Alban hökmdarı cavanşir
Amma İran hökmranlığına qarşı mübarizə hələ bitməmişdi. Cavanşirin anası və qardaşları hələ də əsirlikdə idi. Ona görə də alban hökmdarı qüvvələrini artırmaq və müttəfiqlərini də döyüş əməliyyatlarına cəlb etmək məqsədilə Gürcüstana getdi. Orada alban sərkərdəsini onun adına və şöhrətinə layiq olan bir dəbdəbə ilə qarşıladılar. M.Kalankatuklunun verdiyi məlumata görə, gürcü knyazı Atrnerseh Cavanşirlə görüşə gələrək öz əlləri ilə onun yaralarını sarıyıb və onun qələbələri ilə fəxr etdiyini bildirib. Bu görüş zamanı Albaniya və Gürcüstan arasında hərbi saziş imzalanır. Bundan sonra Alban sərkərdəsi gürcü qoşununun köməyi ilə Uti vilayətinə yürüş edir və orada qarşısına çıxan iranlıların hamısını qılıncdan keçirir. Daha sonra Cavanşirin qüvvələri Bərdəyə daxil olaraq oradakı İran ordu hissələrini darmadağın edərək anasını və qardaşlarını əsirlikdən azad edir.
Bərdə rayonu haqqinda ümumi məlumat
Bərdə rayonu 1930-cu ildə inzibati ərazi statusu almışdır. 1 şəhər və 110 kəndi vardır.
Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.
Tarixi
Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.
Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.
Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı “Firuzabad” olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanında Bərdədən bəhs olunur.
Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur “Əl-Kürkiy” bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.
Şəhər bəzi mənbələrdə “Aranın baş şəhəri”, “Aranın anası” adlanıb.
Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. [4] Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.
Coğrafi mövqeyi
Bərdə şəhəri ölkənin mərkəzi hissəsindədir: 400 25ı şimal enliyində və 470 05ı şərq uzunluğunda, Kür-Araz ovalığında, dəniz səviyyəsindən 87 metr yüksəklikdə, Qarabağ düzünün mərkəzində yerləşir.
Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir
Rayonu respublikanın digər rayonları ilə avtomobil, respublikanın paytaxtı, Yevlax şəhəri, Ağdaş, Ucar və Kürdəmir rayonları ilə dəmir yolu birləşdirir.
Rayonda 35 inzibati ərazi vahidi və dairəsi var, 67 bələdiyyə fəaliyyət göstərir.
Rayonun səthi az meyilli və dalğalı düzənlikdir, antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var, Muğanlı kəndi yaxınlığında müalicəvi əhəmiyyətə malik təbii bulaq var.
İqlimi mülayim isti, quru subtropikdir. Qışı quru keçir, orta temperatur yanvarda 1,2-1,8 C, iyulda 25,6-26,5 C-dir. İllik yağıntı 250-350 mm-dir.
Əsasən boz və boz çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (7,3 min hektar) var.
Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. İqlimi mülayim isti, quru subtropikdir.
Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz-çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Rayon ərazisində Bərdə yasaqlığı var.
Təbiəti
İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda 1,2-1,8°C, iyulda 25,6-26,5°C-dir. İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz – çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Heyvanları: tülkü, canavar, çöldonuzu, boz dovşan, süleysin və s. Quşları: turac, qırqovul, qaz, ördək və s. Rayon ərazisində Bərdə yasaqlığı var.
Alban hökmdarı cavanşir
Cavanşir uzaqgörən xarici siyasəti ilə Azərbaycanın şimal torpaqlarını — Albaniyanı Ərəb xilafətinin, Bizansın, Sasanilərin və xəzərlərin işğallarından xilas etdi. Ölkədə təsərrüfatın və mədəniyyətin inkişafına şərait yarandı. Cavanşir paytaxtın abadlığına diqqət yetirdi, alimləri, şairləri himayə etdi. O, mərkəzi hakimiyyəti möhkəmləndirməyə çalışırdı. Lakin müstəqilliyə can atan bizanspərəst feodallar sui-qəsd təşkil edərək 681-ci ildə Cavanşiri qətlə yetirdilər. Onun varisləri isə Albaniyanın müstəqilliyini qoruya bilmədilər. 705-ci ildə ərəblərin hücumu nəticəsində Albaniyanın daxili müstəqilliyi ləğv edildi. İdarəçilik xəlifənin təyin etdiyi canişinə tapşırıldı.
Sən hökmdar olsaydın, belə bir çətin vəziyyətdə hansı addımlar atardın? Sinif yoldaşlarınla müzakirədən sonra fikrini dəftərinə yaz.
- Girdiman dövlətinin əsası nə zaman qoyuldu?
- Cavanşirin hakimiyyətə gəldiyi dövrdə ölkədə vəziyyət necə idi?
- Albaniyanın süqutunu sürətləndirən səbəb nə idi?
- Cavanşirin xarici siyasətinin istiqamətlərini müəyyənləşdir.
- Cavanşirin Azərbaycan-Albaniya hökmdarı olduğunu əsaslandır.
- Cavanşiri Ərəb xilafəti ilə danışıqlara vadar edən səbəbləri müəyyənləşdir.
1 Ağvan hökmdarı Cavanşirin hökmranlığı; iranlıların basılması
. ərəblər qalxanlarını birləşdirib İran qoşunlarını darmadağın etmək üçün özləri qabaqcadan hücuma keçdilər.
Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların səfləri içərisinə soxulub düşmənlərdən ikisini yerə sərdi, özü üç ağır yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu . Fərat çayınadək təqib etdi, o isə həmlələri dəf edərək çayı üzüb keçdi. Onun üst-başı qan içində idi, . Şaha Cavanşirin şücaətindən və aldığı ağır yaralardan danışanda şah deyilənləri dəbdəbə ilə qəbul edib əmr etdi ki, ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər.
. bir qədər sağalandan sonra Cavanşir şahın yanına gəldi. şah onun belinə mirvari ilə işlənmiş qızıl kəmər və qızıl saplı qılınc bağladı.
Alban hökmdarı cavanşir
CAVANŞİR � görkəmli dövlət xadimi, cəsur sərkərdə, mahir diplomat
Tarixi qaynaqlarda Mehranilər sülaləsinin hakimiyyət illəri Albaniyanın hər sahədə qüdrətləndiyi dövr kimi xarakterizə olunur. Məhz o dövrdə Albaniya təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Şərqlə Qərb arasında həlledici mövqelərə yiyələnən nüfuzlu bir dövlətə çevrilib. Dünyanı lərzəyə salan Bizans və Sasani imperiyaları, Ərəb xilafəti və Xəzər xaqanlığı belə ayrı-ayrı vaxtlarda Albaniya ilə müttəfiqlik etməyə ehtiyac duyublar. Əlbəttə, bütün bunlar, hər şeydən öncə, böyük Mehrani knyazlarının ağıllı və düzgün xarici siyasəti, taktiki və strateji baxımdan düşünülmüş hərbi doktrinası və ən başlıcası, gərgin və həm də incə diplomatik səyləri nəticəsində mümkün olmuşdur.
� Mehranilərin hakimiyyətdə olduğu təqribən iki əsrə yaxın dövrdə Albaniyanın hərbi-siyasi sahədə əldə etmiş olduğu bütün uğurlarda Girdiman vilayətinin xüsusi rolu olduğu danılmazdır. Birincisi, ona görə ki, bəlli zaman kəsiyində Albaniya dövlətini idarə edən məhz Girdiman feodalları idi. İkincisi, Albaniya hökmdarlarının əsas iqamətgahı Girdimanda idi. Yəni, böyük knyazlar dövlətin və ölkənin taleyi ilə bağlı mühüm qərarları məhz orada qəbul edirdilər. Sülalənin baş qalası olan Girdiman qalası və alban hökmdarlarının səcdəgahı olan müqəddəs Allah evi də məhz orada idi. Hansı ki, onu Cavanşir özü tikdirmişdi. Girdiman hökmdarı orada diz çökərək ibadət edərkən belə bir fərman vermişdi: �Qoy, buraya ayaq basan hər kəs burada sığınacaq tapsın�. Cavanşir çətin səfərlərə gedərkən, adətən, yaxın adamları ilə birlikdə əvvəlcə Girdiman qalasına gəlir, oradakı məbəddə Allaha dualar edir, güclü və hiyləgər düşmənlərlə döyüşlərdə İlahidən ona yardımçı olmasını diləyirdi. Səfərlərdən və döyüşlərdən qayıdarkən o, yenidən Girdimandakı Allah evinə gələrək Ulu Tanrıya təkrar-təkrar dualar edirdi.
Azərbaycan dövlətçiliyi tarixində alban hökmdarı Cavanşirin müstəsna xidmətləri olub. Dövrünün görkəmli dövlət xadimi və cəsur sərkərdə olan Cavanşir 616-cı ildə Mehranilər nəslindən olan Varaz Qriqorun (638-642) ailəsində dünyaya göz açıb. Xatırladaq ki, Varaz Qriqorun 4 oğlu olub. Cavanşir ailədə ikinci oğul övladı idi. Fiziki cəhətdən çox sağlam və güclü olan Cavanşir hələ gəncliyindən həm də ağlı, tədbirliyi ilə yaşıdlarından seçilirdi. O, cəsurluğu ilə tez bir zamanda ad çıxarmışdı. Odur ki, atası onun görkəmli və gözəl bir şahzadə olacağına böyük ümid edirdi. Alban tarixçisi Musa Kalankatuklunun yazdığına görə, �o, atasının istəklisi olub, qartal kimi cəld və həmişə döyüş meydanına çıxmağa hazır idi. Oğullarının ən qabiliyyətlisi Cavanşirin olduğunu bilən atası onu kübar cəmiyyətində yaşayan əyanlarla bərabər etmək niyyətində idi�. Atası hesab edirdi ki, şah sarayında təmsil olunmaq üçün Cavanşir digər oğullarından daha bacarıqlıdır. �Atasının sevimlisi, silah işlətməkdə mahir, qartal kimi zirək, hər şeydə müvəffəqiyyət qazanan Cavanşir atasına dünyəvi həyatda öz ağlı ilə kömək etməyə, böyüklərlə bərabərləşməyə, hökmdarlar yanında olmağa hazırlaşırdı�.
Döyüşlərin qəhrəmanı
633-cü ildə xilafət ordusu İraq istiqamətindən sərhədi keçərək İrana hücum etdi. Səhrada baş vermiş qasırğaya bənzəyən xilafət ordusu sürətlə ölkənin içərilərinə doğru irəliləməkdə idi. Bu vaxt İran şahı III Yezdəgird ona vassal olan ölkələrdən kömək istəyir. Belə bir mürəkkəb şəraitdə Cavanşir atasından bir dəstə döyüşçü alaraq İran paytaxtında təşkil olunan ümumhərbi keçidə yollanır. O, İran paytaxtına Sünik knyazı Qriqordan və erməni knyazı Muşeq Mamikonyandan daha tez çatır. İran sipəhsaları Rüstəm Cavanşiri görən kimi onu qardaş və doğma oğlu kimi qarşılayır və çoxminli atlı qoşunu ilə Mədainə gələrək gənc Cavanşiri Yezdəgird şaha təqdim edir. Həmin görüş zamanı İran şahı Cavanşiri tərifləyərək ona Albaniya sərkərdəsi rütbəsi verir.
Xilafət ordusu və Sasanilərin birləşmiş qüvvələrinin ilk döyüşü İraqdakı Bataqlıq və əl-Nəcəf gölünün sahilində baş verdi. O zaman döyüşləri izləyən salnaməçinin qeydlərində deyilir: �Ərəblər irəlilədikcə Albaniya sərkərdəsi onları qarşılayıb hücumlarını müvəffəqiyyətlə dəf edirdi. Elə birinci döyüşdə o, düşmənlərdən bir neçəsini öldürüb daha da ürəkləndi. Bir neçə gündən sonra, İsanın mövlud günündə 30 min atlı və 20 min piyada yaxşı silahlanmış iranlı və müttəfiq qoşunlar ərəblər üzərinə hücuma keçməyə hazırlaşdılar. Lakin böyük qüvvə ilə hücuma keçən ərəblər onları qabaqladılar. Həmin döyüşdə Albaniyadan olan hərbçilər xüsusilə fərqləndilər. M.Kalankatuklu bu barədə belə yazır: �Albaniya sərkərdəsi Cavanşir öz igid döyüşçüləri ilə onların səfləri içərisinə soxulub düşmənlərindən səkkizini yerə sərdi, özü üç ağır yara aldı, atı isə dörd yerdən yaralandı. Düşmən onu quduz bir kinlə Fərat çayınadək təqib etdi, o isə həmlələri dəf edərək çayı üzüb keçdi. Onun üst-başı qan içində idi, silahı da palçıq içində idi. O, bütün İran ordusunun və əyanlarının ot kimi biçilib qırılmasını gördükdə tələsik şah sarayına yola düşdü. Burada onu çox səmimi qarşıladılar. Şaha Cavanşirin şücaətindən və aldığı ağır yaralardan danışanda şah onu dəbdəbə ilə qəbul edib əmr etdi ki, ona şah sarayında yer ayırıb yanına həkimlərini göndərsinlər�. Xidmətləri müqabilində İran şahı tərəfindən Cavanşirə çoxlu qiymətli hədiyyə, o cümlədən kəndlər və balıqla dolu çaylar bağışlanıldı.
637-ci ildə şahın iqamətgahı olan Mədain şəhəri ərəblər tərəfindən mühasirəyə alındı. Həmin döyüşdə də Cavanşirin rəhbərlik etdiyi alban silahlıları böyük şücaət göstərdilər. O, öz qoşunları ilə düşmən üzərinə hücuma keçərək onu geri oturtdu, sonra da təqib edərək Dəclə çayının o biri sahilinə keçməyə məcbur etdi. Bundan sonra o, altı ay ərzində ərəblərə Dəcləni keçməyə imkan vermədi.
Xilafət orduları qüvvə toplayaraq yenidən hücuma keçdikdə Cavanşir İran şahını götürüb Mədaindən şimal-qərbdə yerləşən Beklala apardı. Ərəblər isə hələ də onları təqib etməkdə idi. Cavanşirin qüvvələri isə döyüşə-döyüşə geri çəkilməklə qarşı tərəfi itkilər verməyə məcbur edirdilər. Beləliklə, Cavanşir İran ordusu ilə birlikdə ərəblərə qarşı dalbadal 7 il döyüşlərdə iştirak etdi və 11 dəfə ağır yaralandı.
Xilafət ordusu ilə ağır döyüşlərdən sonra Cavanşir iranlılarla vidalaşıb Atropatenaya gəldi. Orada İran sərkərdəsi tərəfindən böyük hörmət və ehtiramla qarşılandı. İran sərkərdəsi hörmət əlaməti olaraq öz bacısını Cavanşirə verərək onunla qohum olmaq istədiyini bildirdi. Lakin Cavanşir bütpərəst arvad almaq istəmədiyini bildirərək Vətənə döndü.
Albaniyada Cavanşir qalib sərkərdə kimi qarşılandı. Saçları artıq ağarmış olan atası oğlunu bağrına basaraq sevincdən ağladı. O vaxtdan etibarən Albaniyanın bütün işlərinə rəhbərlik Cavanşirə həvalə olundu.
Albaniya taxt-tacına sahib duranda Cavanşirin cəmi 21 yaşı var idi. Gənc olmasına baxmayaraq, o, artıq tanınmış sərkərdə kimi Albaniyada və ondan çox-çox uzaqlarda kifayət qədər məşhur idi.
Vassallıqdan imtina
Cavanşirin hakimiyyətə gəlişi Albaniya taxt-tacının idarəçiliyində yeni dövrün başlanğıcı oldu. O, hiss edirdi ki, İran taxt-tacı artıq zəifləyib. Belə olan şəraitdə Albaniya vassallıqdan qurtarıb, daha çox müstəqil dövlət kursu yeritməlidir. Təbiidir ki, Albaniyanın hakim dairələrinin belə mövqeyi İran tərəfinin kəskin reaksiyasına səbəb oldu. Belə ki, İran tərəfi bunu Cavanşirin üsyanı kimi dəyərləndirdi və Albaniya üzərinə ordu yeritdi. Lakin Cavanşir özünün yaxşı silahlanmış dəstəsi ilə iranlıların qarşısına çıxdı. O, özü düşmənin Dəyləm mənşəli başçısını vurdu. Döyüşdə İran tərəfi böyük itki verdi. Düşmən döyüşçülərinin çoxu qılıncdan keçirildi, bir qismi isə əsir götürüldü. Alban ordusu qənimət olaraq xeyli miqdarda at və qatır ələ keçirdi. Lakin arxadan gələn yeni qüvvələr hesabına İran ordusu albanları təqib etməkdə davam edirdi. Tərəflər arasında növbəti döyüş Albaniyanın dağlıq ərazilərindən birində oldu. Cavanşir bu döyüşdə də qələbə qazandı və Allahın köməyi ilə düşməni darmadağın etdi. Döyüş meydanlarında ağır itkilər verərək məğlub olan İran qoşunlarının bir hissəsi Bərdəyə daxil olaraq, Cavanşirin anasını və qardaşlarını girov götürdü. Düşmənin bu namərd hərəkəti Cavanşiri bərk qəzəbləndirdi. Alban tarixçisi bu barədə belə yazır: �Mən həqiqəti gizlətmirəm və deyirəm: o gün Cavanşir balalarını itirmiş dişi ayı kimi çox qəzəbləndi və hiddətləndi. O, Kambeçan vilayətində və Kürün o biri sahilində yerləşən öz ata-baba mülkünə gəldi. Burada o, iranlıların qüvvələrinə laqeydlik göstərməyərək, onlarla döyüşə hazırlıq gördü və qoşunlarını üzbəüz çox düzgün yerləşdirdi�.
Alban ordusu ilə İran ordusu arasında növbəti döyüş daha amansız oldu. M.Kalankatuklu Cavanşirin həmin döyüşdəki şücaəti barədə belə yazır: �O, çox qızğın döyüşdə başından yaralandı, lakin Allahın köməyi ilə yenə özünə gəldi və düşmənlə o vaxtadək vuruşdu ki, onlardan heç biri sağ qalmadı�.
Amma İran hökmranlığına qarşı mübarizə hələ bitməmişdi. Cavanşirin anası və qardaşları hələ də əsirlikdə idi. Ona görə də alban hökmdarı qüvvələrini artırmaq və müttəfiqlərini də döyüş əməliyyatlarına cəlb etmək məqsədilə Gürcüstana getdi. Orada alban sərkərdəsini onun adına və şöhrətinə layiq olan bir dəbdəbə ilə qarşıladılar. M.Kalankatuklunun verdiyi məlumata görə, gürcü knyazı Atrnerseh Cavanşirlə görüşə gələrək öz əlləri ilə onun yaralarını sarıyıb və onun qələbələri ilə fəxr etdiyini bildirib. Bu görüş zamanı Albaniya və Gürcüstan arasında hərbi saziş imzalanır. Bundan sonra Alban sərkərdəsi gürcü qoşununun köməyi ilə Uti vilayətinə yürüş edir və orada qarşısına çıxan iranlıların hamısını qılıncdan keçirir. Daha sonra Cavanşirin qüvvələri Bərdəyə daxil olaraq oradakı İran ordu hissələrini darmadağın edərək anasını və qardaşlarını əsirlikdən azad edir.
Xilafət və Sasani orduları ilə döyüşlərdə əldə etdiyi qələbələr sərkərdə və dövlət xadimi kimi Cavanşirin hörmət və nüfuzunun sürətlə artmasına səbəb oldu. Bütün bunlar � Albaniya əhalisi tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı. Cavanşirin şan-şöhrətinin artmasına qonşu dövlətlər və onların xalqları da biganə qalmadılar. M.Kalankatuklu bu barədə belə yazır: �Cavanşirin qələbələrini görüb eşidən Erməniyə və Gürcüstan əyanları onun üçün öz nəsillərindən qız seçib onunla qohum olmaq istədilər. Alban hökmdarı bu əyanlarla münasibətini pozmadan Sünik vilayətinin knyazı Aruncan nəslindən özünə qız seçib onunla evləndi və bununla da süniklilərin hamısını çox sevindirdi�.
Hərbi əməliyyatlarda ağır məğlubiyyətə düçar olan İran tərəfi isə nəhayət, Albaniya ilə danışıqlara başlayır. İran sərkərdəsi Sünikin böyük knyazı vasitəsilə Cavanşirə məktub göndərərək and içir ki, onunla ittifaq bağlamaq arzusundadır. Beləliklə, İran və Albaniya arasında sülh və dostluğa dair ittifaq imzalanır. Bununla belə, Cavanşir İran sərkərdəsinə onu da bildirir ki, bundan sonra �hər iki tərəf öz bildiyi kimi müstəqil hökmranlıq etməlidir�. Cavanşirin bu hərəkəti, əslində, Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin ən erkən səhifəsi kimi dəyərləndirilməlidir. Bəli, Cavanşir Albaniyanı hərbi-iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevirdikdən sonra onu siyasi cəhətdən də müstəqil etmək barədə düşünməyə başladı.
Alban tarixçisinin yazdığına görə, Sünik müqaviləsindən sonra Cavanşir öz qardaşları ilə ata-baba vilayətinə gəlir. Lakin İran tərəfi növbəti dəfə vədinə xilaf çıxaraq, 652-ci ildə hiylə yolu ilə Cavanşirin atası Varaz Qriqoru əsir götürür və bu yolla da � alban hökmdarını iradəsindən döndərmək istəyir. Cavanşir isə atasının intiqamını almaq məqsədilə yenidən silaha sarılaraq hərbi əməliyyatlara başlayır. O qardaşı ilə birlikdə Bərdə yaxınlığındakı meşədə gecələyir və səhər tezdən hücum edərək şəhəri alır. Alban tarixçisinin yazdığına görə, Cavanşir və qardaşları iranlıları atalarını azad buraxmağa məcbur edənə qədər qırdılar.
Albaniya-Bizans ittifaqı
Sasanilərlə müharibədən başı hələ tam ayılmayan Albaniya daha sonra bütün Yaxın və Orta Şərqi lərzəyə salan Ərəb xilafətinin hücumları qarşısında dayanmaq zorunda qaldı. Cavanşir əvvəlcə ərəblərə tabe olmayaraq Kür çayının digər sahilinə çəkilir və yenidən özünə müttəfiq axtarmağa başlayır. Bu məqsədlə o, Bizans imperatoru II Konstantla diplomatik əlaqələrə girir. Salnaməçinin məlumatına görə, əshabələri Cavanşirin məktubunu imperator II Konstanta oxuyanda �o, səmimi-qəlbdən sevindi və o günü böyük bir qonaqlıq verdi . Vaxt itirmədən cavab məktubu yazmağı və qarşılıqlı ittifaq haqqında müqaviləni hazırlamağı əmr etdi. O, Cavanşirə çox qiymətli hədiyyələr göndərdi. Hədiyyələr içərisində zərli söykənəcəyi olan gümüş taxt, qızıl saplarla tikilmiş geyimlər və mirvari ilə bəzədilmiş qını olan öz şəxsi qılıncı da var idi. İmperator Cavanşiri birinci patrik rütbəsinə qaldırdı (xatırladaq ki, bu, Bizans imperiyasının özündə nadir hallarda verilən çox yüksək rütbə idi) və əmr etdi ki, albanlardan 1200 nəfəri patrik, konsul, eksprefekt, general və elist rütbələri vermək üçün fərmanlar göndərsinlər və bu rütbələri Cavanşir istədiyi şəxslərə paylasın. İmperator hətta sinəsində gəzdirdiyi İsa xaçının zərrəciyini də çıxarıb Cavanşirə göndərdi�.
Bizans imperatoru sadalanan qiymətli hədiyyələrlə bərabər, Cavanşirə olduqca səmimi bir məktub da göndərib. Məktubda deyilirdi: �Sənə, hökmdar Cavanşirə, Girdimanın sahibinə və Albaniya knyazına, apoiapata və proton patrikə və Şərqin hökmdarına xilaskar xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. Biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəslə gələn oğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik�.
Bizans imperatorunun məktubu, hədiyyələri və rütbələri alban hökmdarını çox məmnun etdi. Amma onu bütün bunlardan daha çox məmnun edən xilafət orduları ilə ehtimal olunan gələcək hərbi toqquşmalarda Bizansın timsalında güclü və etibarlı müttəfiq tapması idi. M.Kalankatuklu Mehranilərin sarayındakı o xoş anları belə qələmə alıb: �Cavanşir xəlvətə çəkilərək bütün gecəni yatmayıb öz ölkəsinin səadəti haqqında fikirləşirdi. Dan ulduzu göylərə qalxanda, o, çarlıq libaslarını geyib taxtına oturdu. Qapılar açıldı və içəri silahlı əsgərlər girib onun sağ-solunda durdular. Bundan sonra ehtiramla rütbələrinə görə Cavanşirin yanına əyanlar gəldilər. O, ədalətli hökmlər çıxararaq xalqının etibarlı haqqını verirdi. O, bütün günü nəşəli keflə yox, öz ölkəsinin qayğısına qalmaqla məşğul oldu. O, Qafqaz dağlarında vəhşi həyat sürənləri də müdrikliyi ilə yola verirdi. Beləliklə, o, öz ölkəsini – İberiya sərhədlərindən Dərbəndə və Araz çayına qədər olan torpaqları hakimi-mütləq kimi idarə edirdi�.
İmperator II Konstant �hakimiyyətinin on doqquzuncu ilində, yəni, 660-cı ildə çoxsaylı qoşunu, seçmə atlıları və təcrübəli sərkərdələri ilə İrana gəlir. O, sərkərdələrindən birini Cavanşirin yanına göndərib onu görüşə dəvət edir. Cavanşir imperatorun iqamətgahına gəlir. İmperator Cavanşirin gəlməsindən xəbər tutaraq şəxsən onu qarşılamaq üçün Kinkivar kəndinə gedir, onu salamlayır, əmr edir ki, o, arvadının ölümünə görə geydiyi matəm libasını çıxarıb çar paltarlarını geysin. Elə həmin məclisdə imperator II Konstant əbədi çarın (İsanın) xaçının zərrəciyini ona hədiyyə edərək ürəkdən xeyir-dua verir: �Qoy, bu sənə və sənin oğlanlarına düşmənlər əleyhinə möhkəm arxa olsun�. Salnaməçinin yazdığına görə, bu səhnəni seyr edənlər ona möhkəmcə paxıllıq etdilər. Belə bir məqamı xüsusi olaraq qeyd edək ki, Cavanşir II Konstantla vidalaşarkən imperator �İran və erməni əyanlarının hüzurunda onunla dövlət xadimi kimi yox, eyni səviyyəli qardaşı kimi vidalaşdı�.
Bizans imperatoru ilə olan uğurlu görüşündən sonra Cavanşir Vətəni Albaniyada böyük qələbəliklə qarşılandı. Alban katolikosu Uxtanes (670-682-ci illərdə katolikos olub) bütün kilsə xadimləri ilə birlikdə onun qarşısına çıxaraq uca səslə xeyir-dua verdi . M.Kalankatuklunun yazdığına görə, Cavanşir Albaniyaya dönəndən sonra imperatorun ona hədiyyə etmiş olduğu �İsa xaçı üçün layiq olan yer axtardı və öz doğma vilayətində, Girdiman qalasında onun üçün Allah evi tikdirdi və İsa peyğəmbər şərəfinə buranı həddən artıq bəzədi�.
Qafar CƏBİYEV,
Azərbaycan Respublikasının əməkdar jurnalisti,
tarix elmləri doktoru
Xalq qəzeti.- 2014.- 12 aprel.- S. 5.
Comments are closed, but trackbacks and pingbacks are open.