Press "Enter" to skip to content

Amaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi – FOTO

Nişanlım qərib eldədi,

Şamaxı cümə məscidi

Şamaxı (etnoqrafik etüdlər)

Şamaxı! Ey mənim sevimli yurdum, Mən sənin qoynunda xaniman qurdum.

Azərbaycanın ən qədim yurd yerlərindən biri də Şamaxıdır. Şamaxı Şirvanın mərkəzi hissəsində, dəniz səviyyəsindən təqribən 749 metr hündürlükdə, əlverişli coğrafi bir mövqedə yerləşir. Şamaxının cənubunda Zoğalavay, şərqində isə Pirsaat çayları axır . Şəhəri şimaldan Binaslı, Quşhan, şimal-qərbdə Pirdirəki və Qız qalası-Gülüstan, qərbdən isə Meysəri dağları əhatə edir. Bu dağları şəhərin təbii müdafiə istehkamları da hesab etmək olar. Dağlardan şəhər əhalisini və ətraf kəndləri içməli su ilə təchiz edən bulaqlar var.

Ərazinin şimal tərəfdən dəniz səviyyəsindən 2700 metrə çatan mürəkkəb relyefi burada mürəkkəb iqlim və bitki örtüyünün formalaşmasına səbəb olub. Bu da tarixən ərazidə təsərrüfatın maldarlıq, arıçılıq və ipəkçilik, eləcə də bağçılıq və üzümçülük kimi sahələrinin inkişafına şərait yaratmışdır. Vaxtilə Şamaxının “Abbasi” və “Maləccə” armud sortları bütün Qafqazda məşhur olmaqla, xaricə də ixrac edilib.

“Şamaxı” sözünün etimalogiyası ilə bağlı müxtəlif fikirlər mövcuddur. Ərəb müəllifi Y.Həməvi qeyd edir ki, sözün kökü “yüksəklik” mənasını verən “şamax”dır. Başqa bir ehtimala görə, “Şamaxı” “şam” və “əxi” sözlərinin birləşməsindən əmələ gəlib ki, bu da “Şamdan (Dəməşqdən) gələnlər” deməkdir. A.Bakıxanov “Şamaxı” sözünün etimologiyasını Ptolomeyin əsərində “Kemaxeya” kimi qeyd olunan yaşayış məntəqəsinin adı ilə əlaqələndirir. A.Salamzadənin fikrincə, “Şamaxı” sözü ərəb mənşəli “şam”+”əxi” birləşmələrindən əmələ gəlib ki, birinci mənasında “Şamın qardaşı”, ikinci mənasında isə “yüksəklik” mənalarını ifadə edir. Başqa bir fikrə görə, bəzi mənbələrdə “Kemaxeya” kimi qeyd olunan “Şamaxı” toponimi öz mənşəyini qədim Çin mənbələrində qeyd olunan türk etnonimi “kimak”dan almışdır (Akademik V.V.Bartolda görə, “kimak” etnonimi iki türk mənşəli “iki” və “oymaq” sözlərinin birl əşməsindən yaranıb). Köçəri maldar tayfaları olan kimaklar qıpçaqların məskunlaşdığı İrtış və Volqa çaylarının yuxarı hissəsində yaşamış və 11 kolondan ibarət olub. Mənbələrdən məlumdur ki, qədim dövrlərdən etibarən Volqa çayı və Dərbənd yolu vasitəsilə köçərilərin şimaldan cənuba doğru köçü baş verib ki, kimakların da məhz bu köç zamanı Azərbaycana gəlməsi ehtimal olunur. Ümumiyyətlə, müxtəlif mənbəl ə rdə “Kemaxeya”, “Mamaxeya” (Qədim yunan coğrafiyaşünsı Ptolomeyin məşhur “Coğrafiya” əsərində Albaniyanın tərkibində olan 29 yaşayış məntəqəsindən biri “Kemaxeya” və ya “Mamaxeya” kimi göstərilir), “Əşşamaxiyə” və s. kimi adı çəkilən şəhər məhz Azərbaycanın ən qədim mədəni və inzibati mərkəzlərindən olan indiki Şamaxı şəhəridir.

Tarixlər şahidi qocaman şəhər!

Nədir qəlbindəki bu döyüntülər!?

Qanlı-qadalı müharibələrə, işğallara, dağıntılara və təbii fəlakətlərin törətdiyi itkilərə baxmayaraq (1667, 1859 və 1902-ci illərdə Şamaxıda dəhşətli zəlzələlər olub), Şamaxı sənətkarlarının ucaltdığı binalar, yaşayış evləri, tarixi abidələr günümüzə qədər gəlib çatmış, bu diyarın şanlı keçmişi haqqında tutarlı mənbələr kimi çıxış etməkdədir. Belə abidələr sırasında dini-ibadət yerlərimizdən olan məscidlər, ziyarətgahlar, qalalar və s. mühüm yer tutur. Qədim Şamaxının ən məşhur məscidlərindən Cümə məscidini, İmamzadəni, Qala- bayır məscidini və s. misal göstərmək olar.

Şamaxı Cümə məscidi IX-XI əsrlərin (bəzi mənbələrdə XIII əsrin) yadigarıdır. Məscid 1902-ci ilin dəhşətli zəlzələsində dağılıb və əvvəlki görkəmini, demək olar ki, tamamilə itirib. 1903-cü ilin oktyabrında məscidin ianə yolu ilə bərpası üçün komitə yaradılır. Layihə işləri əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə edilir və ona uçulmuş cizgilərini saxlamaqla köhnə bünövrə üzərində məscidin layihələndirilməsi tapşırılır.

Lakin az sonra komitə ilə memar arasında fikir ayrılığı meydana gəldiyindən, Zivərbəy Əhmədbəyov tikintini tərk edir. Məscidin layihə işlərinin davam etdirilməsi mülki mühəndis İ.K.Ploşkoya tapşırılır. Ploşko öz variantını təklif etməklə yanaşı, həm də Z.Əhmədbəyovun memarlıq variantını saxlayır və məscidi bərpa edir. Abidənin bir çox elementləri xaricdə hazırlanır, o cümlədən daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavadan gətirilir. Bərpası 1912-ci ildə başa çatan məscidin fasadının naxışları və daşları el sənətkarı Usta Kəli tərəfindən yonulur.

Azərbaycan memarlıq tarixində Cümə məscidinin böyük əhəmiyyəti vardır. Məscidin arxeoloji və memarlıq baxımından tədqiqi Şirvan-Abşeron memarlıq məktəbinin hələ də açılmayan bir çox sirlərini öyrənməyə imkan verə bilər. Təsadüfi deyil ki, 2009-cu ildən Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə burada yeni əsaslı təmir işlərinə başlanılıb. 2010-cu il okyabrında Şamaxıya səfəri çərçivəsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva C ümə məscidini də ziyarət etmiş, təmir işlərinin gedişi ilə maraqlanıblar.

Zivərbəy Əhmədbəyovdan başqa, Şamaxının memarlıq tarixində yeri olan şəxslərin sırasında yuxarıda adını çəkdiyimiz Usta Kəli və onun şagirdi Usta Tərxanın da adlarını qeyd etmək vacibdir. Cümə məscidindəki işlərdən əlavə, Şamaxının “Laləzar”, “Şaxəndan”, “Yeddi günbəz” və “Qəriblər” məzarlıqlarındakı daşların çoxunu da Usta Kəli yonub. Həmin daşların üzərində tez-tez rast gəlinən “Mən bir vaxt yaxşı bağban idim”, “Mən sürücü idim”, “Mən hələ məktəbdə oxumalıydım” və s. kimi yazılar böyük maraq kəsb etməklə məşhur ustanın həyatı, peşə və sənəti haqqında müəyyən fikir yürütməyə imkan verir.

Şamaxının abidələr “kolleksiyasına” yaxın-uzaq tariximizin bir çox səhifələrini özündə qoruyub saxlayan “İmamlı hamamı”, “Topal Mövsümün hamamı”, “Məşədi Mursalın karvansarası”, “Gülüstan qalası”, “Qəleybuğurt qalası”, “Qız döyüşü istehkamı”, “Govurxana sərdabəsi”, “Diri Baba türbəsi”, “Şeyxməhəmməd “, “Pir-Mərdəkan” və s. tarixi abidə və qalaları, xalqımızın mənəvi dünyası, inam və etiqadları ilə bağlı olan müqəddəs ziyarətgahları da əlavə etsək, böyük bir siyahı alınar: Mir Səyid (Pirsaat. İki alim qardaş olub), Qara Sofi (yel piri də deyirlər), Ağdaş piri, Göydaş piri, Şeyx Eyyub piri, XVIII əsrdə buranın mürşidi olub), Pirsaat piri, Uzun yol piri (Xınıslı məhəlləsində), Pir küleyiş (Qəriblər piri), Yeddi günbəz piri (Kələxana k əndi), Alçalı piri (Pirqulu yaylağındakı bu pirə “Ziyil piri” də deyirlər) və s.

Xatırladaq ki, Şamaxının qədim və zəngin tarixi yadigarlarına ağır zərbə vuran 1902-ci il zəlzələsi həm də böyük insan tələfatına səbəb olmuşdu. Rusiyada çap olunan məşhur “Niva” jurnalı (1902-ci il, � 14) bu zəlzələ haqqında yazırdı: “. Zəlzələ ərəfəsində şəhərdə 22 min adam yaşayırdı. 2000 nəfər ölmüş, 16 min adam evsiz-eşiksiz qalmış, 4000 ev, 8 məscid dağılmış, bazar yanmışdır. Zəlzələ nəticəsində 900 illik tarixə malik Cümə məscidi də dağılmışdır. 11 şəhər hamamında qadınlar və uşaqlar batmışdır. . Zəlzələ qadınların hamam növbəsində (saat 3-dən sonra) baş verdiyindən, ölənlərin çoxu qadın olmuşdur. Bundan əlavə, hüzr yerlərində də 70-dən çox adam ölüb. Yaralılara cəmi 3 həkim və 1 tibb bacısı yardım edib. Fevralın 4-dək daha 21 nəfər ölüb”.

Küçə-küçə, məhəllə-məhəllə.

Mənbələrdə Şamaxı şəhərinin məhəllələrindən bəhs olunur. Müxtəlif mənbələrdə bu məhəllələrin sayı müxtəlif rəqəmlərlə ifadə olunur. Yerli sakinlərlə söhbət zamanı bizə 35-dən artıq məhəllənin adı çəkildi ki, bu da Şamaxının öz dövrü üçün kifayət qədər böyük bir şəhər olduğundan xəbər verir. Məhəllə adları etnoqrafik cəhətdən böyük maraq kəsb etməklə, şəhərin strukturu, əhalinin etnik tərkibi, təsərrüfat həyatı, məşğuliyyəti və s. məsələlərin tədqiqi baxımından da əhəmiyyətlidir: İçəriqala, Qaladibi, Sarıtorpaq, Bərbərlər (“Barbarlar” da deyibl ə r. Çünki, buranın sakinləri çox davakar olublar), Garuslar, Quşçular, İmamlılar, Padarlar, Cuhudlar, Talışlar, Qəriblər, Axundlar, Laləzar məhləsi, Şaxəndan, Şıxminaz, Qarabazar, Ərdəbilli, Alaqayınlı, Qırmızı məhlə, Cırta-pırta, Aşağı Qalabazar, Yuxarı Qalabazar, Moltanı məhləsi, Ağçılar məhləsi, Ərəblər məhləsi, Bozavand məhləsi, Yuxarı İmanlı, Aşağı İmanlı, Şapuran, Şeyxsehirli, Şəhidlər, Meydan, Narağac, Pirküleyiş, Yuxarı Qala, Kövsərli, Ucarlı, Yarıslı, Qala bazar, Dərəməhəllə (S.Ə.Şirvaninin yaşadığı məhəllə), Qurdlar, Gürcübazar, Başmanbazar. Hər məhəllənin öz ibadət yeri, karvansarası və hamamı olub.

Məhəllə adlarının etimologiyasından, həmçinin tarixi tədqiqatlardan məlum olur ki, Şamaxıda aparıcı Azərbaycan türkləri ilə bərabər zaman-zaman tat, cuhud, malakan, ukraynalı və digər etnik və etnoqrafik qrupların nümayəndələri də yaşayıblar. Bu baxımdan türkdilli padarlar (pay+dar – kömək edən, pay verən sözündən olub, həmişəlik, daimilik, sabit, davamlı, möhkəm mənalarını ifadə edir. Ehtimallara görə, onların həmişəlik köçürülməsi ilə əlaqədardır), şahsevənlər, udulular (Orta Asiyada yaşayan “dulu” tayfasından olması ehtimal edilir), şamlı (VIII əsrdə Şamdan (Dəməşqdən) Azərbaycana köçən tayfa. 1945-46-cı illərdə Şamaxıda Ərəbşamlı kəndi olub) və s. böyük maraq doğurur.

Əfsanələr də bir tarixdir

Bu günün özündə də Şamaxının ayrı-ayrı yaşayış məntəqələri, yurd yerləri, toponim və tarixi abidələri haqqında xalqın mənəvi dünyasını, inam və etiqadlarını, müdrikliyini, qəhrəmanlıq tarixini və s. sözündə ehtiva edən əfsanələr dolaşmaqdadır. Böyük maraq doğuran həmin əfsanələrdən biri də Dədə-Günəş əfsanəsidir. Əfsanədə deyilir: “Məlhəm kəndində məşhur şair İbrahim Əli Nəccar Xaqaninin doğma əmisi Kafiyyəddin Ömər İbn Osman oğlu adlı bir filosof, astronom, riyaziyyatçı, kimyaçı və həkim yaşayıb. O, Xaqaninin tərbiyəçisi və hamisi olub. Kafiyyəddin Ömər İbn Osman oğlu ölərkən xalq onu özünün iqamətgahı yaxınlığında, gün düşən bir yamacda dəfn edib. Ömər İbn Osman oğlu bütün ətraf kənd əhlini müalicə edə bildiyindən, çox şəfalı, yüngül əli olduğundan, Günəş şüasın ın müalicəvi xüsusiyyətlərini təbliğ etdiyindən onun dəfn olunduğu yerə “Dədə Günəş” adı, yəni “Günəşin atası” adını veriblər. O, öləndən sonra da camaat şəfa tapmaq ümidilə onun qəbri istünə gəlməkdə davam edib”.

Yeri gəlmişkən qeyd edək ki, burada adı çəkilən Məlhəm kəndi Şamaxının ən qədim və səfalı kəndlərindən biridir. Dünyanın ilk tibb ocağı – “Mədrəseyi-Tibb” (Tibb Mədrəsəsi) adı ilə tanınan Tibb Akademiyası XII əsrin əvvəllərində məhz bu kənddə yaradılıb və burada ilk dəfə olaraq tibb stasionarı fəaliyyət göstərib. Məlhəm Tibb Akademiyasında ilk dəfə olaraq gənclərə təbabət sənətinin sirləri öyrədilir, müalicə məqsədilə şəfalı məlhəmlər yaradılıb.

Digər bir əfsanə isə məhz “Məlhəm” toponiminin özü ilə bağlıdır. Həmin əfsanə isə belədir: “Qədim zamanlarda bir padşah ova çıxır. Gəzə-gəzə məmləkətdən uzaq düşür. Nədənsə özünü pis hiss edir. Qoşun əhli bir-birinə dəyir. Təbib axtarmağa başlayırlar. Bir əsrarəngiz yerə çatırlar. Sən demə, bu adamlar qədim Şirvan torpağına gəlib çatıbmışlar. Rastlarına çıxan çobandan təbib soruşublar. Çoban “təbib nədir”- deyə təəccüblənib. Onlarsa deyiblər: “Bəs sizdə xəstələri necə sağaldırlar?”. Çoban məsələni başa düşüb qonaqlara “xoş gəldiniz” edir və deyir: Bizdə heç kəs xəstələnmir. Xəstələnəndə isə bax, o bulağın suyundan içirlər. Padşah da həmin sudan içir və sağalır. “Bu ki, su deyil, məlhəmdir!” – deyir. Elə o vaxtdan da bu diyarın adı Məlhəm qalır.

Şamaxıdakı “Nağaraxana” toponimi də böyük maraq doğurur (ötən il Milli Məclis tərəfindən bu toponimin adı dəyişdirilib). Şamaxı sakinlərindən aldığımız məlumata görə “Nağaraxana” sözü əslində “naharxana”dır. Guya vaxtilə Şirvan meşələrində ov ovlayan Şirvan xanları günorta saatlarında bu səfalı məkanda kabab bişirib nahar edir, Günəşin doğmasını seyr edirlərmiş.

Qədim sənətkarlar diyarı

Şamaxı Azərbaycanın ən qədim sənətkarlıq mərkəzlərindəndir. Burada tarixən sənətkarlığın müxtəlif sahələri inkişaf edərək diyarı bütün dünyada məşhurlaşdırıb. Belə sənət sahələrindən biri də ipəkçilik olub. Orta əsrlərdən başlayaraq Təbriz və Şamaxı xam ipək toxuculuğunun başlıca mərkəzləri kimi tanınıb. Mənbələr göstərir ki, hələ XIII-XIV əsrlərdən başlayaraq venesiyalılar Şamaxıya gələrək ipək aparıblar. Böyük İpək Yolunun üzərində yerləşən bu şəhər bütün italyan səyahətçiləri tərəfindən ticarət və sənaye mərkəzi kimi qeyd olunur. Məsələn, italyan səyyah Kontarini yazır: “1475-ci ilin 1 noyabrında biz Şamaxıya gəldik. Burada bizdə “Talaman ipəyi” adı ilə məlum olan ipək istehsal olunur, müxtəlif ipək məmulatları, saya ipək parçalar və s. hazırlayırlar. . Doğrudur, Şamaxı Təbriz qədər böyük şəhər deyil, lakin mənim fikrimcə, yaşayış üçün, təbii ehtiyatlar baxımından Təbrizdən qat-qat üstündür”.

XVI əsrin məşhur səyyahı A.Cenginson isə yazırdı: “Tatarlar bura pambıqdan, yundan və ipəkdən hazırlanmış müxtəlif mallar gətirirlər. Məhz Şamaxıdan ipək saplar, Rusiya bazarlarında böyük tələbat olan boyaq, alabəzək ipəklər gətirirlər”.

XVIII əsrdə ipək istehsalında və ticarətində Şamaxının mühüm rolunu, Avropa ticarət dövriyyəsində əhəmiyyətini rus müəllifi Solovyovun aşağıdakı məlumatı da təsdiqləyir: “. Ləzgilərin 1812-ci ildə Şamaxıya hücumu zamanı Matvey Evreinov adlı bir tacir 170.000 rubl dəyərində ziyana düşür və nəticədə Rusiyanın ən böyük tacirlərindən biri müflisləşir. Bütövlükdə Şamaxıda rus tacirləri 500.000 rubl həcmində ziyana düşür, 300-ə qədər rus taciri döyülür və qarət olunur”. Qeyd olunan dövrdə Şamaxı şəhəri ilə bərabər ətraf Mücü və Basqal kəndləri də mühüm ipəkçilik mərkəzləri idi.

Tarixən Şamaxı öz xalçaları ilə də şöhrət qazanmışdı. Təsadüfi deyil ki, qədim Şirvan torpağı bu gün də Azərbaycanın dörd əsas xalçaçılıq məktəbindən biri hesab olunur. Şamaxının “Şirvan”, “Şamaxı”, “Qobustan”, “Salyan”, “Qəbələ”, “Ərciman”, “Mərəzə”, “Sorsor”, “Şilyan” və s . xalçaları öz kompazisiya quruluşuna və naxışlarının incəliyinə görə geniş şöhrət qazanıb. Medalyon və xırda naxış çeşnilərindən əlavə, bu qrupa “Namazlıq”, və “Bəndi-rumi” kimi orijinal kompozisiyalı xalça çeşniləri də daxildir. Şirvan xalçalarında həmçinin buta motivli bəzək ünsürləri (gülabdan buta, çiçəkli buta, bala buta, badamı buta və b) üstünlük təşkil edir.

Bu gün Şirvan xalçaları dünyanın bir sıra məşhur muzeylərinin ekspozisiyalarını da bəzəməkdədir. İstanbulun Türk və İslam muzeyində saxlanılan “Şirvan” (XIII əsr), Berlin İncəsənət Muzeyinin Şərq bölgəsində saxlanılan “Şirvan” (XV əsr), Amerikanın Pensilvaniya muzeyində saxlanılan “Şamaxı” (XVII əsr) xal çaları deyilənələrə misal ola bilər.

Zarat-xeybəridə, Dəmirçidə, Məlhəmdə və digər kəndlərdə divar və yer hanasında xurcun, naxır torbası, çuval, çuxa, örkən, şal, corab, fərməş, yəhərüstü və s. toxuculuğu daha geniş yayılmışdı.

Digər sənət sahələrindən dabbaqlıq, misgərlik, dulusçuluq, dərziçilik, zərgərlik, ağacişləmə, oyma sənəti, dəmirçilik (dəmirçi Alsəhab çox məşhur olub) və s. də Şamaxıda yüksək səviyyədə inkişaf etmişdi.

. Qonaq gəl bizə

Şamaxının tarixi kimi mətbəx mədəniyyəti də qədim, zəngin və çoxçeşidlidir. Şamaxı zaman-zaman öz ləziz yeməkləri və qonaqpərvərliyi ilə buraya gəlmiş səyyahların və ticarət adamlarının dillər əzbəri olub. Buna əmin olmaq üçün ingilis səyyahı A.Cenginsonun Abdulla xan tərəfindən qarşılanma mərasimini xatırlatmaq da kifayət edir. A.Cenginson Abdulla xanın nahar süfrəsində onun şərəfinə 290 cür yemək çeşidinin verildiyini qeyd edir. Bu cür məlumatlara A.Kontarini, A.Oleari, E.Çələbi və başqalarının yol qeydlərində də rast gəlmək mümküdür.

Şamaxı əhalisinin geyim və bəzəkləri də çox zəngindir. Həmin geyim növlərinin çoxunun rəsmləri rus rəssamı Q.Qaqarin tərəfindən çəkilib və müxtəlif dərgilərdə çap olunub. Tanınmış Şirvan şairi Azay Dovğaçı oğlunun (Bağırlı kəndi) aşağıdakı şeri də bu barədə xoş təəssürat yaradır:

Nişanlım qərib eldədi,

Gümüş kəməri beldədi,

Qızıl sırğanı yellədi,

Cilvələnib gedəndə bax.

Şamaxı cümə məscidinin imamı Mehriban Əliyevaya Quran hədiyyə etdi – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva sentyabrın 14-də Şamaxı Cümə məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, məscidin imamı Mərhəmət Mustafayev ziyarətə gələnlərin bu müqəddəs ocağın yenidən bərpa olunmasını minnətdarlıqla xatırladıqlarını bildirdi.

Mehriban Əliyeva: Buraya xaricdən turistlər çox gəlir?

Mərhəmət Mustafayev: Çox gəlirlər, gündə təxminən 500 nəfər.

Mehriban Əliyeva: Hansı ölkələrdən?

Mərhəmət Mustafayev: Bütün Avropadan, Səudiyyə Ərəbistanından, Amerikadan gələnlər var. Allah cənab Prezidentdən razı olsun.

Tarixin müxtəlif dövrlərində, təbii fəlakətlərə, repressiyalara və dağıntılara məruz qalmış Şamaxı Cümə məscidi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində əsaslı təmir edilib. Prezident İlham Əliyev Fondun bu təşəbbüsünə dəstək olub, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş edib, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib. Bərpa və yenidənqurma işlərinə 2010-cu ilin martında başlanılıb. 2013-cü il mayın 17-də Prezident İlham Əliyev məscidin açılışında iştirak edib. Beləliklə, bu məscid təkcə Şamaxı sakinlərinin deyil, ölkəmizə gələn qonaqların da ziyarət etdiyi müqəddəs məkanlardan biridir.

Mehriban Əliyevaya müqəddəs Qurani-Kərim hədiyyə edən məscidin imamı Mərhəmət Mustafayev dedi:

-Sizi Azərbaycanın, Şamaxının bu qədim məscidində salamlamaqdan çox böyük şərəf duyuram. Allah sizlərdən razı olsun. Burada sizlərin çox böyük zəhməti var. Allah cənab Prezidentdən razı olsun. Allahın kitabını, İnşallah, Sizə hədiyyə edirəm. Allah Sizi hifz eləsin.

Mehriban Əliyeva: Çox sağ olun.

Sonda xatirə şəkli çəkdirildi.

Xankəndi

Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi Xəlifə Xalid ibn Vəliyədin dövründə onun qardaşı Müslüm ibn Vəliyədin Azərbaycana gəlməsinin şərəfinə 743-cü ildə inşa olunub.

Bəzi mənbələrə görə, Xilafət ordularının məğlub etdiyi Xəzər xaqanı məhz bu məsciddə islam dinini qəbul edib. 1859-cu ildə Qafqazın ən böyük quberniyalarından olan Şamaxıda baş verən dağıdıcı zəlzələ şəhəri alt-üst etdiyindən quberniyanın mərkəzi Bakıya köçürülüb.

Zəlzələdən sonra məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova həvalə edilib. 1902-ci ildə baş verən növbəti zəlzələ zamanı da məscid dağılmamış, yenə də təbiətin sərt sınağına davam gətirməyi bacarıb. Bundan sonra məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verilib.

Bərpa işlərini əvvəl memar Zivərbəy Əhmədbəyov, sonra isə polşalı memar-mühəndis İozef Ploşko aparıb. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri başa çatdırılmayıb. Məscid tamamlanmamış halda belə öz əzəmətini qoruyub saxlayıb.

1918-ci ildə silahlı erməni daşnak dəstələri tərəfindən törədilən mart qırğınları zamanı Şamaxıda da soyqırımı aktı həyata keçirilmişdir. Ən böyük qırğın Cümə məscidində baş verib.

Şamaxılıların Allah evi kimi məscidə sığındığını görən ermənilər burada yanğın törədərək təqribən 1700 günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə edilməyən məscid məhv olmaq təhlükəsi ilə üzləşib.

Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunub.

Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərini dövlətimizin başçısı daim diqqətdə saxlayır.

Prezident İlham Əliyev 2009-cu ilin noyabrında Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olmuş, böyük tarixi dəyəri və xalqımızın mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına qərar verib.

Bununla əlaqədar Azərbaycan Prezidentinin 2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayırıb.

Beləliklə, dövlətimizin başçısı milli mənəvi dəyərlərimizin qorunmasına, dini memarlıq abidələrinin bərpasına böyük diqqət göstərən Heydər Əliyev Fondunun təşəbbüsünə dəstək olmuş, Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə ikinci həyat bəxş etmiş, xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına, gələcək nəsillərə ötürülməsinə töhfə verib.

Məscidin yenidən qurulmasına 2010-cu ilin martında başlayıb.

Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılıb. Seyid Əzim Şirvani parkı da yenidənqurmadan sonra füsunkar görkəm alıb.

Ümumi sahəsi bir hektara yaxın olan məscidin ilkin görkəminə qaytarılmasına xüsusi diqqət yetirilib. Ötən əsrin 70-80-ci illərində burada təmir işləri yerinə yetirilərkən aparılan qazıntı işləri zamanı məscidin həyətində aşkarlanan mədrəsə, hücrə və qəbirlər olduğu kimi saxlanılıb.

Bərpa və yenidənqurma işləri zamanı məscidin əvvəlki görkəmi və Şirvan memarlıq məktəbinin ənənələri maksimum diqqətdə saxlanılıb. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilib.

Minarələrinin hündürlüyü 36,4 metr olan məscidin giriş, orta böyük, həmçinin sağ və sol günbəzləri nəfis şəkildə bərpa olunub. Günbəzlər qədim memarlıq üslubunda ornamentlərlə bəzədilib. Məscidin dəhlizi təkrarolunmaz tərtibatı ilə diqqəti çəkir.

Orta salon milli memarlıq üslubunda yenidən qurulub. Burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər. Nəfis işlənmiş şəbəkələr və digər naxışlar insanı xoş ovqata və milli mənəvi dəyərlərə kökləyir. Böyük günbəz yenidənqurmadan sonra xüsusi görkəm alıb.

Sağ və sol günbəzlər də bənzərsiz tərtibatı ilə diqqəti çəkir. Minbərlər də yüksək keyfiyyətlə və ənənəvi üsluba uyğun bərpa olunub. Məscidin həyətində əsaslı abadlıq işi görülüb, iki hovuz inşa edilib, 6 qalereya yaradılıb. İkimərtəbəli inzibati binanın sahəsi 804 kvadratmetrdir.

Məsciddə konfrans salonu və digər yardımçı otaqlar yaradılıb. 520 kvadratmetrlik məişət binasında 250 nəfərlik mərasim salonu və müasir avadanlıqla təchiz edilən mətbəx yerləşir.

Burada yaradılmış zəngin kitabxana dindarların istifadəsinə verilib. Ümumilikdə, Şamaxı Cümə məscidi müstəqilliyin verdiyi imkanlardan maksimum bəhrələnən xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına yüksək və həssas münasibətinin bariz nümunəsidir.

Comments are closed, but trackbacks and pingbacks are open.