Poeziyada Vətən müharibəsi – zəfər sevincləri – Mərziyyə Nəcəfova
Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə isimləşir, yəni substantivləşır. Məsələn, oxumağın faydası, sözün qısası, meyvələrin şirini, oxumağın mənası, yolun uzunu, deyilənlərin çoxu və s.
Söz birləşməsinin növləri
Təyini söz birləşmələri tərəflərin bir-birinə qrammatik cəhətdən bağlanma üsuluna görə üç növə ayrılır:
- Birinci növ təyini söz birləşmələri
- İkinci növ təyini söz birləşmələri
- Üçüncü növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir morfoloji əlamət iştirak etmir. Məsələn, geniş meydan, uca dağ, azad seçkilər, şirin meyvə, taxta qapı və s.
Birinci növ təyini söz birləşmələrinin əsas (ikinci) tərəfi həmişə isimlə, asılı (birinci) tərəfi isə isim (da. bina), sifət (şirin qarpız), say (beş kitab), əvəzlik ( o adam), feli sifət (uçan quş) və feli sifət tərkibi ( bütün suallara cavab verən oğlan) ilə ifadə olunur.
Birinci növ təyini söz birləşməsi cümlədə başqa sözlərlə qrammatik əlaqəyə girdikdə müvafiq qrammatik şəkilçi onun ikinci tərəfinə artırılır, birinci tərəf olduğu kimi qalır.
Birinci növ təyini söz birləşmələrinin hər biri ayrı – ay-rılıqda cümlə üzvü olur. Cümlədə birinci tərəf həmişə təyin, ikinci tərəf isə müxtəlif cümlə üzvləri ola bilir. Məsələn, Qara buludlar günəşin qaraşısını tutmuşdu. Mən dünəndən bu sənədləri araşdırmaqla məşğul idim. Qoca əyləşib şirin qarpızdan doyunca yedi.
Tərkibindəki sözlər mənaca ayrılmağa imkan verməyəndə birinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Biz onu üç saat gözlədik. Bu gün səni iki saat gözləməli olduq. Sən bu yerlərə bir də gəlmə.
Növ təyini söz birləşməsinin birinci tərəfi qeyrimüəyyən yiyəlik halda olur, ikinci tərəfi isə III şəxsin mənsubiyyət şəkilçisi ilə işlənir. Məsələn, qala qapıları, yaz havası, qoz ağacı, qız qalası, durna qatarı, Xəzər dənizi, Odlar yurdu, islam dini, bahar fəsli və s.
İkinci növ təyini söz birləşməsinin hər iki tərəfi, bir qayda olaraq, isimlə ifadə olunur. Məsələn, meşə heyvanları, ev quşları, ellər gözəli, dağlar maralı və s. Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə substantivləşir. Məsələn, beş arzusu, oxumaq həvəsi, gözəllər gözəli və s. Bu birləşmələrin tərəfləri eyni vaxtda cəmlənə bilmir. Ancaq tərəflər ayrı – ayrılıqda cəmlənə bilir. Məsələn, Qafqaz dağları, türk dilləri, hava yolları, ellər gözəli, dağlar maralı, sular sonası və s.
Müstəsna hallarda birləşmənin hər iki tərəfi cəmlənir. Məsələn, atalar sözləri, həmkarlar ittifaqları, elmlər namizədləri, elmlər doktorları, genclər təşkilatları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında ba.qa sözlər işlənə bilmir. Məsələn, durna qatarı, yol boyu, Sabir bağı, qala qapıları və s. birləşmələrin arasına hər hansı bir söz əlavə etmək mümkün deyil.
Bunlar ikinci növ təyini söz birləşmələrinə məxsus xösusiyyətlərdir.
Cümlədə başqa sözlərlə qrammatik əlqəyə girdikdə müvafiq qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır. İkinci növ təyini söz birləşməsi bütövlükdə bir cümlə üzvü kimi çıxış edir. Məsələn, Bu, dağ havasının xəstəyə təsirindən idi. Nəhəng qoz ağacından əsərəlamət qalmamışdır . Ana heykəli çox əzəmətli idi. Bacım göz həkimidir. Şəfəqlər dağlar döşünə səpilir.
Növ təyini söz birləşmələrinin birinci tərəfi ismin müəyyən yiyəlik halında olur, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir. Bu birləşmələrin də tərəfləri, əsasən, isimlərlə ifadə olunur. Məsələn, dağın zirvəsi, baharın nəfəsi, suyun şırıltısı, Nizaminin əsərləri, xalqın sərvəti, insanın arzusu, pəncərənin qabağı və s.
Başqa nitq hissələrinə aid sözlər bu birləşmələrin tərəfləri kimi işləndikdə isimləşir, yəni substantivləşır. Məsələn, oxumağın faydası, sözün qısası, meyvələrin şirini, oxumağın mənası, yolun uzunu, deyilənlərin çoxu və s.
Bu birləşmələrin hər iki tərəfi də şəkilçi ilə formalaşır. Məsələn, şəhərin küçəsi. ayın işığı. Bakının metrosu və s. Birləşmənin ikinci tərəfi sifət və ya sayla ifadə olunduqda birinci tərəf bəzən çıxışlıq halda işlənir. Məsələn, şagirdlərdən beşi, gulənlərdən üçü, qızlardan ən gözəli, döyüşçülərdən ən cəsarətlisi, fəhlərdən çoxu, uşaqlardan biri.
Üçüncü növ təyini söz birləşməsinin tərəfləri arasında istənilən qədər söz işlənə bilir. Məsələn, müğənninin səsi-müğənninin könül oxşayan səsi, Füzulinin şeirləri – Füzulinin fəlsəfı şeirləri, Nizaminin poemaları – Nizaminin dünya şöxrətli poemaları və s.
Üçuncü növ təyini söz birləşmələrinin tərəfləri həm ayrı – ayrılıqda, həm də eyni zamanda cəmlənə bilir. Məsələn, adamların əksəriyyəti, gələnlərin çoxu, xalqın oğulları, xəstənin əzabları, şagirdlərin dəftərləri, onların dostları, tarıxlərin yadigarı, şairin şeiləri, natiqlərin çıxışları.
Bu birləşmələrin ikinci tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edə bilir. Məsələn, mənim dəftərim, sənin dəftərin, onun dəftəri, bizim dəftərimiz, sizin dəftəriniz, onların dəftərləri.
Cümlədə başqa sözlərlə əlaqəyə girdikdə qrammatik şəkilçi birləşmənin ikinci tərəfinə artırılır, birləşməsi bütövlükdə bir cümlə üzvü olur. Məsələn, Sizin gələcəyiniz öz əlinizdədir. Kəşfıyyatçılar meşənin kənarında dayandılar. Gördüyünüz oğlan mənim qardaşımdır.
Bəzi hallarda birinci tərəfi bizim və ya sizin sözləri olan üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi mənsubiyyət şəkilçisi qəbul etmir. Məsələn, bizim evlər, sizin bağlar, bizim adamlar, sizin futbolçular, bizim qızlar, sizin ellər və s. Cümlədə belə birləşmələrin birinci tərəfi təyin, ikinci tərəfi isə başqa cümlə üzvü olur. Məsələn, «Sizi bizim kəndə dəvət edirəm» cümləsində bizim sözü təyin, kəndə sözü isə zərflikdir.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Poeziyada Vətən müharibəsi – zəfər sevincləri – Mərziyyə Nəcəfova
Azərbaycan ədəbiyyatı 30 ilə yaxın bir zaman ərzində Qarabağın qan yaddaşından, torpaq itkisindən bəhs edirdi. Misralarımızın sətirləri poeziya ruhumuzun siyah rəngini əks etdirirdi. Şeir dünyamız da ruhumuz kimi parçalanır, öləziyirdi. Azərbaycanda 44 gün sürən 2-ci Vətən – Qarabağ müharibəsi torpaqlarımızın azadlığı ilə bərabər, Azərbaycanın bütün sahələrinə bir zəfər, uğur və möhtəşəmlik gətirdi. Az qala xəyala çevriləcək bir sevinci Ali Baş Komandanımızın sayəsində Milli ordumuz, döyüşçü və zabit heyətimizin misilsiz döyüşü sayəsində bizlərə ərmağan edildi. Bu qələbəmiz illərin təcrübəsindən, ordu quruculuğundan, siyasi baxışdan, qazanılan birlik və bərabərliyimizdən əldə edildi.
Akademik İsa Həbibbəyli “Vətən savaşında tarixi zəfər” başlıqlı məqaləsində bu zəfərimizin qazanılmasında çox amillərin var olmasını vurğulayır. Məqalənin ilk cümləsi də zəfərimizin tarixi yol keçməsindən xəbər verir. “Heydər Əliyevdən İlham Əliyevə” bu ifadə bugünkü qələbəmizin 30 illik tarixi yol keçdiyini və ölməz Heydər Əliyev siyasətinin və parlaq hərbi siyasi yekununun möhtəşəm sonluğudur”. Akademik bu gün qazandığımız zəfərdə bir çox faktorların rol oynadığını vurğulayır, bu faktorlardan biri də Türkiyə və Azərbaycan qardaşlığıdır. İsa Həbibbəyli yazır: “Təməli Böyük uzaqgörənliklə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” düsturu əsasında möhkəmləndirilmiş Azərbaycan-Türkiyə birliyi və əməkdaşlığı da Vətən müharibəsindəki zəfərin ən mühüm amillərindəndir. Vaxtilə Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Böyük Millət Məclisində Səsləndirdiyi “Tək millət, iki dövlət” kəlamı əvvəlcə hər iki ölkədə atalar sözünə çevrilmiş, tədricən daha da dərinləşərək iki qardaş ölkə arasındakı münasibətlərin strategiyası statusu qazanmışdır”.
Bu gün qazandığımız zəfər ədəbiyyatımıza da bir rəngarənglik, bir gözəllik ab-havası gətirdi. Bu gün ədəbiyyatımız əsasən uğurlarımızdan, qələbə sevincimizdən, birlik bərabərliyimizdən, Türkiyə və Azərbaycan qardaşlığından, qəhrəman Azərbaycan əsgərindən və torpaqlarımız uğrunda qazandığımız zəfər yolunda canlarını qurban verən müqəddəs Şəhidlik mövzusundan bəhs edir.
Müharibənin ilk günündən başlayaraq döyüş əzminə köklənən, səhifələrində vətən, torpaq azadlığı, birlik, qələbə sevinci, Ali Baş Komandanın rəşadəti kimi məqamları daim prioritet istiqamətə, manşet başlıqlarına çevirən “Ədəbiyyat qəzeti”nin də baş verənləri operativ şəkildə işıqlandırmaqda, bədii sözün təcəssümünə çevirməsində rolu böyükdür. Türkçülüyü əvvəldən qəzetin məfkurə xəttinə çevirən, qardaş Türkiyə ədəbiyyatının tanıdılması və təbliğində misilsiz missiya daşıyıcısı olan Azər Turanın bu işdə danılmaz xidməti olduğunu vurğulamaq lazımdır. Onu da qeyd edək ki, bu dönəmlərdə qəzetin çap edilmiş bütün sayları “Qarabağ Azərbaycandır” başlığı altında təqdim olundu, müharibə ilə bağlı hər yaşantı janrından asılı olmayaraq bütün mətnlərin mövzu-mündəricəsini təşkil etdi. Azər Turan “Burası Turan qapısı” məqaləsində bugünkü zəfərimizi böyük Turanın birlik və bərabərlik əzmində görərək “Turanın qapısı Qarabağdır”, – deyə yazır: “İndi Turanın qapısı Qarabağdır. Dünyanın ən qədim – 2500 yaşlı Pazırıq xalçasının toxunduğu ən əski sivilizasiya beşiklərindən biri Qarabağ. Xəlil Rza demişkən: “Dünyanın ən qədim tanrılar panteonu Qarabağ , əslində, ulu Tanrı deməkdir. “. Bu gün Ulu Türkün ruhu həmin panteonda Ulu tanrının ədaləti uğrunda vuruşur. Ona görə bu savaş bütün türk dünyasının savaşıdır. Ona görə savaşımız müqəddəs, əsgərimiz müzəffərdir. 30 ildir Qarabağda savaş gedir. Amma bu savaş Vətən müharibəsi – Qurtuluş savaşı müstəvisinə indi keçdi. Ali Baş Komandan İlham Əliyev savaş əmrini “Qarabağ Azərbaycandır və nida!” hökm ilə verdi. Millətimizin ruhunu bayraq kimi dalğalandıran bu sözlər müqəddəs Azərbaycan kitabının son savaş ayəsidir: “Qarabağ Azərbaycandır və nida!”.
Torpaq azadlığından doğan sevincin poetik ifadəsi ümumilikdə qəzetdə çap olunmuş poeziya nümunələrinin ana xəttini təşkil edir. Biz Ali Baş Komandanın savaş əmri ilə də yola çıxdıq, elə zəfərimiz də bu inamdan güc aldı. Poeziyamızın ana xətti də bu savaş əmrindən ruhlandı.
Dünya-dünya olan gündən
Varlığımız ona Vətən,
Biri ürək, biri bədən;
Hər ikisi ulu torpaq –
Şövkət Zərin Horovlu neçə illik torpaq həsrətini içində ovuda bilmədiyi kimi, şeirlərində də misralara sevincini sığdıra bilmir. Zəfərimizin açarının haqdan, ədalətdən gəldiyini deyən şair tarixə üz tutur.
Qalxıb gələr Pənahəlixan,
Sultan ağa da Laçından.
Bir səs ucalar Şuşadan,
O xan qızı Natəvandı,
Tehran Əlişanoğlu “Qalibiyyət və Ədəbiyyatın dərsləri” məqaləsində yazır ki, “Otuz ildən bu yana Azərbaycan ədəbiyyatının bir mövzusu olub – Qarabağ müharibəsi və onu da axıracan yaza, mətləbini sonacan yoza bilməmişik. Çün məğlubiyyət qorxusu olubdur; bu ana gələndə qələm dayanıb, susubdur. Atəşkəs 1-ci Qarabağ savaşının acıları ilə barışmamışdıq, yox!, elə olsaydı, Ali Baş Komandanımız bircə kərə: “Qarabağ Azərbaycandır!” tüm millər bir olub ayağa duramaz, qafilən bu qədər güc, enerji, vulkan püskürəmməzdi”.
Bəzən keçmişə boylananda bugünkü zəfərimizi görmək çox da çətin olmur. Çünkü hələ Xəlil Rza Ulutürkün, Məmməd Arazın, Bəxtiyar Vahabzadənin, Zəlimxan Yaqubun, Sabir Rüstəmxanlının və onlarca poeziya nəhənglərimizin misralarında mübarizəyə çağırış motivlərini hər zaman izlədik və elə bu gün döyüşən əsgərlərimizin, şəhidlərimizin o ruha söykənərək formalaşdıqlarının şahidi oluruq.
Poeziyada qəhrəman obrazı 90-cı illərdən əksini tapırdı. İstər 20 Yanvar hadisələrində, istər 1-ci Qarabağ savaşında, istər atəşkəs sandığımız dövrdə -Lələtəpə döyüşündə, Aprel hadisələrində, iyul hadisələrində hər zaman poeziyanın əsas mövzusu kimi işlənib. Xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Mübarizin igidliyinə həsr edilmiş yüzlərlə şeir, poman və nəsr əsərləri yaranıb. (Bu yaxınlarda Mübarizə həsr edilmiş şeirlər toplusu çap edilib. Redaktoru və ön sözün müəllifi Sona İsmayılovadır). İyul döyüşlərində isə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov haqqında poeziya nümunələri ilə yanaşı, onun qəhrəmanlığından bəhs olunan iki böyük məqalələr toplusu nəşr edildi. (“Qanun” və “Hədəf” nəşriyyatı). Ən yeni poeziya nümunələrimizdə general Polad Həşimov obrazı daha çox izlənilir. Əhməd Qəşəmoğlu, Kəmaləddin Qədim, Şövkət Şuşalı, Adilə Nəzər və başqalarının yaradıcılığında general Polad obrazını görmək çox qürurvericidir. General obrazı Azərbaycanın döyüşçü əsgər və zabitlərinin ümumiləşdirlimiş obrazı səciyyə daşıyır.
Ordumuzun generalıydın Polad bəy,
Milyonlara general oldun, Polad bəy!
Qüdrətinlə xalqın qalxıb ayağa
Qisasını belə aldın, Polad bəy.
“General Polad bəy”)
Kəmaləddin Qədimin “Əsgərdən qabaqda general gedir” başlıqlı şeirində generalımızın hər zaman əsgərlərdən öndə getməsini və özünü əsgərlərimizin önünə sipər etməsini qələbəmiz üçün əsas şərtlərdən biri kimi dəyərləndirir.
Ölürük, Vətənin torpaq çəkir,
Ölürük, tək Vətən yaşasın təki.
Ancaq qələbə var, o döyüşdə ki
əsgərdən qabaqda general gedir.
Zəfər poeziyası arasında ayrı-ayrı şəhərlərə yazılan şeirlər könül oxşayır. Xüsusilə o yerlərdə dünyaya gəlib, o yerlərin dağına-daşına bələd olan şairlərin yaradıcılığında təsirli və təbii hisslər yaşadır. Qulu Ağsəsin “Ağdam” şeirində olduğu kimi. Bu şeir Ağdamı görməyən biri üçün bu şəhər haqqında tam fikir formalaşdırır. Sanki Ağdamın xasiyyətnaməsi ilə tanış oluruq.
Dünyanı bazara çıxaran
Dünya bazarında satılan –
Yuxarı başına keçən kafirə
Yuxarıdan aşağı baxan,
Allahdan da çəkinməyən
Bircə əsarətdən qorxan!
Ağ alınlı qızıl atların vətəni,
Seyid cəddinə içilən andların
Şeirin sonunda zəfər sevincini bütün qəlbiylə yaşaya bilən şair görürük. Ağdamın qurtaran külünə də şükür deyən, son gününə qədər döyüşüb şəhid olan şəhərin qayıdışını şair “Sevincdən ağlımız çaşıb, yüz min dəliynən gəlirik, bir “Uzundərə” havası çal, çıx Bərdə yoluna – Uzundərəynən gəlirik. ” misralarındakı sevinclə ifadə edir.
Adilə Nəzərin “Bu zəfərin mübarəkdir, ey Vətən” şeirində bir qürur, fəxarət hissi ilə yanaşı, bütün Qafqazın Azərbaycan zəfərinə etdiyi səcdə hissi də qabardılır.
Qürurluydu bu Qarabağ səfəri.
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Zahid Xəlil “Laçın”, “Ağdamım, ağ şəhərim” şeirlərində Laçının və Ağdamın qəhrəman oğullarını xatırlayır, onların bu torpaqlar uğrunda mübarizə apardıqlarını vurğulayır. Zəfər sevinclərini bölüşən şair Qarabağ torpaqlarına gözaydınlığı verir, Vətən həsrətilə dünyadan köçən tanınmış igidlərimizi, söz ustalarımızı sevgiylə xatırlayır.
Gözün aydın, ay Laçın,
Gözün aydın, Həkəri!
Demə geri dönərmiş
Tarixin də təkəri.
Ağdama ağ şəhərim deyə, gözaydınlığı verib, zəfərini paylaşan şair dağ vüqarlı bu şəhərin qəhrəmanlarını anır, Allahverdi Bağırovun, Faiqin, Rövşənin, Asifin, Nadirin qəhrəmanlığını adlarını çəkərək dünyadan köç edən Şahmarın, Xudunun, Ceyhun Mirzəyevin bu zəfər bayramında ruhlarının şad olduğunu poetikləşdirir.
Zəfər şeirləri içərisində Azərbaycan əsgərinin qüdrətinə, qəhrəmanlığına da yüzlərlə şeir həsr edilib. Məmməd İsmayılın, Hüseyn Bağıroğlunun, Rafiq Yusifoğlunun, Zahid Xəlilin, Adilə Nəzərin, Aybəniz Əliyarın, Şövkər Horovlunun, Əjdər Olun, Barat Vüsalın, Təranə Əliyevanın, İbrahim Yusifoğlunun və başqalarının şeirlərində Azərbaycan əsgərinin 30 illik ağrılarımıza son qoyduqları, igidlik və cəsarətləri vurğulanır, şəhid və döyüşçülərimizə olan minnət borcunun əvəzsizliyi ifadə edilir.
Məmməd İsmayılın “Boyuna qurban olum, Azərbaycan əsgəri, dünyanın ən mübarək qələbəsi sənindir”, – hayqırtısındakı əzəməti, sona varan iliklərinədək hiss edirsən.
Ağzımda haqq deyirəm, bu haqq səsi sənindir,
Hələ haqqın nahaqla bəhsəbəhsi sənindir,
Dünyanın ən mübarək qələbəsi sənindir,
Bu qələbə yolunda nə dayan, nə yavaşı,
Bu vuruş haqq vuruşu, bu savaş haqq savaşı.
Avdı Qoşqarın “Azərbaycan əsgəri” şeirində isə vuruşlarda Azərbaycan döyüşçüsündə mübarizlik əzmini gücləndirən ruh görürük, bu şeirin bir az da marş kimi olması şeirin təsir gücünü daha da artırır.
And olsun al Günəşə,
Bu qüdrət haqdan gəlir,
Canda qanı oynadan
Yaddaşdan, vaxtdan gəlir,
Sönən çıraqdan gəlir,
Endir zəfər cəngini –
Endir titrətsin yeri –
Şuşada bayrağımızın dalğalanmasını şairlərimiz böyük fəxrlə, sevinc və qürurla ifadə edirlər. İbrahim Yusifoğlu “Şuşa” şeirində “Ali Baş Komandan bəxtini yazmış” ifadəsi ilə çox məqamlara işıq tutur, 30 illik bu həsrətə İlham Əliyev və müzəffər ordumuzun birliyi sayəsində qovuşduğumuz fəxarətlə qeyd edilir.
Nə qədər qəlbləri sevgisi sarmış,
Ali Baş Komandan bəxtini yazmış,
Bütöv Azərbaycan Şuşaya yarmış,
Hamısı bir olub qalxdı vuruşa,
Vəhşi caynağından qurtuldu Şuşa!
Zəfər şeirləri həsrətdən, müharibədən, qardaş türk birliyindən, şəhidlərimizin hər qarış Qarabağ torpaqlarına hopan al qanından keçir. Az bir zaman ərzində Azərbaycan poeziyasında məlum mövzuların yetərincə yazılması bu xalqın şair və yazarlarının zəfəri şərbət kimi içmələrindən xəbər verir. Və bu mövzuların bugünkü gündə hadisələrə münasibəti diqqətdən kənarda qalmır. Tənqidçi və araşdırmaçılarımızın Azərbaycan ədəbiyyatında zəfər, qələbə poeziyasının üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bildiyinə inanırlar. Tənqidçi Elnarə Akimova “Atıldı dağlardan zəfər topları” məqaləsində ötən əsrin əvvəlində yaranmış poeziyanı örnək göstərir: “Ədəbiyyat, bədii söz həm də tarixin yuvasıdır, bu günün dərslərini zamanın sonrakı axarına qatan və gələcəyə ötürən, ən etibarlı məxəzdir. Bu halda qanunauyğun bir məqam da var: baş verənlərlə birlikdə ona münasibət də tarixin predmetidir! Bir əsr əvvəlin ədəbiyyatı millətə enerji püskürən qüvvət mənbəyi oldu. Təsadüfi deyil ki, bir əsr sonra, 2020-ci ilin sentyabrından bu yana davam etmiş 44 günlük Vətən müharibəsinin də, qazandığımız zəfərin də yükünü çəkməyə bu poeziyanın gücü yetir”. (E.Akimova).
Zəfərimizin qazanılmasında qardaş Türkiyə, Ərdoğan və İlham Əliyev birliyi önəmli yer tutduğu kimi, bugünkü poeziyamızı bu birlikdən doğan sevinc bəzəyir. Rafiq Yusifoğlu, Zahid Xəlil, Mahirə Abdulla, Xanım İsmayılqızı, Nizami Murad, Ramiz Duyğun, Adilə Nəzər, Vaqif Aslan, Hüseyn Bağıroğlu, Şövkət Horovlu, Seymur Şeydayev, Elnur Uğur və b. şeirlərində əsas ideya Türkiyə və Azərbaycan birliyindən, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev dostluğu və qardaşlığının bugünkü qalibiyyətimizdə yerini ifadə etməkdən ibarətdir.
Nizami Muradoğlu Rəcəb Tayyib Ərdoğananın və İlham Əliyevin birliyindən doğan zəfərimizi Türk dünyasının iki böyük dövlət başçılarının şəninə həsr etdiyi poeziyada ifadə edir. Aydınlıq güzgüsü olan prezidentlərimizin əməlləri kimi, işləri də aydınlıq, nur doludu.
Ali Baş Komandanım
İlham Heydər oğlunun
Rəcəb Tayyib Ərdoğan!
. Müharibə yenə də xalqın həyatında qanlı-qadalı izlər qoydu. Körpələrin göz yaşında, anaların oğul dağında, şəhidlərə deyilən ağılarda müharibə ağrısı bugünümüzün qanlı tarixinə yazıldı. Poeziyamız müharibə ahının, əzabının portretini çəkdi. Bu iki ayda minlərlə müharibə poeziyası yarandı. Demək olar, bütün mövzuların başlanğıcı müharibə ağrısı oldu. Fikrət Qoca, Məmməd İsmayıl, Qulu Ağsəs, Esmira Məhiqızı, Firuzə Məmmədli, Şövkət Horovlu, Adil Cəmil, Yusif Nəğməkar, İlham Qəhrəman, Barat Vüsal, Adilə Nəzər, Həyat Şəmi, Aybəniz Əliyar, Səhər Əhməd, Təranə Turan, Elza Məmmədova və onlarca şair müharibə ağrılarını poeziyaya gətirdi. Məsələn, Esmira Məhiqızının şeirində ana, qadın obrazını görürük, sanki bir ananın rəsmi gözlərimiz önündən asılıb. Müharibəyə insan öldürmək üçün deyil, oğullara sipər olmaq üçün getmək istəyən Azərbaycan qadını, döyüşçü əsgər anası.
İndi hamı davaya getmək istəyir,
Mənim kimi analar çoxdu –
Sipər olmaq istəyən!
. Haqq, ədalət yolunda mübarizəyə qalxan şəhidlərimiz qalibiyyətləri ilə vətənə can verdikləri kimi, ölümün özünü belə ucaltdılar.
Bu bir dəqiqəyə sığmayan nə var?
Şəhadətin haqdı, zəfərin haqdı.
Vətən uğrunda ölən oğullar,
Ölümün özünü ucaldacaqdır.
“Şəhidim, sabahım sənə borcludur” şeirində gələcəyimizi, aldığımız nəfəsi tökülən o müqəddəs qana, şəhid adına borclu olduğumuzu deyən Təranə Turan qırılan hər yarımçıq şəhid ömrünü Qarabağ adlandırır.
Hər şəhid – zirvəsi göyü dələn dağ,
Köksündə azadlıq çağlayan bulaq.
Qırılan hər ömrün sonu Qarabağ,
Gələcək o xoşbəxt sona borcludur.
Müstəqillik illərində yaşanan hadisələr, savaş və faciələr Sabir Rüstəmxanlı qələmində daim ədəbiyyatımızın ən möhtəşəm əsərləri sırasına daxil olunub. Müəllifin Vətən və vətəndaşlıq haqqında onlarca dəyərli fikirləri ədəbiyyatımızda böyük əhəmiyyət kəsb edir: “Vətəndaş duyğusu olmayan yerdə yazıçının fəal həyat mövqeyindən danışmaq mümkün deyil. . Vətəndaşlıq-təkcə çılpaq tərənnüm, Vətən sevgisinin birbaşa izharı deyil. Vətəndaşlıq yazıçının ruhundan doğmalıdır”.
44 günlük Vətən-Qarabağ müharibəsində də Sabir Rüstəmxanlı qələmi susmadı. “Ədəbiyyat qəzeti”nin 24 dekabr sayında Sabir Rüstəmxanlının yeni bir poeması ilə tanış olduq: “Qarabağa dönüş”. Əsər on beş fəsildən ibarətdir. Poemanın ilk misralarından bu xalqın “Doğranan sərhədləri, qamçılanan yolları” xatırlandı. İllərdi yaşadıqlarımız, başımıza açılan oyunlar poetik bir dildə oxuculara çatdırıldı. Keçmişə döndük, 90-cı il hadisələri gözlərimiz önündə yenidən canlandı. “Başım kötük üstündə, kələfçədə qollarım. “, -kimi ifadələrdə hər zaman ruslar tərəfindən alınan azdlığımız, gücsüzlüyümüz öz əksini tapdı.
Allahsız, dinsiz olan unutdurdu Allahı,
Allah sevgisi kimi yağmalandı silahım.
Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.
Haqq-ədalət yolunda sonadək savaşmaqdır.
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz parçalanmış Vətənə.
Bu misralardan Böyük Azərbaycan xalqının vətənpərvərliyi, cəsur və mübarizliyi süzülür. Keçmişdəki faciələrimiz, rusun siyasəti ilə sıxışdırılan bir xalqın qırılmayan qüruru və cəsarəti bu günkü zəfərimizdən bəlli oldu. Poemada meydan hərəkatı, sovet ordusunun toplarla, tanklarla əli yalın xalqın üzərinə gəlməsi, bu qoşunların mübariz ruhlu insanlara gücünün yetə bilmədiyi, tökülən qanların bu xalqın müstəqillik arzusunu qıra bilməməsi vurğulanır. Hadisələri dərindən izləyən və yaşayan müəllif keçmişi gözlərimiz qarşısında canlandıra bilir. Poemada Xocalı hadisəsi məhz 20 Yanvar qırğınının davamı kimi verilir, Xocalı facəsinə dünya ölkələrinin ögey münasibəti tənqid atəşinə tutulur.
Hüquq donub, haqq batıb, dünya eşitmir kardı.
Qatilə dur deməyən, özü də günahkardı.
Otuz il qara duman donubdur üstümüzdə.
Sanki görmür kor gözü – Vətənimdir burası.
Tarixi vərəqləyən şair bu günə dönür. Azərbaycan əsgərinin ədalətli və haqq uğrunda mübarizəyə qalxması, xalqın oyanışı, bir ailə kimi birləşməsi zəfərə gedən yolun başlanğıcıdı.
Ancaq birdən göylərdən bir şimşək çaxıb keçdi,
Həqiqət min yalanı yandırıb, yaxıb keçdi.
Savaş deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən çilçıraqlar yandırdı.
44 günlük Vətən müharibəsində döyüşçülərimizin mübarizəsini izləyən şair onları hər zaman qalibiyyətə ruhlandırır, qəhrəmanlarımızı xatırladır, şairlərimizin çoxunun ruhlarının hələ də bu torpaqlardan nigaran olduğunu yada salır.
Şair Ağa Laçınlı – Bakıdadır məzarı,
Ruhu ayrıla bilmir anasının yanından.
Poemada əsgərlərimizi bu yoldan yalnız qələbə ilə dönməyi tələb edən qəhrəman intiqam hissini alovlandırmaq üçün yenidən Xocalı faciəsini yada salır.
Qarnı yarılan ana, döşü kəsilən ana,
Cənnətdən süd verərək igid ərlər böyütdü.
O zorlanan qızların bakirə gözəlliyi
Qisasa könül verib min-min əsgər böyütdü.
Poemada Şuşanın gözəlliyi, möhtəşəmliyi vəsf edilir, Şuşa mədəniyyət ocağı kimi qiymətləndirilir, Şuşaya bayraq asmaq istəyi və bunun hər bir döyüşçü üçün böyük bir şərəf olduğu poetik şəkildə əks etdirilir.
Müəllif əsərin 13 və 14 fəslində qardaş Türkiyə və Pakistan dəstəyindən bəhs edir. Üç qardaşlıq bayrağının bir arada dalğalanması qürur və sevgi hissi ilə tərənnüm edilir.
Üç bayraq dalğalanır üç qardaşın şəninə.
Silir göz yaşlarımı iki əl, çıxım yasdan.
Bir dua da artacaq duamın üzərinə,
Alqış sənə, Türkiyə, alqış sənə, Pakistan!
Şair illərdi başını önə əyən Vətənin üzərindən nəhayət bu ağrı, acının çəkilməsi xəbərini Ali Baş Komandanın qələbə tvitlərindən alınca qürurlandığını dilə gətirir. Ədalətli və haqqlı mübarizəmizin zəfəri bir başqa qürurdu, əvəz edilməz fəxarətdi.
Bu bizim haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız,
Vur, əsgərim,vur! – deyə əmr eləyir komandan
Qoy bir də yurdumuzda tökülməsin nahaq qan.
Qayıtsın Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın üstündə üç rəngli bayrağımız.
Qovur öz yuvasına quduzlaşan itləri!
Ali Baş Komandanın qələbə tvitləri!
Hələ ədəbiyyatımızda zəfər şeirləri yeni yaranmaqda davam edir. Qarşıda torpaqlarımıza ayaq basıb onunla qucaqlaşmaq, qarşısında diz çökmək, bağışlanmaq məqamı da var. Torpaqlarımız bir də basılmasın, şeirlərimizdən zəfər sevincimiz əskik olmasın!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Atalar sözü və məsəllər
Atalar sözü və məsəllər xalqın tarixən sınaqdan çıxardığı həyat müşahidələrinin bədii ifadəsidir. Formaca kiçik, lakin zəngin məzmun çalarına malik olan bu janrın özünəməxsus tələbləri var. Atalar sözündə hökm qəti şəkildə təsdiqlənir. Xalq arasında atalar sözü və məsəllər qanadlı sözlər, ibrətamiz ifadələr və başqa adlar altında yayılmışdır. Atalar sözləri aşağıdakı kimi təsnif olunur:
Əmək haqqında yaranmış atalar sözü və məsəllər
Əməyin insan üçün sağlamlıq, şərəfli iş olması barədə yaranmış atalar sözləridir: “İş insanın cövhəridir”, “İşləyən dəmir işıldar”, “Atlar işlər, ər öyünər”, “Əkəndə əkməyən xırmanda ağlar” və s..
Vətən, dostluq və səadət haqqında yaranmış atalar sözü və məsəllər
Vətənpərvərlik, etibarlılıq, xoşbəxtlik barədə yaranmış atalar sözləridir: “El bir olsa dağ oynadar yerindən”, “Elə arxalananın kürəyi yerə dəyməz”, “El sevəni el sevər”, “Dost yaman gündə tanınar”, “Dostun atdığı daş baş yarmaz” və s.
Əxlaq-tərbiyə və gözəllik haqqında yaranmış atalar sözü və məsəllər
Yüksək əxlaqi keyfiyyətləri tərənnüm edən atalar sözləridir: “Doğruya zaval yoxdur”, “Vicdan ləkəsi silinməz”, “Böyüyün qulluğunda kiçik dayanar”, “Məhəbbətsiz ailədə izzət olmaz”, “Hər sözün qısası mətləb verər”, “Gözəllər məclisi rəvan keçər”, “Gözələ məhəbbət qəbahət olar” və s.
Zülm, ədalət və qadın hüquqsuzluğu haqqında yaranmış atalar sözü və məsəllər
Azadlığa meyl, zülmə, istibdada etiraz xalqın yaratdığı atalar sözü və məsəllərdə də müəyyən iz buraxmışdır: “Ağa dedi vur, sən yıx, sürü”, “Ağaya ağ olan boynuna kəfən salar”, “Qulun qadını işlək olar”, “Tatar gəldi, tüstü qalxar”, “Ərəbin gözü öz qanını içməsə doymaz”, “Nadirə anası südün haram edib”, “Zor qapıdan gələr, şər bacadan çıxar” və s.
Maraqlı Baxılıb: 42382 Tarix: 24 yanvar 2014
f Paylaş
Digər yazılar
Üzüklər və barmaqlar
Üzüklər və barmaqlar. Qədim zamanlarda üzükləri yalnız bəzək əşyası kimi qiymətləndirmirdilər, hətta onları magik qüvvəyə malik olan atribut və talisman kimi daşıyırdılar. Məhz bu səbəbə görə də insanlar nikahlarını ela
Bürclərə görə saç rəngləri
Saç qadınlar üçün imtina edilməz bir ünsür və çox əhəmiyyətlidir. Saç modellərinə diqqət etdikləri kimi saç rənglərini də tez-tez dəyişdirirlər. Qoç bürcü saç rəngi:. Qoç qadını lider tiplidir və diqqət çəkməyi çox sevər
Kim hansı ayda doğulub? Aylara görə XARAKTERİNİZ
Yanvar. Hirsli və ciddi biridir. Öyrənməyi və öyrətməyi sevir. Ağıllı və planlı iş görür. Duyarlı və dərin hissləri olan biridir. Romantikdir, uşaqları sevir, tez qısqanandır. Fevral. Dəyişkəndir. Özünə güvəni yoxdur. Düzgündür
Həftənin neçənci günü doğulmusunuz? SİZİN HAQQINIZDA.
1. Bazar ertəsi doğulan. Qadın. Zərif, həssas, duyumlu, arzu-həvəsi olan xanımlardandır. Uyğunlaşmağı, güzəştə getməyi bacarır. O, tək yaşayanda əziyyət çəkir. Hisslərinin hərarətini bölüşməyə adam axtarır. Əsl qadın həyat
Hakışta
Xınayaxdı məclisləri üçün hakıştalar . Ağ dəvə düzdə qaldı hakışta,. Yükü Təbrizdə qaldı hakışta. Oğlanı dərd apardı hakışta,. Dərmanı qızda qaldı hakışta. Gülü atdım dənizə hakışta,. Batdı çıxmadı üzə hakışta. Nolar bizi
Andlar
Andlar ağız ədəbiyyatının ən qədim janrlarından hesab olunur. Bu insanların müqəddəs hesab etdiyi varlıqlara inamı ilə əlaqədar olaraq yaranmışdır. İnsan yerə, göyə, suya, oda, Günəşə, Aya müqəddəs varlıq kimi baxmağa başladığ
Aşıq şeiri
Aşıq şeirinin şəkilləri. Aşıq şeirinin növləri çox olsa da, onlatın içərisində gəraylı, qoşma və təcnis daha geniş yayılmışdır. Gəraylı. Gəraylı səkkiz hecalı, üç, beş, yeddi, bəzən də daha artıq bənddən ibarət olub adi v
Folklor haqqında
Azərbaycan folkloru Azərbaycan türklərinin yüksək mənəvi əxlaqi dəyərlərini, etik və estetik düşüncəsinin ən aparıcı meyllərini özündə əks etdirən və ümumtürk ağız ədəbiyyatının tərkib hissəsi olan yaradıcılıq sahəsidir
Tapmacalar
Biliklərə yiyələnmək, həqiqətlərdən xəbər tutmaq, bir çox həyat hadisə və faktlarının görünən və görünməyən cəhətlərini bədii şəkildə obrazlaşdırmaq yolu ilə yaranan maraqlı janrlardan biri də tapmacadır. Tapmacaların yaranm
Comments are closed, but trackbacks and pingbacks are open.