Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür – Müavinətləri belə hesablanır
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Natiqlik sənəti
5. Nitqə əvvəlcədən hazırlıqlı olmaq, sonra isə təhlil edib konkret nəticələr çıxarmaq.
Natiqlik sənəti qədim tarixə malikdir. Qədim dünyanın, xüsusən antik dövrün yetirdiyi görkəmli natiqlər bu sənətlə dərindən məşğul olmuş, tam bir elmi -nəzəri sistem hazırlamışlar. Platon, Aristotel …. antik dövrün ən görkəmli natiqləri olmuşlar.
Azərbaycanda əsrlər boyu natiqliyin nəzəriyyəsi ilə məşğul olunmuş, bir çox mükəmməl nitq prinsipləri müəyyənləşdirilmişdir.
Natiqliyin bir neçə sahəsi var;
- Bədii natiqlik
- Akademik natiqlik
- Siyasi natiqlik
- İnzibati- idarə natiqliyi
- İşgüzar natiqlik
Natiqlik sənətinin mühüm şərtlərindən biri də jestlər və mimikadir.
Jestlərdən nitqin intonasiyasına, ritminə uyğun şəkildə istifadə edilir. Jestlər nitqin təsirliliyini artırır, onu emosionallaşdırır.
Yerli- yersiz əl-qol hərəkətlərindən istifadə etmək nitqin təsirliliyini artırmaq əvəzinə, azalda bilər.
Bütün natiqlər eyni bir jest formasından istifadə edə bilməz. Hər bir natiqin özünəməxsus jest üslubu var.
Nitq prosesi zamanı üz əzələlərinin mənalı hərəkəti (təəccüb, narazılıq, ehtiram, sevinc və s. müxtəlif emosiyalar ifadə etməsi) mimika adlanır.
Danışarkən üzü hərəkətsiz saxlamaq mümkün deyil, əlbəttə ki, mimika nitqi aydın başa düşməkdə mühüm rol oynayır.
Mimikanın köməkliyi ilə natiq öz nitqinə müəyyən emosionallıq bəxş edir, nitqinə müəyyən çalarlar gətirir.
Jestlə mimika vahid psixofizioloji akt olub, mükəmməl nitqdə bir – birini tamamlayır. Şifahi ədəbi dili bunlarsız təsəvvür etmək mümkün deyil.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Analıq məzuniyyətinə çıxanları ən çox bu düşündürür – Müavinətləri belə hesablanır
Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Analıq məzuniyyətinə müəllimlər 6 aydan sonra tibbi arayışla çıxa bilərlər. Lakin müəllim iş qabiliyyətini itirmədiyini hiss edərsə, bu vaxtı müəyyən qədər də uzada bilər. Lakin 6 aydan əvvəl müəllimlər məzuniyyətə çıxarsa, bu müddət ödənişli hesab olunmur. Yəni müəllimə ödəniş edilmir.
Analıq məzuniyyətinə çıxanların müavinəti necə hesablanır?
İl ərzində alınacaq maaşın miqdarı iş günlərinin sayına bölünür. Alınan rəqəm isə aylıq alınan maaşa vurularaq müavinət hesablanır.
Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği/12
Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4
Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri
Qeyd edək ki, qadınlar məzuniyyət müddətini 3 ilə qədər uzada bilərlər. Belə olan halda, müəllimlərə uşağın 1 yaşına qədər aylıq 30 manat, 3 yaşına qədər isə aylıq 15 manat ödəniş edilir.
Qibləni necə təyin etmək olar?
Salam! Eyer bir insan basqasinin evinde qibleni tapmazsa ne etmeli? xais edirem cavablayardiz onceden Allah razi olsun.
Və aleykum Salam. Qibləni müxtəlif üsullardan istifadə edərək müəyyənləşdirmək olar. Başqasının evində namaz qılarkən qiblə istiqamətini bilmirsinizsə, ilk növbədə evin yiyəsindən və ya qonşulardan soruşun. Hal-hazırda telefonlarda namaz vaxtlarını və qiblə istiqamətini göstərən proqramlar yayılmışdır. Bir neçə dəfə qibləni bildiyiniz yerlərdə bu proqramları sınayın, doğru göstərsə istifadə edə bilərsiniz. Həmçinin qibləni kompasla da təyin etmək olar. Azərbaycandasınızsa, kompasa baxaraq cənub istiqamətindən azca sağa dönmək lazımdır. Bakıda kompasla bu rəqəm 207 dərəcəni göstərir. Həmçinin, havaya baxıb günəşin çıxma-batma istiqaməti ilə tapmaq olar. Azərbaycandasınızsa, sol çiyniniz gün çıxan tərəfə (şərqə), sağ çiyniniz isə gün batan tərəfə (qərbə) doğru durun. Bu zaman üzünüzü cənuba tutmuş olacaqsınız. Sonra azca sağa dönsəniz qibləyə yönəlmiş olacaqsınız. Digər bir üsul isə günəşli havada qibləni günəşə baxaraq tapmaqdır. Belə ki, qiblə saatı deyilən vaxt var. Həmin saatda günəş qiblə istiqamətində olur. Bakıda qış mövsümündə bu təqribən 13:00 radələrində, yay mövsümündə isə 13:30 radələrində olur. Qibləni müəyyənləşdirə bilməsəniz, təxmini bir istiqamət götürüb qıla bilərsiniz. Uca Allah buyurur: “Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”. (əl-Bəqərə, 115). Əgər namaz qılıb qurtarandan sonra bəlli olsa ki, qibləni səhv təyin etmisiniz, namaz səhihdir və yenidən qılmağa ehtiyac yoxdur. Cabir (Allah ondan razı olsun) deyir: “Biz, Allahın Rəsulu (ona Allahın salavatı və salamı olsun) ilə yürüşə çıxmışdıq və (hava) dumanlandı. Qiblənin istiqamətini müəyyən etməyə çalışdıq və bu barədə ixtilafa düşdük. Hər kəs öz bildiyi kimi namazını qıldı və bizdən bir nəfər yönəldiyi istiqaməti nişanladı ki, sonradan bunu yoxlasın. Növbəti səhər biz baxıb gördük ki, biz qiblədən digər istiqamətə yönələrək namaz qılmışıq. Biz bu barədə Peyğəmbərə, Allahın ona salavatı və salamı olsun, bildirdik və o, bizə namazı təkrar qılmağı əmr etmədi və dedi: “Namazınız səhihdir”. (əl-Hakim, 743).
Comments are closed, but trackbacks and pingbacks are open.