Press "Enter" to skip to content

Şamaxı xanlığı

1805-ci ilin sonlarında xeyli müqavimətdən sonra Şamaxı xanlığı daxili müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tərkibinə qatılır. 1820-ci ildə isə çar Rusiyası Şamaxı xanlığını tamamilə ləğv edir. 1846-cı ildə Şamaxı şəhəri quberniya mərkəzinə çevrilir.

Azərbaycan xanlıqları

Azərbaycanın cənubunda Təbriz, Urmiya, Xoy, Qaradağ, Ərdəbil, Sərab, Marağa, Maku, şimalında isə Qarabağ, Gəncə, Şamaxı, Bakı, Dərbənd, Quba, Şəki, Lənkəran, İrəvan və Naxçıvan xanlıqları, habelə İlisu, Qəbələ, Ərəş, Qazax və Şəmşəddil sultanlıqları, Car-Baləkən camaatlığı meydana gəldi.
Təbriz xanlığı XVIII əsrin ortalarında Əmiraslan xan tərəfindən yaradılmış, mərkəzi Təbriz şəhəri olmuşdur. Xanlıq inzibati cəhətdən Təbriz, Güney və Mərənd vilayətlərinə bölünürdü.
Urmiya xanlığının əsası XVIII əsrin ortalarında Fətəli xan Əfşar tərəfindən qoyulmuşdur. Xanlığın mərkəzi əvvəlcə Urmiya, Təbriz xanlığını ələ keçirdikdən sonra Təbriz şəhəri olmuşdur.
Xoy xanlığı.XVIII əsrin ortalarında yaranmışdır. Xanlıq Dünbülü Əhməd xan tərəfindən idarə olunurdu.
Qaradağ xanlığı.XVIII əsrin I rübündə Kazım xan tərəfindən yaradılmış, mərkəzi Əhər şəhəri olmuşdur. Mərkəzi hakimiyyətə tabe olmadığına görə Kazım xanın gözlərini Nadir şah çıxartdırmışdır. Nadir şahın ölümündən sonra Kazım xanın hakimiyyəti bərpa olunmuş, 1791-ci ildə xanlıq Ağaməhəmməd şah Qacara tabe olmuşdur.
Ərdəbil xanlığı. Xanlığın əsasını XVIII əsrin ortalarında Bəbir xan qoymuşdur. Mərkəzi Ərdəbil şəhəri idi. Nəzir xanın dövründə isə xanlıq qacarlardan asılı vəziyyətə düşmüşdür.
Şəki xanlığı.1743-cü ildə Hacı Çələbi xan tərəfindən əsası qoyulmuşdur. Mərkəzi Şəki şəhəri idi. Hacı Çələbi xan Qəbələ, Ərəş sultanlıqlarını, Qazax və Borçalını ələ keçirdi. Hacı Çələbi xandan sonra onun oğlu Ağakişi bəy (1755), sonra isə Qubalı Fətəli xanın müdaxiləsi ilə nəvəsi Hüseyn xan hakimiyyətə yiyələndilər. 1795-ci ildə hakimiyyətə Səlim xan gəldi.
Şamaxı xanlığı. Şamaxı xanlığında ikihakimiyyətlilik mövcud olmuşdur. Bir hissəsində Məhəmməd Həsən xan, digər hissəsində isə Məhəmməd Səid və Ağası qardaşlarının hakimiyyəti mövcud idi. 1763-cü ildə Məhəmməd Səid xan Şamaxı xanlığını birləşdirdi və xanlığın mərkəzi Şamaxı şəhəri oldu. 1767-ci ildə Quba və Şəki xanlıqları Şamaxıya hücum etdi və ərazisi onlar arasında bölüşdürüldü. 1790-cı ildə Şirvan xanları hakimiyyətləri bərpa etdilər.
Quba xanlığı. Quba xanlığının banisi Hüseynəli xan 1726-cı ildə bu vəzifəyə Rusiya tərəfindən təyin edilmişdir. Xanlığın iqamətgahı əvvəl Xudat qalası, 1735-ci ildən isə Quba şəhərinə köçürüldü.
1758-ci ildə Fətəli xan hakimiyyətə gəldi. Onun məqsədi Azərbaycan torpaqlarını vahid dövlət şəklində birləşdirmək idi. Fətəli xan bacısı Xədicə Bikəni Bakı xanı Məlik Məhəmmədə ərə verməklə 1767-ci ildə Bakı xanlığını Quba xanlığına birləşdirdi. Sonra isə o, Şəki, Şamaxı, Muğan xanlıqlarını da Quba xanlığına birləşdirdi. Lakin 1789-cu ildə ölümündən sonra oğlanları xanlığın qüdrətini qoruyub saxlaya bilmədilər. Şəki, Şamaxı, Bakı xanlıqları, Ərdəbil və Meşkin şəhərləri Quba xanlığının tabeliyindən çıxdı.
Qarabağ xanlığı. XVIII əsrin ortalarında yaranmış, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Xanlıq əsasən Arazla Kür çayı ərazisində yerləşmiş, mərkəzi Şuşa şəhəri olmuşdur. Pənahəli xandan sonra hakimiyyət İbrahimxəlil xana məxsus olmuşdur.
İrəvan xanlığı Xanlığın əsasını XVIII əsrin ortalarında Mirmehdi xan qoymuşdur. Ərazisi Ağrı vadisi, Dərələyəz və Göyçə gölü arasındakı torpaqları təşkil edirdi. Xanlıq 15 mahala bölünmüşdür. Əhalinin hamısını Azərbaycan türkləri təşkil edirdi. Xanlığın mərkəzi İrəvan şəhəri idi. Mirmehdi xandan sonra hakimiyyətə Hüseyinəli xan gəlmişdir. 1795-ci ildə Ağaməhəmməd Xan Qacar İrəvan xanlığına hücum etmiş, həmin dövrdə İrəvan xanı Məhəmməd xanı hakimiyyətdən uzaqlaşdırmışdır. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın ölümündən sonra Məhəmməd xan hakimiyyətini bərpa etmişdir.
Naxçıvan xanlığı. XVIII əsrdə yaranmış xanlıqlardan biri də Naxçıvan xanlığı idi. Xanlığın əsasını Heydərqulu xan qoymuşdur. 1797-ci ildə Ağaməhəmməd şah Qacarın II yürüşü nəticəsində Naxçıvan xanı Kəlbəli xan həbs olundu.
Lənkəran xanlığı. XVIII əsrin ortalarında yaranmış, mərkəzi əvvəlcə Astara, sonra isə Lənkəran şəhəri olmuşdur. Lənkəran xanı Cəmaləddin Mirzə bəy (Qara xan ləqəbli) Lənkəranda iqtisadi və siyasi xarakterli bir sıra tədbirlər görmüşdür.
Mirmustafa xanın dövründə isə Lənkəran xanlığı Qacarın hücumuna məruz qaldı və əhalinin bir qismi Sarı adasına köçürüldü.
Bakı xanlığı. Bakı xanlığının əsası XVIII əsrin 40-cı illərində qoyulmuşdur. 39 kəndi olan xanlığın mərkəzi Bakı şəhəri idi. Xanlıq 1867-ci ildə Quba xanlığından asılı vəziyyətə düşmüş, Quba xanı Fətəli xan öldükdən sonra yenidən müstəqil olmuşdur.
Gəncə xanlığı. Gəncə xanlığının əsası XVIII əsrin ortalarında Qacar tayfasından olan II Şahverdi xan Ziyadoğlu tərəfindən qoyulmuşdur. 1786-ci ildə hakimiyyətə Cavad xan gəlmişdir.

Azərbaycanın şimal-qərb camaatlığı, sultanlıqlar və məlikliklər

  • Car-Baləkən camaatlığı.Bu camaatlıq Car, Baləkən, Katex, Tala, Muxak və Cəlik adlı azad cəmiyyətləri özündə birləşdirirdi. Cəmiyyətlərin əhalisinin xeyli hissəsi türk soylu avarlar idilər.
  • Qazax və Şəmşəddil sultanlıqları.Bu sultanlıqlar vaxtilə Səfəvilər dövlətinin Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlıq Şəmşəddil tayfası tərəfindən idarə edilirdi.
  • Ərəş sultanlığı. Sultanlıq Səfəvilər dövründə təşkil edilmişdir. Ərazisi əvvəllər Şirvan bəylərbəyliyinin tabeliyində idi. 1795-ci ildə isə sultanlıq mahal kimi Şəki xanlığına qatılmışdır.
  • İlisu sultanlığı. İlisu sultanlığı XVI əsrin II yarısında Səfəvilərin İlisu hakimlərinə sultan titulu verməsi nəticəsində yaranmışdır. XVII-XVIII əsrlərdə sultanlıq öz müstəqilliyini qoruyub saxlaya bilmişdir.

Şamaxı xanlığı

Şirvan xanlığı – 18 әsrin ortalarında Azәrbaycanda feodal dövlәti. Bakı, Quba, Şәki, Qarabağ, Cavad xanlıqları vә Salyan sultanlığı ilә hәmsәrhәd idi. Paytaxtı bir müddәt Ağsu (Yeni Şamaxı) vә Şamaxı, sonralar isә Şamaxı şəhəri olmuşdur.

Şamaxı xanlığında әhali әkinçilik vә maldarlıqla mәşğul olurdu. İpәkçilik, bağçılıq vә arıçılıq da inkişaf etmişdi. Düzәn rayonlarında süni suvarmadan geniş istifadә olunurdu. Toxuculuq vә sәnәtkarlıq (xam ipәk, xalçaçılıq, dәri məmulatı istehsalı, misgәrlik, dulusçuluq, dəmirçilik vә s.) xüsusilә inkişaf etmişdi. Nadir şah Şamaxı әhalisini indiki Ağsu әrazisinә köçürdükdən sonra şәhәr әvvәlki әhәmiyyәtini demәk olar ki, itirmişdi. Feodal çәkişmәlәri dә tәsәrrüfat hәyatına ağır zәrbә vurmuşdu. Xan ailәsinin xәrclәri, feodal qoşun dәstәlәrinin saxlanılması vә s. külli miqdarda vәsait tәlәb edirdi. Bunun da әsas ağırlığı zәhmәtkeş kәndlilәrin üzәrinә düşürdü. Xanlıqda onlarca vergi vә mükәllәfiyyәt mövcud idi. Vergi toplanılmasında vahid qayda olmadığından vergi toplayan məmurların özbaşınalığına şәrait yaranırdı.

Nadir şahın öldürülmәsindәn (1747) sonra hәlә onun dövründәn Şirvanda әrzaq toplamaqla mәşğul olan Hacı Mәhәmmәdәli 1748 ildә Yeni Şamaxıda hakimiyyәti әlә keçirdi. Şirvanın qalan hissәsindә isә Xançobanı tayfa başçısı Әsgәr bәyin oğulları Ağası xan vә Mәhәmmədsәid xan öz hakimiyyәtlәrini möhkәmlətdilәr. 1749 ildә Әhmәd xan Şahsevənin başçılıq etdiyi qoşun Şirvana soxuldu. Şamaxı әhalisi şәkili Hacı Çәlәbi xanın vә Qarabağlı Pәnahәli xanın kömәyi ilә düşməni mәğlubiyyәtә uğratdı.

1755 ildә şәkili Hacı Çәlәbi xan Yeni Şamaxını mühasirәyә aldı. Lakin qubalı Hüseynәli xanın yardımı ilә Şirvanlılar Hacı Çəlәbi xanı geri çәkilmәyә mәcbur etdilәr. Köhnә Şamaxını özünә paytaxt edən Mәhәmmәdsәid xan Şiraz hakimi Kərim xan Zәnddәn fәrmanla xanlıq titulu aldı və Şamaxı xanı tәsdiq olundu. 1765 ildә Ağası xan vә Mәhәmmədsәid xan Yeni Şamaxını ələ keçirib ikihakimiyyәtliyә son qoydular. Şamaxı xanlığının tәqr. 12 min nәfәrlik qoşunu var idi. Qubalı Fәtәli xanın dövründə [1758-89] xeyli güclәnmiş Quba xanlığı Şamaxı xanlığının әrazisini әlә keçirməyə çalışırdı. 18 әsrin 60-cı illərindә Quba xanı bir neçә dәfә Şamaxı xanlığına hücum edib onu asılı vәziyyәtә salmışdı. Bu asılılıq özünü bac vermәk şәklindә göstәrirdi. Bir qədərdәn sonra Məhәmmәdsәid xan bac vermәkdәn imtina etdikdә Fәtәli xan 1768 ildә hücuma keçib Şamaxını tutdu. Şamaxı xanlığı Quba xanlığına birləşdirildi. Fətәli xanın ölümündən sonra Manaf bәy Ağsuda özünü xan elan etdi. Lakin tezliklә yerinә Məhәmmәdsәid xanın oğlu Әsgәr bәy, sonra isә onun qardaşı Qasım bәy keçdi. Әdalәtsiz və zülmkar bir şəxs olan Qasım xanı Şirvan zadәganları taxtdan saldılar. Hakimiyyәtә Mustafa xan [1792-1820] keçdi. 1795 ildə Ağa Mәhәmmәd şah Qacar Şamaxıya hücum etdi. Mustafa xan Fitdağa çәkildi. General V. Zubovun komandanlıq etdiyi Rusiya qoşunlarının Zaqafqaziyaya hücumu Ağa Mәhəmmәd şah Qacarın geri çәkilmәsinә sәbәb oldu. Mustafa xan Fәtәli şahın [1797-1834] da İrana tabe olmaq təklifini rәdd etdi. 19 әsrin әvvәllәrində general P. D. Sisianovun başçılığı ilә çar qoşunu Azәrbaycanın içərilərinә doğru hәrәkәt etdikdә dağa çəkilәn Mustafa xan 1805 il dekabrın 27-dә Rusiyanın hakimiyyәtini qəbul etmәk aktını imzaladı. 1820 ildə Şamaxı xanlığı çar fәrmanı ilә lәğv olundu.

Əd.: ASE, X cild, Bakı, 1987, s.460

Azərbaycanın ən uzunömürlü paytaxtı – Şamaxı||–||

Şamaxı barədə ermənilərin hansı məkrli planları var idi?

Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Azərbaycan-Albaniya dövlətinin ən iri yaşayış məskənlərindən biri olan bu şəhər tarix boyunca davam edən dəhşətli zəlzələlər zamanı təkrar-təkrar yerlə-yeksan olmuş və dəfələrlə yerini dəyişmişdir. Antik dövr müəlliflərinin yazılı məlumatları və Şamaxı şəhəri yaxınlığındakı Xınıslı qazıntılarının nəticələrinə görə Şamaxı şəhərinin ən azı 2500 il yaşı vardır.

Şamaxı adı necə yaranıb?

Şamaxı toponimi Favstos Buzandın (V əsr) IV əsrin 1-ci yarısında baş verən hadisələrlə əlaqədar adını çəkdiyi köçəri ijmax (şamake) tayfasının adı ilə bağlıdır. Fars mənbələrinin məlumatına görə o, VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvan tərəfindən salınmışdır. E.ə əvvəl II əsr yunan coğrafiyaşünası Klavdi Ptolemeyin “Coğrafiya” əsərində isə Albaniya ölkəsinin 29 şəhəri sırasında Şamaxının adı “Mamaxiya” “Camaxeya” və ya “Kemaxeya” formasında çəkilir. Sonralar mənbələrdə şəhər “Kemaxiya”, “Əşşamaxiyyə”, ərəblər adını dəyişdirdiyi zaman qısa müddət “Yezidiyyə” və sonra yenidən bu günə kimi “Şemaxi” və “Şamaxı” adlandırılmışdır.

IX əsrdən başlayaraq, Şamaxının Şirvanşahlar dövlətinin paytaxtına çevrilməsindən sonra bu şəhər haqqında daha çox məlumat verilir. Dövrün ərəb coğrafiyaşünasları, səyyahları Şamaxı şəhərini “Şəməxiyyə” adlandırırlar. Əl-Bəlazuri Şamaxı şəhərinin əş-Şammax ibn Şucanın adını daşıdığını bildirir. Bir sıra tədqiqatçılar isə Şamaxı sözünün “Şam” və “əxi” (Şamın qardaşı) sözündən götürülməsini güman edirlər. Bizim qənaətimizcə isə onun adının, qədim kimak tayfalarının adi ilə bağlı olub, qədim Alban şəhəri “Kemaxeya”dan yarandığı daha düzgündür.

XI əsrin son rübünün əvvəlində naməlum müəllif tərəfindən yazılan “Tarix-i əl-Bab” əsərinə görə, Şamaxı şəhəri Şirvanşah Əbu Tahir Yezid ibn Məhəmməd tərəfindən bərpa olunaraq paytaxta çevrilmiş və onun şərəfinə Yezidiyyə adlandırılmışdır.

Şamaxı müharibələri və zəlzələləri

1434-cü ildə Qaraqoyunlu hökmdarı İsgəndərin Şirvana hücumu zamanı Şamaxı şəhəri amansızlıqla qarət olunur. XV əsrin 30-80-ci illərində Azərbaycanın nisbətən sabit siyasi şəraitdə olması şəhər həyatının kifayət qədər yüksək inkişafını təmin etmişdir. Qaraqoyunlu hökmdarı Cahanşahın, Ağqoyunlu hökmdarı Uzun Həsənin dövründə şəhərlərin inkişafında xeyli irəliləyiş baş vermişdir. Uzun Həsənin islahatı şəhərlərin, o cümlədən Şamaxı şəhər təsərrüfatının canlanmasında yeni mərhələnin başlanğıcı olmuşdur.

XV əsrdə Şamaxıda 30-60 min nəfər insan yaşamışdır. Bu şəhər Azərbaycan miqyasında ən iri iqtisadi mərkəz idi. Kontarinin verdiyi məlumata görə, Şamaxı həyat üçün əlverişli olan məhsulların çoxluğu baxımından Təbrizdən üstün olmuşdur.

1538-ci ildə Şirvan ərazisi Səfəvilər dövlətinə birləşdirildikdən sonra Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtına çevrilmişdir.

“Gözəl kral şəhəri”

XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarətinin cəmləşdiyi şəhərlərdən biri məhz Şamaxı olmuşdur. Bu mənada Cenkinson Şamaxını “gözəl kral şəhəri” adlandırmışdır. Şamaxıda rus, hind, türk, fars tacirlərinə xidmət edən karvansaraylar vardır. XVI əsrin II yarısında burada ingilis “Moskva şirkəti”nin daimi nümayəndəliyi açılmışdır. Moskva tacirləri Şamaxı bazarlarında Moskvada hazırlanmış sənətkarlıq məhsullarını satır, yerli malları, əsasən də xam ipəyi, ipək parçaları alırdılar. Adam Olearinin verdiyi məlumata görə, Şamaxı hər iki tərəfdən ayrıca divarlarla əhatələnmiş və iki hissədən ibarət olan bir şəhər idi. Lakin 1192-ci ildə baş vermiş 1-ci və 1667-ci ildəki 2-ci zəlzələ və müharibələr Şamaxının iqtisadi inkişafına müəyyən zərbə vurmuşdu. Belə ki, 1670-ci ildə Şamaxıya gəlmiş hollandiyalı səyahətçi Yan Streys qeyd edirdi ki, “məni ən çox təəccübləndirən o idi ki, şəhəri tamamilə yerlə-yeksan edən və viran qoyan həmin zəlzələdən 3 ildən də az müddət keçməsinə baxmayaraq, şəhər yenidən bərpa olunmuşdur”.

1724-cü il Rusiya ilə Türkiyə arasında bağlanmış İstanbul müqaviləsi, Şirvana daxili muxtariyyətin verilməsi Şamaxı şəhərinin ticarət əlaqələrinin əvvəlki səviyyəyə çatmasına imkan yaratmışdı.

Şamaxı haqqında ermənilərin məkrli planları

Rusiyada danışıqlar aparan İsrail Ori adlı erməni I Pyotru yürüşə şirnikləndirmək üçün Cənubi Qafqazda olan ermənilərin sayını süni şəkildə artıraraq çara saxta, şişirdilmiş məlumatlar verir. İ.Ori 1701-ci il iyulun 25-də I Pyotra 18 bənddən ibarət xüsusi hərbi müdaxilə planını göndərmişdi. O, məktubunda I Pyotrdan Cənubi Qafqaza yürüş zamanı Şamaxı şəhərini xüsusi nəzarət altında saxlamağı xahiş edirdi. “Şamaxının tutulması Armeniya torpağına girmək üçün ilk açardır”, – ifadəsini işlədən İ.Orinin planına görə, 5 min atlı və 5 min piyadadan ibarət olan rus qoşunu gəmilərlə Niyazabada gəlməli, oradan quru yolla Şamaxı istiqamətində irəliləməli və xristian süvarisinin köməyi ilə Şamaxı şəhəri 2 saat müddətinə ələ keçirilməli idi.

Nadir şah və Şamaxı

XVIII əsrin əvvəllərində Şamaxıda olmuş ingilis səyyahı Con Bel şəhəri dağ döşündə amfiteatr şəklində tikilmiş şəhər kimi xatırlayırdı. Lakin Şamaxı şəhəri Nadir xan Əfşar tərəfindən 1734-cü ildə dağıdıldığı və yandırıldığı üçün əhalinin Yeni Şamaxıya köçürülməsi ilə əlaqədar Şamaxının adı tarixi ədəbiyyatda Köhnə Şamaxı kimi çəkilir. Xanlığın paytaxtı kimi özünün çiçəklənmə dövrünü yaşayan Köhnə Şamaxı sənətkarlıq mərkəzi olmaqla yanaşı, həm də böyük ticarət mərkəzi idi.

1768-ci ildə Şamaxı xanlığı qubalı Fətəli xan tərəfindən işğal edilərkən, Fətəli xan Dərbənd, Quba və Salyandan Köhnə Şamaxıya 1000 ailə köçürür. 1769-cu ilin iyulunda Yeni Şamaxı dağıdılır və əhalisi Köhnə Şamaxıya köçürülür. 1789-cu ildə qubalı Fətəli xanın ölümündən sonra, Şamaxı xanlığında hakimiyyət uğrunda daxili çəkişmələr baş verir. 1792-ci ildə həmin mübarizədə Mustafa xan qalib gəlir. Mustafa xan mərkəz kimi Köhnə Şamaxını yox, Yeni Şamaxını seçir. Lakin əsrin sonunda bütün əhali Köhnə Şamaxıya qayıdır. Beləliklə, 1775-ci ildən xaraba vəziyyətində qalan Şamaxı şəhəri yenidən öz əvvəlki yerində bərpa edilib tikilməyə başladı.

1805-ci ilin sonlarında xeyli müqavimətdən sonra Şamaxı xanlığı daxili müstəqilliyi saxlanılmaqla Rusiya imperiyasının tərkibinə qatılır. 1820-ci ildə isə çar Rusiyası Şamaxı xanlığını tamamilə ləğv edir. 1846-cı ildə Şamaxı şəhəri quberniya mərkəzinə çevrilir.

1917-ci ilin sonları – 1918-ci ilin əvvəllərində Cənubi Qafqazda, o cümlədən Bakıda formalaşmış hərbi-siyasi şərait Şamaxıya da təsirsiz ötüşmədi. 1918-ci ildə S.Şaumyanın fitvası ilə erməni silahlı dəstələri Şamaxıda Sovet hakimiyyəti qurmaq adı altında, Bakıda törətdikləri dəhşətli qırğından sonra ikinci qırğını Şamaxı qəzasında törətmişdilər. Şaumyan 1918-ci il aprelin 13-də Sovet Rusiyası XKS-nə göndərdiyi məktubda Şamaxıya artilleriya və pulemyotları olan «yeni dəstələr» göndərdiyini etiraf edirdi. Ermənilər Şamaxı şəhərində azərbaycanlılara məxsus 1 milyard manatlıqdan yuxarı dəyəri olan əmlakı dağıtmış, şəhərin azərbaycanlılara məxsus bütün evlərini yandıraraq məhv etmişlər. Şəhərdə 13 məscid, o cümlədən böyük tarixi abidə olan «Cümə məscidi» yandırılmışdır.

Şamaxı şəhəri və Şamaxı qəzası 1918-ci ilin iyul ayının 18-də Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun birgə apardıqları uğurlu döyüş əməliyyatları nəticəsində azad edilənə qədər daşnak-bolşevik qüvvələrinin işğalı altında qaldı. Şamaxı şəhəri düşmənlərdən azad edildikdən sonra az müddət ərzində qəddini düzəltdi.

Xalqımıza Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi şəxsiyyətlər vermiş Şamaxı Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindəndir.

Əfsanədə deyilir: “Məlhəm kəndində məşhur şair İbrahim Əli Nəccar Xaqaninin doğma əmisi Kafiyyəddin Ömər İbn Osman oğlu adlı bir filosof, astronom, riyaziyyatçı, kimyaçı və həkim yaşayıb. O, Xaqaninin tərbiyəçisi və hamisi olub. Kafiyyəddin Ömər İbn Osman oğlu ölərkən xalq onu özünün iqamətgahı yaxınlığında, gün düşən bir yamacda dəfn edilib. Ömər İbn Osman oğlu bütün ətraf kənd əhlini müalicə edə bildiyindən, çox şəfalı, yüngül əli olduğundan, Günəş şüasının müalicəvi xüsusiyyətlərini təbliğ etdiyindən onun dəfn olunduğu yerə “Dədə Günəş” adı, yəni “Günəşin atası” adını veriblər. O, öləndən sonra da camaat şəfa tapmaq ümidilə onun qəbri istünə gəlməkdə davam edib”.

Yeri gəlmişkən qeyd edək ki, burada adı çəkilən Məlhəm kəndi Şamaxının ən qədim və səfalı kəndlərindən biridir. Dünyanın ilk tibb ocağı – “Mədrəseyi-Tibb” (Tibb Mədrəsəsi) adı ilə tanınan Tibb Akademiyası XII əsrin əvvəllərində məhz bu kənddə yaradılıb və burada ilk dəfə olaraq tibb stasionarı fəaliyyət göstərib.

Şamaxının abidələr “kolleksiyasına” yaxın-uzaq tariximizin bir çox səhifələrini özündə qoruyub saxlayan “İmamlı hamamı”, “Topal Mövsümün hamamı”, “Məşədi Mursalın karvansarası”, “Gülüstan qalası”, “Qəleybuğurt qalası”, “Qız döyüşü istehkamı”, “Govurxana sərdabəsi”, “Diri Baba türbəsi”, “Şeyxməhəmməd”, “Pir-Mərdəkan” və s. tarixi abidə və qalaları, ziyarətgahları da əlavə etsək böyük bir siyahı alınar.

Mürvət Abbasov, tarix üzrə fəlsəfə doktoru.

Masallı rayonu, Xırmandalı kəndi.

Comments are closed, but trackbacks and pingbacks are open.