Fəsil 15. Ailənin idarə edilməsi mədəniyyəti
vasitələrini, təfəkkür baxışları və stereotiplərini, düşüncələri, təsəvvürləri,
Ulu Öndər Heydər Əliyev və ailə dəyərləri
Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə millətin gələcəyinə, təhsilin, səhiyyənin, iqtisadiyyatın, mədəniyyətin hərtərəfli inkişafına həmişə qayğı ilə yanaşan ümummilli lider Heydər Əliyev ailənin cəmiyyətdəki rolunu xüsusi olaraq qeyd edirdi: “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir”.
Ulu Öndər heç bir Azərbaycan ailəsinin taleyinə laqeyd qala bilmirdi. O, Azərbaycanda ailə adətlərimizin ləyaqətlə davam etdirilməsi üçün hər cür imkan və şərait yaradır, bu işdə dəstəyini xalqdan əsirgəmirdi. Azərbaycana rəhbərlik etdiyi hər bir dövrdə çoxuşaqlı və aztəminatlı ailələrə, əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərir, onların övladlarının təhsilini nəzarətdə saxlayırdı. Ailəni, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusu, qayda-qanunu, əlaqələri və prinsipləri gözləməyə borcludur. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bütün bacardığını etməli, hamıya hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara tam riayət etməlidir. Çünki ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə İnstitutunun möhkəmliyi cəmiyyətin və dövlətin güclənməsinə və inkişafına gətirib çıxarır.
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin tariximizdə silinməz iz qoyan nəsil şəcərəsi, eləcə də özünün nümunəvi ailə tarixçəsi, onun müqəddəs ocağının davamçıları – Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ailəsi də cəmiyyətimizə, xüsusən də gənclərimizə böyük örnəkdir. Tarixi xidmətlərinə görə bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev siyasi aləmdəki uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Söz yox ki, nəhəng şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. Ulu öndər Heydər Əliyev öz xatirələrində qeyd edirdi: “. Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib. ”.
Çağdaş dünyanın qlobal problemlərindən biri də sosial-mənəvi, mədəni-milli mühitin saflığının qorunmasıdır. Bu baxımdan ailə istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irs, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır. Bir sıra alimlər təsdiq edir ki, dövrümüzdə insanların ailəyə olan tələbatı azalmışdır, ailə sivilizasiyanın təsiri altında birgəyaşayışın liberal formalarına doğru təkamül edir. Lakin bir çox sosioloji tədqiqatlar göstərir ki, əksinə, müasir insan üçün ailənin, uşaqların, evin, maddi rifah halının, asudə vaxtın dəyərləri çox artmışdır. Günü bu gün də bəşəriyyətin diqqətində olan bu problemlə bağlı müxtəlif müzakirələr aparılır, çağırışlar edilir.
Hər zaman belə olubdur ki, istənilən bir xalqın, yaxud millətin tarix səhnəsində varlığı onun doğma dilinə, milli adət-ənənələrinə, özünə məxsüs etnik mədəniyyətinə sıx bağlılığından asılıdır. O cəhətdən Azərbaycan xalqının çox gözəl və zəngin milli ailə ənənələri, məişət sistemi var. Həmin ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.
Fasilələrlə 1969-cu ildən Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərdə çoxuşaqlı və aztəminatlı, eyni zamanda müharibə və əmək qəhrəmanlarının ailələrinə xüsusi qayğı göstərən, onların övladlarının təhsilini nəzarətdə saxlayan, ailə münasibətlərini son dərəcə yüksək dəyərləndirən Heydər Əliyev hesab edirdi ki, cəmiyyətdəki qarşılıqlı münasibətlərdə olduğu kimi, ailədə də hər bir insan özünəməxsus statusa, qayda-qanuna, əlaqələrə və prinsiplərə riayət etməlidir. Hər bir ailə üzvü öhdəsinə düşən funksiyaları yerinə yetirməli, ailənin rifahı üçün bacardığını etməli, ailə üzvlərinə hörmət və qayğı göstərməli, ailənin sevincini və kədərini birgə yaşamalı, bu sahədə mövcud olan ümumi ənənə və qaydalara sadiq olmalıdır.
Axı dövlətin kiçik modeli – forması sayılan milli ailə olmasa, cəmiyyət də inkişaf edə bilməz. Prezident İlham Əliyev də Ümummilli liderimizin bu tarixi missiyasını davam etdirərək Azərbaycan ailə ənənlərinin qorunub saxlanmasına xüsusi diqqət ayırır.
Sözün hər mənasında müstəqil dövlətimizin Əsas Qanunun – Konstitusiyanın müəllifi olan Heydər Əliyev burada ailənin mahiyyətini, ailə üzvlərinin vəzifə və hüquqlarını da xüsusi maddələrlə müəyyən etmişdir. Heydər Əliyev ailədə sağlam uşaqların doğulması, eləcə də narahatlıq doğuran məsələlərdən biri kimi qan qohumluğunun qarşısının alınması istiqamətində xüsusi fəallıq göstərir, tibb işçilərinə göstərişlər verir və ən müxtəlif səviyyələrdə müzakirələr aparırdı. O, 1995-ci ildə Respublika Ailə-Sağlamlıq Mərkəzinin açılışında çıxış edərkən qan qohumluğu evliliyi və onun fəsadları barədə deyirdi: “. Bizim xalqımızın, millətimizin həm fiziki, həm zehni cəhətdən sağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin, xalqımızın qədimlərdən qalmış ənənəsidir.
Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişaf etdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə, biz onlardan xilas olmalıyıq, imtina etməliyik. Bax, bu adətənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xas olan adət – qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm də, ümumiyyətlə, millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə ciddi tədbirlər görülmür. Belə bir adət-ənənənin zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədə lazımi profilaktik işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, – yəqin ki, siz bu sahədə tədqiqatlar aparmısınız, bilirsiniz, – çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir. Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir”.
Аzərbаycаn Respublikasının Birinci vitse-prezidenti, Hеydər Əliyev Fondunun prеzidеnti Mеhribаn хаnım Əliyevа qаdınlаrın problеmlərinə, onlаrın ictimаi həyаtdа аktiv rolunun təmin еdilməsinə böyük qаyğı ilə yаnаşır. Məhz “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunmasında Mehriban xanım Əliyevanın xüsusi təşəbbüsü olmuşdur. Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümummilli lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək, genişmiqyaslı proqram və layihələrin reallaşmasına dəstək üçün yaradılan Heydər Əliyev Fondu bu missiyanı şərəflə həyata keçirir. Artıq 10 ildən çox fəaliyyət göstərən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələri reallaşdıraraq yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Görkəmli ictimai-siyasi xadim Heydər Əliyev ailədaxili münasibətləri cəmiyyətdaxili münasibətlərin güzgüsü hesab edir, bu prinsipləri özünün siyasi təcrübəsində də tətbiq etməyə çalışırdı. Bu baxımdan o, ailədə və cəmiyyətdə xüsusi yeri olan qadın və uşaqların hüquqlarının müdafiə olunmasını zəruri hesab edirdi. O deyirdi: “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır”. Qürurla qeyd edə bilərik ki, Azərbaycan ailəsində qadının yeri və rolu xüsusi əhəmiyyət daşıyır. Azərbaycan qadını yeni nəsli dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də könüllü surətdə daşıyır. Bizim qadınlarımız istənilən sahədə uğur qazanmaqla yanaşı, çox gözəl ailə sahibi olmağı və vətənə layiqli vətəndaşlar yetişdirməyi bacarırlar. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə ictimai həyatda fəal iştirak edərək, cəmiyyətimizin inkişafına öz töhfələrini vermişlər.
Ötən əsrin 90-cı illərində ailənin möhkəmləndirilməsinə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində ulu öndər Heydər Əliyevin təşəbbüsü, dəstəyi əsasında Azərbaycan Respublikası mühüm beynəlxalq Konvensiyalara qoşulmuş və ölkəmizdə bir sıra müvafiq qanunlar qəbul edilmişdir. Azərbaycan Respublikası BƏT-in “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli, BMT-nin “Qadınlar barəsində ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında”, “Uşaq Hüquqları haqqında”, “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında”, “Uşaqların kənd təsərrüfatında işə buraxılmasının minimum yaşı haqqında”, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” və digər Konvensiyalara qoşulmuşdur. Dövlət tərəfindən ratifikasiya edilmiş konvensiyalara əsasən daxili qanunvericilikdə mühüm islahatlar aparılmışdır. “Ailə kəndli təsərrüfatı haqqında”, “Uşaq hüquqları haqqında”, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasının, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı” Protokolların təsdiq edilməsi barədə, “Ərdə olan qadının vətəndaşlığı haqqında” “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” “Ahıllara sosial xidmət haqqında” “Nikahdan kənar doğulmuş uşaqların hüquqi statusu haqqında” “Uşaqlı ailələrin sosial müdafiəsi haqqında” və digər qanunlar qəbul edilmişdir. Müstəqil dövlətimizin ali sənədində müəllifi Heydər Əliyev olan Konstitusiyamızda da ailənin mahiyyəti, ailə üzvlərinin vəzifə və hüquqları xüsusi maddələrlə müəyyən edilmişdir. Eləcə də 2000-ci ildə Ailə Məcəlləsinin qəbul olunması ailə üzvlərinin digər hüquq və vəzifələri ilə yanaşı, mülki hüquqları da təsbit olunmuşdur.
Vahid Ömərov f.ü.f.d.,dos.
Fəsil 15. Ailənin idarə edilməsi mədəniyyəti
rinə və ətrafdakılara olan məhəbbəti, inamı və yaxşılığından formalaşır.
Öz həyatının qorunması və yaxşılaşdırılması qayğısına qalaraq, yaradıcı
fəaliyyət nəticəsində insan – alətləri və silahı, əkinçiliyi və heyvandarlığı
yaratmış, öz ehtiyaclarını ödəmək üçün odu, istehsalı, dili, ailəni, cəmiyyəti
və dövləti “kəşf” və istifadə etmişdir. Mədəni inkişaf tarixi prosesində in-
san həyatının təşkili, inkişafı və varislik vasitəsi olan ailənin yaradılması
böyük əhəmiyyət kəsb etmişdir. Dövlət quruculuğu və idarəçiliyi məntiqinin
dərk edilməsi üçün ailənin müstəsna əhəmiyyəti ondan ibarətdir ki, mahiy-
yət etibarı ilə ailə, bəşəriyyətin ilkin sivilizasiyalarının təməlini qoymuş ilk
dövlətlərin timsalıdır. Nəsildən-nəsilə insanların sosial təcrübəsi, müxtəlif
xalqların və millətlərin nümayəndələrinin ənənələri, ideologiyaları, dini tə-
səvvürləri, dəyərləri, həyat fəaliyyəti məqsədləri və texnologiyalarının mə-
nimsənildiyi həyat məktəbinə çevrilirdi. Pifaqor həyatı olimpiya oyunların-
dakı böyük və izdihamlı toplantı ilə müqayisə edirdi ki, burada bəziləri –
şöhrət, digərləri – mənfəət, üçüncülər isə – öz həyatını daha şüurlu qurmaq
üçün təcrübə axtarır. Çoxlu sayda müxtəlif xarakterləri, adətləri, taleləri,
qanunları, mədəniyyət və sivilizasiyaları öyrənərək, insan öz şüurunu tək-
milləşdirir, həyat fəlsəfəsini formalaşdırır, həyat yolunu seçirdi. Mişel
Monten deyirdi ki, dünya bir güzgüdür ki insan ona baxmalı və özünü dərk
etməlidir. Bu yanaşma ailəyə münasibətdə də düzgüngür.
Biz artıq bilirik ki, mədəniyyətin inkişaf amilləri anadagəlmə mədəni
keyfiyyətlər, sosial mühit, təbii-coğrafi şərait, tarixi vəziyyət və mədəni
mübadilədir. İnsan mədəniyyətinin formalaşdırılması ana bətnində başlayır
və ailədə davam edir. Ailə – tərbiyə və təhsil prosesində uşağın təşəkkülü-
nün baş verdiyi sosial mühitin ilk, və həm də ən əsas pilləsidir. Onun gələ-
cək həyatının bünövrəsi məhz burada qoyulur, dəyərləri və təsəvvürləri, xa-
rakteri və idealları, intellektual, etik
və estetik mədəniyyətinin əsasları for-
malaşır. Ailə – ilk həyat məktəbi, insan münasibətləri məktəbi, ruhi və mad-
di mədəniyyət məktəbidir.
Ailə – müxtəlif yaşlı və cinsli doğma insanların böyük olmayan qrupu,
həyat əhəmiyyətli şəxsiyyətlərarası ünsiyyətin baş verdiyi “kiçik kollektiv-
dir.” Bu, vahid dünyagörüşü və öz həyatının uşaqlarında və nəvələrində da-
vam etdirilməsi, onların rifahı və daha yaxşı gələcəyi haqqında qayğıyla
motivləşdirilmiş yüksək məqsədlərlə bağlı olan ruhən yaxın, doğma insan-
ların – məhəbbət, dostluq, həmrəylik və birgə dərk edilən həyat məbədidir.
Con Lokk nəzakəti “ilk və ən xoşagələn yaxşılıq” adlandırırdı.
İdarəetmə mədəniyyəti
Uşaq ailədə ilk addımlarını atır, dil açır, biliklərin və davranış qaydalarının
başlanğıcını mənimsəyir, özünün ilk həyat dərslərini alır.
Ailə – cəmiyyətin və dövlətin ən mühüm sosial dəyəridir. Bu, insanın tə-
şəkkülü və inkişafı proseslərinin, əsas etibarilə digər insanların həyatının
asılı olduğu cəmiyyətin gələcək liderləri və vətəndaşlarının formalaşması-
nın baş verdiyi kiçik və böyük insan dünyasıdır. Nəsildən nəslə ötürülən
yazılmamış qanunlar, təsislər və təyinatların yaşamaq qabiliyyətini və şəx-
siyyətin psixologiyası və davranışının formalaşmasına təsir gücünü təmin
edərək, ailə onların “translyasiyasını” həyata keçirir. Anadangəlmə keyfiy-
yətlərin və əldə edilmiş biliklərin, tərbiyə və yaradıcı əməyin nəticəsi kimi,
şəxsiyyətin ruhi mədəniyyətinin bünövrəsi məhz ailədə qoyulur. Dövlətin
həyat qabiliyyəti bir çox cəhətdən ailə mədəniyyətindən – onun üzvlərinin
təhsillilik və etik mədəniyyəti, yaradıcılıq fəaliyyəti və rifah səviyyəsindən
asılıdır. Vətəndaşların biliyini və mənəviyyatını, şüurunu və vicdanını, mə-
həbbəti, inamı və yaxşılığını, quruculuğunu və rifahını ifadə edən bu ən
qiymətli sosial kapital, sosial şərin və sosial sabitsizliyin aradan qaldırılma-
sının əvəzedilməz vasitəsidir. Ailə mədəniyyəti həm valideynlərin şəxsi
mədəniyyətindən, onların bilikləri, bacarıqları, mütəşəkkilliyindən, onların
həyat fəlsəfəsi, mənəviyyatı və yaradıcı fəaliyyətindən, həm də bütövlükdə
milli mədəniyyətdən, xalqın ənənələri, adətləri, milli psixologiyasından, di-
Necə xoşbəxt olmalı? Yəqin ki, insan üçün həyatda başlıca olan – xoş-
bəxtlikdir, və ilk növbədə, ailə xoşbəxtliyidir. Xoşbəxt ailəni dostluq və
məhəbbət hissləri olmadan təsəvvür etmək çətindir. Ailə üzvləri yaxşı qar-
şılıqlı münasibətlər, qarşılıqlı anlaşma və harmonik inkişafın formalaşdırıl-
ması üçün ilkin zəruri şəraiti yaradırlar. Həqiqi dostluq və əsl məhəbbət ki-
mi, xoşbəxt ailəni də heç bir pulla almaq mümkün deyil. Onu yalnız qazan-
maq, öz zəhmətin və ailə üzvlərinin əməyi ilə, idrakın və qəlbin, ruhi mədə-
niyyətin gücü ilə qurmaq, yaratmaq olar. Öz uşaqlarını, öz yaxınlarını xoş-
bəxt etmədən, ailə həyatında ruhi harmoniyaya nail olmadan, insan özü
xoşbəxt ola bilməz.
Ailə, bir sistem kimi, geniş münasibətlər spektri ilə bağlıdır. Bu, vali-
deynlər arasındakı münasibətlər, övladlar arasındakı münasibətlər, vali-
deynlər və övladlar arasındakı münasibətlər, uzunömürlülükdən asılı ola-
raq, ulu nənələrin və ulu babaların da daxil olduğu müxtəlif nəsil nümayən-
dələrinin bir ailə çərçivəsi daxilindəki münasibətlərdir. Daha geniş kon-
tekstdə bu həm də ailənin qohumlarla olan münasibətləridir. Ailənin və onu
təşkil edən şəxsiyyətlərin qarşılıqlı əlaqələri mürəkkəb sistemdən ibarətdir
ki, onu dərk etmədən ailə münasibətlərini idarə etmək mümkün deyil. Ailə
əlaqələrini möhkəmləndirən amillər sırasında mədəni dəyərlər sisteminin
Fuad Məmmədov
vahidliyini, ailənin mahiyyəti və məqsədləri haqqında, uşaqların tərbiyəsinə
yanaşmalar haqqında, ər-arvadın rolu, məsuliyyəti və vəzifələri haqqında
təsəvvürlərin uyğunluğunu, ər-arvadın emosional ümumiliyini və s. göstər-
mək olar. Hər bir mədəni ailə insan həyatının dəyərləri və mənası haqqında,
öz əcdadlarının cəmiyyət qarşısındakı nailiyyətləri və xidmətləri haqqında,
özünün tarixi missiyası, məqsədləri, imkanları və gözləmələri haqqında, şə-
rəfli keçmişi haqqında, övladlarının və yeni nəsillərin ləyaqətli gələcəyi
haqqında aydın təsəvvürə malik olmalıdır. Müasir ailənin rifahı, əsas etiba-
rilə ailənin yaşadığı cəmiyyətlə və onu cəmiyyətlə bağlayan çoxlu sayda
görünməz tellərlə – xarici mühitlə qarşılıqlı əlaqəsindən asılıdır. Ailə bey-
nəlxalq münasibətlərin qeyri-rəsmi subyekti də ola bilər və bununla millətin
və yaşadığı dövlətin imicinə təsir göstərə bilər. Üzvlərinin səviyyəsi və so-
sial-siyasi fəallığından asılı olaraq o, xalqların qarşılıqlı anlaşması, həmrəy-
liyi və əməkdaşlığının inkişafı üçün əlverişlı xarici mühitin yaranmasına
imkan yaradaraq, beynəlxalq münasibətlər mədəniyyətinə də təsir göstərə
Ailə səviyyəsində biz cəmiyyətdəki idarəetmə proseslərini, lakin bir qə-
dər yumşaq, spesifik formada görürük. Ailə üçün idarəetmənin hüquqi de-
yil, əsasən mənəvi-etik formaları xarakterikdir. Ailənin həyat fəaliyyətinin
idarə edilməsi, onun tələbatlarının təmin edilməsi və onun inkişafının stra-
teji planlaşdırılması, ailə münasibətləri mədəniyyətinin formalaşdırılması
və qorunması, onun üzvlərinin mənəvi sağlamlığı, uşaqların maddi təminatı
və ruhi inkişafı, onların əməyə və yüksək mənəvi dəyərlərə cəlb edilməsi,
uşaqların müstəqil həyata hazırlanması – çoxlu bilik, enerji, təcrübə, dözüm,
müdriklik tələb edir. Konstruktiv və sabit həyat fəlsəfəsinə malik şəxsiyyət
özünün inkişafı və təkmilləşməsi prosesində həm öz davranışını və fəaliy-
yətini idarə edir və etməlidir, həm də öz ailəsinə, doğmalarına və yaxınları-
na yaxşı təsir göstərməli, onlarla münasibətlər mədəniyyətini inkişaf etdir-
məlidir. U.Rocers deyirdi: “Elə yaşayın ki, ev tutuquşusunu şəhərin baş xə-
bərçisinə satmağa utanmayasınız”.
Ailə mədəniyyəti və onun idarə edilməsi məsələsi şəxsiyyətin özünüida-
rə mədəniyyəti ilə sıx bağlıdır. Burada: biologiya, fiziologiya, antropologi-
ya, psixologiya, tibb, ekologiya, cismani mədəniyyət, düzgün qidalanma,
etika, hüquq, insan münasibətləri mədəniyyəti, din və insanın həyat fəaliy-
yətinin digər sahələrindəki biliklər; məqsədlərin və mənəvi həyat prinsiplə-
rinin düzgün seçimi; biliklərə, təcrübəyə və xoş mərama əsaslanan müdrik-
liyin yetişdirilməsinə can atmaq; şüurun təfəkkür, məram və davranış üzə-
rində nəzarəti; seçilmiş prinsiplərin həyata keçirilməsini, düzgün həyat tər-
zini və insanın ailədə və ondan kənarda yüksək davranış mədəniyyətini tə-
min edən möhkəm iradə də lazımdır.
İdarəetmə mədəniyyəti
Ailənin idarə edilməsi mədəniyyətinin əsasını, insanların idarə edilməsi
və özünüidarədə olan eyni baza qaydaları və məntiq təşkil edir. Burada
özünüidarənin effektivlik formulu tətbiq edilə bilər. Bununla bərabər bura-
da xüsusi spesifika yer tutur. Ailənin hər bir üzvünün fərdi xarakter xüsu-
siyyətlərinin nəzərə alınması, bütöv sosial mikrosistem kimi, ailədə psixo-
loji uyğunluq və harmoniyaya nail olaraq, onların münasibətlərinin tənzim-
lənməsi bacarığı ailənin idarə edilməsində mühüm əhəmiyyət kəsb edir. Ai-
lə idarəçiliyində – strategiya və texnologiya, psixologiya, sosiologiya və di-
zayn kimi idarəetmə elminin ümumi prinsiplərini də müşahidə etmək olar.
Burada, həmçinin müxtəlif təşkilati mədəniyyət tiplərinin birləşməsinə – ha-
kimiyyət mədəniyyəti, rol mədəniyyəti, vəzifə mədəniyyəti, şəxsiyyət mə-
dəniyyətinə rast gəlmək olar, “qərarların qəbul edilməsi” proseslərini, “da-
nışıqlar prosesinin”, “innovativ fəaliyyət” elementlərini, nəhayət, despotik-
dən – demokratikə qədər müxtəlif ailə quruluşu növlərini aşkar etmək olar.
Ailə idarəçiliyi mədəniyyətində bütövlükdə həyat fəaliyyətində olduğundan
daha artıq dərəcədə, bütün müxtəlifliyi ilə həyatın özü ön plana çıxır. Ailə-
də və əmək kollektivində münasibətlərin xarakteri psixoloji cəhətdən ayrı-
ayrı olsa da, bir-birindən fərqli olmasına baxmayaraq, idarəetmə üslubu ey-
ni ola bilər ki, bu da daha çox “kiçik orkestrin dirijoru”, lider rolunu icra
edən ailə başçısının xarakterindən asılıdır.
Ailə idarəçiliyi mədəniyyətinin şərtsiz prioriteti, həm milli mədəniyyətin
və sivilizasiyanın ən əhəmiyyətli nailiyyətlərinin mənimsənilməsini, həm
də müstəqillik, məsuliyyət və yaradıcılıq fəaliyyəti qabiliyyətlərini nəzərdə
tutan şəxsiyyət mədəniyyətinin bütöv, harmonik formalaşdırılmasıdır. Ailə-
nin tərbiyə etdiyi şəxsiyyət ictimai-faydalı fəaliyyətə istiqamətlənməli,
onun intellektual və etik mədəniyyət səviyyəsini xarakterizə edən işi bil-
məklə qərar qəbul etmək qabiliyyətinə malik olmalı, məqsədə nail olmaq
üşün ağıllı, düzgün və humanist vasitələr seçməlidir. Yüksək ailə mədəniy-
yətinin formalaşdırılması sözlə əməlin bütövlüyünə sadiqliyi, “ikili əxlaq”
kimi məlum olan – biliklə davranış arasındakı ziddiyyətin aradan qaldırıl-
masını, makiavellizm prinsiplərindən şüurlu imtinanı nəzərdə tutur. Ailənin
idarə edilməsi mədəniyyətində insanın mədəni dəyərlər sistemi, həyat fəlsə-
fəsi, dünyagörüşü, əqidəsi, ailə etikası, məhəbbəti və dostluğu böyük rol
Ailə mədəniyyəti cəmiyyətdəki destruktiv təzahürlərin və böhranların
aradan qaldırılması üçün də böyük əhəmiyyətə malikdir. O heç də həmişə
mənəviyyatın qorunması və inkişafı ilə müşayiət olunmayan biliklərin, in-
formasiya mədəniyyətinin, elm, texnologiya, istehsalın sürətli inkişafının
xarakterik olduğu, mədəniyyətin eroziyasının, etika və humanizm dəyərləri-
nin devalvasiyasının yer tutduğu texnogen sivilizasiya şəraitində xüsusilə
Fuad Məmmədov
aktualdır. Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf qanunauyğunluq-
ları, Qədim Romanın süqutu tarixi inandırıcı sürətdə təsdiqləyir ki, yüksək
əxlaq mədəniyyətinə laqeydlik, hədsiz eqoistlik, tamahkarlıq, riyakarlıq, tə-
kəbbür, qəddarlıq, zorakılıq, xəyanət və digər neqativ insan keyfiyyətləri
sosial və siyasi gərginliklərə və böhranlara səbəb olur.
Ailənin idarə edilməsi – təbii və zəruri prosesdir, çünki ailə hər hansı di-
gər kollektiv kimi, ümumi məqsədlərə yetişmə üçün qüvvə və maraqların
razılaşdırılmasını tələb edir. O, həyat fəaliyyətinin müvafiq ideologiya və
texnologiyalarının yaradılmasını, vəzifələrin və gözlənilən nəticələrin mü-
əyyən edilməsini, öhdəliklərin bölüşdürülməsi və səlahiyyətlərin həvalə
edilməsini, ailənin hər bir üzvünün motivasiyasını və qiymətləndirilməsini,
məhəbbət və biri-birinə bağlılığın qorunmasını, ailə rifahının möhkəmlən-
dirilməsini nəzərdə tutur. Ailənin inkişafının idarə edilməsi mədəniyyəti –
yaxşı təhsili, mənəvi tərbiyəni, uşaqların peşə təlimini və peşəkar inkişafını,
ailə münasibətlərinin düzgün formalaşdırılmasını, ailənin digər insanlarla
pozitiv əlaqələrinin qurulması üçün şəraitin yaradılmasını nəzərdə tutur. O,
həyat fəaliyyətinin – cismani mədəniyyət, tibbi və ekoloji təhlükəsizlik,
əmək və istirahət mədəniyyəti sahələrinin tənzimlənməsinə də yardım et-
məli, əqli və mənəvi mədəniyyətin təkmilləşdirilməsini, etik, estetik mədə-
niyyətin və beynəlxalq mədəniyyətin inkişafını təmin etməlidir.
Ailə həyatı fəlsəfəsinin və ailə idarəçiliyi məsələlərinin dərk edilməsinə
görkəmli tarixi şəxsiyyətlərin, dünya mədəniyyəti və sivilizasiyası klassik-
lərinin, həmçinin əsərlərində ailənın təşkil və idarə edilməsi üçün metodo-
loji baxımdan zəruri prinsiplərin olduğu, yaxşı tanınmış müasir mütəxəssis-
lərin konsepsiyaları və yanaşmaları kömək edir. Məhəmməd Nəsirəddin
Tusiyə görə ailənin qurulması əməklə və ictimai-iqtisadi amillərlə sıx bağlı-
dır. Onun strukturu beş dayaq üzərində formalaşır: ata, ana, uşaqlar, qulluq-
çu, ərzaq. Bu zaman Tusi ailənin başlıca mahiyyətini və əsasını onun üzvlə-
ri arasında harmonik münasibətlərin olmasını hesab edir, ailənin saxlanması
və idarə edilməsini isə ailə başçısının məsuliyyət daşıdığı insan sağlamlığı-
nı təmin edən həkimliklə müqayisə edir. Ailənin idarə edilməsi – ailə ma-
raqlarının onun ayrı-ayrı üzvlərinin maraqlarından prioritetini, əməyin düz-
gün bölünməsini, möhkəm qaydanın, maddi rifahın, etibarlı yaşayış yerinin
olmasını nəzərdə tutur. Ailənin idarə edilməsinin mühüm iqtisadi məsələlə-
ri – halal zəhmətə əsaslanan gəlir, istehsal hesabına düzgün istehlak və
xərclər hesabına əmlakın toplanması və qorunmasıdır.
Orta əsr feodal cəmiyyətinin reallıqları ondan ibarət idi ki, istedadlı şəx-
siyyətlərin və onların ailələrinin rifahı onların bilikləri, bacarıqları və Vətən
qarşısındakı xidmətlərindən deyil, bütünlüklə və tam çəkildə hökmdarlar tə-
rəfindən onlara qarşı münasibətdən asılı idi. Cordano Bruno, Rocer Bekon,
İdarəetmə mədəniyyəti
Kopernik, Qaliley və bir çox digər orta əsr alimlərinin taleyini xatırlamaq
kifayətdir. Analoji vəziyyət müsəlman Şərqində də mövcud idi. Belə ki,
A.E.Krımski göstərir ki, burada XI əsrdə görkəmli şəxsiyyətlərin rifahı və
əmin-amanlığı əvvəlcə Qəznəvi, sonra isə Səlcuq hakimlərinin onlara mü-
nasibətindən asılı idi. Müasir demokratiyalarda şəxsiyyətin və ailənin rifahı
insanın mədəniyyəti, bilikləri, qabiliyyətlərindən, cəmiyyət və dövlət üçün
onun tələbatlığı və faydalılığı dərəcəsindən asılıdır. Demokratiya mədəniy-
yəti şəraitində ailə, dövlət və cəmiyyətin proqressiv inkişafında vəzifə haki-
miyyəti deyil, şəxsiyyətin mədəniyyəti və onun biliklərinin hakimiyyəti
həlledici rol oynayır.
C.Adair və A.Maslounun modellərinin
tətbiqi haqqında
Ailənin həyat fəaliyyətinin idarə edilməsi mədəniyyətində Con Adairin
“üç dairə“ modelinin tətbiqi məqsədəuyğun ola bilər ki, onu belə şərh et-
mək olar: vəzifə, ailə və ailənin ayrı-ayrı üzvləri (fərdlər). Burada da ailə
inkişafının strateji idarə edilməsi, ailə üzvlərinin ümumi məqsədlə, prinsip-
lərlə, ailə etikası, ideologiyası və gələcəyi görmə qabiliyyəti ilə birləşməsi,
ailə üzvlərinin maraqlarını vahid mədəniyyət çərçivəsində harmonizasiya
etmək bacarığı, onların inkişafı və yaradıcı fəaliyyəti üçün şərait yaratmaq
kimi liderlik keyfiyyətləri lazımdır.
Ailə qurmaq üçün motivasiya modeli kimi, A.Maslounun artıq bizə tanış
olan, insanın harmoniyası, təhlükəsizliyi, qabiliyyətlərinin maksimal inkişaf
imkanları və özünü reallaşdırma prinsipləri üzərində qurulan “ideal cəmiy-
yət” modelindən istifadə etmək olar. O, insanın şüurunun humanist yolla
dəyişdirilməsi və mədəniyyətin sosial institutlarını yenidən təşkil etməklə
onun pozitiv dəyişdirilməsini nəzərdə tutur. Özünü qorumada, təhlükəsiz-
likdə və sülhdə, məhəbbətdə və əlbirlikdə, özünütəsdiqdə və tanınmada, ya-
radıcılıq vasitəsi ilə özünün aktuallığında və təkmilləşməsində olan sosial
tələbatlar, həmçinin fizioloji tələbatlar ailə idarəçiliyi üçün aktualdır. Ailə-
də onlar – məhəbbət və bağlılıqla, valideynlər və övladlar, qardaşlar və ba-
cılar, nəvələr, babalar və nənələr arasındakı qan qohumluğu və borc hissi
ilə şərtlənən spesifik ailə tələbatları ilə də tamamlanırlar. Ailə motivasiyası-
nı daha yaxşı başa düşmək məqsədi ilə A.Maslounun konsepsiyasını geniş
interpretasiyada aşağıdakı kimi təqdim etmək olar:
1. Fizioloji tələbatlar (aclıq, susuzluq, yuxu, sağlamlıq və s.).
2. Təhlükəsizlik tələbatları (əminlik, təhlükədən qorunma, sabitlik və
nizam-intizam, ruhi dinclik və s.).
Fuad Məmmədov
3. Sosial tələbatlar (ailəyə mənsub olma, təqdir edilmə, ictimai həyat,
məhəbbət və dostluq, ailə rifahı və xoşbəxtlik).
4. Hörmətdə tələbat (özünəhörmət, tanınma, uğur, status).
5. Özünü aktuallaşdırma tələbatı (təkmilləşmə, nailiyyətlər, şəxsiyyə-
6. Dərk etmə və başqalarını maarifləndirmə tələbatı .
7. Estetik düyğu və gerçəkliyin dəyişdirilməsi tələbatı.
8. Allaha inam, dərk etmə və məhəbbətdə tələbat.
Ailəni idarəetmə prinsipləri haqqında
Ailə həyatının tənzimlənməsinin əsas prinsipi hüquq deyil, mənəviyyat-
dır. Ailə üçün spesifik funksiya ilə tərbiyə və təhsil, ailə büdcəsinin idarə
edilməsi, həyat fəaliyyətinin proqram və layihələrinin reallaşdırılması adə-
tən qeyri-formal, qeyri-hüquqi xarakter daşıyır. Ailə mədəniyyəti psixologi-
yası onların qan qohumluğu ilə əlaqəliliyi, bir-birinə bağlılığı, borc hissi ilə,
ənənələrlə, bir-birinin qarşısında və digər insanlar qarşısında, cəmiyyət və
dövlət qarşısındakı mənəvi məsuliyyətlə şərtlənir.
Ailə həyatının hər bir tarixi mərhələsində tələbatlar və maraqlar dəyişir,
ailə qarşısında duran vəzifələri görməyə və reallaşdırmağa prinsip etibarilə
yeni yanaşmalar tələb edən yeni sərait və imkanlar yaranır. Ailənin rifahı,
inkişafı və təhlükəsizlik məsuliyyəti, onun idarə edilməsində aparıcı rol oy-
nayan ailə başçısının üzərinə düşür. Ailə münasibətlərindəki harmoniya bir
çox cəhətdən onun şəxsi mədəniyyət səviyyəsindən – intellekti, etikası, ira-
dəsi, xarakteri, enerjisi, məsuliyyəti, xarizmatik keyfiyyətlərindən asılıdır.
Ailə başçısı favoritlikdən qaçmalı, qızıl orta həddi gözləməli və ifrata var-
mamalı, ailənin bütün üzvlərinə qarşı ədalətli, dürüst və alicənab olmalıdır.
O, ailənin həyat fəaliyyəti prosesindəki dialektik ziddiyyətləri və gözlənil-
məz çətinlikləri aradan qaldırmaq üçün lazım olan dözümə və təmkinə ma-
lik olmalı, anlaşma və qayğı, nəzakət və dərdə şəriklik göstərməli, natura
bütövlüyünə və yumor hissinə malik olmalıdır.
Ailəniт idarəetmə mədəniyyətinin universal prinsiplərinə əsaslanaraq,
ailə başçısı borcludur:
Ailə üzvlərinin ruhi və maddi tələbatlarının maksimum ödənilməsi-
nə yardım etməyə.
Övladlarına yaxşı təhsil verməyə.
Ailə üzvlərinin sağlamlığının qorunmasına qayğı göstərməyə.
Övladlarında nəciblik, şəfqət, cəmiyyətin rifahı naminə biliklərə və
vicdanlı əməyə məhəbbət, insanlara humanist məhəbbət, vətənpər-
İdarəetmə mədəniyyəti
vərlik və comərdlik, yaradıcılıq başlanğıcı, yüksək etika və həm-
rəylik hissi tərbiyə etməyə.
Ailənin vahid ruhi mədəniyyətinin formalaşdırılması maraqlarında,
ailə üzvlərinin mədəniyyəti, xarakteri və mənafeyini harmonizasiya
Ən yaxşı ailə ənənələrinin varisliyini təmin etməyə.
Böyük və mehriban ailənin qızıl qaydalarından biri – valideynlərin kürə-
kənlərə və gəlinlərinə öz doğma övladları kimi psixoloji münasibət prinsi-
Ailənin idarə edilməsi məqsədi, vəzifələri
və metodları haqqında
Ailənin idarə edilməsi aşağıdakı həyat şəraitlərinin: uşaqların təhsili və
tərbiyəsinin; ailə rifahı; sağlamlıq; ailə ideologiyası və ailə əxlaqının; ailə
həmrəyliyi, məhəbbət, dostluq və sədaqət hissinin; ailə ənənələri varisliyi-
nin; qonşular, qohumlar, dostlar, iş yoldaşları və bütövlükdə cəmiyyətlə sa-
bit harmonik münasibətlərin qurulması və saxlanmasının təmin edilməsini
nəzərdə tutur. Ailə başçısı öz səlahiyyətinə uyğun olaraq, ailə həyatı fəlsə-
fəsinə dair başlıca qərarları qəbul edir, onun həyat tərzini, əsas həyat təsis-
ləri və davranış qaydalarını müəyyən edir. Yüksək idarəetmə mədəniyyəti-
nə iddialı ailə lideri, ailənin məqsəd və prioritetlərini, “daxili və xarici siya-
sətini” düzgün müəyyən etməyi bacarmalı, strateji və taktik vəzifələr qoy-
malı və həll etməli, ailə üzvlərinin ruhi və maddi tələbatlarının ödənilməsi-
ni təmin etməli, onların maraq və mədəniyyətlərini harmonizasiya etməli,
ailənin hər bir üzvünün tələbatları və xarakterlərini, gözləmələri və imkan-
larını, onun xoşbəxtlik anlamını düzgün müəyyən etməlidir.
İdarəetmə mədəniyyəti kontekstində ailə idarəçiliyinin məqsədləri, vəzi-
fələri və metodlarını aşağıdakı kimi ifadə etmək olar. İdarəetmə məqsədi –
ailənin sosial-mədəni inkişafı, həyat fəaliyyətinin qorunması və permanent
yaxşılaşdırılması, rifah halı və həyat keyfiyyətinin müntəzəm yüksəlişidir.
Vəzifələr – özünün həyatdakı təyinatını düzgün görməyə, məqsədlərə çat-
mağa, fiziki və mənəvi sağlamlığının, ailə üzvlərinin rifahı və xoşbəxtliyi-
nin, onun sağlam inkişafının təmin edilməsinə, ailənin mədəni dəyərlərinin
saxlanılmasına və qorunmasına yardım etməsidir. Ailə idarəçiliyinin ən
başlıca vəzifələrindən biri daxili harmoniyaya nail olunmasıdır. Ailənin hər
bir üzvü özünü idarə etmək, digər ailə üzvləri ilə münasibətlərini məhəbbət
və sədaqət, eyni bir mədəni ailə dəyərlərinə bağlılıq əsasında harmonozasi-
ya etmək bacarığına malik olmalıdır. Ailə başçısı öz ağılı ilə əməllərini ida-
rə etməlidir ki, onu əhatə edən ailə üzvlərini məyus etməsin. O, ailə üzvləri-
Fuad Məmmədov
nin düzgün həyat motivasiyasına imkan yaratmalı, uşaqlarının istedadı və
qabiliyyətlərini vaxtında aşkar etməli və həyatda onlara düzgün istiqamət
verməli, onların düzgün peşə seçiminə kömək etməli, ailənin hər bir üzvü-
nün şəxsiyyət kimi formalaşmasına səy göstərməli, övladlarını cəmiyyətin
yaradıcı üzvləri kimi tərbiyə etməlidir. İdarəetmə metodları – təhsil və tər-
biyə, öz həyat nümunəsi, yüksək mədəniyyəti, nüfuzu, bilikləri, təcrübəsi,
müdrikliyi, məsləhətləri, mənəvi keyfiyyətləri, yaradıcı fəaliyyəti ilə ailə
üzvlərinə pozitiv təsir göstərmək; tələbkarlıq; ailə üzvlərinin həyat mənafe-
lərinin, sabitliyi və təhlükəsizliyinin təmin edilməsi haqqında qayğı; ailənin
gələcək inkişafının planlaşdırılması və qurulmasıdır.
Kulturoloji “ədalətlik monitorinqindən” istifadə edərək, ailə zamanın ça-
ğırışlarından asılı olaraq bəzən öz həyat fəaliyyətində korrektələr etməlidir.
Öz mənəvi prinsiplərinə sadiq qalaraq, müasir elmin nailiyyətləri və özü-
nün qabiliyyətləri və imkanlarını nəzərə alaraq o, inkişaf texnologiyalarını
pozitiv dəyişməyə və həyat keyfiyyətini yaxşılaşdırmağa çalışmalıdır. Bu
zaman ailə şüurunu permanent təkmilləşdirmək, öz düşüncələrində, sözlə-
rində və əməllərində nəcib olmağa çalışmaq, başqalarının ləyaqətinə hör-
mət etmək, məhəbbətə, kamilliyə və harmoniyaya can atmaq, öz mənəvi və
siyasi məsuliyyət mədəniyyətini inkişaf etdirmək, valideynlər, övladlar, cə-
miyyət, vətən və bəşəriyyət qarşısındakı borcunu yerinə yetirmək lazımdır.
Ailə davranışı mədəniyyəti və əxlaq kodeksi
Məlum olduğu kimi, ailədə insanın davranış mədəniyyəti onun intellek-
tual və etik mədəniyyəti, onun gerçəkliyə bütün münasibətlər sistemi ilə,
hər şeydən əvvəl, onun ətrafdakı insanlara münasibəti ilə müəyyən edilir.
Ailə – insan qəlbinin qorunduğu ocaqdır. Buna görə də məhz ailədə qarşı-
lıqlı anlaşma, ailənin hər bir üzvünü narahat edən problemlərin müzakirəsi
və həlli çox vacibdir. Onda bizi başa düşən başqa insanların, dostların, qo-
humların axtarışına ehtiyac qalmayacaq, deməli, uzaqlaşma üçün şərait ya-
Ailədə davranış – şəxsiyyətin daxili mədəniyyətini, onun xarakteri, tem-
peramenti, tələbatları, istəklərini, dünyagörüşünü, etik prinsipləri, emosiya-
ları və hisslərini, əhval-ruhiyyəsini əks etdirir. Belə münasibətin meyarı
məhəbbət, insanlıq, humanizmdir. Mədəni insan özünün pis əhval-ruhiyyə-
sini nümayiş etdirməməli və öz qayğıları və həyəcanları ilə ailə üzvlərinə
əziyyət verməməli yaxud onları özünün gur emosiyaları ilə yormamalıdır.
O yalnız öz hərəkətlərinə deyil, həm də ailə üzvlərinə və insanın özünə təsir
edən sözlərinə fikir verməlidir. Xeyirxah söz və xeyirxah əməl, səmimiy-
yət, valideynlərini, qardaşları və bacılarını və ailənin digər üzvlərini dinlə-
İdarəetmə mədəniyyəti
mək bacarığı – əlverişli ailə münasibətlərini formalaşdırmağın ən yaxşı üsu-
ludur. Bu zaman etik normaları və ailədə davranış qaydalarını bilmək azdır,
real həyatda onların təsadüfi xarakter daşımaması, amma ailənin bütün üzv-
lərinin həyatına kömək edən şəxsiyyət keyfiyyətinə çevrilməsi üçün onlara
daim əməl etməyi bacarmaq lazımdır.
Ailə üzvlərində nöqsanları deyil, yaxşı cəhətləri axtarmaq və onların in-
kişafını stimullaşdırmaq lazımdır. Doğma insanı başa düşmək və onun haq-
qında düzgün mühakimə üçün onun hərəkətlərinin yaxud münasibətinin sə-
bəbini axtarmaq, öz davranışında əsaslandığı motivlərə nüfuz etmək lazım-
dır. Bu zaman kənardan özünə də baxmaq, öz xarakterini, vicdanını, dəyər-
lər sistemini, öz düşüncələrini, niyyətlərini və əməllərini obyektiv qiymət-
ləndirmək çox vacibdir. Bütövlükdə cəmiyyətdə olduğu kimi, insanın ailə-
dəki hərəkətləri həmişə yaxşı düşünülməli, nəzakəti, həssaslığı və müdrikli-
yi ilə fərqlənməlidir, çünki onlar öz arxasınca müəyyən nəticələri çəkib gə-
tirir. Buna görə də çalışmaq lazımdır ki, onlar həm ailə üzvləri üçün, həm
də insanın özü üçün yaxşı nəticələrə malik olsunlar, yaxşı əhval-ruhiyyə,
sevinc və ilham mənbəyi olsunlar. Vicdan, məhəbbət, humanizm, xeyirxah-
lıq, borc, ədalət, heysiyyət kimi mənəvi kateqoriyalar aprior xarakter daşı-
yır, zamanla və ya şəraitdən asılı olaraq dəyişmirlər. Onlar insanın daxili
əqidəsinə və keyfiyyətinə çevrilərək, böhran şəraitində və ya mürəkkəb si-
tuasiyalarda aydın şəkildə üzə çıxaraq ailənin ruhi mədəniyyətinin güclü
mənəvi amili olurlar.
Beləliklə, ailənin möhkəmliyi və rifahı onun etik mədəniyyətindən,
onun üzvlərinin davranış kodeksinin əsaslandığı mənəvi prinsiplər və ənə-
nələrdən asılıdır. Yüksək mənəvi prinsiplər əsasında yaşayan ailə mədəniy-
yətinin tipik göstəriciləri – böyüyə hörmət, uşaqlara məhəbbət, həmrəylik,
qarşılıqlı yardım, sədaqət, səbr, məhəbbət, dostluq, qonaqpərvərlikdir. Ailə-
nin əxlaq kodeksi aşağıdakıları onun hər bir üzvünün öhdəsinə qoyur:
1. Ailənin ruhi rahatlığı, maddi rifahı və mənəvi prestijinin saxlanma-
sı üçün zəruri qüvvələri sərf etmək.
2. Ailənin və şəxsiyyətin yüksək ruhi mədəniyyət prinsiplərinə səda-
qətini tanış olmayan və yad insanların loyallığından üstün tutmaq.
3. Dürüstlük, ədalət və xeyirxahlıq, böyüklərə hörmət və kiçiklərə
məhəbbət, yaşlılar, uşaqlar və əlillər haqqında qayğını nəzərdə tu-
tan yüksək mənəvi həyat prinsiplərinə tərəfdar olmaq.
4. Ailə maraqlarının prioritetliyini yadda saxlayaraq, öz maraqlarını
ailə maraqları ilə harmonik surətdə uyğunlaşdırmaq.
5. Ailə üzvləri və dostları tərəfindən göstərilən etimadı yüksək qiy-
mətləndirmək və doğrultmaq.
Fuad Məmmədov
6. Daim məhəbbət, dostluq və sədaqət, inam və dözüm, hörmət, məsu-
liyyət və dürüstlük, ailə üzvlərinin sağlamlığına qayğı nümayiş et-
7. Kamilliyə can atmaq, özündə pozitiv xarakter, kompromisə getmək
bacarığı, vicdan, doğruluq, dürüstlük formalaşdırmaq.
8. Öz hərəkətlərinə şüuru ilə – ətrafdakılara pislik etməmə, ailədə sağ-
lam və şən psixoloji mühitin yaradılmasına yardım predmeti vasitə-
silə nəzarəti müntəzəm olaraq həyata keçirmək.
9. Qonşular, iş yoldaşları, tanışlar və dostlarla xeyirxah münasibətlər
10. Qanunun aliliyini qorumaq, cəmiyyət üzvlərinə və legitim hakimiy-
yətə hörmətlə yanaşmaq, dövlət simvollarına hörmət etmək.
İdealda hər bir ailənin əxlaq kodeksi yalnız ailənin deyil, həm də milli
və ümumbəşəri mədəni dəyərləri əks etdirməli və özündə bəşəriyyətin və-
tənpərvərlik və humanizm ideallarını birləşdirməlidir.
Ər-arvadın qarşılıqlı münasibətlər
mədəniyyəti haqqında
Uşaqların tərbiyəsi üçün ər-arvadın ailədəki davranışı başlıca əhəmiyyətə
malikdir. Ailə xoşbəxtliyi və nigahın davamlılığının mühüm şərti, ər-arvadın
mədəni və psixoloji uyğunluğu, bir-birilərinin xarakterini bilmə, qarşılıqlı an-
laşma, məhəbbət, ər-arvad arasında mənəvi münasibətləri tənzimləyən yüksək
ünsiyyət mədəniyyətidir. Ailədə hər şey qarşılıqlı münasibət üzərində qurulur.
Ailədə psixoloji mühit ondan asılıdır. İnsan hisslərinin və münasibətlərinin har-
moniyası ailə xoşbəxtliyinin əsası olduğu halda, eyni zamanda mədəni uyğun-
suzluq ailədə anlaşılmazlığa, ixtilaflara, bəzən isə onun dağılmasına səbəb
Münasibətlər bayram əhval-ruhiyyəsi daşımalı, məhəbbət, qarşılıqlı hör-
mət, inam, dostluq üzərində qurulmalı, soyuqluqdan və əsəbilikdən azad olma-
lıdır. Pozitiv ailə etikasını nümayiş etdirən diqqət, qayğı, razılıq və qarşılıqlı
yardım olmadan ər-arvad məhəbbətini və qarşılıqlı bağlılığını təsəvvür etmək
çətindir. Qolbax deyirdi ki, ətfafındakıların bağlılığını, məhəbbətini və hörmə-
tini, köməyini özünün mənəvi münasibəti, onların rifahı haqqında öz qayğısı
ilə qazanmaq lazımdır. Ər-arvadın yüksək mədəniyyəti, birmənalı qiymətlən-
dirmənin çətin olduğu məhəbbət və qısqanclıq kimi ikili, ambivalent kateqori-
yaları tənzimləməyə imkan verir.
Fransız yazıçısı Andre Morua qeyd edir ki, “hər kəs əmindir ki, başqaları onu mühakimə
edərkən, səhv edirlər, və özü başqalarını mühakimə edərkən, səhv etmir”.
İdarəetmə mədəniyyəti
Ailə münasibətlərində daimi qarşılıqlı qiymətləndirmələr böyük rol oy-
nayır. Ər-arvad arasındakı münasibətlər, əsas etibarilə qarşılıqlı keyfiyyət-
lərin qiymətləndirmə ədalətliyi, səmimiliyi və nəzakətindən, bir-birinin
əhəmiyyətinin və nailiyyətlərinin etirafından asılıdır. Əgər ər- arvad qarşı-
lıqlı iddiaları, bir-birinin gözləmələrini, arzuları və ümidlərini başa düşmür-
lər yaxud qiymətləndirmirlərsə, onda onlar qarşılıqlı narazılıq, soyuqluq,
uzaqlaşma və hətta əlaqələrin qırılması riskini yaradırlar.
Sübhəsiz, ər-arvad arasında şəxsiyyətlərarası harmoniyaya nail olmaq
üçün şəxsiyyətin temperament kimi təbii xüsusiyyətini də nəzərə almaq la-
zımdır. Müxtəlif temperamentli insanlarda xarakter xüsusiyyətləri müxtəlif
cür aşkar olur. Temperamenti və xarakteri bilmə anlaşılmazlıqlardan və ix-
tilaflardan xilas olmağa imkan verir. Orqanizmin xüsusiyyətlərindən, ali si-
nir sisteminin fəaliyyətindən asılı olaraq, insanları şərti olaraq fleqmatiklə-
rə, melanxoliklərə, xoleriklərə və sanqviniklərə ayırırlar. Real həyatda, bir
qayda olaraq, onlardan birinin üstünlüyü ilə müxtəlif növlərin birləşməsi
müşahidə edilir. Psixoloq V.S.Merlin temperament xüsusiyyətlərinin insa-
nın psixi həyat dinamikasına təsirini göstərərək, iki – sakit düzənlik və sü-
rətli dağ çaylarının obrazlı müqayisəsini verir. Bu iki müxtəlif çayların bir-
ləşməsi (bundan başqa, həm də eyni xarakterinə görə) burulğanlar və şəla-
lələr əmələ gətirərək, müxtəlif cür formalaşa bilər, çünki onların hər biri öz
dəyərini və özünəməxsusluğunu qorumağa çalışır.
Ər-arvadın bir-biri ilə daxili narazılığının, mümkün qarşılıqlı münaqişə-
lərin aradan qaldırılmasına – öz rolunun düzgün dərk edilməsi, niyyətlər,
planlar və işlər haqqında ər-arvadın qarşılıqlı məlumatlılığı, maraqlarının
harmonizasiyası yardım edir. Psixologiyanı, xarakter xüsusiyyətlərini, ailə
üzvlərinin duyğuları və ideallarını yaxşı bilmə, onların daxili aləmini gör-
mə – münaqişələrdən yaxa qurtarmağa və xilasedici qarşılıqlı anlaşmaya na-
il olmağa kömək edər.
Möhkəm ailənin labüd şərti ər-arvad məhəbbətini və qarşılıqlı bağlılığı-
nı təsdiq edən diqqət, qayğı, razılıq, qarşılıqlı dəstək və digər amillərdir.
Onlar yaxşı qarşılıqlı münasibətlərin, qarşılıqlı anlaşma və əməkdaşlığın
formalaşması üçün zəmin yaradırlar. İnsanın başqa insana qarşı həqiqi mü-
nasibətini onun davranışına görə, sözlərə görə deyil, işlərə, konkret əməllə-
rə və real nəticələrə görə təyin etmək olar. İnsanın davranışında həmişə
hədd duyğusu və nəzakət olmalıdır. Ailədə yaxşı münasibətlərin saxlanıl-
ması üçün şüurlu fədakarlıqlar da olmalıdır.
Fuad Məmmədov
Uşaqların təhsili və tərbiyəsi haqqında
Uşağın təhsilə və tərbiyəyə əsaslanan mədəniyyətinin tərbiyə edilməsi
ailədə başlayır. Uşağın anadangəlmə mədəni keyfiyyətləri – əsasını bir neçə
nəslin düzgün tərbiyə və təhsil ənənələrinin təşkil etdiyi uzunmüddətli təka-
mülün nəticəsidir. Bu keyfiyyətlər vaxtı gələndə irsi səviyyəyə keçir və in-
sanın müəyyən qabiliyyətləri, mədəni dəyərləri və sosial etikasında öz ifa-
Düzgün tərbiyə – doğmalara hörmət, dürüstlük, sadəlik, qarşılıqlı yardım
hissi, şərə qarşı barışmazlıq, ailənin digər üzvlərinə zərər verməklə sərbəst-
likdən istifadə etməyin və şəxsi münasibətlərdə humanizm prinsiplərinin
pozulmasının qəbuledilməzliyini nəzərdə tutur. Ailə uşaqlara etimad gös-
tərməli, onların həyat fəaliyyətinə nəzarəti həyata keçirməli, uşaqlarda gö-
zəllik hissini və insanlara məhəbbəti, yüksək etik mədəniyyəti, məntiqi tə-
fəkkürü, və hadisələri, faktları və insanları tənqidi təhlil etmə qabiliyyətini
Möhkəm və uğurlu ailə formalaşdırılması prosesinin əsas idarəetmə va-
sitələri – həyat fəaliyyəti məqsədlərinin və səmərəli texnologiyaların düz-
gün təyin edilməsi, şüurlu tərbiyə və uşaqlara həyat fəlsəfəsini, reallıqlarını
və qanunlarını izah etmək, planlaşdırma, məsuliyyət, xidmətlərin qiymət-
ləndirilməsi, tanınma (qəbul edilmə), alicənablığa və ləyaqətli həyat tərzinə
görə müntəzəm mənəvi mükafatlandırma, diqqətin dəyərli olanın üzərində
cəmlənməsi, düzgün motivasiya, stimullaşdırma, uşaqların qabiliyyətlərinə
və cəmiyyətdə onların özünütəsdiqinə və özünü reallaşdırmasına daha artıq
dərəcədə cavab verən sənət seçimində yardım etmədır. Erkən yaşlarından
uşaqlarda böyüklərə hörməti, kiçiklərə məhəbbəti, əməyə məhəbbəti, qo-
naqpərvərliyi, şəxsiyyətə hörməti, düzgünlüyü, intellektual, mənəvi və pe-
şəkar kamilləşməyə müntəzəm ehtiyacı, məsuliyyət mədəniyyətini, vaxtı
səmərəli idarə etmək bacarığını formalaşdırmaq lazımdır.
Ailənin strateji məqsədlərindən biri, uşaqların, – hər bir millətin insan
kapitalını təşkil edən, yaxşı biliklər və pozitiv mənəviyyata malik, alicənab
şəxsiyyətlər və tamdəyərli vətəndaşlar kimi onların təşəkkülünü və inkişafı-
nı təmin edən təhsili və tərbiyəsidir. Hələ XI əsrdə Təbəristan müdriklərin-
dən biri Key Kavus “Qabusnamə”də yazırdı: “Böyüklük ağılda və bilikdə-
Uşaqların təfəkkür mədəniyyətinə və hər bir millətin genofondunun formalaşmasına
oyuncaqlar və uşaq ədəbiyyatı böyük təsir göstərir. Bunu nəzərə alaraq, oyuncaqlara və uşaq
kitablarına nəzarət etmək və uşaqların şüuruna onların təsir predmetini testdən keçirmək
İdarəetmə mədəniyyəti
dir. nəsildə və əsildə deyil. şəxsi ad-san irsən keçəndən daha yaxşıdır.
hörmət ağıl və təhsilə görədir, əsilə-nəsilə görə deyil”. Uşaqlarda ruhi aris-
tokratizmi və alicənablığı tərbiyə edərək, onları milli və bəşəri dəyərlərə
cəlb edərək, onlarda müntəzəm özünü təkmilləşdirmə cəhdini formalaşdıra-
raq, biz onları “yüksək mədəniyyət məbədinə” aparıb çıxarırıq, onlara öz
şüurunu idarə etməyi, yetərli və cəmiyyətə gərəkli, tamdəyərli və azad şəx-
siyyətlər olmağa yardım edirik. Lev Tolstoy uşaqlara münasibətdə vali-
deynlərin doğruçuluğu, düzgünlüyü və səmimiliyini – belə mənəvi mövqeyi
yeganə düzgün tərbiyə kimi nəzərdən keçirərək yüksək qiymətləndirirdi.
Ailə təhsili və tərbiyəsi uşaq şəxsiyyətinin formalaşmasında təyinedici
rol oynayır. Uşaq körpə yaşından mədəni ənənələri, ünsiyyət və davranış
vasitələrini, təfəkkür baxışları və stereotiplərini, düşüncələri, təsəvvürləri,
böyüklərin təlqinlərini və əxlaq normalarını mənimsəyərək sosial-mədəni
mühitə düşür. Həyatının elə ilk addımlarından, dərk etmədən, təqlid vasitəsi
ilə uşaq böyüklərin həyat fəaliyyəti nümunələrini, ailədə bünövrəsi qoyul-
muş dəyərləri və yazılmamış qanunları, onların təcrübəsini, tərzlərini və
texnologiyalarını mənimsəyir. Beləliklə, şüuri və qeyri-şüuri olaraq, ailə,
uşaqlarda valideynlərinin davranış və münasibətlər nümunələrinin forma-
laşmasına səbəb olur. Bu “mikromühitdəki” translyasiya kifayət qədər sa-
bitdir. Yaş artdıqca bu proses tədricən genişlənir, mikro- və makromühit sə-
viyyəsində, yəni ailədə, məktəbəqədər uşaq müəssisələrində və müxtəlif sə-
viyyəli məktəblərdə təlim vasitəsilə insanı əhatə edən aləm haqqında yeni
biliklərin şüurlu surətdə mənimsənilməsinə çevrilir. Bununla bərabər uşa-
ğın davranışına, insanları qiymətləndirməsinə, ətrafdakılara münasibətdə öz
mövqeyinin seçilməsinə anadangəlmə mədəni keyfiyyətlər ciddi təsir göstə-
Uşaqların təhsili və tərbiyəsinə yalnız Qərbdə deyil, Şərqdə də həmişə
böyük əhəmiyyət verilmişdir. Uşaqların nəcib tərbiyə edilməsinə böyük
əhəmiyyət verən XI əsr müsəlman aristokrat mədəniyyətinin məşhur abidə-
sində Key Kavus qeyd edir ki, “. əgər ağac əyri bitib və budaqları əyri olub
və əyri boy atıbsa, onu yalnız mişarlamaq və yonmaqla düzəltmək müm-
kündür”. Həqiqət axtarışına istiqamətlənən alimliyin və müvəffəqiyyətin
nadir halda birləşdiyi orta əsr cəmiyyətində elmə kifayət qədər tələbat ol-
madığını dərk edən Key Kavus qeyd edir: “Bəxtinin dönüklüyü ilə bizi dan-
layan kəsə de: məgər tale, qiyməti yüksək olandan başqa kimsə ilə çarpışır-
mı. göydə ulduzlar var, onların sayı-hesabı yoxdur, tutulma isə yalnız gü-
nəşdə və ayda olur!” Buna baxmayaraq görkəmli mütəfəkkir bilikləri “qa-
zanılmış nəciblik” adlandıraraq, onlara xüsusi əhəmiyyət verirdi.
Nəsirəddin Tusi uşaqların düzgün təminatı və tərbiyəsini ailə idarəçiliyi-
nin başlıca vəzifəsi hesab edir. Dahi humanist uşaqlara böyük həssaslıq və
Fuad Məmmədov
diqqət göstərməyi, pis hərəkətləri vaxtında aradan qaldırmağı və pozitivləri,
onları ənənəyə çevirməyə cəhd edərək, təşviq etməyi tövsiyə edir. O hesab
edir ki, insanın taleyi, onun südəmər yaşından başlayaraq, uşaqlıqda aldığı
tərbiyədən daha çox asılıdır. Tusinin qənaətinə görə, uşaq təşəbbüsünü
məhdudlaşdırmadan, hər şeydən əvvəl uşaqlarda xasiyyətin nəcibliyini for-
malaşdırmağa imkan verən həya hissini tərbiyə etmək, həmçinin uşağın is-
tedadının erkən aşkar edilməsi və inkişafına xüsusi diqqət yetirmək lazım-
dır. İlk növbədə uşaqları daha zəruri dəyərlərə öyrətmək lazımdır ki, onlar-
sız insan cəmiyyətində yaşamaq mümkün deyil. Bu – ünsiyyət mədəniyyəti,
dostluq, məhəbbət, səmimiyyət, xeyirxahlıq, qarşılıqlı yardım, valideynlərə,
qohumlara, dostlara və qonşulara hörmətdir.
Alim hesab edir ki, uşaqları, onların tərbiyəsinə zərər yetirə biləcək pis
təsirdən, mədəniyyətsiz insanlarla ünsiyyətdən, əşyabazlığa, materializmə,
avaraçılığa, veyillik və acgözlüyə, aldatma və həqiqəti gizlətməyə meylli-
likdən qorumağı, onları bahalı geyimlər, qazanılmamış təriflər və pul mü-
kafatları ilə əzizləməməyi vacib hesab edir. Bu məqsədlə uşağa hər şeyi: in-
sanlar arasında, öz yaşıdları ilə, böyüklərlə özünü necə aparmağı, nə vaxt
və necə danışmaq lazım olduğunu izah etmək lazımdır. Uşaqların tərbiyəçi-
lərini də düzgün – ağıllı, dürüst, nəzakətli, ədalətli, etika normalarını və
uşaq psixologiyasının xüsusiyyətlərini bilənləri seçmək lazımdır. Bu tələb-
lərə uyğun gəlməyən tərbiyəçi uşağı mənən şikəst edə bilər. Tusi erkən yaş-
larından uşaqlara əməyə məhəbbətə, doğruluğa, biliyə və faydalı sənətlərə,
xeyirxahlığa və başqalarına yardım etməyə, yalana, böhtana, tənbəlliyə, ya-
ramazlığa, başqasınn dərdinə biganəliyə, eqoistliyə, özündən razılığa və
lovğalığa nifrət hissi aşılamağı tövsiyə edir. Onlara gerçəkliyi düzgün anla-
mağa kömək edən əqli mədəniyyətə, məntiqi təfəkkürə maraq aşılamağı,
qayğı və xeyirxahlıq göstərməyi, onlarda nəciblik və səmimilik, müdrikliyə
və yaxşılığa can atmanı tərbiyə etməyi, yüksək mədəniyyətin və ləyaqətli
davranışın üstünlüklərini onlara mümkün qədər daha erkən izah etməyi də
Tusi deyir ki, valideynlər tərbiyədə səhvlərə, ilkin pozitiv cəhətlərin de-
formasiyasına yol verməməlidirlər, öz uşaqlarının yaradıcı qabiliyyətlərini
və mənəvi keyfiyyətlərini aşkar etməli, effektiv inkişaf etdirməlidirlər, çün-
ki onların şəxsiyyət kimi formalaşması, özünü təkmilləşdirməsi, xoşbəxtli-
yə nail olması imkanları bundan daha çox asılı olacaqdır. Uşaqların tərbiyə-
sindəki səhvləri düzəltməkdənsə, aradan qaldırmaq daha asandır, çünki on-
lar əldən buraxılmış imkanların dönməzliyinə səbəb ola bilər. Uşaqların tər-
biyəsini onların əsassız iddialarına göz yummaqla özbaşına buraxmaq ol-
maz. Xarakter nəcibliyinə və ədalətə, əməksevərlik və yaradıcı təbiətə, hu-
İdarəetmə mədəniyyəti
manizmə və möhkəm iradəyə malik gələcək şəxsiyyətin pozitiv bünövrəsini
qoyaraq uşağın enerjisini lazımi məcraya yönəltmək lazımdır.
Uşaqların tərbiyəsinin zəruri şərti mənəvi əqidələrin, normalar, prinsip-
lər və idealların, vərdişlər və tələbatların düzgün formalaşdırılmasıdır. Ailə
tərbiyəsi prosesində uşaqları, əsasını qəhrəmanlığın ən yaxşı nümunələri-
nin, bəşəriyyətin əqli və mənəvi inkişafının təşkil etdiyi məhsuldar təfəkkü-
rə, etik davranışa və yaradıcı fəaliyyətə yönəltmək, onlar tərəfindən yüksək
mədəniyyət ideallarının həyata keçirilməsinə imkan yaratmaq lazımdır.
Tərbiyə əsasən həm ailə dəyərləri və məqsədləri, həm də cəmiyyətin
məqsədləri və dövlətin siyasi rejimi ilə bağlı olan ictimai münasibətlərin
xarakteri və ona uyğun ideologiya ilə şərtlənir. Bunu nəzərə alaraq, uşaqla-
rın təbiyəsini, ayrı-ayrı ailələrin prinsipləri və dəyərlərndən asılı olmayaraq,
insanların sosial praktikası ilə uyğunlaşdırmaq lazımdır. Dəyərlərin və mə-
dəniyyətlərin toqquşmasından qaçmaq üçün ailədə şəxsiyyətin tərbiyəsi ya-
şadığı cəmiyyətə insanın müəyyən adaptasiyasını, öz hissləri və şəxsi əqi-
dələri mədəniyyətindən imtina etmədən ləyaqətli yaşamağa imkan verən
“şüurlu konformizm” də nəzərdə tutulmalıdır.
Məlumdur ki, binanı divarlardan və ya damdan deyil, özülündən tikmə-
yə başlayırlar. Mədəniyyət erkən uşaqlıqdan formalaşır. Məhz uşağın şüu-
runun təşəkkül tapdığı bu dövrdə onu əməyə və özünüidarəyə, xeyirxahlığa
və başqa insanlara hörmətə, dürüstlüyə və yaxşılığa öyrətmək lazımdır.
Uşağı tərbiyə edən zaman konkret nümunələr üzrə onları inandırmaq lazım-
dır ki, pozitiv və ya neqativ davranış yaxud əməl ya onların maraqlarına ca-
vab verir, ya da onlar üçün təhlükə törədir. Məcburiyyət və hədə deyil, yal-
nız düzgün izah etmə və inandırma uşağın uğurlu inkişafının, onda pozitiv
təfəkkür və xarakterin, fəal həyat mövqeyinin tənzimçisi ola bilər. Uşaqlıq-
da mənimsənilmiş stereotiplər, anlayışlar, “tabu” (haram), qiymətləndirmə-
lər, münasibətlər və istiqamətlər, adətən, insanların ətraf aləmin təzahürləri,
hadisələri və insanlarını ya “düzgün və lazımi”, ya da “düzgün olmayan və
icazə verilməyən” kimi əsas “görmə” meyarına çevrilir. Çox vaxt mülahi-
zələrin qeyri-obyektivliyinin, başqa insanlara, “özgə” mədəniyyətlər, dinlər
və ya millətlərin nümayəndələrinə qarşı əvvəlcədən yaranmış yanlış fikrin
səbəbi məhz onlar olur.
Uşaqların tərbiyə mədəniyyətindən onların yalnız öz şəxsi taleyi deyil,
cəmiyyətin, millətin, dövlətin və bütün bəşəriyyətin sosial rifahı da asılıdır.
Alimlər hesab edirlər ki, artıq üç yaşından etibarən valideynlər uşağı yaxşı
başa düşməli, onun müstəqilliyini və məsuliyyətini inkişaf etdirməyə çalış-
malı, dəyişən tələbatlarını nəzərə almalı və xarakterindəki neqativ cəhətlə-
rin inkişafının qarşısını alaraq, maraqlarını ödəməlidir. Bir qayda olaraq,
daimi nəsihətlər uşaqlarda əks nəticələr verir. Uşaqlar emosional cəhətdən
Fuad Məmmədov
qıcıqlandırıcıya uyğunlaşırlar və mahiyyətindən asılı olmayaraq, böyüklərin
sözlərinə fikir vermədən, tədricən onu qavramırlar.
Artıq bu yaşda, uşaqla
ünsiyyət zamanı onunla öz dilində danışaraq, onun “dünyanı görməsini”
nəzərə alaraq, daim dərinləşdirərək, genişləndirərək və korreksiya edərək,
insan münasibətləri mədəniyyətinin məlum etik-psixoloji və “üç dairə” mo-
delinin uşağa uyğunlaşdırılmış məntiqi yanaşmalarından istifadə etmək la-
zımdır. Bəzən qəbul edilməyə nail olmağı arzulayaraq, tərif qazanmaq üçün
uşaq yalana əl ata bilər (əgər bəyənilən hərəkətlər edəndə bu onda alınmır-
sa), yaxud “biabır olmamaq” üçün “xilas naminə” yalana yol verə bilər.
Əgər bu tendensiya vaxtında hiss olunmasa, o, vərdişə çevrilə bilər. Yalanı
ifşa etmək və üstünü açmaqla deyil, yalanın əxlaqi tərəfini və avtoritetə ne-
qativ təsirinin izahı yolu ilə, eyni zamanda uşağa onun özünütəsdiqində və
düzgün qəbul edilməsində – uşağın pozitiv əməlləri və şəxsiyyətinin qiy-
mətləndirilməsi yolu ilə onu aradan qaldırmaq lazımdır. Cuma və Zelda Si-
qal beş yaşından etibarən uşaqları optimizmə öyrətməyi tövsiyə edirlər.
Onlar əmindirlər ki, valideynlər özlərinin keçmiş pozitiv təcrübəsi haqqında
uşaqlarına danışmalıdırlar. Bu, balacalara özündə nikbin xarakter formalaş-
dırmağa və müxtəlif həyat situasiyalarında özünənəzarət hissini yetişdirmə-
Uşaqların tərbiyəsi səbr, təcrübə və pedaqoji bacarıqlar tələb edən çətin
prosesdir. Məsələn, pedaqoqika təsdiq edir ki, uşaq yalanının səbəbi – xəyal
obrazları ilə mənimsəmə obrazlarının qarışdırılması, yaxud böyüklər öz is-
tiqamətləndirici sualı və intonasiyası ilə hiss olunmadan uşağa müsbət ca-
vab təkanı verəndə, “təlqin edilmiş yalan” ola bilər. Uşağa daim və məq-
sədyönlü şəkildə müsbət xüsusiyyətlər aşılamaq və eyni zamanda onları, bir
qayda olaraq daha asan və daha tez möhkəmlənən neqativ xüsusiyyətlərdən
qoruyaraq inkişaf etdirmək lazımdır. Valideynlər öz uşaqları ilə birlikdə da-
ha çox oynamalı və uşaqlarla onların öz dilində danışmalı, hədələr və cəza-
lardan deyil, sosial və peşəkar rollarının mənimsənilməsinə imkan verən
həyat hadisələri və qanunlarının mahiyyətlərini izah etmə metodikasından
istifadə etməklə, onlarda gözəlliyə və xeyirli olana məhəbbət aşılamalıdır.
Yeniyetmə ilə ünsiyyətdə kompetensiya, ədalət, dostluq və qayğını nəzərdə
tutan həmrəyliyə və əməkdaşlığa əsaslanan yanaşmadan istifadə etmək la-
zımdır. Eyni zamanda nəsihət və rəhbərlik metodlarından istifadə etməklə,
düzgün seçim etməyə kömək edərək, özünü onlarla, böyüklərlə olduğu kimi
aparmaq lazımdır. Bununla yanaşı nəsillər arasındakı mədəni-psixoloji uy-
Uşaqların tərbiyəsinə yanaşmaya toxunaraq, Russo deyirdi: “Əgər uşaqlarda dəcəlliyi
öldürsəniz, heç vaxt müdriklər hazırlaya bilməyəcəksiniz.”
İdarəetmə mədəniyyəti
ğunsuzluğu da nəzərə almaq və bu hesabla yeniyetmələrlə öz bərabəri kimi
danışmaq, onları manipulyasiya etmək deyil, dərdinə şərik olmaq, əmək-
daşlıq etmək, onların rastlaşdığı çətinliklərin aradan qaldırılmasında real
surətdə kömək etmək lazımdır.
Ailədə uşaqların tərbiyəsi, əmək kollektivində olduğu kimi, müxtəlif üslub-
lar vasitəsilə həyata keçirilə bilər – demokratik, avtoritar və liberal. Demokra-
tik üslub daha məqsədəuyğun hesab edilir. Avtoritar və liberal üslublar səmərə-
li hesab edilmir. Ünsiyyətdə avtoritarlıq mövqeyi dialoqa səbəb olmur və ya
sadəcə olaraq onun yaranma imkanını istisna edir. O, şübhə və tənqidə dözmür,
qeyri fikirləri və ya yeni yanaşmaları müdafiə edənin şəxsində “düşmən surəti”
görərək, nöqsansız həqiqət kimi yalnız öz rəyinin “nüfuzuna” əsaslanır. Vali-
deynlərin avtoritar üslub rəhbərliyi arsenalında valideyn nüfuzunun – “təzyiq
göstərmə nüfuzu”, “məsafə saxlama nüfuzu”, “təkəbbür nüfuzu”, “pedantlıq
(xırdaçılıq) nüfuzu”, “nəsihətçilik nüfuzu” kimi növləri vardır. Avtoritar üslub,
bir qayda olaraq, uşaqlarda təşəbbüssüzlüyü, acıqlılığı, qəddarlığı, qeyri-səmi-
. Liberal üslubun arsenalında çox vaxt “məhəbbət nüfu-
zu”, “xeyirxahlıq nüfuzu”, “dostluq nüfuzu” və “ələ alma nüfuzu” istifadə edi-
lir. Uşağın qabiliyyətlərini ideallaşdırmaqla bağlı olan liberal üslub ərköyünlü-
yə, eqoistliyə, məsuliyyətsizliyə gətirib çıxarır. O öz müstəsnalığı və qüsursuz-
luğunda inamın formalaşmasına, ətrafdakılara qarşı münasibətdə təkəbbür və
lovğalığa imkan yaradır. Bu kimi tərbiyənin doğurduğu iddialılıq və hövsələ-
sizlik bəzən belə uşaqların kollektivdə yaşıdları tərəfindən qəbul edilməməsinə
Valideynlər və övladlar arasındakı münasibətər bəzən mürəkkəb xarak-
ter daşıyır, belə ki, uşaqların öz dünyagörüşü olur. Mütəxəssislər hesab
edirlər ki, övladların özünütəsdiqi, onların “məninin” təşəkkülü böyüklərin
qiymətləndirməsinin təsiri altında uşaqlıqdan formalaşsa da, dünyada vali-
deynlərlə uşaqlar arasında tam açıqlığın olması qədər nadir heç nə olmur.
Hər bir uşaq, onu mühitin psixoloji təsirlərindən qismən azad edən, ona xas
dünyagörüşü, baxışları, münasibətləri, mənəvi tələbləri, qiymətləndirmələ-
ri, şəxsi qənaətləri ilə potensial şəxsiyyətdir. Tərbiyənin xeyirxah məqsəd-
ləri və onların həyata keçirilməsinin qeyri-məhsuldar praktikası arasında
olan uyğunsuzluqdan xilas olmaq üçün müntəzəm özünənəzarəti və tərbiyə
prosesinin şüurlu monitorinqini həyata keçirmək lazımdır. Uşaqların forma-
laşdırılması amillərinin aşağıda nəzərdən keçirilən təhlili bu reallığı dərk et-
məyə imkan verir.
Françesko Petrarka deyirdi: “Uşaqlarınızın göz yaşlarını qoruyun ki, uşaqlar onları sizin
məzarınızın üstündə axıda bilsinlər”.
Fuad Məmmədov
Uşağın şəxsiyyətinin formalaşdırılması amilləri
Ailənin mahiyyəti və vəzifələri
Bir kağız parçası götürün və onu iki hissəyə ayırın. Kağızın sol tərəfinə təhsildə uğur qazanmaq üçün tələb ounan şərtləri (səbrlilik (uzun müddət oturub çalışa bilmək bacarığı), motivasiya, yaddaş, çalışqanlıq, məsuliyyət, səy göstərmə, qaydalara riayət etmə özəlliyi), sağ tərəfinə isə həyatda uğur qazanmaq və xoşbəxtlik üçün tələb olunan şərtləri (özünə inam, sağlamlıq, daxili harmoniya, emosional intellekt, ünsiyyət bacarığı) yazın. Əmin olun ki, sizin sağ tərəfdə yazdıqarınızı məktəbdə öyrətmirlər. Bu keyfiyyətləri övladlarımızda biz özümüz aşılamalıyıq”. Hollandiyanın Tvente Universitetinin professoru, “Bizim yaxşı uşaqlar” bestsellerinin müəllifi Nelli Litvaka məxsus bu fikirlər məncə yeniyetmələrin faciəsində, o cümlədən intihar edən 14 yaşlı Elinanın intiharında yalnız məktəbi günahlandıranlara yaxşı cavabdır. Elina da məhz özünə inamsızlığın, emosional intellekt zəifliyinin qurbanı olub, hansı ki, bu keyfiyyətlər ailədə aşılanmalıydı.
Sosioloqlar hər zaman vurğulayır ki, valideyn, xüsusilə Ana cəmiyyətdə nə qədər önəmli şəxs, məşğul biri olsa da, onun ən vacib işi düzgün, vicdanlı övlad yetişdirə bilməsi, ona yetərincə vaxt ayıra bilməsidir. Əgər buna vaxtı və imkanı yoxdursa uşaqları ilə məşğul ola biləcək etibar edəcəyi bir dayəmi, baxıcımı, özəl tərbiyəçimi tutmalıdır. Övladının taleyini zamanın axarına buraxmamalı olduğunu birmənalı şəkildə dərk etməlidir. Bunu dərk edə bilmirsə, normal uşaq yetişdirməyə hazır deyillərsə, ümumiyyətlə dünayaya uşaq gətirməməlidirlər.
Neyrobioloqlara görə, azyaşlıların beyni inanılmaz dərəcədə plastikdir, yəni kənar təsirlər nəticəsində tez və asanlıqla transformasiyaya uğrayır. Məhz buna görə də uşaqlarda mühüm bacarıqlar, vərdiş və keyfiyyətlərin formalaşması oların böyüdükləri şəraitdən asılıdır. Bu gün təhlükəli informasiyalarla dolu İnternetin hər kəs, o cümlədən uşaqlar üçün də əlçatan olması azyaşlıların tərbiyəsini, onların yalnız mənəvi deyil, fiziki sağlamlıqlarının qorunmasını da əvvəlki illərlə müqayisədə daha çətin vəziyyətə gətirib. Ona görə də valideynlərdən daha çox diqqət, daha çox sevgi, daha çox anlayış tələb olunur. Uşaqlar ilk başda etiraz etsələr belə, valideyni hər zaman dinləyir, Ana – Ata öyüd – nəsihəti beynin alt qatlarına oturur. Bu baxımdan valideyn heç bir halda övladını dinləməkdən və özünü dinlətməkdən vaz keçməməlidir.
Amma indi çox təhlkəli vəziyyət yaranıb. Bir smartfon valideynin öz əlində, biri də övladında: o smartfonun içində elə itib – batırlar ki, nə uşaq valideynə bir hesabat verir, nə də valideyn uşağın nə etdiyi, haradan gəlib hara getdiyi ilə maraqlanır.
Bu gün Azərbaycanda ən üzücü tendensiya odur ki, valideyini övladının ADAM olması deyil, yalnız ALİM olması maraqlandırır. Yəni, onun necə bir şəxsiyyət kimi formalaşacağı vecinə belə deyil, əsas odur oxusun instituta girsin, filan qonşu deməsin ki, filankəsin qızı, (oğlu) instituta girə bilmədi. Çox az valideyn bu gün övladının tərbiyəsinə vaxt ayırır. Oğlum balaca olarkən ona çox deyirdim heç kəsi incitmə, heç kəslə dalaşma. Dediklərim uşağın beyninə necə girmişdisə, bir gün baxdım ki, hətta haqsız yerə döyülsə belə, heç kəsə əl qaldırmır. Dedim, oğlum mən sənə demədim ki, sənə haqsızlıq edən olanda da durub baxasan, səni incidən olanda heç olmasa özünü müdafiə et. Bir gün də evə gəldi ki, bəs filankəs mənə filan şey etdi, mən də onu döydüm. Amma yıxılırdı, əlimi başının altına verdim ki, başı asfata dəyməsin. Ürəyimdə dedim, bərəkəllah sənə oğlum, olmaz sənin dalaşmağından. Yəni, bu o demək idi ki, dediklərim uşaqda öz təsirini buraxmışdı, insanlara qarşı mərhəmət hissi formalaşmışdı, heç kəsə zərər vurmaq istəmirdi.
Bu gün məktəblərdə nə qədər çətin tərbiyə olunan, bəlkə də kobud səslənəcək, amma həqiqətdir, ümumiyyətlə tərbiyə görməyən, valideynindən zorakılıqdan başqa ömründə bir dəfə də olsun normal öyüd – nəsihət eşitməyən uşaq var. Biz çox vaxt məktəbi, müəllimləri günahkar çıxarırıq, amma müəlimlərin də bu tərbiyəsiz uşaqların əlindən nələr çəkdiyini çoxumuz bilirik. Tanıdığım bir gənc qız var, müəlim kimi bir il çalışdı. Sakit qızdır. Məktəbdə uşaqlar onun başına o oyunu açdılar ki, qız müəlimlikdən birdəfəlik iyrəndi, hazırda başqa sahə üzrə ikinci təhsil alır.
Elinanın intiharında hələ məktəbin məsuliyyətini bir kənara qoyuram, yeniyetmə qızı intihara sürükləyənlər də məhz bu cür həmyaşıdları olmadımı? Araşdıran olsa bəlkə də onların nə etdiklərinin fərqində belə olmadıqları anlaşılar, bəlkə də qıza etdikləri lağlağıların necə yaralayıcı olduğunu belə dərk etmirlər. Və ya, bu günlərdə məktəblərdən birində vəhşicəsinə döyülən yeniyetməni götürək. Onu kim döyüb? Təbii ki, həmyaşıdları. Bütün bunlar həmin uşaqların ailədə düzgün yetişdirilməməsinin, empati duyğusundan məhrum olmalarının nəticəsidir.
Elinanın ona hörmətsizlik edənlərlə mübarizədən çəkinərək asan yolu, intihar yolunu seçməsinə gəldikdə isə, burada da onun yetişməsindəki qüsurlar öz sözünü deyib. Analar övladlarına güclü olmağı öyrətməlidirər. Uşaqda öznünümüdafiə instinkti formalaşmalıdır, haqlı olduğu məqamlarda valideynin müdaxiləsi olmadan öz haqqını müdafiə etməyi bacarmalıdır. Valideyn hər dəfə məktəbə gedib haqq – hesab çürütməməlidir. Başqa sözlə, valideyn övladına balıq verməli deyil, balıq tutmağı öyrətməlidir. Oğlum məktəbdə oxuyanda mən ona fondpulu, süpürgəpulu və s. kimi təhsilə aidiyyatı olmayan ödənişləri etməyi qadağan etmişdim. Bir – iki dəfə dedi ki, Ana mənə pis baxırlar, elə bilirlər pulumuz yoxdur-filan. Başa saldım ki, kimsə sənə bununla bağlı irad bildirsə de ki, mən rüşvət vermirəm, bu pulun yığılması qeyri – qanunidir, Təhsil Nazirliyi qadağan edir. Ondan sonra uşaq bir dəfə də olsun pul tələb etmədi, ona irad bildirənlərin də cavabını layiqincə verdi, kompleksə də düşmədi. Kaş ki, Elina da özünü müdafiə edəcək qədər güclü olaydı, o zaman həyatı ona dar edənlərə buraxıb torpağın altına getməz, onların özləri üçün həyatı cəhənnəmə çevirərdi.
Bu məsələdə təhsil ocağının məsuliyyəti məsələsinə gəldikdə isə, məktəb birbaşa uşaqların tərbiyəsinə cavabdeh olmasa da onların həyatı, məhz məktəbdəki vəziyyətdən qaynaqlanan problemlərinə görə cavabdehdir. Məhz məktəb rəhbərliyinin Elina ilə bağlı vəziyyətdən xəbərdar olduğı halda hər hansı ölçü götürməməsi bu cür acı nəticəyə səbəb olub. Məktəb psixoloqlarının fəaliyyəti yox dərəcəsindədir. Məktəb psixoloqları problem oldu – olmadı keçid dövrünü yaşayan uşaqarla daim təmasda olmalı, bu çətin mərhələni itkisiz, problemsiz adlamaqda onlara yardım etməlidirər. Həmçinin müəllimlərlə, sinif rəhbərləri ilə daimi əlaqə saxlayaraq özünə qapanan, özünü qeyri – normal aparan uşaqları qeydə alıb onlarla söhbətlər aparmalı, ailə vəziyyətləri ilə maraqlanmalıdırlar. Ailənin də, məktəbin də əsas vəzifəsi keyfiyyətli insan, layiqli vətəndaş yetirməkdər. Bu isə yanız bir tərəfin səyləri ilə mümkün deyil. Azadə Balayeva
Comments are closed, but trackbacks and pingbacks are open.