Press "Enter" to skip to content

Allahverdi eminov payıza qədər

Bir neçə il ötəndən sonra hiss elədim qızlar gözümdə qəribələşir. Onların sehirli baxışları olurmuş, qara-qıvrım, şabalıdı-sarı saçları olurmuş. Boy-buxunları göz qamaşdırırmış. Çox şeylər. Sadalamaq niyyətim yoxdu. Hətta ağıllı baxanda kövrək məhəbbətimdən boylanan qızlar böyüyüblər bir boy. Saçları dağılıb, əlindən düşən dolçadakı su kimi. Sinələrindən bir cüt nar peyda olub, meydan oxuyur. Toyda-mağarda atılıb düşən o qızların o bir cüt narı silkələnir, səsləyir kiminsə məhəbbətini. Bunları çox sonra anlamışam. Sən demə, bu yaxşıymış. Tez açılan tez də solurmuş.

Payıza qədər

Qadın o ağappaq gecədə biryolluq getdi. Qəribədir, adımı da anmadı .Hər kəlməsində ehtiras, məhəbbət süzülən bu qadın elə bil məni itirmək üçün gəlmişdi. Bəlkə o xəyalən mənim saçlarımı görmüşdü o ağappaq otağımda. Ürəyimin göynəməsindən ehtiyat edib, biryolluq cavanlığını yaddaşında qoruyacaq. O ağappaq gecede ağlıma gəlməzdi, bir gün saçların qırovlaşacaq. Cavanlıq köç edəcək.
Necə sevişməli
Seks: işıqlar və kölgələr.
İntim oyundan sonra
Soyuq qadın
Yaxınlığın harmoniyası

Полная версия

Читать онлайн

Отзывы о книге Payıza qədər

Нет отзывов

Добавить отзыв

Чтобы добавить отзыв Вам нужно зарегистрироваться или авторизироваться

  • Последние новинки библиотеки
  • Совет недели

Библиотека

  • Зарубежная фантастика
  • Русская фантастика
  • Cаморазвитие, личностный рост
  • Зарубежная психология
  • Попаданцы
  • Боевая фантастика
  • Героическое фэнтези
  • Еще жанры
    • Cовременные детективы
    • Любовное фэнтези
    • Личная эффективность
    • Зарубежные детективы
    • Cовременные любовные романы
    • Боевое фэнтези
    • Триллеры
    • Cовременная русская литература
    • Практическая психология
    • Зарубежная деловая литература
    • Космическая фантастика
    • Современная зарубежная литература
    • К. Нетт «Желтопузик, или Как найти себя»
    • А. Кара «Самоучитель: как построить рейх своими руками»
    • С. Джонс «Her Fist Anal-GangBang becoming their good girl sexy short stories to read in bed Champions girl for bad bad guys»
    • О. И. Аншукова «Васина сказка»
    • И. Смирнова «А единороги будут?»
    • С. В. Уткин «Взлетаю»
    • . Сэмюэль ван Альден «Последний герой в маске»

    Обратная связь

    • F.A.Q.
    • Обратная связь
    • Политика приватности данных
    • Наша почта: [email protected]

    Allahverdi eminov payıza qədər

    Bu kitab vaxtilə metrolarda , avtobuslarda gənc tələbələrin pencək altı kitab idi. Onu üzə çıxarmağa ehtiyat edən yaxud da utanan tələbələr maraqlarına güc gələ bilməyib bu əsəri pencəyin altından oxuyardılar. 1990-cı illərin gəncliyi nəhayət ki, xəyal etdikləri bir əsərlə rastlaşmışdılar. Dünya ədəbiyyatında öz cığırını açan qadın və kişi münasibətlərinin pərdə arxası yaşantıları ilk dəfə olaraq bu əsərlə Azərbaycan oxucusunun gözləri qarşısına gəldi. Pencək arxasında olsa belə.

    Beləliklə, Modern.az “Sensasiyalı əsərlər rubrikasında yazıçı-publisist Allahverdi Eminovun erotik çalarları ilə zəngin olan “Payıza qədər. Seks haqqında söhbət” kitabı haqqında məlumat verəcək.

    “Payıza qədər. Seks haqqında söhbət ” əsəri esselərdən ibarətdir.

    Erotik çalarları ilə fərqlənsə də fəlsəfi məqamları, psixoloji yaşantıları baxımından da çox dəyərlidir. Qadın – kişi arasında yaşanan mübhəm münasibətlər burada tamamilə açıq saçıq yox, fizionomik estetika istiqamətindən təsvir edilib.

    Müəllifin özü də Modern. az-a verdiyi açıqlamada əsəri daha çox estetik yöndən dəyərləndirir. A. Eminov onu da qeyd edir ki, kitabda açıq saçıqlığı yox gizli hislərin ülviliyini yazmaq istəyib. Amma təbii ki, ilk edilən cəhd heç zaman uğurla nəticələnmir. Eminovun da başı kitaba görə çox ağrıyır. Mətbuat nümayəndələri, ədəbi tənqidçilər, ziyalılar əsərin tənqidinə aid 80-dən artıq məqalə yazır. Əsərin tənqidi az qala ədəbiyyat sərhədlərini də aşaraq dövlətin kollegiya iclasına çıxacaqdı ki, müəllif özü bunun qarşısını alır. A. Eminov o zaman “Maarif” nəşriyyatının direktoru və baş redaktoru idi. Müəyyən əlaqələrdən istifadə edərək təzyiqlərin qarşısını ala bilir. İlk çapında kitab 30 min nüsxə ilə çap olunur. Azərbaycan gerçəkliyi nəzərə alaraq deyə bilərik ki, kitab inanılmaz dərəcədə tez satılır.

    O zaman cəmiyyətdə kitaba olan münasibət sıfıra yaxın idi. Bu yeganə kitab idi ki, onu həmin dövrdə piratlar da ələ keçirdilər. Bir neçə dəfə qeyri-qanuni yolla çap olunan kitab mağazalarda qətiyyən tapılmırdı. Elə bu tələbat səbəbindən onu ikinci dəfə 50 min tirajla çap edirlər. Müəllifin özü də çap və tiraj məsələsində bunları deyir: “Payıza qədər” kitabım ilk dəfə 30 min nüsxə, sonra isə 50 min nüsxə ilə çıxdı. İndi də qeyri-leqal çap olunur. Üzün dəyişdirib mənim xəbərim olmadan imzamı verərək, kitabımı çap edirlər. 10 ildir ki, o kitab satılır.

    Əsərin məqsədi nə idi sualına isə Allahverdi Eminov bu cavabı verir: “O zaman “Maarif” nəşriyyatında baş redaktor idim, dövlət televiziyasında da “Ziya” proqramını aparırdım. İlk dəfə olaraq bütün tabulara, qadağalara əhəmiyyət vermədən, qadın-kişi münasibətlərini fəlsəfi-psixoloji baxımdan qələmə almışam. İlk dəfə olaraq esse janrında yazılıb. Çox hay-küylə qarşılandı. Bütün tənqidləri səmimiyyətlə qarşıladım. Sadəcə olaraq ürəyimdən keçdi ki, görünür bu kitabı yazmaqda tələsmişəm və nə yaxşı ki, tələsmişəm. Əsər rənglər, rəng çalarlar üzərində qurulub. Təbii ki, mentalitetə görə o qədər də yaxşı qarşılamadılar. Bəziləri çox üzr istəyirəm, pornoqrafiya ilə qarışdırdı. Yüksək səviyyəli resenziyalar da var. Yuxarı dairələrdən də heç bir təzyiq olmadı, çox adi qarşıladılar. Bir müəllif kimi məni incitmədilər, sadəcə “çox risklə yazmısan” dedilər”.

    Elmin Nuri

    Текст книги “Payıza qədər”

    Allah eləsin iki belə payız ömründən artıq ömür sürək. Amma arxada həsrətlə qoyduğumuz bu həyatın dadı-duzu, lap acısı da yaddaşımızdan silinməsin. Çatdığımız ocaq alışıb yanandan sonra sarı şöləsi qalır və onun işığına əlimizi uzadıb qızınırıq. Çox şeydə adamın bəxti gətirməyəndə ya Dünyamızdan şikayətlənirik, ya da həyatımızdan gileylənirik. Buna baxmayaraq zərif ümidə bel bağlayırıq. Vay o hala ki, gördüyümüz, yaşadığımız həyatın çatdığı ocağın şöləsində isinməyə qoymasınlar. Bəli, acı da olsa belə qadağalar qabağımıza çıxıb. Və bu qadağaların xeylisi adamın özünə, onun varlığının sirlərinə tuşlanıb.

    Elə götürək, qadın-kişi münasibətlərinin intim çalarlarını. Kişi bir qadına meylinin oyatdığı mənəvi-fizioloji qiymətini inkarmı etməlidir? Niyə? Nə üçün? Halbuki kişi və qadın münasibətləri psixologiyasının bəxş elədiyi qeyri-adi təbii hissi yaşamalı, onu qiymətləndirməlidir. Eyni zamanda gənc qızlar gələcək həyat və zövq yollarında qadınlıq ləyaqətinin həyati istəyini qabaqcadan qiymətləndirməyi bacarmalıdırlar. Və həm də yaşın payız zirvəsində adamın kövrək sözə, qəmli xatirəyə böyük ehtiyacı olur. Allah amanatında payıza qədər və payızdan sonra yaşayıb, müəllifə rəhmət (diriyə də rəhmət düşür) deyərsiz.

    Kim bilir, bəlkə də payızdan sonra bir də görüşdük?!

    ÖN SÖZ ƏVƏZİ

    MƏNİ QINAYACAQSANMI?

    Bəlkə də qınadız ki, ay müəllif, sizi nə məcbur elədi qələmin ucunu çevirdiz qadın-kişi münasibətlərinə? İntim yaxınlığın çalarlarına?

    Suallar illərlə hisslərimi tarıma çəkib, özüm də bilmirəm niyə? Doğrudanmı lazım deyildi.

    Və günlərin bir günündə – bir yaz yağışında üzümü Dünyaya tutdum:

    –İnsanları gətirən, ona hədsiz-soraqsız arzular bəxş eləyəm Dünyam, nədəndir bu yaz yağışında qəlbimi coşdurursan, özümə sığışmıram. Nə sirdir bu?

    Bir səs yağışın ağappaq rəngindən çıxdı, sözümü tamamlamağa qoymadı:

    –Mahnıları dinləyəndə hansı dünyanı yaşayırsan? O dünyanı ki…

    Onun sözünü tamamlamağa imkan vermədim:

    – Onu xırdalamazlar, gözəlliyi də ondadır.

    Özümdə deyildim, özümü unutmuşdum. Özümə gəlmək istəyirdim, özüm də yaşamaq istəyirdim.

    … Yaddaşımda eləcə qalıb, eşitdiyim o mahnı. Müğənni yanıqlı səslə oxuyurdu: “Yarım, ölmək istəyirəm sənin qucağında…”

    Müğənni can atırdı yarının ağuşuna. Və bir boğazdan sonra müğənninin səsi çiçəklədi. Yarı çəkilmişdi, hicranın sızıltısı vüsalda qəhqəhə çəkirdi.

    Səs almışdı məni, “Ölüm sənin qucağında”. İlahi, ölüb-dirilmək mümkünmü? Şairlər çox cəhd eləyiblərsə, misralara baş vurublarsa… Mən niyə beləcə titrədim? Səs almışdı məni: “Ölüm sənin qucağında”. Son nəfəsdə kiminsə ağuşunda canı tapşırmaq mümkünmüş. Ruhun kəpənək qanadında ovxarlanar, çilənər bir qadının sinəsinə. Və bu ağ sinə kəsərsiz qılınctək işığında boğular.

    Səsi götürmüşdü məni: “Ölüm sənin qucağında”.Son nəfəsində bir vücudun ağuşunda can verib… ölmək?!

    Hə, musiqinin sədalarını sərbəst buraxaq, ona görə ki, bu elə-belə təsadüfi hiss deyil və elə-belə də xatırlamadım yarsız qəlb evinə süzülmüş musiqini. Oxucum, bir qədər elmi çıxsa da sözlərim, səbrini bas. Axı, hər şeyin “gizli” tərəfi də olur.

    Erotik (şəhvani) incəsənət məsələsi bəllidirsə, amma o, hələ mürəkkəbliyində qalır. Və burada “üzbəüz” priyomlar işə yaramır. Təsviri incəsənətdə, ədəbiyyatda erotizm səviyyəsini hələ ki, əyani surətdə, birtəhər, təsvirin məzmununa müvafiq müəyyənləşdirirlər, baxmayaraq bu, şərtidir. İncəsənətdə isə nəyi yox, nəyin necə təsvir ediləcəyi vacibdir. Bəs musiqidə, hansı ki, insanın duyğularını həm də şəhvət çalarlarına aparır. Mütəxəssis hesablamasına görə kişilərin 7 %-i, “təmizlənmiş” seçmə qadınların 23 %-dən 29%-ə qədəri boynuna alır ki, musiqi onlarda cinsi coşğunluq əmələ gətirir. Burada oxumuşlar səviyyəsindən gəlmə fərqlər mövcuddur və amerikan alimi Kinzinin hesablamasına inanıb deyək ki, kolleci bitirmiş kişilər və qadınlar təhsilindən asılı olmayaraq klassik, az təhsilli (kəmsavad) kişilər isə populyar musiqidən daha çox ehtizaza – cinsi coşğunluğa gəlirlər. Kolleci qurtarmış qadınların 19%-i, kişilərin 22,5%-i və kollecdə oxumayan kişilərin 40%-i göstərir ki, onlara musiqinin məzmunu deyil, ritmi təsir edir. Beləliklə, musiqinin erotik qavrayışı şəxsiyyətin estetik mədəniyyətindən və bir sıra başqa amillərdən asılıdır.

    Cinsi coşğunluqda musiqini ritmlə, sözlərlə qiymətləndirmək lazım gəlir, qeyd eləyək ki, bir sıra kişilər (Kinzinin “təmizlənmiş” seçməsində 48%) öz-özlüyündə cəld hərəkətdən cinsi coşğunluq məqamına çatırlar.

    Hə, deyəsən unutdum yaz yağışını. Birdən xatırladım ki, heç kəs olmaya, tənhalığımda gur yağış başlaya, üzümü tutam qız öpüşü qədər sadəlövh və kinsiz yaz yağışına, hey islanam, bədənim uçuna. Birdən qanrılam ki, çılpaq bədəndə bir qadın islanmış üzünü əllərinə bulayıb. Yuyunmuş saçlarını zərif işıqda yandırır. Sulu gözləri ehtirasından utanır.

    Bu xatirəydimi, yoxsa yaddaşımda səsini eşitdiyim qadın idimi?

    Tale ona nə bəxş eləməmişdi. Boy-buxun, ətli və ehtiraslı baldır, seçimli gərdən. Çiyinlərindən asılan, özünü intihar eləyən hörüklər. Və bir də…

    Onunla görüşlərimi çözələdim bu yaz yağışında. O, necə gəlmişdi, nə üçün özüylə ehtirasını barışdırmışdı? Dünən o, mənimçin hansı ovqatını bölüşmək səadətinə sevinmişdi? İlahi, məni niyə bu yaşımda titrək ürəkli eləyirsən. Oxucum inanar mənə, yazı masamda güzgü bələnib öz işığına. Elə bu dəqiqəmdə boylandım və gözümün nəmliyini görüb üzümü yana çevirdim. Ölməyən kimdi dünyada? Ölməkdən yaxasını qurtaran olubmu dünyada? Bəs haradan gəldi ağlıma:

    – Əbədi həqiqətə tabe oldum və sığındım ona:

    – Ölüm sənin qucağında. Oxucum pıçıldayacaq:

    – hər istəyin tükəndimi? Ona görəmi ölmək istəyirsən yarın ağuşunda? Cavab verimmi? Ölmək istəmirəm, amma ölmək istərəm yarın sinəsində…

    O, görüşümdə təmkinli aparırdı özünü. Otağa ayaq basanda eləcə oturur, ətli baldırını çəpəki saxlayırdı. Güzgü yaxşı ki, baxışımı qovuşdururdu ilğım rəngli baldırına. Gör, nə dağ çəkir bu baldırın işığı. Elə bil su axarında nəyinsə həsrəti axır, axırdı… Saf su yuyurdu baldırı, amma apara bilmirdi. Onun ləngərli bədənini aşağı çəkən gərdəni yaymalanırdı, titrəyirdi. Ətli və yaraşıqlı qolları ehtirasın gümüş “qıfılını” açmaq üçün qalxırdı, enirdi. Darıxırdı özünə sığışmayan bu qollar.

    Qapqara, əbədi nəvazişə möhtac saçları. Qapqara göz kimi özüylə güzgüdə görüşürdü. Qəşəng və mavi sifəti? Ətli və qanlı dodaqları? İri və qaynar gözləri? Eşitmədiyim səsi? İlahi, sənnən həmişə razıyam. Həmişə istəyimə səxavətlisən. Sən məni nə dahi eləmisən, nə də pullu. Amma məni sağlam ürəkli, sağlam bədənli yaratmısan. Daha nə istəyim olar sənnən?

    O, özünün gözəlliyini təqdim eləyərdi. Çırpınar, bütün günü çimdiyi şəfəqlərə sığınardı gözümün qarasına. Çəkməzdi bu şəfəqləri, yandırardı bəbəklərimi.

    Handan-hana ağ barmaqlarını toxundurardı üzümə. Mənə elə gələrdi insanı öldürməkdə aciz olan cərəyan da var, amma insan bədəninin hər anı üçün deyil bu cərəyan. Sonra ətli dodaqlarını yapışdırardı dodaqlarıma. Sən demə, qadın dodaqları arı şanından yaranıbmış. Görəsən bal arılarının xəbəri varmı bundan?

    Bu dəqiqələrimdə yumardı gözlərini və gözlərindən sıxardı ehtirasını, üz-gözümü qarsıdardı. Ayağa durar, qadın qamətiylə sarılardı mənə. Deyərdi: – Əzizim, bax güzgüyə. Və bu an səsi azca codlaşardı.-Belimi möhkəm sıx özünə, ağrım dağılsın ayaqlarım altına. Bax, beləcə, beləcə.

    Onun ehtirasdan boğulan səsi içində kəsik-kəsik doğranardı, ağır xəbəri gətirən kağız tək. Mən qışda əlimə düşmüş nar kimi sıxardım onu. Və qıpqırmızı nar gilələrinin şirəsi sıçrayardı üzümə.

    … Gözümü yumuram, gözləri acizliyini anlayır. O, asılı qalıb sarı sim kimi. Mənim vücuduma toxunduqca qəribə səs eşidirəm. Bu səs qulaqlarımda apaydın nəsə oxuyur: Öləndə mənim ağuşumda öl, əzizim. Taleyindən bunu arzula.

    Çarpayı nə yaxşı açıqdı. Oxucum, yumşaq yatağın gözəlliyini duyursan. Çox şey asılıdı qadın yolunu gözləyən çarpayıdan. O, çarpayıya uzandı. (Bu anlar kişinin ən böyük qələbəsidir!) O, günəşin həsrətindən baltalanan budaq tək özünü çarpayıya sərmişdi. Dümağ çarpayıya elə bil sarımtıl-qızılı yarpaq budağı düşmüşdü. Mənim nəfəsim toxuncaq bu vücud titrədi. Yox, uçundu, uçundu. Və bir ahımla saralmış yarpaqlar yaşıllaşdı! Mən şahidi oldum bu möcüzənin qüdrətinə!

    Onun qəribə pıçıltısı vardı. Bu, dərinlikdən havaya can atan nikbin insan hıçqırtısı kimiydi. Duyurdu yaşayacaq, özünü özündə tapacaq bir qadın səadəti.

    Qadın ecazkar məxluqdur. Biz kişilərə elə gəlir qadın yaşadıqca, özünün qadınlıq “borcunu” verdikcə yüngülləşir. Yox, bu fiziki sərvətdir ki, kişi vücuduna qovuşmalıdır.

    Qadın kişiylə yaşadıqca mənəvi sarsıntıdan əzab çəkir, fiziki sərvəti hansısa qeyri-adi bir qüvvə qoparıb çıxarır. O, mənim üçün beləcə yaşayırdı. O, mənim varlığımı beləcə burulğana salıb qəhqəhə çəkirdi. Vay o günə– belə qadın sənin payız ömrünə qəhqəhə çəkə!

    … Onun yumşaq və qüvvətli qolları arasında Dünyamı görürdüm. Bu dünyam işıqlıydı, bu dünyam xoşbəxtdi. Dünyam, sən qadınla nə qədər zəngin görünürsən. Sənin qiymətini niyə pulda, sərvətdə axtarırılar? Mənim Dünyam, sən mənə əvəzsiz qadın bağışlamışdın. Nə istəməliydim səndən?

    Eh, sözü hara hörürəm?! Xatirədən əbədi başdaşımı qoyuram?! Pıçıltısı çilik-çilik səpələndi gözlərimə. Yandırdı göz bəbəklərimi. Yumdum və dəhşətə gəldim. Qadın qollarım arasında axırdı. Qorxurdum suya dönər, qaynar suya çevrilib buxarlanar. Açdım gözlərimi. İşıq! Bu işıq selində o, ehtirasını pələngin pəncəsindən qoparan cəngavərə bənzəyirdi. Yox, yanılmışdım. O, bir otağa sığınmış işığa təslim olmuşdu. Təslim olmaq mümkünmüş, ilahi! Pıçıldadı:

    –Əzizim, xoşbəxtəm. Sən mənim içimdəsən. Bilirsənmi, bu dəqiqələrimdə məndəsən?

    Dəhşətli səslənən bu nidanın fərqi yoxdu mənimçin.

    – Sən yoxsan, əzizim. Səni bir “ahım” kimi udmuşam. Xəbərin varmı? O, içimdə tüstülənir.

    – Hələ danışma, sən Allah, bircə dəqiqə səni mən də udmuşam, Ahum.

    Səsi bir anın içində alovlandı, külü saçlarıma dağıldı. Bircə onu hiss elədim, ağuşumda bir qadın uçunur. Buz baltası kimi bədəni yaz yağışında titrəyir.

    –Tərpənmə. Ah… – Güclə qopdu dodaqlarımdan bu səs. Güclə dodaqlarımdan uçub canını tapşırdı bu səs.

    – Tərpənmə. Ah… Yavaş-yavaş duyuram. İstəmirəm qayıdam özümə. Ruhum çıxıb mənnən, yoxdur, dodaqlarımı yandırır ruhum. İstəmirəm ruhum məni tapsın. Vallah, istəmirəm! Bəlkə, can verir? –Öp, öp, sən Allah!

    Qadın beləmi can üstə olur? Mən onun dodaqlarından uçan ruhunu görürdüm, çiçəyə qonmaq istəyirdi, kəpənək ruhuna dünmüşdü. Qadınlar niyə bu qədər bədbəxt doğulur. Yalnız bir dəqiqə. Bütün ömrünü xəyanətə qurban verən qadınlar dünyanın məkrini bir dəqiqə səadət üçünmü boyunlarına götürürlər?

    O, danışırdı, sözləri də sanki sahibiylə bir yaşamışdı və soyumuşdu. Güclə süzülürdü narın göz yaşında. Mən qanrıldım, yanpörtü qucaqladım onu. O, dənizdən sahilə atılmış gücsüz balığa dönmüşdü. Yadıma Qoca və Dəniz düşdü. Ey zavallı qoca, dərin okeanın içərisindən niyə tutdun güclü, çılğın balığı? Ona görəmi balığı ketlərə yem eləyəsən? Ey insafsız qoca, axı bir gün sənin özünü cavanlığın əlindən qoparıb cavan qadınlara yem eləyəcəklər və bu qadınlar sənin ömrünə güləcəklər.

    İçərimdən güldüm o ki var. Hələ o cür ürəkdən gülməmişdim!

    Mən tövşüyən nəfəsini apaydın eşidirdim. Ehtiras indi-indi sarırdı varlığını. Kişi şəhvətinin ecazkar yanğısında o, özünə qayıtmamışdı. Qayıdacaqdımı?

    Mahnı üçün darıxdım, qəribsədim. Kimdi mənimçin mahnı oxuyan? Niyə yazıqları gəlmir mənə? Oxuyacaqları mahnı axardı, qovuşardı sulara. Və nəhayət gəlib tapardı məni. Gərək Qədir oxuyaydı. Qədir ayaqlarını uşaq kimi yerə döyüb deyərdi: “Elə yar, yar deyirlər, heç məni demirlər…”

    –Ölüm sənin qucağında…

    Həqiqətən, sirri gizlətmək çətinmiş. Mən yazdıqlarımı pıçıldayırdım. Axı, yanımda heç kəs yoxdu. Sən demə, bir səs alıb məni. Gözəl qadının məlahətli səsiymiş bu.

    – Bəs Mən? Bəs Mən? Unutdunmu Mənimlə keçən günlərini? Axı, sən qadına qarşı dəyanətlisən…

    Gözlərini yum və Məni xatırla. Məni…

    Heyrətləndim. Sirrimi qıfıllaya bilməmişdim: – Məni yaddan çıxarmaq mümkündürmü?!

    Yağış yağırdı hələ. Yağışın gücü vardı hələ. Və bu yaz yağışı üzünü mənə tutub gələcəkdi.

    Sizə söyləcəyim əhvalat nə nağıldı, nə xatirədi, nə də… Mənim nə vaxtsa boynuma alacağım göz yaşımdı. Olub-keçənlər adama şirinlik də gətirir, acılıq da. Ömürdə elə anlar, günlər olur, sığınırsan ona. İstəyirsən alasan onu xatirələrinin əlinnən. Mümkünmü? Olmur, bir də niyə acıyasan? Yaşamısan, şirin-kövrək dadını tapmısan. Bəs daha?

    Mən uşaqlığımda ilişib-qalan çox şeyi xatırlaya bilmirəm. Bircə o yadımdadı, özümdən yaşca böyük bir qız istəmişəm. “İstəmişəm” sözünün mənasına da bir uşaqlıq kövrəkliyi qatıram bu gün.

    Bir neçə il ötəndən sonra hiss elədim qızlar gözümdə qəribələşir. Onların sehirli baxışları olurmuş, qara-qıvrım, şabalıdı-sarı saçları olurmuş. Boy-buxunları göz qamaşdırırmış. Çox şeylər. Sadalamaq niyyətim yoxdu. Hətta ağıllı baxanda kövrək məhəbbətimdən boylanan qızlar böyüyüblər bir boy. Saçları dağılıb, əlindən düşən dolçadakı su kimi. Sinələrindən bir cüt nar peyda olub, meydan oxuyur. Toyda-mağarda atılıb düşən o qızların o bir cüt narı silkələnir, səsləyir kiminsə məhəbbətini. Bunları çox sonra anlamışam. Sən demə, bu yaxşıymış. Tez açılan tez də solurmuş.

    Mən böyüdüm, uşaqlığım haradasa qaldı, gizlənpaç oyununda itirdim onu. Gənclik yaşına doldum. Hərdən əlimi uzadıram uşaqlığıma. Barmağımın ucuna toxunanda qaçırdı, yenə gizlənirdi. Daha əlimi üzdüm onnan. Gəncliyimdən çıxmışdı yoluma. Oxucum, qaçmaq olmur günlərdən. Mümkünmü qaçmaq. Dünyada elə şeylər var əvəzsizdir. Dünyada elə şeylər var yalnız o, dizini çökdürər insanın. Dünyada çox həqiqətlərlə üzləşmişəm. Biri də qadınla təmasdır. Qadın gözəlliyini təknə su kimi ciyərlərinə çəkəsən. Və qollarında elə sıxasan külə dönə səndə. Ovxalana içində. Sonra da dəlisayağı axtarasan onu.

    Və bütün ömrün boyu… Nağıllaşasan. Biri əfsanə hesab edə, biri həqiqət…

    Hə, sualımdan uzaqlaşdım. -Məni qınayacaqsanmı? – Yox, razılaşacaqsan. Dünyaya vur-tut bir kərə gözünü açan insan dünya zövqünə gözünü yuma bilərmi? Onsuz da bir kərə qaranlığa elə bələnib itəcəyik, bir kimsə – hətta sənin ağuşuna pənah gətirən o afət də qəbrinin yanından sükutla keçəcək. Qanrılıb baxmayacaq və barı pıçıldamayacaq: – Uyu, əzizim, uyu. Sən indi torpağa qarışmısan, torpaqdan nə zaman qalxacaqsan, bir o Allah bilir. Xatırlayırsanmı o günləri? Dodaqlarımın tumurcuq çiçəyini sən dərdin, saçlarımı təmli pərişanlığa sən öyrətdin, ağappaq sinəmdə qırmızı qərənfil ləçəyini sən itirdin. Əllərinin hərarəti soyumayıb hələ. İndi uyuyursan, əzizim.

    Həqiqətənmi sən əbədilik Diyarındasan və bura heç nəyin, heç kimin əli çatmır?

    Burda ömür sürər əriməyən qar,

    Bura qartalların harayı çatmır,

    Dağların başında kövrələn bahar

    Bu yerə nədənsə əlini atmır.

    Bura haradır? Əbədilik Diyarının sığındığı Zirvə qəbrimmidir?

    Məni qınayacaqsanmı? – Qınama məni, səhifələri çevirdikcə ya yaşayan, ya da torpağa qarışan insanın sənin ovqatın üçün, qadın xislətinin mübhəm və qeyri-adi cazibəsindən oyanan hisslərin üçün əlindən gələni elədiyini qiymətləndirir. Və qəlbən pıçılda:

    – Yaşayırsansa, mənim baharlı ömrümə xoş sözlər səpdiyin üçün sağ ol. Mənim payızlı həyatıma cüzi də olsa can verdiyin, xatirələrimə qaytardığın üçün minnətdaram.

    – Yaşamırsansa, Allah sənin qəbrini nurla doldursun. Bir əlçim işıq düşsün qəbrinə.

    Məni qınama, oxucum. Kitabı xoş ovqatla vərəqlə və özünü Dünyanın ən qiymətli varlığı san ki, yaşadığın ömrünə pislik, xəbislik, qəddarlıq… daxil olmasın. Necə ki, Mən pis-yaxşı sovurdum illərimi və bir gün böyük risqə gedib sənin ixtiyarına bildiyimi, yadımda qalanı verməli oldum.

    Mən hər xatirəm üçün göz yaşı da tökmüşəm, xoşbəxt günlərimə bələnib sevinmişəm də. Təsəllim o olub nə qədər Dünya var, insan da var və bu insan məxluğu yaşamalıdır.

    Bilirəm, sevinməmiş keçinməyəcəksən söhbətlərimdən. Və hər bir məqamı necə istəsən o cür də qəbul elə. Amma unutma ki, sevincim sənindir, göz yaşı mənim.

    BİRİNCİ SÖHBƏT

    MƏHƏBBƏT ELMİ

    Xeyli götür qoy elədim bu kitabın məqsədini necə mənalandırım:həyatın bir damlasından, yaxud yaşanmış ömrün qeylü-qalından qoparılmış xoşbəxt günlərin xatirəsi? Amma bununla nöqtə qoymaq da yaramaz. İnsan Dünyada yaşayır və yaşayırsa qadına münasibətdə passiv rol oynamamalıdır.Eləcə də kişiylə məsud günlərinin həsrətini duymalıdır. Bunların ayrılıqda mənaları saysızdır. Amma məni düşündürən odur ki, kişini, eləcə qadını bir-birinə bağlayan eşq, məhəbbətdir.Və bu eşqin, məhəbbətin cazibəsi. Şair demişkən:

    Cəzbeyi-eşq olsa gətirrəm, necə gəlməz,

    Gər cəzbeyi-eşq olmasa gəlsə, vecə gəlməz.

    Bir məsələdə fikrimi çəkdi özünə: Bu kitabın səhifələrindən boylanan təəssüratlar nəyin cazibəsindən doğub?

    Aydın desək: Qadın-kişi münasibətindən yaranan təəssürata oxucu ilə dialoqa elm gözüylə baxmaq necə? Suala müsbət cavab verməsəm də, o fikirdəyəm ki, münasibətlərin psixologiyasından doğan çalarların özü də elmdir: Məhəbbət elmi. Hərçənd biz “seksologiya” anlayışını bəlkə də nadir halda işlədirik və ona görə yox ki, bu söz elmi səslənir. Bəlkə də. Amma seksologiyadan fərqli olaraq, qadın-kişi münasibətləri sözün ecazkar gücünə güvənc olanda rəqabət aparır. Necə ki, seksologiya da qarşısına mühüm 4 mərhələnin həyata keçirilməsini qoyur:

    Birinci mərhələ: ixtisas-peşə əməyidir.

    İkinci mərhələ: istirahət və əyləncədir.

    Üçüncü mərhələ: ər-arvad və ailədir.

    Dördüncü mərhələ: intim həyatdır.

    Və sonuncu intim həyatdır ki, onun nüvəsini İntim oyun (cinsi akt, əlaqə) təşkil eləyir. Bu isə münasibətlərin mahiyyətindən irəli gəlir: psixoloji, sosial, pedaqoji, əxlaqi-etik, hüquqi, etnoqrafik, antropoloji, bioloji, gigiyenik, dini və tibbi aspektləri özündə birləşdirir.

    Seks anlayışından uzun illər qorxmağımızın bir səbəbi də mənanın birbaşa dərkindən və anlamadan şüurumuz dərhal qərarını veribdir: Seks-cinsi əlaqə. Seks-intim yaxınlıq… Lakin bir həqiqəti unutmuşuq ki, Cinsi akt-İntim oyun İnsan həyatının mənasıdır, elə isə niyə cinsi tərbiyədən, intim münasibətlərin doğurduğu xoş təsiri təzədən yaşamaqdan qaçırıq? Halbuki Dünyanın ən sivilizasiyalı dövlətləri

    bu məsələ ilə maraqlanmışlar, saysız-hesabsız əsərlər çapdan çıxmışdır, ayrıca ixtisasçı-seksoloqlar, həkimlər meydana gəlmişdir. Mən həyatımda, yaşımın müdrikliyində gizləndikcə bəzi elmləri bilməməyimin acısını çəkmişəm. Bu günlərimdə isə acımışam ki, kaş tibb mütəxəssisi olaydım və güman ki, ömrümün müəyyən hissəsini seksologiyaya, qadın-kişi münasibətlərinin psixologiyasına həsr eləyərdim. Daş atılmışdır artıq və o daşı geri qaytarmaq əbəsdir. Amma bir şey məni narahat buraxmadı: Qadın-kişi münasibətində, yaxınlığında elə nöqtələr dərinləşir, onun oyatdığı ilğım və xoş təsir, cazibə gizli qalır. Axı niyə bu belə olsun? Yaşın hansısa güneyində də, quzeyində də əvəzsiz hissi təəssüratı niyə qələmə alınmasın? Nə vaxtsa əgər bir şey hasilə gələrsə və kimsə onu vərəqləyərsə qazandığı, itirdiyi nə olar?

    Qazandığını deməkdə çətinlik çəkirəm; çünki bunu oxucuların öhdəsinə buraxıram. Və inanıram ki, müəllifin ünvanına sözlərini deməkdən çəkinməyəcəklər.

    İtirdiyini deməkdə tənqid yalnız müəllifə məxsus olacaqdır. Tanışlarım, xüsusilə yaxşı mənada ünsiyyət bağladığım qadınlar başlarını bulayacaq və bəlkə də açıq-aşkar deyəcəklər: Bu “Mən”də nələr gizlənibmiş! Bu “Mən”in başına nələr gəlibmiş! Bax burda da qabaqcadan üzr istəyirəm və pıçıldayıram: Mənim əzizlərim, “Mən” ədəbi priyomdur və yazdığımın cazibəli, şirin alınması üçün bu yolu tutdum. Və bir də yadınızda saxlayın: şairlər ki, gözəl qadından, sevgi əyləncələrindən bu qədər yazırlar-gərək qadınları ilə yeni faciəvi rola girsinlər! Oxucum məni başa düşər.

    Kitabın ilk səhifəsini “Məhəbbət elmi”ylə çevirməniz də təsadüfi deyil. İntim əlaqənin mahiyyətində də məhəbbət hissi hakimdir və əgər biz bunun fərqinə varsaq şübhəsiz, seksual mühitin bütün çalarlarında elmlik özünü göstərər. Bəli, oxucu məni qınamaz ki, intim hissdə nə elmilik axtarıram? Bəri başdan söyləyim ki, kitabın doğuracağı mülahizə və həqiqət itirdiyimizdə zərif gileyin sönən işığını yandıracaq. Axı, qadın gözəlliyi kişinin ehtirasına baş əyirsə və bu qovuşmada həzzalma, gümrahlıq, ümid… yaşayırsa, məni qınama, oxucum.

    Və sən yorğun, yaxud ovqatlı dəqiqələrində bu kitabı vərəqləyib, əlvan, parlaq rənglər aləminin yaşıl-sarı … işığında qadın-kişi münasibətlərinin yaddaş xatirəsini bərpa eləyəcəksən. Əminəm buna.

    Məhəbbət elminə dərindən yiyələnməliyik, təkcə ona görə yox ki, cinsi yaxınlıq hər şeydir. Xeyr, cinsi əlaqənin, münasibətin özünə xas qanunauyğunluğu: psixoloji və fizioloji, mənəvi və sosial tərəfləri mövcuddur. İlk illərdən hədsiz intim mühitə meylli olmaq, bütün məsələlərin fövqündə dayanmaq vaxt gələr ziyan gətirər. Bu gün sivilizasiyanın daha bir bədbəxt meyvəsi – SPİD – taunun meydanda at oynatması məhz məhəbbət elmindən xəbərsizliyin bir növ nəticəsi deyilmi? Cinsi yaxınlığın fantastikcəsinə doğurduğu bir sıra proseslər insan sağlamlığına balta çalmırmı? Sağ olsunlar, sovet və xarici ölkə alimlərinə, yazırlar, sözlərini deyirlər, laboratoriyalarda çalışırlar, pis-yaxşı xidmət eləyirlər. Bizdə isə. Məgər seksual xaosun faydalı ünsürlərini eşidib düşünmək, seksoloqa müraciət eləmək qəbahətdir? Acıyıram ki, ixtisasçı olmadığımdan gücümü həmsirdaşım qələmə verirəm, varlğımı yaşadan və yeri gəldikcə ürəyimin təsəllisini mənimlə bölüşdürən qələmimə inanıram. Ona da inanıram ki, daha bir sualı böyük hərflə mənə verəcək və cavabını istəyəcəksən: Gözəllikmi, qadınlıqmı? Və nədir bu dünyada bu sualın mənası ki …

    Gəlin, kişi-ər psixologiyasında qarşımıza çıxan mübhəm çalarlara qayıdaq. Hansı hissidir-ömrümüzə qonaq gələcək və əbədi həmfikir olacaq qadından ya soyuyuruq, ya da uzaqlaşırıq?! Səbəbi nədir? Sosioloqlar, ailə həyatının etikası ilə məşğul olan mütəxəssislər daima rəqəmlərin soyuq və usandırıcı cazibəsinə arxayın olmuşlar. Onları ya anket sorğuları, ya da nigahla bağlı rəqəmlər marqlandırmışdır. Bunlar, şübhəsiz, elmin və inzibati işçilərin sosial vəzifəsidir. Lakin başlıca nöqtədən daima yan keçilibdir: Gənc əri (kişini) – yaş burada nisbidir – evləndiyi qadından uzaqlaşdıran səbəb nədir? yalnız qadınının deyingənliyimi, evdar olmamağımı və daha digər nöqsanmı? Bunlarla tamamilə razılaşırıq …

    Kişi gözəl qadınla tanış olmuşdur. Gözəlliksə xoşbəxt nemətdir. Mən dünyada gözəllik önündə baş əyməyən insana rast gəlməzdim. Gözəllik, xüsusilə, qadının ilahi tərəfindən hörülmüş çələngidir. Bu çələng həsrətində olduğu şahmatçının yiyələndiyi dəfinə çələngindən qiymətlidir. Gözəlliyə münasibətin psixologiyası-əsaslandıracağımız fikrin birinci tərəfidir.

    Hər bir kişi istəyir evlənəcəyi və yaxınlıq eləyəcəyi qadın zahirən gözəl olsun. Budur, küçədə zərif, gur və pərişan saçlı, boylu-buxunlu, tale qismətli bir qadını görür. Nə qədər ciddi və həyalı olsa belə, qanrılıb baxır. Ayaq saxlayır səssizcə. O isə zövqi-təbii ağappaq və yumşaq əliylə saçlarını sinəsindən ayırır. Sanki tərtəmiz dəniz suyu sahilindən ayrıldı. Nəmli və narın qumda izini qoyub çəkildi. Bu hərəkəti hər bir kişi öz zövqüylə qiymətləndirir. Küçədə heç kimə etina eləmədən gedir. Bir gözəllik ilahəsi ətrafına qəribə ovqat bağışlayır. O küçədə laqeydlik yoxdur.

    Kişi addımlayır. Özünü tənhalıqda hiss eləyir. Ayaqları sözünə baxmır. Bir yandan da həyalılığı. Yanaşsınmı? Olmaz, küçədə tanımadığın qadına qəfil yanaşıb, hətta ürək sözünü demək nəzakətsizlikdir. Qadın mənliyi zərgər dəqiqliyi istəyir.

    Gözlənilməz təsadüf, gözlənilən xoşbəxtlik. Tale hər istəyi idarə eləməyi bacarır. Tale ilə zər atmağa dəyməz. Odur, sahilə tərəf gedir. Tənhalığını aparır. Harada oturacaq, yoxsa gəzinəcək? Bunların əhəmiyyəti yoxdur. Dənizin də bu dəm ovqatlı vaxtıdı. Meh əsir, ağacların yarpaqlarına dolur. Nəfəsini dəyişdirir.

    O gözəl, pərəstişkarlarının diliylə deyirəm, sanki ətrafındakılara laqeyddir və heç nəylə maraqlanmır. Bütün gözəl məxluqlardamı bu hiss? Skamyada oturdu. Yamyaşıl ağacın yamyaşıl budaqları əyildi və onun çiyinlərinə ağappaq şəfəq səpələdi. Günəşin işığına bulaşmış şəfəq yarpaqların sərinliyini bəxş elədi gözəl qadına.

    Bunları onun pərəstişkarı ürəyindən keçirə bilməzdi.

    O, beyinin dumanında vurnuxurdu. Nə bəlaydı bu? Dünən özünü gümrah hiss eləyən bu kişi, indi az qala ruhdan düşürdü, əli üzülürdü taleyindən. Risq? Risq! Və nəhayət risq.

    Qadının sonrakı etirafından:

    Yanımda gözləmədiyim halda oturan cavan kişinin hərəkətini anlaya bilmədim ilk baxışda. Amma belə düşündüyüm üçün daxilən xəcalət çəkdim. Və niyə şübhələnməliydim axı? İcazə istəyəndə səsi xırıldadı, əlinin titrədiyi gözümdən yayınmadı. Bu anlarıma qədər kişinin qadın yanında həyacanının dəyərini ölçüb-biçməmişdim. Mənə elə gəlmişdi kişilər qadın vücudu önündə sərt və vüqarlı görünməyə çalışırlar. Sadəlövh və heç bir kişi təması görməyən bir qız yalnız belə düşünə bilərdi.

    O, nəzakət ölçülərində mənimlə dil tapdı. Tez sözümüz tuş gəldi.

    Kişi təması və bu təmasın doğuracağı müəmmalar, həqiqətlər. Qısa söhbətin sehrinə düşmüşdüm. İpək tor atılmışdır, bu tor mənimçindir; qızıl balıq bulanıq su balığından daha cazibəlidir. Amma tordan yan keçmək duyğum ilğıma qarışırdı, mənim vücüduma axırdı.

    Kişinin qısaca dediklərindən:

    İnaın mənə, ilk dəfə qadın gözəlliyinin sehrindən, cazibəsindən dəhşətə gəldim.İstədim özümü salım bu gözəlliyin ayaqları altına. Və başlayım yalvarmağa; qadın üçün yox, gözəllik üçün. Amma çox sonralar anladım ki, hər şey gözəlliklə ölçülmürmüş; hər şeyin önündə gözəllik dururmuş. Gərək arada məhəbbət olmalıymış. Məhəbbətsiz gözəllik heç kəsə lazım deyilmiş.

    Biz çox yerdə yaşlıların intim əlaqələrinin oyanışından söz açırıq. Və mən söhbətlərimdə bunu əsas götürmüşəm. Lakin istəyirəm bir məsələni qeyd edim ki, müasir yeniyetmələr (uşaqlar da) o şeylə daha çox maraqlanır, o şey valideynləri və müəllimləri tərəfindən qadağan hesab olunur. Məsələn, “seksual oyun” anlayışı və onun ətrafında gedən söz-söhbətləri yeniyetmələrin qulağı daha iti alır. Əvəzində cinsi oyanma məqamlarında qarşıya çıxan psixoloji çətinliklərin, problemlərin fərqinə varırlar. Halbuki yeniyetmələr kişilik və qadınlıq statusunun ilkin çalarlarından xəbərsiz olurlar. Müşahidələr göstərir ki, cinsi yetişkənliyə ayaq basan günlərdən yeniyetmələrdəki dəyişkənlik hər bir fərddə müxtəlif ölçüdə özünü büruzə verir. Biri bığ yerinin tərləməsindən, saçının uzanmasından utanır; digəri erotik hissin cücərtisini gizlədir və əksinə. Qızlar da həmçinin, başqa xüsusiyyətlərin əmələ gəlməsinə öz münasibətlərindən yanaşırlar.

    Bu cinsi yetişkənliyin ilkin əlamətləri-keçid dövründə cinsi konstitusiya özünü göstərir. Və bu halda cinsi həvəs, cinsi şövq və spermaaxıtma əsas rol oynayır. Harada cinsi oyanma tez başlayır, orda çox güclü-üzə çıxır və tez qurtarır. Beləliklə, cinsi yetkinləşmə (oyanış) qızlarda və oğlanlarda müxtəlif cür olur. Qızlarda bu, iki dörə ayrılır: Birincidə, cinsi orqanları, döşləri erkən yetişir və bədəni sürətlə böyüyür. Və bu dövr menstruasiya ilə nəticələnir. İkincidə qadın orqanizmi özünün yenidənqurulmasını başa çatdırır və daxili cinsiyyət üzvləri formalaşır.Xarakter dəyişir.

    Oğlanlarda bu, üç dövrlə səciyyələnir və 16-18 yaşlarda başa çatır.

    Həyat nə qədər ki, bizi yaşadır, bizi ünsiyyətə səsləyir və məcbur edir, gələcəkək nəslin sağlam böyüyüb ailə qurması üçün çox şeyi öyrənməliyik; eyni zamanda bildiyimizi başa salmalıyıq. Əgər gənclik qədəmində cavanlar cinsi həvəsin, meylin məcrasını düzgün istiqamətləndirməyin öhdəsindən gəlməsələr, sonrasından Allah saxlasın.

    Onlarda formalaşan cinsi motivləşmənin mahiyyətinə bələd olmalıyıq. Necə ki, bu, insan varlığında bir neçə mərhələdən ibarətdir.

    Birinci mərhələdə heç bir hissi elementlər və cinsi həvəs üzə çıxmır. Körpəlik nənnisindən düşüb oyuncaqları ilə maraqlanırlar. Və onlar uşaq olaraq qalırlar. İkinci mərhələdə platonik, romantik hisslər oyanır ki, oğlan qızın xilaskarı kimi özünü dərk eləyir və buna can atır. Risklərdə yad deyildir, əsl qəhrəmandır. Hətta onlarda cinsi yaxınlaşma barədə fikir olmur və qızların cinsi orqanı ilə maraqlanmır, qızlarda isə bu, məhəbbətlə, idealizə etməklə səciyyələnir və platonik xarakter yad olmur.

    Üçüncü mərhələ erotikliyilə fərqlənir və orqanizmdə mürəkkəb dəyişiklik baş verir. Cinsi orqanlar formalaşır. Bu dövr, adətən, hiperseksuallığı ilə səciyyələnir.

    Cinsi akta-İntim oyuna xaotik bir proses kimi yanaşılmamalıdır, hərçənd də fitridir, anadangəlmədir insanda. Lakin onun özünə xas qanunauyğunluğu vardır və onların üzərindən sükutla keçməməliyik.

    İntim oyunun ilk mərhələsində cinsi orqanlarla birbaşa əlaqə məqbul sayılmır; necə ki, qadın da kişi də əvvəlcə erogen zonaları ehtizaza gətirməlidir. Hətta qadın və kişi bir neçə dəqiqə coşa gəlmişlər və koitusa hazırdırlar, erogen zonası onların ehtirasını yüksəldir və əlavə həzz alırlar. Hətta elə qadın da olur ki, erogen zonasının oyanılmasından çox məmnun (həzz) qalır və orqazmın baş tutmasını istəmir.

    Qadını coşğunluğa, ehtirasa gətirmək üçün bütün emosiyanı verməlidir kişi və orqazm prosesində qadın danışmır; bu anlarda onun gözləri qapanır. Kişi isə həmişə gözüaçıq cinsi aktı qurtarır.

    İntim oyunun belə dəqiqələrində hansı proses baş verir ki, Məhəbbət elmini bu dərəcədə aparıb ümmana çıxarır? Və gəl ki, bu ümman dənizində üzən qızıl balığın isnişmə taleyinə maraqlan. Axı, qızıl gənclik yaşı bir yerdə durub qalmır, qızılbalığa dönüb şirin su əvəzinə şor suya baş vurur. Və hər şeydən əvvəl, iki gəncin yaxınlaşması məntiqi və cinsi əlaqə plaktikası burda əsasdır. Bir həqiqəti də gizlətməyək ki, iki qoşa talenin həyatı müəmmalı və mürəkkəb həyat məcrasına başlayırsa, ilkin nikbinlik odur ki, bu, məhəbbətin zirvə nöqtəsidir, təkcə cinsi akt onları yaxınlaşdırmır, həm də həmfikirdirlər, istəkləri onları hər an ruha, coşğunluğa gətirməlidir. Elə isə mətləbə qayıdaq.

    Cinsi əlaqə, akt və nəhayətdə İntim oyun bir sıra mərhələləri (psixoloji və bioloji) özündə etiva eləyir. Tibbi ədəbiyyatda göstərildiyi kimi: neyrohumoral, psixi, ereksiativ, kopilyativ (friksiotiv) və refrektiv.

    Birinci iki mərhələ bir növ hazırlıq xarakterlidir. Lakin məhz həmin mərhələlər cinsi əlaqədə həlledicidir. Qadında və kişidə mərhələlərin boş tutması eyni məqsədə xidmət eləsə də, orqanizmlər cinsi fərqlərindən asılı olaraq cinsi əlaqə prosesini eyni cür keçirmir. Deyək ki, qadında klitor böyük rol oynayır və o da spesifik xüsusiyyətilə seçilir. Onun cuşa gəlməsi kişinin ereksiyasına nisbətən tədrici olur. Klitor qıcıqlandıqca qadının hissləri yüksəlir. Bu prosesdə partnyorların bir-birinə münasibətindən çox şey asılıdır. Qadında orqazm 3 mərhələyə bölünür: Birinci fazada anidir, sanki hisslərin dayanmasıdır. İkinci fazada əvvəlcə çanaq hissəsini, sonra bütün bədənini hərarət alır. Üçüncü fazada coşğunluq, ehtiras azalır və əsas proses çanaq hissədə və cinsi orqanda baş verir.

Comments are closed, but trackbacks and pingbacks are open.