Azərbaycan Milli Elmlər Akademiyası
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Qaranlıqdan işığa
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur .
Operativ çatdırırıq: 24 saat ərzində * sürətli çatdırılma * poçtla * “Özün götür” xidməti ilə
Ödəniş etmək asandır: onlayn kartla * pos-terminalla * hissə-hissə * kuryerə nəğd * MilliÖn və E-Manat terminalları ilə
Bu kitabda gənc müəllif keçən əsrdə, Sovet dönəmində baş vermiş hadisələri təsvir etmişdir. Özü o dövrdə yaşamasa da, prototipləri olan personajların – yaşlıların, yaxınlarının söhbətlərindən o dövrün keşmə-keşlərini təhlil etmiş, bədiiləşdirmiş, oxunaqlı bir əsər kimi oxuculara təqdim etmişdir.
Mənfur qonşularımızın – ermənilərin Rus imperiyasının sərt qanunları dövründə belə öz çirkin niyyətlərini həyata keçirmək üçün hər kiçik imkandan istifadə etmələri də müəllif tərəfindən ürək yanğısı ilə qələmə alınmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycanın görkəmli maarifçilərindən olmuş, yazıçı, aktyor, teatrşünas, tərcüməçi və jurnalist Əsgər ağa Goraninin (Adıgözəlovun) fəaliyyəti və yaradıcılığından bəhs edən “Qaranlıqdan işığa” kitabı çapdan çıxıb.
Nəşrin müəllifi ədibin irsinin araşdırıcısı Gülhüseyn Kazımlı, redaktoru və ön sözün müəllifi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur.
Əsgər ağa Gorani Azərbaycanın səhnə sənəti tarixində professional teatrımızın bünövrəsini qoyanlardan biri, mətbuat tariximizdə “Əkinçi”nin ən fəal müxbiri, ədəbiyyat tariximizdə “Qocalıqda yorğalıq” pyesinin və “Qara yel” romanının müəllifi, eyni zamanda bir sıra bədii əsərlərin tərcüməçisi, hüquqşünas və ictimai xadim kimi tanınır. İctimai fikir tariximizin inkişafında onun əvəzsiz xidmətləri olub.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin və Həsən bəy Zərdabinin mənəvi övladlarından biri olan Əsgər ağanın itmiş sayılan “Qocalıqda yorğalıq” pyesi və M.Lermontovdan tərcümə etdiyi “Yel gəmisi” balladası bu günlərdə Gülhüseyn Kazımlının axtarışları sayəsində tapılıb. Adıçəkilən pyes və Əsgər ağanın Lermontovdan tərcümə etdiyi “Yel gəmisi” əsəri də “Qaranlıqdan işığa” kitabına daxil edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.