Press "Enter" to skip to content

Şair famil mehti haqqında tədbir

Dörd şey vardır bir qarındaşa lazım,

Şair famil mehti haqqında tədbir

SƏNƏTİN, ŞEİRİN HAMİSİ

Şah İsmayıl Xətayi

HƏYATI HAQQINDA

Şah İsmayıl Xətainin adı bəşər tarixinin yetişdirdiyi ən qüdrətli şəxsiyyətlərlə bir cərgədə dayanır. O, Azərbaycan xalqının ictimai-siyasi tarixində, ədəbi-mədəni həyatında misilsiz müsbət rol oynamış nurlu bir zəka, qılınc və qələm sahibidir. Bu əzəmətli insan qüdrətli hökmdar, böyük sərkərdə, görkəmli şair, elm və sənət hamisi, əqidəcə bütöv mənəvi-ruhani şəxsiyyət kimi tanınmışdır. Anadilli ədəbiyyatımızın yüksəlişində də onun xidmətləri əvəzsizdir.

Xətayi 1487-ci ildə qədim Ərdəbil şəhərində dünyaya göz açmışdır. O, istər ata, istərsə də ana tərəfdən şöhrətli nəsillərin varisidir (bunu da xatırladaq ki, şair ana nəslinin bəzi hökmdar nümayəndələri tərəfindən anası və qardaşları ilə birlikdə ciddi işgəncəyə və təqibə məruz qalmışdır). Yüksək etiqad və iman sahibi kimi şöhrət tapmış Şeyx Səfiəddin Ərdəbili (1252–1334) Xətayinin beşinci babasıdır. Adı müqəddəs ruhani şəxsiyyətlər cərgəsində çəkilən Səfiəddin Ərdəbildə yaşamış, burada dini hakim olmuşdur. Xətayinin mənsub olduğu Səfəvilər sülaləsi də onun adı ilə tanınır. Şeyx Səfiəddinin varisləri, yəni Səfəvilər sülaləsinin ardıcılları Xətayiyə qədər Ərdəbilin əvvəlcə dini-ruhani, sonra isə həm də dünyəvi hakimi olmuşlar. Səfiəddinin nəvəsi Xacə Əli səfəviyyə təriqətinə şiə donu geyindirmiş, başqa sözlə, onu şiəliklə bağlamışdır. Etiqadın belə bir istiqamət alması sonralar daha da tündləşmiş və Xətainin hakimiyyətə gəlməsi yolunda ideoloji-məfkurəvi stimul rolunu oynamışdır.

Şah İsmayılın babası Şeyx Cüneyddən başlayaraq səfəvilər hərəkatı öz dini-sufi məzmununa yeni ictimai-siyasi çalar da əlavə etmişdir. Bu, o deməkdir ki, Şeyx Cüneyddən başlayaraq Səfəvilərin ha­kimiyyət uğrunda mübarizələrinin işartıları görünməyə başlayır. Qaraqoyunlu hökmdarı M.C.Hə­qiqidən (1436–1467) narazı qalan və onun təqibinə tuş gələn Şeyx Cüneyd Ağqoyunlu Uzun Həsənə sığınır. Diyarbəkir hakimi olan Uzun Həsən Qaraqoyunlulara qarşı mübarizədə Ərdəbil şeyxlərinin nüfuzundan istifadə məqsədilə onu rəğbətlə qarşılayır və hətta bacısı Xədicəbəyimi ona ərə verir. Şeyx Cüneyd Dağıstana yürüş zamanı çərkəzlərlə döyüşdə öldürülür.

Sonradan M.C.Həqiqini məğlub edən Uzun Həsən Qara­qoyunlular dövlətinin varlığına son qoyur və yeni qüdrətli bir dövlət – Ağqoyunlu dövləti yaradır və onun hökmdarı olur (1468-1478). Uzun Həsən öz qızı Aləmşahbəyimi Şeyx Cüneydin oğlu Şeyx Heydərə verir. İsmayıl bu izdivacdan doğulur. Deməli, o, ana tərəfdən də Ağqoyunlular sülaləsinə bağlıdır.

Şeyx Heydər atasının siyasi motivli fəaliyyətini davam etdirir. Həm də səfəviyyə təriqətinin təsəvvüfi mahiyyətinə qovuşdurulan şiə görüşlərinə yeni çalar əlavə edir. Onu şiə-qızılbaş hərəkatı məcrasına yönəldir. O, başına 12 qırmızı zolağı olan papaq qoyur. Bu 12 imama işarə idi. Həmin papaq şiə-qızıl­başların rəmzi tacı hesab edilirdi. Şeyx Heydər 1488-ci ildə Dağıstana yürüşə başlayır. Bu, Şirvanşah Fərrux Yassarı və Uzun Həsənin ölümündən sonra taxt-taca yiyələnmiş Sultan Yaqubu (1478-1490) təşvişə salır. Onlar Ərdəbil şeyxinin artan nüfuzundan, genişlənən ictimai-siyasi fəaliyyətindən qorxuya düşüb gələcəkdə baş verə biləcək təhlükənin qarşısını almaqdan ötrü tədbir görürlər. Hər iki hökmdarın birləşmiş hərbi qüvvələri Şeyx Heydərin döyüşçülərini məğlub edir və beləliklə, 1488-ci ilin yayında İsmayılın bir yaşı olarkən atası öldürülür. Məsələ bununla bitmir. Sultan Yaqub bacısı Aləmşahbəyimi və onun üç oğlunu İstəxri-fars qalasına məhbəsə saldırır. Onların həbsxana həyatı təxminən dörd il davam edir (1489–1493).

Sultan Yaqubun qəfil ölümündən sonra Ağqoyunlu şahzadələri arasında səltənət uğrunda ölüm-dirim mübarizəsi başlayır. Nəhayət, taxt-tacı ələ keçirən Rüstəm Mirzə (1492–1497) öz düşmənlərinə qarşı səfəvi ocağının şöhrət və nüfuzundan bəhrələnməyə çalışır. Bu niyyətlə də Aləmşahbəyimi və oğlanlarını həbsdən azad edir. Varis kimi Ərdəbil şeyxi tituluna sahib olan, Sultan Şeyx Heydərin böyük oğlu Sul­tanəlini hərbi qüvvə ilə təchiz edərək müxtəlif döyüşlərə göndərir. Eyni zamanda onu Ərdəbil hakimi təyin edir. Onun hakimiyyətinin möhkəmlənməsində Sultanəlinin əhəmiyyətli xidmətləri olur. Öz möv­qeyinin gücləndiyini zənn edən Rüstəm Mirzə sonradan fikrini dəyişir. İndi də şiə-qızılbaşları və Səfəvi şey­xini səltənət üçün real təhlükə sayır. Ona görə də Eybə Sultanının komandanlığı ilə Ərdəbilə qoşun göndərir. Sultanəli təriqət şeyxi mənsəbini 7 yaşlı İsmayıla vəsiyyət edib müridləri ilə birlikdə döyüşə yollanır. 1494-cü ildə Ərdəbil yaxınlığındakı Şəmasi adlanan yerdə döyüşə girir. Ağqoyunluların say və hərbi təc­hizat etibarı ilə üstün qüvvələri qalib gəlir. Sultanəli öldürülür. Göndərilən qoşun Rüstəm Mirzənin əmri ilə Ərdəbilə daxil olur və İsmayılı axtarır. Lakin etibarlı səfəvi müridləri onu xəlvəti qaçıra bilirlər. Onlar əvvəl Rəştə, sonra isə Gilan vilayətinin Lahican qəsəbəsinə gəlirlər. Lahican hakimi Mirzə Əli Karkiya İsmayılı rəğbətlə qarşılayır. Onun həyatının təhlükəsizliyi naminə lazım gələn hər cür tədbirə əl atır.

Lahicanda İsmayılın təhsil, təlim və tərbiyəsi ilə ciddi şəkildə məşğul olurlar. Onun təhsili ilə daha çox dövrünün tanınmış alimlərindən Şəmsəddin Lahıci, tərbiyəsi ilə Hüseyn bəy Lələ məşğul olur. İsmayıl türk, ərəb və fars dillərini, Quranı, dini elmləri və s. mükəmməl şəkildə mənimsəyir. Balaca İsmayıl burada yalnız bir mürşid, təriqət şeyxi, ruhani rəhbər kimi deyil, həm də gələcək hökmdar, döyüşçü və sərkərdə kimi yetişdirilir. Onun sonrakı fəaliyyəti bunu sübut edir.

İsmayılın Gilan həyatı 5 ilə qədər davam edir. 1499-cu ildə Ağ­qoyunlu şahzadələri arasında ixtilafların dərinləşdiyini, daxili çəkiş­mə və səltənət qovğalarının onları zəif saldığını, hərəkətə keçmək üçün münasib vaxt olduğunu yaxşı dərk edən qızılbaş müridləri mübarizəyə başlayırlar. İsmayıl başda olmaqla onlar müxtəlif yerlər­dən keçərək əvvəl Ərdəbilə, sonra isə Ərzincana gəlirlər. Yol boyunca və Ərzincanda onlara qoşulan qızılbaş döyüşçülərinin sayı təxminən 7 minə çatır.

Bundan sonrakı fəaliyyət və hücum barədə Ərzincanda məşvərət və məsləhətləşmədən sonra onlar Şirvana yürüş etməyi qərara alırlar. 1500-cü ildə qızılbaşlar Şirvan üzərinə yeriyir və Şirvanşah Fərrux Yassarın 20 minlik ordusunu darmadağın edirlər. Fərrux Yassar isə öldürülür. Az sonra Bakı qalası da ələ keçirilir.

Məlum olduğu kimi, hakimiyyət uğrunda mübarizədə Ağqo­yunlular dövləti iki hissəyə bölünmüşdü. Dövlətin bir hissəsinə Təbriz paytaxt olmaqla Əlvənd Mirzə, digər hisəssinə isə İsfahan paytaxt olmaqla Sultan Murad şahlıq edirdi.

Qızılbaşların qələbəsindən xəbər tutan Əlvənd Mirzə güclü bir ordu ilə şimala – qızılbaşlar üzərinə ye­riyir. Naxçıvanın Şərur dü­zündə baş verən tarixi vuruşma zamanı qızılbaşlar Əlvənd Mirzənin 30 minlik ordusunu məğlubiyyətə uğradırlar. Əlvənd Mirzə Ərzin­cana qaçır. İsmayıl başda olmaqla qızıl­başlar 1501-ci ildə maneəsiz şəkildə Təbrizə daxil olurlar. Xətai özünü hökmdar elan edir. Azər­baycan xal­qının tarixində şərəfli bir dövlət kimi əhəmiy­yətli rol oynayan Səfəvilər dövləti belə yaranır.

1503-cü ildə Xətayi Sultan Muradı məğlubiyyətə uğradır. Bununla Ağqoyunluların ikinci qanadı üzərində qələbə də təmin edilir və beləliklə, həmin dövlət öz ömrünü başa vurmuş olur. Onun bütün əra­ziləri Azərbaycan səfəvilər dövlətinin tərkibinə daxil edilir. Ancaq Şah İsmayılın qələbələri bununla bitmir. O, qüdrətli və bacarıqlı bir fateh kimi yeni fəthlərə başlayır. 1503­–1508-ci illər arasında Mazan­daranı, İran İraqını, Yəzdi, Farsistanı, Kirmanı, Mərəş və Diyarbəkr vilayətlərini zəbt edir. Nəhayət, Bağdadı və bütün Ərəb İraqını ələ keçirir.

1510-cu ildə Xətayi özbək hökmdarı Şeybani xan üzərində tarixi zəfər qazanır. Şeybani xan öldürülür. Xorasan vilayəti, Herat, Bəlx və s. şəhərlər Səfəvilər imperiyasının tərkibinə qatılır.

Beləliklə, çox gənc olan şiə-qızılbaş şeyxi zəkasının və qılıncının gücü ilə parlaq qalibiyyət nü­mu­nə­ləri göstərib böyük və qüdrətli bir imperiya yaradır. Bu imperiyanın sərhədləri şimalda Dər­bənddən tut­muş cənubda Fars körfəzinə qədər, qərbdə Şərqi Anadoludan şərqdə Herata və Bəlxə qədər uzanıb ge­dir­di.

Bu şanlı qələbələrdən bir az sonra Xətayinin Osmanlı sultanı Səlim Yavuzla (1512–1520) mü­nasibətləri gərginləşir. Getdikcə kəskinləşən ixtilaf, nəhayət, müharibəyə çevrilir. 1514-cü ilin avqustunda baş verən Çaldıran savaşında Şah İsmayılın qoşunu məğlub olur. Daha üstün qüvvəyə malik olan Sultan Səlimin qalib gəlməsində topların əhəmiyyətli rolu olur.

Əlbəttə, Çaldıran faciəsi gənc səfəvi hökmdarına mənəvi cəhət­dən də sarsıdıcı zərbə vurur. Bundan sonra o elə bir ciddi mühari­bə aparmır, hərbi yürüşlərə getmir. Nisbətən, sakit və dinc hə­yat keçirir, əsasən, ölkənin daxili işlərinə, quruculuq məsələlərinə diqqət yetirir. Elmin, mədəniyyətin, sənətin, ədəbiyyatın, həm­çinin təsərrüfat və iqtisadiyyatın inkişafına çalışır, bədii yara­dıcılıqla məşğul olur.

Xətyai 1524-cü ildə – 37 yaşı olarkən xəstələnir və vəfat edir. Məzarı Ərdəbildə – Şeyx Səfi məqbərəsində əcdadları dəfn edilən yerdədir.

Yaradıcılığı haqqında

Lirik şeirləri. Xətayi klassik ədəbiyyatımızın tanınmış sənətkarlarındadndır. Onun bədii irsinin mühüm bir qismi bu gün əlimizdədir. Həmin bədii irs şeirlər “Divan”ından (heca vəznli şeirlər də daxil olmaqla), “Nəsihətnamə”“Dəh­namə” poemalarından, farsca bir neçə şeirdən ibarətdir. Şairin həm divanı, həm heca vəznli şeirləri, həm də hər iki poeması ana dilindədir. Qaynaqlar onun “Mənaqibül-əsrar və böhcətül-əhrar” adlı əsərinin də olduğunu xəbər verir. Xətayişünas alim Ə.Məmmədov həmin əsərin qoşmalar məcmuəsi, yəni heca vəznli poeziya örnəklərindən ibarət toplu olduğunu qeyd edir. Mənbələr Xətayinin ərəbcə şeirlər yazdığını da söyləyir. Beləliklə, şairin üç dildə – Azərbaycan, fars və ərəb dillərində əsərlər qələmə aldığı bəlli olur.

O həm lirik, həm də epik növdə qələmini sınamışdır. Yəni həm poemalar, həm də lirik şeirlər ərsəyə gətirmi, lirik növün rəngarəng janrlarından faydalanmışdır. Biz onun lirikasında əruz vəzninin qəzəl, qəsidə, mürəbbe, tərcibənd, tuyuğ, rübai, qitə və s., heca vəzninin isə gəraylı, qoşma, varsağı, bayatı kimi janrlarına rast gəlirik. Bahadır sənətkar heca vəznli şeiri divan ədə­biy­yatına gətirmiş, başqa sözlə, ədəbiyyatımızın bizə bəlli tarixində xalq poeziyası janrlarına mü­raciət edən ilk divan şairi kimi tanınmışdır.

Xətainin lirikası mövzu-məzmun etibarı ilə çoxşaxəli, çoxisti­qamətlidir. Onun lirikasını təxmini olaraq aşağıdakı mövzu qruplarına ayırmaq mümkündür: məhəbbət və gözəlliyin tərənnümü, təriqət poezi­yası; dini məzmunlu poetik nümunələr; qazilik və ərənliyin təbliği, təlimi-didaktik şeirlər; peyzaj liri­kası və s.

Şairin əsərləri mövzu, məzmun, ideya etibarı ilə klassik ədəbiyyatımızın əsas və möhtəşəm sütununa nə qədər bağlı olsa da, onun orijinal cəhətləri, özünəməxsus keyfiyyətləri də çoxdur. Bu orijinallığın və özünəməxsusluğun ilk və ən başlıca cəhəti bura­sındadır ki, klassik poeziyamızın çoxəsrlik tarixində heç bir qələm sahibinin əsərləri Xətayidə olduğu qədər siyasi-ideoloji mahiy­yət kəsb etməmişdir. Mürşid, hökmdar və başçı şairimizin poeziyası bədii abidə olmaqla yanaşı həm də siyasi-ideoloji təbliğat me­xa­nizmi, şiə-qızılbaş görüşlərinin təbliğat vasitəsi, siyasi hakimiyyətin nüfuzunu artırmağın və ideoloji yönümdə təlqini inancları yaymağın təsir üsulu rolunu oynamışdır. Bu baxımdan yanaşdıqda ilk Səfəvi hökmdarının divanı bir növ səfəviyyə təriqətinin şiə-qızılbaş mərhələsinin bədii-siyasi-ideoloji toplusu­dur. Tədqiqatçılar etiraf edirlər ki, bu gün həmin ideya və baxışlar sisteminin mahiyyətini öy­rənmək üçün ən yaxşı mənbə elə Xətayinin divanıdır.

Biz şairin lirikasında onun şəxsiyyətinə münasibətin aydın ifa­dəsini görürük:

Yer yox ikən, gög yox ikən, ta əzəldən var idim,

Gövhərin yekdanəsindən iləri pərgar idim.

Gövhəri ab eylədim, tutdu cahanı sərbəsər,

Yeri, gögi, ərşi kürsi yarədən səttar idim.

Qəzəl müəllifi burada daxili “mən”inin dili ilə danışır. Öz ruhani-vücudi varlığının mahiyyəti, başqa sözlə, ilahiliyi və şəxsiy­yətinin qüdsiyyəti barədə düşüncələrini, batini inamını ifadə edir. Həmin dini-fəlsəfi, panteist-etiqadi düşüncələrin nüvəsində mütləq bir inanc və yəqinlik duyulur. Bu lirik qəhrəmanın “mən”i (ruhi həqiqəti) hələ yer, göy yox ikən əzəldən mövcud imiş. Yeri, göyü, ərşü kürsi yaradan səttar da odur. Bəllidir ki, dini-etiqadi mənada belə bir xüsusiyyət yalnız Mütləqə aid ola bilər. Xətayi isə həmin ilahi xassələri həm də özünə aid edir. Deməli o, insan olmaqla həm də Yaradana məxsus keyfiy­yət­lərə malikdir. Haqqın yer üzündəki təcəssümüdür. Allahın insan qiyafəsindəki zərrəsi və təmsil­çisidir, təzahür nişanəsidir. Sadəcə olaraq dondan-dona girmiş, şəkildən-şəklə düşmüşdür. Gah Hüseyn, gah Mənsur, gah Adəm donunda cismani dəyişmələrə uğramışdır. Maddi aləmə “gərdiş ilə gəlmiş”, formadan formaya düşmüş, mahiyyət isə dəyişməmiş, öz ilahi məğzini saxlamışdır. Başqa sözlə, minlərlə libas və görkəmə düşən Tanrı həqiqəti, nəhayət, Xətai şəklində təcəlli tapmışdır:

Həzaran dona girdim, mən dolandım,

Bu gün xəsm ilə mən meydanə gəldim.

Mürşidi-kamil şairin yolunda yüzlərlə müridi, səfəvi-qızılbaş fədaisini cihada, qovğaya çağırış da öz şəxsiyyətinin qüdsiyyətinə inamdan irəli gəlirdi. Əgər o, yer üzündə Haqqın təcəssümüdürsə, onun əqidəsi, çağırışı uğrunda mübarizə Haqq və həqiqət yolunda mübarizə deməkdir:

Mənim yolumda yektalar gərəkdir,

Dini, imanı yəğmalar gərəkdir.

Mənimtək gövhəri nadan nə bilsin,

Məni bilməyə danalar gərəkdir.

… Mənəm sultan Xətayi Heydər oğlu,

Mənim yolumda qovğalar gərəkdir.

Məhəbbət mövzusu Xətayi lirikasında aparıcı mövqedədir. Onun divanındakı şeirlərin mühüm bir qismini məhəbbət və gözəlliyin tərənnümünə həsr olunmuş poetik örnəklər təşkil edir. Əlbəttə, bu, səbəbsiz deyil. Şairə görə, məhəbbət insanlığın başlıca şərti, adəm övladına məxsus hiss və duyğuların ən alisi, həqiqət yolunun mütləq və etibarlı bələdçisidir. Məhəbbətsiz yaşamaq haqqı unutmaq deməkdir. İstər maddi dünya, istərsə də axirət aləminin həqiqi şərəf, ləyaqət və ucalıq hissi yalnız sevgi ola bilər. Bir qoşmasında sənətkar həmin hissi belə mənalandırır:

Məhəbbət aləmi haqqa yardır,

Məhəbbət etməyən can murdarıdır,

Dünyavü axirət yüzü qaradır,

Məhəbbətdən keçən haqdan da keçər.

Xətayinin məhəbbət müstəvisində həqiqi eşqlə məcazi eşq qoşalaşır, paralel şəkildə bir-birini əvəz edir. Gah ilahi eşq qabarır, gah məcazi eşq təsvir hədəfinə çevrilir. Gah bəndənin Allaha, qulun mistik varlığa, gah da bəndənin bəndəyə, real, yer üzündə gördü­yümüz aşiqin məşuqəyə məhəbbəti tərənnüm olunur. An­caq unutmayaq ki, bu poeziyada nə qədər dünyəvi gözəldən, maddi aləmdəki bəndəyə bəslənilən eşq­dən söhbət getsə də, alt qatda həmişə həmin gözəlin, bəndənin Xaliqin xəlq etdiyi xilqət, küllün bir zərrəsi ol­duğu unudulmur.

Aşağıda bədii sualbədii xitab üzərində qurulan və rəngarəng bəlağət (məcaz) vasitə­ləri ilə bəzədilən qəzəl bütünlüklə həyati motivə malikdir. Dünyəvi aşiqin səmimi duyğularını ifadə edən poetik nümunədə dil canlı, hisslər dolğun, ahəng musiqili, ruh təbiidir. Bu, sevənin öz sevdiyindən almaq istədiyi cavabın və bunun üçün ona verməli olduğu sualların lakonik bədii lövhəsidir:

Qızılgül, bağü büstanım, nə dersən?

Fəda olsun sana canım, nə dersən?

Qərarü səbrü aramım tükəndi,

Kəsildi, külli fərmanım, nə dersən?

Əridi iligim, qaldı sümügüm,

Bu təni tərk edər canım, nə dersən?

Xamu dərdlilərə dərman bulundu,

Dəvasız dərdə dərmanım, nə dersən?

Xətayi lirikasının mövzu istiqamətlərindən biri də təriqət xəttidir. Onun yaradıcılığında təsəvvüf ideyalarının bədii təcəssümünü, “vəhdəti-vücud” dini-fəlsəfi təliminin müəyyən təsirini görürük. Təsadüfi deyil ki, şair özünü “Vəhdət gülüzarının bülbülü” adlandırır. Və vəhdət nəğməkarı kimi Yar (Allah) ilə əzə­li və əbədi ülfətdən, Onun eşqi ilə daimi məstlikdən, Ona olan vurğunluqdan və ma­hiyyətcə Cananla, yəni Tanrı ilə bağlılıqdan danışır. Bu lirik qəhrəman meyxanə (təsəvvüf simvolikasında ilahi hikmət və fəzi­lətlərin, mə­rifət elminin öyrənildiyi məktəb, məkan) arzusundadır. Çünki o, “ruzi-əzəldə Yar ilə peyman” et­mişdir. Buna görə də o, daimi məstdir və hüşyarlığı qeyri-mümkündür. Sənətkarın ilahi məst­lik və bundan duyulan feyzlə əlaqəli əsərlərinə səpələnən fikirlərdən əlavə onun ayrıca “Məst” rədifli qəzəli də var­dır.

Ümumiyyətlə, Xətayidə bəşəri xilqətin böyüklüyü, cəlalı, əzəməti və dəyəri hürufilərdə olduğu nisbət­də­dir. Yəni insan cismi əslində Allahın evidir. Onda Tanrının ərşini görmək mümkündür. O, əhli-məna­dır, Allahın dostudur. İlahi nitq özü də adəmin şəninə kə­ramətlər söyləyir. O, səcdəyə layiq məxluqdur. Deməli, insan xilqətin ən ali və şərəfli məxluqudur. Bunu isə div olmayanlar, yəni mərifət sahibləri, ali həqiqətləri dərk edənlər anlaya bilər. Fəzlullah həqi­qətinin dərki də buna xidmət edir:

Ey həq əhli, sən sənin cismində beytullahi gör,

Xancarü əzm eyləsən lövhində ərşüllahi gör.

Adəmin şə’nində, kərrəmna, dedi nitqi-ilah,

Əhli-mənasan, həqiqət sümmə vəchüllahi gör.

Xətayi istər fiziki gücü, qüvvəti, istərsə də daxili təbiəti etibarı ilə cəngavər, yenilməz bir insan idi. Onun bahadırlığı, cəsarəti, şücaəti və qəhrəmanlığı bədii yaradıcılığına da hopmuşdur. “Qazilər sərdarı” adını alması təsadüfi deyildi. Qazilik və ərənlik sənətkarın lirikasını təşkil edən mövzular silsiləsində mühüm bir həl­qə təşkil edir. Müəllifin “Bu şahi-pürkərəm, sahibnəzərdir”, “Əzəldən şah bizim sultanı­mızdır”, “Kim ki sər­məst oluban aşiqi-didar deyil”, “Olu kim, laf edər meydanə gəlsün”, “Əgil­dim, səcdə qıldım xanədanə” qə­zəllərində, “Ərənlər” qoşmasında, “Qazilər deyən şah mənəm”, “Qalsın kö­nül, yol qalmasın” varsa­ğı­la­rın­da və s. lirik əsərlərində qazilik, igidlik və ərənlik ideyalarının bu və ya di­gər dərəcədə tərənnüm və tə­bliğini görürük. Həm də bu bahadırlıq keyfiyyətləri Xətayidə yalnız fiziki güc mənasında deyil, eyni za­manda mənəvi ərənlik, fədakarlıq anlamında da götürülür. “Ərənlər” qoşmasında comərd şair ərənlik ərkanını və özünün şü­caət yolunu bu cür poetik dillə sə­­ciy­yə­lən­di­rir:

Ərənlərin ərkanına, yoluna,

Ta əzəldən talib oldum, ərənlər.

Can ilə könüldən durdum, düşündüm,

Bu gün mürşüdümü buldum, ərənlər.

Can ilə könüldən gəzdim, aradım,

Həqqin didarını görmək muradım,

Didar ilə məhəbbətdir tələbim,

Ya bu gün, ya yarın öldüm, ərənlər.

Şairin lirik əsərlərinin müəyyən qismi əxlaqi-didaktik şeirlərdən ibarətdir. Həmin şeirlər daha çox heca vəznində yazılmışdır. Doğrudur, şairin əruz vəznli əsərlərində də əxlaqi-tərbiyəvi fikirlər yox deyil. Ancaq heca vəznli poeziya nümu­nələrində deyilən motiv daha qabarıq və apa­rıcıdır. Əlbəttə, bu, səbəbsiz deyil. Xətayi bir mənəvi-ruhani rəhbər kimi xalq arasında böyük nufuza malik idi. O, heca vəznində xalq şeiri janrlarında poetik örnəklər yazır və öz ideyalarını həm də bu əsərlər vasitəsilə kütlə arasında yayırdı. Belə ki, onun şeirlərini həm aşıqlar məclislərdə saz havasına uyğun çalıb oxuyur, həm də dərvişlər, müridlər gəzəri şəkildə söyləyir, təbliğ edir və yayırdılar. Bu cür lirik əsərlərdə mətləb və qayənin mümkün qədər sadə, dilin anlaşıqlı olması da əsas şərt idi. Xətayi həmin şərtə də , məqsədəuyğun şəkildə əməl edirdi. Bu isə onun şeirlərinin xalq içərisində geniş yayılmasına və təsir gücünün artmasına səbəb olurdu.

Xətayinin əxlaqi-didaktik poeziyası daha çox təlim-təşviq səciyyəlidır. Müəyyən ideya və mətləbin geniş oxucu dairəsində təbliğinə xidmət edir. Bu, şeirlərin ruhunda və bədii formasında aydın şəkildə sezilir. Onlar mövzu və ideyaca nə qədər didaktik, əxlaqi-tərbiyəvi ruhda olsa da, bu poetik örnəklərə təriqət və şiə-qızılbaş görüşləri də çilənir. “Ənəlhəq sirrini Mənsurdan”, “dərsimi məktəbi-ürfandan aldım” deyə iqrar edən bir sənətkarın yaradıcılığında deyilən mətləbin bədii ifadəsi təbii idi.

Klassik sənətkarımızın təlimi-didaktik şeirlərinin bəziləri aşıq ədəbiyyatındakı ustadnamələri xatırladır. Bunlar məzmun, ideya və forma baxımından ustadnamə ənənəsinin mükəmməl nümunələri kimi qiymətləndirilə bilər. Məsələn, aşağıdakı qoşmada olduğu kimi:

Bu gün ələ almaz oldum mən sazım,

Ərşə dirək-dirək çıxar avazım,

Dörd şey vardır bir qarındaşa lazım,

Bir elim, bir kəlam, bir nəfəs, bir saz.

Gözəl əlim çıxsa, çıxsa salınsa,

Bədir aylar kimi doğsa, dolunsa,

Dörd şey vardır bir qarındaşa lazım:

Bir xeyir, bir şər, bir ibadət, bir niyaz.

Müdrik qələm sahibinin “Söz” rədifli gəraylısı poeziyamızda söz və onun dəyəri ilə əlaqəli ən hikmətamiz, aforistik və təsirli bədii kəlamlardan biridir:

Sözünü bir söyləyənin

Sözünü edər sağ bir söz.

Pir nəfəsin dinləyənin

Yüzünü edər ağ bir söz.

Söz vardır, kəsdirər başı,

Söz vardır, kəsər savaşı,

Söz vardır ağulu aşı,

Bal ilən edər yağ bir söz.

Xətayinin didaktik təliminin əsas fəlsəfi ideyası mənən zəngin və kamil şəxsiyyət yetişdirməyə hesablanıb (buraya şiə-qızılbaş məfkurəsi ilə bağlı müəyyən notları da əlavə etməliyik). İnsanın sözü dürüst, qəlbi saf, əməli işıqlı olmalıdır. Nəciblik, humanizm, gözütoxluq, yaxşılıq, qürur və ləyaqətini gözləmək, özünü dərk etmək, səxavət, ədalət, etibar, sədaqət, Allahı və onun yaratdıqlarını sevmək və s. insani keyfiyyətlər tərbiyəçi şairimizin oxucuya və dinləyiciyə aşılamaq istədiyi mətləblər silsiləsinə daxildir. Onun öyüd-nəsihətləri sadə, aydın, sirayətedici və yaddaqalandır.

Poemaları. Şairin “Nəsihətnamə” əsəri həcmcə yığcam olub lirik poemadır. Burada süjet xətti yoxdur. Dini-fəlsəfi mövzudadır, daha dəqiq deyilsə, dini-təsəvvüfi mahiyyət kəsb edir. Əsəri, əslində, sufi-qızılbaş ideyalarının müxtəsər poetik abidəsi hesab etmək mümkündür. Çünki buradakı qayə və mətləblər, irəli sürülən fikirlər sufi-qızılbaş məfkurəsinin mövcud baxışlar sisteminin yığcam məcmusudur, əsas tezis və müddəalarıdır. Həmin tezis və müddəalar təlimi və təlqini səpkidə bəyan edilmişdir. Bu, sənətkarın sufi-qızılbaş müridlərinə, qazilərinə və ümumiyyətlə, beyətçilərinə tövsiyələri, məsləhətləri və nəsihətləridir. Əsər sanki onlara (eləcə də digər oxuculara) müraciət tərzində yazılmışdır. Ümumi struktur və ahəngdə müraciət ruhu aydın sezilir.

Şir bürcü

Onlar otağa daxil olan kimi bütün yerdə qalan adamlar ikinci plana keçir. Şirlərə diqqət və şöhrət su, hava kimi lazımdır. Onlar tərifi sevirlər. Şirləri bacardıqca çox tərifləyin. Şirləri məclislərdə, yığıncaqlarda diqqət mərkəzinə çəkin. Hamı ona baxmalıdır, hamı onun haqqında danışmalıdır. Özünüzü ondan asılı kimi göstərin. Qoy o, elə başa düşsün ki, sizin həyatınız, xoşbəxtliyiniz onun əlindədir. Həddini aşmağında bir qorxu yoxdur, qorxmayın. Şirlər bu hərəkətinizdən çox razı qalacaqlar.
Şirlərin çox gözəl yumor zövqü vardır. Ona görə də, söhbətə başlamaq və diqqətini çəkmək üçün onu güldürün. Amma bunu unutmayın ki,Şirlər özündən başqa hər şeyə gülməyi sevir.
Əgər siz qadın Şirə görüş təyin etmisinizsə, onda səxavətli olun. Onunla ictimai nəqliyyatla getməkdənsə yaxşı olar ki, gözəl bir avtomobildə getməyi üstün tutasız.
Şir-qadınlar həmişə özlərini ali cəmiyyətin üzvü sayır, hər şeyi bəyənmir. Əgər ona hədiyyə almaq istəsəniz, bu mütləq parlaq bir hədiyyə olmalıdır. Parlaqlıq rəngdə deyil, Şirlərin hədiyyəyə olan təəssüratındadır.
Əgər sizin dəvətliniz kişi Şirdirsə, onda onu diqqət mərkəzində olması üçün qohum-əqrəba, dostların çox olduğu məclislərə aparın. Çalışın, hamı onun haqqında danışsın, söhbət həmişə onun ətrafında fırlansın. Şirlərlə münaqişə etməyin. Siz haqlı olsanız belə, çox üstünə düşməyin.
Əgər Şirlərlə ailə qurmaq istəsəniz, ona ailəni hər şeydən üstün tutduğunuzu, ailəyə bağlı olduğunuzu göstərin. Onlar həyat yoldaşına qarşı çox tələbkardırlar. Həyat yoldaşı nəinki gözəl insan, həm də bacarıqlı, ağıllı, başa düşən bir şəxs olmalıdır.

Kişi Şirlə başqa bürclərin uyğunluğu

Şir — Qoç. Uyğunluq çoxdur. Bəzən hər ikisinin dominant rol oynaması münasibətləri çətinləşdirir. Ünsürləri eyni olduğundan bir-birini başa düşürlər. Münasibətləri yaxşıdır. Ailə uyğun və uğurludur. Çox vaxt fikirləri üst-üstə düşür.
Şir — Buğa. Romantik münasibət arasıkəsilməyən müharibəyə çevrilə bilər. Hər ikisi tərs və dözümsüzdürlər. Münasibətlərində problemlər var. Əlaqə mümkündür, amma ailədə uzun müddətli münasibətlər olmur. Dostluq əlaqələri də uğursuzdur.
Şir — Əkizlər. Əkizlərə Şirlərin könlünü almaq üçün çox çalışmaq lazımdır. Şirlər onlara qarşı çox tələbkardırlar. Əkizlərin güzəştə getməsi bu münasibətlərin uzunmüddətli olmasına gətirib çıxarır. Ailə uğurludur. Münasibətlər uzunmüddətlidir.
Şir — Xərçəng. Münasibətləri suyun odla əlaqəsi kimidir, su güclüsə odu söndürəcək, od güclüsə suyu qaynadıb buxarlandıracaq. Xərçəngin romantik, sentimental xüsusiyyətləri Şiri yora bilər. Xərçəng Şirdən onun başa düşülməsini istəyir. Şir bunu bilir, amma ailədə dominant özü olmaq istəyir. Əgər bu belə olmasa çətin ki, ailə uzun müddətli alınsın.
Şir — Şir. Şir hər yerdə həmişə ancaq özünü fikirləşir. Bu münasibətlərin problemi iki «mən» olan şəxsin «biz» olmasıdır. Bu çətin olsa da, mümkündür. Hər ikisi romantik, həyatsevər, bir-birinə uyğundurlar. Biri digərinə güzəştə getsə, yaranan ailənin uzun müddətli olacağını söyləmək mümkündür.
Şir — Qız. Şirlərin özündən razı olması səmimi Qızda onlara qarşı mənfi reaksiya yaradır. Qız Şirin onunla əmrlə danışılmasını xoşlamır. Şirlərsə amiranəliyi sevir. Bütün münasibətlər qısa müddətlidir.
Şir — Tərəzi. İlk görüşdən bir-birinə münasibətləri əladır. Bu bürclü şəxslər bir-birinə tez öyrəşirlər. Ailə çox uğurludur. Bu bürcdə doğulan şəxslərin nikahı xoşbəxtlik və mehribanlıq yaradır.
Şir — Əqrəb. Temperament baxımından bir-birinə uyğunsalar da, ailədə xoşbəxt olmaları o qədər də real deyil. Münasibətlər uzun müddətli deyil. Ailədə həmişə problemlər olacaq.
Şir — Oxatan. Ünsürləri eyni olduğundan hər iki bürc sahiblərinin xarakterlərindəki bəzi xüsusiyyətlər eynidir. Bir-birini qiymətləndirə bilirlər. Münasibətlər çox gözəldir. Ailə uğurludur.
Şir — Oğlaq. Bir-birlərindən çox fərqlənirlər. Oğlaqlar Şirlər kimi romantik və sevgi naminə hər şeydən keçən deyillər, həm də Şirlərin özündən razı olması Oğlaqları daim əsəbiləşdirəcək. Münasibətlər mümkündür, amma ailə çətin ki, uğurlu alınsın.
Şir — Dolça. Şir od, Dolça hava ünsürlü olduğundan, münasibətlər problemlisə də, mümkündür. Bəzən bir-birilərini başa düşmürlər. Ailədə hər ikisi başçı olmaq istəyir. Bu da narazılıqlara gətirib çıxarır. Ağıllı Dolça eqoist Şiri yola verə bilmir.
Şir — Balıqlar. Aktiv, həyatsevər Şir, melanxoliyaya uyan Balıqları başa düşmür. İlk görüşdən münasibətlər alınmır. Şirin qüruru bir çox hallarda Balıqlara güzəştə getməyə qoymur. Münasibətlər problemlidir. Ailə uğursuzdur.
Türkcə — Aslan; Latınca — Leo;
Farsca — Şir; Ərəbcə — Əsəd;
Qədim yunanca — Leon; Rusca — Lev

Mənbə filologiya elmləri namizədi,münəccim Firudin Əliağa oğlu Qurbansoyun SEVGİLİNİ TANIYIRSANMI? kitabından
Həmçinin bax Şir bürcünün xüsusiyyətləri və Şir bürcü haqqında ilkin məlumat və Şir bürcü haqqında məlumat

Bakıda ilk müsəlman qız məktəbi belə yaranmışdı.

Milli.Az Anspress-ə istinadən bildirir ki, Azərbaycanın XX əsr siyasi-ictimai və mədəni həyatında ömrünün sonunadək təmənnasız olaraq xidmət göstərən, millətin inkişafı yolunda fiziki və mənəvi gücünü, var-dövlətini əsirgəməyən böyük oğullardan biri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin deputatı, milli azadlıq hərəkatının üzvlərindən biri – Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev idi. O, müstəmləkə altında yaşayan, hər cür tərəqqiyə, inkişafa səbəb olacaq vasitələrdən məhrum edilmiş millətinin irfanı üçün çalışır, vuruşur, dövrün ziyalıları ilə birgə çıxış yolları axtarırdı. Yaxşı bilirdi ki, müsəlman-tatar adlandırılan millətinin tərəqqisi, gömüldüyü zülmətdən qurtulması üçün maarif, mədəniyyət, mətbuat, qəzet, dərgi, məktəb, təhsil lazımdır, bu millətin işıqlı gələcəyi elmdədir. Bu işığı isə yalnız millətin öz övladları yandıra bilər. Beləliklə, bu işıq 112 il öncə Tağıyevin Bakıda min bir əzab-əziyyətlə açdığı Müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbindən başladı.

XX əsrin əvvəllərində bütün maneələrə baxmayaraq Hacının maddi və mənəvi dəstəyi ilə maarifi və milli mədəniyyəti təbliğ edən, yayan cəmiyyətlərin, xeyriyyəçi təşkilatların, ittifaqların fəaliyyətləri çoxalır, öz hesabına onlarla azərbaycanlı gənci Rusiya və başqa diyarlarda ali təhsil almağa göndərirdi. Onun bu sahədə gərgin fəaliyyəti çox keçmədən Azərbaycanda milli özünüdərkin dirçəldilməsinə təkan verdi. Bundan başqa o, neft maqnatı kimi ad çıxarsa da, iqtisadiyyatın başqa sahələrinə də maraq göstərirdi. Bu maraq ilk növbədə Azərbaycan sənayesini inkişaf etdirmək, həmvətənləri üçün iş yerləri açmaq idi. Bu mövqedən çıxış edərək Tağıyev böyük balıq sənayesi, dəyirman, toxuculuq fabriki, ticarət mərkəzi kimi obyektlər açır, insanları, xüsusən kasıbları işlə təmin edirdi.

Nisbətən də olsa ölkədə baş verən dirçəliş birtərəfli qaydada idi, qızlar təhsildən, tərəqqidən tamamilə kənarda qalırdı. Xaricdə oxumağa gedən gənclər öz millətinin qızı ilə deyil, əcnəbilərlə evlənir, nəticədə bunun da millət üçün faydası olmurdu. Hacının əsas hədəfi qızlar üçün məktəb açmaq, azərbaycanlı qızlarının elmə-təhsilə vaqif olmasına çalışmaq idi. Ölkə bir tərəfdən çar Rusiyasının müstəmləkəsindən əziyyət çəkirdisə, digər tərəfdən də daxildəki qaragüruhçu dindarların, cahillərin təhsilə, elmə, irfana həqarətlə baxması onun əl-qolunu bağlayırdı. Belə bir cəmiyyətdə qızlara məktəb açmağın nə demək olduğunu yaxşı bilən Hacı bu barədə müdrikcəsinə düşünürdü. “Bunu mən etməsəm, kim edəcək, bu biçarə millətin gələcəyin mən düşünməyim, o düşünməsin, kim düşünsün? Alacağım zərbə nə qədər ağır olsa da, mən bu işə başlamalıyam” – deyib məqsədinə doğru gedirdi.

Şərq dünyasının ilk mesenatı Tağıyev millətin tərəqqisində qadının rolunu düzgün qiymətləndirərək xalqa müraciət etdi: “Cəmaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir, gözləri açılar, külfətlə rəftarları xoş olar. İngiltərəyə, Germaniyaya, Firəngistana gedib oxuyan cavanlarımızın hərəsi oralardan qollarına bir arvad keçirib gətirirlər. Çünki öz qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar da, özü-özünə olurlar, mürtəd və bütün varidatımıza vərəsə çıxırlar. İş belə getsə ata-baba ocağı qalacaq Quransız, namazsız, şəriətsiz”.

Bakıda qız məktəbi açmaq istəyən Hacı Zeynalabdin Tağıyev əvvəlcə imperator III Aleksandrdan icazə istəsə də mənfi cavab alır. II Nikolay taxta çıxanda Hacı yenə cəhd edir. 1895-ci ildə Nikolayın tacqoyma mərasimində Zaqafqaziya müsəlmanlarını təmsil edən Hacı Zeynalabdin Tağıyev fürsəti fövtə vermir, çarın xanımı Aleksandra Fyodorovnaya çox bahalı hədiyyə bağışlayır və Bakıda onun adına qız məktəbinin açılmasını xahiş edir. Bu dəfə ox hədəfə dəyir. 1896-cı ildə şifahi, 2 il sonra isə rəsmi razılıq alan Tağıyev ilk növbədə məktəb binası üçün müvafiq yer seçilməsinə və inşasına diqqət yetirir. Lakin daxildəki düşmən qüvvələr yenə də bu iman və irfan insanına mane olmağa çalışırlar. Naəlac qalan Hacı qaragüruhçuların hədə-qorxularına son qoymaq üçün Məkkəyə, Mədinəyə, Kərbəlaya, Xorasana, İrana, İstanbula nümayəndələr göndərir. Onlar getdikləri şəhərlərin rəsmi din xadimlərindən imzalanmış və möhürlənmiş sənəd gətirirlər ki, Qurani-Kərimdə qız uşaqlarının təhsil almasında heç bir qadağa yoxdur. Müsəlman qızları müasir məktəblərdə təhsil ala bilərlər. Bununla da o, az da olsa cəhalətin ağzını qapaya bilir.

1897-ci ildən Hacı qollarını çırmayıb işə başlayır. Bu dəfə Rusiya imperator idarələrinin süründürməçiliyi ilə üzləşir. Məktəb açmaq asan məsələ deyildi. İcazəyə, məktəbin binasının yerinin müəyyən edilməsinə və tikilişinə 4 il vaxt sərf olunur. Müsəlman qızlar məktəbi üçün bina düz İsmailiyyə binasının yanında tikilir (Keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində). Hacı bu işi memar İ.V.Qoslavskiyə həvalə edir. O, məktəbin ərsəyə gəlməsinə 183 min 533 rubl pul xərcləyir. Məktəbin ərsəyə gəlməsində dövrün böyük ziyalıları da iştirak edir. Həsən bəy Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım bu təşəbbüsü çox bəyənir və Hacıya yardımçı olur. Yeri gəlmişkən deyək ki, Hənifə xanım məktəbin müəllimlərindən biri, sonra da müdiri olur. Hacının ikinci yoldaşı Sona xanım Tağıyeva, Əlimərdan bəy Topçubaşov və başqa ziyalılar bu işi alqışlayır, məktəbin tez açılması üçün əllərindən gələni edirlər.

Nəhayət, tarixi gün gəlir. Düz 111 il öncə – 1901-ci ilin bir payız səhərində bütün şəhər əhalisi məktəbin açılışına toplaşır. “Kaspi” qəzeti həmin hadisəni belə təsvir edərək yazır: “Nikolayevski küçəsindəki gözəl imarət bayraqlarla bəzənmişdi. İkinci mərtəbədəki böyük zal gündüz saat 12-də dəvətlilərlə və şəhərin əyan-əşrəflərilə dolmuşdu. Məktəbin yaradılması, tikilməsi barədə danışıqlardan sonra çıxışlar oldu. Məktəbdə oxuyacaq qızların xor dəstəsi bir neçə Azərbaycan mahnısı ifa etdi. Sonra məktəbin ünvanına göndərilən təbrik teleqramları oxundu. Əlimərdan bəy Topçubaşovun oxuduğu təbriki Həsən bəy imzalamışdı. Orada deyilirdi: “Çox yaşa Hacı!”.

Məktəbin şərtlərinə görə qızlar elə məktəbin özündə qalırdılar. Tədris kursu isə müsəlman ailəsinin tələbləri nəzərə alınmaqla əl işləri və evdarlıq üzrə əlavə siniflə rus ibtidai məktəblərindəki kurs əsasında qurulmuşdu. Qızlar təhsilə 7 yaşında başlamalı və 4 il oxumalı idi. Dərslər rus dilində aparılırdı. Bərabər Azərbaycan dili və din dərsləri keçirilirdi. İlk vaxtlarda 50 şagirdin qəbulu nəzərdə tutulmuşdu ki, onların 20-si Hacının ianəsi hesabına təhsil alır və onlar da pansionda qalırdılar. Lakin qəbul üçün 50 nəfər nəzərdə tutulsa da, elə birinci il ərizə verənlərin sayı 58-ə çatır. Müsəlman Şərqində yaradılan ilk qız məktəbi müsəlman ənənələrini Avropa modernizmi ilə bacarıqla birləşdirərək Azərbaycanda dünyəvi qadın təhsilinin əsasını qoydu. Keyfiyyətli tədris üçün Rusiyanın müxtəlif bölgələrindən müəllimlər dəvət olunurdu. Qızlar Avropa üslubunda olan ağ yaxalıqlı, başlıqlı yaraşıqlı uniforma geyinirdilər. Qeyd edək ki, bolşevik işğalından sonra sovet məktəblərinin geyimi də buradan götürülmüşdü. Tağıyev kasıb ailələrdən olan qızların təhsil alması üçün varlı ailələrdən olan qızların qəbulunu məhdudlaşdırır. Məktəbin nüfuzu getdikcə artır, yeddi yaşına çatar-çatmaz valideynlər qız övladlarının əlindən tutub Hacının məktəbinə gətirirdilər. Bir neçə ildən sonra Hacı böyük məbləğdə pul verib məktəbə Qızlar seminariyası statusu alır və məktəb 6 illik olur.

Maarifçilik tariximizdə, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında Tağıyevin Qızlar gimnaziyasının böyük rolu olmuşdur. Bu məktəbi bitirən onlarla azərbaycanlı qız sonradan millətimizin tərəqqisində yaxından iştirak edir, Cümhuriyyət fəallarından olurlar. Rəhilə Hacıbababəyova, Şəhrəbanu Şabanova, Şəfiqə Əfəndizadə, Səkinə Axundzadə, Məryəm Qembitskaya, Naxçıvanda qızlar məktəbi açan Nazlı Tahirova, Bakıda “Qadın Xeyriyyə Cəmiyyəti”ni yaradan Liza Muxtarova və onlarla başqaları.

Böyük mesenat Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirdi. Cümhuriyyət parlamenti xalq maarifinin inkişafına çox mühüm təkan verən ilk tədbirlərdən birini-1918-ci il 27 iyun tarixli qərarı qəbul etdi. Qərara əsasən Azərbaycan-türk dili dövlət dili elan edildi. Lakin ana dilini mükəmməl bilən ixtisaslı kadrların olmaması qərarın həyata keçirilməsini çətinləşdirirdi. Buna görə də inzibati idarə orqanlarında, məhkəmə işində və başqa sahələrdə Azərbaycan dilini bilən ixtisaslı kadrlar hazırlanana qədər müvəqqəti olaraq rus dilindən istifadəyə yol verilirdi. Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə, bu sahədə təhsilin tamamilə yenidən qurulmasına xüsusi əhəmiyyət verirdi. Təhsil sahəsində həyata keçirilən ilk mühüm tədbir məktəblərin milliləşdirilməsi oldu. Hacı Zeynalabdin Tağıyev təhsil, maarif, mədəniyyət, mətbuatla bağlı həyata keçirilən bütün tədbirlərdə iştirak edir, son qəpiyini də əsirgəmirdi.

Azərbaycan hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai tədris müəssisələrində təhsil şagirdlərin ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, 2 ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər.

Xalq təhsilini milli möhkəm zəmin üzərində yenidən qurmaq üçün ixtisaslı müəllim kadrlarına və dərs vəsaitinə böyük ehtiyac var idi. O dövrdə ölkədəki mövcud müəllim kadrları ilə bu işin öhdəsindən gəlmək mümkün deyildi. Bu vəzifəni yerinə yetirmək üçün başlıca yol Türkiyədən müəllim dəvət etmək və qısamüddətli kurslarda Azərbaycan dilində savadlı olan şəxslərdən müəllim kadrları hazırlamaq idi. 1918-ci il iyulun 23-də Azərbaycan hökuməti ölkənin tədris müəssisələri üçün Türkiyədən müəllim kadrları dəvət etmək və dərs vəsaiti tədarükü haqqında xüsusi qərar qəbul etdi. Türkiyə həyatı ilə yaxından tanış olan Əhməd bəy Ağayevin bu məqsədlə İstanbula ezam edilməsi Xalq Maarifi Nazirliyinə tövsiyə olundu. Millətinin hər dərdinə qalan Hacı yenə də xeyir işin başında oldu. Cümhuriyyət qurucuları həm onun təcrübəsindən, həm də maddi dəstəyindən yararlandılar.

Tədris müəssisələrinin milliləşdirilməsinin və genişləndirilməsinin daha uğurla həyata keçirilməsi üçün 1919-cu ilin yayında ibtidai və orta məktəblərin aşağı siniflərini müvafiq milli kadrlarla təmin etmək məqsədilə qısamüddətli pedaqoji kurslar təşkil olunur. Hökumətin qərarına görə bu məqsədlə Xalq Maarifi Nazirliyinin sərəncamına 2 milyon 390 min manat vəsait ayrılır. Bakı, Gəncə və Nuxada kişi və qadın, Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada kişi pedaqoji kursları açılır. Hər kursda ən azı 50 nəfər müdavim təhsil alır. Kursları bitirənlərin demək olar ki, hamısına məktəblərdə müəllim yeri verilirdi. Cümhuriyyət hökuməti dərs vəsaitlərinin hazırlanması və nəşrinə də ciddi diqqət yetirirdi. Bunun üçün Maarif Nazirilyinin xüsusi komissiyası təşkil edilmişdi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” dərslikləri nəşr olunurdu. Dərsliklərin hazırlanmasında Azərbaycan maarf və ədəbiyyatının görkəmli nümayəndələri Firidun bəy Köçərli, Hüseyn Cavid, Mahmud bəy Mahmudbəyov, Abdulla Şaiq, Camo bəy Cəbrayılbəyli, Səməd ağa Ağamalıoğlu, Fərhad Ağazadə, Ağa bəy İsrafilbəyov, Abdulla bəy Əfəndizadə və başqaları fəal iştirak edirdilər. Azərbaycan parlamentinin 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarfi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrılır.

Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq 1919-cu ilin əvəllərində ölkədə dövlət hesabına 637 ibtidai məktəb və 23 orta ixtisas təhsilli məktəb fəaliyyət göstərirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik məktəb və kommersiya məktəbi var idi. 1919-cu ilin əvvəllərində Bakı qadın müəllimlər seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Atalar-analar artıq heç nədən çəkinmədən qızlarını məktəbə göndərirdilər. Hökumət xalqın milli ənənələr, vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayan muzeylərin, digər maarif və sənət ocaqlarının açılması sahəsində də mühüm tədbirlər həyata keçirirdi.

Cümhuriyyət rəhbərləri artıq ali təhsilin təşkili və ali təhsilli milli kadrların hazırlanması barədə düşünürdülər. Xalq Maarifi Nazirliyi qarşısında üç ali məktəbin – Bakı Dövlət Universitetinin, Kənd Təsərrüfatı İnstitutunun və Dövlət Konservatoriyasının açılması kimi mühüm vəzifə dururdu. Lakin o dövrdəki tarixi şərait 1919-cu ildə yalnız bir ali məktəbin – Bakı Dövlət Universitetinin açılmasına imkan verdi.

Ömründə heç bir xüsusi təhsil almamış, imzasını güclə atmağı öyrənmiş H.Z.Tağıyev millətinin maariflənməsinə, təhsilin və mədəniyyətin inkişafına köməkdən mənəvi rahatlıq tapırdı. Onun haqqında 12.02.1908-ci ildə “Tazə həyat” qəzetində yazılan “Mənim təcrübəmdən” adlı məqalədə deyir: “Mənim ən çox sevdiyim iş sənaye işimlə bağlıdır, mən hesab edirəm ki, bundan da artıq məni öz xalqımın məsələləri, onun gələcək xoşbəxtliyi və həyatının davamı məşğul edir. Bu məqsədə nail olmaq üçün mən belə hesab edirəm ki, xalqımın tərbiyəsi (təhsili) və maariflənməsi lazımdır. Xalqımın maarfilənməsi və tərbiyələnməsi (təhsillənməsi) zəruriyyətini görərək mən qüvvəm çatan qədər kömək etməkdən çəkinmədim. Bunu isə kiçik uşaqların tərbiyəsi (təhsili) və maarfiləndirilməsində, böyüklər üçün isə kitab və qəzetlərin nəşrində gördüm. Bu işə qayğı göstərdim və göstərməkdə davam edəcəyəm. Söylədiklərimə yekun vurarkən mən həqiqətən də başa düşdüm ki, xalqın gələcək xoşbəxtliyi, dəyanəti və irəliləyişi təhsillə, maariflə bağlıdır”.

Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.