Vəliyev Akif (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875-1920)
1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib.
Akif Aşırlı
Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib.
1988–1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. [
1998-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.
2016 cı ildə AMEA-nın Tarix institunda “Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında” adlı dissertasya işini müdafiə edib, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var.
Jurnalistlik fəaliyyətinə “7 gün” qəzetində başlayıb və bir müddət “Müxalifət” qəzetində çalışıb.
1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqindəki xidmətlərinə görə, “Azərbaycan Xalq Cümhuriyyəti- 100” medalına layiq görülüb. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə “Tərəqqi” medalına, 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb. 2022-ci ildə mərkəzi qərərgahı Anakarada yerləşən Türk Ocağı Genəl Mərkəzi İdarə Heyyətinin qərarı ilə “Yusuf Akçura” mükafatına layiq görülüb.
Azərbaycan jurnalistlərinin 2018-ci ildə keçirilmiş VII qurultayında Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib. 2022-ci ildə keçirilmiş VIII qurultayın iştirakçıları da ona etimad göstərərək Şuranın İdarə Heyətinə üzv seçiblər.
Vəliyev Akif (Aşırlı). Azərbaycan mətbuatı tarixi (1875-1920)
Bakı, “Elm və Təhsil”, 2009, 296 səh.
Çağdaş Azərbaycan mətbuatı möhkəm tarixi ənənələrə söykənərək bu gün bütün çətinliklərlə birgə özünün növbəti inkişaf mərhələsini yaşayır. Akif Aşırlının qələmə aldığı “Azərbaycan mətbuatı tarixi” (1875-1920)” kitabı müasir jurnalistikamızın bünövrədaşı olan tarixi mətbuatımızın tədqiqinə həsr edilib.
Sonuncu dəfə “Azərbaycan mətbuatı tarixi” kitabının 1974-cü ildə çap olunması nəzərə alınsa, müəllifin qarşılaşdığı çətinliklər aydın görünər. Milli mətbu irsimiz barədə yazılan monoqrafiyalar, dövri mətbuatda çap olunan yazılar və müəllifin axtarışları hesabına ərsəyə gələn “Azərbaycan mətbuatı tarixi” (1875-1920)” kitabı problemin həllinə cəhd kimi dəyərləndirilməlidir. Müəllif kitabın qüsurlardan xali olduğu iddiasında deyil və bu yöndə tədqiqatlarını aparmaq fikrindədir.
- Sign up or login using form at top of the page to download this file.
- Sign up
Comments are closed, but trackbacks and pingbacks are open.