İstanbulda Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək
Elə yaxın gəldin, elə uzaqdan!
Şairi nbi xzrinin 95 illiyi
Ay ürək
Yaralar qövr edir təzədən ürək,
Niyə könül verdin ona sən ürək,
O səni sevmədi, sən niyə sevdin!
Səni sevməyəni sən niyə sevdin!
Eşqinə mən qurban gedim ay ürək,
Dedim, neçə dəfə dedim ay ürək,
Sevməyir o səni, niyə sevirsən,
Səni sevməyəni niyə sevirsən,
Sözümə baxmadın, indi yan ürək,
Yan ey mənim tək peşman ürək,
Sevmirdi o səni, niyə sevirdin!
Səni sevməyəni niyə sevirdin.
İstə
Öz məğrur eşqimdə təmənnasızam,
Bir damla istəsəm,
Mən ki, bir dünyalıq boranam, yazam,
Bircə gül istəsəm,
Mənə ulduz boyda ulduz işıq ver desəm,
Günəşli asiman istə.
Haçan bir saatlıq görüş istəsəm,
Sən bütün ömrümü,
Söylə, bəs hardaydın?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?
Keçib göy dərəni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!
Elə bil üzləşdim
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.
Zöhrə ulduzu tək
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Sən gəldin ömrümün
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?
GÖNDƏR
Saytın yeni görünüşü.
Maraqlıdır.
15.01.2021 / 20:44 – İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” – VİDEO
15.01.2021 / 20:29 – Koronavirusun qorxunc təsiri
15.01.2021 / 19:56 – Prezident Cıdır düzündə çay içib – VİDEO
15.01.2021 / 19:49 – ANAMA ləğv edildi
15.01.2021 / 18:00 – Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
15.01.2021 / 17:37 – Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? – AÇIQLAMA
15.01.2021 / 17:32 – Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
15.01.2021 / 16:43 – Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
15.01.2021 / 16:30 – Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
15.01.2021 / 16:24 – Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? – RƏSMİ
15.01.2021 / 16:21 – Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
15.01.2021 / 16:14 – “Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər – AÇIQLAMA
15.01.2021 / 13:37 – Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
15.01.2021 / 13:28 – Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO
15.01.2021 / 13:12 – İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə – FOTO
15.01.2021 / 13:06 – İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” – VİDEO
15.01.2021 / 13:01 – Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” – VİDEO
15.01.2021 / 12:56 – Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
15.01.2021 / 11:51 – Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı – VİDEO
02.08.2020 / 17:00 – Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?
23.03.2020 / 10:15 – Mayasız, qatıqlı pişi (foto-resept)
01.12.2018 / 14:00 – Soyuq havalarda uşaqları necə geyindirməli?
30.06.2019 / 12:15 – Əlləri cavanlaşdıran 2 maska
28.03.2018 / 12:15 – Mövsümün ən dəbli saçı
12.07.2018 / 10:15 – Banan mürəbbəsi (foto resept)
12.12.2020 / 23:18 – 80 ildən sonra ilk dəfə gəlinlik geyindi
26.09.2020 / 21:00 – Həyat yoldaşınızla gözəl vaxt keçirmək üçün tövsiyələr
30.03.2018 / 12:15 – Məşhurları bir də belə tanıyın
17.08.2018 / 14:00 – Uşaqların sosial mediaya ehtiyacı yoxdur
08.02.2020 / 10:15 – Şokoladlı Lokum (foto-resept)
08.04.2019 / 10:15 – Lobya şorbası (foto-resept)
12.01.2020 / 15:30 – Dövrümüzü əks etdirən şəkillər
27.11.2020 / 10:15 – Sağlam və gözəl dəri üçün qidalandırıcı maskalar
28.01.2019 / 10:00 – Uğurlu qadınlar haqqında #SMARTWOMEN layihəsi
10.05.2018 / 10:15 – Şokoladlı tort (foto resept)
13.11.2019 / 10:15 – Darçınlı alma topları (foto-resept)
02.06.2020 / 15:30 – Alman aşpazın əl işləri
31.01.2020 / 10:15 – Klafuti (foto-resept)
30.05.2018 / 14:00 – Darçınla bədən ölçülərinizi sabit saxlayın
- Bütöv Azərbaycan
- Redaktordan
- Qadin.Net LIFE
- Təqdimat
- Etiraflar
- Müsabiqələr
- “Kitabsevərlər”
- Qadin.TV
- Tanınmışlar
- Qadın və təshil
- Qadın və hüquq
- Qadın və din
- Qadın və texnologiya
- Şəxsi inkişaf
- Pəhriz
- Arıqlama sirləri
- Kökəlmə sirləri
- Fitness
- Sellulit
- Şəxsi təcrübə
- Hamiləliyə hazırlıq
- Hamiləlik təqvimi
- Doğum hekayələri
- Doğumdan sonra
- Körpə və ona qulluq
- Uşaqlar və tərbiyyə
- “Ev məktəbi”
- Gözəllik xəbərləri
- Üzə qulluq
- Bədənə qulluq
- Saçlara qulluq
- Kosmetologiya
- Makiyaj
- Manikür və pedikür
- Estetik gözəllik
- Gözəllik məhsulları
- Ulduzların sirləri
- Salat və qəlyanaltılar
- Duru yeməklər
- Quru yeməklər
- Duzlu xəmir işləri
- Şirin xəmir işləri
- Kompot və kokteyllər
- Peçenyelər
- Tortlar
- Uşaq yeməkləri
- Şef master
- Konserv məhsulları
- Müxtəlif
- Kişi psixologiyası
- Qadın psixologiyası
- Psixoloji məsləhətlər
- Cinsi münasibətlər
- Eşq və məhəbbət
- Xəyanət
- Düşüncə dərsi
- Gəlin-qayınana
- Testlər
- Sağlamlıq xəbərləri
- Düzgün qidalanma
- Xalq təbabəti
- Masaj
- Menstruasiya
- Qadın xəstəlikləri
- Uşaq xəstəlikləri
- Adət ənənələr
- Ədəbi guşə
- Mütləq bilməlisiniz!
- Praktik məsləhətlər
- Yuxu yozmaları
- Evim – interyer
- Hobbi
- Səyahət
- Avtomobil
- Ordan-burdan
- Digər
Sayt Google Chrome, Mozilla Firefox, Safari, Opera və Yandex brauzerləri ilə tam dəstəklənir.
Məlumatlardan istifadə etdikdə istinad mütləqdir!
© 2009-2023, Qadin.NET. Bütün hüquqları qorunur!
Qoç bürcü
21 mart – 20 aprel
Həyat yoldaşı və ya sevgilinizin bəzi sıxıntıları sizi də kədərləndirmiş ola sa, bu həftə onun rahatlanması ilə sizlərə də bir yüngülləşmə gələcək. Özünüzü ortaya qoymaq və hadisələri başlatmaq üçün olduqca istəkli olun və keçmişdəki mənfi şeyləri yaddan çıxarın getsin. Bəxtinizi bu həftə doğru yönləndirməsəniz həyatınızı dəyişdirmək məcburiyyətində qala bilərsiniz.
Köhnə sevgililərlə əlaqədar mövzuların yenidən gündəmə gəlmə şansı var. Bu əlaqələrin davam edib etməməsi sizdən asılı olacaq.
Buğa bürcü
21 mart – 20 aprel
Gözlənilməyən bir işə girmək ya da gözləmədiyiniz birinin sizinlə bağlantı qurması ya da bir hekayəyə başlamağınız mümkün ola bilər.
Ala bilmədiyiniz bir pulunuz ya da ödəmələriniz varsa, burada şanslı irəliləyişlər ola bilər. Eqolarınızın qırılması və həyata baxışınızın dəyişməsi vacib olan bir həftə içindəsiniz.
Sizə edilən açıqlamalardan bəzən şübhəli qala bilər və narahat ola bilərsiniz. Bəzi şok edici mənfi şeylər yaşayırsınızsa bunun üçün geriyə baxıb keçmişdəki səhvlərindən nəticə çıxartmağı yoxlayın.
Əkizlər bürcü
21 mart – 20 aprel
Lakin yaxşı xəbər, planetimiz Merkurinin irəli hərəkətlərinə keçmiş olmasıdır. İşlər bir az yoluna düşməyə başlayır. Yeni başlanğıclar sizi xoşbəxt edə bilər. Maddi mövzularla əlaqədar olduqca aktiv bir həftə içindəsiniz.
Mövcud olan bir maddiyyat sıxıntısı ilə bağlı risk ala bilərsiniz. Sevgi həyatınızda mövcud olan bəzi problemlərin öhdəsindən həftənin ortalarında gələ bilərsiniz. Köhnə sevgilərdən aldığınız addımlar hədəflərinizə uyğun olmaya bilər.
Bu səbəbdən də bu nöqtədə lazımsız vərdişlərinizi geridə qoymalısınız.
Xərçəng bürcü
21 mart – 20 aprel
Haq və haqsızlıq mübahisələrinizi sakit və səssiz bir şəkildə etməli, hadisələri nəticəyə çatdırmalısınız. İş layihəlriniz və uğurunuzu ölçən bir hadisələrin içindəsinizsə bu həftə uğurlu bir nəticə ala bilərsiniz. Gözləmədiyiniz sürpriz dəstəklərlə bunu taclandıra bilərsiniz. Sizi mənfi təəccübləndirəcək şeylər olubsa, bu həftə ruhi gücünüzü toplaya biləcəksiniz.
Duyğusal gözləndirələrinizin yoluna düşməsi və sevgi məsələlərində gözlədiyiniz yerlərə yaxınlaşa bilərsiniz. Bu vəziyyət sizi həyata qarşı motivasiya edəcək. Keçmiş hadisələrin gündəmə gəlməsi yoluna qodyğunuz vəziyyətə yenidən zərər verməməsi üçün diqqətli olmalısınız.
Şir bürcü
21 mart – 20 aprel
Bu həftə, yaxşı tərəfləriniz və pozitiv enerjinizin yerində olması sizi sosial çevrənizin içində olduqda populyar bir hala gətirəcək. Lakin, sevgi məsələlərində qarşısınızdaki insan keçmişə ilişib qalıbsa, sizi bu mənada narahat edən bəzi fikirləri ola bilər. Bunları anlayışla qarşılayıb yolunuza davam edin və üzüntülərə qapılmayıb.
Alacağınız sürpriz xəbərlərlə özünüzü çox şanslı hiss etmiş olacaqsınız.
Qız bürcü
21 mart – 20 aprel
İçindən heç bir şey etmək istəmirsən və ya qolun qırıldığını hiss edə bilərsən. İnsanların sənin haqqında düşüncələri fərqli ola bilər və bu vəziyyətdən narahat ola bilərsən.
Avtoritar fiqurlarla ünsiyyətinizə xüsusi diqqət yetirməlisiniz. İnanılmaz ifadələr altında heç gözləmədiyiniz nəticələrlə üzləşə bilərsiniz. Gizli məsələləri açmaq istəyə bilərsiniz. Ancaq insanların yanaşmalarına qarşı daha dominant və tənqidi bir üslub nümayiş etdirməli ola bilərsiniz.
Sizi bu nöqtəyə cəlb edə biləcək məsələlərdən uzaq olmalı və daha çox layihələrdə iştirak etməlisiniz. Xüsusilə çərşənbə və cümə axşamı günləri həm pul, həm də sevgi münasibətlərində əhəmiyyətli bir müvəffəqiyyətə nasil ola bilərsiniz. Yeni başlanğıclarınız üçün şərtləri itələməməyə çalışın. Münasibətlərinizlə bağlı ani bitişlərə və ya əksinə, başlanğıclarına açıq ola bilərsiniz.
Tərəzi bürcü
21 mart – 20 aprel
Bu sizi qorxutmamalıdır, amma keçmiş problemlərdən dərs almaqla fərqli bir davranış sizə daha güclü bir münasibət gətirəcəkdir. Həm də bu effekt sizə orijinal və yeni sürpriz biznes layihələri gətirəcəkdir. Daşınmaz əmlak və maliyyə qoyuluşları ilə bağlı məsələlərin aktivləşəcəyi bir həftə ola bilər.
Əqrəb bürcü
21 mart – 20 aprel
Keçmiş münasibətlərinizin arzuolunmaz görünüşü sizə bir daha obsesyonlarınızı xatırlata bilər. Obsesyonlarınızla hərəkət etməməyi və bu hadisəni arxa plana keçirmək istəyəcəksiniz. Bəlkə də bu hadisələri ətrafınızdan gizlətməyə və bir müddət gizli saxlamağa meyllənə bilərsiniz. Maliyyə ilə bağlı məsələlərinizdə bir az daha araşdırmalısınız.
Oxatan bürcü
21 mart – 20 aprel
Bu həftəyə sürətli başlayan kimi, sosial mühitdə populyarlığınız artacaqdır. Ünsiyyətdəki problemlər kiçik balans problemlərinə səbəb ola bilər. Bəzi həqiqətləri görməkdən bezmiş olsan da, sən artıq buna öyrəşmişsən. Rəqabət problemlərini şəxsi ambisiyanızla birləşdirməmək üçün diqqətli olmalısınız.
Oğlaq bürcü
21 mart – 20 aprel
Bu cür vəziyyətlərdə çox diqqətli olmalısınız. Keçmiş münasibətlərlə əlaqəli mövzuların tətbiqi həyatla bağlı baxışlarınızı dəyişdirməyə imkan verəcəkdir. Keçmişlə bağlı bu məlumatla ya tamamlamağa ya da davam etdirməyə qərar verə bilərsiniz. Hər bir halda, düzgün qərarı verəcəksiniz.
Dolça bürcü
21 mart – 20 aprel
Köhnə münasibətləriniz yenidən gündəmə gələ bilər. Həftənin ortalarından başlayaraq ev və ailə həyatınızla bağlı bəzi məsələlər gündəmdə ola bilər. Ailəniz üzvlərindən aldığınız maliyyə dəstəyi ilə problemlərinizə həll yolu tapacaqsınız. Həftənin sonuna yaxın sevgi həyatınızdakı bəzi problemlər sizi qərarsızlığa sala bilər. Şərtlərin yaxşılaşmasını gözləməlisiniz.
Balıqlar bürcü
21 mart – 20 aprel
Evlisinizsə, evliliklə bağlı məsələlər daha vacib ola bilər. Münasibətlərdə aydın olmayan məsələlər həllini tapmış olacaq. Heç bir münasibətiniz yoxdursa, həyatınıza yeni bir münasibət daxil ola bilər. Keçmişdə yaşadığınız bir sevgi hekayəsi bu günlərdə sizi yenidən yoxlaya bilər və siz də şərtləri öz xeyrinizə həll edibqarşı tərəfə təqdim edə bilərsiniz.
Əvvəllər yaşadığınız bir maliyyə probleminiz varsa, keçmiş tərəfdaşla bu vəziyyəti həll etmək üçün ilk addımları ata bilərsiniz. Bəzi şeylər bu həftə daha çox məna qazanacaq.
İstanbulda Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçiriləcək
İstanbul. 1 fevral. REPORT.AZ/ Sarıyer rayon bələdiyyəsinin sədri Şükrü Genc Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyevlə görüşüb. “Report”un Türkiyə bürosunun məlumatına görə, görüşdə bu il mayın 11-14-də Sarıyer rayonunda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin heykəlinin qoyulduğu və onun adını daşıyan parkda ənənəvi “Ədəbiyyat günləri” festivalının keçiriləcəyi bildirilib. Tədbirin bir gününün də Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ona həsr olunacağı qeyd edilib. Ş.Genc ümummilli lider Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında əvəzsiz xidmətlərindən danışaraq Türkiyə Azərbaycan qardaşlığının, birliyinin möhkəm təməllərini də onun atdığını deyib: “Heydər Əliyevin səyləri nəticəsində iki qardaş ölkənin qapıları açıldı. Mustafa Kamal Atatürk və Heydər Əliyev bu gün dünyada söz sahibi olan “bir millət, iki dövlət”i var edənlərdir. Biz onlara bir ömür minnətdarıq, onlar olmasaydı, bizlər də olmazdıq. Heydər Əliyevin siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. Hər gün güclənən və möhkəmlənən iki qardaş dövlət var. Biz də əlaqələrin genişlənməsi üçün əlimizdən gələni etməliyik”. O, iki ölkə arasında bir çox əhəmiyyətli layihələrin həyata keçirilməsi üçün Sarıyer rayon bələdiyyəsinin hazır olduğunu da vurğulayıb. M.Hacıyev, öz növbəsində, Şükrü Gəncə azərbaycanlı rəssam Rafiq Əzizin Mustafa Kamal Atatürkün yağlı boya ilə çəkdiyi portretini hədiyyə edib. Vüsalə Abbasova
Şairi nbi xzrinin 95 illiyi
Dekabrın 13-də Bakı Slavyan Universitetində (BSU) Əməkdar elm xadimi, görkəmli dilçi alim, professor Həsən Mirzəyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.
Sonra professor Həsən Mirzəyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
BSU-nun rektoru Anar Nağıyev tədbiri açaraq, tədbirdə görkəmli alimin ailə üzvlərinin də iştirakını vurğulayıb və onların BSU-da olmasından məmnunluğunu ifadə edib. Anar Nağıyev Azərbaycan filologiya elmində, dilçiliyində iz qoymuş görkəmli dilçi alim, professor Həsən Mirzəyevin öz geniş elmi və pedaqoji yaradıcılığı ilə bir məktəb yaratdığını deyib. Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus yeri olan professor Həsən Mirzəyevin “91-lər” hərəkatının üzvü olaraq, Ulu Öndərin siyasətinin icrasında dayanmadan çalışdığını bildirib. Rektor onun uzun illər Milli Məclisin deputatı olaraq fəaliyyətinə diqqət çəkib. Görkəmli alimin geniş spektrli, hərtərəfli fəaliyyətinin fövqündə isə müəllimlik fəaliyyətinin durduğunu bildirib. Anar Nağıyev professor Həsən Mirzəyevin tələbələrinin bu gün də onun elmi irsini araşdırdıqlarını, görkəmli alimdən bəhrələndiklərini qeyd edib.
ADPU-nun professoru İbrahim Bayramov “Dilçilik elmi professor Həsən Mirzəyevin yaradıcılığında” adlı məruzəsində Həsən Mirzəyevin elmi yaradıcılıq fəaliyyətindən danışıb. Onun elmi tədqiqatlarından, Azərbaycan dilçilik elminə verdiyi böyük xidmətlərdən söz açıb. O, Həsən Mirzəyevin öz araşdırmaları ilə həm də bir alim-ziyalı kimi milliliyə, azərbaycançılığa xidmət etdiyini deyib. Görkəmli alimin Azərbaycan dilçiliyində poetik anomastikanın ilk tədqiqatçısı olduğunu qeyd edib. Alimin ilk dəfə bu sahədə elmi əsərlər ortaya qoyduğunu deyən professor İ.Bayramov Həsən Mirzəyevin Qərbi Azərbaycandakı toponimlərin araşdırılmasında gənc təqdiqiqatçılara elmi məsləhətlər və istiqamət verdiyini qeyd edib. Dərələyəz mahalının 162 toponiminin elmi izahını verdiyini deyən professor İbrahim Bayramov onun mikrotoponimləri də araşdıraraq, topladığı bu faktların əsasında Qərbi Azərbaycanın, o cümlədən Dərələyəzin Azərbaycanın qədim torpaqları olmasını elmi dəlillərlə sübut etdiyini bildirib. İ.Bayramov Həsən Mirzəyevin dialektologiya istiqamətində əvəzsiz xidmətlərinə toxunub. O, alimin həm də leksikoloq kimi lüğətçilik elminə verdiyi töhfələrdən söz açıb. İ.Bayramov Həsən Mirzəyevin ictimai-siyasi xadim kimi fəaliyyətinə də nəzər salaraq, onun Ulu Öndər Heydər Əliyevin dühasının elmi ictimaiyyətə çatdırılmasındakı müstəsna rolunu qeyd edib.
ADPU-nun professoru Mirvari İsmayılova “Professor Həsən Mirzəyevin elmi və ictimai – siyasi baxışlarında Azərbaycançılıq konsepti” adlı məruzə ilə çıxış edərək Azərbaycan filologiya elmində professor Həsən Mirzəyevin öz dəst-xətti ilə tanınan, öz identikliyi ilə səciyyələnən alim olduğunu bildirib. Alimin elmi yaradıcılığında azərbaycançılıq ideyasının əsas yer tutduğunu deyib, apardığı araşdırmaların məhz azərbaycançılıq ideyasına xidmət etdiyini vurğulayıb. O, Həsən Mirzəyevin elmi-pedaqoji fəaliyyətindən danışaraq, görkəmli alimin “Azərbaycan dilində fel” monoqrafiyasına diqqət çəkib. M.İsmayılova Həsən Mirzəyevin həyatının qayəsini milliliyin tutduğunu, Azərbaycan elminin inkişafına həsr olunduğunu bildirib. O, Həsən Mirzəyevin əsərlərinin ensiklopedik məzmunundan söz açıb. Çətin siyasi mübarizə dönəmində ziyalı alimin fəaliyyətinə toxunan M.İsmayılova vurğulayıb ki, Dərələyəz mahalının dialekt və şivələrinin aşıq yaradıcılığı vasitəsilə toplanması Azərbaycan dilçilik elmi ilə yanaşı, həm də tariximiz üçün qiymətlidir, qədim tarixi torpaqlarımız olmuş ərazilərin, xüsusən Dərələyəz mahalının Azərbaycanın qədim torpağı olduğunu sübut edən elmi əsaslandırılmış tarixi mənbədir. M.İsmayılova görkəmli alimin hər zaman gənc tədqiqatçılara dəstəyini də qeyd edib.
BSU-nun Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov öz çıxışında professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elmində öz mövqeyi olan tədqiqatçı alim olduğunu bildirib, onun elmi araşdırmalarından söz açıb. Həsən Mirzəyevin elmi yaradıcılığının və tədqiqatlarının alimin öz xarakterik xüsusiyyətləri ilə eynilik təşkil etdiyini bildirib. O, Həsən Mirzəyevin çoxşaxəli bir şəxsiyyət olduğunu deyib. Azərbaycan dilçiliyində Həsən Mirzəyev yaradıcılığının geniş areala, həmçinin poetik yaradıcılığa sahib olduğunu deyib. İ.Qasımov müasir elmi tədqiqatlarda bu gün də dəyərli dilçi alimin əsərlərinə dəfələrlə istinad edildiyini, eyni zamanda, professor Həsən Mirzəyev irsinin gənc araşdırmaçıların tədqiqat obyekti olduğunu qeyd edib.
BSU-nun Xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Nailə Xəndan professor Həsən Mirzəyevin folklorşünas, dilçi alim kimi fəaliyyətinə toxunub. O, görkəmli alimin tədqiqatlarının Azərbaycanda folklorşünaslıq elminin inkişafında mühüm yer tutduğunu deyib. Həsən Mirzəyevin Dərələyəz mahalının folklorunu böyük sevgi və diqqətlə topladığını və nəşr etdirdiyini bildirib. O, aşıq sənətinin tədqiq olunmasında alimin əhəmiyyətli tədqiqat işləri apardığnı qeyd edib və bu sahədə onun nəşr etdirdiyi əsərlərə diqqət çəkib. N. Xəndan dəyərli alimin qədim tariximizi araşdıraraq və Qərbi Azərbaycandakı yer adlarını tədqiq edərək, türk toponimlərinin üzə çıxarılmasında xidmətlərini, araşdırmalarının əhəmiyyətini vurğulayıb.
BSU-nun Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən, dosent Sədaqət Əsgərova professor Həsən Mirzəyevin tələbəsi olaraq öz müəllimi ilə fəxr etdiyini bildirib. O, Həsən Mirzəyevin müəllim müdrikliyindən, tələbkar müəllim olmasından danışıb, onun öz yetirmələrinə azərbaycançılıq məfkurəsini aşıladığını deyib. S.Əsgərova dəyərli müəllim-alimin öz tələbələrinə verdiyi öyüd-nəsihətlərini hər zaman hörmətlə xatırladığını qeyd edib, xatirələrini bölüşüb.
Professor Həsən Mirzəyevin qardaşı Musa Mirzəyev tədbirin təşkilinə görə ailə üzvləri adından BSU rəhbərliyinə təşəkkür edib. Görkəmli alimin irsinin hər zaman tədqiq olunacağına əminlik ifadə edib.
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynova Azərbaycan dilçilik elminin inkişafında xidmətləri olan dilçi alimlərin irsinin araşdırılmasının və öyrənilməsinin vacibliyindən söz açıb. Belə dəyərli alimlərdən, görkəmli ziyalılardan biri olan professor Həsən Mirzəyevin Azərbaycan dilçilik elminin müxtəlif sahələrində verdiyi töhfələrdən danışıb. Həsən Mirzəyevin çoxşaxəli yaradıcılığına diqqət çəkən professor Mahirə Hüseynova onun həm alim, həm də şəxsiyyət kimi yüksək mənəvi-insani xüsusiyyətlərini vurğulayıb, vətənpərvər insan , xalqına, millətinə, dövlətinə böyük sevgi ilə bağlı olan şəxsiyyət olduğunu deyib. Həsən Mirzəyevin dilçilik elmində çoxsaylı yetirmələrinin olduğunu bildirən Mahirə Hüseynova görkəmli alimlə bağlı xatirələrini bölüşüb, ona həsr etdiyi şeirlərini səsləndirib.
Sonda görkəmli dilçi alim, professor Həsən Mirzəyevə həsr olunmuş videoçarx nümayiş olunub.
Comments are closed, but trackbacks and pingbacks are open.