Press "Enter" to skip to content

Məsləhətli Ana-Plata

PCI Slots daxili proqram təminatının əlavə edilməsi üçün istifadə olunan aparatın Periferik Komponent İnterconnect cihazını ifadə edən daha müasir variantdır. PCI yuvaları qrafik kartdan, daxili modemdən və səs kartından ibarətdir. Digər komponentləri ana plataya qoşmaq üçün də istifadə oluna bilər.

Ana plata (Sistem platası) məqalə

Anakart, bir kompüterin bütün hissələrini üzərində saxlayan və bu parçaların rabitəni təmin edən elektron sxemdir. Şüşə lifdən (sərt plastik törəmə) hazırlanmış, üzərində mis yolların olduğu; Adətən tünd yaşıl bir lövhədir. Ana plata üzərində, mikro prosedur aparan yuvası, yaddaş, genişlənmə yuvaları, BIOS, digər kartlar üçün genişlənmə yuvaları və digər köməkçi dövrələr (sistem saatı, nəzarət dövrələri kimi) yer alır. Bir PC hansı xüsusiyyətlərə sahib olduğunu müəyyən edən ən mühüm komponentdir.

AT İlk fərdi kompüterlərdə istifadə edilən əsas kartlardır. 8086 və ya 8088 mikroprosessorları üzərində sabit olaraq daşıyır bu halda prosedur aparan dəyişdirilməsi üçün anakart-ın dəyişdirilməsi lazım idi ki, ana kartın əlavə təchizat məntəqəsi

yalnız 8 bit olmalıdır.
XT anakartlardan sonra günümüzdə istifadə edilən ATX anakartlara bənzəyən lakin yalnız 5 və 12 volt güc alan anakartlardır. PS/2 dəstəyi yoxdur. ISA, PCI və AGP göstərici yolları ilə dəyişdirilə prosedur aparan dəstəyi bildir.
Pentium2 prosedur aparan ilə birlikdə ilk dəfə bazara təqdim olunmuş. Günümüzdə istifadə edilən anakart-lardır.
Əsas anakart istehsalçıları Intel, Dell, Asus, ECS, MSİ, Gigabyte, Foxcon, Biostar, EPoX, Asrock dur.
İndi bir ana kartın üzərində nələr var onlara baxaq…

1-Arxa panel əlaqələri; 2- Processor güc pini girişi; 3- Processor yuvası; 4-Processor soyuducusunun ayaqlarını anakarta taxmaq üçün dəliklər; 5-Processor feni pin girişi; 6- Ram (əməli yaddaş) yuvaları; 7-Ana kart güc pini girişi; 8,9- Ekran kartı yuvaları. Bəzi anakartlarda bu yuvaların sayı çoxdur. (Birden çox ekran kartını birlikdə istifadə etmək üçün.); 10-Sata informasiya kabeli girişləri (Sata kabellər sərt disk ilə anakart arasında informasiya əlaqəsini təmin etmək üçün.); 11-Sistem Bloku feni pin girişi; 12-Ön panel əlaqə yeri (ön tərəfdə olan usb, qulaqlıq, mikrofon əlaqələri üçündür.); 13-Şimal körpüsü (Bu körpüyə ana kartın ana informasiya qovşağı deyə bilərik, çünki processor, ram, ekran kartındakı bütün məlumatlar buradan keçir.); 14-Cənub körpüsü ( USB, SATA, PCİ (ses kartı internet kartı), yəni giriş çıxış portlarını nəzarət edər.)
Şimal və cənub körpülərindən məlumatlar keçdiyi üçün qızırlar, bu səbəbdən ana kart istehsalçıları bu körpülər üçün metal bloklar ilə soyutma sistemi təmin edirlər. Bəzi markalar marka yazısını bu körpülərə yazarlar. (Aşağıdakı şəkildəki 14 nömrədə ASUS yazısı kimi.)1
Ana kart Arxa Panel Əlaqələri :
Demək olar ki, bütün ana kartlarda arxa panel portları eynidir.

1- PS/2 Mouse girişi bütün anakartlarda yaşıl rəngdədir; 2-PS/2 Klaviatura girişi bütün anakartlarda bənövşəyi rəngdədir; 3- COM ardıcıl portudur; 4-LPT paralel porttur. Bu portlara printer, faks, və s. cihazlar qoşulur; 5-Ana kart üzərindəki ekran kartından gələn görüntü çıxışıdır. Monitorunuza görüntü verir. Təbii ki, 3 ölçülü oyunlar üçün zəif bir ekran kartıdır; 6-USB portları (Flash disk, USB hard disk, USB TV kartı, USB səs kartı və s. qısaca bütün USB cihazlarınızı bu portları istifadə edəcək kompüterinizə bağlaya bilərsiniz; 7- İnternetə bağlana bilmək üçün ana kart üzərində olan, modemdən gələn və ethernet kartına qoşulan kabel girişidir; 8-Səs çıxışı və mikrofon girişidir. (mikrofon girişi bütün anakartlarda qırmızı rəngdədir.). Kompüterinizdə musiqi dinləmək üçün, dinamikləri bu səs çıxışlarına taxmanız lazımdır.

Anakartlarda olan slotlar:

ISA (Industry standart Architecture–Sənaye standartlı Arxitektura) Slot–ISA sökükləri köhnə tipli anakartlarda: modem,səs, ekran, şəbəkə və başqa kartların qoşulması üçün istifadə edilirdi.ISA PCI və AGP-yə nisbətən aşağı sürətlə işləyən bir sistem şinidir. Maksimum 8 MHz sürətilə işləyir, ancaq bəzi sistemlərdə əlavə sürətləndiricilər ilə 12 MHz sürətinə qədər yüksəldilə bilər. Yeni anakartlarda ya ən sol kənarda tək sökük halında olur, ya da heç olmaya bilər. ISA 16 bit məlumat ötürmə şininə malik olub, eyni vaxtda 16 bit məlumata müraciət etməyə imkan verir.

PCI (Peripheral Component Interconnect – Xarici Əlaqəli Periferiya Komponentləri) Slot – PCI məlumat şini Intel tərəfindən inkişaf etdirildi, ancaq sadəcə Intel-in istehsal etdiyi mikroprosessorlara deyil, bütün mikroprosessorlara uyğun gəlir və anakartlarda mütləq olması vacib olan standart halına gəlmişdir. Anakartlar üzərində əsasən 1-dən 6-ya qədər PCI sökükləri olur. 32 bit verilənlər şini olan PCI 33 MHz sürətində işləyir. PCI verilənlər şini əməliyyat sistemlərinin avtomatik olaraq qurğunu tanıyaraq yüklədiyi qoş və işlət (plug&play) xüsusiyyətini dəstəkləyən bir verilənlər şinidir. PCI verilənlər şini səs kartından ekran kartına qədər müxtəlif qurğuların istifadə etdikləri verilənlər şinidir.

AGP (Accelerated Graphics Port – Sürətləndirilmiş Qrafik Port) – AGP xüsusən ekran kartları üçün dizayn edilmişdir. AGP kompüter dünyasını qrafik kartlarında daha geniş verilənlər şini istifadə etməyə məcbur etmişdir. AGP 66 MHz 1x, 133 MHz 2x, 266 MHz 4x sürətilə həm olduqca sürətli verilənlər şini, həm də ana yaddaş ilə daha sürətli əlaqə saxlayan bir portdur. AGP sadəcə, ekran kartı və mikroprosessor ilə istifadə edilməsi və genişlənə bilməsi səbəbilə bir verilənlər şini deyil, daha çox port kimi istifadə olunur. 32 bit həcmi olan və PCI 2.1 standartı istifadə edən AGP 33 MHz yerinə 66 MHz ötürmə sürətinə sahibdir.

ATX Power Connector (ATX Güc Əlaqələndiricisi) – standart ATX güc əlaqələndiricisi kompüterin güc mənbəyindən çıxır. Birləşdiricinin bir kənarında olan kəsiklər, əlaqənin doğru şəkildə qurulması məqsədilə qoyulmuşdur. ATX güc birləşdiricisinin qoşulması və çıxarılması zamanı güc tətbiq edilməməli və düzgün bir formada qoşulduğuna əmin olmaq lazımdır, əks halda həm anakart, həm də əlaqələndiricinin ucu zədələnə bilər.

Chipsets (Mikrosxem dəsti) – Üzərilərində olan mikrosxem dəstləri anakartları bir-birindən fərqləndirən əsas hissələrdən biridir. Mikrosxem dəsti bir çox kiçik dövrələrin birləşməsindən meydana gəlmiş və xüsusi funksiyaları yerinə yetirmək məqsədilə hazırlanmışdır. Məsələn, səs kartı, ekran kartı və ya modemin anakart üzərində olduğu hallarında mikrosxem dəstinin bir hissəsi bu qurğuların birini və ya bir neçəsini işlədərkən, digər hissəsi də mikroprosessor funksiyalarına nəzarət edə bilir. Bəzi mikrosxem dəstləri sadəcə bir qrup mikroprosessorları dəstəkləyərkən, bəziləri bir neçə sinfə uyğun olaraq işləyir. Hazırda geniş istifadə edilən anakartlar, ümumilikdə Intel, AMD və Cyrix mikroprosessorlarının ortaq olduqları sürət kateqoriyalarına uyğun olaraq istehsal edilir. Mikroprosessorun yaddaşa müraciət forması və məhdudiyyəti ilə məntiqi məlumatları da mikrosxem dəsti üzərində təyin edilmişdir. Anakart istehsalçıları mikrosxem dəstinin anakart üzərində yerini təyin edərkən temperaturun ən yaxşı şəkildə yayıla bilmə faktorunu diqqətə alırlar.

CPU (Cenrtal Prosessing Unit – Mərkəzi Prosessor Qurğusu) Socket (Oyuq) – Bütün mikroprosessor oyuqları (socket) bir- birinə bənzəyirlər. Oyuqları bir-birindən fərqləndirən quruluşu və girişlərinin sayıdır. Bəzi yuvalar görünüş etibarilə bir-birinə çox bənzəsələr də, quruluş etibarilə fərqlənirlər. Məsələn, Socket-7, Socket-8, Socket-A və Socket-370 bunlardan bəziləridir.
Bununla bərabər anakartlar mikroprosessor söküyünə də malik ola bilirlər (Şəkil 23.). Sökük ilə oyuqlar quruluş və görünüş etibarilə tamamilə fərqlənirlər.

DIMM (Double Inline Memory Module – İki Tərəfli Açıq Yaddaş Modulu) Slot – Hazırda geniş istifadə edilən yaddaş sökükləridir. Digər yaddaş sökükləri isə, SIMM (Single Inline Memory Module – Tək Tərəfli Yaddaş Modulu) və RIMM

(Rambus Inline Memory Module – Rambus Açıq Yaddaş Modulu) modullarıdır. Hazırda RIMM söküklərinin istifadə edildiyi az saydakı Pentium IV anakartları xaricində bütün anakartlarda DIMM sökükləri istifadə edilir. Əsas DIMM standartları PC100 və PC133-dür. PC100-lər 100 MHz, PC133- lər 133 MHz sürətində işləyir. Pentium IV anakartlarında olan DDR RAM cüt məlumat qrupunu bir paketlə göndərə bilmə xüsusiyyətinə malikdir.

Floppy Disk Driver Connector (Elastik Disk Sürücüsü Əlaqələndiricisi) – Elastik disk sürücüsünün anakart üzərinə qoşulduğu əlaqələndiricidir. Qoşulma şəkli və diqqət ediləcək hallar IDE şininin qoşulması ilə tamamilə eynidir. Bu mövzuda bir hala diqqət etmək lazımdır ki, elastik disk sürücüsü şininin kəsik və qıvrımlı olan ucu elastik disk sürücüsü tərəfində, IDE şininə bənzəyən ucu isə anakart tərəfində olmalıdır. Anakart üzərində sadəcə 1 ədəd elastik disk sürücüsü yuvası olur.

IDE (Intelligent Drive Electornic – Ağıllı Elektron Sürücü) Connector (Əlaqələndirici) – IDE əlaqələndiriciləri IDE şinlərinin anakart üzərinə birləşdirildiyi oyuqlardır. Sərt disk, CD və DVD sürücüləri IDE şini vasitəsilə IDE əlaqə- ləndiricisinə qoşulur. IDE qurğularının ATA33/66/100 olaraq üç standartı vardır. Bu rəqəmlər məlumatın vahid zamanda Mb/san. tipindən maksimum köçürülə biləcək miqdarını göstərir. Köçürmə sürətini Standarddan kənara çıxaraq daha çox artırmaq mümkün deyildir. IDE əlaqələndiricilərinə qoşulacaq qurğu ilə əlaqələndiricinin uyğun gəlməsi çox vacibdir. Hər hansı birinin dəstəklədiyi standartın daha aşağı olması halında, aşağı sürətli qurğu və ya əlaqələndiricinin sürətində məlumat mübadiləsi aparılır. Bütün IDE şinlərinin bir kənarında qırmızı, ya da mavi rəngdə xətt olur. Bu xətt IDE şininin IDE birləşdiricisinə düzgün formada qoşulması məqsədilə qoyulmuşdur. Qırmızı, ya da mavi xəttin olduğu tərəf IDE əlaqələndiricisinin 1 nömrəsi ilə göstərilən tərəfinə uyğun gəlməlidir. Bəzi anakartlarda bu rəqəm göstərilməyə bilər. Bu halda IDE əlaqələndiricisi oyuğunun uzun kənarlarından birinin orta hissəsində olan kiçik yarığa diqqət edilməlidir. Yarıq tərəfin üst hissədə olduğu düşünülərsə, IDE şini rəngli xəttin olduğu kənar sağda olacaq şəkildə qoşulmalıdır. Bu mövzuda məlumat hər anakartın kitabçasında mütləq verilir. IDE oyuqları iki ədəd olur: Primary (Əsas), Secondary (Köməkçi).

Məmmədov Mahil İsa oğlu,
Zeynalov Zaman Həbib oğlu
Motherboard Battery (Anakart Batareyası) – Anakart üzərində elektrik axınının olmadığı hallarda bəzi əhəmiyyətli məlumatların yadda saxlanması məqsədilə istifadə edilən, çox kiçik bir gücə sahib batareyadır. Məsələn, tarix və saat məlumatlarının kompüterin hər açılışında qarşımıza düzgün formada çıxması bu batareya sayəsində mümkün olur. Çox vaxt BIOS batareyası adlandırdığımız bu batareyalar, əsasən uzun ömürlü litiumdan hazırlanır. Əsasən istifadəçilər batareyanı çıxartmaqla BIOS-u “sıfırlama”, yəni boşaltma üsulundan istifadə edirlər. Bu üsuldan, batareya tamamilə boşaldıqdan sonra və ya dəyişməsi lazım olduğunda, ya da BIOS-un anakart üzərində olan çevirici (jumper) və ya açarlar ilə sıfırlana bilmədiyi hallarda istifadə olunmalıdır. Batareyanın uzun müddətdə çıxarıldığı hallarda, bəzi anakartlarda iş prosesinin bərpa edilməsinin mümkün olmadığı problemlər ortaya çıxara bilər.

BIOS (Basic Input Output System – Əsas Giriş-Çıxış Sistemi) Chip (Mikrosxem) – BIOS kompüterin əsas sistem məlumatlarını yadda saxlamaq üçündür. Kompüterin düzgün açılması BIOS-un doğru nizamlanmasından asılıdır. Anakart və mikroprosessorun yeniliklərə uyğun olaraq işləməsi üçün, BIOS-un yeni versiyaları təqib edilməli və yenilənməlidir.

Müəllif: Məmmədov Mahil İsa oğlu,
Zeynalov Zaman Həbib oğlu

Məsləhətli Ana-Plata

Salam.
Ana platanı dəyişmək qərarına gəldim. Hal hazırda istifadə etdiyim Ana Plata Asus P5GC-MX/1333 -dür.
Hansı ana platanı məsləhət görürsünüz ?

Sualı verdi: pc_apple ( 18/02/2013 )
Kateqoriya: Sual . ana plata, CPU, intel, RAM, VGA. Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

bu baxir senin platani ne ucun istemeyine.oyun>?yoxsa performans?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır
Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin

Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Elan qutusu

Son cavablar və şərhlər

123589 cavab verdi – PC üçün tövsiyə (2 gün əvvəl)

Valeh Abishov cavab verdi – Aliexpress telefon (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – 1-dən ədəddən çox əşya sirariş etmə (4 gün əvvəl)

Valeh Abishov cavab verdi – Poçta əlavə pul (4 gün əvvəl)

gul56 cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

E. Hacı cavab verdi – Vöen və bank hesabı (6 gün əvvəl)

Mammadli-Help cavab verdi – iban hesab nömrəmi tapa bilmirəm (9 gün əvvəl)

Mammadli-Help cavab verdi – İxtisasla bağlı (9 gün əvvəl)

Cənab cavab verdi – TOEFL vs IELTS (17 gün əvvəl)

yusifmemmedov2004 cavab verdi – Amerikadan Gomruk daxil Kargo (27 gün əvvəl)

Только Бог cavab verdi – PC üçün tövsiyə (31 gün əvvəl)

ATX Ana plata: Qabaqcıl Texnologiya Genişləndirilmiş Anakart

Haqqında bir az məlumat axtarırsınızsa ATX ana plata (Advanced Technology genişləndirilmiş anakart) , doğru yerdəsiniz. Burada əvvəlcə ana plata, onun ehtiyacı və növləri haqqında danışırıq. In ATX tipli ana plata, başqa alt tiplər də var.

Ana plata nədir?

Tərif-

Bütün dövrə lövhələrini daha böyük bir mərkəzi dövrə lövhəsinə qoşduqda, o, ana plata kimi tanınan bir lövhə meydana gətirir. Bu, bir PCB, yəni çap dövrə lövhəsi və rabitə və bir sistem hissəsini digərləri ilə birləşdirən onurğa sütunu kimi istifadə olunan kompüterin təməli və ya vacib hissəsidir.

1981-ci ildə ilk anakart IBM (International Business Machines) tərəfindən öz şəxsi kompüterində prosessor və kart yuvaları kimi çox az komponentdən ibarət “planar” hesab edildi. O, geniş çeşiddə quraşdırılmış yenilikləri ehtiva edir, kompüterin qabiliyyətinə və təkmilləşdirmə potensialına təsir göstərir.

Ana plata kompüterinizin bütün hissələrinə enerji almağa və mərkəzi prosessor, yaddaş kartı (RAM) və digər aparat hissələri ilə əlaqə saxlamağa imkan verir. Bu, kompüter sistemindəki ən böyük lövhədir. Çox sayda alt sistemdən ibarətdir, yəni. prosessor və digər komponentlər.

Xüsusi prosessor və yaddaş növləri ilə işləmək üçün hazırlanmış bir çox anakart növü olduğundan. Kompüterin sürətinə və onun genişləndirilməsi imkanlarına PC-də (Fərdi Kompüter) quraşdırılmış anakartın növü çox təsir edir.

Ana plata ehtiyacı

Bugünkü nəsil üçün hansı anakartın sizin üçün daha yaxşı olduğuna qərar vermək gözəl bir şeydir. Siz boş yer kimi şeyləri nəzərə almalısınız, yəni RAM (Təsadüfi Giriş Yaddaşı) və ROM (Yalnız Oxunan Yaddaş), prosessor və s. Ana plata texnologiya və noutbuklar, kompüterlər kimi elektrik cihazları ilə birləşən hər bir insanın əsas ehtiyacıdır. istənilən versiya.

Ana plata kompüterin bir neçə hissəsini bir-biri ilə birləşdirir, bunun sayəsində sistemimiz rahat və rahat işləyir. Ana plata olmadan kompüteri işlədə bilmərik. Zərər verərsə, sistem işləmir.

Ana platanın komponentləri

Anakartın bir neçə hissələri yalnız iş masası CPU-nu açdıqda və anakartınızı çöldən çıxardıqda müəyyən edilə bilər. O zaman, şübhəsiz ki, anakartların bütün hissələri haqqında tamamilə çaşqın olursunuz, çünki hissələr müəyyən bir kompüterin modelindən və versiyasından fərqlənir.

Anakartların bütün hissələri haqqında bilmək lazım deyil. Bununla belə, bəzi vacib aspektləri və anakartın kompüter sisteminin müxtəlif hissələrini necə birləşdirdiyini bilmək yaxşıdır. Anakartın çoxsaylı əsas komponentləri və onların mühüm funksiyaları aşağıda təsvir edilmişdir: –

1. CPU

CPU mərkəzi prosessoru kompüterin mikroprosessor beyni kimi tanınır. CPU loqarifm və riyazi hesablamaları yerinə yetirmək və bütün proqramları aşkar etmək, deşifrə etmək və götürmək üçün kompüterin ən vacib hissəsidir. O, CPU prosessorunun yerləşdiyi yerdə quraşdırılmış CPU yuvasından ibarətdir. CPU sistemdən daxili istiliyi buraxan və sistemi sərinləşdirən fanatlardan ibarətdir.

2. RAM

RAM (Random Access Memory) adətən kompüter yaddaşına aiddir, halbuki onlar kiçik ölçülü çipdir və onun daxilində dinamik məlumatları müvəqqəti saxlamaq üçün istifadə olunur. RAM-da daxil etməli olduğumuz ayrıca yaddaş yuvası var. Çünki, anakartların əksəriyyətində iki-dörd yaddaş yuvası var ki, biz sistemi rəvan işləmək və bütün məlumatları onun daxilində saxlamaq üçün kompüterə çoxlu RAM daxil edə bilək.

MHz (Megahertz) və ya Mbps (saniyədə meqabayt) müxtəlif sürəti olan ən çox yayılmış RAM növü, yəni. DDR (Double Data Rate) SDRAM (Sinxron Dynamic Random Access Memory), DDR2 SDRAM və DDR3 SDRAM masaüstü kompüterlər üçün, SODIUM isə noutbuk kompüterləri üçündür.

  • RAM-i necə overclock etmək olar
  • RAM-ı necə boşaltmaq olar

3. BIOS

BIOS, cihaz sürücüləri kimi də tanınan Əsas giriş/çıxış sistemini ifadə edir. Bu, mahiyyətcə kompüter avadanlıqları və proqram təminatı arasında əlaqədir, buna görə də hardware və əməliyyat sistemi arasında interfeys rolunu oynayır. BIOS əsas yaddaşa bənzəyən ROM (yalnız oxunan yaddaş)dır, lakin işləməsi fərqlidir.

Bu, yalnız ana platada olan bir çipdir, yükləmə prosesinə, sistemin işə salınmasına və avadanlığı işə salmaq üçün sistem quraşdırmasına kömək edir. ROM sistemi söndürdükdən sonra da proqramları xatırlayır və saxlayır.

4. CMOS

CMOS-un tam forması tamamlayıcı metal oksid yarımkeçiricidir. Bütün anakartlar CMOS üçün kiçik bir ayrı blokdan ibarətdir, çünki bütün kompüter bağlandıqda və ya söndürüldükdə RAM çipləri üçün canlı saxlanılır. CMOS batareyası çıxarıla biləndir və kompüterdən çıxarıla bilər. O, Real-Time Clock (RTC) ilə yenilənən tarix və vaxt məlumatlarını saxlamaq üçün unikal xüsusiyyətə malikdir.

5. PCI yuvaları

PCI Slots daxili proqram təminatının əlavə edilməsi üçün istifadə olunan aparatın Periferik Komponent İnterconnect cihazını ifadə edən daha müasir variantdır. PCI yuvaları qrafik kartdan, daxili modemdən və səs kartından ibarətdir. Digər komponentləri ana plataya qoşmaq üçün də istifadə oluna bilər.

Eynilə, müxtəlif növ ana platalar da mövcuddur, lakin biz burada sizin bilikləriniz üçün vacib olan yalnız bir neçəsini təsvir etdik.

xMSI Tomahawk Anakart | MSI X570

Ana plataların növləri –

  1. ATX ana plata
  2. Micro ATX ana plata
  3. Mini ITX ana plata

ATX ana plata

ATX deməkdirQabaqcıl Texnologiya Genişləndirilmiş Ana platalar. ATX anakartının ilk versiyası 1995-ci ilin iyulunda Intel tərəfindən təqdim edildi, bunun sayəsində onun hissələrinin standartlaşdırılması üçün iş masası, ana plata və enerji təchizatında bir sıra əsaslı dəyişikliklər baş verdi.

Fiziki ölçü lövhəsi kimi müəyyən edilir, USB kabel, bir 20 pinli konnektorun enerji təchizatı ilə işləyən I/O portları. Bunun əksinə olaraq, bu güc ATX ana platasına bir sıra periferik güc birləşdiriciləri ilə təmin edilə bilər. ATX anakartının dizaynları ən çox yayılmış və kvadrat formadadır.

Üç ana plata arasında ən böyüyü ATX anakartının Micro-ATX Anakartı və Mini-ITX Anakartı ilə müqayisəsidir.

Ana platanın ölçüsü artdıqca onun xərc əmsalı da artır, anakartın ölçüsü azaldıqca daha bir neçə funksiya və ya daha çox slotun əlavə edilməsi və ondan bəzi slotların çıxarılması səbəbindən onun xərc əmsalı da bazarda azalır. ATX Anakartının ölçüsü ümumiyyətlə 305 × 244 mm (12 × 9,6 düym) diapazonu arasında dəyişir.

ATX ana plata: yuvalar

ATX ana platasında o qədər çox yuva var ki, biz RAM (yalnız oxunan yaddaş) daxil etmək üçün 4-8 yuvadan istifadə edə bilərik və yeddi yuva PCI tərəfindən qrafik kartı, səs kartı və şəbəkə kartı və s. kimi istifadə edilə bilər. bu ATX anakartları böyük həcmdə yer təmin etdiyinə görə daha böyük ölçüdədir.

Bəzi digər kiçik lövhələr də mövcuddur ki, lövhələr ölçülərini və onun daxilində mövcud olan genişləndirmə yuvalarının sayını azaldıb. Bu ATX düzbucaqlı anakartları elə istehsal olunub ki, insanlar onu sistemin arxasına yerləşdirə bilsinlər. Bu anakartlar digər iki anakartla müqayisədə çox geniş yayılmışdır və ən genişdir.

Qədim dövrlərdən bu günə qədər əvvəllər hazırlanmış orijinal standart ATX anakartında çoxlu dəyişikliklər olmuşdur. Əsasən, ATX anakarta əsaslanan kompüterlər və ya noutbuklar yalnız bəzi xüsusi məqsədlər üçündür. Əgər siz normal istifadəçisinizsə, kompüterinizi bəzi əsas şeylər üçün istifadə edirsinizsə, sizə ATX anakart əsaslı kompüterlər tələb olunmur.

Ancaq yüksək səviyyəli oyunlar oynamaq və ya qrafik dizayn üçün oyun noutbuku istəyirsinizsə, o zaman ATX ana plata əsaslı kompüter ala bilərsiniz.

Ən yaxşı ATX anakartının mövcudluğu

  1. ASRock – Ana plata
    • Brend – ASRock
    • Forma faktoru – MicroATX
  2. GIGABYTE- Oyun üçün ana plata
    • Brend – GIGABYTE
    • Forma faktoru – ATX
  3. ASUS- Oyun üçün ana plata
    • Brend – ASUS
    • Forma faktoru – ATX
  4. ASUS ROG- Ana plata
    • Brend – ASUS ROG (Oyunlar Respublikası)
    • Forma faktoru – ATX
  5. GIGABYTE- Oyun Wi-Fi Anakartı
    • Brend – GIGABYTE
    • Forma faktoru – ATX
  6. MSI-Gaming Anakartı
    • Brend – MSI (Micro-Star International)
    • Forma faktoru – ATX
  7. MSI – Ana plata
    • Brend – MSI
    • Forma faktoru – ATX
  8. ASUS ROG- Oyun üçün ana plata
    • Brend – ASUS ROG
    • Forma faktoru – Mini-ITX
  9. MSI- Gaming Pro ana platası
    • Brend – MSI
    • Forma faktoru – ATX
  10. ASUS TUF- Ana plata
    • Brend – ASUS
    • Forma faktoru – ATX

Satınalma Linki: Bura klikləyin

Nəticə

Burada anakartı müzakirə edirik. Bu yazıda biz əvvəlcə anakartın ehtiyacını və bu komponenti şəxsi kompüterimizdə və ya laptopumuzda niyə istifadə etdiyimizi müzakirə etməklə başladıq. Bundan sonra əsas diaqramı müzakirə edirik. Bu diaqramda bəzi komponentləri ətraflı müzakirə edirik.

Bu komponentləri müzakirə etdikdən sonra hər bir elementə ehtiyac olduğunu başa düşürük. Bütün bu təfərrüatları müzakirə etdikdən sonra əsas hissəmizə gəlirik: ATX anakartı, ardınca onların əhəmiyyəti və məhsullar haqqında təfərrüatları və məhsullara keçidlərin təmin edilməsi. Həmçinin, bəzi texniki terminlərin abreviaturalarını bilmək istəyirsinizsə, bu məqalə sizin üçün faydalıdır.

Oxşar Yazılar:

  • CMOS-u necə təmizləmək olar? Overclockdan sonra sistemdə ekran yoxdur
  • MSI X570 Tomahawk ana platası
  • 500 dollarlıq Oyun PC Quraşdırma Bələdçisi
  • Hər hansı bir prosessor üçün ən yaxşı anakartı necə yoxlamaq olar?
  • 1500 dollarlıq Oyun PC Quraşdırma Bələdçisi
  • 4k Oyun PC Quraşdırma Bələdçisi

Comments are closed, but trackbacks and pingbacks are open.