Press "Enter" to skip to content

Ailə Hüququ

Caspian Legal Center geniş-çeşidli hüquq və vergi xidmətləri göstərən və Bakıda yerləşən konsaltinq şirkətidir. Əsasən transmilli şirkətlərə tam hüquq, vergi və əlaqədar mühasibatlıq xidmətləri göstərən CLC Legal 500, IFLR 1000, World Tax 2020, Lawyers Global və Global IP Lawyers tərəfindən Azərbaycanda aparıcı şirkət kimi qiymətləndirilmişdir. Xidmətlərimiz bütün Azərbaycan ərazisini, habelə beynəlxalq əməliyyatları və beynəlxalq vergi məsələlərini də əhatə edir.

Ailə hüququ

Ailə hüququ milli hüququn bir sahəsi olub, Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.
Ailə hüququnun özünəməxsus predmeti, xüsusi məqsədi və prinsipləri vardır. Bunlar ailə hüququnu, hüququn digər sahələrindən fərqləndirir. Şəxsi münasibətlərin nizamlanması ailə hüququnun başlıca məqsədidir. Ailədə əmələ gələn əmlak münasibətləri isə ikinci dərəcəli rol oynayır və şəxsi münasibətlərdən asılıdır.
Hüquqşünasların əksəriyyəti ailə hüququnu, hüququn müstəqil bir sahəsi kimi qəbul etməklə yanaşı, onu mülki hüquqla sıx əlaqələndirirlər. Bu, hər şeydən əvvəl bu iki hüquq sahəsinin tənzim etdiyi münasibətlərin oxşar cəhətləri ilə bağlıdır. Belə ki, ailə münasibətlərində müvafiq qanunvericilikdə boşluq yarandıqda məhz mülki hüquq normaları tətbiq olunur.

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 5-ci maddəsinə əsasən ailə üzvləri arasında yaranan münasibətlər ailə qanunvericiliyi və ya tərəflər arasındakı sazişlə tənzimlənmədikdə və həmin münasibətləri bilavasitə tənzimləyən mülki hüquq normaları olmadıqda, ailə münasibətlərinin mahiyyətinə zidd olmayan və oxşar münasibətləri tənzimləyən ailə və mülki hüquq normaları tətbiq olunur. Bu normalar olmadıqda isə ailə üzvlərinin hüquq və vəzifələri ailə qanunvericiliyinin və mülki qanunvericiliyin ümumi prinsiplərinə, eləcə də humanizm və ədalət prinsiplərinə uyğun olaraq müəyyən edilir. Respublikamızda ailə qanunvericiliyinin əsasını Azərbaycan Respublikası Konstitusiyası, Ailə Məcəlləsi və bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.
Qüvvədə olan ailə hüququnun mənbələri sırasında ilk növbədə Azərbaycan Respublikasının 12 noyabr 1995-ci il Konstitusiyasını qeyd etmək lazımdır. Çünki, Konstitusiya ən yüksək hüquqi qüvvəyə malik olub, respublikamızın qanunvericilik sisteminin əsasıdır. Bütün digər qanunlar Konstitusiya əsasında və ona uyğun olaraq qəbul edilir.
İctimai-siyasi həyatın bütün sahələrini tənzim edən, Azərbaycan Respublikasının bəşər tarixinin onilliklərlə, yüzilliklərlə sınaqlardan keçmiş beynəlxalq normaya çevrilmiş ən ali dəyərlərə – insan hüquqları, milli suverenlik və demokratiya prinsiplərinə əsaslanan bu Konstitusiya ailə hüququnun da əsas müddəalarını özündə əks etdirir. Bütün vətəndaşların qanun qarşısında bərabərliyi, qadının və kişinin eyni hüquqa malik olması, ailəyə dövlət tərəfindən yardım göstərilməsi və s. prinsipləri elan etməklə Konstitusiyamız dünyanın ən demokratik, humanist konstitusiyalarından biri olduğunu təsdiq etmişdir. Konstitusiyanın 17-ci maddəsi elan edir ki, bizim cəmiyyətdə ailə dövlət tərəfindən xüsusi olaraq himayə edilir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyi valideynlərin əsas vəzifəsi hesab edən Konstitusiya, bu vəzifənin yerinə yetirilməsinə dövlət tərəfindən nəzarət edildiyini də göstərmişdir. Konstitusiyanın 34-cü maddəsinə əsasən hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ər ilə arvadın hüquqları bərabərdir. Valideynlərin hüquq və vəzifələrini qeyd etməklə yanaşı, bu maddə onlara hörmət etməyi və qayğılarına qalmağı da uşaqların borcu hesab edir.

Ailə hüququnun mənbələri içərisində Azərbaycan Respublikasının 2000-ci il 1 iyun tarixindən qüvvəyə minmiş yeni Ailə Məcəlləsi əsas yer tutur. Ailə münasibətlərini ətraflı normalaşdıran bu məcəllə qanunların sistematik külliyyatı olmaqla 8 bölmə, 28 fəsil, 195 maddədən ibarətdir. Məcəllə respublika vətəndaşlarının ailə hüquqlarının həyata keçirilməsi və müdafiəsi, nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Ailənin ümumbəşəri prinsiplər əsasında qurulması; ailə münasibətlərinin qadın və kişinin könüllü nikah ittifaqı, bütün ailə üzvlərinin maddi mülahizələrdən azad olan qarşılıqlı məhəbbəti, dostluğu və hörmət hissləri əsasında qurulması; ailədə uşaqların ictimai tərbiyə ilə üzvi əlaqədar şəkildə Vətənə sədaqət ruhunda tərbiyə edilməsi; ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsi və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi; ailə münasibətlərində zərərli adətlərin aradan qaldırılması; uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi vəzifələrini qarşısına məqsəd qoyan bu məcəllə, nikaha daxil olarkən və ailə münasibətlərində sosial, irqi, milli, dini və dil mənsubiyyətinə görə vətəndaşların hüquqlarının hər hansı formada məhdudlaşdırılmasını qadağan edir.

Ailə forması – insanların qarşılıqlı münasibətlərinin xüsusi sahəsini təşkil edir. Ancaq bu münasibətlər şəxsi, intim xarakter daşıdığı hallarda, tamamilə, hüquq normaları ilə nizama salınmır. Bununla belə, cəmiyyətin mövcudluğu, xoşbəxtliyi və firavanlığı əsasən, ailə münasibətlərinin sağlam inkişafından asılıdır. Böyüməkdə olan nəsillərin sağlamlığının möhkəmləndirilməsində və tərbiyəsində, cəmiyyətin iqtisadi və sosial tərəqqisinin təmin edilməsində, demoqrafiya proseslərinin yaxşılaşdırılmasında ailənin rolu hüdudsuzdur. İnsanın xarakterinin, əməyə, mənəvi, ideya və mədəniyyət sərvətlərinə münasibətinin əsasları ailədə formalaşır. Cəmiyyət möhkəm, mənəvi və əxlaqi cəhətdən sağlam ailələr olmasını ürəkdən istəyir. Buna görə də respublikamızın ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir.
Ailə hüququ nikahdan, qohumluqdan, uşaqları övladlığa və daimi tərbiyəyə götürməkdən əmələ gələn şəxsi, yəni qeyri-əmlak münasibətlərini və bunlarla əlaqədar əmlak münasibətlərini tənzim edən hüquq normalarının məcmusundan ibarətdir. Demək, ailə hüququnun predmeti dedikdə, ailədə ərlə arvad arasında, ailənin digər üzvləri arasında əmələ gələn şəxsi və əmlak münasibətləri başa düşülür.

Ailə Hüququ

Ailə-nikah məsələləri üzrə hüquqşünaslarımız nikah müqaviləsi, ailədaxili mübahisələr, aliment, boşanma, əmlak bölgüsü və digər əlaqədar mövzularda ixtisaslaşıblar.

Bizim komandamız həm əcnəbiləri, həm də yerli vətəndaşları ailə münasibətlərinin hüquqi və maliyyə aspektləri baxımından təmsil edir və məsləhətlər verirlər. Biz müştərilərimiz nikah və vərəsəliyə dair hüquqlarının Azərbaycan qanunvericiliyinə uyğun olaraq orunması üçün təminat veririk.

Ailə münasibətlərinə dair qanunvericilik və tənzimləmə

Azərbaycan ailə qanunvericiliyinə dair müddəalar və tənzimləmələr əsasən Ailə Məcəlləsində məcəllələşdirilmiş və qeyd olunmuşdur. Nikahın və boşanmanın hüquqi statusu, valideynlik hüquqları və vəzifələri, ər və arvadın birgə əmlakının hüquqi statusu, nikah müqaviləsi, nikaha qədərki əmlak tənzimləməsi, uşaq hüquqları və uşaqların tərbiyəsi, aliment, övladlığa götürmə və əlaqəli ailə münasibətlərinə dair məsələlər qanunvericiliklə tənzimlənmişdir. Bir sıra hallarda əcnəbilər hüquq və vəzifələri, nikah dövründə əldə edilmiş əmlaka tətbiq olunan birgə əmlak statusunu bilmədən Azərbaycan Respublikasında və ya Azərbaycan vətəndaşları ilə nikaha daxil olurlar. Bu səbəbdən nikaha daxil olmamışdan, eləcə də boşanmaya və ya uşağın kimin himayəsində qalması ilə bağlı mübahisələrə səbəb olacaq ailədaxili anlaşılmazlıqların başlamasından əvvəl düzgün hüquqi məsləhətin əldə edilməsi məqsədəmüvafiqdir.

Bizim Azərbaycan ailə hüququ üzrə etibarlı hüquqşünaslarımız aşağıdakı xidmətləri göstərirlər:

– Nikah müqaviləsi müqaviləsi və əlaqəli məsləhətlər;

– Azərbaycan vətəndaşlarının tərəf olduğu beynəlxalq nikah və boşanma;

– Ailədaxili münaqişələr zamanı uşaq hüquqları;

– Boşanma zamanı əmlakın idarə edilməsi və bölgüsü;

– Nikahın pozulması zamanı valideynlik hüquqları;

– Boşanma və maliyyə razılaşmaları;

– Övladın himayəçiliyi və himayəyə verilmə məsələləri;

– ailə hüququna dair işlər barədə xarici məhkəmə qərarlarının tanınması və icrası;

– vərəsəliyə dair məsləhətlər və sənədləşmə;

ailə hüququna dair digər xidmətlər.

Azərbaycanda nikaha daxil olmaq üçün mərhələlər və məsləhətlər:

1. Nikaha daxil olmazdan öncə tərəf əmin olmalıdır ki, qarşı tərəfin qüvvədə olan nikahı mövcud deyildir. Bu tələb sadəcə Azərbaycanda deyil, dünyanın istənilən yerində qeydə alınmış nikahı əhatə edir;

2. Nikaha daxil olmazdan öncə tərəflərin siyahısı müəyyən edilmiş xəstəliklərin daşıyıcısı olmaması barədə qan analizinin verilməsi;

3. Nikah müqaviləsinin/Əmlakın müqavilə rejiminə dair müqavilənin razılaşdırılması. Bu müqavilədə, tərəflərin nikaha daxil olanadək olan əmlakı, nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi (qanuna əsasən bu bölgü 50%/50% nisbətindədir), ər və arvadın hüquq və vəzifələri, nikaha qədər və nikahdan sonra olan öhdəliklər, borclar, uşaqlara münasibətdə hüquq və vəzifələr və digər əhəmiyyətli müddəalar əksini tapmalıdır;

4. Nikahin qeydiyyatı və nikah müqaviləsinin bağlanması;

Boşanma ilə bağlı mərhələlər və məsləhətlər

Nikahın pozulmasına yönəlmiş danışıqlara başlanılmasından, eləcə də boşanma fikrinə düşməmişdən qabaq ailə hüququ sahəsində ixtisaslaşmış hüquqşünasdan məsləhətlər alınması tövsiyə olunur. Boşanmaq fikrində olan nikahın pozulmasından qabaq bir sıra halların təmin edildiyinə əmin olmalıdır. Boşanma ilə bağlı ümumi mərhələlər və məsləhətlər aşağıdakı kimidir:

1. Ailə hüququ sahəsində müvafiq təcrübəsi olan hüquqşünasın tapılması və beynəlxalq nikah müqaviləsi və nikahın pozulması üzrə iş təcrübəsinin yoxlanılması;

2. Hər hansı həssas informasiyanın ötürülməsindən qabaq öz hüquqşünası ilə əld edilmiş məlumatları yaymam barədə müqavilə bağlama;

3. Nikaha, uşaqlara, maliyyə və nikah dövründə əldə edilmiş əmlaka dair bütün məlumatların və sənədlərin təqdim edilməsi;

4. Nikah dövründə əldə edilmiş, lakin üçüncü şəxslərin adına qeydiyyata alınmış əmlakla (misal üçün ər və ya arvadın valideynlərinin) bağlı fərdi strategiya seçilməsi;

5. Məhkəmə mübahisələrindən yayınmaq üçün, maliyyə / əmlak razılaşmasının müddəalarının tərtib edilməsi;

6. Alimentin məbləği hesablanmalı və aliment verən müəyyən edilməlidir;

7. Uşağa himayəçilik və tərbiyə məsələləri razılaşdırılmalıdır: Nəzərə alınmalıdır ki, Azərbaycan təcrübəsində ana (arvad) 10 yaşınadək olan uşağın, əgər uşağn maraqlarına da uyğundursa, onun yanında qalmasında üstünlüyə malikdir;

8. Mübahisənin məhkəməyədək həllinin mümkün olmadığı təqdirdə, nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılması;

Hər hansı əlavə suallar və məsləhətlər üçün bu keçiddən bizimlə əlaqə saxlayın.

Caspian Legal Center geniş-çeşidli hüquq və vergi xidmətləri göstərən və Bakıda yerləşən konsaltinq şirkətidir. Əsasən transmilli şirkətlərə tam hüquq, vergi və əlaqədar mühasibatlıq xidmətləri göstərən CLC Legal 500, IFLR 1000, World Tax 2020, Lawyers Global və Global IP Lawyers tərəfindən Azərbaycanda aparıcı şirkət kimi qiymətləndirilmişdir. Xidmətlərimiz bütün Azərbaycan ərazisini, habelə beynəlxalq əməliyyatları və beynəlxalq vergi məsələlərini də əhatə edir.

  • 15 Nobel Avenue, Azure Business Center,, 15th floor, office 98,, Bakı 1025, Azerbaijan
  • (+994 50) 289 89 73
  • (+994 55) 260 49 40
  • (+994 12) 480 14 86
  • [email protected]

Ailə hüququ

Psixoloqa sual ver

Elnur Rüstəmov, psixoloq

Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda həmin institutun “Sosial psixologiya” şöbəsində kiçik elmi işçi kimi çalışır.

Məlumatlar

Psixoloq ilə paylaşdığınız hər mövzu gizli qalar və sizdən başqa heç kimlə paylaşılmaz.

Elnur Rüstəmov – psixoloq

İçində olduğunuz ruh halı artıq sizi narahat etməyə başladısa… Sosial həyatınız, iş həyatınız və ya ailə həyatınız içində olduğunuz vəziyyətdən mənfi təsirlənirsə… Gündəlik ən sadə işləri belə etməkdə çətinlik çəkir və artıq həyatdan əvvəlki kimi zövq almadığınızı düşünürsünüzsə, dəstək almağın zamanı gəlmiş deməkdir.

Naviqasiya
XİDMƏTLƏR
  • Fərdi Konsultasiya
  • Psixoterapiya
  • Psixoloji İş
  • Psixoloji konsultasiya
  • Biznes təlimlər
  • Psixoloji kurslar
Psixoloji seans

Siz qəbula yazılaraq, keçirdiyiniz psixoloji problemləri peşəkar Psixoloqlarla bölüşə bilərsiniz

Comments are closed, but trackbacks and pingbacks are open.