Ali məktəb müəllimi
Qarabağda atışma: hər iki tərəfdən itkilər var – RƏSMİ
Ali məktəb müəllimi fealiyyetinin psiholoji tehlili
Ali məktəb müəllimləri gənc nəslin təlim-tərbiyə olunması kimi məsuliyyətli və şərəfli bir peşəni yerinə yetirən pedaqoqlardır. Pedaqoji fəaliyyətdə əsas simalardan olan müəllim əgər ünsiyyətin yaradılması mexanizminə yiyələnməyi bacarıbsa, onda o, ali məktəblərdə təhsil alan tələbələrdə təlim-tərbiyə prosesinin səmərəliliyini artırmağa nail ola biləcəkdir. Ona görə ki, pedaqoji fəaliyyət tələbatdan yaranır, tələbatların ödənilməsi ilə təşəkkül tapır. Məhz bu zaman pedaqoji fəaliyyət prosesində müəllim şəxsiyyəti formalaşır. Burada pedaqoji fəaliyyət dedikdə ali məktəblərdə tələbələrin təlim-tərbiyəsi prosesinə yönələn fəaliyyət başa düşülür.
Ali məktəb auditoriyalarının kürsüsündən mühazirə oxuyan müəllimlər tədris etdiyi fənnin ali səviyyədə mənimsədilməsinə bilavasitə məsuldur. Buna görə də belə müəllimlər öz ixtisaslarını mükəmməl bilməklə yanaşı, onun mənimsədilməsi mexanizmini də peşə qabiliyyətinə çevirməyi bacarmalıdırlar. Çünki cəmiyyətimizin gələcəyi ali məktəblərdə dərs deyən müəllimlərin pedaqoji ustalığının nəticəsindən asılıdır. Bu mənada ali məktəblərdə müəllim işləmək insan fəaliyyətinin ən mürəkkəb növlərindən biridir.
Müəllim peşəsi təkcə öyrətmək və tərbiyə etməklə məhdudlaşmır. Müəllimin başlıca vəzifəsi təlim prosesini idarə etməkdir. Yəni ali məktəbdə tələbələrdə müasir dünyagörüş formalaşdırmaq və onu inkişaf etdirmək, öyrədilən peşə üzrə sərbəst təhlil və müşahidə aparmaq bacarığı aşılamaq təlim prosesinin əsas amillərindəndir. O həmçinin təlim prosesinə rəhbərlik edir və onu birbaşa məqsədə doğru istiqamətləndirir, yəni verilən biliyin ağılda inikasını təmin edir. Belə olduqda tələbə yaradıcı insan kimi yetişir və nəticədə, savadlı, bacarıqlı kadr hazırlığı prosesi uğurla başa çatmış olur. Vaxtilə məşhur yunan filosofu Sokrat peşəkar pedaqoqları “əqlin törədiciləri” adlandırmışdır.
Ali məktəb müəlliminin vəzifələrindən biri də ali tərbiyə prosesini həyata keçirməkdir. Bu, o deməkdir ki, müəllim auditoriyada təhsilin məzmunu ilə təlimin forma və metodlarını vəhdətdə təşkil etməyi bacarmalıdır. Başqa sözlə, müəllim keçilən mövzuya uyğun forma və metodlardan düzgün istifadə etməklə gənc tələbələri həmin mövzunu ətraflı öyrənməyə təşviq etməlidir. Tanınmış rus pedaqoqu K.D.Uşinski belə müəllimləri “gənc qəlblər üçün məhsuldar Günəş şüaları”na bənzətmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarından istifadənin geniş yayıldığı müasir günümüzdə ali məktəb müəllimi keyfiyyətli tədrisə nail olmaq üçün mühazirə və seminarlarını bu texnologiyaların imkanlarından istifadə etməklə aparmalıdır. Müasir dünya təcrübəsi göstərir ki, İKT-dən istifadə etməklə qurulan müasir təhsil modeli ali məktəbin pedaqoji heyəti qarşısında yeni tələb və vəzifələr qoyur.
Bütün bu sadalanan təlim-tərbiyə prosesinin uğurla həyata keçirilməsi üçün ali məktəblərdə təlim-tərbiyə prosesində müəllim və tələbələr arasında qarşılıqlı münasibət düzgün qurulmalı, müəllim və tələbələrin bir-birləri ilə informasiya mübadiləsi təşkil etmələri üçün sağlam mühit formalaşdırılmalıdır. Belə olan halda pedaqoji münasibət yaranmış olur ki, bu münasibətin müvəffəqiyyətlə qurulması pedaqoji ünsiyyətdən çox asılıdır. Ona görə ki, pedaqoji ünsiyyət, yəni verilən biliyin müəllim və tələbələr arasında sərbəst müzakirəsi olmadan heç bir müəllim tələbələrlə birgə fəaliyyətə nail ola bilməz. Məhz birgə fəaliyyət sayəsində müəllim və tələbələr bir-birlərini daha çevik başa düşür, müəllim öz bilik və təsəvvürlərini, mühazirələrini, rəy və münasibətlərini tələbəyə daha asan çatdıra bilir. Bu ünsiyyət tələbələrin hərtərəfli inkişafına, formalaşmasına, onlar arasında sosial mühitin yaradılmasına və qrupdakı sosial-psixoloji prosesləri idarə etməyə imkan verir. Pedaqoji ünsiyyət mədəniyyəti isə müəllimin ünsiyyətin üsul və texnikasına dərindən yiyələnməsinin, pedaqoji ustalığının və yaradıcılığının nəticəsidir.
Ali məktəbin auditoriya və laboratoriyalarında müəllimin tələbəyə müraciət tərzinə görə ünsiyyəti bir neçə növə bölmək mümkündür: 1. təşkiledici; 2. qiymətləndirici; 3. intizamyaradıcı.
Ali məktəbdə müəllimlə tələbə arasındakı münasibətin səmərəli olması ünsiyyətin motivlərindən də asılıdır. Bu motivin düzgün dərk edilməsi pedaqoji ünsiyyəti səmərəliləşdirir. Həmçinin müəllim və tələbə arasındakı münasibətlər xarici və daxili şərtlərlə də bağlı ola bilir. Ona görə ki, ünsiyyətin qurulduğu mühit və vəziyyət onun ən vacib şərtlərindən biridir.
Unutmamalıyıq ki, müəllim-tələbə münasibəti o zaman yüksək nəticələrə səbəb olur ki, onun əsasında qarşılıqlı hörmət və humanist münasibət dayanır.
Pedaqoji səriştəsi yüksək olan müəllim pedaqoji fəaliyyətində müxtəlif xarakterli tələbələrlə qarşılaşacağını əvvəlcədən müəyyənləşdirərək onların heç birini diqqətdən kənarda saxlamamağa çalışır, hər birinin fərdi xüsusiyyətinə dərindən bələd olmağı gələcək dərslərinin yüksək səviyyədə təşkilinin əsas arqumenti hesab edir. Bu isə müəllimdən səbir, təmkin, pedaqoji ünsiyyətin qayda-qanunlarına bələd olmaq, bacarıq və ali mədəniyyət tələb edir. Bu mənada ali məktəb müəllimi mərhəməti, dözümlülüyü, vicdanı, məsuliyyəti, vətənpərvərliyi, eləcə də mehriban və yüksək mədəniyyətə malik olmaq kimi insani keyfiyyətləri ilə səciyyələnir.
Tələbə şəxsiyyətinin formalaşmasında müəllimin təvazökarlığı və özünə qarşı tələbkarlığı da mühüm rol oynayır. Bu isə əsl müəllim üçün xarakterik haldır. Həmçinin müəllim tədris ili müddətində tələbənin fəaliyyətinə tələbkar olmalı, eyni zamanda onun fikirlərinə hörmətlə yanaşmalı, bir şəxsiyyət kimi inkişafına kömək etməli və bu münasibətləri hər zaman eyni səviyyədə aparmağı bacarmalıdır. S.Makarenko qeyd etmişdir ki: “Pedaqoji ustalıq peşədir və onu öyrənmək lazımdır. Ustalığın mahiyyəti isə müəllimin təşkilatçılıq qabiliyyətindədir”.
- Müəllim üçün ən vacib keyfiyyətlər humanizimdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu münasibət konkret işlərdə və hərəkətlərdə öz ifadəsini tapır. Humanist münasibətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, tələbkarıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdən və s ibarətdir.
- Müəllim həmişə fəal, yaradıcı şəxsiyyətdir.Sinif və uşaq kollektivi kimi mürəkkəb orqanizmə pedaqoji rəhbərliyi həyata keçirmək üçün müəllim inadlı,qətiyyətli olmaklı, hər hansı bir situasiyanı müstəqil həll etməyə hazır olmalıdır. Dözümlülük, özünü ələ ala bilmək müəllim peşəsi üçün zəruri olan keyfiyyətlərdəndir. Peşəsində öz aparıcı mövqeyini saxlamağı bacarmalıdır.
- Ədalətlilik müəllimin peşə keyfiyyətlərinin ayrılmaz hissəsidir. Müəllim sistematik olaraq şagirdlərin bilik,bacarıq və hərəkətlərini qiymətləndirməlidir. Ona görə də onun qiymətləndirmə ilə bağlı mühakimələri, fikirləri məktəblilərin inkişaf səviyyəsinə uyğun gəlməlidir. Şagirdlər müəllimin obyektivliyi haqqında bunlara görə fikir yürüdürlər. Heç bir şey obyektiv olmaq bacarığı qədər müəllimin əxlaqı nüfuzunu möhkəmləndirə bilmir. Müəllimin qərəzçiliyi, subyektivliyi təhsil-tərbiyə işinə çox zərər vurur.
- Müəllim tələbkar olmalıdır. Bu, onun müvəffəqiyyətli işinin mühüm şərtidir. Müəllim ilk növbədə özünə yüksək tələblər verməlidir, çünki özündə olmayan şeyi başqasından tələb etmək olmaz. Pedaqoji tələbkarlıq ağlabatan olmalı, inkişaf edən şəxsiyyətin imkanlarını nəzərə almalıdır.
- Müəllimin yumor hissi pedaqoji prosesdə mövcud ola bilən güclü gərginliyi neytrallaşdırır. Deyirlər ki, şən müəllim qaraqabaq müəlliməyə nisbətən daha yaxşı öyrədir. Bu, sinifdə nisbətən emosional fon yaratmağa kömək edir.
- Pedaqoji takt haqqında xüsusi danışmaq lazımdır. Pedaqoji takt xüsusi bacarıq növü olub, şagirdlərlə ünsiyyətdə müəyyən hədlərə riayət etmək deməkdir. Takt tərbiyəçinin, müəllimin ağlını, hisslərinin və ümumi mədəniyyətinin ümumiləşmiş ifadəsidir. Şagird şəxsiyyətinə hörmət etmək pedaqoji taktdın özəlliyidir. Şagirdləri başa düşmək müəllimə qeyri – taktiki hərəkətlərə yol verməyə imkan vermir, konkret situasiyada optimal təsir vasitələri seşməyə kömək edir. Müəllim təkcə biliklərdə öz əksini tapan ideyalarla tərbiyə tmir, o, həm də ideyaları sinfə ncə çatdırması ilə tərbiyə edir.Təlimdə təkcə ağıllılar bir- birinə təsir etmir, həm də, müəllimin qəlbi şagirdin qəlbi ilə təmasda olur.
- Şagirdin tədris fənni ilə görüşünün taleyi xeyli dərəcədə müəllim-şagird sistemində münasibətlərin quruımasından asılıdır. Bu bir faktırki, riyaziyyat müəlliminə böyük rəğbət, məhəbbət olmasa , riyaziyyatı sevmək olmaz. Ədəbiyyat müəllimini başa düşmədən incəsənəti sevmək mümkün deyil.
1.Diktator modeli («Monblan»). Bu cür müəllimlər dərs dedikləri şagirdlərdən (tələbələrdən) bir növ təcrid olunurlar. Onlar yalnız şagirdlərə (tələbələrə) bilik vermək, öz hazırlıq səviyyələrini nəzərə çarpdırmağa çalışırlar. Şagirdlər onun üçün yalnız adi dinləyici kütləsi olur. Onların arasında heç bir qarşılıqlı təsir mövcud olmur. Müəllimin pedaqoji funksiyası yalnız məlumat verməklə məhdudlaşır.
Nəticədə – psiхoloji təmas olmur, buradan isə şagirdin, tələbənin təşəbbüskarsızlığı, passivliyi yaranır.
2.Təmassız model («Çin səddi»). Bu cür model özünün psiхoloji məzmununa görə birinciyə yaхın olur. Fərq ondan ibarətdir ki, bu modeldə müəllim və şagirdlər arasında azacıq da olsa zəif əks əlaqə yaranır. Əks əlaqənin zəifliyi iхtiyari və ya qeyri-iхtiyari ünsiyyət maniəsi ilə bağlı olur. Bu cür maniə rolunu tərəflərdən birinin əməkdaşlıq arzusunun olmaması, məşğələnin dialoq хarakterində deyil, yalnız məlumatı çatdırmaqla məhdudlaşması, müəllimin qeyri-iхtiyari olaraq öz statusunu qeyd etməsi və s. oynaya bilər. Bu cür müəllimlər öz mövqeləri ilə hər cür başqa mülahizələri rədd edirlər.
Nəticədə – müəllimin şagirdlərlə (tələbələrlə) zəif qarşılıqlı təsiri, şagirdlərin (tələbələrin) müəllimə qarşı laqeyd münasibəti özünü göstərir.
3.Fərqləndirici diqqət modeli («Lokator»). Bu cür müəllimlər şagirdlərə, tələbələrə seçici münasibət bəsləyirlər. Onlar bütün sinfə deyil, məsələn, yalnız talantlı və yaхud zəif şagirdlərə, tələbələrə diqqət yetirirlər. Bu cür ünsiyyət modelinin yaranmasının səbəblərindən biri müəllimin dərs dediyi şagirdlərin təliminin fərdiləşdirilməsi ilə frontal yanaşmanı əlaqələndirə bilməməsi ola bilər.
Nəticədə – müəllm-şagird (müəllim – tələbə) kollektivi sistemində qarşılıqlı təsir aktı pozulur.
4.Hiporefleks modeli («Tetra quşu»). Bu cür müəllimlər ünsiyyət zamanı sanki özlərinə qapılırlar. Özlərini dinləməyə meyllidirlər. Onların nitqi ən çoх monoloji хarakter daşıyır. Danışarkən onlar yalnız özü-özünü eşidir, dinləyicilərə heç cür reaksiya, fikir vermirlər. Birgə iş zamanı da özünə qapılmış olurlar.
Nəticədə – öyrədən və öyrənənlər arasında qarşılıqlı təsir praktik olaraq mövcud olmur. Müəllim və şagirdlər (tələbələr) arasında psiхoloji vakuum sahəsi yaranır. Ünsiyyət prosesinin tərəfləri bir-birindən təcrid olunurlar.
5.Hiperrefleks modeli («Hamlet»). Bu model əvvəlkinin bir növ əksini təşkil edir. Müəllim qarşılıqlı təsirin məzmununa deyil, ətrafdakıların onu necə qavramasına fikir verir. Bu cür müəllim dərsdə sanki özünü üzür. Daima öz arqumentlərinin həqiqiliyinə şübhə edir, hər şeyə ciddi reaksiya verir.
Nəticədə – müəllimin sosial-psiхoloji həssaslığı güclənir, kəskinləşir, sinfin replikasına və hərəkətinə qeyri adekvat reaksiya verir.
6.Dəyişməyən reaksiya modeli («Robot»). Bu cür müəllimlər şəraitin dəyişməsinə baхmayaraq ünsiyyəti əvvəl planlaşdırdıqları şəkildə aparmağa can atırlar.
Nəticədə – pedaqoji qarşılıqlı təsirin səmərəsi aşağı olur.
7.Avtoritar model («Mən özüm»). Təlim prosesində bu cür müəllim yeganə və əsas iştirakçı olur. Sualı da, cavabı da, hökmü də o verir. Siniflə onun arasında yaradıcı qarşılıqlı əlaqə praktik olaraq mövcud deyildir. Müəllimin birtərəfli fəallığı şagirdlərin, tələbələrin hər cür təşəbbüsünü boğur. Şagirdlər, tələbələr özlərini yalnız icraçı kimi dərk edirlər. Onların idrak və ictimai fəallığı minimuma enir.
Nəticədə – təşəbbüskar olmayan insanlar tərbiyə olunur. Təlimin yaradıcı хarakteri itir. İdrak fəallığının motivasiya sahəsi təhrif olunur.
Nəticə etibarilə qeyd edək ki, ali məktəbdə çalışan müəllimlər vəzifəsindən, elmi dərəcəsindən asılı olmayaraq, tələbələrlə dostluq mövqeyinə üstünlük verməli, rəftarında, səmimiyyətində ideal müəllim səviyyəsini qorumalıdırlar. Ümumiyyətlə, hər bir işinin ustası olan müəllim tələbəni təlim fəaliyyətinə cəlb etməyi bacarmalı, ona tədris etdiyi fənni sevdirməklə öyrənməyə sövq etməyin səmərəli yollarının axtarışında olmalıdır. Unudulmamalıdır ki, ali məktəblər tələbələrə yalnız informasiyanın ötürüldüyü tədris müəssisələri deyildir, həm də onlara biliklərin müstəqil qazanılması üçün istiqamətlərin verildiyi ali təhsil ocaqlarıdır. Tələbələrə ən vacib təlim materialını öyrətməklə müəllim həm də dərs prosesində tələbəyə qanunauyğunluqları üzə çıxarmağı, mühüm və dərin ümumiləşdirmələr aparmağı, nəticə çıxara bilməyi və əsl tədqiqatçı olmağı öyrətmək yolunda bələdçi olmalıdır.
Ali məktəb müəllimi
2023-03-01 12:16:48
Ali məktəb müəllimi olmaq istəyənlərə təlim keçilir
Təhsil İnstitutu ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən, sənayedə və iş dünyasının müxtəlif sahələrində çalışan şəxslərin bu sahədə bilik və bacarıqlarını artırmaq məqsədilə təlimlər təşkil edir. AzEdu.az xəbər verir ki, İnstitutun məlumatına görə, təlimlər pedaqoji fəaliyyətdə ilk addım, tədrisin planlaması və tətbiqi, ali təhsilin normativ-hüquqi tənzimlənməsi, tədrisin idarə edilməsi, peşə etikası və s. kimi mövzuları əhatə edəcək. Təlim iştirakçıları pedaqoqu xarakterizə edən xüsusiyyətləri və onun rollarını, qiymətləndirmə metodlarını, təlim metodlarını, sillabusların tərtib edilməsini öyrənəcək, elmi rəhbərlik etmək üçün əsas bacarıqlara yiyələnəcək, tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edə biləcəklər. Ödənişli əsaslarla keçiriləcək təlimlərdə ali təhsilli şəxslər iştirak edə bilərlər. Sonda Təhsil İnstitutu tərəfindən iştirakçılara sertifikatlar veriləcək. Qeydiyyatdan keçən şəxslərə proqram və ödənişlə bağlı ətraflı məlumat göndəriləcək.
Bu bölməyə aid digər xəbərlər
Bakıda silahlı insident: 2 nəfər GÜLLƏLƏNDİ
2023-03-10 15:27:00
İran müxalifəti: “Məktəbli qızların zəhərlənməsi hakimiyyətinin işidir”
2023-03-09 17:28:31
Ermənistanda yeni rus məktəbləri açılacaq?
2023-03-09 15:25:37
Azərbaycanda koronavirusa yoluxma: 3 nəfər öldü
2023-03-08 22:50:00
Hərbi liseydə toplantı – VİDEO
2023-03-07 22:37:44
Xamenei nəhayət qızların zəhərlənmsinə görə göstərş verdi
2023-03-06 13:50:07
İki hərbçimiz şəhid olub
2023-03-05 20:52:47
Qarabağda atışma: hər iki tərəfdən itkilər var – RƏSMİ
2023-03-05 15:30:00
Türkiyədəki zəlzələdə ölü sayı 46 minə çatır
2023-03-04 23:50:00
Ukraynada 462 uşaq həlak olub
Ali məktəb müəllimi
Mayın 19-da Bakıda ali məktəb müəllimlərinin “SABAH”ın müəllimi” adlı birinci forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyinin “SABAH” qrupları, Azərbaycan Dövlət Pedaqoji Universiteti və “Microsoft” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən, Böyük Britaniyanın “British Council” təşkilatı və digər müvafiq beynəlxalq qurumların nümayəndələrinin iştirak etdikləri tədbirdə “SABAH” İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə müasir dünyada təhsilin mühüm rolundan danışıb. Qeyd olunub ki, forumun keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələri müəllimlərinin bilik, bacarıq və metodika ilə bağlı fikir mübadiləsi aparmaları və ali təhsilin müasir trendlərinin müzakirə edilməsidir.
Forumda “SABAH” müəllimlərinin fəaliyyəti haqqında film nümayiş olunub. Təhsil nazirinin müavini Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb və bu sənədə uyğun olaraq müasir dünyanın yeni çağırışlarına cavab verən və yüksək biliyə malik cəmiyyətin qurulması məqsədilə ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarının gənclər üçün yeni imkanlar açdığını bildirib.
Nazir müavini forumun “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ni rəhbər tutmaqla müəllimləri qlobal meyillərə uyğun olaraq yeni texnologiyaların inkişafına töhfə verməyə təşviq etmək, müəllimlərə dəstək göstərmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.
“SABAH” qruplarında təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərin səmərəliliyindən, müəllimlərin davamlı elmi inkişafının aktuallığından bəhs edən C.Bayramov bildirib ki, son üç ildə “SABAH” qruplarında tədris aparmaq üçün müraciət etmiş namizədlərin sayı dörd dəfə artıb. 2014-2015-ci tədris ilində tədris aparmaq üçün müraciət etmiş müəllimlərin sayı 450 olduğu halda, 2016-2017-ci tədris ili üçün bu rəqəm 1790-a çatıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, “Microsoft” Korporasiyasının MDB ölkələri üzrə baş direktoru Ronald Binkofski və digər çıxış edənlər də təhsilin inkişafı, “SABAH” qrupları ilə bağlı fikirlərini diqqətə çatdırıblar.
Forum işini “Təhsildə beynəlxalq trendlər və imkanlar” paneli üzrə davam etdirib. Sessiyada müvafiq qurumların nümayəndələrinin çıxışları dinlənilib. “Müasir trend və çağırışlar” sessiyasında da müzakirələr aparılıb.
“SABAH” qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilində yeddi ali təhsil müəssisəsində yaradılıb. “SABAH” layihəsinin əsas məqsədi ali təhsildə keyfiyyətin yüksəldilməsi, yeni və fərqli mühitin yaradılması, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsidir.
Hazırda “SABAH” qrupları 11 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2 min 300-dən artıq tələbəni və 600-dən çox müəllimi əhatə edir. Bu tədris ilində 740-dan çox “SABAH” tələbəsi məzun olacaq.
Comments are closed, but trackbacks and pingbacks are open.