Yəni ki, bəzi alınma söz dilin tələblərinə uyğun gəlmədikdə ona yeni səs artırılır, və ya əksinə, bu və ya başqa səs ixtisar edilir, yaxud dəyişdirilir və s.
Müasir Azərbaycan dilinin də bir sıra fonetik hadisə qanunları var. Bu hadisələr qanunauyğun şəkildə, müxtəlif dövrlərdə və zaman – zaman əmələ gəlmişdir.
Müasir Azərbaycan dilindəki fonetik hadisə və qanunlar bunlardır:
- assimilyasiya,
- dissimilyasiya,
- səsartımı,
- səsdüşümü,
- yerdəyişmə,
- ahəng qanunu,
- cingiltiləşmə qanunu.
Assimilyasiya:
Səslərin məxrəc və akustik cəhətdən bir-birinə yaxınlaşıb uyğunlaşmasına assimilyasiya deyilir. Məsələn, sən sözünü götürək. Bu sözə -dən şəkilçisi artırıldıqda sözün sonundakı n səsinin təsiri ilə şəkilçinin əvvəlindəki d səsi n səsinə keçir. Buna görə də həmin söz səndən əvəzinə, sənnən şəklində tələffüz edilir.
Assimilyasiya hadisəsi bir sıra səbəblərlə əlaqədar olaraq meydana çıxır. Bu hadisəsəslərin formalaşmasında, xüsusən fəal iştirak edən bu və ya digər üzvün bir vəziyyətdən başqa bir vəziyyətə keçməsi ilə yaranmış olur. Assilimiyasiyanın əmələ gəlməsində dilin, səs tellərinin və damaq pərdəsinin bir səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməsinin xüsusi rolu var. Yəni ki, bunlardan, məsələn, dil birinci səsin tələffüzündə düşdüyü vəziyyətdən dəyişilə bilməyəndə assimilyasiya hadisəsi törəyir.
Dissimilyasiya:
Sözdəki eynicinsli səslərin birinin digərinə təsir edərək onu başqa səsə çevirməsi hadisəsinə dissimilyasiya deyilir. Məsələn, sararmaq və qararmaq sözlərinə nəzər yetirək.
Çəmənlər, bağçalar, bağlar sararsa,
Fəzalar dönərək sular qararsa,
Hər şeyi bir ölüm qorxusu sarsa
Əyilməm bir daha… bir həvəs məni….
Bu misalda sararsa və qararsa sözləri sarı və qara sözlərinə – raq şəkilçisi artırılmaqla düzəldilmişdir.
Ancaq sonradan həm sararmaq, həm də qararmaq sözlərin-dəki birinci r səsi ikinci r səsinə təsir edərək onu I səsin çevirmiş və buna əsasən də hazırda həmin sözlər saralmaq, qaralmaq formasında deyilir.
Azərbaycan dilindəki dissimilyasiya hadisəsi öz istiqaməti və sözdəki yerinə görə irəli və geri, yaxın və uzaq olur.
Sözdəki qonşu səslərin bir-birinə təsiri nəticəsində yaranan dissimilyasiya yaxın dissimilyasiya adlanır. Məsələn, hammal sözündəki birinci m səsi —qonşusu” olan ikinci m səsinə təsir edib, onu b səsinə çevirir. Bunə səbəbdən də həmin söz hammal yox, hambal formasında tələffüz olunur.
Səsartımı
Azərbaycan dilinin təbiətinə görə sözdə əgər iki sait, yaxud eyni hecada iki və daha artıq samit yanaşı işlənmir.Elə buna görə də sonu saitlə bitən sözlərə saitlə başlayan şəkilçi qoşulduqda iki sait arasına müəyyən bir samit artırılır ki, buna da səsartımı deyilir.
Azərbaycan ədəbi dilində sözlərə artırılan samitlər bunlardır: n, y, s.
Səsdüşümü
Sözdən bu və ya digər səsin düşməsinə səs düşümü (eliziya) deyilir. Səsdüşümü həm saitlərdə, həmçinin də samitlərdə müşahidə olunur. Ancaq saitlərə nisbətən, samitlərin söz tərkibindən düşməsi azdır.
Azərbaycan ədəbi və danışıq dilində səsdüşümü hadisəsi müxtəlif şəkillərdə özünü göstərir.
Ədəbi dil üçün xarakterik olan səsdüşümü hadisəsi iki vəziyyətdə özünü göstərir: 1) sözlə şəkilçilərin birləşməsi, 2) sözlərin yanaşmasında.
Səs yerdəyişməsi
Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə yerdəyişmə (metateza) deyilir; məsələn:
Layihə — lahiyə — (yh — hy)
Torpaq — topraq — (rp — pr)
Fərhad — Fəhrad — (rh — hr)
Yanlış — yalnış — (nl — ln)
Məşhur — məhşur — (şh — hş) və s.
Yerdəyişmə dilimizdə elə də geniş yayılmamışdır. Bu, əsasən, danışıq dili üçün xarakterikdir.
Ahəng qanunu
Fonetikanın əsas qanunlarından biri ahəng qanunudur. Ahəng qanunu bütün türk dillərinin əsas qanunudur. Bu qanuna görə. sözün ilk hecası incə saitlidirsə, sonraki saitlər də incə, qalın saitlidirsə, sonrakı saitlər də qalın olmalıdır. Sözdə qalın və ya incə saitlərin bir birini izləməsinə ahəng qanunu deyilir.
Cingiltiləşmə qanunu
Müasir Azərbaycan ədəbi dilindəki fonetik qanunlardan biri də cingiltiləşmə qanunudur. Digər fonetik hadisələrdən fərqli olaraq, ahəng qanunu kimi, cingiltiləşmə də dildə sabitləşdiyi üçün qanun şəklinə düşmüşdür.
Sözdə kar samitin öz yerini cingiltili samitə güzəşt etməsinə cingiltiləşmə qanunu deyilir. Cingiltiləşmə sonu kar samitlə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi qoşulduqda baş verir.
Ahəng qanunu
Bu qanun Axısqa türklərinin dilinin fonetik quruluşunda əsas yerlərdən birini tutur. Sözlərin əksəriyyətində, həm türk mənşəli, həm də alınmalarda saitlər arasında möhkəm bir qanunauyğunluq vardır. Sözlərdə qalın saitlər qalın saitləri, incə saitlər incə saitləri izləyir.
a) Qalın saitlərin bir-birini izləməsi: saux-sazax, qılıc, balta-xızar, tavux-çuçullar, ayaxyalın, puvar, mal-tavar, kortluğ, urba, boxça, bayaz, lazut, lobya və s.
b) İncə saitlərin bir-birini izləməsi: ətmək, kütən (kotan), güvəc, tərək, gəmük, yəməni, kömlək, küfə, tələng, mənəmşə, məndil və s.
Ahəng qanunun pozulması halları da müşahidə olunur. Bu hala düzəltmə sözlərin sonunda daha çox rast gəlmək olur. Belə ki, kök sözlərə artırılan leksik və ya qrammatik şəkilçilər əvvəlki səslərlə uyğunluq, ahəngdarlıq yaratmır, incə saitdən sonra incə, qalın saitdən sonra qalın sait gəlmir. Beləliklə, ahəng qanunu pozulmuş olur. Məsələn: həm suçli, həm gücli (əski söz); Tava dəlux, tas dəlux, bu da gəldi üstəlux (əski söz): Zorun var isə, zurnaçibaşi ol (əski söz): Tağlari karladilər, yollari bağladilər (mani) və s.
Bu cümlələrdəki suçli, dəlux, zurnaçibaşi, tağlari, yollari sözlərinin sonuna doğru sait səslərdə keyfiyyətcə dəyişiklik əmələ gəlmiş, arxa cərgə saitlərindən sonra ön cərgə saitləri işlənmişdir. Bu qanunun pozulması bir neçə amillərlə bağlıdır: Axısqa türklərinin yazısı uzun müddət gürcü əlifbası ilə işləndiyindən bu dilin səslərini yazıda əks etdirmək çətin idi, belə bir çətinlik ilə sözlərdə saitlərin ahəngini pozurdu. Həmin xüsusiyyət Azərbaycan yazısının uzun zaman ərəb əlifbası ilə işləndiyi dövrlərdə də olmuş, klassiklərin əsərlərində də müşahidə olunmuşdur.
Yaddilli əlifbadan istifadə nəticəsində sözlərin sonuna artırılan leksik və ya qrammatik göstəricilərdə çoxvariantlılıq formalaşmamış, yalnız şəkilçilərin bir variantından istifadə olunmuşdur. Çoxvariantlı şəkilçilərin isə ön cərgə saitlərindən ibarət olan formaları işlək olmuş və Axısqa türklərinin dilində geniş yayılmışdır. Bu xüsusiyyət həmin əhalinin dilində bir sıra fonetik hadisələr də törətmişdir. Belə hadisələrdən biri İ-ləşmə hadisəsidir. Bu hadisə söz köklərinə i, li, çi və s. birvariantlı şəkilçilərin artırılması ilə əmələ gəlir.
a) Birvariantlı i şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: yazi, oğli, kızi, sözi, puvari, kurdi, furuci, pantasi, avisi və s.
Bu dərənin yazi gəlsin,
Oğli gəlsin, kızi gəlsin,
İlham alan yürəgimin
Bin hekmetli sözi gəlsin (cabir Xalidov);
Dupduri puvari haxlıma gəldi (İlim Şahzadayev);
Gezərdi içində avisi, kurdi,
Pantasi, füruci, haxlıma gəldi (İlim Şahzadayev).
b) Birvariantlı li şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: qarli, buzli, yanuxli və s.
Qarli – buzli dağlar haxlıma gəldi (İ.Şahzadayev);
Yanuxli hava idi.
v) Birvariantlı çi şəkilçisinin söz köklərinə artırılması nəticəsində ahəng qanununun pozulması: zurnaçi, yabançi, avçi və s.
Zurnaçi zurnasıni vaqonun nəfəsluğundan çıxardıb vətən dağlarına doğri səsləndüriyerdi (“Vətən eşqi” qəzeti, noyabr 1992-ci il); Yaprax uldi kuçuk yürək bədəndə, Vətənsizəm – yabançiyam hər yerdə (Xeyransa Mirzəyeva); Biz quş idux uçaridux havada, Avçi vurdu düşürtdilər yuvadan (Musiqi folkloru) və s.
Axısqa türklərinin dilində ahəng qanununun pozulması faktlarından biri də burada dodaq səslərinin üstünlüyüdür. Bu, danışıq dilindən gələn bir xüsusiyyət kimi qeyd edilə bilər. Aşağıdakı nümunələrdə dodaq səslərinin üstün mövqeyini görə bilərik: Elə ondaykən adıni «ayrilux havası» qoydilər («Vətən eşqi» qəzeti, noyabr 1992-ci il), Üstiaçux bir maşin də qapının ağzıni kəsdürmişdi, bilmam ki, sahabsızlux yüzündənmi, nadansa bu yollar olduxca narahat olmişdi (“Vətən eşqi” qəzeti, noyabr 1992-ci il).
Dodaq səslərinin üstünlüyü, əsasən, lux şəkilçisinin təkvariantlılığı ilə əlaqəlidir. Ümumiyyətlə, bu məsələlərin öyrənilməsi həmin dildə ahəng qanununun pozulması faktı ilə yanaşı, orfoqrafik vəziyyətin də aydınlaşdırılmasına xeyli kömək edə bilər.
Axısqa türklərinin dilində eynicinsli saitlərin bir-birini izləməsi aşağıdakı ardıcıllıqla baş verir:
1. Dilarxası saitlərinin ahəngi. a-a: bayaz, dava, balta, qatar. Dilarxası saitlərin ahəngi bə”zən pozula bilir: yanux, acux, artux, maşinə.
Axısqa türklərinin dilindəki a-u sırası bə”zən Azərbaycan dilindəki o-u sırasına uyğun gəlir: tavux (Axısqa türk dili) – toyuq (Azərbaycan dili). İlk hecada a saitinin dəyişərək o saitinə keçməsi, ümumiyyətlə, ahəng qanununda paradoksal vəziyyətdir [72, s. 54].
I-I ahəngi Axısqa türklərinin dilində pozulur, ikinci səsi “i” əvəz edir: cırdi, çıxdi və s.
Alınma sözlərdə isə ı – ı ahəngi bə”zən gözlənilir. Məsələn: sıhır (sehr). Fələk bizi sıhırlamiş, bağlamiş, Bu sıhıri açamadım, Vətənim (M.Paşali oğli).
2. Dilönü saitlərin ahəngi. ə-ə: zəmzəm, vətən, ətməg, dədə, nənə, dərə, ləçək, çəpər və s.
Axısqa türklərinin dilində Azərbaycan dilinə məxsus ə-ə ahəngi e-e saitlərinin bir-birini izləməsi şəklində müşahidə edilir. Başqa sözlə desək, bir çox hallarda, oğuz qrupuna daxil olan digər dillərdəki e-e ahəngi Azərbaycan dilindəki ə-ə ahənginə uyğun gəlir: keser (Axısqa türk dili) – kəsər (Azərbaycan dili): Keser kendi sapıni yonmaz (əski söz), degeneg (Axısqa türk dili) – dəyənək (Azərbaycan dili): İtin ölümü gelince çobanın degenegin sürünür (əski söz).
Azərbaycan ədəbi dilində e-e ahəngi müşahidə edilməsə də, dialekt və şivələrdə saitlərin bu cür sırasına rast gəlmək mümkündür: gedecek, çeynemek, tekbetek, geder, verer [66, s. 59].
İ-İ. Axısqa türklərinin dilində söz köklərində i saitinin i saitini izləməsi qanunu bizim dilimizdən fərqlidir. Bu saitlər öz yerlərini başqa saitlərə verir. Məsələn, kuçuk (kiçik) sözündə i saiti öz yerini qalın u saitinə vermişdir.
Bə”zən i-i ahəngi güclü mövqedən çıxış edir. Məsələn, Azərbaycan dilində işlənən tülkü sözündəki ü saitinin vəzifəsini tilki sözündə i saiti yerinə yetirmiş, sanki i saiti digər saitin hüququnu əlindən almışdır.
Axısqa dilində i saiti ə saitinin yerinə işlənib eynihüquqlu səs sistemi yaradır. Əncir (Azərbaycan dili) – incir (Axısqa türk dili).
Axısqa türklərinin dilində də güclü damaq səsləri zəif damaq səslərini izləyə bilir. Səslər söz daxilində güclü-zəif iyerarxiyası üzrə sıralanır. Dilarxası saitlərin ahəngi bu cəhətdən səciyyəvidir.
A-I. Bu saitlər bir-birini güclü-zəif iyerarxiyası prinsipinə əsasən izləyir. Həmin səslərin iştirak etdiyi sözlər oğuz qrupu türk dillərindəki sözlərlə eyniyyət təşkil edir: arn /alın/, karvanbaşı, karakış və s.
Bu dilin bə”zi sözlərində a-ı ahəngi a-i variantında təzahür edir və pozulur: tayi (dayı), aynali (aynalı), abbasi (abbası) və s.
A-I ahənginə a-u variantında da rast gəlirik: balduz (baldız).
Axısqa türklərinin dilinin fonetik sistemində dilönü saitlərin ahəngi də geniş yayılmışdır. Ən çox müşahidə edilən ə-i və i-ə istiqamətlərindəki sıradır.
Ə-İ. Bu səslərin ahəngi aşağıdakı tipli sözlərdə özünü göstərir: nərdi, qəlin, çəlik, əlli, kərinjə, kərəfil, əvli və s.
Ə-İ ahəngi əvəzinə ə-ü işlənməsi halları da müşahidə olunur: təmüz (təmiz). Bundan əlavə, ə-i ahəngi yerinə e-i işlənməsi bu dilin türk ədəbi dili ilə yaxınlığını göstərir. Məsələn: eski (əski), zengin (zəngin).
İ-Ə ahəngi: mindər, dirqən, siçrətmə, kinkilə, sinək, kirəz, Niqər, bilək, bitəv, jiqər, çiçəq, inək və s.
E-İ ahəngi Axısqa türklərinin dilində intensivdir. Məsələn: elti, peşkir, peynir. Bu dildəki e-i ahəngi, bə”zən Azərbaycan dilindəki a-ı sırasını əvəz edir: yeşil (Axısqa türk dili) – yaşıl (Azərbaycan dili). E-Ə ahəngi: keçə, yeqən, enqə, qejə. Bə”zən Azərbaycan dilində alınma sözlərdə olan e-ə ahəngi Axısqa türklərinin dilində ə- ə sırası ilə əvəzlənir: vədrə (vedrə).
Zəif səslərin güclü səsləri izləməsi halları da Axısqa türklərinin dilinin fonetik sistemində əsas yerlərdən birini tutur. I-A saitlərinin bir-birini izləməsi bu baxımdan xarakterikdir: tırpan (dəryaz), xırman, sılağ, yırtar, kıça və s.
Qeyd etməliyik ki, dil önü İ səsindən sona A səsinin işlənməsi, ahəng qanunun pozulması halı da müşahidə olunur: kirva, sina, igna kimi sözlərdə müşahidə olunur. Əslində bu sözlərdə işlənən “a” səsi “ə” səsinin funksiyasını yerinə yetirmişdir. Müq. et.: kirvə, sinə, iynə (Azərbaycan dili).
Dodaq saitlərinin ahəngi. Axısqa türklərinin dilində eyni mövqeli dodaq saitləri bir-birini izləyə bilir.
O-O ahəngi: boğoz, koşot. Bu sözlərdəki o-o ahəngi Azərbaycan dilində o-a saitlərinin sıralanması şəklində təzahür edir: boğoz (Axısqa türk dili) – boğaz (Azərbaycan dili), koşot (Axısqa türk dili) – koşat (Azərbaycan dili).
O-O ahəngi Azərbaycan dilində o-u saitlərinin sıralanması şəklində də müşahidə olunur: porsox (Axısqa türk dili) – porsux (Azərbaycan dili); oroc (Axısqa türk dili) – oruc (Azərbaycan dili); xoroz (Axısqa türk dili) – xoruz (Azərbaycan dili).
U-U ahəngi. Axısqa türklərinin dilində u-u ahəngi güclü mövqeyi ilə seçilir. Həmin ahəng dilarxası qapalı saitlərin bir-birini izləməsi prinsipi ilə müşayət olunur: çuçul, buluz, buynuz, luxum və s. U-U saitləri güclü mövqeyi başqa türk dillərindən fərqli olaraq, Axısqa dilində söz ortasında u sait qoşalığını əmələ gətirir: tauux, douuz, kauun, dauul və s.
Axısqa türklərinin dilində u-u ahəngi ilə işlədilən bir sıra sözlər isə digər oğuz qrupu türk dillərindən (Azərbaycan, türkmən) fərqlənir. Belə ki, bu dildə u saitindən sonra ikinci hecada i saitinin işlənməsinə təsadüf olunur: quzi (Axısqa türk dili) – quzu (Azərbaycan dili); uli (Axısqa türk dili) – ulu (Azərbaycan dili), suyi (Axısqa türk dili) – suyu (Azərbaycan dili), kuyi (Axısqa türk dili) – quyu (Azərbaycan dili) və s.
Müasir türkmən dilində u-u ahəngi pozulur, ikinci u saiti yerinə ı – saiti işlənir: quzı, durı, uzın [145, s. 9].
Ü-Ü ahəngi. Ü-Ü ahəngində dilönü, qapalı, dodaqlanan saitlər bir-birini izləyir. Eyni mövqeli saitlər sözlərin tərkibində incə dodaq ahəngini formalaşdırır. dünqür, jüjük, qüjük, qüqüm, düdüq və s.
Müasir Azərbaycan dilində u-i ahəngini Axısqa türklərinin dilində ü-ü sırası əvəz edir: Yusif – Yüsüf.
Azərbaycan dilində i-i ahənginə tabe olan kiçik sözü Axısqa türklərinin dilində ü-ü sırası ilə əvəzlənir: Küçük taş baş yarar (əski söz): Küçük kövün böyük ağası (əski söz).
Axısqa türklərinin dilində ü-ə ahəngi də geniş yayılmışdır: yügrək, yüzgər, yüksək, küpə, küfə və s. Bu dilin bə”zi sözlərində ü-ə sırası u-ə saitləri ilə ifadə olunur. “Sufrə” sözündə bu əlamət müşahidə olunur. Maraqlıdır ki, Azərbaycan dilində qalın saitlərdən ibarət olan o-a sırasını bu dildə ü-ə sırası əvəz edir. Məsələn: Bazar güni kütən (kotan) qoşdum.
O-U ahəngi. Bu ahəng güclü-zəif iyerarxiyası əsasında yaranır. Burada dilarxası açıq və qapalı dodaq saitləri sıralanır. Bu cür izləmə Axısqa türklərinin dilinin fonetik sisteminə məxsus olan qanunauyğunluqlardan sayılır: oxçur (belbağı) – Oxçurundan altun düşiyer; opçu (anbar) – Yer olmur, ona görə gəminin opçusunda (anbarında) oturerlər; oxçu (İlk vuran oxçudur); xorum (Dünya yansa, bir xorum oti yanmaz) (əski söz); boncuq, qolcuk və s.
O-U ahənginin Axısqa türklərinin dilində fərqlənən əlamətləri də vardır. Bu dildə digər türk dillərindən fərqli olaraq, o saitindən sonra i saitinin işlənməsi halları da müşahidə olunur: şoşi, komşi (qonşu), quri və s. O-dan sonra i-nin işlədilməsi, i saitinin hələlik o saitinin tə”siri ilə labiallaşmaması deməkdir. Azərbaycan dilinin dialektlərində, həmçinin türkmən dilində u saitinin yerinə ı – saitinin işlənmə halları mövcuddur. Bu da yə”qin ki, labiallaşma tə”sirinin hələ də zəifliyi ilə bağlıdır: qonşı, oqrı (türkmən dilində), otız, doqqız (Azərbaycan dilinin dialektlərində). M.Ş.Şirəliyev bu prosesi dodaq ahənginin pozulması faktı sayır [66, s. 48].
Ö-Ö ahəngi. Axısqa türklərinin dilində ö saitinin ö saitini izləməsi qözöl, dögön sözlərində müşahidə edilir.
Ö-Ü ahəngi. Başqa türk dillərində olduğu kimi, Axısqa türklərinin dilində də bu ahəng mövcuddur: kövül, böqrüm, körük və s.
Ö-Ü ahəngində özünü göstərən bə”zi sözlər Azərbaycan dilində ö-ə, u-ü sırası ilə ifadə olunur. Müq. et: ö-ü (öskürük)- ö-ə (öskürək).
© WebMaster: CAhid KAazimov – cahidbdu@yahoo.com – – Muellif huquqlari qorunur.
Bu sehife qedim tarixe malik Axiska turklerinin etnik tarixi, medeniyyeti, dilinin fonetik, leksik, onomastik, semantik, morfoloji ve sintaktik xususiyyetlerinin sistematik tesvirini ehate edir. Muellif ilk defe olaraq bu dilin ses sistemi, luget terkibi, qrammaik qurulushunun genish ve aydin menzeresini yarada bilmishdir. Meslehet, teklif, fikir ve iradlarinizi cahidbdu@yahoo.com-a gondermekle muellifle elaqe saxlaya bilersiniz.
Ədəbiyyat və Azərbaycan dili
Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:
dodaqlanmayan
dodaqlanan
Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır.
Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi; möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsiqoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti; Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir : [tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.
Qoşasaitli sözlərin yazılışı və tələffüzü
Dilimizdə bəzi sözlər var ki, onlarda iki sait səsi ifadə edən hərflər yanaşı gəlir. Belə sözlər qoşasaitli sözlər adlanır. Qoşasaitli sözlərin çoxunun yazılışı və tələffüzü fərqlənir. Bu aşağıdakı qaydada olur
1. Eynicinsli qoşa saitləri ifadə edən iki hərf bir uzun sait kimi tələffüz olunur. Məsələn: saat – [sa:t], maaş- [ma:ş],camaat – [cama:t], təəssüf – [tə:ssüf], mətbəə – [mətbə:], bədii- [bədi:], təbii – [təbi:] və s.
2. Tərkibində ai, ei, ie, (bəzən də io, ia, eə, ea) hərf birləşmələri olan sözlər bu saitlər arasına y samiti əlavə olunmaqla tələffüz edilir. Məsələn: ailə [ayilə], daima – [dayima], zəif – [zəyif], Səidə – [Səyidə], təbiət – [təbiyət], müdafiə – [müdafiyə], radio – [radiyo], dialoq – [diyaloq], iaşə – [iyaşə], maneə – [maniyə].
3. Tərkibində əa, üa, üə hərf birləşmələri olan sözlərdə birinci sait dəyişilir, ikincisi isə bir qədər uzun tələffüz edilir. Məsələn: səadət – [saadət], fəaliyyat – [fa:liyət], müavin [mavi], müalicə – [malicə], müəyyən – [məyyən], müəllim – [məllim] və s.
Qeyd 1: Əliağa, əmioğlu əliaçıq, bacıoğlu, dayıoğlu, xalaoğlu, başıaçıq və s. kimi qoşasaitli mürəkkəb sözlərin tələffüzündə də yanaşı gələn saitlərdən birincisi deyilmir, lakin ikincisi uzun tələffüz olunmur: Əliağa – [Əlağa, əmioğlu – [əmoğlu], əliaçıq – [əlaçıx], bacioğlu – [bacioğlu], xalaoğlu – [xaloğlu] və s.
Qeyd 2: Şüar, şücaət, məcmuə, sual, mətbuat, seans, bəraət, şüəra, riayət və s. kimi qoşasaitli sözlərdə bunlarin heç biri baş vermir.
Ahəng qanunu
Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur. Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.
Heca
Tələffüz zamanı sözün asanlıqla bölünən hissələrinə heca deyilir.Məsələn: və-tən, a-zad-lıq, dil-çi-lik və s. Hecanın əsasında saitlər dayanır. Sözdə neçə sait səs varsa, o qədər də heca olur. Heca bir saitdən də ibarət olur. Məsələn: a-na, ü-rək, ma-a-rif və s. Sözü sətirdən sətrə keçirərkən bir hərfdən ibarət olan hecanı sətrin sonunda saxlamaq və ya yeni sətrə keçirmək olmaz.
Vurğu
Sözdə hecalardan birinin o birinə nisbətən daha qüvvətli deyilməsi vurğu adlanır. Üzərinə vurğu düşən heca vurğulu heca adlanır. Dilimizdəki sözlərin çoxunda vurğu son hecadakı sait səsin üzərinə düşür. Məsələn: Azərbaycan, azadlıq, istiqlaliyyət və s. Bayaq, dünən, bildir, niyə, necə, sa`nki, ancaq və s. kimi əsl Azərbaycan sözlərində, elecə də üstünlük dərəcəsində olan sifətlərdə: (gömgöy, sapsarı, qupquru və s.) vurğunun ilk hecanın üzərinə düşməsi istisnadır.
Bəzi sözlərdə vurğunun yerini dəyişməsi ilə məna da fərqlənir. Məsələn: alın (isim – bədən üzvü) – alın (fel), güldür (çiçəkdir) –güldür (fel), dimdik (isim) – dimdik (sifət) və s.
Sözdə vurğunun yerini müəyyən etmək üçün sözü hecaya ayırmadan vurğunu əvvəl birinci hecanın, sonra ikinci, daha sonra isə üçüncü hecanın üzərində demək lazımdır. Məsələn: qə`rənfil, qərə`nfil, qərənfi`l Aydındır ki, bu sözdə vurğu sonuncu hecanın üzərinə düşür.
Qeyd: Yuxarıda qeyd olunduğu kimi dilimizdəki bəzi sözlərdə uzun tələffüz olunan saitlər vardır. Məsələn: Adil, Sabir, laqeyd, həkim, memar, məna, şölə və s. Bu sözlərin hamısında vurğu sonuncu hecaya düşür. Deməli, saitin uzun tələffüz olunması heç də o demək deyil, həmin heca vurğulu olmalıdır. Nadir hallarda isə uzun saitli heca ilə vurğulu heca üst-üstə düşür. Məsələn: sonra – [so:ra], bəzi- [bə:zi] və s.
Sözlərin düzgün deyiliş qaydalarını orfoepiya, düzgün yazılış qaydalarını isə orfoqrafiya öyrənir. Orfoepiya lüğətində sözlərin düzgün tələffüz şəkilləri, orfoqrafiya lüğətində isə düzgün yazılış formaları verilir.
Comments are closed, but trackbacks and pingbacks are open.