Ai cənubi qafqazda
O qeyd edib ki, Aİ-nin təcrübəsini burada tətbiq etmək mümkündür: “Biz Cənubi Qafqazda daha yaxşı gələcək qurmaq üçün həm Azərbaycanla, həm Ermənistanla birgə çalışmaq istəyirik. Burada müharibə və dağıntı izləri var, lakin düşünürəm ki, biz gələcəyə baxmalıyıq”.
Aİ Cənubi Qafqazda daha yaxşı gələcək üçün öz təcrübəsini bölüşməyə hazırdır – Xüsusi nümayəndə
Müharibələrin və dağıntıların acı xatirələri həmişə mövcud olur, lakin iki dünya müharibəsindən sonra bizim liderlərimiz bildirdilər ki, biz yeni yollar tapmalıyıq və birlikdə yaşamağa çalışmaqla irəliyə doğru hərəkət etməliyik. Hesab edirəm ki, Avropa İttifaqının (Aİ) bu təcrübəsini Ermənistana, Azərbaycana, Cənubi Qafqaza ötürə bilərik. Aİ Cənubi Qafqazda daha yaxşı gələcək üçün öz təcrübəsini bölüşməyə hazırdır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri zamanı jurnalistlərə deyib.
O qeyd edib ki, Aİ-nin təcrübəsini burada tətbiq etmək mümkündür: “Biz Cənubi Qafqazda daha yaxşı gələcək qurmaq üçün həm Azərbaycanla, həm Ermənistanla birgə çalışmaq istəyirik. Burada müharibə və dağıntı izləri var, lakin düşünürəm ki, biz gələcəyə baxmalıyıq”.
O qeyd edib ki, 30 illik münaqişə burada acı xatirələr qoyub: “Ancaq Avropada da bizim kilsələrimiz, qəbiristanlıqlarımız, mədəni abidələrimiz dağıdılmışdı. Əlbəttə, bunlar acı xatirələrdir, ancaq bizim liderlərimiz qərara gəldilər ki, biz gələcəyə doğru baxmalıyıq, yeni Avropa qurmalıyıq. Hesab edirəm ki, bu cür təcrübəni burada da tətbiq etmək olar”.
Milli.Az
Ai cənubi qafqazda
“Azərsu” ASC: “İçməli suyun qiyməti qalxacaq”
Bunları tanıyın: qadın sərnişinlərlə əxlaqsız təkliflər edən taksi sürücüləri qandallandı – VİDEO/FOTO
Akşener “Anıtkabir”də Atatürkə söz verdi: “Tarix yazacağıq” – FOTO
Eldar Əzizov Həsrət Əmrahovu niyə vəzifədən çıxardı? – Yeni direktor kimdir?
Sahil Babayev onlara yüksək vəzifə verdi
Ceyhun Bayramov BMT Baş katibinə məktub göndərib – MƏTN
“Bakıda zəlzələ qırılma ocaqları yoxdur” – Direktordan açıqlama
Xoşqədəmin əri siyasi proqnoz verdi: “Məncə, bu partiyalar birləşəcək”
X Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir
Ukraynada daha bir azərbaycanlı hərbçi həlak olub
Türkiyədə daha bir güclü zəlzələ oldu – Camaat küçələrə qaçdı (FOTO)
“Recep İvedik” istefa verən jurnalistlə bağlı iki paylaşım etdi: “Qovun. “
Aİ Cənubi Qafqazda regional əməkdaşlıq platformasının yaradılmasını təklif edir
Litva, Rumıniya və Avstriya xarici işlər nazirlərinin iyun ayında Cənubi Qafqaz regionuna səfərinin yekunu ilə bağlı hesabat Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının bu gün keçirilən iclasında müzakirə olunacaq.
Bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku iclasdan əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Biz may ayında Lissabonda keçirilən görüşümüzdə Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrində mövcud olan uzadılmış münaqişələrin həlli istiqamətində necə aktiv ola biləcəyini müzakirə etmişdik. Bu görüşün nəticələrindən biri də təşkilatın meydanda daha aktiv olmasını Aİ-yə üzv ölkələrin XİN başçılarının səfərləri vasitəsilə reallaşdırmaq təklifi idi. Mənim də qatıldığım üç XİN başçısının iştirak etdiyi Cənubi Qafqaz ölkələrinə səfər bir ilk idi. Biz bu ölkələrin rəhbərlikləri ilə görüşdük və Aİ-nin uzadılmış münaqişələrinin həlli istiqamətində daha aktiv iştirak etməsinə dair qətiyyəti barədə, eyni zamanda, bu ölkələrin stabilliyinə və təhlükəsizliyinə dəstəyimizlə bağlı mesajı çatdırdıq. Cənubi Qafqaz ölkələri və Aİ-nin daha çox bir-birinə necə yaxınlaşa biləcəyini müzakirə etdik. Bundan başqa, bu ilin dekabrında keçiriləcək “Şərq Tərəfdaşlığı”nın sammitinə hazırlıq məsələləri müzakirə olundu. Ümumilikdə səfərimiz bu ölkələrin liderləri tərəfindən xoş qarşılandı. Səfər sonrası müəyyən fikirlər, ideyalar var. Bu gün mən və mənimlə səfər edən həmkarlarım bu ideyaları Aİ-nin Xarici İşlər Şurasına və Aİ-nin Ali Nümayəndəsinə təqdim edəcəyik”, – deyə XİN başçısı vurğulayıb.
Onun sözlərinə görə, üç ölkə arasında regional əməkdaşlıq platformasının yaradılmasına Aİ-nin dəstək verməsi və təşkilatın bu platformada vasitəçilik və iştirakı ilə bağlı ideya var: “Həmçinin, Azərbaycan və Ermənistan arasında etimad yaradan tədbirlərə dəstəyin verilməsi istiqamətində konkret təkliflərimiz var. Üç ölkə arasında əməkdaşlıq mexanizminin yaradılması və “Şərq Tərəfdaşlığı” siyasətinin təhlükəsizlik aspektinin müzakirə olunması üçün bu ölkələrin XİN başçılarının payızda Aİ-nin Xarici İşlər Şurasının iclasına dəvət olunması təklifi də var. Qeyd edim ki, regiona səfərimiz çərçivəsində keçirdiyimiz görüşlərdə təhlükəsizlik məsələsi müzakirə olunan əsas məsələ idi”/APA.
“Aİ missiyasının məqsədi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukrayna yaratmaqdır” – Elman Məmmədov
Xəbər verdiyimiz kimi, fevralın 21-də Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı və Vedi rayonunun Birəli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Ağdam yaşayış məntəqəsi və Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətlərində yerləşən mövqelərini snayper tüfəngindən və müxtəlif çaplı digər atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub.
Maraqlıdır ki, ermənilərin bu addımı Avropa İttifaqı “mülki” missiyasının Ermənistanda fəaliyyətə başlamasından bir gün sonra baş verib.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədində vəziyyəti müşahidə etmək üçün Ermənistana iki il müddətinə missiya göndərib və onlar fevralın 20-dən sərhəddə fəaliyyətə başlayıblar.
Bəs Aİ nümayəndələri Ermənistan həbçilərinin atəşkəsi pozmasına niyə göz yumublar? Missiya ermənilərin atəşkəsi pozduğunu qeydə alacaqmı?
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov hesab edir ki, Aİ missiyası göz yummur və yummayacaqlar.
“Onların tökülmüş gözləri xüsusi niyyətlə bölgəyə gəlib. Atəşkəsin pozulması da, yəni atəş açılması, ermənilərin təxribat törətməsi də bir növ onların sifarişilədir. O gələnlərin içərisində əməlisaleh bir nəfər yoxdur. Onlar hamısı Avropanın müxtəlif dövlətlərindən olan kəşfiyyatçılar, polislər, hətta dünyanın müxtəlif dövlətlərində qırğınlar törətmiş hərbi təlimatçılardır. Bu, onların bir növ işinə yarıyıb, sifarişlədir. Ermənilər onları nəyə dəvət edib gətiriblər? Makron niyə göndərib? Ermənilər bax belə mütəmadi olaraq atəş açacaqlar. Təbii ki, Azərbaycan tərəfi onlara cavab verəcək. Onlar məlumat toplayırlar. Onlar nə yazacaqlar? Onlar ermənilərin atəş açdığını yazmayacaqlar. Onu qeydə alıb yazacaqlar ki, “Azərbaycan tərəfi atəşkəsi pozdu, Azərbaycan tərəfi erməni yaşayış məntəqələrini, dinc əhalini, Ermənistan ərazisini atəşə tutdu” və birinin də üstünə beşin qoyub yazacaqlar. Əgər 5 dəfə olubsa, 25 dəfə yazacaqlar. Bunların gəlməkdə məqsədi budur və bu hesabatları, saxta məlumatları hazırlayıb mərkəzlərə, Avropada olan müxtəlif qurumlara, ötürəcəklər, Birləşmiş Millətlər Təşkilatına göndərəcəklər. Bununla da Azərbaycana qarşı çox ciddi bir xoşagəlməz kampaniya başladacaqlar. Bunların gəlməkdə məqsədi budur. Yəni bunlar ondan sonra tələblər qoyacaqlar ki, Ermənistan ərazisi, mülki əhali, dinc insanlar, yollar Azərbaycan tərəfindən mütəmadi olaraq atəşə tutulur, ona görə bunların təhlükəsizliyini qorumaq üçün biz burada Avropaya məxsus hərbi gücümüzü də yerləşdirməliyik. Bu atəşkəslərin də pozulmasında məqsəd budur” – deyə parlamentari bildirdi.
Elman Məmmədov ermənilərin Azərbaycanın Qarabağ bölgəsində – Şuşa istiqamətində, Xocavənddə də atəşkəsi pozduqlarını qeyd edərək bildirdi ki, Aİ missiyası bu məsələdən də ölkəmizin əleyhinə təbliğat aparmaq istəyəcək:
“Ermənilər Qarabağ bölgəsində də atəşkəsi pozublar, atəş açıblar. Və bunlar onu qeydə alıb haray-həşir qaldıracaqlar ki, orada blokada şəraitində yaşayan erməniləri azərbaycanlılar qırırlar, onlara qarşı soyqırım törədirlər, təcili bunlara kömək eləmək lazımdır. Yəni bu murdarların dəvət edib gətirdikləri özləri xasiyyətdə, özləri xislətdə olan, bunlardan da geri qalmayan murdarlar bax, bu məqsədə xidmət edəcəklər. Buna görə gəliblər. Onlar xeyirə gəlməyiblər. Onlar burada sülh yaratmaq üçün gəlməyiblər, barışıq eləmək üçün gəlməyiblər. Onların bölgəyə gəlməkdə məqsədi bu gərginliyi günü-gündən artırmaq, Rusiyaya məxsus Ermənistanda nələr varsa, bunların hamısını tədricən sıxışdırıb aradan çıxartmaq və Makron kimi erməninin dəstəyi ilə Avropanın müxtəlif dövlətlərinin hərbi birləşmələrini gətirib regionda yerləşdirmək, Cənubi Qafqazda Rusiyaya qarşı ikinci Ukrayna yaratmaqdır”.
Həmidə İBRAHİMLİ
Comments are closed, but trackbacks and pingbacks are open.