Ana di li mi zi sevk qoruyaq tdbi r
21 fevral – Beynəlxalq Ana Dili Günüdür. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
ANA DİLİMİZİ SEVƏK VƏ QORUYAQ!
21 fevral – Beynəlxalq Ana Dili Günüdür. Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevral ayının 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Bu gün planetimizin əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Məlum olduğu kimi, Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir.
Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın I minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər. Azərbaycan dilinin ümumxalq dili kimi formalaşmasının təqribən VII-IX əsrlərdə sona çatması ehtimal edilir. Belə bir məlumat var ki, hələ V əsrdə müasir Azərbaycan ərazisindəki Qafqaz Albaniyasında mövcud olmuş əlifba ilə dini və bədii məzmunlu orijinal kitablar və tərcümə kitabları yazılmışdır. VII-IX əsrlərdə Azərbaycan mədəniyyətinə ərəblərin, XI əsrdə isə iranlıların təsirinin güclənməsinə baxmayaraq, Azərbaycan dili öz inkişafından qalmamışdır. Azərbaycan dili uzun bir müddət «türki», «türk dili», «Azərbaycan türkcəsi», bəzən isə «tatar dili», «Qafqaz tatarlarının dili» (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır. Müasir Azərbaycan ədəbi dili canlı danışıq dili ilə tarixən üzvi surətdə bağlı olub, qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir. Bildiyimiz kimi, hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacib komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktordur. Dil, eyni zamanda sosial hadisə olaraq, hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən mühüm göstəricisidir.
Danılmaz faktdır ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorların, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir. 1978-ci ildə Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin ardıcıllığın və qətiyyətin ifadəsi oldu. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar xalqımız tərəfindən minnətdarlıqla qarşılanır. Prezident İlham Əliyevin dilimizin inkişafına diqqəti, imzaladığı fərman və sərəncamlar, o cümlədən dilimizin qorunmasında başlıca rol oynayan kütləvi informasiya vasitələrinə xüsusi qayğısı dediklərimizə əyani subutdur. Cənab Prezidentimiz müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianı daim diqqət mərkəzində saxlayır. Bununla belə günümüzdə televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi halları da mövcuddur.
Düşünürəm ki, dilimizin inkişafı və qorunması üçün bu sahədə daha mükəmməl hüquqi tənzimləmələrə ehtiyac var.
Gəlin dilimizi sevək və qoruyaq!
Şərhlər
Veteran 2021-02-21 21:57:48
Necə qoruyaq?Telviziyalarda avara-avar verilişlər ,avara -avara Əli Həsənovdan qalma seriyallar,avara- avara oxuyanlar,heyvərə aparıcılar. Siz deputatlarda fatı otur,fatı qalx.
Ana di li mi zi sevk qoruyaq tdbi r
Sadiq QURBANOV,
Milli Məclisin üzvü

Comments are closed, but trackbacks and pingbacks are open.