Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
Ödənişsiz əsaslarla müalicə işi 76,mamalıq işi 74, əczaçılıq 72, tibb bacısı işi 70,idman və müalicə masajı ( gözdən əlillər üçün) 30, ödənişli əsaslarla müalicə işi 66, mamalıq işi 64, əczaçılıq 62, tibb bacısı işi 62 bal olub.
Tibb kolleci keçid balları
Tibb kolleclərinin ixtisasartırma və təkmilləşdirilmə kurslarına qəbul Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim proqramına və qaydalarına əsasən keçirilir.
Tibb kolleclərinə qəbul olmaq hüququna Azərbaycan Respublikasının bütün vətəndaşları malikdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində xaricilər və vətəndaşlığı olmayan şəxslər də kollecdə ödənişli əsaslarla təhsil ala bilərlər.
Tibb kolleclərində təhsilin və diplomdan sonrakı təhsilin normativ müddəti ixtisasların xüsusiyyətlərindən asılı olaraq ixtisasın proqramında göstərildiyindən ibarətdir.
Kolleclərdə təhsil əyani formada keçirilir.
Orta məktəbi bitirən abituriyentlər TQDK tərəfindən keçirilən buraxılış imtahanlarının nəticələrinə əsasən tibb kolleclərinə qəbul olunurlar.
Əvvəlki illərdə orta məktəbi bitirib ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmayan abituriyentlər isə TQDK tərəfindən kolleclər üçün keçirilən imtahanların nəticələri əsasında yerləşdirilir.
Tibb kolleclərinə keçid balları
Abituriyentlər ixtisas seçimi ederkən əvvəlki illərdə olan keçid ballarına əsasən seçim edirlər.
1 nömrəli Bakı Tibb Kollecinə əvvəlki illərə nisbətən formalaşan keçid balları :
Ödənişsiz əsaslarla müalicə işi 76,mamalıq işi 74, əczaçılıq 72, tibb bacısı işi 70,idman və müalicə masajı ( gözdən əlillər üçün) 30, ödənişli əsaslarla müalicə işi 66, mamalıq işi 64, əczaçılıq 62, tibb bacısı işi 62 bal olub.
2 nömrəli Bakı Tibb Kolleci üçün əvvəlki ilə nisbətən formalaşan keçid balları :
Ödənişsiz əsaslarla müalicə işi 76, mamalıq işi 73, tibbi profilaktika 67, ortopedik stomotologiya 69, əczaçılıq 71, tibb bacısı işi 70, labaratoriya diaqnostikası 69, ödənişli əsaslarla müalicə işi 67, mamalıq işi 65, tibbi profilaktika 61, ortopedik stomotologiya 62, əczaçılıq 62, tibb bacısı işi 62, labaratoriya diaqnostikası 61bal olubdur.
Qeyd edim ki ixtisas seçiminə ümumi balı 30-dan Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üçün balı 8-dən az olmayan ( xarici dil fənni üzrə bal məhdudiyyəti yoxdur ) abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə isə ümumi balı 25-dən (fənlər üzrə bal məhdudiyyəti yoxdur) az olmayan abituriyentlər buraxılırlar.
Tibb kolleclərinə keçid balları-ixtisasların hər biri üzrə ayrıca ətraflı olaraq ” Abituriyent” jurnalında dərc olunur.
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb
Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlanıb Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.
25 Fevral , 2022 14:07
https://static.report.az/photo/d8cece4b-b068-31ed-bc5a-4e02a4ad9d1b.jpg
Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır. “Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb: “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur. III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 may, I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək. 5 iyunda IV qrup üzrə də imtahan keçiriləcək. II cəhd üzrə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək. Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər.
Ali məktəblərə builki keçid balları: onlar aşağı salına bilər? – VİDEO
5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT
İyulun 30-dan başlayan ixtisas seçiminin bitməsinə çox az bir müddət qalıb. Bəzi abituriyentlər ixtisaslarını seçsələr də, bəziləri hələ təsdiqləməyib. 1, 3 və 4-cü qruplarda rəqabət olsa da, ikinci qrup üzrə keçid ballarını keçənlərin sayı plan yerlərindən də aşağıdı. Yəni ali məktəb tələbəsi olmaq üçün ixtisas seçimində düzgün yanaşma həlledicidir.
Ötən illə müqayisədə bu il ixtisas qrupları üzrə plan yerlərinin sayı artırılıb. Bu isə bu il imtahan verən abituriyentlər üçün seçim şansını artırır.
Keçən ilki plan yerlərindən fərqli olaraq bu il birinci ixtisas qrupu üzrə 670, ikinci qrup üzrə 471, üçüncü qrup üzrə 832, dördüncü qrup üzrə isə 95 yer artırılıb.1 ci ,3 cü və 4 cü qruplar üzrə keçid balını keçən abituriyentlərin sayı plan yerlərindən çoxdur. Bu qruplar üzrə ixtisas seçərkən abituriyentlər xüsusən diqqətli olmalıdırlar.İkinci qrup üzrə isə vəziyyət fərqlidir.
Ekspertlərin fikrincə ,abituriyentlərin nəticələrinə uyğun olaraq bəzi qruplar üzrə keçid balları qalxa bilər.
Keçid balını keçməyən abituriyentlər də təəssüflənməsin.Onlar da müvafiq ixtisaslar üzrə seçim edə bilərlər.
Ekspertlər belə həsab edir ki,əsasən 300-400 bal toplayan abituriyentlər böyük risk altında olur və onların əsas məqsədi istədiyi ixtisası seçmək yox, hansı ixtisas olursa olsun universitetə qəbul olmaq olur. Abituriyentin balı aşağı düşdükcə seçdiyi ixtisaslarda mütəxəssis olma ehtimalı azalır və bu ixtisas üzrə təhsilini davam etmək istəyinə mənfi təsir göstərir.Qeyd edək ki,ixtisas seçimi avqustun 13 də sona çatır.
Comments are closed, but trackbacks and pingbacks are open.