Press "Enter" to skip to content

Ali məktəblər üçün fizika

İ. Nyuton – utancaq və təvazökar olub, o deyib ki, “ Hamının məni nə hesab etiyini bilmlrəm , lakin özüm – özümə dəniz qırağında oynayan və hamar daş , yaxud adi görkəmdə olmayan , gözəl baliqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş , böyük okean durur.”
Nyuton bir dəfə yumurta əvəzinə cib saatınə qaynadıb.
Nyuton həyatının son günlərində varlanıb və pul paylayıb. Nyutondan soruşublar ki, necə oldu bu qanunları bu qədər uzun müddətə ifadə etdiniz. O cavab verir ki, onun qanunları çox sadədir, o bu qanunları çox tez ifadə edib, bunlardan ötrü xeyli düşünməyə məcbur olub.
Nyutonun yatağa düşməsinin, əsəb xəstəliyinin bir çox səbəbləri olub – yatalaq xəstəliyinə tutulan anasına baxması, əlyazmalarınnın yanğın zamanı məhv olması, əvvəlki maddi çətinliyi və s.
Kembricdə professor, zərbxanada nəzarətçi və direktor, 1705- ci ildə London universitetində “ əsilzadə” titulu alıb, nökərləri , evi, faytonu olmasına baxmayaraq tənha idi. Nyuton dinə inanan olub.
Nyutonun parlametdə ən boyük çıxışı “Pəncərəni bağlayın” – deyə
xidmətçiyə müraciəti olub.
Nyuton dostunu nahara dəvət edib, bunu xidmətçiyə bildirməyib, xidmətçi stolun üstünə bir nəfərlik yemək yığıb, onun başı necə qarışıbsa dostunun gəlib, nahah edib getməsindən xəbəri olmayıb. Ayılanda “ Qəribədir stolun üstündə çirkli qabları görməsə idim, hesab edərdim ki, nahar etməmişəm “ deyərək nahar etdiyini zənn edib.

ADPU-nun alimi Azərbaycanın fizika üzrə ən gənc elmlər doktoru oldu

Aprelin 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin dosenti, fizika üzrə fəlsəfə doktoru Sakin Cabarov fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda baş tutan müdafiədə alim “Perovskitlərdə və heksaferritlərdə təzyiq və temperaturun təsiri ilə quruluş və maqnit faza keçidləri” mövzusunda elmi tədqiqat işi ilə bağlı əldə etdiyi nəticələri təqdim edib.

Universitetdən Mektebgushesi.az –a bildirilib ki, tədqiqata cəlb edilən mövzu və əldə edilən nəticələr müasir Azərbaycan fizika elmində ciddi irəliləyişdir. Qeyd edək ki, dos. S. Cabarov müasir dövrdə ölkəmizdə fizika sahəsində elmlər doktorluğu üzrə dissertasiya işi müdafiə edən ən gənc alimdir.

Qeyd edək ki, dos. S. Cabarov elmi tədqiqat işlərini Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda, Almaniyanın Hamburq şəhərində yerləşən “DESY” Elmi-Tədqiqat Mərkəzində və Almaniyanın Bayroyt şəhərində yerləşən Bayroyt Universitetinin Bavariya Eksperimental Geokimya və Geofizika İnstitutunda yerinə yetirmişdir. “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda çap olunan yüksək impakt faktorlu məqalələrin müəllifidir. Elmi əsərlərinə beynəlxalq səviyyədə çoxsaylı istinadlar verilmişdir.

Ali məktəblər üçün fizika

2018-10-18 11:09:00

Fizika fənni üzrə situasiya tipli tapşırıqlar – Abituriyentlərə hava-su kimi vacib nümunələr

2019-cu ildən qəbul imtahanları kurikulum sistemi əsasında təşkil olunacaq. 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul modelinə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Ən çox narahatlıq və sual doğuran məqam situasiya tipli test tapşırqılarıyla bağlıdır. AzEdu.az şagirdlərdə yeni model imtahanların təsəvvürünü yaratmaq məqsədilə Fizika fənni üzrə bir neçə situasiya tipli tapşırıq nümunələrini təqdim edir: Qeyd: Tapşırıqlarla tanış olmaq üçün aşağıda göstərilən linklərə daxil olmalısınız. Situasiya_fizika_2.pdf Situasiya_fizika_4.pdf Situasiya_fizika_3.pdf

Nəzrin Rüstəmova

Bu bölməyə aid digər xəbərlər

Abituriyentlərdə stress necə idarə olunmalıdır? – Psixoloqdan TÖVSİYƏ

2020-05-19 14:18:00

İmtahanlarda iştirakçılar arasında 2 metr məsafə qoyulacaq

2020-05-08 14:07:00

İmtahan mərkəzləri tibbi maskalarla təchiz olunacaq

2020-05-08 13:55:00

Buraxılış, qəbul imtahanları bu tarix və qaydalar əsasında keçirilə bilər -TƏHLİL

2020-04-10 16:08:00

Coğrafiyadan situasiya tipli tapşırıqlar – II qrup üzrə hazırlaşanlar üçün

2020-01-07 12:41:00

Polis olmaq istəyənlər üçün müsabiqə keçirilir

2019-12-05 17:40:00

Abituriyentlərin nəzərinə! – Fənlər üzrə test topluları yaxın günlərdə nəşr olunacaq

2019-11-27 15:35:00

Bu qədər abituriyent 40-dan az bal toplayıb -Kolleclərə qəbul göstəriciləri

2019-11-22 15:35:00

“150-200 bal toplayanların universitetdə təhsil alması doğru deyil” – Ekspertdən İRAD

2019-11-21 10:31:00

Ekspertdən təklif: “İnformatika fənni qəbul imtahanlarına əlavə olunmalıdır”

Fizika alimlərinin həyatından

Fizik alimlərin həyatından maraqlı hadısələr.
Qalileo Qaliley –Hollandiyada müşahidə borusunun olduğunu bilən Qaliley düşünüb “ Belə borunu görəsən gecə səmaya yönəltmək olarmı” Bu fikirlə italyan fiziki, ilk teleskopun kəşf etdi və sübut etdi ki, kainatın mərkəzində Günəş durur . Yer , digər planetlərlə onun ətrafında fırlanır. Qaliley qatı dindar olmasına baxmayaraq tanrını inkar etmir,Sadəcə onun böyüklüyü və elmin inkişaf etdirməsindən qorxub, kilsə onun kəşflərindən narazı qalıb, onu dinsiz adlandırıb, ona “Ulduz xəbərçisi” adı qoyaraq 5 mart 1616 ildə həbs edilib, 22 uyulda Qaliley təzyiq altında ona verilən testi camaat qarşısında səsləndirib və ona cəza kəsilib Alim kilsə məhkəməsində işgəncə , yandırmaqla hədələnərək onu Kopernikin təlimindən imtinaya məcbur edirlər. Əfsanəyə görə , məhkəmə salonundan şıxan Qaliley “ Hər halda o fırlanır” söyləmişdir. Vaxtı ölşmək üşün ilk dəfə kəfkirdən istifadə edib

A. Amper. – fransız fiziki və riyaziyatçısı. Amper heç vaxt məktəbdə oxumayıb, evdə təhsil alıb.

On bir yaşında çoxlu fransız kıtabları oxuyub, sonra atasının köməyi ilə

latın dilini öyrənib. Amperin on dörd yaşı olanda əsas bilik mənbəyi “ Ensiklopediya” nın iyirmı cildini oxuyub qurtarıb.

İ. Nyuton – utancaq və təvazökar olub, o deyib ki, “ Hamının məni nə hesab etiyini bilmlrəm , lakin özüm – özümə dəniz qırağında oynayan və hamar daş , yaxud adi görkəmdə olmayan , gözəl baliqqulağı tapanda sevinən uşaq kimi görünürəm, halbuki qarşımda tədqiq edilməmiş , böyük okean durur.”
Nyuton bir dəfə yumurta əvəzinə cib saatınə qaynadıb.
Nyuton həyatının son günlərində varlanıb və pul paylayıb. Nyutondan soruşublar ki, necə oldu bu qanunları bu qədər uzun müddətə ifadə etdiniz. O cavab verir ki, onun qanunları çox sadədir, o bu qanunları çox tez ifadə edib, bunlardan ötrü xeyli düşünməyə məcbur olub.
Nyutonun yatağa düşməsinin, əsəb xəstəliyinin bir çox səbəbləri olub – yatalaq xəstəliyinə tutulan anasına baxması, əlyazmalarınnın yanğın zamanı məhv olması, əvvəlki maddi çətinliyi və s.
Kembricdə professor, zərbxanada nəzarətçi və direktor, 1705- ci ildə London universitetində “ əsilzadə” titulu alıb, nökərləri , evi, faytonu olmasına baxmayaraq tənha idi. Nyuton dinə inanan olub.
Nyutonun parlametdə ən boyük çıxışı “Pəncərəni bağlayın” – deyə
xidmətçiyə müraciəti olub.
Nyuton dostunu nahara dəvət edib, bunu xidmətçiyə bildirməyib, xidmətçi stolun üstünə bir nəfərlik yemək yığıb, onun başı necə qarışıbsa dostunun gəlib, nahah edib getməsindən xəbəri olmayıb. Ayılanda “ Qəribədir stolun üstündə çirkli qabları görməsə idim, hesab edərdim ki, nahar etməmişəm “ deyərək nahar etdiyini zənn edib.

M. V. Lomonosovun fikrincə təbiətdə hər hansı rəngi yaratmaq üçün üç əsas rəngi (göy, qırmızı , yaşıl) müəyyən nisbətdə qarışdırmaq kifayətdir.

Pifaqor yumruq döyüşü üzrə olimpiya çempionu olmuşdur.

Lev Landau Bakıda anadan olub , ilk ali təhsilini də Bakida aləb. Kart oynamağı sevirdi və deyirdi “ Bu sizin üçün fizika deyil , burda düşünmək lazımdır”. I938 –ci il həbslər dalgası Landaudan yan keçmir. Alim həmin ərəfədə maye helium tədqiqatı ilə məşğul idi. Buna görə onu Nobel mükafatı gözləyirdı. Landaunun azad olunmasında P. Kapitsa və N. Borun əməyi olmuşdur. Landau həyatının sonuna qədər Kapirsaya səcdə etmişdir. Azadlığa çıxandan sonra Landau deyib “ Əvvəla mən orada tutulacağımdan qorxmurdum. İkincisi ürəyim istəyən qədər Stalini ucadan söyə bilirdim. Orada dörd ilimi tamamlamışdım” Stalin öləndə Dau sevindiyindən ortaya düşüb xeylı oynayıb. Lev Landau avtomobil qəzasından travmaya görə (6 ildən sonra- 1962 – ci ildə) xəstəxanada olanda Nobel mükafatı alması barədə xəbər alıb. Xəstəxanada olduğu üçün mükafatı ala bilməyib.1968- ci ildə əməliyyat zamanı aprelın birində dünyasını dəyişib.

A. Eynşteyn uşaqlıqda heç də istedadlı olmayıb, 9 yaşında səlist danışa bilməyib. I0 yaşından sonra Eynşteynnin intelekti və xasiyyəti formalaşmağa başlayıb. Qiymətləri 3-4 olub. İkinci il ali məktəbə daxil olub, birtəhər istitut bitirib, işsiz qalıb. Əvvəllər çox maddi çətinlik çəkən alim allahın varlığına inanırdı, dindar idi. Nisbilik nəzəriyyəsinin banisi yaxşı skripka çalırdı. Şəxsiyyətə pərəstişi sevirdi. 76 yaşında , alim vəfat edib, təntənəli dəfn mərasimi istəməyib. Vəsiyyət etmişdi ki, dəfn olunduğu yer dizli qalsın . Onun dəfnində 12 nəfər ən yaxın adam iştirak edib. Eynşteynin özünün arzuladığı kimi meyidini yandırdıqdan sonra külünü küləyə sovurublar. Eynşteyn öz həyat yoldaşına yazdığı məktubda etiraf edib ki, ən təntənəli tədbirlərdə belə corabsız olurdum, corablarımın yoxluğunu uzunboğaz çəkmələrimlə gizlədirdim.
Bir dəfə Eynşteyn fikirli halda küşədə bir dostu ilə rastlaşıb və onu evinə qonaq şağırıb:
—Axşam bizə gələrsiniz , professor Stomson da bizdə olacaq.
—Elə professor Stomson mən özüməm də?- deyə dostu təəcüblənib
—Bunun fərqi yoxdur, hər halda gələrsən, deyib.

T. Edison. Bəşəriyyət tarixində Edisondan məhsuldar ixtiraçı olmamışdır- I098 ixtira. O ilk təhsilini müstəqil olaraq evdə almışdır. Təcrübələr üçün şərait çatmadığından, 12 yaşından Edison qatarda qəzet satmağa başlayır. O , işlədiyi qatarın baqaj vaqonunda labaratoriya düzəldib , boş vaxtlarında orada təcrübələr aparırmış. Bir dəfə labaratoriyada yanğın baş verir, onu qovurlar.

Edisonun yaxşı bağ- bağatı var imiş. Yanına gündə çoxlu alimlər gəlib getdiyini görən Edison, bağını suvarmaq üçün onların enerjisindən istifadə etməyi qərara alıb. O, quyudan suyu çıxaran mexanizmi darvaza ilə əlaqələndirir. Darvazanı açanda və örtəndə quyudan suyu çıxarıb , bağçaya axıdarmış. Bir gün dostlarından biri Edisonun yanına gələrkən darvaza çətin açıldığından ona deyir: Bu qədər ixtira sahibisən , dünyanın ən məhsuldar ixtiraçısısan , yaxşı oiar ki, öz darvazanı da təkmilləşdirəsən. Edison deyir: mənim darvazam da son dərəcə məhsuldardır, hər sizin kimi dostlar gəlib gedəndə bağçam sulanır.
Edison elektrik lampası özərində təcrübə apardıqdan sonra lampa parlaq yanmır, belə qənaətə gəlir ki, həllediməz problemdir. Bir gün Edison çəkdiyi əziyyətə görə dostlarından birinə şikayət edir. Dostu : Sənin başın boşdur, bacardığın iş deyil, başqa işlə məşğul ol- deyir. Bu söz Edisona bir ideya verir. Lampanın içərisinin havasını boşaldır. Lampanı şəbəkəyə qoşanda Edison gözlərinə inanmır. Lampa parlaq yanır. Dostunun zarafatla dediyi söz Edisonu məqsədinə çatdırır.

V. Heyzenberq. Universiteti 3 ilə bitirib, 26 yaşında Leypçiq universitetinin professoru təyin edilib. 1924- cü ildə Maks Borun assisenti işləyib. 1932 – ci ildə Nobel mükafatı almışdır. Fizik 1936 –cı ildə Elizabet Şumaxerlə evlənib, 7 övladı olub.
Deyimləri: Elm stəkanından içilən ilk qurtum insanı ateist edir, lakin stəkanı dibində onu Allah gözləyir.
Yalnız çox insan bilir ki , nə qədər çox bilmək lazımdır ki, az bildiyini anlayasan. 1976- cı ildə xərçəng xəstəliyindən vəfat edib.

Mariya Küri, İren Yolio Kürı. M. Küri ilk Nobel mükafatı almış qadın alimdir. 1903-cü ildə M. Küri onun həyat yoldaşı P. Küri və Bekkerel radioaktivlik sayəsində kəşflərinə görə Nobel mükafatı almışlar. Mükafatın yarısını alıb onların elmi işlərinə sərf etmişlər. 8 il sonra Mariya kimya sayəsində kəşfinə görə ikinci Nobel mükafatı almışdır. 1906-cı ildə Pyer küçədə avtomobil qəzasından vəfat etməsi Mariyanı öz işindən döndərməmişdir. Mariya ictimai nazirliyin təsis etdiyi pensiyadan imtina etdi. 1921 –ci ildə qızları ilə ABŞ –a səfər etdi. ABŞ prezidentinin verdiyi 50 min dolları , Mariya sevimli işini davam etdirmək üçün bir qram radium almağa sərf etdi. Sonralar ona verilə ianə hesabına daha bir qram radium almışdır. Lakin sonrakı illər radiumla apardığı işlər nəticəsində onun sağlamlığı pisləşdi. Radioaktiv maddə olan zəif mavi işıq saçan kiçik ampula hər zaman Mariyanın əlində və ya talisman kimi onun boynunda oiurdu. Məhz bu Mariyanın ölümünə səbəb oldu.
Mariya çox təvazökar idi. O, mağazaya gələr , heç vaxt qiymət soruşmazdı. O , yaşadığı həyatı, çəkdiyi sarsıntıları heç bir qadına arzu etmirdi. Onun qızı İren onun yolunu davam etdirmiş. 3 dəfə Nobel
mükafatı almışdır.

N. Bor. –Ölkənin yığma futbol komandasının üzvü olub. Tomson və Rezerfordun yanında işləmişdir. İkinci dünya müharibəsi illərində N. Borun adı atom enerjisi istehsalı və atom bombası yaradılması ilə bağlı olmuşdur.

1940 –cı ildə faşistlər Danimarkaya soxulduqda Bor həbs edilmişdir. Lakin alimlərin havadarlığına görə Bora öz laboratoriyasında işini davam etdirməsinə icazə verilmir. Onun 0,I litr ağır suyu var imiş. Almanların əlinə keçməsin deyə , Bor onu şüşəyə qoyub, soyuducuda saxlayırmış. 1943 –cü ildə Amerikada atom bombası hazırlayarkən ABŞ alimləri Borun zəngin biliyinə ehtiyacı olduğundan onu sualtı qayığın mühafizəsi ilə, balıqçı adı ilə İsveçə aparmış,oradan da İngiltərəyə gətirmişlər. Bu vaxt Bor özü ilə yaşıl şüşəni götürmüşdü. Təyyarə çox yüksəkdən uçduğundan standart oksigen maskalarından heç biri Borun başına keşməmiş, və ona görə o, huşunu itirmişdir . Bor özünə gələndə ən əvvəl öz şüşəsinə baxmış, görmüşdürki, Danimarkadan gələrkən ağır su olan şüşə Danimarkada qalıb. Gizli şəraitdə Danimarkalılara tapşırılır ki, Borun şüşəsini almanlardan ələ keşirsinlər. Bu çox çətin idi. Çünki Bor yoxa çıxandan sonra almanlar onun laboratoriyasının qarşısına keşikçi qoymuşdular. Danimarkalılar Borun qiymətli şüşəsini ələ keçirib, sahibinə çardırıblar. Bor müharibə vaxtı atom bombası düzəltməkdən imtina etmlşdir.

  • Alimlər içində dərc edildi
  • Bir şərh yazın

Fizika sahəsində “Nobel” mükafatçıları

(Məlumatlar Abdulov Şükürün – Ensiklopedik məlumat kitabçasından götürülmüşdür)

Comments are closed, but trackbacks and pingbacks are open.