Press "Enter" to skip to content

Ail psixologiyası

Psixoloq ilə paylaşdığınız hər mövzu gizli qalar və sizdən başqa heç kimlə paylaşılmaz.

Ail psixologiyası

Dərs 1: Ailəni necə qurmalı
Dərs 2: Psixoloji, sosioloji və fizioloji inkişaf pillələri
Dərs 3: Uşağın hərəkətləri
Dərs 4: Uşağın tərbiyəsi

Yaxşı valideyin olmaq üçün
Bəzi valideynlər “ideal ünsiyyətlə ideal valideyinlik arasında nə əlaqə ola bilər?” deyə düşünürlər. Hətta belə valideynlər valideynlik “rollarına” o qədər köklənirlər ki, həyat yoldaşları ilə ünsiyyətlərini ikinci plana keçirirlər. Halbuki yaxşı valideyn olmaq üçün, ilk növbədə yaxşı həyat yoldaşı olmaq lazımdır. Uşaqlarla münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də” ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?

  1. Hər şeydən əvvəl bu valideynlərin özləri üçün vacibdir. Çünki əgər valideynlər özlərini “əmin-amanlıq”da hiss edirlərsə (başqa sözlə, ailə daxili problemlər yaşamırlarsa), istər-istəməz bunu öz atalıq və analıq rollarında əks etdirirlər.
  2. Tərəflər arasındakı ünsiyyət uşağa vermək istədiyiniz şeylərin (təbii ki, tərbiyə başda olmaqla) daha tez təsir göstərməsi üçün də çox vacibdir. Əks halda bütün səyləriniz boşa gedə bilər.
  3. Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi pis hərəkətləri də təqlid edirlər. Xüsusi ilə bu kiçik yaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda nifrət hakimdirsə deməli uşağınız tək sevgini yox, nifrəti də öyrənəcək.
  4. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərin səmimiliyinə inanmır. Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə uşaqda özünəinamın azalmasına səbəb olur.
  5. Tərəflər arasında gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir.
  6. Müəyyən bir vaxtdan sonra uşaq valideynlər arasında tərəf saxlamaq məcburiyyətində qalır. Təbii ki, o bu mərhələdə öz mənafeyini unutmur.
  7. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır.
  8. Belə mühitdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirdən xilas ola bilmirlər.

Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir etməsinə şərait yaratmamalısız. İmkan verməyin ki, uşağınız problem olduğunu hiss etsin.

Ailə həyatınızı daha xoşbəxt etməyə imkan verən yeddi qayda:

1-ci qayda. Mübahisə etmək lazım deyil.
2-ci qayda. Ərinizin xasiyyətini dəyişməyə çalışmayın.
3-cü qayda. Tənqid etməyin.
4-cü qayda. Bir-birinizə səmimi minnətdarlığınızı bildirin.
5-ci qayda. Bir-birinizə kiçik diqqət yetirin.
6-cı qayda. Xoş rəftar olun
7-ci qayda. Ər-arvad həyatının şəhvaniyyət cəhəti haqqında yaxşı kitab oxuyun.

Ail psixologiyası

Psixoloqa sual ver

Elnur Rüstəmov, psixoloq

Bakı Dövlət Universiteti Sosial elmlər və Psixologiya fakültəsinin məzunudur. AMEA-nın Fəlsəfə Institutunda aspiranturanı bitirmişdir. Hal-hazırda həmin institutun “Sosial psixologiya” şöbəsində kiçik elmi işçi kimi çalışır.

Məlumatlar

Psixoloq ilə paylaşdığınız hər mövzu gizli qalar və sizdən başqa heç kimlə paylaşılmaz.

Elnur Rüstəmov – psixoloq

İçində olduğunuz ruh halı artıq sizi narahat etməyə başladısa… Sosial həyatınız, iş həyatınız və ya ailə həyatınız içində olduğunuz vəziyyətdən mənfi təsirlənirsə… Gündəlik ən sadə işləri belə etməkdə çətinlik çəkir və artıq həyatdan əvvəlki kimi zövq almadığınızı düşünürsünüzsə, dəstək almağın zamanı gəlmiş deməkdir.

Naviqasiya
XİDMƏTLƏR
  • Fərdi Konsultasiya
  • Psixoterapiya
  • Psixoloji İş
  • Psixoloji konsultasiya
  • Biznes təlimlər
  • Psixoloji kurslar
Psixoloji seans

Siz qəbula yazılaraq, keçirdiyiniz psixoloji problemləri peşəkar Psixoloqlarla bölüşə bilərsiniz

Ailə psixologiyası | Yaxşı qayınana necə olmaq olar

İnsan qısqanclığı çoxüzlü və çoxşəkillidir. Biz qısqanırıq, bizi qısqanırlar. Səbəbin nə olduğunu bəzən anlamırıq. Ancaq bununla bərabər hər bir insan gözəl başa düşür ki, qısqanclıq sevgi münasibətlərini, ailə həyatını zəhərə çevirə bilər. Adətən qısqanclıq kişi və qadın arasındakı münasibətlərə şamil edilir. Bəs bunu daha geniş müstəvidə düşünsək necə? Bu zaman isə, ailədə ərlə arvad arasındakı münasibətlərdə zaman-zaman gərginlik yaradan, övladı seçim qarşısında qoyan ana qısqanclığı özünü göstərir.

Gecə-gündüz nazını çəkdiyiniz, beşiyinin yanından ayrılmadığınız övladlarınız artıq böyüyüb. Bəzən hər şey çox rahat şəkildə baş verir: övladlar müstəqil şəkildə öz seçimlərini edir, ailə həyatının məsuliyyətini öz çiyinlərində daşımağa başlayır, valideynlər isə kənardan bir tərəfdən onlar üçün doğma, digər tərəfdən isə artıq «yad» bir ailəyə baxıb sevinirlər. Bu müdriklik necə gəlir? Oğulun seçiminə və ya qızın ərə getdiyi şəxsə qarşı səbir və anlayışa necə yiyələnmək olar? Axı oğlunuzun yoldaşı və ya qızınızın əri sizin analar üçün yad insanlardır. Qızınız böyüyüb. Artıq sevdiyi şəxs də var. İlk əvvəl bu fikrə alışmaq asan deyil. Hətta sizinlə də tanış edib. Qızınızın artıq vaxtının çox hissəsini sevdiyi şəxslə keçirməsi sizi kədərləndirir. Bunun normal olduğunu anlasanız belə… «Bəlkə elə buna görə mən qızımın sevib seçdiyi insanı qəbul edə bilmirəm?» deyə düşünürsünüz. Və bütün bunlarla bərabər qızınızın sevdiyi oğlanın da sizlə münasibətdə hansısa irəliləyişə can atmaması (bəlkə bu şəkildə tərbiyə olunub, bəlkə də münasibətlərin bu səviyyədə olması onu razı salır?) vəziyyəti daha da gərginləşdirir.Ancaq siz öz qızınızı qısqanırsınız, hətta qızınızda yeni davranışları, sözləri müşahidə edirsiniz. Əlbəttə pis vərdişlər övladınıza ondan keçib, o, qızınıza pis təsir göstərir.

Qızınız sizin onun sevdiyi şəxsə olan münasibətinizi hiss edir və onun nə üçün sizə yaramadığını soruşur? Axı bu suala necə cavab vermək olar? Bəzi hallarda qızınıza qarşı etinasızlığı, diqqətsizliyi, özünün təqsirkar olduğu məsələlərdə övladınızı günahkar bilməsi və heç nə olmayıbmış kimi hər şeyə göz yummasını necə övladınıza deyib onun çöhrəsindəki gülüşünü əlindən alasınız. Ancaq qızınız onu sevir, siz isə canınızdan çox sevdiyiniz övladınıza görə bunlara dözürsünüz. Analıq qısqanclığı sizə rahatlıq vermir, hər vəchlə qızınızla onun sevdiyi insan barədə danışmaq istəyirsiniz. Oğlanda bəyənmədiyiniz xüsusiyyətlərin hamısını qızınıza söyləmək istəyirsiniz. Ancaq qızınıza olan sevgi və həyat təcrübəsi əksini deyir — ” Etməməlisən! Başqasının həyatını, taleyini dəyişmək sənin istəyinlə olmamalıdır. Axı sən ana olaraq öz həyatını yaşayırsan. Qızın da eyni şeyləri səndən tələb edə bilər. Bəlkə həmin oğlan necə olmasından asılı olmayaraq qızımın qismətidir?”
Ancaq qəlbiniz narahatdır, çox nigaransınız. Axı gözəl başa düşürsünüz ki, o, qızınıza lazım olan insan deyil. Ona bütünlüklə etibar etmək olmaz. Axı qızınız onunla olduğu müddət ərzində bütün çətinlikləri öz incə çiyinlərində daşıyacaq. Bu ziddiyyətli hisslərlə yaşayırsınız, özünüz özünüzlə mübarizə aparırsınız, hər addımınız, hər hərəkətiniz sizdə növbəti şübhələri oyadır. Övladları böyüyüb yetkinlik yaşına çatmış valideynlərin sizi anlayacağına ümid edirsiniz. axı içinizdəki boşluğu doldurmaq çətindir. görəsən onu gələcəkdə ailənizin bir üzvü kimi qəbul edə biləcəksinizmi

  • Teqlər:
  • qaynana
  • , ailə münaqişələri
  • , gəlin və qaynana
  • , qayınana
  • , ailədaxili münasibət
  • , qaynana gəlin münasibətləri
  • , gəlin

Comments are closed, but trackbacks and pingbacks are open.