Qibləni necə təyin etmək olar
Və aleykum Salam. Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).
Allergiyanın olmasını necə bilmək olar?
Gündəlik həyatımızda bir çox halarda biz respirator allergiya ilə rastlaşırıq. Belə reaksiya toza, ətirlərə, bitki çiçəkləri tozcuqlarına və s. qarşı baş verir.
Respirator allergiyalarüçün, bizim bir çox hallarda soyuqdəymə adlandırdığımız əlamətlər xarakterik olur: asqırmaq, duru su şəklində ifrazat ilə müşayət olunan zökəm, öskürək, asqırmaq, bunrunda qaşınma hissiyyatı. Havada mövcud olan allergenlər, bundan başqa gözlərin yaşarması, gözlərdə ağrı, qızarma, şişkinlik, qaşınma kimi əlamətlərin yaranmasına da səbəb ola bilər.
İnsan özündə bu əlamətləri müşahidə etdikdə, adətən, onda kəskin respirator virus infeksiyasının (KRVİ) və ya qrip xəstəliyinin olduğunu düşünərək, bu xəstəliyin əlamətlərini aradan qaldırmaq üçün lazım olan dərman preparatlarından istifadə etməyə başlayır. Ancaq respirtor infeksion xəstəliklərdən fərqli olaraq, allergiya bu dərmanlarla müalicəyə tabe olmur. Bundan başqa, allergiya bədən hərarətinin yüksəlməməsi ilə müşayət olunmur. Allergiyanı KRVİ ilə eyniləşdirən – asqırmaq, burun yollarının tutulması, zökəm kimi əlamətlər də tam başqa xarakterdə olur. Məsələn, allergiya zamanı baş verən asqırma, çoxsaylı, tutmaşəkilli olur. Asqırma tutmaları heç bir aydın səbəb olmadan günlərlə davam edir.
Allergiya zamanı burundan xaric olan ifrazat adətən şəffaf və duru, soyuqdəymə vaxtı isə adətən qatı və sarımtıl olur. Bundan başqa, allergiya zamanı burundan ifrazatın gəlməsi hər hansı bir soyuqdəymə ilə müşayiət olunmur və günlərlə, bəzən isə həftələrlə də davam edə bilər.
Allergiya zamanı burun boşluğunun selikli qişası iltihablaşaraq və qalınlaşaraq (şişkinləşərək) burun yollarını qapayır. Bu isə burun seliyinin normal şəkildə xaric olmasını pozur və ya tamamilə mümkünsüz edir. Burunu təmizləmək cəhdləri heç bir nəticə vermir və əksinə – burun yollarının tutulmasını daha da artır.
Bir çox hallarda biz gözümüzə düşmüş müxtəlif tozları, kirpiyi, qum dənəsini və bu kimi digər yad cisimləri xaric etmək üçün gözlərimizi ovxalayırıq. Ancaq gözümüzün qıcıqlanmasına səbəb olan yad cismi xaric edəndən dərhal sonra biz gözlərimizi daha ovxalamırıq. Ancaq sizin gözünüzdə allergiya olduğu halda vəziyyət kəskin şəkildə fərqlənir: gözlərdə olan qaşınma heç bir xarici səbəb olmadan başlayır və heç bir müdaxilə onu azalda bilmir. Bu qaşınma həftələrlə davam edə bilər. Gözlərində allergik xəstəliyi olan xəstələrdə – gözlərində yad cismin olması, qaşınma, yandırma, gözlərin yaşarması kimi şikayətlər olur. Belə xəstələrin göz qapaqları adətən qızarmış və şişkinləşmiş olur.
Statistikaya əsasən, respirator allergiyadan sonra ikinci yerdə kontakt allergik reaksiyaları – dermatozlar durur. Bu dermatozlar kosmetikadan istifadə olunduqda, farmasevtik preparatlarla, məişət kimyası və bir çox digər maddələrlə (orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq) işləyərkən baş verir. Allerqodermatozların əlamətləri: dəridə səpgilərin, suluqların əmələ gəlməsi, onun qızarması, qaşınması, şişkinləşməsi, quruluq, qabıqvermə.
Qida məhsullarına və dərmanlara qarşı olan allergiyalar daha qorxulu hesab olunur. Orqanizmə mədə-bağırsaq traktı vasitəsi ilə daxil olan bu allergenlər, ürəkbulanma, qusma, dilin, qırtlağın şişkinləşməsi, diareya (ishal), qarında ağrılar kimi əlamətlərlə müşayiət olunurlar. Bəzi hallarda bir müddət sonra isə dəridə də allergik əlamətlər (səpkilər, şişkinlik) yarana bilər.
Allergik aktivliyi dərəcəsinə görə qida maddələri üç qrupa bölünür:
– Yüksək allergik aktivlik: inək südü, balıq, yumurta, sitrus meyvələri, qoz-findıq, bal, göbələklər, toyuq əti, çiyələk, moruq, ananas, yemiş, xurma, nar, qara qarağat, böyürtkən, şokolad, kofe, xardal, tomatlar, kök, çuğundur, kərəviz, buğda, çovdar, üzüm.
– Orta allergik aktivlik: şaftalı, ərik, qırmızı qarağat, quş üzümü, düyü, qarğıdalı, qarabaşaq, yaşıl bibər, kartof, noxud, donuz əti, hinduşka əti və dovşan əti.
– Zəif allergik aktivlik: yunan qabağı, patisson, turp, balqabaq (açıq rəngdə olanlar), turş-şirin almalar, banan, badam, ağ qarağat, motmotu (“krıjovnik”), qara gavalı, gavalı, qarpız, kahı, qoyun əti.
Bəzi hallarda allergiyanın səbəbi insanın qəbul etdiyi qida yox, onun tərkibində olan müxtəlif qida əlavələri olur (rəngvericilər, aromatizatorlar, emulqatorlar və ya konservləşdirmədə istifadə olunan müxtəlif maddələr).
Allergiyanın özünü büruzə verən ən ağır forması – anafilaktik şokdur. Bu, əksər hallarda orqanizmə dərman preparatlarının (xüsusən də damar daxilinə) yeridilməsinə, az-az hallarda isə həşaratların dişləməsinə cavab olaraq yaranır. Anafilaktik şokun əlamətlərini hər bir şəxs bilməlidir. Tənəffüsün çətinləşməsi, huşun itirilməsi, qıcolmalar, bədənin bütün dəri örtüyünün səpməsi, qeyri-iradi sidik və nəcis ifrazı, qusma – anafilaktik şokun əsas əlamətləri hesab olunur. Anafilaktik şokun ilk əlamətləri qeyd olunan kimi tez bir zamanda “təcili yardım” çağırmaq lazımdır.
Saglamolun.Az
Qibləni necə təyin etmək olar?
Salam! Eyer bir insan basqasinin evinde qibleni tapmazsa ne etmeli? xais edirem cavablayardiz onceden Allah razi olsun.
Və aleykum Salam. Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).
Aybaşı əlamətləri
Menstruasiya tsikli bir neçə dövrə bölünür. Hər bir mərhələnin özünəməxsus simptomları vardır. Aybaşı əlamətlərinə əsasən kritik günlərin nə vaxt başlayacağını öyrənmək mümkündür. Məsələn, tsikl follikulun əmələ gəlməsi ilə başlayır. Bu, aybaşı tsiklinin 1-ci gününə təsadüf edir. 11-14 gün sonra follikul partlayaraq, yumurtahüceyrəni xaric edir. Həmin faza ovulyasiya adlanır.
Ovulyasiya əlamətləri
Bu simptomlar aybaşı öncəsi təzahür etdiyindən ilk əvvəl onlar haqqında danışmaq məqsədəuyğundur. Kritik günlərdən qabaq aşağıdakı əlamətlər müşahidə olunur:
- iştahın artması;
- əhval-ruhiyyənin dəyişməsi;
- şirniyyata meyllik;
- yuxusuzluq;
- emosional gərginlik.
Aybaşı əlamətləri – predmenstrual sindrom
Predmenstrual sindrom aybaşıdan əvvəl rast gəlinir. Onun əlamətləri:
- bel və ya qarnın aşağı hissəsində ağrılar;
- iştahın artması;
- temperaturun yüksəlməsi;
- yorğunluq;
- yuxululuq.
Bundan başqa döş ağrıları meydana çıxır. Çünki süd vəziləri bu dövrdə həssaslaşır və bir qədər böyüyür. Adi günlərdə geyinilən büstqalterin diskomfort yaratması böyük ehtimalla ilkin aybaşı əlamətləri, yəni premenstrual sindroma işarədir.
Ümumi aybaşı əlamətləri
Tezliklə menstruasiyanın başlanacağını anlamaq üçün axıntılara fikir vermək məsləhətdir. Belə ki, aybaşı yaxınlaşdıqca axıntı ağ və ya açıq-sarımtıl rəngdə, turş qoxulu olur. Miqdarı bir qədər artır. Ancaq axıntılarla yanaşı uşaqlıq yolunun qaşınması və ya göynəmə varsa, bu, normal əlamət deyil, mikrofloranın pozulmasından xəbər verir. Belə vəziyyətlərdə ginekoloqa getmək tövsiyə olunur. Ümumi aybaşı əlamətləri aşağıdakılardır:
- ürəkbulanma;
- başgicəllənmə;
- yorğunluq;
- yuxululuq;
- qıcıqlanma, gərginlik.
Aybaşının başlamasını öncədən necə təyin etmək olar?
Bəzən ilkin aybaşı əlamətləri aldadıcı olur. Məsələn, vitamin çatışmazlığı, xroniki yuxusuzluq zamanı qadında sadaladığımız simptomlar təzahür edə bilər. Həmçinin aybaşı yenicə bitdikdə həmin əlamətlərlə qarşılaşmaq olar. Bu çaşqınlığı aradan qaldırmaq üçün apteklərdə ovulyasiya testi satılır.
Onu menstruasiya başladıqdan 11-14 gün sonra alıb istifadə etmək mümkündür. Test pozitiv göstərdikdə, bu tarixin üzərinə 2 həftə əlavə edib, növbəti aybaşı hesablana bilər. Əgər menstruasiya 2-5 gün geciksə, narahat olmağa dəyməz. Orqanizmin vəziyyətinə bir çox faktorlar təsir edir. Onlara stress, aclıq, ağır pəhrizlər, hətta iqlim dəyişiklikyi aiddir.
İlkin aybaşı əlamətləri, predmenstrual sindromdan necə qurtulmaq olar?
Orqanizmdə hormonal sıçrayışlar səbəbindən bu əlamətləri idarə etmək mümkün olmasa da, həkimlər qıcıqlanma və emosional gərginliyi azaltmaq üçün qadınlara efir yağları əlavə edilmiş köpüklü vanna qəbul etməyi tövsiyə edirlər. Çiməcəyiniz suya portağal, yasəmən, berqamot yağlarından 2-3 damcı qata bilərsiniz. Çox kəskin və ya şirin ətirlər ürəkbulanma verdiyindən belə efirlərdən istifadə etməyin.
Aybaşı əlamətləri – ağrını necə azaltmalı
Qarnın aşağı hissəsində dartılmalar və sancı olduqda otağı havalandırmaq, yatmazdan əvvəl 1 çay qaşığı bal əlavə edilmiş isti süd, çobanyastığı çayı içmək məsləhətdir. Ağrıkəsicilər (No-şpa, Spazmalqon və s.) əvəzinə qeyri-steroid iltihabəleyhinə dərmanlar (Naproksen, İbuprofen) daha effektivdir.
Comments are closed, but trackbacks and pingbacks are open.