Press "Enter" to skip to content

Birgə müəssisələr, tenderlər və müsabiqələr

Azərbaycan qanunvericiliyi və müvafiq beynəlxalq təcrübə ilə, kütləvi təkliflər vasitəsi ilə birgə müəssisənin yaradılması tələb olunmur. Azərbaycan qanunvericiliyinə əsasən, yalnız malların və xidmətlərin satınalınmasına tenderin keçirilməsi (rəqabət qabiliyyətli seçim) üzrə tələblər şamil olunur ki, bu da hal-hazırda Azərbaycan Respublikasının 27 dekabr 2001 – ci il tarixli Dövlət Satınalmaları haqqında Qanunu ilə müəyyən edilmişdir. Bu qanunvericilik aktı Azərbaycan Respublikası Prezidentinin 524 saylı, 19 dekabr 1996-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında” və onun sonrakı 1997-ci il variantı olan ilk qanunvericilik aktının təqdim edilməsindən bəri Satınalmalar üzrə Dövlət Agentliyinin əldə edilmiş təcrübəni öyrənməsindən sonra hazırlandı. Satınalmalar üzrə Dövlət Agentliyi mövcud qanunun layihəsinin hazırlanması zamanı həmçinin Dünya Bankının tövsiyələrini, dövlət satınalmalarına dair Avropa İttifaqı ölkələrinin mövcud sənədlərini, dövlət satınalmalarına dair Ümumdünya Ticarət Təşkilatının sazişlərinin müddəalarını nəzərə almışdır.

Müəssisələr, onlarin növləri

1. Müəssisə nədir.
2. Müəssisələrin növləri,
3. Müəssisələrin təşkilati-hüquqi formaları
4. Formal və qeyri – formal təşkilatlar
5. Müasir idarəçilik formaları.

Təbii sərvətlərdən istifadə olunması, cəmiyyət üçün faydalı olan istehlak mallarının yaradılması və bazar tələbatının ödənilməsi, işçinin bilavasitə istehsal vasitələri ilə təması müəssisələrlə bağlıdır. İstehsalın bütün həlqələrində ən başlıca amil və ən əsas özək müəssisədir.
Müəssisə mülkiyyət formasından asılı olmayaraq ictimai tələbatın ödənilməsi və qazanc əldə edilməsi məqsədilə məhsul istehsal edən və satan, işlər görən və xidmətlər göstərən, qanuna müvafiq yaradılan hüquqi şəxs olan müstəqil təsərrüfatçılıq subyektidir.
Müəssisə, onun növləri və təşkilati – hüquqi formaları barədə aşağıdakıları bilmək vacibdir.
Təsərrüfat fəaliyyətinin növü və xarakterinə görə bütün müəssisələr aşağıdakı beş qrupa ayrılır:
a) Sənaye müəssisələri – sənayenin müxtəlif sahələrində yaradılır və fəaliyyət göstərir;
b) ticarət müəssisələri – əmtəələrin alqı – satqısı üzrə əməliyyatları həyata keçirir;
c) nəqliyyat müəssisələri – yüklərin daşınması ilə məşğul olur;
ç) nəqliyyat – ekspeditor müəssisələri isə məhsulların istehlakçılara çatdırılması ilə məşğul olurlar;
d) sığorta müəssisələri – əmlakın və yüklərin sığortalaşması ilə məşğul olur.
Məlumdur ki, müəssisə hüquqi şəxsdir, müəyyən əmlaka malikdir, ondan istifadə və onu idarə edir, müstəqil balansı var, istehsal – təsərrüfat fəaliyyətinin nəticəsi olan mənfəəti və ziyanı aşkar edə biləcək mükəmməl uçot və hesabat aparır. Müəssisə dövlət və istehlakçıların sifarişi, tapşırıqları və müqavilələri əsasında öz planlarını işləyib hazırlayır və onu həyata keçirir.
Hüquqi vəziyyətinə görə bütün müəssisələr iki qrupa ayrılır:
Fərdi müəssisələr – vətəndaşın və ya onun ailə üzvlərinin ümumi pay mülkiyyətində olan müəssisələrdir. Fərdi müəssisə vətəndaşın ya da ailə üzvlərinin başqa mülkiyyətçilərə məxsus olan müəssisələrin satın alınması yolu ilə də yaradıla bilər. Bu növ müəssisənin mülkiyyətçisi müəssisənin öhdəliklərinin yerinə yetirilməsinə görə öz əmlakı ilə Azərbaycan Respblikasının qanunvericiliyində nəzərdə tutulan qaydada məsuliyyət daşıyır.
Müəssisə birlikləri – həmin birliyin tərkibinə daxil edilmiş müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi, hüquqlarının müdafiə edilməsi, ümumi mənafelərin dövlət və digər orqanlarda və beynəlxalq təşkilatlarda təmsil olunması və digər müəssisələr ilə könüllülük əsasında sahə, ərazi və başqa prinsiplərə əsasən ittifaqlar, konsernlər, şirkətlər və digər birliklər yarada bilərlər. Birlik təsisçilərin təsdiq etdikləri Nizamnamə əsasında fəaliyyət göstərir.
Müəssisə birliklərinin aşağıdakı növlərini fərqləndirirlər:

  • Şərikli (tam ortalıqlı) müəssisələr – azı iki fiziki və hüquqi şəxs tərəfindən müqavilə əsasında təsis edilir. Müəssisənin şərikləri onun öhdəliklərinin yerinə yetirilməsinə görə özlərinin bütün əmlakı ilə məsuliyyət daşıyırlar.
  • Payçı (kommandit ortalıqlar) müəssisə – azı bir şərik və bir payçı tərəfindən təsis edilir. Şərik və payçı həm fiziki şəxs, həm də hüquqi şəxs ola bilər.
  • Məhdud məsuliyyətli müəssisə – bir və ya bir neçə fiziki və yaxud hüquqi şəxs tərəfindən yaradılan, Nizamnamədə müəyyən edilmiş həcmdə fondun təsis müqaviləsi ilə paylara bölünən müəssisədir. Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq Nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.
  • Səhmdar cəmiyyəti – təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə Nizamnamə fondunu səhm buraxmaq yolu ilə fondlaşdıran fiziki və ya hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir. Səhmdar cəmiyyəti azı üç fiziki və ya hüquqi şəxs tərəfindən təsis edilir. Mövcud qanuna əsasən səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində məsuliyyət daşıyırlar. Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşıyır.
  • Konsern – formal olaraq müstəqil, üzərlərində maliyyət nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən təsərrüfat formasıdır. Konsern adətən, müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət formalarına, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir şəraitdə trestlərin konsernlərə çevrilməsi geniş yayılmışdır.
  • Maliyyə qrupları – bir və yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital sahibkarlarının maqnatlarının nəzarəti altında olan sənaye, bank, sığorta, nəqliyyat, ticarət və başqa kompaniyaların məcmusundan ibarət olan maliyyə təşkilatıdır, birliyidir.
  • Dövlət müəssisələri – dövlət mülkiyyəti əsasında yaradılır və onun fəaliyyəti dövlət orqanları tərəfindən tənzimlənir. Hazırda dövlət müəssisələri respublikanın iqtisadi inkişafında mühüm rol oynayır. Bu, onunla izah edilir ki, hələlik orta və iri müəssisələr dövlətə məxsusdur. Dövlət müəssisələrinin iki növünü fərqləndirirlər: əmlakı tamamilə dövlət mülkiyyətinə əsaslanan müəssisələr və səhmlərinin nəzarət poketi dövlət orqanlarına məxsus olan müəssisələr. Dövlət müəssisəsi tərəfindən ona təhkim edilmiş əmlak üzərində AR-nın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və hüdudlarda sahiblik, istifadə etmək və sərəncam vermək məlahiyyətlərini həyata keçirir.
  • Kooperativ müəssisələr – «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istehsal, elmi-istehsal, tikinti, ticarətsatınalma, xidmət və s. fəaliyyət növləri ilə məşğul ola bilərlər. Kooperativlər şəriklik əsasında yaradılır. Kooperativlərin nəzdində «Qız» firmaları və digər filiallar fəaliyytət göstərə bilərlər. Bundan başqa, kooperativlər öz maliyyə vəziyyətlərini yaxşılaşdırmaq və elmi texniki nailiyyətlərdən tez istifadə etmək üçün qiymətli kağızlar (səhmlər) buraxa bilərlər.

Kapital və nəzarət mülkiyyətinə görə müəssisələr 3 qrupa ayrılır: milli, xarici və qarışıq.
Ümumxalq mülkiyyətinə əsaslanan – müəssisələr milli müəssisələr adlanır. Məsələn, Azərbaycan Dövlət Neft Şirkəti milli müəssisədir. Xarici sahibkarların kapitalı əsasında yaradılan və onların nəzarəti altında fəaliyyət göstərən müəssisələrə xarici müəssisələr deyilir. İki və daha çox ölkənin kapitalları əsasında yaradılan müəssisələr qarışıq (müştərək) müəssisələr adlanır.
Buraxılan məhsulun iqtisadi təyinatına görə – bütün müəssisələr iki əsas qrupa bölünür: istehsal vasitələri istehsal edən müəssisələr və istehlak vasitələri (əmtəələri) istehsal edən müəssisələr.
İstehsal etdikləri xammal və materialın xarakterinə görə hasilediciemaledici müəssisələr fərqləndirilir.
Miqyasına görə müəssisələr üç cür: iri, orta və kiçik olurlar. Son illərə kimi Azərbaycanda bütün müəssisələrin təqribən 60-70%-ni iri və orta müəssisələr təşkil edirdi. Hazırda isə onların sayı xeyli azalmış və bütün müəssisələrin təxminən 55 – 60%-ni kiçik və müştərək müəssisələr təşkil edir.
İxtisaslaşdırılması dərəcəsinə görə – müəssisələr ixtisaslaşdırılmış, universal və qarışıq müəssisələr qrupuna ayrılr.
Formal və qeyri – formal təşkilatlar da mövcuddur.
Formal təşkilatlar – rəhbərlik (və ya dövlət) tərəfindən yaradılan, qeydiyyatdan keçən, möhürü, blankı və bankda hesablaşma-hesabı olan hüquqi şəxslərdir.
Qeyri-formal təşkilatlar – əsasən formal təşkilatların tərkibində dövri yaranan və hər hansı bir problemin aradan qaldırılmaısı məqsədlərinə xidmət edən, adətən müvəqqəti xarakter daşıyan qruplar və ya təşkilatlardır.
Bazar münasibətlərinə keçid və dövlət mülkiyyətinin özəlləşdirilməsi ilə əlaqədar olaraq yuxarıda qeyd edilən çoxsaylı idarəetmə formalarının əksəriyyətindən ölkəmizin sahibkarlıq mühitində istifadə olunur. Kimya və neft – kimya sənayesində: şirkət (konsern), birlik, müştərək müəssisələr artıq yaradılmışlar və fəaliyyət göstərirlər. Bir sıra müəssisələr isə öz mülkiyyət formalarını dəyişdirmişlər və səhmdar cəmiyyəti kimi fəaliyyət göstərirlər.
Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatın idarə edilməsində geniş tətbiq edilən müəssisə formaları əsasən aşağıdakılardır: konsern, konsorsium, səhmdar cəmiyyəti, birgə müəssisələr, assosiasiyalar, kiçik müəssisələr, kooperativlər, məhdud məsuliyyətli cəmiyyətlər və s.
Lakin müəssisələrin təşkilati formaları təkcə istehsal göstəricilərilə deyil, daha geniş şəkildə təzahür olunur. Həmin müəssisələr əsasən:
İnnovasiya xarakterli – yeni məhsul işləyib hazırlayan şöbə, yeni ixtisaslaşdırılmış idarə orqanı, yeni riskli kiçik təşəbbüs qrupu, bilavasitə inteqrasiya məsələlərilə məşğul olan fəaliyyət qrupu, sərbəst təsərrüfat vahidi, yeni vençur bölmələri, inkubatorlar və s. idarəetmə forması kimi olurlar. Eyni zamanda praktik olaraq – strateji alyans (ittifaq), maliyyə, kontrakt, kollektiv, tərəfkeşlik və s. təşkilati formalar da fəaliyyət göstərirlər.
Maliyyə xarakterli təşkilati formaya – françayzinq firmaları və törəmə müəssisələr, tərəfkeş formaya isə tam və qarışıq yoldaşlıq, məhdud məsuliyyətli və səhmdar tipli cəmiyyətlər aiddir.
Onların təsnifatını aşağıdakı kimi ümumiləşdirmək olar:

  • innovasiya;
  • maliyyə;
  • müqavilə (kontrakt);
  • kollektiv;
  • tərəfkeşlik (partnyorluq).

İdarəetmənin yuxarıda göstərilən firmadaxili təşkilati formaları və növləri, bütünlükdə müəssisəyə iki qarşılıqlı dinamik xarakterli sistemin tərkib hissəsi olan «planlaşdırılmış davranış» və «sərbəst strateji davranış»ın formalaşmasına şərait yaradır. Birincisi, müəssisənin idarə quruluşunun və strateji planlaşdırma sisteminin formal təşkilini təmin edir, ikincisi isə formal qəbul edilmiş strateji xəttdən çıxaraq, daha geniş fəaliyyət dairəsinə və təşəbbüskarlığa şərait yaradır. Həmin firmadaxili təşkilati formaların diqqəti cəlb edən üstünlüyü ondadır ki, onlar əsaslı xərc tələb etmədən müəssisələrin mövcud istehsal – təsərrüfat şəraitində yaradılırlar. Lakin onların geniş tətbiqinə mane olan başlıca şərt, bütün innovasiya layihələrində olduğu kimi, müvafiq hüquqi bazanın olmaması və ya zəif olmasıdır.

Menecmentin forma və metodlarına həsr edilmiş iqtisadi ədəbiyyatlarda inteqrasiya ilə bilavasitə məşğul olan fəaliyyət qurumunun yaradılmasına üstünlük verilir. Belə ki, bu idarəetmə formasında strateji əhəmiyyətli yeniliklər əsas istehsalla sıx əlaqədə olur, müəssisənin iqtisadi cəhətdən inkişafına şərait yaradır. Odur ki, müəssisənin mövcud idarəetmə sistemi çərçivəsində yaradılan «birbaşa inteqrasiya» forması ali rəhbərliyin nəzarəti altında yaradılaraq, müəssisənin konstruktor – texnoloji, istehsalın idarə edilməsi və s. idarə orqanları ilə sıx əlaqədə fəaliyyət göstərir.
Göstərilən firmadaxili idarə forması ilə yanaşı rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrdə (firmalarda) yeni məhsul işləyib hazırlayan və ya təsərrüfat fəaliyyətinin inkişaf istiqaməti ilə məşğul olan, böyük strateji əhəmiyyətə malik, əsas istehsala yenilik baxımından bilavasitə təmasda olan idarə orqanları da yaradılır. Belə orqanlar adətən, sahibkar xarakterli layihələrin həyata keçirilməsi üçün yaradılır. «Yeni ixtisaslaşdırılmış» idarə orqanı isə “yenilik xarakterli” olsa da, strateji əhəmiyyətə malikdir, lakin o, əsas istehsalla az əlaqədə olur. Qüvvətli inzibati nəzarət, həmin orqanın yalnız strateji vəzifələrini yerinə yetirməyə müvəffəq olur. Həmin orqanlar uzun müddət səmərəli işlədikdə müəssisənin sərbəst istehsal vahidi statusunu alaraq fəaliyyət göstərə bilir.
Yeni riskli kiçik təşəbbüs qrupu” dəqiq müəyyən edilmiş strateji əhəmiyyətli yeniliklər işləyib hazırlayır və əsas istehsalla sıx əlaqədə olur. Onlar istehsalat bölmələrinin tərkibində yaradılır və “ikinci dərəcəli” yenilik işləyib hazırlayırlar. Əvvəlki idarə orqanından fərqli olaraq, burada inzibati nəzarət zəifdir və təşəbbüs qrupu böyük sərbəstliyə malikdir. Lakin onların fəaliyyəti üçün ayrılan vəsaitə, bu işin yerinə yetirilməsi müddətinə hədd qoyulur. Eyni zamanda, həmin qrup müəssisələr digər elmi – texniki laboratoriyalarla, informasiya bazası ilə, təcrübə – sınaq sahəsi və s. ilə sıx əlaqədə işləyir və öz işlərinin nəticələri haqqında texnoloqlara operativ məlumatlar təqdim edirlər.
Menecmentin digər firmadaxili təşkilati formaları haqqında sahə iqtisadçılarının əsərlərində kifayət qədər izahat verildiyindən, onların təfsilatından yan keçməyə üstünlük veririk. Lakin firmadaxili idarəçilikdə yalnız həmin formalarla kifayətlənmək düzgün olmazdı. Odur ki, bazar münasibətlərinə keçid şəraitində müəssisələrin və firmaların müasir rəqabət qabiliyyətliliyini, onların firmalararası əlaqələrini, elmi – tədqiqat potensialından istifadə etmək imkanlarını nəzərə almamaq mümkün deyildir.
Deməli, müasir şəraitdə innovasiya meylli birgə fəaliyyətin yaranmasına daha çox ehtiyac vardır. Bu baxımdan, daha çox yayılmış idarəetmə forması “françayzinq”“dir. Bazarın tam formalaşmadığı və istehsal edilən məhsulların nisbətən aşağı keyfiyyətdə olması, erqonomik tələbatlara zəif cavab verdiyi şəraitdə “françayzinq formasının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu formaya görə müəssisə öz məhsulunu sərbəst fəaliyyət göstərən ticarətçilərə verir, onlar müəyyən ərazidə həmin məhsulları satdıqdan sonra istehsalçıya pulunu ödəyirlər. Deməli, “françayzinq“” satışın genişlənməsinə maksimum şərait yaradır, tələbatın dəyişilməsini operativ hiss edir və bazar sisteminə daxil olmağa şərait yaradır. Eyni zamanda, bu forma çərçivəsində müəssisə öz “ticarət markası”nı“ yeni bazarda yayır, satış obyektlərini genişləndirir, məhsulların satışı və xidmətlərin göstərilməsi üzrə xərcləri azaldır. Çox zaman göstərilən forma “konsaltinq” “injinirinq” sazişləri ilə tamamlanır.
Bazar iqtisadiyyatlı ölkələrdə geniş yayılmış idarəetmə formalarından biri də “strateji alyans”lar (ittifaqlardır). Sonuncu, adətən iki və ya üç firmanın (kompaniyanın) uzun müddətli istehsal və bazar fəaliyyətlərinin əlaqələndirilməsidir- koordinasiyasıdır. Strateji alyanslar, birgə müəssisələrdən fərqli olaraq, müxtəlif sənaye sahələrinin müəssisələrini cəmləşdirir. Onun strateji məqsədi, alyansa daxil edilən bir müəssisənin məhsulunun digəri tərəfindən alınmasını stimullaşdırır. Digər tərəfdən alyans, müəssisələrin istehsalat, satış, elmi – tədqiqat, konstruktor – texnoloji fəaliyyətlərini birləşdirərək, xərcləri tarazlı bölüşdürür və o zaman bu və ya digər sahədə qüvvətli tərəfkeş istifadə edir. Beləliklə, alyansa daxil olan müəssisələr müflisləşmə təhlükəsindən qorunmuş olurlar.
Son illər bazar iqtisadiyyatlı ölkələrdə firmadaxili idarəçilik formaları içərisində «inkubator»lara üstünlük verilir. Təəssüf ki, bu təcrübə MDB iqtisadi məkanında, o cümlədən bizim ölkəmizdə tətbiq edilmir. Xarici ölkələrin iqtisadçı alimlərinin əsərlərində əsasən inkubatorların bir təyinatından (funksiyalarından) onların köməyilə yüksək ixtisaslı idarəetmə və mühəndis kadrlarının hazırlanmasından söz açılır, halbuki həmin təşkilati formanın daha geniş potensial imkanları mövcuddur. Belə ki, inqubatorlar özünün fəaliyyət dairəsində iştirakçılara səhvlər və risklər üzrə eyni hüquq verir, mühəndis-texniki işçilərin bazar münasibətlərinin tələblərinə uyğun hazırlanmasına və kollektivə rəhbərlik etmək bacarığının formalaşmasına şərait yaradır. İnkubatorların həmin fəaliyyəti ilə yanaşı, «vençur» kapitalı tətbiq edilən yerdə yeni texnologiyanın qeyri-mərkəzləşdirilmiş istehsal bölmələrinin təşkilində yeni metodların, menecmentin innovasiya və strateji planlaşdırılma sahəsində yeni üsulunun tətbiqinə şərait yaradır. Bütün göstərilən hallarda müəssisənin istehsal proqramının yerinə yetirilməsinə mənfi təsir edilmir.

Müəllif: Ağasəf İmran
Mənbə: ”Menecment”(dərslik) BAKI-2007

Birgə müəssisələr, tenderlər və müsabiqələr

SOCAR Şirkətlər Qrupu-un dünyanın müxtəlif yerlərində müxtəlif fəaliyyət sahələri üzrə çalışan şirkətlərlə bərabər yaradılan birgə müəssisələri mövcuddur. Bunu SOCAR şirkətinin BP, Lukoil, Foster Wheeler, Maersk, Saipem və Rosneft kimi şirkətlərlə yaratdığı işbirliyi nümunələrində də əyani olaraq görmək mümkündür. Beynəlxalq təcrübəsi olan şirkətlər üçün xarakterik olan hal kimi, SOCAR-ın da dünyanın 6 ölkəsində kiçik səhmdarlarla təmsil olunan törəmə şirkətləri fəaliyyət göstərir.

SOCAR tərəfindən birgə müəssisələrin yaradılması üçün tərəfdaşların seçilməsi prosesi isə rəqib və ya müttəfiq şirkətlərin uğurlu biznes yaratmaq istədikləri zaman əsas götürdükləri prinsiplərə uyğun aparılır:

  • Biznes məqsədlərinin üst-üstə düşməsi
  • Biznes hədəflərinin uyğunluğu
  • Münasib bilik və bacarıqların olması
  • Qarşılıqlı mənfəət gətirən maliyyə şərtləri üzrə razılaşmanın əldə olunması
  • İdarəçilik qabiliyyəti və imkanları
  • Çevik qərar qəbul etmə və icra bacarığı
  • SOCAR-la birgə ticarət əməliyyatlarında iştirak

Bu biznes prinsiplərinin icrası üçün, risklərin bölüşdürülməsi və birgə müəssisə üzrə müvafiq hüquqi baza və struktura dair razılığa gəlmək zəruridir. Nəhayət, neftin Azərbaycanda strateji sərvət olduğunu nəzərə alaraq, SOCAR zəruri qaydada, öz birgə müəssisələrinə nəzarət etmək və dövlət üçün uzun – müddətli dəyər yaratmaq qabiliyyətinə böyük əhəmiyyət verir. SOCAR Trading şirkətinin yaradılması yaxşı bir nümunədir – birgə müəssisə tərəfdaşları qismən seçilmişdir, çünki onlar SOCAR – a həm səslərə nəzarət imkanı həm də SOCAR üçün bu şirkət uzun – müddətli mənfəət gətirən şirkətə çevrildikdə, aktivləri geri almaq imkanını verməyə razılaşırdılar.

SOCAR Birgə müəssisə yaradılması prosesinin tərkib hissəsi olaraq hərtərəfli qiymətləndirmə aparır. SOCAR – ın rəhbərliyi əməkdaşlıq və birgə müəssisənin yaradılması üzrə müraciətlərə dair İnvestisiyalar şöbəsi, İqtisadi və uçot şöbəsi və Hüquq şöbəsi kimi müvafiq bölmələrin ekspert rəylərini əldə edir. Potensial birgə əməkdaşlığı siyasi iqtisadi və hüquqi aspektlərinə dair daha ətraflı təhlil xüsusi sərəncamla yaradılan ixtisaslaşmış komissiya tərəfindən həyata keçirilir. Əgər qane edərsə, SOCAR potensial tərəfdaşlarla hüquqi cəhətdən məcburi olmayan anlaşma memorandumu imzalayır. SOCAR – ın İdarə heyətinin və SOCAR – ın Nizamnaməsinin 5.9 – cu maddəsinə əsasən ali kollegial orqanın təsdiqini təmin etmək üçün, Əməkdaşlığın ümumi prinsipləri, birgə strategiya və bu birgə fəaliyyət nəticəsində yaranan hüquqi məsələlər SOCAR ilə həmin potensial əks tərəfdaşla razılaşdırılmalıdır.

Azərbaycan qanunvericiliyinə və SOCAR – ın daxili satınalma prosedurlarına əsasən, xüsusi investorlarla və ya korporasiyalarla birgə müəssisələr və ya əməkdaşlıq qurulması üzrə kütləvi təklif və ya tender tələbi yoxdur. Biz Prezidentin 844 saylı 24 yanvar 2003 – cü il tarixli fərmanı ilə təsdiq edilmiş SOCAR – ın Nizamnaməsinin 2.3 – cü maddəsinə istinad edirik, burada açıq şəkildə qeyd edilmişdir ki, üçüncü tərəflərlə – birgə müəssisə yaratmaqla və ya yaratmamaqla birgə fəaliyyət məsələsi SOCAR – ın səlahiyyətinə daxildir.

Azərbaycan qanunvericiliyi və müvafiq beynəlxalq təcrübə ilə, kütləvi təkliflər vasitəsi ilə birgə müəssisənin yaradılması tələb olunmur. Azərbaycan qanunvericiliyinə əsasən, yalnız malların və xidmətlərin satınalınmasına tenderin keçirilməsi (rəqabət qabiliyyətli seçim) üzrə tələblər şamil olunur ki, bu da hal-hazırda Azərbaycan Respublikasının 27 dekabr 2001 – ci il tarixli Dövlət Satınalmaları haqqında Qanunu ilə müəyyən edilmişdir. Bu qanunvericilik aktı Azərbaycan Respublikası Prezidentinin 524 saylı, 19 dekabr 1996-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Büdcə təşkilatları tərəfindən malların (işlərin və xidmətlərin) satınalınması haqqında” və onun sonrakı 1997-ci il variantı olan ilk qanunvericilik aktının təqdim edilməsindən bəri Satınalmalar üzrə Dövlət Agentliyinin əldə edilmiş təcrübəni öyrənməsindən sonra hazırlandı. Satınalmalar üzrə Dövlət Agentliyi mövcud qanunun layihəsinin hazırlanması zamanı həmçinin Dünya Bankının tövsiyələrini, dövlət satınalmalarına dair Avropa İttifaqı ölkələrinin mövcud sənədlərini, dövlət satınalmalarına dair Ümumdünya Ticarət Təşkilatının sazişlərinin müddəalarını nəzərə almışdır.

Fərmana əsasən, 50,000 manat və ondan artıq məbləğdə olan bütün dövlət satınalmaları tender yolu ilə aparılmalıdır və malların (işlərin və xidmətlərin) ehtimal olunan qiyməti 50,000 manatdan az olarsa, satınalan təşkilat hər hansı satınalma metodundan istifadə edir. Əgər gözlənilən tender xərcləri 1 milyon manatdan yuxarı, büdcədən maliyyələşən təşkilatlarda isə 300,000 manatdan və ya hər hansı sərbəst dönərli valyuta ilə oxşar məbləğdən yuxarı olarsa Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, İqtisadiyyat və Sənaye Nazirliyinin üzvləri və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının tenderlə əlaqədar nümayəndələri Tender komissiyasına daxil edilməlidir.

Tenderin keçirilməsinə dair və ya dövlət müəssisələri tərəfindən üçüncü tərəflərlə birgə müəssislərin yaradılmasına dair qeyd edilən qanunda müəyyən təcrübə yoxdur. Bununla yanaşı, SOCAR –ın Prezidentinin 31 iyul 2009 – cu il tarixli sərəncamı ilə təsdiq edilmiş Satınalmalara dair SOCAR – ın qaydalarının məcmuəsinə əsasən, açıq tenderlər yalnız malların və xidmətlərin satınalınması zamanı həyata keçirilir. Bunun nümunəsi Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR ) tender komissiyasıdır, burada Layihə idarəçiliyi və üçüncü tərəfin təftiş xidmətlərinin göstərilməsinə dair açıq tenderin müddəti (Azərbaycan Respublikasının Sumqayıt şəhərində tikiləcək yeni Ammonium Karbamid Kompleksi üçün) 30 may 2014 – cü ilə qədər uzadılmışdır. Bu müddətinin uzadılması daha rəqabət qabiliyyətli tender təklifləri vermək üçün əsas potensial iddiaçıları tərəfindən əlavə vaxtın tələb olunmasına dair verilən müraciətlərin nəticəsi idi.

Buna görə də, dövlət satınalmalarına dair tenderlər və üçüncü tərəflərlə birgə müəssisələrin yaradılması arasında fərqin ayırd edilməsi vacibdir.

Bu səbəblərdən, birgə müəssisənin yaradılması üzrə gələcək investorlarla aparılan hər hansı danışıqlar SOCAR tərəfindən yalnız xüsusi danışıqlar vasitəsi ilə aparıla bilər ki, buna da həm Azərbaycanın yerli qanunvericiliyi ilə, həm də beynəlxalq qanunvericiliklə yol verilir.

SOCAR Trading şirkətinin yaradılması üçün tərəfdaşların / investorlaırn axtarılması zamanı SOCAR – ın prioriteti yeni treydinq filialında qərar-vermə prosesinə tam nəzarətə malik olmaq idir. Müəyyən hallarda potensial tərəfdaşların qəbul etdiyi məqamlarda SOCAR tərəfindən təkid olunan digər bir çətin şərt beş il sonra yeni yaradılmış treydinq filialında bütün səhmlərin mümkün geri alışından SOCAR -nin faydalanmasına imkan verən tələb idi. Xüsusi müqavilənin şərtlərinə və müddəalarına əsasən, treydinq təşkilatının uğurlu və səmərəli olması zamanı, səhmlərin SOCAR – a satılacaqdı. Bu şərt demək olar ki əsas tərəfdaşların / investorlaırn hamısı üçün qeyri – məqbul idi.

Hasilatın pay bölgüsü (HPB) sazişlərinin imzalanması və bağlanması prosedurları Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinin tətbiqi sahəsinə aiddir və bir neçə mərhələdən ibarətdir. Birinci mərhələdə, SOCAR Azərbaycanın neft yataqlarının kəşfiyyatı və istismarı sahəsində öz maraqlarını ifadə edən xarici və yerli şirkətlərdən daxil olan təkliflərə baxır. Bu təklif SOCAR ekspertləri tərəfindən baxıldıqdan və qəbul edildikdən sonra və potensial podratçı uyğunluq prosedurlarından keçdikdən sonra, tərəflər anlaşma memorandumu imzalayır və HPB sazişinin layihəsinin hazırlanmasına dair danışıqlar üzrə fəaliyyətə başlayır. İkinci mərhələdə HPB sazişinin artıq razılaşdırılmış layihəsi müvafiq nazirliklərlə razılaşdırılır (Vergilər Nazirliyi, Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və s). Yuxarıda qeyd edilən orqanlarla razılaşdırma prosedurları sona çatdıqdan sonra, SOCAR və podratçı HPS sazişini imzalayır. Bu mərhələdə, podratçı həmçinin Dövlət təminatını əldə edir. Üçüncü mərhələ sonuncu mərhələdir və bu mərhələdə Azərbaycan Milli Məclisi tərəfindən HPS sazişi təsdiq edilir və o, Milli Məclis tərəfindən təsdiq edildikdən sonra birbaşa qüvvəyə minir.

SOCAR –ın tender proseslərinin, birgə müəssisələrinin yaradılması və HPS sazişlərinə dair fəaliyyətinin legitimliyinə dair tanınmış beynəlxalq konsaltinq şirkəti tərəfindən verilən sərbəst peşəkar rəyə istinad etmənizi tövsiyə edirik.

Comments are closed, but trackbacks and pingbacks are open.