Press "Enter" to skip to content

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Vidadi (“Vaqif”, Səməd Vurğun), Rəhim xan, Altunbay, İbad, Mazandaranski (“Nəsrəddin şah”,

ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001)

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 noyabr 2004-cü il tarixli 816 saylı əmri ilə təsdiq olunub

ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001)

    Bu sahifa navigatsiya:
  • SOFYA HÜSEYNOVA (26 FEVRAL 1926)
  • ROZA CƏFƏRXANOVA (23 FEVRAL 1927)
  • AYDIN ŞAHSUVAROV (31.1.1931 – 2.6.1986)
  • ZEMFİRA ƏLİYEVA (25.12.1941-16.11.1995)
  • NAXÇIVAN DÖVLƏT MUSİQİLİ DRAM TEATRINDA REJİSSOR SƏNƏTİ

ƏKBƏR QARDAŞBƏYOV (15.3.1923-26.3.2001)

Aktyor Əkbər Qardaşbəyov 15 mart 1923-cü ildə Naxçıvanda doğulub. Orta məktəbdən

aktyorluqla maraqlanıb, dram dərnəklərində çıxış edib. Naxçıvan DMDT-nin truppasına 1943-cü

ildə daxil olub.

Əsasən, xarakterik və kiçikhəcmli psixoloji rollar oynayıb.

Realist aktyor məktəbinə mənsubdur. Tipaj yaratmaq, Tiraj oyun üslubuna üstünlük verib,

qaravəlli ifaçılıq prinsiplərindən, məsxərə və məzhəkə lementlərindən ustalıqla istifadə edib.

Əkbər Hacı oğlu Qardaşbəyov 1 iyun 1974-cü ildə Azərbaycan Respublikasının əməkdar

artisti, 12 iyun 1987-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub.

Əlli ilə yaxın səhnə fəaliyyəti göstərmiş aktyorun əsas rolları: Baqqal Xəlil (“Qaçaq Nəbi”,

Süleyman Rüstəm), Azər baba (“Fərhad və Şirin”, Səməd Vurğun), Mirzə Hüseyn (“Toy”, Sabit

Rəhman), Bəhruz (“Yarımçıq şəkiİ”, Adil Babayev), Elman (“Vətən”, Abdulla Şaiq), Şeyx Hadi,

Gərşivəz (“Şeyx Sənan” və “Səyavuş”, Hüseyn Cavid), Çingiz (“Eşq və intiqam”, Süleyman Sani

Axundov), Molla Abbas, Həkim, Şeyx Nəsrulla (“Dəli yığıncağı”, “Anamın kitabı” və “Ölülər”,

Cəlil Məmmədquluzadə), İnfil (“Azərbaycan, dünyam mənim”, Məmməd Araz. Poetik-dramatik

kompozisiya), Sərvər, Soltan bəy (“Məşədi İbad” və “Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov),

Toğrul, Fərhad, Fuad, Səməd bəy, Məmmədəli bəy, Molla Möhsün, Novruz bəy (“Yaşar”,

“Nəsrəddin şah”, “Almaz”, “Oqtay Eloğlu”, “Sevil”, “Solğun çiçəklər” və “Aydın”, Cəfər Cabbarlı),

Ata (“Astana”, Aleksandr Dudarev), Paratov (“Cehizsiz qız”, Aleksandr Ostrovski), Nuru Sayaner

(“Toros canavarı”, Əziz Nesin), Knyaz (“Xanuma”, Avksenti Saqareli), Verşinin (“Zirehli qatar 14-

69″, Vyaçeslav İvanov).

Əkbər Qardaşbəyov 26 mart 2001-ci ildə Naxçıvanda vəfat edib.

NAXÇIVAN DÖVLƏT MUSİQİLİ DRAM

TEATRINDA AKTYOR YARADICILIĞI

İkinci dərs

Naxçıvan teatrının aktyor sənəti 1940-cı illərdən yeni yaradıcılıq mərhələsinə qədəm basıb.

Kollektiv gənc aktyorların hesabına qüvvətlənib. Gənc istedadlar Sofya Hüseynova, Zəroş

Həmzəyeva, Roza Cəfərxanova, Əşrəf Rüstəmov, Rza Məmmədov (Bacıoğlu), Abbas Quliyev,

Ələsgər Seyidov, Ağabala Məmmədov 1940-cı, Aydın Şahsuvarov, Tofiq Mövləvi, Müzəffər

Səfərov, İbrahim Bənənyarlı 1950-ci, Nizami Cəfərov, Vaqif Əsədov, Tarıyel Qasımov, Elxan

Qasımov 1960-cı illərdən, Zemfira Əliyeva, Sona Mirzəyeva, Qurban Ələkbərov, Həsən Ağayev,

Yasəmən Ramazanova, Kamran Quliyev, Yusif Allahverdiyev, Rövşən Hüseynov, Rza Xudiyev

1970-ci, 1980-ci və 1990-cı illərdən müəyyən müddətlərdə teatrda işləyiblər. Adları çəkilənlərin bir

qismi indi də truppanın üzvləridir.

SOFYA HÜSEYNOVA (26 FEVRAL 1926)

Bakıda doğulub. Qızlıq soyadı İsmayılovadır. Atası Həsən hərbçi idi və göndərişlə

Naxçıvana işləməyə gəlib. Anası Xədicə Qazıyeva Naxçıvanın ilk aktrisası olub. Sofya Hüseynova

orta məktəbi Naxçıvanda bitirib. Şagird vaxtlarında uşaq rollarında səhnəyə çıxıb. Anasının

tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. 1945-ci ildə qısa müddət Zaqatala DDT-də

işlədikdən sonra yenə Naxçıvana qayıdıb. Bu günə qədər səhnədən ayrılmayan aktrisa 1 iyun 1974-

cü ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları

ilə təltif olunub.

Ğülnar və Xuraman, Fitnə (“Vaqif” və “Fərhad və Şirin” Səməd Vurğun), Sara və Gülnisə,

Susanna, Nadya (“Solğun çiçəklər”, “Aydın” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Tərgül (“Məhsəti”,

Kəmalə Ağayeva), Humay (“Komsomol poeması”, İsgəndər Coşqun), Zöhrə (“Eşq və intiqam”,

Süleyman Sani Axundov), Nərminə (“Göz həkimi”, İslam Səfərli), Zalxa (“Toy”, Sabit Rəhman),

Günəş (“Günəş”, Hüseyn Razi), Tanya (“Alınmaz qala”, Həsən Elsevər), Tovuz xanım (“Bir cüt

bədmüşk ağacı”, Əkrəm Əylisli), Gülnaz və Sənəm, Gülçöhrə, Minnət xanım (“Məşədi İbad”,

“Arşın mal alan” və “Ər və arvad”, Üzeyir bəy Hacıbəyov), Gülcamal (“Qatır Məmməd”, Zeynal

Xəlil), Qızbacı (“Hicran”, Sabit Rəhman və Emin Sabitoğlu), Şölə xanım (“Özümüz bilərik”, Şıxəli

Qurbanov və Süleyman Ələsgərov), Güllücə (“Dan ulduzu”, Cahangir Məmmədov) rolları aktrisanın

yaradıcılıq nailiyyətləri sayılır.

Milli koloriti həmişə əsas götürən aktrisa, eyni zamanda əcnəbi dramaturqların pyeslərinin

tamaşalarında oynadığı obrazların yaşadığı dövrün etiket qaydalarını, sosial mənşəyini, kübar

davranış tərzini dərindən mənimsəyib. Mənimsədiklərini isə ifa etdiyi rollarda yaradıcılıqla

reallaşdırıb. Bu baxımdan kruçinina, Larisa (“Günahsız müqəssirlər” və “Cehizsiz qız”, Aleksandr

Ostrovski), Liana (“Bostan iti”, Lope de Veqa), Xanuma (“Xanuma”, Avksenti Saqareli) rolları

aktrisanın ifasında canlı, təravətli, ecazkar rus və ispan qızları, şən və kələkbaz, məzəli və hoqqabaz

gürcü yengəsidir. Mütənasib uca boyu, zərif bədən quruluşu aktrisaya müxtəlif rollar oynamağa

geniş imkan yaradır.

ROZA CƏFƏRXANOVA (23 FEVRAL 1927)

Ordubad rayonunda anadan olub. On dörd yaşından dram dərnəyində çıxış edib. Orta

məktəbi bitirdikdən sonra o vaxt Ordubadda yenicə açılmış Dövlət Dram Teatrına (1949-cu ilin

əvvəllərində bağlanıb) aktrisa götürülüb. Bu teatrda Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan”

(Asya), “O olmasın bu olsun” (Gülnaz), “Ər və arvad” (Minnət xanım) operettalarında, Səməd

Vurğunun “Vaqif” (Gülnar), Abdulla Şaiqin “Vətən” (Gözəl), Səməd Vurğunun “Fərhad və Şirin”

(Şirin) Süleyman Sani Axundovun “Eşq və intiqam” (Qəmər) dramlarının tamaşalarında oynayıb.

Roza Heydər qızı Cəfərxanova 1948-ci ilin oktyabrından Naxçıvan teatrında işləyir. 15

noyabr 1984-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 28 oktyabr 2000-ci il-də xalq

artisti fəxri adları ilə təltif olunub.

Aktrisa iki yüzdən artıq lirik, dramatik və komik rolda səhnəyə çıxıb. Dram əsərlərinin

tamaşalarında Pəri (“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev), Yetər (“Hacı Qəmbər”, Nəcəf bəy

Vəzirov), Cəvahir (“Nakam qız”, Aleksandr Şirvanzadə), Ana (“Astana”, Aleksandr Dudarev),

Həyat (“Həyat”, Mirzə İbrahimov), Pəri, Susanna, Dilbər, Sitarə, Sona, Solmaz, Yaxşı (“Solğun

çiçəklər”, “Aydın”, “Sevil”, “Nəsrəddin şah”, “1905-ci ildə”, “Od gəlini” və “Almaz”, Cəfər

Cabbarlı), kabato (“Xanuma”, Aksenti Saqareli), Zəhra, Çin qızı (“Şeyx Sənan” və “Səyavuş”,

Hüseyn Cavid), Pəri (“Qız atası”, Əfqan Əsgərov), İradə (“Göz həkimi”, İslam Səfərli), Hökmdar

(“Pompeyin Qafqaza yürüşü”, Nəriman Həsənzadə), operettalarda Sənəm, Xala (“Məşədi İbad” və

“Arşın mal alan”, Üzeyir bəy Hacıbəyov), Züleyxa (“Ulduz”, Sabit Rəhman və Süleyman

Ələsgərov), Səlbi (“Beş manatlıq gəlin”, Məmməd Səid Ordubadi və Səid Rüstəmov), Şölə xanım

(“Özümüz bilərik”, Şıxəli Qurbanov və Süleyman Ələsgərov) səhnə obrazları aktrisanın daha uğurlu

yaradıcılıq işləri sayılır.

AYDIN ŞAHSUVAROV (31.1.1931 – 2.6.1986)

Naxçıvan şəhərində 31 yanvar 1931-ci ildə anadan olub. Orta məktəbi burada bitirərək Bakı

Dəmiryol Texnikumuna daxil olub. Texnikumun dram dərnəyində hazırlanan tamaşalarda epizod

rollar oynayıb. 1953-1955-ci illərdə hərbi xidmətə gedib və qayıtdıqdan sonra Zəngilan rayonunun

Mincivan dəmir yolu stansiyasında maşinist köməkçisi işləyib. O, 1957-ci ildə Naxçıvan teatrının

yardım heyətinə aktyor götürülüb, əvvəlcə kütləvi səhnələrə çıxıb, sözsüz rollar oynayıb. Baş

rejissor İbrahim Həmzəyevin qayğikeşliyi və onunla fərdi məşğul olması sayəsində Aydın Ağa oğlu

Şahsuvarov aktyor ştatına götürülüb və tezliklə bir-birinin ardınca koloritli xarakterik rollarda uğur

qazanıb. Tədricən yaradıcılığı realist aktyor məktəbinin estetik prinsipləri əsasında formalaşıb.

Xüsusən satirik və məzhəkəli, qaravəlli mənşəli yumorlu rolları bacarıqla oynayıb. Qısa müddətdə

teatrın aparıcı aktyorları səviyyəsinə yüksələn aktyor 1 iyun 1974-cü ildə Azərbaycan

Respublikasının əməkdar artisti və 15 noyabr 1984-cü ildə xalq artisti fəxri adlarına layiq görülüb. 2

iyun 1986-cı ildə Naxçıvanda vəfat edib.

Aydın Şahsuvarovun oynadığı rollar ifadə vasitələrinin əlvanlığına, məzəli forma

xüsusiyyətlərinə, tipik danışıq tərzinə görə fərqləniblər. Yaradıcılığının böyük bir qisınıni xarakterik

rollar təşkil edən Aydın Şahsuvarovun zəngin tiplər qalereyasında dram tamaşalarında yaratdığı

Vidadi (“Vaqif”, Səməd Vurğun), Rəhim xan, Altunbay, İbad, Mazandaranski (“Nəsrəddin şah”,

“Od gəlini”, “Almaz” və “Oqtay Eloğlu”, Cəfər Cabbarlı), Mirpaşa (“Komsomol poeması”, İsgəndər

Coşqun), Fərəc bəy (“Üfüqlər qızaranda”, Ramiq Muxtar), Qədir (“Quşu uçan budaqlar”, Əkrəm

Əylisli), Fənd Fərəc (“Adamın adamı”, Anar), Şeyx Əhməd, Hacı (“Ölülər” və “Dəli yığıncağı”,

Cəlil Məmmədquluzadə), Səməndər (“Haray səsi”, Hüseyn Razi), Qıdı kirvə (“Hacı Qəmbər”, Nəcəf

bəy Vəzirov), Qurban (“Nağıl başlananda”, İmran Qasımov), Obab (“Zirehli qatar 14-69”,

Vyaçeslav İvanov), Naməlum adam (“Onlar dörd nəfər idilər”, Konstantin Simonov), Fabdo

(“Bostan iti”, Lope de Veqa), Albadam (“Mənim qayınanam”, Georgi Xuqayev), Markiz

(“Mehmanxana sahibəsi”, Karlo Haldoni), Kor padşah (“Kor padşah”, Nazim Hikmət və Vera

Tulyakova), operettalarda oynadığı Soltan bəy, Hambal (“Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir

bəy Hacıbəyov) rollarının adını xüsusi çəkmək olar.

ZEMFİRA ƏLİYEVA (25.12.1941-16.11.1995)

Zemfira xanım 25 dekabr 1941-ci ildə Gəncə şəhərində doğulub. Anası Firuzə Bədirbəyli

Gəncə DDT-nin aktrisası olub. Kiçik yaşlarından teatrın tamaşalarında uşaq rollarını oynayıb.

İstedadı, ehtiraslı və emosional ifadə vasitələri erkən formalaşdığı üçün 17 yaşında ona Cəfər

Cabbarlının “Solğun çiçəklər” melodramasında Sara rolu tapşırılıb. Gənc aktrisa gözlənildiyindən

çox uğur qazınıb. Bundan sonra aktrisa teatra götürülüb və qısa müddətdə Səməd Vurğunun “Vaqif”

(Gülnar), Viktor Rozovun “Sabahın xeyir” (Liza), Evripidin “Medeya” (Medeya), Əfqan Əsgərovun

“Qız atası” (Məryəm) əsərlərinin tamaşalarında mürəkkəb rollar oynayıb, “Böyük dayaq” filmində

Pərişan obrazına çəkilib.

Zemfira Məmmədəli qızı Əliyeva 1972-ci ildə Naxçıvan DMDT-nin truppasına daxil olub.

Bu teatrda qazandığı sənətkarlıq nailiyyətlərinə görə 1 iyun 1974-cü ildə Azərbaycan

Respublikasının əməkdar artisti və 1 dekabr 1982-ci ildə xalq artisti fəxri adları ilə təltif edilib.

Aktrisa 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında işləyib. 16 noyabr 1995-ci ildə Bakıda

Füsunkar səhnə görkəmi, məlahətli danışığı, zəngin və əlvan ifadə vasitələri, coşqun daxili

ehtirası vardı. Bu yaradıcılıq keyfiyyətləri aktrisanın yaratdığı səhnə surətlərinə xüsusi emosional

təravət, psixoloji dərinlik və fəlsəfi bütövlük verirdi. Zemfira Əliyevanın Naxçıvan teatrında ifa

etdiyi baş rolların yığcam siyahısını belə ümumiləşdirmək mümkündür: Almaz, Sara, Firəngiz,

Yaqut (“Almaz”, “Solğun çiçəklər”, “Oqtay Eloğlu” və “Yaşar”, Cəfər Cabbarlı), Səlma, Roza,

Xumar, Anjel (“Ana”, “Şeyda”, “Şeyx Sənan” və “Uçurum”, Hüseyn Cavid), Sona (“Hacı Qara”,

Mirzə Fətəli Axundzadə), Reyhan (“Yağışdan sonra”, Bəxtiyar Vahabzadə), Maral (“Sənsiz”, Şıxəli

Qurbanov), Mədinə, Azadə (“Mənim nəğməkar bibim” və “Bir cüt bədmüşk ağacı”, Əkrəm Əylisli),

Pırpız Sona (“Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə), Zinyət (“Toy”, Sabit Rəhman), Söylü

(“Bəxt üzüyü”, Vaqif Səmədoğlu ,) Nərmin, Anjel (“Unuda bilmirəm” və “Məhv olmuş

gündəliklər”, İlyas Əfəndiyev), Kleya (“Tülkü və üzüm”, Gilerma Piqeyredu), Pəricahan və Zöhrə

(“Laçın yuvası” və “Eşq və intiqam”, Süleyman Sani Axundov), Zəhra (“Bayramın birinci günü”,

Nazim Hikmət), Elektra (“Elektra”, Sofoki), Dilbər (“Yenə o bağ olaydı. “, Mlkayıl Müşfiqin

şeirləri əsasında bədii kompozisiya), Vəfa (“Siz xoşbəxt yaşayın”, Əlyar Yusifli).

NAXÇIVAN DÖVLƏT MUSİQİLİ

DRAM TEATRINDA REJİSSOR

Naxçıvanda teatr yeni-yeni təşəkkül tapanda tamaşaları ziyalılar, xüsusən müəllimlər

hazırlayıblar. İyirminci əsrin ilk iyirmi ilində şəhərdəki dram dəstəsində oynanılan tamaşalara

quruluşları aparıcı aktyorlar veriblər. Teatr həvəskarlarının gücü ilə Naxçıvan Dövlət Dram Teatrı

yaradılanda və bu kollektiv rəsmi fəaliyyətə başlayanda da onun peşəkar rejissorları olmayıb. Bu

ağırlığı ilk illərdə Səməd Mövləvi, İsa Musayev, Bakıdan dəvət olunmuş aktyorlar Kazım Ziya,

Sidqi Ruhulla çəkiblər. Tədricən teatra təhsil almış rejissorlardan Yusif Yulduz, Baxşı Qələndərli,

Həsən Ağayev, Ağəli Dadaşov və başqaları dəvət olunublar.

Teatr 1960-cı illərin əvvəllərindən forma-üslub, janr axtarışları məqsədilə təcrübəli

rejissorları vaxtaşırı kollektivə dəvət edib. Müxtəlif vaxtlarda teatra dəvət olunmuş rejissorlar Tofiq

Kazımov, Nəsir Sadıqzadə, Ağakişi Kazımov, Mərahim Fərzəlibəyov müxtəlif janrlarda, əsasən,

lirik-psixoloji üslubda tamaşalar hazırlayıblar. Həmin ənənə bu gün də davam edir.

Son otuz ildə Naxçıvan DMDT-də Vəli Babayev, Vaqif Əsədov, Əsgər Əsgərov baş rejissor

işləyiblər. Hazırda bu Kürsünü aktyor və rejissor Kamran Quliyev tutur.

Səməd Mövləvi

Naxçıvan teatrının aparıcı aktyorlarından olub, xalq artıstı ıdı. Doviət teatrının ilk iki

onilliyində rejissorluqla da məşğul olub. 1926-1931-ci illərdə teatrda baş rejissor işləyib. Realist və

romantik üslublarda, həm monumental, həm də çağdaş səpkili formalarda tamaşalar hazırlayıb.

Səməd Mövləvi musiqi əsərlərindən Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və

Kərəm” operalarını, “Arşın mal alan”, “Məşədi İbad” operettalarını, lirik məhəbbət faciələrindən

Hüseyn Cavidin “Şeyx Sənan”, qəhrəmanlıq faciələrindən Cəfər Cabbarlının “Od gəlini”, Vilyam

Şekspirin “Otello”, “Hamlet”, Fridrix Şillerin “Qaçaqlar”, Şəmsəddin Saminin “Dəmirçi Gavə”,

tarixi faciələrdən Nəriman Nərimanovun “Nadir şah”, psixoloji dramlardan Hüseyn Cavidin

“Şeyda”, “Knyaz”, “İblis”, Cəfər Cabbarlının “Sevil”, “Yaşar”, Vasili Şkvarkinin “Özgə uşağı”,

Aleksandr Şirvanzadənin “Namus”, Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Sandro

Şanşiaşvilinin “Anzor”, komediyalardan Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, “Lənkəran

xanının vəziri”, Jan Batist Molyerin “Jorj Danden”, tragikomediyalardan Cəlil Məmmədquluzadənin

“Ölülər” əsərlərinin quruluşçu rejissoru olub.

Isa Musayev

Xalq artisti olub və teatrın aparıcı aktyorlardan biri kimi şöhrət qazanıb. Eyni zamanda

istedadını quruluşçu rejissor kimi də sınaqdan çıxarıb. 1930-1940-cı illərdə, teatrda peşəkar

rejissorların çatışmadığı dövrdə Mirzə Fətəli Axundzadənin “Hacı Qara”, Abdulla Şaiqin “Vətən”,

Süleyman Sani Axundovun “Eşq və intiqam”, Osman Sarıvəllinin “Babək”, Səməd Vurğunun

“Vaqif” və “Fərhad və Şirin”, Zeynal Xəlilin “İntiqam”, Məmmədhüseyn Təhmasibin “Aslan

yatağı”, Mirzə İbrahimovun “Həyat” və “Məhəbbət”, Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”

əsərlərini tamaşaya hazırlayıb.

Sidqi Ruhulla

1910-1914-cü illərdə dəfələrlə Naxçıvana uzunmüddətli qastrollara gəlib və yerli

həvəskarlarla Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu”, “Dağılan tifaq”, Nəcəf bəy Vəzirovun

“Müsibəti-Fəxrəddin”, Mirzə Fətəli Axundzadənin “Xırs quldurbasan” pyeslərini tamaşaya qoyub.

O, 1931-1932-ci il teatr mövsümündə qısa müddət Naxçıvan teatrında direktor və bədii rəhbər

işləyib. Teatrda Nəriman Nərimanovun “Nadir şah”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər

Cabbarlının “Od gəlini”, “1905-ci ildə”, “Sevil”, Fridrix Şillerin “Qaçaqlar”, Nikolay Qoqolun

“Müfəttiş”, Vilyam Şekspirin “Otello” əsərlərini tamaşaya hazırlayıb. Bu tamaşalar teatrın

peşəkarlığının formalaşmasında səmərəli rol oynayıb.

Həsən Ağayev

Yaradıcılığının əsas dövrü Gəncə DDT ilə bağlıdır. Həsən Ağayev səhnə sənətinə aktyor

kimi gəlib və Moskvada rejissor təhsili aldıqdan sonra 1936-1939-cu illərdə Naxçıvan teatrında

çalışıb. 1938-ci ildə baş rejissor olub. Rejissor burada Üzeyir bəy Hacıbəyovun “Ər və

arvad”operettasına, tərcümə əsərlərindən Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”,

Konstantin Trenyovun “Lyubov Yarovaya”, Georgi Mdivaninin “Vətən namusu”, Vilyam Şekspirin

“Otello” və “Hamlet” dramlarına quruluş verib.

Yusif Yulduz

Bakı, Tiflis və İrəvan teatrlarında rejissor kimi şöhrət qazanandan sonra 1936-1937-ci il teatr

mövsümündə Naxçıvana dəvət alıb. Teatrda Mirzə İbrahimovun “Həyat”, Cəfər Cabbarlının “Od

gəlini”, Vilyam Şekspirin “Otello” pyeslərinə monumental üslubda səhnə quruluşları verib. Jan

Batist Molyerin “Cancur Səməd” komediyasını, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun “Beş

manatlıq gəlin” operettasını tamaşaya hazırlayıb.

Baxsi Qələndərli

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimidir. Xankəndində doğulub (1903-

1982). Bakı Teatr Məktəbini bitirib. Leninqrad Səhnə Sənəti İnstitutunda (1930-1934) təhsil alıb.

Uzun illər Irəvan DADT-də rejissor və baş rejissor işləyib. 1964-1982-ci illərdə müəyyən fasilələrlə

Naxçıvan DMDT-də quruluşçu rejissor və baş rejissor işləyib. Baxşı Qələndərli Naxçıvan

səhnəsində Səməd Vurğunun “Vaqif”, Cəlil Mənmmədquluzadənin “Anamın kitabı”, Mirzə Fətəli

Axundzadənin “Hacı Qara”, “Müsyö Jordan və dərviş Məstəli şah”, Nəcəf bəy Vəzirovun “Hacı

Qəmbər”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Əlyar Yusiflinin “Səadət naminə”, Sabit

Rəhmanın “Toy”, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, Kəmalə Ağayevanın “Məhsəti”,

Alensandr Şirvanzadənin “Nakam qız”, Boris Lavrenyovun “Hücum”, Vsevolod İvanovun “Zirehli

qatar 14-69″, Karlo Haldoninin “Mehmanxana sahibəsi”, Konstantin Simonovun “Dördüncülər”,

Aleksandr Ostrovskinin “Cehizsiz qız” pyeslərini, Üzeyir bəy Hacıbəyovun “Məşədi İbad”, “Ər və

arvad”, Məmməd Səid Ordubadi və Səid Rüstəmovun “Beş manatlıq gəlin” operettalarını tamaşaya

Nəsir Sadıqzadə

Füzuli, Gəncə, İrəvan, Sumqayıt teatrlarında quruluşçu rejissor və baş rejissor

işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1970-

1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib. Burada Bəxtiyar Vahabzadənin “Yağışdan

sonra” (27 dekabr 1972), İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” (29 aprel 1973), Sergey

Mixalkovun “Xərçənglər” (29 may 1982) pyeslərinə quruluş verib.

Vəli Babayev

Rejissor Naxçıvanda doğulub (17.2.1945-22.1.1989). Orta məktəbi bitirəndən sonra bir il

Naxçıvan DMDT-nin yardım heyətində çalışıb. Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq

fakültəsini bitirib (1962-1966). Təyinatla Naxçıvan teatrına quruluşçu rejissor göndərilib. İlk

quruluşu olan Georgi Mdivaninin “Konsulu oğurladılar” (5 noyabr 1966) tamaşası teatr

ictimaiyyətində böyük maraq doğurub. 1972-1974-cü illərdə Moskvada Anademik Bədaye

Teatrında yaradıcılıq təcrübəsi keçib və qayıdaraq Naxçıvan teatrına baş rejissor təyin olunub. Vəli

Allahverdi oğlu Babayev 1974-cü il iyun ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti

fəxri adına layiq görülüb. Vəli Babayevin rejissurası müasir dünya teatr prosesinin estik prinsipləri

ilə səsləşirdi. O, avanqard teatr janrlarının əsas ifadə vasitələrini lirik-psixoloji üslubun poetika

xüsusiyyətlərilə cəsarət və məharətlə birləşdirə bilirdi. Həmin cəsarətli sənət axtarışları baxımından

onun daha maraqlı yaradıcılıq nailiyyətləri Cəfər Cabbarlının “Yaşar” (10 fevral 1967) və “Od

gəlini” (22 mart 1970), Nazim Hikmət və Vera Tulyakovanın “Kor padşah” (29 dekabr 1968), Lope

de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” (28 oktyabr 1974), Cəlil Məmrnədquluzadənin “Dəli

yığıncağı” (23 may 1975), Avksenti Saqarelinin “Tiflis yengələri” (“Xanuma”. 30 oktyabr 1976),

Anarın “Adamın adamı” (12 fevral 1977), Rüstəm İbrahimbəyovun “Yaşıl qapı arxasında qadın”

(21 may 1978), Karlo Haldoninin “Məzəli hadisə” (7 may 1979), Əkrəm Əylislinin “Quşu uçan

budaqlar” (23 sentyabr 1980), Çingiz Aytınatov və Koltay Məhəmmədcanovun “Fudzi dağında

qonaqlıq” (8 oktyabr 1981), Hüseyn Cavidin “Şeyx Sənan” (24 aprel 1982), Orxan Kamalın “Yad

qızı” (7 yanvar 1983), Aleksandr Puşkinin “Qaraçılar” (30 dekabr 1984), Rəsul Rzanın “Bir gün də

insan ömrüdür” (26 noyabr 1987) əsərlərinə verdiyi səhnə quruluşlarıdır.

Vaqif Əsədov

5 aprel 1947-ci ildə Naxçıvanda doğulub. 1969-cu ıldə ADİİ-nın dram və kino aktyorluğu

fakültəsini bitirərək təyinatla Naxçıvan teatrına gəlib. Aktyor işləyə-işləyə bir neçə dram əsərini

1982-1989-cu illərdə kollektivin baş rejissoru işləyib.

Teatrın səhnəsində Əkrəm Əylislinin “Mənim nəğməkar bibim”, “Bir cüt bədmüşk ağacı”,

“Qiymətli qafiyələr”, Həmid Arzulunun “Əlincə qalası”, Paolo Messinanın “Sükut divarı”, Sofokiun

“Elektra”, Ramiq Muxtarın “Şəhərli kürəkən”, Mirzağa Atəşin “Cırtdan” dramlarına, Cavid Poeziya

Teatrında Hüseyn Cavidin “Azər” poemasına, “Mənim tanrım gözəllikdir, sevgidir”, Məmməd

Arazın “Azərbaycan, dünyam mənim” bədii-dramatik kompozisiyalarına quruluş verib.

Vaqif Əsədov 9 yanvar 1978-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına

1989-cu ildə köçürmə yolu ilə Gənc Tamaşaçılar Teatrına quruluşçu rejissor göndərilib.

Əliqismət Lalayev

Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib.

4 iyul 1956-cı ildə Salyanda doğulub. 1986-cı ildə Naxçıvan Muxtar Respublikasının

əməkdar incəsənət xadimidir. 1980 -1989-cu illərdə Naxçıvan teatrında quruluşçu rejissor işləyib.

Naxçıvan teatrında Hüseyn Cavidin “Ana”, “Uçurum”, Aleksandr Dudarevin “Astana”,

Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər”, Rüstəm İbrahimbəyovun “Ultimatum”, Hidayət

Orucovun “Məni qınamayın”, Loğman Rəşidzadənin “Toya bir gün, bir günorta qalmış” dramlarının,

Sabit Rəhman və Emin Sabitoğlunun “Hicran” musiqili komediyasının quruluşçu rejissoru olub.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı

Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail:edebiyyat-az.com@mail.ru Əlaqə telefonu: 051 785 44 33; 070 815 12 96 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Azərbaycan SSRi-nin ilk Xalq yazıçısı Aleksandr Minasoviç MOVSİSYAN

Aleksandr Şirvanzadə (erm. Ալեքսանդր Մինասի Շիրվանզադե, əsl adı Aleksandr Minasoviç Movsisyan; 18.4.1859 — 7.8.1935) — “Şamaxı ermənisi”, Azərbaycan SSR və Ermənistan SSR-in xalq yazıçısı [1] .

Həyatı[redaktə | əsas redaktə]

Əslən erməni olan Şirvanzadə 1859-cu ildə Şamaxıda doğulub. Ömrünün ilk on beş ilini burada keçirib. 15 yaşı olanda Bakıya gəlib. Səkkiz il burada yaşayıb.

1905–1910-cu illərdə Parisdə, 1910–1915-ci illərdə Tbilisidə yaşayıb, sonra isə ABŞ-a, Kaliforniyaya yollanıb.

1931-ci ildə ədəbi fəaliyyətinin 50 illiyinə həsr olunmuş yubiley iclasındakı nitqində deyirdi:

Qızıl Ordu Bakını aldığı zaman mən Kaliforniyada idim… Mən dərhal Qafqaza qayıtmaq istəyirdim. Mən dərindən inanırdım ki, bolşeviklər gələndən sonra orada artıq həyat və müntəzəm quruculuq işləri başlanıb. Lakin gözlərimin xəstə olması dərhal gəlməyimə mane oldu.

“Xaos”, “Namus”, “Hami”, “Neft zavodunda yanğın”, “Cinli”, “Şərəf üçün”, “Fatma və Əsəd” kimi əsərlərin müəllifidir. Bu əsərlərdə əsasən Bakı və Şamaxıda gördüyü hadisələri qələmə alıb.

Azərbaycanın xalq yazıçısı[redaktə | əsas redaktə]

Şirvanzadə Azərbaycan SSR-in Xalq yazıçısı adına 1930-cu ildə layiq görülüb. Bununla da o, Azərbaycan SSR-nin ilk xalq yazıçısı hesab olunur. Eyni ildə Şirvanzadə Ermənistan SSR-in də Xalq yazıçısı adını alıb.

Əkbər Yerevanlı “Şirvanzadə və Azərbaycan mühiti” məqaləsində qeyd edir: “Aleksandr Şirvanzadə öz həyatı və yaradıcılığı ilə nə qədər ermənidirsə, bir o qədər də azərbaycanlıdır. O, hər iki xalqa, hər iki ədəbiyyata xidmət edən ölməz sənətkardır. Heç təsadüfü deyildir ki, Zaqafqaziya respublikaları içərisində birinci olaraq Azərbaycanda ona xalq yazıçısı adı verilmişdir”.

Azərbaycan SSR-in ali icraedici orqanı olan Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri vəzifəsində 14 mart 1930-cu ilədək Qəzənfər Musabəyov, həmin tarixdən 1932-ci ilədək isə Dadaş Bünyadzadə çalışıb. Bu səbəbdən, Şirvanzadəyə xalq yazıçısı adının kim tərəfindən verildiyini müəyyənləşdirmək bir qədər çətindir.

C.Məmmədquluzadə, Ə.Haqverdiyev, A.Şaiqlə dostluq[redaktə | əsas redaktə]

O zamankı araşdırmaçılar Şirvanzadənin Cəlil Məmmədquluzadə və Abdulla Şaiqlə dostluq münasibətləri olduğunu da yazıblar. Şirvanzadənin Haqverdiyevlə daha yaxşı münasibətləri varmış.

1929-cu ildə Zaqafqaziya yazıçılarının İrəvan, Bakı və Tiflisdə keçirilən görüşləri zamanı Şirvanzadə ilə Haqverdiyev arasında maraqlı dialoq olur. Abdulla Şaiq “Haqverdiyev haqqında xatirələrim”də bu barədə yazır: “1929-cu ildə Gürcüstan və Ermənistan şairləri ilə görüşə getmişdik. Başçımız Haqverdiyev idi. Şirvanzadə də bizimlə bərabər idi. Ə. Haqverdiyev Şirvanzadə ilə köhnədən dost idi. Yerevanda söhbət üçün bir gün Ə. Haqverdiyevin yanına getdim. Erməni artistlərinin səhnədə göstərdikləri milli rəqslərdən və bu iki xalqın həyat, adət, musiqi və rəqslərinin bir-birinə nə qədər yaxın olduğundan danışırdılar. Şirvanzadə dedi: “Mən Azərbaycan həyatından yazmışam. Siz də erməni həyatından yazmalısınız. Haqverdiyev erməni həyatından yeni əsər yazmağa söz verdi. Ə. Haqverdiyev verdiyi vədi unutmadı. O, Azərbaycan və erməni xalqlarının dostluğunu əks etdirən “Çox gözəl” (1931) adlı bir pyes yazdı. (“Azərbaycan gəncləri” qəzeti, 12/XII 1948. N149(4473).

Maraqlıdır ki, 1883-cü ildə “Kəşkül” jurnalının redaktoru və naşiri Cəlal Ünsizadə ondan Azərbaycan həyatından bir əsər yazmasını xahiş edir. Şirvanzadə bu xahişi yerinə yetirir və həmin il “Fatma və Əsəd” hekayəsini yazır. Cəlal Ünsizadə hekayəni “Kəşkül”də çap edir.

Əkbər Yerevanlı həmçinin yazır ki, Şirvanzadə erməni dilinin böyük müdafiəçilərindən olub: “O, səlis, təmiz erməni dilində yazmağı, kütləvi xarici təsirlərdən uzaqda durmağı tələb edir və özü belə yazırdı. O, X. Abovyanın Azərbaycan sözlərilə qarışıq dilini, erməni ədəbi dil tarixində böyük rol oynamasına baxmayaraq, bəyənmirdi. Çünki Abovyan erməni dilinin bir ləhcəsində yazmış və həddindən çox Azərbaycan sözləri işlətmişdi”.

Buna baxmayaraq, Şirvanzadə öz yaradıcılığında Azərbaycan dilindən istifadə edib.

Əsərləri[redaktə | əsas redaktə]

  • “Namus”
  • “Nakam qız”

Aleksandr Şirvanzadənin 1885-ci ildə yazdığı “Namus” romanı əsasında, 1925-ci ildə Hamo Beknazaryanın çəkdiyi eyniadlı “Namus” filmi ilk erməni bədii filmi sayılmaqdadır.

Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. ↑Abbas Zamanov, “Şərhlər”. Həmidə Məmmədquluzadə, “Mirzə Cəlil haqqında xatirələrim”, “Azərnəşr”, 1967. səh. 195

Səhnəmizin leytenant Rəsulovu – Bu gün Bürcəli Əsgərovun anım günüdür – VİDEO

Bürcəli Veysəl oğlu Əsgərov 15 fevral 1933-cü ildə Borçalı bölgəsinin Qasımlı kəndində doğulub. Orta məktəbi 1951-ci ildə Körpülü kəndində bitirib. Bir il doğma kəndlərində kolxozda işləyib və 1952-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbə vaxtlarından Akademik Milli Dram Teatrının yardım heyətinin tərkibində müxtəlif tamaşalarda kütləvi səhnələrdə çıxış edib.

Onun aktyor sənəti müəllimi görkəmli aktyor və rejissor Rza Təhmasib olub. 1956-cı ildə ali təhsilini başa vuran Bürcəli Əsgərov sentyabr ayının 12-də Akademik teatrın aktyor truppasına işə götürülüb. Həmin gündən indiyə qədər arada heç bir fasilə olmadan bu kollektivdə işləyir. O, teatrda rejissorlardan Ədil İsgəndərovun, Səftər Turabovun, Əliheydər Ələkbərovun, Nəsir Sadıqzadənin, Ələsgər Şərifovun, Tofiq Kazımovun, Əşrəf Quliyevin, Məmmədkamal Kazımovun, Fikrət Sultanovun, Azər Paşa Nemətovun, Mərahim Fərzəlibəyovun, Bəhram Osmanovun, Mehriban Ələkbərzadənin quruluş verdikləri müxtəlif üslublu və janrlı tamaşalarda rollar oynayıb.

Bürcəli Əsgərovun yaradıcılığında faciə, dram, komediya, tragikomediya rolları vardır. Aktyor bütün janrlı səhnə əsərlərində sərbəst, yaradıcılıqla və dinamik ehtirasla oynayır.

Bürcəli Əsgərov ilk növbədə tipik və xarakterik rollar aktyorudur. Eyni zamanda müəyyən tamaşalarda baş rolları və bəzi əsərlərdə isə epizod personajların səhnə taleyini oynamışdır. Yaradıcılığının potensial imkanlarına, poetika göstəricilərinin estetik səciyyələrinə görə romantik aktyor məktəbinə daha uyğun gəlir. Realist və lirik psixoloji üslublu tanıaşalarda da yaddaqalan bədii drarmatik surətlər oynayıb. Öz rollarını, xususən klassik əsərlərdəki obrazları əsasən daxili ehtirasla və romantik vüsətlə oynamağa üstünlük verir.

Aktyorun qırx yeddi illik səhnə fəaliyyətində yaradıcı obrazları bu ardıcıllıqla vermək olar. İkinci cavan və Simon. “Şeyx Sənan”, Hüseyn Cavid. Kamil. “Qəribə adam”, Nazim Hikmət. Gülverdi və Barat. “Almaz”, Cəfər Cabbarlı. Bizans elçisi. “Cavanşir”, Mehdi Hüseyn. Tapdıq və Mehdi. “Qaçaq Nəbi”, Süleyman Rüstəm. Vasilyev, Zabit və Mins. “Tufanlı il”, Aleksey Kapler. Senat zabiti. “Otelio”, Vilyam Şekspir. Rauf və Professor Şahbazov. “Göz həkimi”, İslam Səfərli. İşçi Səməd. “1905-ci ildə”, Cəfər Cabbarlı. Toğrul. “Od gəlini”, Cəfər Cabbarlı. Rəşid. “Kəndçi qızı”, Mirzə İbrahimov. Lu Da Xay. “Tufan” (“Tayfun”), Tsao Yuy. Zaman və Bayram. “Dönüş”, Cəfər Cabbarlı. Leytenant. “Ana ürəyi”, İslam Səfərli. Kamil. “Dağlar qızı”, Adil Babayev. Kamal. “Əliqulu evlənir”, Sabit Rəhman. Zahid və Lütfiyar. “Əcəb işə düşdük”, Şıxəli Qurbanov. Toğrul. “Bağlı qapılar”, Həsən Seyidbəyli. Heydər bəy. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə. Bəhram. “Səyavuş”, Hüseyn Cavid. Sekst Pompey. “Antoni və Kleopatra”, Vilyam Şekspir. Furmanov. “Tanya”, Aleksey Arbuzov. Əli bəy, Arşak, Şaliko, Əhməd kişi, Eldar və Vidadi. “Vaqif”, Səməd Vurğun. Leopaço. “Dəlilər” (“Valensiya dəliləri”), Lope de Veqa. Aryaka. “Hind gözəli”, Yuri Osnos və Viktor Vinnikov. Qardaşxan. “Yaxşı adam”, Mirzə İbrahimov. Raymond. “Orlean qızı”, Fridrix Şiller. Şamil. “Yalan”, Sabit Rəhman. Lətif. “Söz yarası”, Qeybulla Rəsulov. Şəkinski. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı. Kölgə. “Hamlet”, Vilyam Şekspir. İki quruluşda. Murad. “Nakam qız”, Aleksandr Şirvanzadə. Zabit. “Canlı meyit”, Lev Tolstoy. Məlik şah və Yusif. “Xəyyam”, Hüseyn Cavid. İppolit. “Zamanın hokmü”, Nikolay Poqodin. Hüseyn. “Küləklər”, Sabit Rəhman. Cimmi Kanana. “Qızıl”, Yucin ONil. Qaynar. “Əks-səda”, Nəbi Xəzri. Ağabəy Məhəmməd. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı əsəri əsasında Tofıq Kazımovun işləməsi. Bəhram. “Solğun çiçəklər”, Cəfər Cabbarlı. Hacı Məhəmməd ƏIi. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə. Hacı Əsədulla. “Mənsiz dünya”, Nəbi Xəzri. Möhsünzadə. “Unuda bilmirəm”, İlyas Əfəndiyev. Bədirov. “Ümid”, Maqsud İbrahimbəyov. Vəzir. “Məhəbbət əfsanəsi”, Nazim Hikmət. Mürsəl. “Yastı təpə”, Əkrəm Əylisli. Dənizçi. “Yad adam”, Leonqard Frank. Qoca Knyaz. “Xurşid banu Natəvan”, İlyas Əfəndiyev. Banko. “Maqbet”, Vilyam Şekspir. Birinci zabit. “İblis”, Hüseyn Cavid. Qara. “Qarabağ əfsanəsi”, Qeybulla Rəsulov. Aslanov. “Səadət sorağında”, Xalid Əlimirzəyev. Kiçik səhnədə. Məcid Zeynallı. “Təhminə və Zaur”, Anar. Kostılyev. “Həyatın dibində”, Maksim Qorki. Hacı Fərhad. “Şeyx Xiyabani”, İlyas Əfəndiyev. Ataxan. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev. Dəmirov. “Qızıl teşt”, Seyran Səxavət. Afşar Hüseyn. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev. İlyas İsbatov. “Gülüstanda qətl”, Cəmil Əlibəyov. Qəni müəllim. “Gecə döyülən qapılar”, Nəbi Xəzri. Cığatay. “Məhəbbət yaşadır”, Nahid Hacızadə. Xoca Abdulla. “Min illərin işığı”, Kamil Abdullayev. Curxan. “Qisas qiyamətə qalmaz”, Nahid Hacızadə. Cavad xan. “Hökmdar və qızı”, İlyas Əfəndiyev. İgid və Azər baba. “Fərhad və Şirin”, Səməd Vurğun. Müxtəlif quruluşlarda. Şairin atası. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov. Nazim paşa. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı. Şahbaz bəy. “Eşq və intiqam”, Süleyman Sani Axundov. İlk növbədə teatr aktyoru olan Bürcəli Əsgərov “Azərbaycanfilm”in istehsal etdiyi “Onu bağışlamaq olarmı?” bədii filmində Leytenant Rəsulov roluna çəkilib. Bürcəli Əsgərov 2000-ci ildən, həmçinin Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor işləyir. O, burada Hidayətin “Məhəbbət yaşayır hələ”..” (Əliş Vəlişoviç), “Durnalar qayıdanda” (Vəli Qulamoviç), Sabit Rəhmanın “Yalan” (Saleh), Ağarəhim Rəhimovun “Əsgər anası” (Kamal) əsərlərinin tamaşalarında oynayıb. Teatr sənətində qazandığı nailiyyətlərə, uğurlu aktyor ifalarına görə 1982-ci il dekabr ayının 1-də Azərbaycan Respublikasının əməkdar artisti fəxri adı ilə təltif olunub. (ATV.az)

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Comments are closed, but trackbacks and pingbacks are open.