N yaxşı proqramlaşdırma dilləri
5.Windows inkişafının bütün növləri üçün idealdır
Proqramlaşdırma
İnsan gündəlik həyatında istənilən bir işi icra etmək üçün müəyyən hərəkətlər ardıcıllığından istifadə etməlidir. Əgər hərəkətlər ardıcıllığı müəyyən səbəbdən pozularsa, məlumdur ki, həyata keçiriləcək iş nəticəsiz olacaqdır. Deməli istənilən nəticəni əldə etmək üçün yerinə yetiriləcək hərəkətlər ardıcıllığını düzgün həyata keçirmək lazımdır.
Yəni istənilən işi və ya bir məsələni həll etmək üçün ardıcıl hərəkətlər düzülüşündən – alqoritmdən istifadə etmək lazımdır. Alqoritm latın sözü olub, qayda, qanun deməkdir. Alqoritm anlayışı riyaziyyatın fundamental anlayışlarından biridir. Onun müstəsna elm olması nəticəsində özünəməxsus mövzusu da vardır.
Alqoritm sözünü ilk dəfə IX əsrin məşhur özbək riyaziyyatçısı Mühəmməd ibn Musa Əl-Xarəzmi öz əsərlərində işlətmişdir. Alim onluq say sistemində dörd hesab əməlinin aparılma qaydalarını vermiş və bu qaydaların həyata keçirilmə ardıcıllığını alqoritm adlandırmışdır. 12-ci yüzilliyin birinci yarısında Əl-Xarəzminin bu əsəri latın dilinə tərcümə olunaraq, Avropada yayıldı.
Beləliklə, bu tərcümə sayəsində “alqoritm” sözü Avropa dillərinə keçdi. Həmin dövrdən etibarən, bütün elm adamları bu alqoritmlərdən istifadə edirlər. Əgər ümumi halda ifadə etsək, alqoritm müəyyən məsələnin həll qaydası, həll yoludur, yəni məsələnin həllini təmin edən formal qaydalar sistemidir. Məsələnin kompüterdə həlli nöqteyi-nəzərindən alqoritm axtarılan cavabların alınması üçün məsələnin verilənləri üzərində icra olunan hesabi və məntiqi əməllərin sonlu sayda ardıcıllığıdır.
Əməllər həll mərhələləri də adlandırılır. Mərhələlərə uyğun olaraq, alqoritm – sadə halda götürsək, hesabi və məntiqi mərhələlərdən ibarət olur. Həmin mərhələlərə uyğun olaraq, hesab və müqayisə əməlləri yerinə yetirilir. Müqayisənin nəticəsindən asılı olaraq, bu və ya digər mərhələnin icrasına baxılır.
Kompüterdə istənilən məsələni həll etmək üçün alqoritm tərtib edərkən, onun aşağidakı şərtləri ödəməsi vacibdir.
1. Müəyyənlik. Alqoritm müəyyən olmalıdır, daha doğrusu, dəqiq hesablama metoduna malik olmalı, icra edildikdə eyni nəticə verməli, istənilən istifadəçi tərəfindən tam başa düşülməlidir. Bunlarla yanaşı, yazılmış alqoritm istifadəçinin işi icra etdiyi zaman artıq düşünməməsi üçün son dərəcə dəqiq tutulmalı və ona qərar qəbul etməklə müstəqillik verməlidir.
2. Kütləvilik. Alqoritm kütləvi olmalıdır, yəni istifadəçi onu bir məsələnin həlli üçün nəzərdə tutmalıdır. Başqa sözlə, alqoritm təkcə ilkin verilənlərin bir qiyməti üçün yararlı olmamalıdır, o, həm də verilənlərin başqa qiymətləri üçün də istifadə oluna bilməlidir.
3. Diskretlik (latınca discretus – ayrılmış). Alqoritm diskret olmalıdır, yəni hesablama prosesi əməllər ardıcıllığına bölünməlidir.
4. Nəticəlilik. Alqoritm nəticəli olmalıdır, yəni alqoritm sonlu sayda mərhələlərdən sonra tamamlanmalıdir. Bu xassəni çox vaxt alqoritmin istiqamətliliyi də adlandırırlar. Əks halda, alqoritm sonsuz prosesə çevrilir.
5. Determinantlıq (latınca determinate – müəyyənlik, dəqiqlik). Alqoritm dəqiq olmalıdır ki, istifadəçi hər bir hesablama addımından sonra, növbəti addımın nə olacağı haqqında tam məlumat əldə etsin.
6. Alqoritm aydın olmalıdır ki, onu icra edən ona verilmiş tapşırığı tamamilə başa düşə bilsin.
Alqoritmi təsvir edərkən, onun mümkün qədər əyani olmasına və aydın verilməsinə ciddi fikir vermək lazımdır. Alqoritmin təsvir üsullarına gəlincə, demək lazımdır ki, onun əyani, yığcam standart vasitələrlə təsviri kütləviliyini təmin edən əsas amildir.
Alqoritmin təsviri üçün istifadə olunan əsas üsullar bunlardır:
– sözlə təsvir
– blok-sxemlə təsvir
– alqoritmik dillə təsvir
Sözlə təsvir alqoritmin kütləvilik xassəsini təmin etmədiyindən, o, icracı insan tərəfindən aparılan və nisbətən sadə alqoritmlərin təsvirində istifadə oluna bilər.
Bir çox hallarda alqoritmin təbii dildə təsviri ilə yanaşı, onun qrafik təsvirini də verirlər. Alqoritmin qrafik təsviri əmrlərin yerinə yetirilmə ardıcıllığını daha aydın şərh etməyə və görməyə imkan verir.
Təbii dildə təsvir zamanı yarana biləcək qeyri-müəyyənlik, qeyri-dəqiqlik qrafik təsvirin köməyi ilə aradan qaldırıla bilər. Qrafik təsvirdə alqoritmin əmrlərini göstərmək ücün müxtəlif bloklardan istifadə olunur. Bu mənada qrafik təsvirə “blok-sxemlərlə təsvir” də deyilir. Bu üsulda alqoritm, hər biri müəyyən funksiyanı yerinə yetirən bloklar ardıcıllığı şəklində təsvir olunur.
- Alqoritmləşdirmə
- növbəti addım: Proqram anlayışı »»
Ən yaxşı proqramlaşdırma dilləri
Müasir dövrümüzdə ən prestijli və zəruri “Proqramlaşdırma dilləri’’ni aşağıdakı kimi sistemləşdirərək və xarakterizə edərək, faydalarından yararlanmaq üçün oxucularımıza ‘’əlçatan’’‘etdik. 2020-ci il üçün ən yaxşı və innovativ “Proqramlaşdırma dilləri’’ni ən xırda detallarının belə diqqətinizdən yayınmağını istəmirsizə ekrana yaxın əyləşin və gözünüzü ‘’dörd ‘’açın : Python, Java, C/C++,JavaScript,Go və ya Golang, R, Swift, PHP, C#
“Proqramlaşdırma dillərinin döyünən ürəkləri’’
‘’Python’’ proqramlaşdırma dili
Ən üst səviyyədə proqramlaşdırma dili ‘’PYTHON’’ – sürətli, tez və istifadəsi asan dildirki ’’scalable web applications’’ inkişafında geniş istifadə olunur. YouTube, Instagram, Pinterest, SurveyMonkey bütünlüklə konstruksiyasında Python əsas rol oynayıb . Bol qazanclı və yaxşı iş axtarışında olanlar üçün ‘’Python ASAP”ı dərindən bilməyi məsləhət görürük. Əksər ‘’start up’’lar əsas backend üçün’’Python’’dan yararlanırlar. Beləliklə də bu ,’’ full stack python’’proqramçıları üçün geniş imkanlara yol açır.
Gəlin, birlikdə ‘’Python’’ proqramlaşdırma dilinin öyrənməyin çağdaş dövrümüz görə nə dərəcədə avantajlı və vacib olduğunu nümunələr əsasında nəzərinizə çatdıraq:
- ‘’Python’’ proqramlaşdırma dilində obyektlər və qruplar yaratmaq, sonra isə onlardan istifadəetmək artıq ‘’OOP’’ xüsusiyyətləri sayəsində daha asandır.
- ’Python’’ proqramlaşdırma dilin geniş və zəngin kitabxana dəstəyi var
- Bu proqramlaşdırma dilində kodun oxunaqlılığına birbaşa yönəldilir
- Ən mürəkkəb tətbiqləri belə, hətta, miqyaslandırmaq qabiliyyətinə malikdir
- Prototiplər yaratmaq və ideyaları daha sürətli sınaqdan keçirmək üçün idealdır
- Artan bir cəmiyyət dəstəyi ilə açıq mənbədə xidmət göstərir
- Çox sayda platforma və sistem üçün dəstək verir
- Öyrənmək və istifadə etmək çox asandır.
‘’Java’’ proqramlaşdırma dili
JAVA-irimiqyaslı şirkətlərin, təşkilatların seçimidir. ‘’Java’’ ‘’enterprise-scale web applications’’konfiqurasiyasında və ‘’Android App Development’’ də geniş istifadə olunur. Böyük arenada tanınan ‘’Java’’ istənilən biznes sahəsində yaxından müşaiət olunur. Ümumiyyətlə, hər biznes sahəsinin ‘’ Android Application owing’’ə ehtiyacı var. Çünki,bu faktdırki andriod istifadəçilərinin sayı bugün milyardı ötüb. Odur ki, yüksək gəlirli işlə təmin olunmaq ‘’JAVA’’ – ilə xəyal deyil.
‘’Java’’ proqramlaşdırma dilinin vacib nüansları isə bunlardır:
- Açıq mənbəli kitabxanaların bolluğu ilə diqqətləri öz üzərinə çəkir.
- Avtomatik yaddaş ayırması və zibil toplamasına qabildir.
- ’’OOP’’ paradiqmasına əməl etməsi özəlliyinə mənsubdur.
- Yığım bölgüsü sisteminə malikdir.
- ’’JVM’’ xüsusiyyəti sayəsində yüksək dərəcədə platforma müstəqilliyi olması danılmazdır
- Paylanmış hesablama üçün idealdır.
- Verilənlər bazası bağlantısı, şəbəkə, kommunal xidmətlər və ‘’XML ‘’analizi kimi müxtəlif tapşırıqları
- yerinə yetirmək üçün ‘’API’’-lərdən bir çoxunu təklif edir.
- ’’Multithreading’’ -i dəstəkləyir.
‘’C/C++’’ proqramlaşdırma dili
C/C++ sanki proqramlaşdırmanın ‘’yağ’’ və ‘’çörəy’’inə bənzədilir. Demək olar ki, bütün ‘’low-level systems’’ eləcədə ‘’operating systems’’, ‘’file systems’’ və s. C/C++ “proqramlaşdırma dilində’’ yazılır .’’Competitive programmers owing’’ tərəfindən istifadə olunan C/C++ son dərəcə sürətli və stabildir. Mükəmməl ’’System-level programmer’’ olmaq arzusundasınızsa, C/C++ məhz sizə görədir.
‘’C / C++’’ proqramlaşdırma dilinin möhtəşəm üstünlükləri ilə qarşınızdayıq:
- ‘’C /C++’’ilə işləmək üçün tərtibçilər və kitabxanalar cəmiyyəti mövcuddur.
- ‘’C / C++’’ digər proqramlaşdırma dilləri tərəfindən blok edilmiş və ya gizlədilmiş obyektlərə daxil olmağı asanlaşdırır.
- ‘’C / C++’’ üzərində əksər proqramlaşdırma dillərinə nisbətən proqramların daha sürətli icrası mümkündür.
- ‘’C / C ++’’ daha mürəkkəb proqramlaşdırma dillərini başa düşmək üçün əsas yaradır
- ‘’C / C++’’da çox cihazlı, çox platformalı tətbiqetmənin inkişafı üçün seçim dili vardır.
- Böyük bir ‘’daşınma dərəcəsi’’ni təklif etmə funksiyası mövcuddur.
- ‘’C/C++’’da bir qrup funksiya modulu və blok ilə prosedur yönümlü dilin mövcudluğu proqramları ayırd etməyi, sınaqdan keçirməyi və sazlamağı asanlaşdırır.
- ‘’C/C++’’da proqramlar daha səmərəli və başa düşüləndir.
- ‘’C/C++’’ zəngin funksiyalı kitabxanası ilə xidmətinizdədir.
- ‘’C/C++’’ ’’Sistem aparatına ‘’yaxın işləyir və buna görə aşağı səviyyədə abstraksiya təklif edir.
‘’JavaScript’’ proqramlaşdırma dili
JavaScript- “frontend” proqramlaşdırma dilidir və ‘’interactive frontend application’’lərin dizaynlaşdırılmasında daha cox rast gələ bilərik. Bu günlərdə əksər təşkilatlar, xüsusi ilə ‘’startup’’lar NodeJS-ni istifadə edirki, elə o da ‘’run-time environment ‘’ ə əsaslanmış ‘’JavaScript’’-dir.
“Frontend” proqramlaşdırma dili olan ‘’JavaScript’’-aşağıdakı önəmli funksiyaları var:
- Müştəri yönümlü ‘’JavaScript’’ çox sürətlidir və tərtib tələbi olmadığı üçün dərhal ‘’the web browser’’ daxilində işləyir.
- ‘’A website’’üçün daha zəngin bir ‘’ interface’’ verir.
- ‘’JavaScript’’həm də universaldır və ‘’web’’ proqramlaşdırma dilidir.
- ’’ECMA’’dəqiqləşdirmə yolu ilə mütəmadi olaraq yeniləmə baş verir.
- İşləmə qabiliyyətini uzatmaq üçün ,bir neçə’’add -ons’’ olunması.Buna ‘’Greasemonkey’’ misal gətirə bilərik.
- Sadə tətbiqlərin mövcudluğu.
- Digər proqramlaşdırma dili ilə olduqca yaxşı işləyir
‘’Go’’ proqramlaşdırma dili
Go və ya Golang Google-da Google-un mühəndisləri və digər proqramçılar tərəfindən yaradılmışdır GO-nun öyrədilməsini vacib edən amillər aşağıdakı kimi xarakterizə edə bilərik:
- Go statik tipli kompilyasiya olunan dildir.
2. O, GoRoutine-lərin köməyi ilə daxili paralelizmi dəstəkləyir.
4. Go-da sətrlər susmaya görə UTF-8 ilə kodlaşdırılmışdır.
5. Digər kompilyasiya olunan dillər ilə müqayisədə Go daha sadə sintaksisə malikdir.
6. Go-da proqram təminatı bir fayla kompilyasiya olunur.
‘’R’’ proqramlaşdırma dili
‘’R’’ proqramlaşdırma dili ‘’Data Analysis’’ və ‘’Machine Learning’’üzrə istifadə olunan proqram dillərindən biridi. R nəinki yüksək səviyyəli çərçivələrlə həmçininin ’’Machine Learning algorithm’’lərin güclü inkişafı üçün daxili kitabxanalarla təmin edir . R eləcə də, qrafiklər də ümumi ‘’statistical computing’’ üzrə istifadə edilir. R müəssələr tərəfindən yüksək formada qəbul edilmişdir.
‘’R’’ proqramlaşdırma dilinin üstünlükləri:
1.Müxtəlif əməliyyat sistemlərində problemsiz işləmə bacarığı
2.Hərtərəfli statistik analiz dili
3.Güclü paket ‘’ecosystem’’-i
4.Yüksək səviyyyədə ‘’uzadıla bilmə’’ funksiyasına malikliyi.
5. Fəal ‘’ mushrooming’’ toplumu olması.
6. ‘Açıq mənbəli və ’’tweak’’etmə qabilliyi.
‘’PHP’’ proqramlaşdırma dili
PHP -‘’backend’’ proqram dilləri arasında ən məşhurudur. PHP- nin üstünlüklərini bu cür xarakterizə etmək olar:
- PHP kod HTML kodun içərisində belə işlənə bildiyindən, PHP də yazılan veb səhifələr tez yüklənir
- PHP Açıq Kod Sistemınə malik bir proqramlaşdırma dilidir
- PHP çox asan dil olduğundan , yeni başlayanlar üçün də sərfəli bir dildir
- PHP Windows,Linux,Macintosh və s. kimi əməliyyat sistemlərində işlənir
- Əgər sizin php scriptiniz düzgün yazılıbsa ,onda proqramın kodu istifadəçilər tərəfindən görsənməyəcək ( Gələcəkdə özünüz bunun şahidi olacaqsınız)
- PHP demək olar ki, yalnız web proqramistin fantaziyası ilə məhdudlaşır. Webə aid nə istəsəniz, php nin köməyi ilə edə bilərsiniz.
‘’Swift ‘’proqramlaşdırma dili
Swift ‘’ iOS application’’ larının inkişafında əvəzsiz rol oynayan və öyrənilməsi vacib proqram dilidir . ‘’iOS’’ əsaslı qurğular onun popluyarlığıni daha da artırdı. Bu proqram dilində yen xüsusiyyətlər əlavə etmək çox asandır .Swift eyni zamanda ‘’developer’’ləri aydın və oxunaqlı kod yazmağa cəsarətləndirir
1. Avtomatik yaddaş idarəetmə, yaddaş sızmasının qarşısını alır.
2.’’Apple‘’ tərəfindən dəstəklənir.
3. Mükəmməl ‘’scalability’’ imkanının olması asanlıqla məhsula funksionallıq əlavə etmək və ya əlavə inkişaf etdiricilər gətirmək imkanı verir.
4.Yeni xüsusiyyətlər əlavə etmək asandır.
5.’’ Developer’’-ləri aydın və oxunaqlı kod yazmağa təşviq edir.
6.İngilis dilinin zəngin sintaksis quruluşu onu çox oxunaqlı hala gətirir.
7.’’ Objective-C’’ilə qarşılıqlı əlaqəlidir.
8.Hər hansı bir texnologiya ilə ‘’Server-side Swift’’-i birləşdirmək mümkündür.
9.Həm ‘’frontend’’, həm də ‘’backend’’-in inkişaf üçün istifadə edildikdə, kod mübadiləsini daha yaxşı və inkişaf prosesini daha sürətli edir.
10.Digər populyar proqramlaşdırma dilləri ilə müqayisə etdikdə, (məsələn, ‘’Objective-C’’ və ‘’Python’’ kimi) çox sürətli və daha mükəmməldir.
‘’C#’’proqramlaşdırma dil
‘’C#’’ nəyinki ‘’Microsoft’’ firmasının inkişaf etdirdiyi yeni nəsil proqramlaşdırma dilidir, eyni zamanda ‘’Microsoft’’ tərəfindən inkişaf etdirilmiş olan ‘’NET’’ texnologiyası üçün təkmilləşdirilmiş bir dildir.’’C#’’ proqramlaşdırma dili ‘’Window’’ mobil telefon tetbiqlərinin və oyunlarının qurulmasında və‘’backend programming’’üzrə çoxşaxəli istifadə edilir.
‘’C#’’proqramlaşdırma dilinin yüksək keyfiyyətli özəlliklərini bu cür xarakterizə edə bilərik:
1.Paylaşılan ‘’codebase’’ ləri ilə işləmə bacarığına malikdir..
2.Avtomatik ölçülən və yenilənə biləndir.
3. ‘’Component-oriented’’, və ‘’object-oriented’’ proqramlaşdırma dilidir.
4.’’NET ‘’kitabxanasının bütün tipləri üçün idealdır.
5.Windows inkişafının bütün növləri üçün idealdır
6.format təhlükəsizliyini dəstəkləyir
7.Tez tərtib və icra müddəti mövcuddur.
Comments are closed, but trackbacks and pingbacks are open.