Press "Enter" to skip to content

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul 2021-ci il tarixlərində növbəti imtahanlar keçiriləcək

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

N. M. Xudiyev Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik

Azərbaycan ədəbi dili tarixi. Ali məktəblər üçün dərslik.

Bakı, “Elm və təhsil”, 2012, 686 səh.

Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq

edilmiş proqram əsasında yazılmışdır. Kitabda mənbələr əsasında

Azərbaycan ədəbi dilinin çoxəsrlik tarixi və inkişaf dövrləri şərh olunur.

Dərslik “Azərbaycan ədəbi dilinin təşəkkül dövrü” (qədim dövrlərdən XIII

əsrə qədər), “Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında formalaşması

və inkişafı dövrü” (XIII əsrdən XVII əsrə qədər) və “Azərbaycan ədəbi

dilinin milli dil əsasında formalaşması və inkişafı dövrü” (XVII əsrdən bu

günə qədər) kimi üç mühüm bölümdən ibarətdir.

Dərslik universitet və institut tələbələri üçün nəzərdə tutulmuşdur.

Ondan müəllimlər, aspirantlar, elmi işçilər, eləcə də dilimizin tarixi ilə

maraqlananlar istifadə edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul 2021-ci il tarixlərində növbəti imtahanlar keçiriləcək.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək. 1. əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; 2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; 3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan. Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər. 4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı; 5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı. 4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər. İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: – İmtahana buraxılış vərəqəsi; – Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); – Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb. İyulun 1-də keçiriləcək imtahanlarda 17012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur. İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

Bu bölməyə aid digər xəbərlər

DİM-dən buraxılış imtahanı verəcək şagirdlərə TÖVSİYƏ

2023-03-10 09:53:00

DİM imtahanların tapşırıqlarını müzakirə etdi

2023-03-09 17:50:47

DİM GRE General Test imtahanı keçirib

2023-03-09 14:24:00

Rəqəmsal SAT imtahanı keçiriləcək

2023-03-07 10:41:36

DİM abituriyentlər üçün məsləhət mərkəzləri yaradıb

2023-03-07 10:22:46

“Rektorlar şikayət edir. ” – DİM sədri subbakalavrlardan narazıdır

2023-03-06 14:33:44

Kompüterlə imtahan keçirmək məsələsi 5 ilə həll olunacaq

2023-03-06 14:31:00

“Abituriyent” jurnalının 2-ci nömrəsi çıxıb

2023-03-06 11:39:58

Məleykə Abbaszadə ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

2023-03-06 10:47:00

Ali məktəblərə sənəd verənlərin sayı AÇIQLANDI

Ali məktəblər üçün dərslik: “Azərbaycan multikulturalizmi”

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi üç il ərzində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxlu sayda regional və beynəlxalq layihələrə imza atıb.

BBMM-dən AZƏRTAC-a bildiriblər ki, bu layihələrə hazırda iyirmi xarici ölkə universitetində, ölkəmizin isə qırx ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən, onlarla xarici ölkəni təmsil edən yüzlərlə gəncin platforması olan “Azərbaycanın Gənc Dostları Klubu”, Yay və Qış Multikulturalizm məktəbləri, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması da daxildir. Mərkəzin Türkiyə, Rusiya, Almaniya, İndoneziya, Portuqaliya, Bolqarısan, İtaliya, Belarus, Litva, Gürcüstan, Ukrayna, Çexiya və başqa ölkələrin nüfuzlu universitetlərində və ölkəmizdəki ali təhsil ocaqlarında tədris fəaliyyətini elmi ədəbiyyatla təchiz etmək üçün 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində ilk dəfə Azərbaycan multikulturalizminin qaynaqları seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəşr olunub. Tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən BBMM-in növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi olub. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu dərslik ADU-nun elmi şurasının tövsiyəsi ilə nəşr edilib. Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiya daşıyan belə bir dərsliyin ilk dəfə nəşri əlamətdar hadisədir.

Belə ki, qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları dərslik təkcə Azərbaycan multikulturalizminin ayrı-ayrı istiqamətlərinin, dərin tarixi, mədəni, fəlsəfi, sosial qaynaqlarını, ölkəmizin multikultural təhlükəsizlik konsepsiyasını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin formalaşmasına verdiyi əvəzsiz töhfələrin fərqli aspektlərdən təqdimatını deyil, həm də dünyadakı mütərəqqi multikulturalizm modellərini müqayisəli əsasda tələbələrə təqdim edir. Dərsliyin elmi redaktoru, akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik Portuqaliyadan İndoneziyayadək müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu baxımdan dərsliyin qisa vaxtda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdəndir. Dərsliyin müxtəlif dillərə tərcüməsi Azərbaycan multikulturalizmi fənninin arealının genişlənməsini daha da sürətləndirəcək. Nəfis tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda təbliği və təşviqində öz töhfəsini verəcək.

Comments are closed, but trackbacks and pingbacks are open.