Almaniya tarixi
2010-cu il məlumatlaarına görə Almaniyada 81.8 milyon əhali məskunlaşıb. Əhalisinin sayına görə Almaniya Avropada 2-ci, dünyada isə 15-ci yeri tutur. Əhalisinin sıxlığı hər kvadrat kilometr üçün 230 nəfərdir ki, bu yüksək göstərici hesab olunur. Orta həyat davamlılığı 80 ildir, bu göstəriciyə görə Almaniya dünyada qabaqcıl yerlərdən birini tutur. Lakin buna baxmayaraq ölkədə ölüm səviyyəsi doğumdan daha yüksəkdir ki, bu da Almaniya əhalisinin azalmasına səbəb olmaqdadır. Ölkədə 15 yaşından yuxarı insanların 99 faizi yazıb oxumağı bacarır. Lakin yeni böyüyən nəsildə savadlılıq səviyyəsinin xeyli aşağı olması Almaniya rəhbərliyini narahat edən problemlərdəndir. Bundan başqa Almaniya miqrantların sayına görə də dünyada öncül yerlərdən birini tutur. Hal-hazırda Almaniyada 10 milyon nəfər Almaniyadan kənarda doğulmuş şəxs yaşayır. Bunların böyük hissəsi keçmir SSRİdə yaşayan etnik almanlar, həmçinin Almaniyaya işləməyə gələn türklər və polyaklardır. Hesablamalara görə Almaniyada doğulan və yaşı 5-dən az olan uşaqların 30 faizinin bir və ya hər iki valideyni qeyri-almandır. Əhalinin 91,5%-ni almanlar, 2,4%-ni türklər, 0,7%-ni italyanlar, 0,4%-ni yunanlar, 0,4%-ni polyaklar təşkil edir. Bundan başqa Almaniyadan kənarda çoxlu sayda etnik alman yaşayır.
Almaniya
mərkəzi Avropada ölkə / From Wikipedia, the free encyclopedia
Almaniya (alm. Deutschland [ˈdɔʏtʃlant] ) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland ) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. [2] Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dan sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir.
Almaniya Federativ Respublikası
alm. Bundesrepublik Deutschland
Şüarı: Einigkeit und Recht und Freiheit
“Birlik və Ədalət və Azadlıq”
• Aİ-yə qəbul
• 2011 təxmini
• Adam başına
Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir [3] [4] 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir. Paytaxtı və ən böyük metropolisi Berlin olsa da, ölkənin əsas maliyyə mərkəzi və ən məşğul hava limanı Frankfurtdur. Almaniyanın digər böyük şəhərlərinə Hamburq, Münxen, Köln, Ştuttqart, Düsseldorf, Leypsiq, Drezden, Bremen, Hannover və Nürnberq aiddir.
Müasir Almaniyanın şimal hissələri antik dövrlərdən etibarən qədim germanlar tərəfindən məskunlaşmışdır. Miladi tarixlə 100-cü ildən əvvəl həmin region orada məskunlaşan tayfaların adı ilə Germaniya olaraq adlanmışdır. Xalqların böyük köçü dövründə german tayfaları cənub istiqamətində də yayılmışdılar. 10-cu əsrin başlanğıcından etibarən alman əraziləri Müqəddəs Roma İmperiyasının tərkib hissəsi olmuşdur. 16-cı əsr ərzində Şimali Almaniya regionları protestant reformasiyasının mərkəzi rolunu oynamışdır. Müqəddəs Roma İmperiyasının dağılmasından sonra, 1815-ci ildə Almaniya ittifaqı formalaşmışdır. Almaniyada 1848-1849-cu illər inqilabı Frankfurt Parlamentində mühüm demokratik hüquqların təsis edilməsi ilə nəticələnmişdir.
1871-ci ildə bir çox alman dövlətinin (İsveçrə və Avstriya istisna olmaqla) birləşməsi ilə Prussiya rəhbərliyində Almaniya İmperiyası yaradılmışdır. Birinci dünya müharibəsindən sonra, 1918–1919-cu illərdə baş vermiş inqilab nəticəsində imperiya parlamentli Veymar Respublikası ilə əvəzlənmişdir. 1933-cü ildə nasistlərin hakimiyyəti ələ keçirməsi ilə ölkədə diktatorluq rejimi qurulmasının ardınca, Avstriya anneksiya olundu və İkinci dünya müharibəsi başladı. Avropada İkinci dünya müharibəsinin başa çatması və Almaniyanın müttəfiq qoşunların işğalı altına düşməsindən sonra, Avstriya yenidən müstəqillik əldə etdi və iki yeni alman dövləti yaradıldı: Amerikan, ingilis və fransız işğal zonasında Qərbi Almaniya, Sovet işğal zonasında isə Şərqi Almaniya. 1989-cu il inqilabının ardınca, Mərkəzi və Şərqi Avropada kommunist idarəçiliyinə son qoyulmuş və 3 oktyabr 1990-cı ildə Almaniya yenidən vahid dövlət halında birləşmişdir. [5]
Bugün suveren dövlət olan Almaniya kansler tərəfindən rəhbərlik olunan federal, parlamentli respublikadır. Güclü iqtisadiyyata sahib olan Almaniya dünya ölkələri arasında nominal ÜDM göstəricilərinə görə dördüncü, alıcılıq qabiliyyəti pariteti göstəricisinə görə isə beşinci yerdədir. Bəzi sənaye və texnoloji sektorlarda qlobal lider olan Almaniya dünya üzrə malların həm ixracına, həm də idxalına görə üçüncüdür. İnkişaf etmiş ölkə kimi yüksək həyat standartlarına, sosial təhlükəsizlik və universal səhiyyə sisteminə, təbiətin mühafizəsi və pulsuz ali təhsil sisteminə sahibdir.
Almaniya Federativ Respublikası 1957-ci ildə yaradılmış Avropa İqtisadi Birliyi və 1993-cü ildə əsası qoyulmuş Avropa İttifaqı kimi təşkilatların qurucu üzvlərindən biridir. Şengen zonasına daxil olan bu ölkə 1999-cu ildə yaradılmış Avrozonanın həmtəsisçisidir. Bundan başqa, Almaniya BMT, NATO, G7 , G20, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı kimi təşkilatların da üzvüdür. Zəngin mədəni tarixi ilə məşhur olan bu ölkə təsirli və uğurlu rəssamların, filosofların, musiqiçilərin, idmançıların, sahibkarların, alimlərin, mühəndislərin və ixtiraçıların ev sahibi olmağa indi də davam edir. Ümumdünya irsi siyahısına daxil olan mədəni abidələri ilə zəngin olan Almaniya dünyanın əsas turizm məkanlarından biri hesab olunur.
Almaniya
Almaniya sözü müxtəlif dillərdə müxtəlif cür səslənir. Məsələn, ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi. Germanlar tayfası etnonimindəndir.
Almaniyanın Tarixi
Alman xalqının formalaşması
Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.
İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları olmuşdur.
Almaniya Orta Əsrlərdə
Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.
16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı.1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu.
Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark 1864-cü ildə Danimarkaya qarşı uğurlu müharibə aparır. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Beləliklə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa-Prussiya müharibəsi başlayır. Bu müharibədə Fransa darmadağın olunur.
Almaniya İmperiyası və Birinci Dünya Müharibəsi
1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.
Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci Dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci Dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü.1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökümət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi.Razılaşma Almaniyada “Müharibənin alçaldılmış formada davamı” kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci Dünya müharibəsinə gətirib çıxardı.
Veymar Respublikası və Hitlerin hakimiyyətə gəlişi
Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918-1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.
Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya höküməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.
Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci Dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci Dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi.
Almaniya İkinci Dünya Müharibəsi illərində
Müharibənin ilk günlərindəcə alman ordusu Wehrmacht böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Uinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi. Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı.
1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan Yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİyə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi Biz yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq. Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri muhasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdir. Almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu.
1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanlar Şimali Afrikada baş verən El Alameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci Dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.
Müharibədən Sonrakı Almaniya
Müharibə milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər Almaniyadan qoparıldı, təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri sənaye müəssisələri dağdıdıldı. Almaniyanın yerdə qalan əraziləri işğalçı 4 ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq Berlin şəhəri də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. ABŞ, B.Britaniya və Fransa tərəfindən nəzarət olunan 3 qərbi ərazi 1949-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi. Yeni dövlət Almaniya Federativ Respublikası adlanırdı. Buna cavab olaraq SSRİ nəzarət etdiyi ərazilərdə başqa bir dövlətin, Almaniya Demokratik Respublikasının yarandığını elan etdi (7 Oktyabr 1949-cu il). Həmin dövlətlər dünyada formal olaraq “Qərbi Almaniya” və “Şərqi Almaniya” kimi tanınırdılar. Şərqi Almaniya öz paytaxtı kimi Berlin şəhərinin şərq sektorunu seçdi, Qərbi Almaniyanın paytaxtı isə Bonn şəhəri elan olundu. Lakin Qərbi Almaniya Bonn şəhərini müvəqqəti paytaxt elan etmişdi, bunun arxasında Almaniyanın nə vaxtsa vahid bir dövlətdə birləşdirilməsi və Berlinin vahid paytaxt elan edilməsi məqsədi dururdu. Qərbi Almaniya 1950-ci ildə NATO-nun və 1957-ci ildə Avropa Birliyinin üzvü olmuşdur.
Almaniyanın coğrafiyası
Almaniya Avropanın mərkəzi hissəsində yerləşən 357.021 km² əraziyə malik olan ölkədir. Ərazisinin 349.223 km² quru, 7.798 km² isə sudan ibarətdir. Almaniya ərazisinə görə dünyada 63-cü, Avropada isə 7-ci ən böyük dövlətdir. Avropanın 9 ölkəsi ilə həmsərhəddir. Bunlar şimalda Danimarka, şərqdə Polşa və Çex Respublikası, cənubda Avstriya və İsveçrə, cənub-qərbdə Fransa və qərbdə Luksemburq, Belçika və Niderlanddır. Ən hündür nöqtəsi ölkənin cənubunda Alp dağlarında yerləşən Zugspitze dağıdır (dəniz səviyyəsindən 2.962 m hündürlükdə). Almaniyanın cənubu əsasən dağlıq, şimal hissəsi isə düzənlik ərazilərdir. Hal-hazırda müasir Almaniyanın ərazisi Soyuq müharibə dövründəki Qərbi Almaniyanın ərazisindən 30.3% böyük, Almaniya İmperiyasının ərazisindən 33.9% kiçik, Veymar Respublikası dövründəki Almaniyanın ərazisindən isə 23.8% daha kiçikdir.
Almaniyanın iqlimi mülayim-dəniz iqlimi hesab olunur. Həm qış, həm də yay mövsümləri üçün sərin, buludlu və rütubətli hava xarakterikdir. Ölkə boyunca rütubətli qərb küləyi hakimdir. Ölkənin şimalı və şimal-qərbində hava çox rütubətlidir və ilin demək olar bütun dövrlərində burada çoxlu yağış yağır.
Ərazisinin təxminən 4.750 km² hissəsi sulanan torpaqlardır. Ölkədə ən böyük göl 536 km² əraziyə malik Konstanza gölüdür. Ölkə ərazisinin 31%-i meşələrlə örtülüdür.
İnzibati ərazi bölgüsü
Almaniya ərazisində 16 əyalət və bunlara daxil olan 439 rayon vardır.
Əyalətlər və paytaxtları
Almaniya iqtisadiyyatı
Almaniya iqtisadiyyatı Sosial yönümlü bazar iqtisadiyyatıdır. Ölkə iqtisadiyyatı üçün yüksək ixtisaslaşmış işçi qüvvəsi, inkişaf etmiş infastruktur, böyük həcmdə kapital ehtiyatı, korrupsiyanın çox aşağı səviyyəsi xarakterikdir. Lakin ölkədə son illər korrupsiyanın və rüşvətin artması meylləri sezilir.Həmçinin Almaniyada yüksək səviyyəli innovasiya mövcuddur.
Almaniyanın ÜDM-i 3.332 milyard dollara bərabərdir.Bu göstəriciyə görə Almaniya Avropada birinci, dünyada isə 4-cü yeri tutur. Bundan başqa Almaniya ixrac həcminə görə dünyada Çindən sonra ikinci yeri tutur. 2009-cu ildə Almaniyanın ümumi ixracatı 1.120 trilyon dollar olmuşdur ki, bu da Ümumi Daxili Məhsulun üçdə birini təşkil edir. Almaniya külək və günəş enerjisinə aid olan məhsulların istehsalına görə dünyada birinci yeri tutur. Hər il beynəlxalq ticarətə dair konfranslar Almaniyanın müxtəlif şəhərlərində, Hannover, Frankfurt və Berlində keçirilir. Ölkə ixracatının əsas hissəsini mühəndislik ixtisasına aid məhsullar tutur. Bunlar avtomobil və müxtəlif maşınlar, kimya və metal məhsullarıdır.
Almaniyada fəal işçi qüvvəsinin sayı 43.5 milyondur, işsizlik səviyyəsi isə 2010-cu il Oktyabr ayı məlumatlarına görə 6.7%-dir. İşçi qüvvəsinin 67%-i xidmət sahəsində, 29%-i sənayedə, təxminən 2%-i isə kənd təsərrüfatında təmsil olunub. Ölkədə adambaşına düşən ümumi daxili məhsul miqdarı 42.000 ABŞ dollarıdır. Lakin bunula belə 20 il əvvəl vahid dövlətdə birləşməsinə baxmayaraq, Şərqi Almaniya iqtisadi cəhətdən Qərbi Almaniyadan hələ də xeyli geridədir. Şərqi Almaniyada insanların gəliri qərbdəkindən 25% aşağıdır, işsizlik isə burada qərbə nisbətən 2 dəfə yüksəkdir.Almaniya hökümətinin planlarına görə Şərqi Almaniya ilə Qərbi Almaniya arasındakı iqtisadi göstəricilərə görə fərqlər 2019-cu ildə tam olaraq aradan qalxmalıdır.
Almaniya iqtisadiyyatı İkinci Dünya müharibəsindən sonra sürətli inkişafda olmuşdur. Buna əsas təkan verən faktorlar Marşal planı, müharibədən sonra Almaniyada çoxlu sayda ucuz və yüksək ixtisaslaşmış işçi qüvvəsi, həmçinin vahid Avropa bazarının yaradılması olmuşdur. 1957-ci ildə qurulan Avropa Birliyinin ilk üzvləri Qərbi Almaniya, Belçika, Fransa, Luksemburq, İtaliya, və Niderland olmuşdur. Sürətlə inkişaf edən Qərbi Almaniyaya Türkiyədən, Yunanıstandan, İtaliyadan və Portuqaliyadan çoxlu sayda qastarbayterlər (qonaq işçilər) axın etməyə başladı. Lakin kommunizmin çökməsindən və Almaniyanın birləşməsindən sonrakı illərdə ölkə iqtisadiyyatının artım sürəti azaldı, 2000-ci illərdən sonra isə ümumiyyətlə inkişaf dayandı. Son illər dünyada baş verən iqtisadi böhran Almaniyadan da yan keçməyib, ölkə iqtisadiyyatı 2 il dalbadal, 2009 və 2010-cu illərdə azalmağa doğru gedib.
Alman xalqı
2010-cu il məlumatlaarına görə Almaniyada 81.8 milyon əhali məskunlaşıb. Əhalisinin sayına görə Almaniya Avropada 2-ci, dünyada isə 15-ci yeri tutur. Əhalisinin sıxlığı hər kvadrat kilometr üçün 230 nəfərdir ki, bu yüksək göstərici hesab olunur. Orta həyat davamlılığı 80 ildir, bu göstəriciyə görə Almaniya dünyada qabaqcıl yerlərdən birini tutur. Lakin buna baxmayaraq ölkədə ölüm səviyyəsi doğumdan daha yüksəkdir ki, bu da Almaniya əhalisinin azalmasına səbəb olmaqdadır. Ölkədə 15 yaşından yuxarı insanların 99 faizi yazıb oxumağı bacarır. Lakin yeni böyüyən nəsildə savadlılıq səviyyəsinin xeyli aşağı olması Almaniya rəhbərliyini narahat edən problemlərdəndir. Bundan başqa Almaniya miqrantların sayına görə də dünyada öncül yerlərdən birini tutur. Hal-hazırda Almaniyada 10 milyon nəfər Almaniyadan kənarda doğulmuş şəxs yaşayır. Bunların böyük hissəsi keçmir SSRİdə yaşayan etnik almanlar, həmçinin Almaniyaya işləməyə gələn türklər və polyaklardır. Hesablamalara görə Almaniyada doğulan və yaşı 5-dən az olan uşaqların 30 faizinin bir və ya hər iki valideyni qeyri-almandır. Əhalinin 91,5%-ni almanlar, 2,4%-ni türklər, 0,7%-ni italyanlar, 0,4%-ni yunanlar, 0,4%-ni polyaklar təşkil edir. Bundan başqa Almaniyadan kənarda çoxlu sayda etnik alman yaşayır.
Almaniya çox yüksək səviyyədə urbanizasiyalaşmış ölkə sayılır. Ölkə əhalisinin təxminən 90 faizə yaxını şəhərlərdə yaşayır.Almaniyada əhalisi 1 milyon nəfərdən çox olan dörd şəhər yerləşir. Bunlar Berlin, Hamburq, Münhen və Köln şəhərləridir.
Almanların dili
Almaniyada rəsmi dil alman dilidir. Bu dil Almaniyada ən geniş yayılmış dildir və demək olar ki, ölkədə yaşayan hər bir insan bu dili yüksək səviyyədə bilir. Həmçinin alman dili Avropa Birliyinin 23 rəsmi dilindən biridir, həmçinin 3 işçi dillərdən biridir. (digər iki işçi dili ingilis dili və fransız dilidir) Yerli etnik azlıqların dili kimi danimarka dili, sorbiya dili, friziya dilləridir. Həmçinin son illərdə Almaniyaya köç etmiş miqrantların istifadə etdiyi dillər kimi türk dili, polyak dili, rus dili və Balkan yarımadasından olan xalqların dilləridir.
Bütün dünyada alman dili 100 milyon nəfər üçün əsas dil, təxminən 80 milyon nəfər üçün isə ikinci dildir. Alman dili Avropa Birliyində olan 90 milyon (18%) nəfər üçün ana dilidir. Almaniya əhalisinin 67% alman dilindən başqa daha bir dil, 27% isə alman dilindən başqa daha iki dil bilir. Ölkədə daha geniş yayılmış xarici dil ingilis dilidir. Xarici dil bilən almanların 51%-i ingilis dilini, 15%-i fransız dilini, 5%-i isə rus dilini bilir.
Almaniyada din
30% protestantlar (lüteranlar), 30% katoliklər, 4% müsəlmanlar təşkil edir. Son illərdə Almaniyada xristianların sayının azalması ilə bərabər, ateistlərin sayı artmaqdadır.
Xristianlıq Almaniyada Roma İmperiyası və Frank Krallığı dövründə yayılmağa başlayıb. İlk dövrlərdən Almaniya əhalisi Roma Katolik kilsəsinə sadiq olsa da, reformasiya hərəkatı başlanan zamandan etibarən Almaniya katolik kilsəsindən ayrılmağa başladı. 16-cı əsrdən etibarən daha çox alman protestanlığı qəbul etdi. Hal-hazırda da Almaniyadakı xristianların əksəriyyəti protestant olmaqdadır.
İslam barədə Almaniya tarixində çox az şey məlumdur. Almaniya torpağına ilk gələn müsəlmanlar 1683-cü ildə Vyana muhasirəsi zamanı əsir düşmüş türk əsgərləri olmuşdular. Daha sonra onların bir çoxu ya xristianlığı qəbul edərək Almaniyada qalmış, ya da öz vətəninə qayıtmışdılar. Daha sonra rus-osmanlı muharibələrində əsir düşmüş türk əsgərləri bir neçə dəfə Almaniyaya gətirilmişdilər. 1741-ci ildə etibarən Prussiya kralı Frederik II dövründə tatar, Bosniya və Albaniya müsəlmanlarından ibarət 1000 nəfər əsgər olan polk Prussiya ordusunda daimi xidmət edir. Həmin polk Ulan (türkcə oğlan) polku adlanırdı. 1798-ci ildə Almaniyada indiyə qədər mövcud olan ilk müsəlman qəbiristanlığı salınır.Almaniyada ilk məscid 1779-cü ildə tikilir. Lakin müsəlmanların sayı əsas olaraq İkinci Dünya müharibəsindən sonra sürətlə artmağa başlayır. Hal-hazırda da müsəlmanlar ateistlərlə birgə sayı sürətlə artan qruplardandır.
Almaniya həmçinin yəhudilərin ənənəvi olaraq yaşadığı ölkələrdən olmuşdur. Almaniyanın birləşməsindən əvvəl, 1989-cu ildə burada 30.000 yəhudi yaşasa da, SSRİ-nin dağılmasının ardından bir çox yəhudinin bura köçməsi onların sayının çoxalmasına səbəb olmuşdur. 2004-cü ildə Almaniyada 200.000 yəhudi yaşayırdı. Bundan başqa ölkədə təxminən 250.000 buddist yaşayır ki, bunların da yarısı Asiya ölkələrindən bura gəlmiş immiqrantlardır.
Almaniyada idman
İdman alman həyatının ayrılmaz hissəsidir. 27 milyon almaniyalı idman klublarının üzvüdür, 12 milyon almaniyalı isə idman ilə individual olaraq məşğul olur. Almaniyada 91.000-dən çox idman klubu fəaliyyət göstərir. Olimpiya oyunlarında qazanılmış medalların sayına görə Almaniya bütün dünyada 3-cü yeri tutur. Həmçinin Almaniya 2 dəfə Olimpiya oyunlarına evsahibliyi edib. Bunlar 1936-cı ildə Berlində və 1972-ci ildə Münhendə keçirilən Olimpiada Oyunları olub.
İdman oyunları içərisində Almaniyada ən geniş yayılan növü futboldur. Almaniya Futbol Assosasiyası özündə 26.000 futbol klubunu və 6.6 milyon üzvü özündə birləşdirən böyük bir qurumdur. Almaniya futbol liqası Bundesliqa professional dünyadakı idman yarışları içərisində özünə ən çox tamaşaçı cəlb edən yarışlardan biri hesab olunur. Futbol üzrə Almaniya yığma komandası 3 dəfə Dünya və 3 dəfə Avropa çempionu olub. Digər yarışlardan hokkey, raqbi, tennis və motorlu yarışlar da Almaniyada geniş yayılıb.Formula 1-de alman pilotu Michael Shmaher 7 defe dunya chempionu olub.
Elm
Almaniyada elm orta əsrlərdən bəri sürətlə inkişaf etməkdədir. Hal-hazırda da Almaniyada elmə yatırım çox yüksək səviyyədədir və bu məqam ölkə iqtisadiyyatının sürətlə inkişafına əsas təkan verən amillərdəndir. İndiyə kimi 103 alman Nobel mükafatına layiq görülmüşdür. Müasir dövrdə Almaniyada elmin inkişafına sənaye, universitetlər və dövlət tərəfindən böyük həcmdə yardımlar ayrılır.
Təhsil
Almaniyada yüksək səviyyəli və keyfiyyətli təhsil mövcuddur. Burada təhsil ilə əlaqədar işlərə mərkəzi hökümət deyil, federal əyalətlər cavabdehdir. Uşaq bağçalarına gediş könüllü olsa da, orta məktəbdə 9 illik təhsil ölkədəki bütün uşaqlar üçün məcburi xarakter daşıyır.
Almaniya ordusu
Almaniya Silahlı Qüvvələri (Bundeswehr) quru qoşunlarından, hərbi hava qüvvələrindən (Luftwaffe) və hətbi dəniz qüvvələrindən ibarətdir. Almaniyada hərbi xidmət 18 yaşından yuxarı olan bütün kişilər üçün məcburidir. Hərbi xidmət müddəti 6 aydan ibarətdir. Almaniyanın 2009-cu ildə hərbi xərcləri 45,6 mld. dollar olub. Hərbi xərclərin miqdarına görə dünyada 7-ci yeri tutur. Hərbi xərclər Almaniya Ümumi Daxili Məhsulunun 1,3%-ni təşkil edir ki, bu da aşağı göstərici hesab olunur.Hal-hazırda Almaniya ordusunda 200.500 peşəkar hərbçi, 50.000 nəfər 6 ay müddətinə orduda xidmət edən 18-25 yaş arası çağırışçı və 2.500 nəfər aktiv ehtiyat hərbçi xidmətdədir. 2001-ci ildə qadınların alman ordusunda xidmət etməsinə icazə verilmişdir, lakin onlar məcburi çağırışa məhkum deyillər. Hal-hazırda Almaniya ordusunda 14.500 qadın xidmət edir, indiyə kimi 2 qadın general rütbəsinə qədər yüksələ bilmişdir.
Alman ordusu Soyuq Müharibə dövründə Almaniyadan kənarda heç bir hərbi əməliyyatlarda iştirak etməmişdir. Buna baxmayaraq, keçirilən hərbi təlimlərdə əsgər itkiləri baş verirdi. Məsələn, 1957-ci ildə Bavariyada keçirilən hərbi təlimdə 15 desant əsgəri İller çayına eniş edərək orada boğulmuşdur. Lakin Soyuq Muharibədən sonrakı dövrdə Almaniya xarici ölkələrdə gedən muharibələrdə iştirak edir. Hal-hazırda alman ordusunun minlərlə əsgəri Əfqanıstanda gedən muharibədə iştirak edir. Bundan başqa alman ordusunun əsgərləri Kosovoda, Livanda, Bosniya və Herseqovinada sülhməramlı kontingentin tərkibinə daxildirlər. 1994-cü ildən bəri 70 alman əsgəri Almaniyadan kənarda aparılan hərbi əməliyyatlarda öldürülüb.
Bundan başqa Almaniya NATOnun üzvüdür. Bir neçə NATO ölkəsinin qoşunları isə Almaniyada yerləşir. İkinci Dünya müharibəsindən sonra Almaniyada xarici ölkələrin yüz minlərlə əsgəri yerləşirdi. Lakin Soyuq müharibənin bitməsindən sonra bu qoşunların bir çoxu ölkəni tərk etdi. Hal-hazırda Almaniyada 64.000 ABŞ və 20.000 nəfər Böyük Britaniya əsgəri var. Böyük Britaniya 2020-ci ilə kimi bütün əsgərlərini Almaniyadan çıxaracağını bəyan edib.
Yeni qəbul olunmuş qanuna əsasən 2011-ci ildən etibarən Almaniyada məcburi əsgərlik xidməti ləğv olunur. Hərbi xidmətini yerinə yetirmək istəməyənlər bu vəzifədən azad ediir. Beləliklə Almaniyada 57 ildir davam edən hərbi xidmətə çağırış sona çatdı. Məcburi əsgərliklə əlaqədar konstitusiya maddəsi olduğu kimi qalacaq, lakin ölkədə zəruri əsgərlik qəti surətdə tətbiq olunmayacaq. Yəni Almaniya nə vaxtsa hücuma məruz qalarsa məcburi xidmət birmənalı şəkildə yenidən tətbiq ediləcək.Ölkədə bundan sonra silahlı qüvvələrin əsas hissəsini müqavilə əsasında xidmət edən əsgərlər və muzdlular təşkil edəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.