Şamil vliyev füyuzat dbi mktbi
Yeni “Füyuzat”ın klassik “Füyuzat”ın davamı kimi nəşrə başlanması Azərbaycanın mətbuat həyatında, ümumiyyətlə, ictimai-fikir həyatında çox mühüm hadisədir. Bu jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, jurnal bundan sonra da öz fəaliyyətini müasir Azərbaycanın, müstəqil Azərbaycanın daha da inkişafına və çiçəklənməsinə xidmət istiqamətində davam etdirəcəkdir.
Şamil vliyev füyuzat dbi mktbi
“Füyuzat”ın yenidən çap olunması millətimizin, ziyalılarımızın bayramıdır. Onun yenidən oxucularla görüşməsi çox böyük hadisədir. Buna görə də mən yalnız jurnalın əməkdaşlarını yox, ümumiyyətlə Azərbaycan ziyalılarını təbrik edirəm. Sizin vəzifəniz onun adına layiq olmaq, o ənənələri davam etdirməkdir. Mən “Füyuzat”ın yenidən işıq üzü görməsi xəbərini eşidəndə özümü saxlaya bilmədim, ağladım. Sizə uğurlar arzulayıram. Arzu edirəm ki, “Füyuzat”ın o müqəddəs yolu davam etsin.
Teymur Əhmədov
“FÜYUZAT” JURNALININ BAŞ REDAKTORU, PROFESSOR
Biz 100 il sonra – 2007-ci ildə Əli bəy Hüseynzadənin “Füyuzat” jurnalının davamı kimi bu jurnalın nəşrinə başladıq. Redaksiyanın əsas əməkdaşları gənc, sağlam ideyalı, vətənpərvər gənclərdən ibarətdir. Biz bunların vasitəsilə Əli bəyin o dövrdə yaydığı fikirləri, ideyaları davam etdirmək niyyətindəyik. Əsas məqsədimiz odur ki, müasir, müstəqil Azərbaycanda vaxtilə Əli bəyin arzu etdiyi ideyaların necə reallığa çevrildiyini sübut eləyək və göstərək.
Feyzavər Turan Alpsar
Atam Hüseynzadə Əli bəyin düşüncə və əsərlərini zatən sizlər tanıyor və bu günlərə aktarıyorsunuz. “Füyuzat” məcmuəsini təkrar ələ almanız məni çox mutlu etdi. Mənə ancaq sizlərə könüldən təşəkkür etmək düşər. Çox sağ olun.
ALLAHŞÜKÜR QURBANOV
FİLOLOGİYA ÜZRƏ FƏLSƏFƏ DOKTORU, ŞƏRQŞÜNAS ALİM
Yeni “Füyuzat”ın klassik “Füyuzat”ın davamı kimi nəşrə başlanması Azərbaycanın mətbuat həyatında, ümumiyyətlə, ictimai-fikir həyatında çox mühüm hadisədir. Bu jurnalın təsisçisi Milli İrsi, Mədəni, Tarixi Araşdırmalar Fondunun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Əminəm ki, jurnal bundan sonra da öz fəaliyyətini müasir Azərbaycanın, müstəqil Azərbaycanın daha da inkişafına və çiçəklənməsinə xidmət istiqamətində davam etdirəcəkdir.
CAVAD HEYƏT
“Füyuzat” dərgisinin bərpası milli şüurun yenidən dirçəlməsini göstərir. Bu, çox xoş bir xəbərdir, çox yaxşı, xeyirli bir işdir. Dünyada hər şeydən, hər sevgidən üstün bir sevgi var – vətən sevgisi. “Füyuzat”çılara tövsiyə edərdim ki, vətən sevgisini şüurla yapın; sevmək lazımdır, amma şüursuz, gözübağlı yox. Hər şey şüurla olmalıdır. Bir də, etidalı qorumaq – orta yolda olmaq, nə ifrat, nə təfrit, insanlıq dairəsində milli şüuru yüksəltmək və xalqa xidmət etmək. Çünki dünyada hər şey müvəqqətidir, ömrümüz də müvəqqətiyik. Amma mənəviyyat qalasıdır və insan hansı peşədə olursa-olsun, nə qədər alim olursa-olsun, mənəviyyatı unutmamalıdır və mənəviyyatdan məqsədim insanlıqdır.
FUAD QASIMZADƏ
“Füyuzat” jurnalının yenidən nəşri təşəbbüsünü bəyənir, düzgün addım, vaxtı çatmış məsələ sayır və dəstəkləyirəm.
Müstəqillik şəraitində “Füyuzat”ın bərpası mütərəqqi ənənələrə sadiqlikdən doğur və öz gözəl bəhrəsini verəcəkdir.
Ədəbi tənqid və ədəbiyyatşünalıq sahəsində, mədəniyyət sahəsində, mütərəqqi junalistika, publisistika sahəsində Əli bəy Hüseynzadədən, Əhməd bəy Ağaoğlundan gələn ənənələrimiz var ki, bütün bunları nəzərə almaq, onlara əməl etmək, onları geniş şəkildə izah və təbliğ etmək faydalı bir işdir və inanıram ki, bərpa olunmuş “Füyuzat” jurnalında bunlar geniş yer tutacaqdır.
NAİLƏ VƏLİXANLI
“Feyz” sözünün cəmi olan “Füyuzat” – uğur, nemət, xeyir-bərəkət, ləzzət mənasını verir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun bir əsrdən sonra yenidən bu adlı məcmuə ilə oxucuların görüşünə gəlməsi, əlbəttə, müsbət haldır. Arzu edirəm ki, həmişə çap etdiyiniz hər bir məqalələr dəyərli olsun, obyektiv gerçəkliyi, həqiqəti qələmə əks etdirsin, vətənin, xalqın tarixini, mədəniyyətini, həyat və məişətini əks etdirməklə oxucuları feyziyab etsin.
NİZAMƏDDİN ŞƏMSİZADƏ
Bu gün mən Azərbaycan gəncliyini “Füyuzat”ı oxumağa çağırıram. Mənə elə gəlir ki, “Füyuzat” bundan sonra da türkçülüyün proqramı olaraq, nəinki Azərbaycan türklərinə, hətta bütün dünya türklərinə bir örnək kimi yaşayacaq.
PƏRVİZ ƏMİROV
MİLLİ İRSİ MƏDƏNİ TARİXİ ARAŞDIRMALAR FONDUNUN İCRAÇI DİREKTORU
Fondumuzun ilk elmi araşdırması olaraq, “Füyuzat” jurnalının bərpa edilməsi fikrimcə uğurlu addımdır. Fondumuz kimi onun mətbu orqanı olan “Füyuzat” jurnalı da xalqımızın milli irsinin, zəngin mədəniyyətinin və tarixinin bütün dünyaya tanıdılmasına xidmət edəcəkdir. Bu müqəddəs işdə böyük Azərbaycan xalqının xeyir-duasına ehtiyacımız var.
SABİR AZƏRİ
Həsən bəy Zərdabinin “Əkinçi”sinin səpdiyi toxumlar çox bərəkətli və məhsuldar oldu. XX əsrin əvvəlində bir-birinin ardınca “Molla Nəsrəddin”, “İrşad”, “Füyuzat” və başqaları kimi parlaq çap orqanları dünyaya gəldi. Təsadüfi deyildir ki, onlar təkcə Azərbaycanda deyil, Orta Asiyada, İranda…, yəni bütün müsəlman dünyasında sürətlə yayıldılar, şöhrət qazandılar. Mətbuat tariximizdə ən şərəfli yerlərdən birini məhz “Füyuzat” tuturdu.
Mən eşidəndə ki, bir qrup xeyirxah insan həmin adda yeni dərgini davam etdirir, həm sevindim, həm də qəlbimdə onlara dərin minnətdarlıq hissi baş qaldırdı. Tarixi, milli, mənəvi ənənələrimizi yaşadanlara eşq olsun! Böyük Əli bəy Hüseynzadənin ruhu şad olsun.
YUSİF SEYİDOV
“Füyuzat” davam eləyir! Bu böyük şeydir, “Füyuzat” yaşayır, Əli bəy Hüseynzadə yaşayır, onun ideyaları yaşayır! Bir də bu məsələyə fikir vermək lazımdır ki, vaxtilə Hüseyn Cavidi də tənqid eləyirdilər ki, o, ümumtük dünyasından yazır, nə bilim, milli xüsusiyyətlər, nələr… Əvvəla Hüseyn Cavid tam milli idi, tam azərbaycanlı idi. Əli bəy Hüseynzadə də tam milli və tam azərbaycanlı idi. Bunlar ki, o zaman ümumtürk dünyası məsələsi qoyurdular, indi biz də onu qoyuruq. Elə bil ki, onlar bu günü görürdülər, bu günü yazırdılar.
Əli bəy Hüseynzadə bunu ümumtürk dünyasının jurnalı kimi çap eləyib və özü də bu ideyanı irəli sürüb. İndi də elə eləmək lazımdır ki, bu jurnal ümumtürk jurnalı olsun, yəni, bütün türk respublikaları, türkdilli xalqlara müraciət eləmək lazımdır ki, onlar hamısı bura məqalə yazsınlar, bilsinlər ki, bu türk dünyasının jurnalıdır.
ZƏLİMXAN YAQUB
XALQ ŞAİRİ
Sizin 100 ildən sonra “Füyuzat”ı yaşatmağınız qədirbilənlik, həm də Əli bəy Hüseynzadə ideyalarının ölməzliyi deməkdir. Nə qədər dərinlərə getsən, o qədər yüksələcəksən. Dərinlik də “Füyuzat”ın getdiyi yoldadır. O yolu daha da dərinləşdirmək, daha da uzatmaq lazımdır. Bu mənada arzu edirəm ki, sizin “Füyuzat”a və “Füyuzat”ın öz ruhunda, varlığında yaşatdığı dünyaya sevginiz, məhəbbətiniz heç vaxt azalmasın. Bu “Füyuzat” ana olsun. Bundan sonra bunun səviyyəsində yeni-yeni övladlarımız – yeni mətbuat orqanları dünyaya gəlsin. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, əxlaqi sərvətlərinə, tarixi keçmişinə, böyük gələcəyinə, bu gününə layiq olan bir-birindən gözəl mətbuat orqanları bizim bu “Füyuzat”ımızı – ana “Füyuzat”ımızı daha da gözəlləşdirsin.
NİZAMİ CƏFƏROV
“Füyuzat”da həm mədəni irsimizin qorunması, həm də müasir mədəniyyətimizin, müasir tarixi şüurumuzun əks olunması ilə bağlı maraq doğuracaq məqamlar çoxdur. Əli bəy Hüseynzadə hətta mübahisələrini də çox böyük mədəniyyətlə aparırdı. Bu müasir “Füyuzat”da da açıq görünür və bu jurnal həmin mədəniyyətin daşıyıcısıdır.
AZƏR TURAN
TƏDQİQATÇI
“Füyuzat” bizim müasir türk dünyasında pərdənin arxasında başverən bir dalğadır və bu dalğa pərdənin önünü bütövlükdə dalğalandırır, bütün Turan dünyasını dalğalandırır.
QILMAN İLKİN
AZƏRBAYCANIN ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, YAZIÇI
“Füyuzat”ın yenidən nəşri hər şeydən əvvəl çox gözəl bir təşəbbüsdür. Xüsusilə “Füyuzat”ın köhnə nömrələrini görməyənlər, oxumayanlar üçün bu, böyük bir aləmdir. Onlar üçün yeni bir dünya açılır. “Füyuzat” bizə ictimai fikir tariximizi öyrədir, gözümüzün qabağında tarixi keçmiş və müasir həyat hadisələri səhifələnir. Bu jurnalda ancaq müvəffəqiyyət görürəm, qüsur görmürəm. Mən xaricdən gələn qonaqlara “Füyuzat”ı göstərirəm: “baxın, bizdə belə bir jurnal var” – deyirəm. Həqiqətən burdakı yazılar çox qüvvətlidir. Arzu edirəm ki, bunu axıradək belə davam etdirəsiniz.
Şamil vliyev füyuzat dbi mktbi
Milli mətbuat tarixi kafedrasının professoru
Filologiya elmləri doktoru
iş telefonu: +(994) 12 538 62 09
QISA BİOQRAFİK MƏLUMAT
- 1960-cı ildə anadan olub.
- 1977-1981-ci illərdə ADPU Filologiya fakültəsində təhsil alıb.
ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
- 1989-cu ildə namizədlik dissertasiyası müdafiə edib.
- 2003-cü ildə doktorluq dissertasiyası müdafiə edib.
- 2007-ci ildən Mətbuat tarixi kafedrasının professorudur.
ƏMƏK FƏALİYYƏTİ
- 1983-1985-ci illərdə Səməd Vurğun adına ev-muzeyinin əməkdaşı olub.
- 1985-2008-ci illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifəsində çalışıb.
- 2012-2016-cı illər Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışıb.
- 2005-ci ildən BDU Jurnalistika fakültəsi, Mətbuat tarixi kafedrasının müdiri vəzifəsində çalışır.
TƏDQİQAT SAHƏSİ
- Mətbuat tarixi və publisistika
İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR
- 1991 may. “N.Gəncəvi -850“, Beynəlxalq elmi konfrans, Türkiyə, Ankara.
- 2007 iyun. “İpək yolu üzərindəki əlkələrin ədəbiyyat və mədəniyyəti“, Beynəlxalq elmi konfrans, Özbəkistan, Daşkənd.
ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ
Kitablar
- “Füyuzat“ ədəbi məktəbi. Bakı,1999
- XX əsr Azərbaycan ədəbi tənqidində poeziya problemləri (1895-1917). Bakı, 2004
- Vəliyev Ş., Babayev Z. Azərbaycanda internet jurnalistikası: tarixi və perspektivləri. Bakı, 2007
- “Füyuzat” ədəbi məktəbi. Bakı, 2009
- Vəliyev Ş., Yaqublu N. Azərbaycan mətbuatı antologiyası. I hissə, Bakı, 2010.
- Azərbaycanədəbiyyatı və mətbuatından araşdırmalar. IIcilddə, Icild, “Elm və təhsil” nəşriyyatı, (440 səh- 27,5 ç.v.). Bakı, 2011
- Azərbaycan mətbuat tarixi antologiyası (mühacirət dövrü). “Elm və təhsil” nəşriyyatı. Bakı, 2013
- Böyük ədib və mütəfəkkir Əli Bəy Hüseynzadə. “Elm” nəşriyyatı, 483 səh., Bakı, 2015
- M. Ə. Rəsulzadə. Əsərləri. 1-ci cild (Tərtib edən və çapa hazırlayan). “Elm” nəşriyyatı, Bakı, 2016
- M. Ə. Rəsulzadənin mühacirət dövrü yaradıcılığında tənqidçilik fəaliyyəti. AMEA-nın Ədəbiyyat İnstitutunun “Ədəbiyyat” məcmuəsi. XXIX cild, “Elm və təhsil”. Bakı, 2016
- Müasir mediada reklam və marketinq. “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının nəşrlər seriyası. Redaksiya heyəti. Bakı, 2018
Məqalələr
- Ə.Hüseynzadənin “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar”. Azərbaycan SSR EA gənc alimlərinin “Böyük Oktyabr və müasirlik: ictimai elmlərin aktual problemləri“ mövzusunda elmi konfransının materialları. Bakı, 1987
- “Yaşıl qələm“ unudulmadı. Azərbaycan jurnalı. Bakı, №5, 1991
- Əlibəy Hüseynzadənin dinə münasibəti. Cahan jurnalı. Bakı, №2, 1997
- Naməlum məktublar. Azərbaycan jurnalı. Bakı, №1-2, 1993
- Ümummilli lider Heydər Əliyev və mətbuat. “Yeni medianın humanitar aspektləri” H.Əliyevin 90 illik yubileyinə həsr edilmiş elmi-praktik konfransın materialları, Bakı, 2013
- “Həyat”dan başlanan yol. Böyük ədib və mütəfəkkir Əli Bəy Hüseynzadə toplusu. Bakı, 2015
- M.Ə.Rəsulzadənin mühacirət dövrü tənqidçilik fəaliyyəti. AMEA-nın humanitar elmlər seriyası. Bakı, 2015
Samil Veliyev Nefesini Duydum – Бесплатно скачать Mp3
Здесь Вы можете прослушать и скачать песни по запросу Samil Veliyev Nefesini Duydum в высоком качестве. Для того чтобы прослушать песню нажмите на кнопку «Слушать», если Вы хотите скачать песню или посмотреть клип нажмите на кнопку «Скачать» и Вы попадете на страницу с возможностью скачать песню, прослушать ее и посмотреть клип. Рекомендуем прослушать первую композицию Samil Veliyev Nefesini Duydum Yeni Klip 2022 длительностью 3.73 MB, размер файла 2 мин и 50 сек.
Все песни были найдены в свободном доступе сети интернет, а файлы с произведениями не хранятся и не загружаются на наш сервер. Если Вы являетесь правообладателем или лицом, представляющим правообладателя, и не хотите чтобы страница с произведением, нарушающие Ваши права, присутствовала на сайте, воспользуйтесь данной формой DMCA.
Сейчас слушают песни
Samil Veliyev Nefesini Duydum
Так Беззаботно Уходит Вдаль Текст
Сборник Инна Вальтер
Сяду Я За Руль В Зубы Сигаретку И Врубил На Полную Шансон
Владимир Шамшурин Позиция Сверху
Чёрный Змей Detsl Aka Le Truk
Не Грусти 10 Часов
Ани Лорак Забирай Это Небо Караоке Бэк
I Am The Weapon
Марина Журавлева Караоке А Любовь Малины Слаще
Рианна This Is What You Came For
Теперь Йоши Орёт За Меня В Башне Ада Roblox Tower Of Hell
У Меня Растет Дочь Предупреждаю Я Сверну Шею
Эльдар Южный 2020
Lady Gaga Judas Speed Up
Аудио Книги Про Рыбалку
И Мотор Немного Шепчет С Сердцем В Унисон
Copyright ©Gtxmusic.com 2023
All Rights Reserved
Почта для жалоб и предложений: [email protected]
Слушайте и скачивайте бесплатно mp3 музыку. Популярная и свежая музыка всегда доступна для скачивания бесплатно!
Comments are closed, but trackbacks and pingbacks are open.