Akademik Əlisöhbət Sumbatzadə Azərbaycanda iqtisadiyyat və tarix elmlərinin inkişafına layiqli töhfələr verib
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ə.Sumbatzadənin Azərbaycan iqtisad, şərqşünaslıq və tarix elmlərinin inkişafındakı xidmətlərindən, məhsuldar əməyindən, xarici ölkələrdə keçirilən elmi konfranslarda ölkəmizi layiqincə təmsil etməsindən danışıb.
Elisohbet Sumbatzade – Wikipedia
Sumbatzadə Əlisöhbət Sumbat oğlu (d. 21 yanvar 1907, Bakının Əmircan kəndi – ö. 28 yanvar 1992) — tarix elmləri doktoru (1948), professor (1954), AMEA-nın müxbir üzvü (1954), həqiqi üzvü (1958), Azərbaycan SSR-nin (5-ci çağırış) deputatı və Rəyasət heyətinin üzvü (1959–1963), görkəmli Azərbaycan iqtisadçısı və tarixçisi.
Səməd Vurğun küçəsində Əlisöhbət Sumbatzadənin barelyefi (solda)
Mündəricat
- 1 Həyatı
- 2 Fəaliyyəti
- 2.1 Əmək fəaliyyəti
- 2.2 Elmi fəaliyyəti
Əlisöhbət Sumbаtzаdə 21 yanvar 1907-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində, 1926-1930-cu illərdə isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin tarix-etnologiya şöbəsində təhsil almışdır. [1]
Fəaliyyəti
Əmək fəaliyyəti
Əlisöhbət Sumbatzadə 1958-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda “Yaxın və Orta Şərq ölkələrində milli azadlıq və fəhlə hərəkatı” probleminin rəhbəri, 1959-1963-cü illərdə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsini icra etmişdir. 1957-1959-cu illərdə Azərbaycan SSR EA-nın vitse prezidenti olmuşdur. 1959-1963-cü illərdə Azərbaycan SSR Ali Sovetinin (V çağırış) deputatı və Rəyasət Heyətinin üzvü seçilmiş, 12 cildlik “SSRİ tarixi”nin baş redaksiya heyətinin, ASE elmi redaksiya şurasını üzvü olmuşdur. [1]
Sumbatzadə 1963-1969-cu illərdə Elmlər Akademiyasının Yaxın və Orta Şərq xalqları İnstitutunun direktoru, 1970-1972-ci illərdə EA-nın Tarix İnstitutunun direktoru vəzifəsini yerinə yetirmişdir. O, 1970-1981-ci illərdə AMEA-nın İctimai Elmlər bölməsinin akademik katibi, 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifələrində işləmişdir. [1]
Elmi fəaliyyəti
Əlisöhbət Sumbatzadə 1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1954-cü ildə professor elmi rütbəsini almışdır. Həmin ildə Azərbaycan SSR EA-nin müxbir üzvü, 1958-ci ildə isə həqiqi üzvü seçilmişdir. [1]
Əlisöhbət Sumbatzadə 1964-cü ildə “XIX əsrdə Azərbaycan sənayesi” əsəri ilə tarixşünaslıqda yeni bir elmi istiqamətin – iqtisadi tarixin əsasını qoymuşdur. O, həmçinin Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsinə təşəbbüs göstərmiş və uzun illərdən bəri apardığı tədqiqatları ümumiləşdirərək, 1990-cı ildə “Azərbaycanlılar – etnogenez və xalqın formalaşması” adlı son dərəcə vacib monoqrafiyanı yazmış və elmdə mənşəyimiz haqqında yeni konsepsiyanın əsasını qoymuşdur. [1]
Əlisöhbət Sumbatzadə 1980-ci ildə çap olunmuş “Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı”, “Sovet tarix elmi 1975-1979-cu illərdə” və 1988-ci ildə nəşr olunmuş “Azərbaycan xalqının etnogenezi” və s. kollektiv əsərlərin müəlliflərindən və redaktorlarından olmuşdur. Professor ölkə və beynəlxalq miqyaslı simpozium, konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. [1]
1957-1982-ci illərdə Əlisöhbət Sumbatzadə elmi rəhbərliyi altında aparılan tədqiqatlar Azərbaycan xalqının milli tarixi, arxeologiyası, etnoqrafiyası, memarlığı, incəsənəti, dili, ədəbiyyatı, iqtisadiyyatı, fəlsəfi fikri və şərqşünaslığının ən ümdə problemlərinin araşdırılmasına yönəldilmişdir. Tarixi və iqtisad elmləri sahəsində yüzlərlə yüksəkixtisaslı alim-tədqiqatçıların hazırlanmasında Əlisöhbət Sumbatzadənin əvəzsiz xidmətləri olmuşdur. [1]
Əlisöhbət Sumbatzadə 28 yanvar 1992-ci ildə Bakı şəhərində vəfat etmişdir. [1]
Mükafatları
- 1958-ci ildə Azərbaycan SSR-in “Əməkdar elm xadimi” fəxri adı;
- 1967-ci ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı;
- 1977-ci ildə “Qırmızı əmək bayrağı” ordeni;
- 1987-ci ildə “Xalqlar Dostluğu” ordeni; [1]
Biblioqrafiya
- Присоединение Азербайджана к России и его прогрессивные последствия в области экономики и культуры (XIX — нач. XX в.) (Azərbaycanın Rusiya ilə birləşdirilməsi və onun mütərəqqi iqtisadi və mədəni nəticələri), (Bakı, 1955. (rusca))
- “XIX əsrdə Azərbaycan Sənayesi” (Bakı, 1964, “Elm” nəşriyyatı)
- “SSRİ tarixi” 4 cild. (Moskva, 1967)
- “Zaqafqaziyada Sovet Hakimiyyətinin qələbəsi” (Tbilisi, 1971)
- “Böyük Oktyabrın tarixi təcrübəsi” (Moskva, 1975)
- “Qeyri-kapitalist inkişaf yolu və müasirlik” (Ulan-Bator, 1977)
- “Müasir dövrdə Sovet Azərbaycanının iqtisadiyyatının inkişafı” (Bakı, 1980)
- “Sovet tarix elmi 1975-1979-cu illərdə” (Moskva, 1980)
- Azərbaycan Sovet Ensiklopediyası, 9. cild. səh. 75-76 (Bakı, 1986)
İstinadlar
Vikianbarda Əlisöhbət Sumbatzadə ilə əlaqəli mediafayllar var. Ədəbiyyat siyahısı
- Səmədzadə, Z. Əlisöhbət Sumbat oğlu Sumbatzadə//Səmədzadə Z. İqtisadi tərəqqiyə həsr edilən ömürlər: Azərbaycanın iqtisadçı alimləri: AMEAnın həqiqi və müxbir üzvləri, professorlar, iqtisad elmləri doktorları /elmi red.: S.Səfərov, T.Hüseynov.- Bakı, 2002.-S.28-37.
- Əlisöhbət Sumbat oğlu Sumbatzadə //A.A.Bakıxanov adına Tarix İnstitutu /elmi red. Y. Mahmudov; tərt. G.N.Məmmədova; red. C. Ə.Bəhramov, E.Ə.Məhərrəmov; AMEA.-Bakı, 2005.- S.10.
- Азербайджанцыэтногенез и формирование народа /А.С.Сумбатзаде; АН АзССР, Ин-т Истории, Востоковедения и Центр Научной Информации.- Баку: Элм, 1990.- 304 с.
Akademik Əlisöhbət Sumbatzadə Azərbaycanda iqtisadiyyat və tarix elmlərinin inkişafına layiqli töhfələr verib
Dekabrın 21-də AMEA-da İqtisadiyyat İnstitutunun təşkilatçılığı ilə görkəmli şərqşünas və tarixçi-alim, Əməkdar elm xadimi, akademik Əlisöhbət Sumbatzadənin anadan olmasının 110 illiyinə həsr edilmiş elmi konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, konfransda institutun direktoru, professor Nazim İmanov fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna nəzər salıb. Bildirib ki, ölkəmizdə iqtisad elminin bir sıra istiqamətlərinin inkişafında, iqtisad elmləri sahəsində elmlər doktorlarının hazırlanmasında mühüm xidmətləri olan alim zəngin elmi irs qoyub.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova görkəmli alimin həyatı və səmərəli elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Ə.Sumbatzadənin bacarıqlı elm təşkilatçısı olduğunu deyən N.Axundova onun elmi kadrların hazırlanmasında misilsiz xidmətlərindən, apardığı tədqiqatların miqyasının genişliyindən, monoqrafik əsərlərinin mövzuları arasında əlaqənin dinamikliyindən, mövcud iqtisadi nəzəriyyələrin praktik əhəmiyyətini əsas götürməsindən, beynəlxalq aləmdə nüfuzundan bəhs edib. Bildirilib ki, Ə.Sumbatzadə 1957-1959-cu illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, 1959-1963-cü illərdə İqtisadiyyat İnstitutunda şöbə müdiri, 1963-1969-cu illərdə Yaxın və Orta Şərq Xalqları İnstitutunun, 1970-1972-ci illərdə Tarix İnstitutunun direktoru, 1970-1981-ci illərdə Azərbaycan Elmlər Akademiyası İctimai Elmlər Bölməsinin akademik-katibi olub. 1982-1992-ci illərdə İctimai elmlər üzrə Elmi Məlumat Mərkəzində şöbə müdiri vəzifəsində çalışıb. O, tarix, iqtisadiyyat, etnoqrafiya, fəlsəfə, şərqşünaslıq, etnogenez və digər elm sahələrinin inkişafına layiqli töhfələr verib.
Diqqətə çatdırılıb ki, əsasən XIX və XX əsrlərin əvvəllərində Azərbaycanın sosial-iqtisadi tarixinin tədqiqatçısı olan Ə.Sumbatzadənin elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilib. Alim “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni və müxtəlif medallarla təltif edilib.
Tədbirdə AMEA-nın müxbir üzvü Şahbaz Muradovun “XX əsr Azərbaycan ictimai-iqtisadi fikrinin ən görkəmli nümayəndəsi – akademik Ə.Sumbatzadə”, professor İnqilab Əlibəyovun “Şərqşünaslığın inkişafında akademik Ə.Sumbatzadənin rolu” və tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun “XX əsr Azərbaycan tarixşünaslığının banilərindən biri” mövzularında məruzələri dinlənilib. Məruzəçilər alimin keçdiyi şərəfli ömür yolundan, elm sahəsində ucalmasından, sanballı əsərlərindən, zəngin elmi və ictimai fəaliyyətindən, elmin inkişafı sahəsindəki xidmətlərindən söz açıb, alimlə bağlı xatirələrini danışıblar. Onu Azərbaycanda elmin inkişafında mühüm xidmətləri olmuş görkəmli alim kimi xarakterizə ediblər.
AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov Ə.Sumbatzadənin Azərbaycan iqtisad, şərqşünaslıq və tarix elmlərinin inkişafındakı xidmətlərindən, məhsuldar əməyindən, xarici ölkələrdə keçirilən elmi konfranslarda ölkəmizi layiqincə təmsil etməsindən danışıb.
Digər çıxış edənlər də elmi məktəb yaratmış alimin gənc tədqiqatçılara daim dəstək olduğunu söyləyiblər.
“Akademik Əlisöhbət Sumbatzadə” filminin çəkilişləri başa çatıb
Bakı, 12 iyul, AZƏRTAC
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) “Azərbaycantelefilm” Yaradıcılıq Birliyində akademik Əlisöhbət Sumbatzadəyə həsr olunan sənədli televiziya filminin çəkilişləri başa çatıb.
QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Akademik Əlisöhbət Sumbatzadə” filmi fundamental tədqiqatları ilə XX əsr Azərbaycan elmində öz imzasını əbədiləşdirmiş görkəmli elm xadiminin ömür yoluna işıq salır. Filmdə Sumbatzadənin həyatına və elmi axtarışlarına, akademik Ziyad Səmədzadənin onunla bağlı xatirələrinə yer verilib.
Filmin ssenari müəllifi Mehriban Əsgərova, rejissoru Miri Rzayev, operatoru Zahid Bağırovdur.BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR
Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub
10 Mart 2023 13:18
Avroviziyada ölkəmizi təmsil edən əkiz qardaşlar kimdir? – VİDEO
09 Mart 2023 12:09
”Avroviziya-2023″də Azərbaycanı əkiz qardaşlar təmsil edəcək – FOTO
09 Mart 2023 12:03
Azərbaycan filmi Fransada 3 mükafat qazandı
08 Mart 2023 10:02
Tofiq Kazımovun 100 illiyi qeyd ediləcək
03 Mart 2023 15:58
Mədəniyyət nazirinin birinci müavini AYB rəhbərliyi ilə görüşüb – FOTO
03 Mart 2023 09:54
Beynəlxalq Xəbər Təhlükəsizliyi İnstitutu
Rusiyanın YENİ PLANI:
Tatarıstan Respublikası qubernatorluğa çevrilir – AÇIQLAMA
Sənətə öz gücümlə gəlmişəm, bəziləri kimi başqa yollardan keçməmişəm –
aktrisa Arzu Abdulova ilə MÜSAHİBƏ
“Heç vaxt ölməyən insanlar var”
– 1 daşla 9 quş
“Özüm daha heç nəyə, heç kimə güvənmirəm”
– Tanınmış teleaparıcıdan İNANILMAZ cavablar
“SOCAR PETROLEUM”-dan bilinənlər və bilinməyənlər
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarından REPORTAJ
“Jurnalist sorğusuna diqqətlə yanaşmaq, operativ reaksiya vermək lazımdır”
– Qulu Xəlilovla MÜSAHİBƏ / Fotolar
“Üstündən 5 il keçir və həyatımın ən böyük zərbəsi elə odur”
– Azərbaycanlı müğənnidən FLAŞ açıqlamalar / MÜSAHİBƏ
“Çox çətin uşaqlığım olub”
– Niyaz Niftiyevlə müsahibə / FOTOLAR
“Dünya ədəbiyyatı böyük bir dənizdir, nə götürsən, qənimətdir”
– Səlim Babullaoğlu ilə müsahibə / FOTOLAR
Mədə kiçiltmə əməliyyatı xərçəngə səbəb olur? –
Ümumi cərrahla MÜSAHİBƏ / FOTOLAR
Comments are closed, but trackbacks and pingbacks are open.