Press "Enter" to skip to content

Ana dili və əlifba günü

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində işlər bu gün də davam etdirilir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi “Dövlət Proqramı”nın icrası ilə bağlı davamlı şəkildə monitorinqlər apararaq ölkədə dil situasiyasının müəyyənləşdirilməsi və dilin inkişafı üçün şəraitin yaradılması sahəsində işlər həyata keçirir. Audiovizual reklamların və küçə reklamlarının dilinin monitorinqi, qəzetlərdə və saytlarda Azərbaycan dilinin normaya uyğun işlədilməsi, küçə adları, radio və TV dilinin davamlı monitorinqi, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, elan və lövhələrin monitorinqi, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlər buna nümunə göstərilə bilər. Bundan əlavə, bir sıra dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq uğurlu iş kimi dəyərləndirilə bilər. Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsi ilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq bu qəbildəndir.

Ana dili və əlifba günü

Azərbaycan əlifbası və

Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir.

Bu yüksəliş millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilin zənginliyinin sübutudur. Dil istənilən xalq üçün maddi və qeyri-maddi irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində ən güclü vasitələrdən biridir. Müxtəlif ölkələrdə ana dilinin təbliği üçün həyata keçirilən bütün tədbirlər təkcə linqvistik müxtəlifliyi və çoxdilli tədrisi həvəsləndirmək baxımından deyil, eyni zamanda, qarşılıqlı anlaşmaya, tolerantlığa və dialoqa əsaslanan mühitin formalaşması üçün də vacibdir. Dil fərdə, cəmiyyətə, sosial inteqrasiyaya, təhsil və inkişafa təsir gücünə görə bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən dəyərlərdəndir. Qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan “ana dili” və ya “doğma dil” anlayışı bu gün qorunmağa və möhkəmlənməyə böyük ehtiyac duyur.

Respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır.

1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalamış (552 nömrəli Fərman) və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir.

“Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir”, – deyən Ümummilli liderin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 9 aprel 2013-cü il tarixli 2837 nömrəli Sərəncamına əsasən, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bu istiqamətdə görülən işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür. Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.

Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi hamımız üçün qürurverici haldır. Bu səbəbdən, Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi sahəsində işlər bu gün də davam etdirilir. AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi “Dövlət Proqramı”nın icrası ilə bağlı davamlı şəkildə monitorinqlər apararaq ölkədə dil situasiyasının müəyyənləşdirilməsi və dilin inkişafı üçün şəraitin yaradılması sahəsində işlər həyata keçirir. Audiovizual reklamların və küçə reklamlarının dilinin monitorinqi, qəzetlərdə və saytlarda Azərbaycan dilinin normaya uyğun işlədilməsi, küçə adları, radio və TV dilinin davamlı monitorinqi, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması, elan və lövhələrin monitorinqi, ədəbi dil normalarının pozulması hallarının qarşısının alınması ilə bağlı tədbirlər buna nümunə göstərilə bilər. Bundan əlavə, bir sıra dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq uğurlu iş kimi dəyərləndirilə bilər. Bakı Şəhər İcra Hakimiyyəti Reklam və İnformasiya İdarəsi ilə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə əməkdaşlıq bu qəbildəndir.

Regionlarda dil situasiyasına nəzarət məqsədilə bir sıra rayonların ərazisində küçə adlarında, reklam və elanlarda, idarəçilik və kargüzarlıqda ədəbi dilin düzgün tətbiqinin vəziyyətini izləmək məqsədilə mütəmadi olraq monitorinqlər təşkil olunmuşdur.

Bu istiqamətdə uğurlu fəaliyyət kimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə əməkdaşlığı da qeyd etmək yerinə düşər. Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” adlı layihə çərçivəsində “Xəzər TV”, “Lider TV”, “Kəpəz TV” (Gəncə) və “ARB-24 Xəbər” (Tovuz) kanallarında baş tutmuş tədbirlər dilin saflığının qorunmasına xidmət edən addım kimi dəyərləndirilməlidir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun və Milli Televiziya və Radio Şurasının rəyi əsasında dərc olunan tövsiyə xarakterli məqalələr toplusu gələcəkdə bu sahənin mütəxəssisləri üçün faydalı vəsait kimi istifadə oluna bilər. “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində regionlarda dövlət dilinin təbliği, məktəblərdə gənc nəslin nümayəndələri ilə görüşlər və müzakirələr maarifləndirmə və təşviqat istiqamətli tədbir kimi əhəmiyyətli olmuşdur. Təsadüfi deyil ki, Bilik Fondunun yaxın zamanlarda dövlət dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı ölkə regionlarında Azərbaycan dilini tədris edən təhsil işçiləri, yerli KİV nümayəndələri, məktəbli və tələbələr cəlb olunmaqla yeni bir maarifləndirici layihəyə – “Dilimiz sərvətimizdir” layihəsinə imza atması nəzərdə tutulmuşdur.

Artıq dörd ilə yaxındır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan dilini öyrənirik” layihəsi çərçivəsində paytaxtın Rus Pravoslav kilsələrində rusdilli əhali üçün ödənişsiz “Azərbaycan dili” təlim kursları təşkil etmişdir. Dinləyicilər dövlət dilində ünsiyyət qurmaq bacarıq və vərdişlərinə yiyələnməklə, ədəbi dil normalarını öyrənməklə yanaşı, tariximiz və mədəniyyətimizlə yaxından tanış olmaq məqsədilə muzey və sərgilərə, film nümayişləri və teatr tamaşalarına dəvət olunur, elm və mədəniyyət xadimləri ilə görüşürlər.

Bu cür yanaşma rusdilli vətəndaşlarımıza dövlət dili vasitəsilə multikultural həyat tərzi ilə tanınan xalqımızın qədim tarixi və zəngin mədəniyyətinə dair faydalı və gərəkli bilgilər əldə etmək imkanı verir.

Dəyərli və zəngin sərvətlərimizdən biri olan dilimizin qorunması və təbliğ edilməsi dil və din mənsubiyyətimizdən asılı olmayaraq hər birimizin mühüm vətəndaşlıq borcudur.

Sevinc ƏLİYEVA

Filologiya üzrə elmlər doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, AR Prezidenti yanında Bilik Fondunun Lektorlar Qrupunun üzvü

525-ci qəzet.- 2018.- 1 avqust.- S.

Azərbaycan Əlifbası və Azərbaycan dili Günü

Azərbaycan xalqının dünya sivilizasiyasına bəxş etdiyi nadir töhfələrdən biri də Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələrdir. Tarixi faktlar sübut edir ki, bu qiymətli əsərləri yaradarkən xalqımız müxtəlif yazı növlərindən vəəlifbalardan istifadə etmişdir. Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası vardı.

Ölkəmizdəİslam dininin yayılması iləəlaqədar ərəb əlifbasından geniş istifadə olunmuş, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynamışdır. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmişərəb qrafikası dilimizin səs sistemini bütün dolğunluğu iləəks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar M. F. Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalıəlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalıəlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinəəsasən 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalıəlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. Nəticədə 1940-cı il yanvarın 1-dən kiril qrafikalıəlifbaya keçmək haqqında qərar qəbul olundu.

Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti H. Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilmişdir.

  • Teqlər:
  • tarixi günlər
  • , 1 avqust
  • , Azərbaycan əlifbası və Azərbaycan dili günü

Comments are closed, but trackbacks and pingbacks are open.